Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-676/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeydin ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, “qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-866/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Şəmkir rayonu Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76№-li sərəncamı ilə Şəmkir rayon İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin, DTXK Şəmkir şöbəsinin verdiyi xəritədəki cizgilər daxilində Şəmkir-Çinarlı yolunun sağ tərəfində "xxxx" Firmasının şərqindəki boş istifadəsiz ərazidən abadlıq, yaşıllıq və əhaliyə əyləncə xidməti üçün sahibkarlıq xidməti məqsədilə 0.33 ha torpaq sahəsi sahibkarlıq məqsədilə 50 il müddətinə icarəyə verilməsi qərara alınmışdır.
2. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3885 KOD 50400001 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayon Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarına və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsinə əsasən bələdiyyənin ərazisində yerləşən 0.33 ha torpaq sahəsi sahibkarlıq məqsədilə 50 il müddətinə "xxxx" firmasına verilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat və **********63-12301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1548.50 kv.m olan əmlak kompleksi üzərində "xxxx" MMC-nin xüsusi mülkiyyət hüququ, həmin müəssisənin yerləşdiyi 0,16564 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-7295/23 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nə məxsus ünvan 1 ünvanında 0.16564 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1548.50 kv.m olan əmlak kompleksi kimi müəssisəyə verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat və **********63-12301 reyestr nömrəli çıxarış hal-hazırda qüvvədədir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-564/23 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin sahəsi 12954 ha, mülkiyyət forması dövlət, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, təyinatı üzrə ictimai tikinti altında olan olan torpaqlardır. Həmin torpaq sahəsinin Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-3885 KOD 50400001 saylı şəhadətnamədə göstərilən 0.33 ha torpaq sahəsi ilə koordinatları, döngə nöqtələri, yerləşmə vəziyyətinə görə uyğunluq təşkil edir. Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" MMC-nin adına qeydə alınmış 0.16564 ha tikintialtı sahəsinə aiddir və həmin torpaq sahəsinin koordinatları ilə Şəmkir rayonu Şəmkir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76№-li qərarına əsasən "xxxx" Firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Lakin "xxxx" MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli 3823 saylı icarə müqaviləsi ilə 12954 ha torpaq sahəsi icarəyə götürülmüşdür. Həmin torpaq sahəsi ilə Şəmkir bələdiyyəsi tərəfindən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsi ilə 0.1453 ha hissədə üst-üstə düşür. 0.16564 ha torpaq sahəsi 12954 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməklə tikintialtı sahədir və 0.33 ha torpaqla həmsərhəd deyil.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən üçüncü şəxs “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il tarixli qeydin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq qeyd olunan ünvanda fəaliyyət göstərir. Şəmkir bələdiyyəsinin xx.xx.20035-cü il tarixli 76 saylı qərarı və xx.xx.20089-cü il tarixli 14 saylı icarə müqaviləsi ilə 0.33 ha torpaq sahəsi 50 il müddətinə sahibkarlıq xidməti məqsədi ilə onların istifadəsinə verilmiş, istifadə hüquqları dövlət qeydiyyatına alınmış və onlara 2N-38685 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Son bir ilə kimi istifadələrində olan torpaq sahəsindən mübahisəsiz və təyinatı üzrə istifadə etmişlər. Lakin son bir ildə üçüncü şəxslə aralarında mübahisə yaranmış, səbəb isə o olmuşdur ki, cavabdeh onların qanuni istifadəsinə verilmiş və istifadə hüquqları qeydə alınmış torpaq sahəsinin bir hissəsinə cavabdehin vermiş olduğu cavab məktubuna görə İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsinin 0.0715 ha hissəsi və 0.1283 ha hissəsi üst-üstə düşür. Bu səbəbdən onlar cavabdehə müraciət edib xahiş etmişlər ki, üçüncü şəxsin adına tərtib olunmuş çıxarışı onların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv etsin. Çünki onların həmin torpaq sahəsi ilə bağlı hüquqları 2003-cü ildə qeydə alındığından artıq həmin torpaq sahəsi yüklü olmuşdur. Buna görə də onlar rəsmi qaydada cavabdehə məktub göndərmiş, üçüncü şəxsin adına tərtib etmiş olduğu xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışı ləğv etməsini xahiş etmişlər. Çünki cavabdeh üçüncü şəxsin adına eyni tarixdə, eyni qeydiyyat nömrəli iki çıxış tərtib etmişdir. Həmin çıxarışlardan birində torpaq sahəsi 1.2954 ha, digərində isə 0.165640 ha göstərilmişdir. Lakin cavabdeh onların ərizəsini qəbul edib müvafiq araşdırma apararaq onların haqlı olduğunu müəyyən etsə də, onların ərizəsini nəzərə almamış, heç bir hüquqi əsas olmadan istifadələrində olan torpaq sahəsinə görə üçüncü şəxsin adına vermiş olduğu müvafiq çıxarışı müxtəlif bəhanələrlə ləğv etməkdən imtina etmişdir. Buna görə də onlar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3-21-3/2- 149/24 nömrəli etiraz ərizəsində qeyd olunmuşdur ki, sözügedən 4N-3885, kod-50400001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”də qeyd olunan 0.33 ha torpaq sahəsi 2 (iki) hissədən, yəni, 0.2017 ha və 0.1283 ha hissədən ibarətdir. Qeyd olunan 0.2017 ha (2017.0 kv.m) torpaq sahəsinin tərəflərin razılığına əsasən 9.0 kv.m-i X5, 32.1 kv.m-i X3 və 457.0 ve 458.0 kv.m isə X1 istifadəsindədir. Yerdə qalan 170.3 kv.m torpaq sahəsi isə kanar istifadəçilər tərəfindən istifadə edilir. Ümumilikdə 0.2017 iddiaçıya məxsus mağaza təşkil edir. Həmçinin, "Xəlil-Həsənli Firması” MMC-yə verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən sözügedən Şəmki 3 şəhəri, 20 yanvar küçəsi, 122 ünvanında yerləşən 1.2954 ha torpaq sahəsi (onun 1656.4 kv.m hissəsi tikinti altıdır) ilə, İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsinin 0.2017 ha-nın 0.0715 ha hissəsi və 0.1283 ha hissəsi isə bütövlükdə üst-üstə düşür. Həmçinin "xxxx" MMC-yə verilmiş çıxarışda qeyd olunan 1.2954 ha torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşən 0.1283 ha (1283.0 kv.m) torpaq sahəsinin 10546 kv.m hissəsi polis şöbəsinin istifadəsində, 81.0 kv.m isə X6 istifadəsində və 120.8 kv.m-lik mağaza isə iddiaçının istifadəsindədir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-866/2024 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsinin qzrarında qeyd edilir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.
12. Məhkəmə gəldiyi mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-866/2024 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilmədiyindən həmin qərardad obyektiv deyil, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılıb.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını, iddia tələbinin mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, “X9" MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 3823 saylı icarə müqaviləsi ilə icarəyə verilmiş torpaq sahəsi ilə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN- 3885 KOD 50400001 saylı şəhadətnaməyə əsasən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin 0.1453 ha hissə üst-üstə düşür. Bu səbəbdən də “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3885 KOD 50400001 saylı şəhadətnamə üzrə çıxarışın verilməsindən imtina olunmuşdur. Lakin hazırda mübahisələndirilən “X9” MMCnin adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Buna dair mütəxəssis rəyləri də təqdim olunmuşdur.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materialları ilə müəyyən olunur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(114)-1276/2022 nömrəli qərarı ilə iddiaçı «Həbibli-1” MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsi qərara alınmışdır.
23. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-135/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1276/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
24. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-135/2023 nömrəli qərardadından kassasiya şikayət verilməmiş, həmin qərardad qanuni qüvvəyə minmiş, inzibati iş 19 may 2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə geri qaytarılmışdır.
25. İddiaçı tərəfin hazırki tələblə məhkəməyə yenidən müraciət etməkdə hüquqi marağı cavabdeh tərəfindən üçüncü şəxs “X9” MMC-nin adına qeydə alınmış ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il tarixli qeydin ləğv olunmasına, apellyasiya şikayəti verməkdə isə işə mahiyyəti üzrə baxılmaqla yekun məhkəmə aktının qəbul edilməsinə nail olmaqdan ibarətdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə yeni əsas müəyyən olunmamışdır və mübahisə ilə eynilik təşkil edən tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə olan halda eyni iddia tələbi üzrə eyni tərəflər arasında yenidən iddia qaldırılaraq məhkəmə qaydasında baxılması yolverilməzdir.
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
28. Məhkəmə tərkibi qeyd edir ki, qanuni qüvvə hüquqi nəticənin bərqərar olmasına xidmət edir və müəyyən bir andan etibarən məhkəmə qərarlarının mübahisələndirilməsini artıq mümkünsüz edir. İPM-də qanuni qüvvənin iki növü var: 1) formal-hüquqi qanuni qüvvə; 2) maddi-hüquqi qanuni qüvvə. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın məzmun baxımından məcburiliyini nəzərdə tutur və İPM-in 78-ci maddəsində əksini tapmışdır.
29. Belə ki, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə, bir tərəfdən qərarın onun əsasında dayanan faktiki hallara və mübahisə predmetinə təsirini əhatə edir. Digər tərəfdən, o, qərarın hansı şəxslərə münasibətdə hansı məcburi qüvvəyə malik olması məsələsini tənzimləyir. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın mübahisələndirilə bilməsi mümkün olmadıqdan sonra hüquqi sülhün bərqərar olmasına xidmət edir.
30. Göründüyü kimi İPM-in 78-ci maddəsində maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə yalnız proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyi nəzərdə tutulsa da, faktiki olaraq, bu məcburilik məhkəməyə də şamil olunur. Çünki o, tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyət üzrə yeni qərar qəbul edə bilməz. Əksinə, o, artıq bir qərarın mövcud olması və buna görə də yeni bir qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Bu kimi hallarda yeni iddia yalnız o halda mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni mübahisə predmeti yaranmış olsun.
31. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 15.5 və 15.6-cı bəndlərində də göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
32. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur.
33. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
34. Hazırki iddia tələbi ilə bağlı kollegiya onu da qeyd edir ki, iddiaçının tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-135/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı və mütəxəsiss rəyi ilə müəyyən olunur ki, hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən "X9" MMC-nin adına qeydə alınmış ünvan 3 ünvanında yerləşən 0.16564 ha tikintialtı sahəsinə aiddir və həmin torpaq sahəsinin koordinatları ilə Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 79 saylı qərarına əsasən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür.
35. İşdə olan digər sənədlərlə müəyyən edilir ki, "X9" MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 3823 saylı icarə müqaviləsi ilə 1.2954 ha torpaq sahəsi icarəyə götürülmüşdür. Həmin torpaq sahəsi ilə Şəmkir bələdiyyəsi tərəfindən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsi ilə 0.1453 ha hissədə üst-üstə düşür, 0.16564 ha torpaq sahəsi,1.2954 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməklə tikintialtı sahədir və 0.33 ha torpaqla həmsərhəd deyil.
36. Göründüyü kimi torpaq sahələri üzrə yalnız "X9" MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 3823 saylı icarə müqaviləsi ilə icarəyə verilmiş torpaq sahəsi ilə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3885 KOD 50400001 saylı şəhadətnaməyə əsasən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin 0.1453 ha hissə ilə üst-üstə düşür. Hazırki halda isə iddiaçı digər qeydi, üçüncü şəxs "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydi mübahisələndirmişdir ki, buna dair subyektiv hüququ mövcud deyildir.
37. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.
38. Məhkəmə kollegiyası işdə olan sənədləri və qüvvədə olan məhkəmə aktını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35, 78 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-866/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov