Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-668/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs X1 iştirakları ilə, “torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1411/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ******* nömrəli çıxarışa əsasən Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0,70 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdən xx.xx.2063-cü il tarixədək İddiaçı icarə hüququ qeydə alınmış, A seriyalı 282186 nömrəli xx.xx.2018-ci il tarixində Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0,28 ha torpaq sahəsi Bərdə rayonu Bəcirəvan Bələdiyyəsinin mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 012940 nömrəli xx.xx.2021-ci il tarixli şəhadətnaməsindən məlum olur ki, İddiaçı Bərdə rayonu Bəcirəvad bələdiyyəsinin mülkiyyətində olan 0,28 ha torpaq sahəsini icarəyə verilməsinə dair Əmlak Məslələri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Bəcirəvan Bələdiyyəsinə məxsus olan, Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 0.28 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir.
5. Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0,28 ha torpaq sahəsinə dair A seriyalı 653553 nömrəli xx.xx.2021-ci il tarixində tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədndən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 3M-1138 nömrəli Torpaq icarəsi müqaviləsi əsasında həmin torpağı icarəyə götürmüşdür.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarışa əsasən Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0,0277 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci il tarixədək X1 icarə hüququ qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən və ona məxsus olan, ümumilikdə 0,98 ha torpaq sahəsinin kordinantlarının (sərhədlərinin) müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 onun icarəsinə verilmiş 0.70 ha torpaq sahəsində qanunsuz tikinti inşa etmiş, həmin torpaq sahəsini zəbt etmişdir. Həmin torpaq sahəsinin ona məxsus olmasına dair RX ******* saylı çıxarış və torpaq sahəsinin plan və ölçüsü vardır. Torpaq Bərdə rayonu, Bəcirəvan kəndində yerləşir, sahəsi 0.70 hadır. Cavabdeh öz arqumentlərini belə ifadə edir ki, guya torpaq sahəsini Bərdə rayon Bələdiyyəsindən rəsmi qaydada almış və yaxın zamanlarda hüquqi sənədləri olacaqdır. Halbuki onun əlində həmin torpaq sahəsinin ona məxsus olmasına dair çıxarış mövcuddur ki, həmin çıxarış da daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. Hazırda bələdiyyələrin hərracdan kənar torpaq satma səlahiyyəti mövcud deyildir. Belə olan halda, ona məxsus torpağın formal bələdiyyə sənədləri ilə zəbt edilməsi hüquqpozmadır. O, həm də onun əlavə olaraq 0.28 ha torpaq sahəsini də zəbt etmiş (həmin torpaq sahəsinin də plan və ölçüsü vardır) və orada qanunsuz tikinti inşa etmişdir. Hazırda Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən və ona məxsus olan, ümumilikdə 0,98 ha torpaq sahəsinin koordinatlarının (sərhədlərnin) müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Bununla bağlı cavabdeh quruma ərizə ilə müraciət etsə də, bu günədək müsbət cavab ala bilməmişdir.
9. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-5651/2023 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı X2 qarşı “torpaqdan çıxarılma və tikilinin sökülməsi” tələbi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə rayon Məhkəməsinin İddiaçı cavabdeh X2 qarşı “torpaqdan çıxarılma və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021 )-2390/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddia ilə bağlı X1 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayonu Bəcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan daşınmaz əmlakın dövlət reyestrində ********** «qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahəsinin koordinatları ilə müqayisələndirilmişdir. Məlum olmuşdur ki, İddiaçı sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri öz istifadəsindədir və elektron baza məlumatlarında hərhansı uyğunsuzluq yoxdur.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1411/2024 nömrəli qərardadı ilə Bərdə rayon Bəcirəvan Bələdiyyəsi və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən ********** qeydiyyat nömrəli 0,28 ha və ********** qeydiyyat nömrəli 0,70 ha torpaq sahəsinin koordinantlarının (naturada sərhədlərinin müəyyən edilməsi və tanıdılması) müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə xx.xx.2024-cü il tarixli qərardadla inzibati məhkəmə icraatına qəbul edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1411/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin tələblərinə əsasən iddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini tələb etməkdə haqlı olmamışdır. Bundan başqa qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-176/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı “torpaqdan çıxarma və tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
14. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-176/2023 nömrəli qətnaməsini əsas götürmüş və belə qənaətə gəlmişdir ki, həmin qətnamənin və orada olan mütəxəssis rəyinin hazırki işə preyudisial təsiri var. Bu əsasla da iddia tələbi rədd edilmişdir. Bu isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını göstərir. Məhkəmə belə qənaətə gəlmişdir ki, istifadədə olan torpaq sahəsi üçüncü şəxs tərəfindən istifadə olunmur. Bu səbəbdən torpağın naturada yerinin tanıdılmasına zərurət yoxdur. Burada məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hal, yəni torpağın naturada yerinin dəqiq müəyyən edilməsi və həmin sərhədlər daxilində heç kəsin qanunsuz istifadə etmə halına yol verilməməsi sübut olunmur, məhkəmə isə bu mühüm əhəmiyyəti olan halı araşdırmaqdan boyun qaçırır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona bələdiyyə tərəfindən torpaq sahəsi icarəyə verilsə də, torpaq sahəsinin dəqiq harada yerləşməsini, yəni naturada sərhədlərini bilmir. Belə ki, hüquqları qeydə alınanda və ya plan ölçü sənədi hazırlananda ona torpaq sahəsi naturada yerində təqdim edilməmişdir. Üçüncü şəxslə aralarında olan mülki mübahisə zamanı da mütəxəssislər tərəfindən ona yeri dəqiq göstərilməmiş, hansı sahə üzrə ölçmə işlərinin aparılması məlum olmamışdır. Buna görə də hazırki tələbində icarəsində olan torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təqdim olunmasını xahiş edir.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfin istəyi hazırda mövcud çıxarışlar əsasında ona məxsus olan torpaq sahəsinin sərhədlərinin naturada müəyyən olunmaqla təqdim edilməsidir.
19. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs izahat verərək bildirdi ki, ona məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə sərhəddə yerləşir və o, da icarəsinə verilən torpaq sahəsinin sərhədlərini bilmək istəyir.
20. Məhkəmə kollegiyasının iclasında cvavabdehin nümayəndəsi iddiaçı tərəfindən müvafiq ödənişlər olunduğu təqdirdə torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olduğunu qeyd etdi.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
43. 1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
43. 3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.24. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri” 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə.
26. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin Nizamnaməsi: 3.1. Bu Nizamnamə ilə müəyyən eilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək.
27. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir.
30. İşin hallarından müəyyən olunur ki, Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0,70 ha və 0.28 ha torpaq sahələri İddiaçı icarəyə verilmiş, icarə hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır (hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar).
31. İş materiallarında olan sənədlərə əsasən iddiaçı hazırki iş üzrə üçüncü şəxsin onun icarəsinə verilmiş 0.70 ha torpaq sahəsindən qanunsuz inşa edilmiş tikintinin sökülməsinə və həmin torpaq sahəsindən çıxarılması tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(021)-176/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəyə əsasən iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin kordinatları naturada təyin edilərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********25 reyestr nömrəli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş 0.70 ha torpaq sahəsinin koordinatları ilə müqayisə edildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha torpaq sahəsi cavabdeh X4 tərəfindən zəbt edilməmişdir. Cavabdeh X4 tərəfindən aparılan tikinti işləri Seriya RX ******* saylı çıxarışa əsasən Bərdə rayonu Bəcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan 0.70 ha torpaq sahəsində aparılmır. Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək İddiaçı icarəsində olan 0.70 və 0.28 ha torpaq sahələrinin koordinatları ilə müqayisələndirildi. İddiaçıya sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri cavabdeh X4 tərəfindən istifadə olunmur. İddiaçı məxsus olan torpaq sahəsində X4 tərəfindən hər hansı tikinti işləri aparılmır.
32. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1351/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-466/2024 saylı, 29 yanvar 2024cü il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Bundan sonra iddiaçı icarəsində olan 0.70 ha və 0.28 ha torpaq sahələrinin naturada müəyyənləşdirilməsi məqsədilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021 )-2390/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddia ilə bağlı X1 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayonu Bəcirəvan kəndində yerləşən İddiaçı icarəsində olan daşınmaz əmlakın dövlət reyestrində ********** «qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.70 ha torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0.28 ha torpaq sahəsinin koordinatları ilə müqayisələndirilmişdir. Məlum olmuşdur ki, İddiaçı sənəd üzrə verilmiş 0.70 ha və 0.28 ha torpaq sahələri öz istifadəsindədir və elektron baza məlumatlarında hər hansı uyğunsuzluq yoxdur.
34. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin etiraz qeydlərində göstərilən dəlillərə istinad olunmaqla iddia tələbi rədd edilmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etməkdə hüquqi marağı icarəsində olan torpaq sahəsinin naturada sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh orqan tərəfindən iddiaçının icarəsinə verilmiş torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi sonuncunun vəzifəsidir.
36. İddiaçının sərhədlərinin müəyyən edilməsinə nail olmaq istədiyi torpaq sahələri üzərində olan icarə hüquqları dövlət reyestrində qeydə alınmışdır və mülkiyyət huququ mülkiyyətçi olmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (Azərbaycan Respublikasının MM-nin 157.8-ci maddəsi).
37. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır.
39. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1-ci maddəsinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl ədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələrinə aid edilmişdir.
40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq, 3.0.24-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək Xidmətin vəzifələrindəndir.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq icarəsinə verilmiş və hüquqları qeydə alınmış çıxarış üzrə torpaq sahələrinin naturada yerinin təqdim edilməsi cavabdeh inzibati orqanın əsas vəzifələrindən biridir və bu cür formal xarakterli hərəkətlərlə tələbin təmin olunmasıdan imtina əsassızdır.
42. Bundan başqa hüquqlar qeydə alınan zaman inzibati orqan tərəfindən toplanmış və təqdim edilmiş sənədlərdə də torpaq sahəsinin naturada təqdim edilməsi və buna dair tərtib edilmiş hər hansı akt aşkar edilməmişdir.
43. Bununla yanaşı məhkəmənin sorğusu əsasında təqdim edilmiş 2(021)176/2023 saylı mülki iş materiallarında olan mütəxəssis rəyində iddiaçının icarəsində olan torpaq sahəsinin hazırki iş üzrə üçüncü şəxsin faktiki istifadəsində olması araşdırlmış, torpaq sahələrinin yerləşmə yeri və ya həmin sahənin iddiaçıya tanıdılması rəylərdən və ya işdə olan sənədlərdən müəyyən edilməmişdir.
44. Hazırki halda iddiaçı icarəsində olan torpaq sahəsinin naturada təqdim edilməsini xahiş edir və bu isə texniki imkan olaraq da yalnız cavabdeh inzibati orqan tərəfindən aparılması mümkün olan fəaliyyətdir.
45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki qərarın 25-ci bəndində qeyd olunan normalara əsasən mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Bu xidmət fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda həyata keçirilir. O cümlədən, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda və digər hallarda mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidmətləri göstərilir.
46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin olunmasına dair yeni qərar qəbul edilməlidir.
Nəticəvi hissə:
47. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apelyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1411/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Bəcirəvan Bələdiyyəsinə məxsus olan, İddiaçı icarəyə verilən 0.70 ha torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Bəcirəvan Bələdiyyəsinə məxsus olan, İddiaçı icarəyə verilən 0.28 ha torpaq sahələrinin sərhədlərinin müəyyən edilməklə naturada təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov