Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-673/2025 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxslər “X2 Kəməri” şirkəti və “X12” MMC) iş üzrə Işin halları
1. Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı adına ##.##.2013-cü il tarixdə AA****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməklə, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ ##.##.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
2. Azərbaycan Respublikası Hökuməti və CQBK Iştirakçıları arasında Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə ## ###### 2002-ci il tarixdə imzalanmış Sazişin şərt və müddəalarına əsasən Dövlət, Bakı şəhəri Abşeron rayonunun ərazisindən başlayaraq Azərbaycan Respublikası və Gürcüstan ərazisindən Türkiyə Cümhuriyyətinin ərazisinədək “X5 Kompani Limited” Şirkəti (Nümayəndəliyi N****-N*-**** saylı Şəhadətnaməyə əsasən dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1010, Neftçilər prospekti 153, X1 Qülləsi, BP Xəzər Mərkəzi ünvanında yerləşən) (bundan sonra – “Boru kəməri şirkəti”) tərəfindən X2 Kəmərinin (bundan sonra – “Boru kəməri”) genişləndirilməsi layihəsi ilə bağlı (bundan sonra – “Boru kəmərinin genişləndirilməsi”) aparılacaq tikinti işlərinə və genişləndirilmiş Boru kəmərinin istismarına razılıq vermişdir. (B) Boru kəmərinin genişləndirilməsi ilə bağlı tikinti işləri ## ###### 2015-ci il tarixində başlayacaq və Dövlət tərəfindən Torpaq mülkiyyətçisinə ## ### 2018-ci il tarixində və ya ondan əvvəl təqdim olunacaq bildirişdə başqa tarix göstərilməzsə, ## #### 2018-ci il tarixinə qədər (mümkün artırılmalar daxil olmaqla) davam edəcəkdir (bundan sonra – “Tikinti müddəti”). Tikinti müddətinin əvvəlki bildirişdə göstərilmiş son tarixi Dövlət tərəfindən Torpaq mülkiyyətçisinə həmin son tarixdən əvvəl təqdim olunmuş yeni yazılı bildirişlə dəyişdirilə bilər. Belə bildiriş məhdudiyyət qoyulmadan bir neçə dəfə verilə bilər. (C) Genişləndirilmiş Boru kəməri genişləndirilmə ilə əlaqədar Tikinti müddətinin başa çatdığı gündən Dövlət tərəfindən Torpaq mülkiyyətçisinə # ###### 2066-ci il tarixində və ya ondan əvvəl təqdim olunacaq bildirişdə başqa tarix göstərilməzsə, ## ###### 2066-ci il tarixinə qədər istismar olunacaq (bundan sonra – “Istismar müddəti”). Istismar müddətinin əvvəlki bildirişdə göstərilmiş son tarixi Dövlət tərəfindən Torpaq mülkiyyətçisinə həmin son tarixdən əvvəl təqdim olunmuş yeni yazılı bildirişlə dəyişdirilə bilər. Belə bildiriş məhdudiyyət qoyulmadan bir neçə dəfə verilə bilər. ... Bənd 4.01 Kompensasiya (a) Torpaq mülkiyyətçisinin bu Icarə müqaviləsinə əsasən Mühafizə zolağı torpağını və Tikinti dəhlizini Dövlətə icarəyə verməsinin, habelə Dövlət tərəfindən bu Icarə müqaviləsinə əsasən Mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə görə Torpaq mülkiyyətçisinin məruz qaldığı təsirin və məhdudiyyətlərin, eləcə də Torpaq mülkiyyətçisinin bu Icarə müqaviləsinin digər müddəalarına razılıq verməsinin əvəzində Dövlət Torpaq mülkiyyətçisinə # ###### 2016-ci il tarixinədək (və ya həmin tarixdə), və ya tikinti podratçısının Tikinti dəhlizi torpağına daxil olması tarixində (bu tarixlərdən hansının daha gec baş verməsindən asılı olaraq) bu Icarə müqaviləsinə əlavə edilmiş Qoşma 1, Cədvəl 2-də müəyyənləşdirilmiş məbləğdə bank köcürməsi yolu ilə ödəniş edəcək (bundan sonra – “Kompensasiya”). (b) Kompensasiya Qoşma 1, Cədvəl 2-də müəyyənləşdirilmiş metodologiya əsasında hesablanır və, digər komponentlərlə yanaşı (tətbiq olunduğu halda, təsirə məruz qalmış torpaq sahəsində yerləşən məhsulun dəyərininn əvəzi də daxil olmaqla), Torpaq mülkiyyətçisinin çəkə biləcəyi mümkün əlavə xərcləri əhatə edir. Kompensasiya məbləği heç bir halda birtərəfli qaydada artırıla və ya azaldıla bilməz.
3. ##.##.2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh Əyyublu IƏD üzrə nümayəndəsi ilə X3 arasında sonuncunun mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.740 ha torpaq sahəsinin CQBKG lahiyəsi üzrə icarə müqaviləsi bağlanmışdır:
4. ##.##.2015-ci il tarixli Cavabdeh (Dövlət) ilə torpaq mülkiyyətçisi arasında bağlanmış icarə müqaviləsinə əsasən, “X2 Kəmərinin genişləndirilməsi ilə əlaqədar torpaq mülkiyyətçisi ilə Dövlət arasında icarə müqaviləsi bağlanmışdır. Müqavilədə torpaq mülkiyyətçisinin Boru kəmərinin genişləndirlməsi üçün aparılacaq tikinti işlərinə və genişləndirilmiş Boru kəmərinin istismarına razılıq verməsi (bənd A), tikinti işlərinin ##.##.2015-ci il tarixdən ##.##.2018-ci il tarixədək aparılması (uzadıla bilər (bənd B)), Boru kəmərinin ##.##.2066-cı il tarixədək istismar olunması (uzadıla bilər (bənd C)), torpaq mülkiyyətçisinin torpağın Boru kəməri şirkətinə istənilən növ istifadəyə vermək arzusunda olması (bənd D) və Dövlətlə torpaq mülkiyyəçisinin bununla bağlı icarə müqaviləsinin arzusunda olması (bənd E) əksini tapmışdır. Müqavilədə tərəflərin öhdəlikləri, icarəyə verilmiş torpaq sahəsindən mülkiyyətçinin istifadəsinə qoyulmuş məhdudiyyətlər, kompensasiyanın ödənilməsi və sair hallar nəzərdə tutulmuşdur.
5. Tovuz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və BP Exploration (Shah Deniz) Limited as Operator of: X7 LTD-dən birdəfəlik və müştərək qaydada 57000 manat məbləğində pulun tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh Üçüncü şəxs Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməsi – cavabdehlər Cavabdeh və BP Exploration (Shah Deniz) Limited as Operator of: X7 LTD-dən birdəfəlik və müştərək qaydada 57000 manat məbləğində pulun tutulub iddiaçı İddiaçı ödənilməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia həmin hissədə təmin edilməmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-ü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir.
8. Iddiaçı 2851 kv.m torpaq sahəsinə görə icarə müqaviləsinin bağlanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçııən müraciətinə münasibət bildirməmişdir.
9. ##.##.2020-ci il tarixli **/M-*** nömrəli mütəxəssis rəyinə əsasən, Tovuz rayonu, Əyyublu kəndində yerləşən İddiaçı adına qeydə alınmış RX ******* saylı çıxarışa əsasən verilmiş plan və ölçü sənədində olan 0.37 hektar torpaq sahəsinin koordinatları ilə X2 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi üst-üstə düşür.
10. ##.##.2020-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tovuz Layihə-Tədqiqat Idarəsinin mühəndisi Vüqar Musayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən İddiaçı adına qeydə alınmış RX ******* saylı çıxarışa əsasən verilmiş plan və ölçü sənədində olan 0.37 ha torpaq sahəsinin koordinatları ilə X2 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi ilə üst-üstə düşür.
11. Cavabdehin ##.##.2023-cü il tarixli *-**/*-*-*/***/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, Tovuz rayonu Əyyublu kənd sakini iddiaçı 2022-ci ilin iyul ayından rayon icra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Lakin onunla icarə müqaviləsi bağlanmamışdır.
12. Üçüncü şəxs şirkətinin ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X2 Kəmərinin layihə-smeta sənədləri X2 Şirkətinə məxsusdur. Qeyd edilən sənədlər konfidensial xarakter daşıdığından onların üçüncü tərəflərə açıqlanması X2 Şirkətinin səhmdalarının razılığı olmadan mümkün deyil. Üçüncü şəxs şirkəti X2 Kəmərinin operatoru vəzifəsini ##.##.2020-ci il tarixindən etibarən “X10” MMC-yə ötürmüşdür.
13. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubunda bildirilmişdir ki, mütəxəssis tərəfindən ##.##.2020-ci il tarixli **/M-*** nömrəli mütəxəssis rəyi hazırlanarkən Əyyublu kəndinin islataha dair kompleks yerquruluşu layihəsinə və X2 Kəmərinin layihəsinə istinad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, RX ******* saylı çıxarışa əsasən və reyestr nömrəsi 503013008673 olan ##.##.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X2 Kəmərinin keçdiyi ərazinin üst-üstə düşən 2851 kv.m hissəsinə görə cavabdehlə aralarında icarə müqaviləsinin bağlanmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh və BP Exploration (Şah Dəniz Limited as Operator of: X7 LTD-yə qarşı qaldırmış olduğu 104000 (bir yüz dörd min) manat maddi zərər və 5000 (beş min) manat mənəvi zərər olmaqla, bütövlükdə 109000 (bir yüz doqquz min) manat pulun (keçən dövrlər üçün) tutulub ona verilməsi və ona məxsus olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X2 Kəmərinin keçən və mühafizə zolağı hissəsinə dair istismar müddəti ərzində icarə müqaviləsinin cavabdehlərlə onun arasında bağlanması öhdəliyinin onların (cavabdehlərin) üzərinə qoyulması tələbinə dair iddiasının qismən təmin edilməsi barədə Tovuz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsində Tovuz rayonun Əyyublu kəndində yerləşən, RX******* saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları ilə X4 Kəmərinin keçdiyi ərazinin 2851 kv.metrə qədər hissəsinin üst-üstə düşməsi məhkəmə tikintitexniki ekspertizasının ##.##.2020-ci il tarixli **/**** saylı rəyi ilə müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh BP Exploration (Şah Dəniz Limited as Operator of: X7 LTD tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsində də həmin halın öz təsdiqini tapmışdır. Istər ilkin iddiasının qaldırılmasına qədər, istərsə sonrakı dövrlərdə cavabdehə qarşı rəsmi ərizələrlə müraciət edərək RX******* saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X4 Kəmərinin keçdiyi ərazinin 2851 kv.metrə qədər hissəsinin üst-üstə düşməsinə görə aralarında icarə müqaviləsinin bağlanmasını və icarəyə götürüləcək torpaq sahəsinə görə birdəfəlik ödənilməli olan müvafiq kompensasiyanın ona verilməsini təklif etmişdir. Ancaq cavabdeh ərizələrini rəsmi olaraq qəbul etməsinə baxmayaraq müraciətinə heç bir yazılı cavab verməmiş, təklifinə qarşı hərəkətsizlik göstərmişdir. Ona görə cavabdehə qarşı RX******* saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan, Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kordinatları ilə X4 Kəmərinin keçdiyi ərazinin üst-üstə düşən 2851 kv.metrə qədər hissəsinə görə cavabdəhlə aralarında icarə müqaviləsinin bağlanmasına qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məlum iddianı qaldırmalı olmuşdur.
16. Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Emin Axundov) iddia təmin edilməmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*****)-***/**** nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilmişdir.
18. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə Üçüncü şəxs as Operator of: X7 LTD adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, ##.##.2024- cü il tarixli qərardadla isə Üçüncü şəxs as Operator of: X7 LTD-nin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
19. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə, “X2 Kəməri” şirkəti və “X11” MMC adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər
20. Iş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası ##.##.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Iddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh və isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Üçüncü şəxslərin də nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə IPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
21. Cavabdehin iddiaya qarşı yazılı etirazı işə əvvəlki baxış zamanı (##.##.2023-cü il tarixdə) məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, X2 Kəmərinin layihəsi çəkilərkən vətəndaş ilə müqavilə bağlanmamışdır. Həmin vaxtda vətəndaş tərəfindən müraciət olunmamışdır. Artıq həmin layihə bitdiyindən vətəndaş ilə icarə müqaviləsinin bağlanmasını məqsədə müvafiq hesab etmirlər. Odur ki, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
22. Iş apellyasiya məhkəməsində baxılması üçün qayıtdıqdan sonra ikinci baxış zamanı cavabdeh orqanın iddiaya dair hər hansı münasibəti məhkəməyə daxil olmamışdır.
23. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
24. Iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
25. Iddiaçı iclas zamanı bildimişdir ki, boru kəməri yerin altı ilə çəkilmişdir. Yəni, torpaq sahəsinin üzərindən boru xətti keçmir, buna baxmayaraq, borunun diametri çox böyük olduğundan və yüksək təzyiqli qaz keçdiyindən həmin torpaqdan istifadə, orada əkin işlərinə icazə verilmir, bununla da torpaq sahəsindən faktiki məhrum edilmişdir. Torpaq sahəsi mülkiyyətində və sahibliyində olsa da, faktiki olaraq istifadəsində deyildir və istifadəsi mümkün deyildir. O, boru xətti çəkilənədək həmin torpaq sahəsində kartof əkərək, qazanc əldə edirdi.
26. Gəncə Inzibati Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakim – Gülşən Əliyeva) ilə, iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 Kəmərinin keçdiyi 2851 kv.m-ə qədər hissəsinə dair İddiaçı Mehdi oğlu ilə icarə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
27. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ona məxsus 0.37 hektar torpaq sahəsinin koordinatları ilə X2 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi üst-üstə düşməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hal İddiaçı mübahisəli torpaq sahəsinə dair mülki iddiasına baxılan zaman əldə edilmiş ##.##.2020-ci il tarixli **/M-*** nömrəli mütəxəssis və ##.##.2020-ci il tarixli ekspert rəyləri ilə təsdiq edilir. Belə ki, hər iki rəylə müəyyən edilmişdir ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən İddiaçı adına qeydə alınmış RX *******saylı çıxarışa əsasən verilmiş plan və ölçü sənədində olan 0.37 ha torpaq sahəsinin koordinatları ilə X2 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi ilə üst-üstə düşür.
28. Həmin mütəxəssis rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən verildiyinə görə məhkəmə tərəfindən həmin orqana üst-üstə düşmə halının hansı sənədlər əsasında müəyyən edilməsinə dair sorğu verilmiş və Idarənin ##.##.2024-ü il tarixli *-**-*-**/*-****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, mütəxəssis tərəfindən ##.##.2020-ci il tarixli **/M-*** nömrəli mütəxəssis rəyi hazırlanarkən Əyyublu kəndinin islataha dair kompleks yerquruluşu layihəsinə və X2 Kəmərinin layihəsinə istinad edilmişdir.
29. Göründüyü kimi, X2 Kəmərinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2851 kv.m-ə qədər hissəsindən keçməsi artıq iş materialları ilə öz təsdiqini tapmışdır.
30. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh orqan da bu halı təkzib edən hər hansı dəlil barədə bildirməmiş, sənəd təqdim etməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında işə X2 Kəmərinin layihəsi çəkilərkən iddiaçı ilə müqavilə bağlanmadığını bildirmiş və bunun səbəbini vətəndaşın müraciətinin olmaması ilə izah etmişdir. Halbuki, torpaq sahəsinin dövlət ehtiyaclarına alınmasına dair qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməlidir.
31. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: “Belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ##### 2013cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışda əksini tapmış 0.37 ha torpaq sahəsinin 2851 kv.m-ə qədər hissəsindən X2 Kəməri keçir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, torpaq sahəsi hal-hazırda da iddiaçı İddiaçı özünün sahibliyində və istifadəsindədir. Belə olan halda, torpaq sahəsinin dövlət ehtiyaclarına alınması kompensasiyası İddiaçı ödənilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində boru xətti keçir və işə əlavə olunmuş hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, icarə haqqında müqavilədən və layihə üzrə kompensasiya məbləğinin hesablanması haqqında cədvəldən (1-ci cild səh. 56, 2-ci cild seh. 362, 363) görünür ki, iddiaçı ilə qonşu torpaq sahəsinin mülkiyyətçilərinə boru xəttinin keçməsinə görə kompensasiya ödənilmiş və torpaq sahəsi icarəyə götürülmüşdür. Torpaq sahəsinin X2 Kəməri Şirkətinin (X8 Company Limited) xeyrinə yüklü olması ##.##.2016-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə, qonşu torpaq sahəsinin mülkiyyətçilərinə kompensasiya ödənildiyi halda iddiaçıya kompensasiya ödənilməsinin mümkünsüzlüyünü əsaslandırmamışdır”. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddiaçının qonşuluğunda olan mülkiyyətçi ilə icarə müqaviləsini Cavabdeh Əyyublu IƏD üzrə nümayəndəsi imzalamışdır.
32. Həmçinin, məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdeh Cavabdeh dəfələrlə (##.##.2024-cü, ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərdə) sorğular göndərilərək, X2 Kəmərinin Tovuz rayonu, Əyyublu kəndində yerləşən torpaq sahələrindən keçən hissəsi üzrə digər mülkiyyətçilərlə icarə müqavilələrinin bağlanıb-bağlanmaması, müsbət halda bütün icarə müqavilələrinin təsdiqli surətlərinin, habelə X2 Kəmərinin Tovuz rayonu, Əyyublu kəndində yerləşən torpaq sahələrinə düşən hissəsinin hansı layihə-smeta sənədləri əsasında müəyyən edilməsi barədə ətraflı məlumatın (bu barədə sənədlər əlavə edilməklə) məhkəməyə təqdim edilməsi tələb edilsə də, tələb olunan sənədlər məhkəməyə təqdim olunmamış, həmçinin təqdim edilməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verilməmişdir (bu səbəbdən cavabdeh orqan məhkəmə qərardadı ilə cərimə də olunmuşdur).
33. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən boru xəttinin keçməsi və bununla bağlı ona kompensasiyanın ödənilməməsi artıq işin mübahisəsiz halıdır.
34. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.2.3, 8.1.2, 34, 35.1, 68-69, 75 və 85-ci maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 1.1.2, 3.1.1, 4.1, 4.2, 7.1 və 9.1-ci maddələrinə istinad etmişdir.
35. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
36. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh olaraq əvvəlki məhkəmə iclaslarında da bildirildiyi kimi X2 Kəmərinin layihəsi icra olunarkən İddiaçı ilə müqavilə bağlanmamış, həmin vaxt da vətəndaş tərəfindən Cavabdeh müraciət olunmamışdır. İddiaçı tərəfindən müraciət tarixi uyğunlaşdırılarkən də müəyyən olunur ki, layihənin bitdiyi tarixdən sonrakı müddətə təsadüf edir. Həmin layihə bitdiyindən vətəndaş ilə icarə müqaviləsi bağlamaq mümkün olmamışdır. Ona görə də iş iddianın təmin edilməsi tamamilə əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən təqdim edilən sübutların mötəbərliyi düzgün araşdırılmayıb. Belə ki, iş üzrə İddiaçı ilə müqavilənin bağlanmasının mümkünsüz hesab edən əsaslardan biri layihənin bitməsindən sonra baş verməsi olmuşdur. Onun mülkiyyətində olan torpaq sahəsinə hər hansı maddi zərər verilmədən tikinti normaları nəzərə alınmaqla icra olunmuşdur. Həmçinin dövlət ehtiyacları üçün torpaqdan istifadə edilmişdir. X2 Kəmərinin keçdiyi ərazi ilə İddiaçı məxsud olan torpaq sahəsinin üst-üstə düşməsi barədə onlarda hər hansı məlumat olmamışdır. Bundan başqa vətəndaş İddiaçı tərəfindən ünvanlanmış müracitələrə cavab verilərək ona hüquqları izah olunmuşdur. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş İddiaçı ilə X2 Kəmərinin keçməsinə görə icarə müqaviləsinin imzalanması mahiyyətinə mümkün olmamışdır. Belə ki, digər mülkiyyətçilərlə icarə müqaviləsinin bağlanması İddiaçı münasibətdə də həmin müqavilənin bağlanması öhdəliyinin qoyulması absurd bir haldır. Həmçinin layihə smeta sənədləri barəsində məhkəmə tərəfindən sorğu edilməsi Cavabdeh hər hansı məlumat daxil olmamışdır. Boru xəttinin həmin ərazidən keçməsi və kompensasiyanın ödənilməməsi icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması kimi iddianın təmin ediməsinə əsas ola bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh 2015-ci il tarixli srəncamına əsasən Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaqayırma və şikayətlərə baxılması komitəsi yaradılmışdır. Komissiyada göstərilib ki, BP şirkətinin müvafiq torpaqayırma qrupu ilə birlikdə torpaqları təsir altına düşən torpaq mülkiyyətçiləri və istifadəçiləri ilə icarə müqaviləsi bağlanması və notarial qaydada təsdiqini təmin etsinlər. Həmin komissiya üzvləri BP şirkətinin torpaq məsələləri üzrə aparıcı koordinatorudur, torpaq qrupunun koordinatorudur, əmlak məsələləri üzrə dövlət komitəsinin Tovuz Ərazi Idarəsinin rəisidir. Bundan başqa, iddiaçı İddiaçı həmin layihənin icraatı zamanı icra hakimiyyətinə hər hansı bir müraciəti daxil olmamışdır. Halhazırda həmin layihə bitib. Bununla bağlı Cavabdeh müqavilə bağlanmasını nəticədə müvafiq hesab etmir. Odur ki, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etmişdir.
39. Iddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, ona icra hakimiyyətinin nümayəndəsi tərəfindən sənəd vermişlər, lakin o sənədi ondan sonra almışlar. Onların həmin ərazidə ailə üzvlərinin hamısının torpağı vardır. Boru kəməri onun torpaq sahəsindən keçsə də, onun heç bir müqavilə bağlanmamışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, heç bir nəticə verməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
40. Iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 2851kv.m-ə qədər hissəsindən X2 Kəməri keçməsi onun torpaq sahəsinin həmin hissəsindən istifadə etməsini mümkünsüz edir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
41. Üçüncü şəxslər “X2 Kəməri” şirkəti və “X10” MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişləri. Məhkəmə, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan bxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
42. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
43. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
44. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
45. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
46. Maddə 58. Hissə 1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
47. Maddə 70. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
48. Maddə 84. Hissə 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
49. Maddə 111. Hissə 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu
50. Maddə 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər;
51. Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;
52. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.
53. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.
54. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.
55. Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi
56. Maddə 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
57. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
58. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.
59. Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
60. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
61. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
62. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
63. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
64. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
65. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
66. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
67. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
68. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.
69. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
70. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
71. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
Apellyasiya baxışının hədləri
72. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
73. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
75. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Belə ki, işin halları ondan ibarətdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ ##.##.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iddiaçı ona məxsus 0.37 hektar torpaq sahəsinin koordinatları ilə X2 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi üst-üstə düşdüyünü əsas gətirərək, torpaq sahəsinin üst-üstə düşən 2851 kv.m hissəsinə dair icarə müqaviləsinin bağlanması ilə bağlı cavabdeh Cavabdeh müraciət etmiş, cavabdeh orqan isə müraciətini cavablandırmamışdır. Nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
77. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya əsasən Cavabdeh ##.##.2023-cü il tarixli *-**/*-*-*/***/**** nömrəli cavab məktubunda da bildirilmişdir ki, Tovuz rayonu Əyyublu kənd sakini İddiaçı 2022-ci ilin iyul ayından rayon icra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Lakin onunla icarə müqaviləsi bağlanmamışdır. 78.
79. Məhkəmə qeyd edir ki, X2 Kəmərinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2851 kv.m-ə qədər hissəsindən keçməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
80. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan ədalətli kompensasiya ödənilməklə yol verilə bilər.
81. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən magistral qaz boru kəmərlərinin çəkilməsi dövlət ehtiyacları hesab edilir. Həmin Qanunun 4.1 və 4.2-ci maddələrinin mənasına görə isə dövlət ehtiyacları üçün torpaq sahəsindən istifadə olunarkən torpaq sahibinin hüquqları qorunmalı, ona münasibətdə kompensasiya və ya digər hüquqi təminat mexanizmləri tətbiq edilməlidir. Qanunun 7.1-ci maddəsində isə torpağın faydalılığının azalmasına və ya ondan istifadə imkanlarının məhdudlaşmasına məruz qalan şəxsin alınmanın təsirinə məruz qalan şəxs hesab edildiyi birbaşa müəyyən olunmuşdur.
82. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçının torpaq sahəsi formal olaraq onun mülkiyyətində qalsa da, torpaq sahəsinin mühüm hissəsindən istifadə imkanının məhdudlaşdığı və həmin hissənin faktiki olaraq magistral qaz boru kəmərinin mühafizə rejiminə tabe olduğu müəyyən edilmişdir. Belə olan halda, cavabdehin iddiaçının hüquqlarının pozulmaması və torpaq sahəsinə hər hansı müdaxilə edilməməsi barədə mövqeyi işin faktiki halları ilə uzlaşmır.
83. Məhkəmə hesab edir ki, cavabdeh dövlət orqanının layihə xətləri ilə vətəndaşın mülkiyyət sərhədlərinin üst-üstə düşməsi barədə daxili məlumatsızlığı və ya inzibati koordinasiyasızlığı vətəndaşın Konstitusiya ilə qorunan mülkiyyət hüququnun pozulmasına bəraət qazandıra bilməz. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi sənədləri və məhkəmə tərəfindən qəbul edilmiş mötəbər ekspertiza rəyi qarşısında inzibati orqanın “məlumatsızlıq” arqumenti hüquqi əhəmiyyət kəsb etmir, çünki rayon ərazisindəki torpaq fondunun idarə edilməsi və hüquqların tənzimlənməsi birbaşa cavabdehin qanuni vəzifələri dairəsinə daxildir.
84. Cavabdehin apellyasiya şikayətində eyni layihə çərçivəsində digər mülkiyyətçilərlə müqavilə bağlanmasının iddiaçı İddiaçı də şamil olunması tələbini “absurd” adlandırması hüquqi dövlətin əsas prinsiplərinə tamamilə ziddir.
85. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş digər bir analoji sənəd — Cavabdeh Əyyublu Inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi ilə digər vətəndaş X3 arasında və Tovuz rayon Icra Hakimiyəti ilə digər mülkiyyətçilər arasında ##.##.2015-ci il tarixdə bağlanmış X2 Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə rəsmi Icarə Müqaviləsi — cavabdeh inzibati orqanın apellyasiya şikayətində irəli sürdüyü arqumentlərin tamamilə əsassız olduğunu maddi sübut müstəvisində bir daha təsdiq edir.
86. Tədqiq olunan həmin analoji müqavilələrin şərtlərindən (Preambula hissəsi, (B) və (C) bəndləri, eləcə də Maddə 4.01) aydın görünür ki, Azərbaycan Respublikası Hökuməti ilə Boru Kəməri Şirkəti arasında imzalanmış Sazişə əsasən, magistral kəmərin keçdiyi torpaqların mülkiyyətçiləri ilə rəsmi icarə münasibətlərinin qurulması və onlara kompensasiya ödənilməsi dövlətin (və onun yerli strukturlarının) birbaşa öhdəliyidir. Həmin müqavilədə boru kəmərinin istismar müddətinin ## ###### 2066-cı il tarixinədək (və ya daha uzun müddətə) müəyyən edilməsi birmənalı olaraq sübut edir ki, mülkiyyət hüququna edilən müdaxilə müvəqqəti və ya tikinti dövrü ilə məhdudlaşan hal deyil, onilliklər boyu davam edən rəsmi, hüquqi bir məhdudiyyətdir.
87. Bu baxımdan, cavabdehin “layihənin tikinti mərhələsi bitdiyi üçün iddiaçı ilə müqavilə bağlamaq qeyri-mümkündür” iddiası əsassızdır. Analoji müqavilənin məzmunu təsdiq edir ki, tikinti mərhələsi bitdikdən sonra da (müqaviləyə əsasən 2018-ci ildən sonra) “Istismar müddəti” başlayır və torpaq mülkiyyətçisinin hüquqlarının qanuni məhdudiyyəti (mühafizə zolağı statusu) 2066-cı ilədək qüvvədə qalır. Dolayısı ilə, iddiaçının torpaq sahəsindən kəmərin keçməsi faktı hazırda da davam etdiyi üçün, inzibati orqanın layihənin bitməsini bəhanə gətirməsi hüquqi sükut və hərəkətsizliyə bəraət qazandıra bilməz. Əlavə olaraq, müqavilədə boru kəmərinin istismar müddətinin ## ###### 2066-cı il tarixinədək davam etməsinin nəzərdə tutulduğu, habelə həmin müddətin əlavə bildirişlərlə uzadıla biləcəyi birbaşa göstərilmişdir. Bu isə onu göstərir ki, layihə yalnız tikinti mərhələsindən ibarət olmayıb, uzunmüddətli istismar və mühafizə rejimini nəzərdə tutan davamlı hüquq münasibəti yaratmışdır. Hazırkı dövrdə də iddiaçının torpaq sahəsinə münasibətdə mövcud məhdudiyyətlər davam etdiyindən, cavabdehin müqavilənin bağlanmasının artıq mümkün olmaması barədə mövqeyinin hüquqi və faktiki əsası yoxdur.
88. Məhkəmə xüsusi olaraq vurğulayır ki, eyni kənddə (Əyyublu kəndində), eyni layihə çərçivəsində digər vətəndaşla (X3 ilə) mülkiyyətində olan torpaq sahəsinin boru kəməri xətti ilə üst-üstə düşməsinə görə rəsmi “Icarə Müqaviləsi” bağlandığı halda, tamamilə analoji hüquqi və faktiki vəziyyətdə olan iddiaçı ilə müqavilənin bağlanmasından imtina edilməsi və ya bu tələbin “absurd” adlandırılması hüquq bərabərliyi prinsipinə kökündən ziddir.
89. Bundan başqa, həmin müqavilənin mövcudluğu onu da təsdiq edir ki, cavabdeh torpaq sahələrinin boru kəmərinin təsir zonasına düşməsi halları barədə məlumatlı olmuş, bu məqsədlə digər şəxslərlə müqavilələr bağlamış və kompensasiya mexanizmi tətbiq etmişdir. Belə olan halda, apellyasiya şikayətində göstərilən “iddiaçının torpaq sahəsinin üst-üstə düşməsi barədə məlumatın olmaması” barədə dəlil inandırıcı deyildir.
90. Bundan başqa cavabdehin etiraz və apellyasiya şikayətinin dəlillərindən biridə ondan ibarətdir ki, iddiaçı vaxtında müraciət etməmişdir.
91. Bununla bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının onunla müqavilənin bağlanması üçün müraciət etməməlidir. Iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün lazım olduğundan dövlətin aidiyyəti qurumu mülkiyyətçiyə müraciət etməlidir.
92. Belə ki, mülkiyyətçi olan iddiaçının torpaq sahəsindən boru kəmərinin keçməsi onun mülkiyyət hüququna müdaxilə təşkil edir ki, bu müdaxilənin razılaşdırması üçün aidiyyəti qurumlar mülkiyyətçiyə müraciət etməli və onunla müqavilə bağlamalıdır.
93. Əks yanaşma mülkiyyət hüququnun pozulmasına bəraət qazandırmaqdan ibarət olar ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən mülkiyyət hüququ toxunulmazdır və yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
94. Nəticə etibarilə nəzərə alınmalıdır ki, digər torpaq mülkiyyətçiləri ilə bağlanmış icarə müqavilələri hazırkı iş üzrə mühüm sübut əhəmiyyətinə malik olmaqla, iddiaçının tələbinin hüquqi əsaslarının mövcudluğunu, cavabdehin isə analoji hallarda eyni hüquqi mexanizmdən istifadə etdiyini təsdiq edir.
95. Belə olan halda bir mülkiyyətçi ilə icarə müqaviləsinin bağlanması, digər mülkiyyətçi ilə isə müqavilənin bağlanmaması konstitusion bərabərlik hüququnun pozulmasına gətirib çıxarar.
96. Bununla paralel qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi təmin edilir. Eyni zamanda, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində (Bərabərlik prinsipi) təsbit olunmuşdur ki, inzibati orqanlar tərəfindən analoji faktiki hallarda fərqli qərarların qəbul edilməsi qadağandır. Eyni hüquqi rejimə tabe olan şəxslər arasında subyektiv səbəblərdən asılı olaraq fərq qoyulması (diskriminasiya) qanunla qadağan edilən inzibati özbaşınalıq və diskresion səlahiyyətlərdən sui-istifadə halları kimi qiymətləndirilməlidir. Dövlət orqanı eyni xarakterli hüquq münasibətlərində iştirak edən şəxslərə münasibətdə fərqli hüquqi yanaşma tətbiq etdikdə, həmin fərqləndirmənin obyektiv və əsaslı səbəblərini sübut etməlidir. Hazırkı işdə isə cavabdeh iddiaçı ilə digər torpaq mülkiyyətçilərinin hüquqi vəziyyətləri arasında hər hansı əhəmiyyətli fərqin mövcudluğunu sübut edə bilməmişdir.
97. Bundan başqa, sözügedən analoji müqavilənin 4.01-ci bəndində açıq şəkildə qeyd olunur ki, kompensasiya təkcə fiziki zərərə görə deyil, “Torpaq mülkiyyətçisinin məruz qaldığı təsirin və məhdudiyyətlərin” əvəzi olaraq ödənilir. Bu şərt cavabdehin “vətəndaşın torpağına maddi zərər dəyməmişdir, ona görə də müqaviləyə ehtiyac yoxdur” arqumentini tamamilə rədd edir. Çünki, rəsmi müqavilə praktikası təsdiq edir ki, ərazidə təhlükəsizlik qaydalarının (mühafizə zolağının) tətbiq edilməsi və vətəndaşın sərbəst əkin fəaliyyətindən məhrum olunması özözlüyündə kompensasiya ödənilməsini və müqavilə bağlanmasını tələb edən əsas mülki-hüquqi məhdudiyyətdir.
98. Göründüyü kimi, analoji statusda olan qonşu torpaq mülkiyyətçiləri ilə rəsmi icarə müqavilələri bağlandığı halda, eyni hüquqi və faktiki vəziyyətdə olan iddiaçıya münasibətdə müqavilənin bağlanmasından imtina edilməsi inzibati orqan tərəfindən bərabərlik və mütənasiblik prinsiplərinin kobud şəkildə pozulması mənasına gəlir.
99. Beləliklə, cavabdehin ərazidə mülkiyyətçilərlə bu səpkidə müqavilələr bağlamaq təcrübəsinin və qanuni öhdəliyinin mövcudluğu iş materiallarında olan rəsmi ##.##.2015-ci il tarixli müqavilələr ilə tam sübuta yetirilir. Analoji müqavilənin mövcudluğu fonunda, iddiaçıya münasibətdə müqavilənin bağlanmaması aşkar qanunsuzluqdur və birinci instansiya məhkəməsi bu qanunsuz hərəkətsizliyi aradan qaldırmaqla cavabdeh üzərinə müvafiq öhdəlik qoymaqda tamamilə haqlı olmuşdur.
100. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
101. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə ## ####### 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
102. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
103. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Posessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.