Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-67/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “çıxarışa düzəliş edilərək yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1668/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. xx.xx.2004-cü il tarixli akta əsasən Xanlar bələdiyyəsinin ərazisindəki yararsız torpaq sahəsindən 3 hektar ayrılıb vətəndaş X4 ictimai iaşə obyektinin və abadlıq işlərinin görülməsi üçün alqı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir.
2. Torpaqların Kadastrı və Monitorinqi şöbəsi tərəfindən verilmiş 2004-ci il tarixli arayışda qeyd olunur ki, X11 Fondunun verdiyi qaiməyə əsasən satılacaq torpaq sahəsi Daşkəsən-Gədəbəyə aiddir. Həmin torpaq sahəsi 19 balla V keyfiyyət qrupu yararsıza aid olmaqla 3,0 ha-dır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır.
3. Xanlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 18 nömrəli qərarı ilə Xanlar bələdiyyəsinin ərazisindəki yararsız torpaq sahəsindən 3 hektar ayrılıb vətəndaş X4 ictimai iaşə obyektinin tikintisi və abadlıq işlərinin görülməsi üçün alqı-satqı yolu ilə satılması qərara alınmışdır.
4. “Torpaqlarına alqı-satqısına dair” aktdan məlum olur ki, X2 torpaq sahəsi əvəzində müvafiq haqq bələdiyyənin hesabına ödənilmişdir.
5. “Torpağa mülkiyyət hüququna dair” JN-0022, Kod 50801004 nömrəli dövlət aktından görünür ki, Xanlar rayonu Xanlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 18 saylı qərarına əsasən 3 ha torpaq sahəsi X4 “ictimai iaşə tikinti və abadlıq” məqsədi ilə verilmişdir.
6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(043)3936/2017 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Göygöl rayonun Göygöl bələdiyyəsinin ərazisində yerləşən 30008,08 kv.m torpaq sahəsi üzərində İddiaçı payı müəyyən edilməklə mülkiyyət hüququ tanınmışdır.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Göygöl şəhərində yerləşən 3 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasının qarşısında isə kənd təsərrüfatı təyinatlı torpaq olması qeyd edilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-470 nömrəli məktubdan görünür ki, Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində ilkin olaraq qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-22 saylı dövlət aktı əsasında **********83 reyestr nömrəli çıxarış verilmişdir. Odur ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin:
10. xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3189/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan Göygöl şəhərində yerləşən 3 ha torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi elektron baza sisteminə işlənən vaxtı, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqları olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il tarixli, 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması nəzərdə tutulmuşdur.
11. 06 sentybr 2023-cü il tarixli, 3-21-3-33/2-8045/2023 nömrəli məktubunda bildirilir ki, Göygöl şəhəri, Aşıqlı yolunun sağ tərəfində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair X6 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********93-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış, Göygöl şəhərində yerləşən 17,34 ha torpaq sahəsi üzərində X8 icarə hüququ tanınaraq xx.xx.2022-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir.
12. xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11867/2023 nömrəli məktubu ilə təqdim olunan mütəxəssis rəyinə əsasən X3 adına qeydə alınmış “Torpağa mülkiyyət hüququna dair” JN-0022 (kod-********) nömrəli Dövlət Aktında göstərilən 3.0 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron baza materillarında dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsi kimi göstərilmişdir.“Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********83 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və Az Cad məlumatlarına əsasən xüsusi mülkiyyətdə olan, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsi kimi göstərilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********93-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X6 mülkiyyətində olan 0.40 ha torpaq sahəsi, "Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********83 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göygöl şəhəri və Aşıqlı kəndinin ərazisində yerləşən 3.0 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir. Həmin torpaq sahələrinin yerləşmə mövqeyi rəyə əlavə edilmiş cizgi planında öz əksini tapmışdır. "Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən SK013006493-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X6 mülkiyyətində olan 0.40 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron baza materiallarında kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla örüş sahəsi kimi göstərilmişdir, lakin mülkiyyəti barədə məlumat qeyd olunmamışdır.
13. xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2642/2024 nömrəli məktubunda qeyd olunur ki, arxiv sənədlərində mövcud olan, 8919 nömrəli arayışda, X4 tikinti məqsədi və abadlıq işləri üçün satılması nəzərdə tutulan 3.0 ha torpaq sahəsinin, bələdiyyə mülkiyyətinə aid olduğu qeyd olunsa da, araşdırma zamanı istinad edilən elektron baza materiallarında mövcud olan xəritə və layihələrdə, JN-0022 KOD 50801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X1 3.0 ha torpaq sahəsinin, bələdiyyə mülkiyyətinə aid olması barədə heç bir informasiya aşkarlanmamışdır. Belə ki, araşdırma zamanı istinad etdiyimiz elektron baza materiallarında mövcud olan “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsində, JN-0022 KOD 50801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X1 3.0 ha torpaq sahəsinin yerləşdiyi ərazi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid dövlət mülkiyyətində olan əkin sahəsi kimi göstərilmişdir. Qeyd edilir ki, sözügedən torpaq sahəsinin xx.xx.2004-cü il tarixində hansı kateqoriyaya, mülkiyyətə və təyinata aid olması barədə, araşdırma zamanı istinad olunmuş elektron baza materiallarında məlumat aşkarlanmamışdır. Bu səbəbdən də, rəy hazırlanarkən “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinad olunmuşdur. Rəydə qeyd olunduğu kimi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya Sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən sözügedən torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatı təyinatlı əkin sahəsi olaraq göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasında səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar yazılmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının dəyişdirərək torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasında qanuna müvafiq olaraq ictimai iaşə obyektinin tikintisi yazılmış yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X5 2004-cü ildə ictimai iaşə obyekti tikdirmək üçün Göygöl bələdiyyəsindən Göygöl şəhəri və Aşıqlı kəndinin sərhəddində yerləşən 3 hektar torpaq sahəsi almışdır. Bu torpaq sahəsi əkinə yararsız torpaq sahəsidir. Bu barədə torpağa mülkiyyət hüququna dair JN-0022 KOD 50801004 saylı Dövlət Aktı verilmişdir. 2008-ci ildə bu torpaq sahəsi X7 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və Göygöl Rayon Məhkəməsinin 2(066)-239/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə zəbtdən azad edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3936/2017 saylı 11 may 2017-ci il tarixli qiyabi qətnaməsi ilə bu torpaq sahəsi adına rəsmiləşdirilmişdir. Ona xx.xx.2020-ci ildə Daşınmaz Əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Ancaq bu çıxarışda yanlış olaraq torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasında kənd təsərrüfatı təyinatlı torpaqlar göstərilmişdir. Bütün ilkin sənədlərdə, yəni Xanlar Bələdiyyə sədrinin 18 saylı xx.xx.2004cü il tarixli qərarında Xanlar bələdiyyəsinin ərazisindəki yararsız torpaq sahəsindən 3 hektar ayrılıb X4 ictimai iaşə obyektinin tikintisi və abadlıq işlərinin görülməsi üçün alqısatqı yolu ilə satılması qərara alındığı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin müdirinin, Xanlar rayon Dövlət yanğın təhlükəsizliyi xidməti rəisinin, Xanlar rayon Baş sanitar həkiminin, Xanlar Bələdiyyəsi üzvünün xx.xx.2004-cü il tarixdə tərtib etdikləri aktda komissiya üzvlərinin yerində baxış keçirərək Xanlar Bələdiyyəsinin ərazisindəki yararsız torpaq sahəsindən 3 hektar ayrılıb X4 ictimai iaşə obyektinin tikintisi və abadlıq işlərinin görülməsi üçün alqı-satqı yolu ilə satılmasının məqsədə uyğun hesab etdiklərini göstərən sənədlərdə, eləcə də JN0022 KOD 50801004 saylı xx.xx.2004-cü il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında cizgidə göstərilən sərhəd daxilində 3 hektar torpaq sahəsinin məqsədli təyinatı (hansı məqsəd üçün) ictimai iaşə obyektinin tikintisi və abadlıq təyinatlı olması göstərilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir.
16. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 33/2-2155/2023 iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində ilkin olaraq qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-22 saylı dövlət aktı əsasında **********83 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Qeyd olunanlara əsasən çıxarışda torpaq sahəsinin kateqoriyasına (məqsədli təyinatı) düzəliş edilməsi mümkün olmamışdır.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1668/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, sözügedən torpaq sahəsi elektron baza sisteminə işlənən vaxtı, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqları olmuş, həmin elektron baza sistemi isə 2016cı il tarixdə tərtib edilmişdir. Bununla bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, torpaq sahəsi 2004-cü ildə tərtib edilmiş və həmin vaxt torpaq sahəsi “ictimai iaşə tikinti və abadlıq məqsədi ilə” verilmişdir. İş materiallarında olan JN-0022, Kod 50801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, Xanlar bələdiyyə sədrinin xx.xx.2004-cü il tarixli, 18 nömrəli qərarında və xx.xx.2004-cü il tarixli aktda sözügedən torpaq sahəsinin “ictimai iaşə tikinti və abadlıq məqsədi ilə” verildiyi qeyd olunmuşdur. Göründüyü kimi ilkin sənədlərdə torpaq sahəsinin məqsədli təyinatı düzgün qeyd olunsa da, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində səhvə yol verilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1668/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, hüquqi hərəkətdir. Bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
22. Tərəflər hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
26. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı).
30. İşin hallarından görünür ki, Xanlar rayonu Xanlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 18 saylı qərarına əsasən X3 mülkiyyətinə 3 ha torpaq sahəsi verilmiş, bununla bağlı JN-0022, Kod 50801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuş və həmin sənəddə torpaq sahəsinin “ictimai iaşə tikinti və abadlıq” məqsədi ilə verilməsi qeyd edilmişdir.
31. Bundan başqa ilkin hüquqmüəyyənedici sənədlər verilən zaman Torpaqların Kadastrı və Monitorinqi şöbəsi tərəfindən verilmiş 2004-ci il tarixli arayışda qeyd olunur ki, X11 Fondunun verdiyi qaiməyə əsasən satılacaq torpaq sahəsi Daşkəsən-Gədəbəyə aiddir. Həmin torpaq sahəsi 19 balla V keyfiyyət qrupu yararsıza aid olmaqla 3,0 ha-dır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır.
32. Bundan sonra iddiaçı JN-0022, Kod 50801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən hüquqları qeydə alınmış torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmiş, inzibati orqan tərəfindən qeydə alınmış hüquqa dair çıxarış verilən zaman həmin torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı torpaq sahəsi” kimi qeyd edilmişdir. İddiaçı ona bələdiyyə qərarı ilə “ictimai iaşə tikinti və abadlıq” məqsədi ilə torpaq sahəsi verildiyini və mexaniki səhv olaraq çıxarışda torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı torpaq sahəsi” kimi qeyd edildiyini iddia etmiş, buna görə də çıxarışda torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “ictimai iaşə tikinti və abadlıq məqsədi ilə” qeyd edilməsini tələb etmişdir. Cavabdeh inzibati orqan Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində ilkin olaraq qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-22 saylı dövlət aktı əsasında **********83 reyestr nömrəli çıxarışın verildiyini bildirərək müraciətinin təmin olunmasından imtina etmişdir.
33. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili mübahisəli torpaq sahəsinin təyinatı və kateqoriyasına dair sənədlər ilə baza məlumatları arasında uyğunsuzluğun olmasıdır.
34. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2004-cü il tarixli akta əsasən Xanlar bələdiyyəsinin ərazisindəki yararsız torpaq sahəsindən 3 hektar ayrılıb vətəndaş X4 ictimai iaşə obyektinin və abadlıq işlərinin görülməsi üçün alqı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir.
35. Xanlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 18 nömrəli qərarı ilə Xanlar bələdiyyəsinin ərazisindəki yararsız torpaq sahəsindən 3 hektar ayrılıb vətəndaş X4 ictimai iaşə obyektinin tikintisi və abadlıq işlərinin görülməsi üçün alqı-satqı yolu ilə satılması qərara alınmışdır.
36. “Torpağa mülkiyyət hüququna dair” JN-0022, Kod 50801004 nömrəli dövlət aktına əsasən Xanlar rayonu Xanlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 18 saylı qərarına əsasən 3 ha torpaq sahəsi X4 “ictimai iaşə tikinti və abadlıq” məqsədi ilə verilmişdir.
37. Göründüyü kimi torpaq sahəsinə dair ilkin sənədlər, bələdiyyə qərarı qəbul edilən zaman Torpaqların Kadastrı və Monitorinqi şöbəsi tərəfindən verilmiş 2004-ci il tarixli arayışa əsasən satılacaq torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması təsdiqlənmiş, bundan sonra “Torpağa mülkiyyət hüququna dair” JN-0022, Kod 50801004 nömrəli dövlət aktına əsasən hüquqlar qeydə alınmaqla torpaq sahəsinin məqsədli təyinatı qeyd edilmişdir.
38. İddiaçının müraciəti əsasında hüquqların yenidən, təkrar qeydə alınması zamanı ********** qeydiyyat nömrəli, xx.xx.2020- ci il qeydiyyat tarixli çıxarışa əsasən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasının qarşısında kənd təsərrüfatı təyinatlı qeyd edilməklə ilkin hüquqmüəyyənedici sənədlər nəzərə alınmamışdır.
39. Halbuki iddiaçının təqdim etdiyi ilkin qeydiyyat və ilkin sənədlər qüvvədədir, həmin sənədlərin möhtəbərliyinə şübhə yaradacaq hər hansı hal müəyyən olunmamışdır.
40. Belə olan halda əvvəldə səlahiyyətli orqan tərəfindən verilmiş dövlət aktına əsasən aparılan qeydiyyat üzrə iddiaçının ziyanına, onun mülkiyyət hüquqlarına toxunan düzəlişlərin edilməsi qəbuledilməzdir. Torpağın ayrılmasına dair inzibati akt və həmin aktın verilməsi zamanı toplanmış sənədlər qüvvədə olduğu halda, hüquqların ilkin hüquqmüəyyənedici sənədlərə əsasən düzgün qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
42. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 06 sentybr 2023-cü il tarixli, 3-21-3-33/2-8045/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Göygöl şəhəri, Aşıqlı yolunun sağ tərəfində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair X6 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********93-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış, Göygöl şəhərində yerləşən 17,34 ha torpaq sahəsi üzərində X8 icarə hüququ tanınaraq xx.xx.2022-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir.
43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11867/2023 nömrəli məktubu ilə təqdim olunan mütəxəssis rəyində qeyd olunur ki, X3 adına qeydə alınmış “Torpağa mülkiyyət hüququna dair” JN-0022 (kod-********) nömrəli Dövlət Aktında göstərilən 3.0 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron baza materillarında Dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsi kimi göstərilmişdir.“Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********83 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və Az Cad məlumatlarına əsasən xüsusi mülkiyyətdə olan, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla əkin sahəsi kimi göstərilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********93-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X6 mülkiyyətində olan 0.40 ha torpaq sahəsi, "Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********83 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göygöl şəhəri və Aşıqlı kəndinin ərazisində yerləşən 3.0 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir. Həmin torpaq sahələrinin yerləşmə mövqeyi rəyə əlavə edilmiş cizgi planında öz əksini tapmışdır. "Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən SK013006493-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X6 mülkiyyətində olan 0.40 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron baza materiallarında kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla örüş sahəsi kimi göstərilmişdir, lakin mülkiyyəti barədə məlumat qeyd olunmamışdır.
44. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2642/2024 nömrəli məktubunda qeyd olunur ki, arxiv sənədlərində mövcud olan, 8919 nömrəli arayışda, X4 tikinti məqsədi və abadlıq işləri üçün satılması nəzərdə tutulan 3.0 ha torpaq sahəsinin, bələdiyyə mülkiyyətinə aid olduğu qeyd olunsa da, araşdırma zamanı istinad edilən elektron baza materiallarında mövcud olan xəritə və layihələrdə, JN-0022 KOD 50801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X1 3.0 ha torpaq sahəsinin, bələdiyyə mülkiyyətinə aid olması barədə heç bir informasiya aşkarlanmamışdır. Belə ki, araşdırma zamanı istinad edilən elektron baza materiallarında mövcud olan “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsində, JN-0022 KOD 50801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X1 3.0 ha torpaq sahəsinin yerləşdiyi ərazi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid dövlət mülkiyyətində olan əkin sahəsi kimi göstərilmişdir. Qeyd edilir ki, sözügedən torpaq sahəsinin xx.xx.2004-cü il tarixində hansı kateqoriyaya, mülkiyyətə və təyinata aid olması barədə, araşdırma zamanı istinad olunmuş elektron baza materiallarında məlumat aşkarlanmamışdır. Bu səbəbdən də, rəy hazırlanarkən “Heyvandarlıq” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinad olunmuşdur. Rəydə qeyd olunduğu kimi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya Sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən sözügedən torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatı təyinatlı əkin sahəsi olaraq göstərilmişdir.
45. Göründüyü kimi JN-0022 KOD 50801004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X1 3.0 ha torpaq sahəsi ilə qonşuluqda yerləşən və eyni vəziyyətdə olan, yəni bələdiyyə qərarı əsasında satılmış torpaq sahəsinin dövlət qeydiyyatına alınması cavabdeh orqan tərəfindən təmin edilmiş, təyinatı “sənaye, nəqliyyat, müdafiə” qeyd edilmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə mövcud inzibati praktikaya uyğun həəkət etməyə borcludur.
47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati icraatın və bilavasitə inzibati orqanın fəaliyyətinin əsas prinsiplərindən biri kimi qeyd olunan etimad hüququnun qorunması prinsipinin tətbiqi əsası kimi müəyyən olunur: “inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur”. Sözügedən prinsipin inzibati orqanın fəaliyyətindəki əksi onu qeyd etməyə əsas verir ki, inzibati orqanın birbaşa səlahiyyətində olan istər hüquqi, istərsə də qadağan olunmamış faktiki fəaliyyəti və həmin fəaliyyətin dəfələrlə tətbiqi zamanı yaranan inzibati təcrübə zamanı digər tərəf olaraq hüququnu müdafiə və yaxud realizə edən fiziki və ya hüquqi şəxs inzibati orqanın praktikasına etimad edir və həmin praktikanın yaradacağı hüquqi nəticənin əvvəlcədən hər hansı əlverişsizliyinə şübhə ilə yanaşmır.
48. Başqa sözlə bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
49. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın hərəkəti hazırki tələb üzrə iddiaçının hüquqi marağının təmininə əsassız maneə kimi xarakterizə edilir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1668/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov