Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-680/2025 10.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı dövlət sosial yardımın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2024cü il tarixdən aztəminatlı ailə kimi iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2933/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı il tarixdə Bərdə rayonu, Ərəblər kəndində anadan olmuş, hazırda Bərdə rayonu, Güloğlular ərazi dairəsi, Güloğlular kəndində qeydiyyatda olmaqla, qızı X12, iddiaçının kürəkəni X13, iddiaçının nəvələri X17, Maraqlı şəxs ilə birlikdə ünvan 1 ünvanda yaşayır.
2. X7 anası X2 xx.xx.2024-cü il tarixdə ********** VÖEN ilə uçota durmuşdur.
3. İddiaçı, X12, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə notariat ofisində təsdiq edilmiş ərizə ilə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onların ailəsinə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədilə ailənin 18 yaşına çatmamış üzvləri barədə məlumat verərək, Nazirlik tərəfindən onların hər birinə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlardan əldə edilməsinə və aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən bizim hər birinə dair sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsinə etiraz etməmiş, həmçinin ailə üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün iddiaçının ailəni təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişlər.
4. İddiaçının ilkin müraciəti xx.xx.2024-cü il tarixdə **********8249-1 nömrə ilə qeydiyyata alınmışdır. İnzibati icraat aparılan zaman 5 ailə üzvü – iddiaçı, onun qızı X12, iddiaçının kürəkəni X13, iddiaçının nəvələri X17, Maraqlı şəxs nəzərə alınmış; iddiaçının adına ünvan 2 ünvanda yerləşən **********05-10301 reyestr nömrəli fərdi yaşayış evi, X8 adına **********18 reyestr nömrəli torpaq sahəsi; 3 ədəd toyuq olması; iddiaçıya yaşa görə əmək pensiyası aldığı, Qarabağ Regional Təhsil İdarəsində mühasib vəzifəsində işlədiyi müəyyən edilmişdir. Nəticədə 36,60 manat təsərrüfat kateqoriyalarından, 3.773,38 manat əmək pensiyasından, 445,22 manat torpaq pay mülkiyyətindən gəlir, 136,68 manat Azəriqaz, 95 manat Azərişıq, 73,8 manat Azərsu, ümumi rabitə xərcləri 138 manat hesablanmışdır. 5 ailə üzvünün rəsmi gəliri 3.925,95 manat, ailənin adambaşına düşən orta aylıq kommunal və rabitə xərcləri 7,4 manat, adambaşına düşən orta aylıq gəliri 156,35 manat hesablanmışdır.
5. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının xx.xx.2024-cü il tarixli, **********8249-1 nömrəli müraciətinə cavab olaraq iddiaçının ailəsinə ünvanlı dövlət dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.
6. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərinə əsasən X2 xx.xx.2024-cü il tarixdə 28,00 manat, xx.xx.2024-cü il tarixdə 28,00 manat, xx.xx.2024-cü il tarixdə 28,00 manat, xx.xx.2025-ci il tarixdə 32,00 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.
7. İddiaçının sonrakı müraciəti xx.xx.2024-cü il tarixdə **********2272-1 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının xx.xx.2024-cü il tarixli, **********2272-1 nömrəli müraciətinə cavab olaraq iddiaçının ailəsinə ünvanlı dövlət dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.
8. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli, 3-21-3-02/2-2953/2025 nömrəli məktubunda bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. Maraqlı şəxs adına ümumi birgə mülkiyyət hüququ üzrə 1,54 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Həmçinin Maraqlı şəxs adına ümumi birgə mülkiyyət hüququ üzrə 0,08 ha torpaq sahəsi qeydiyyata alınmış, lakin xx.xx.2024-cü il tarixli, 4Ə1936 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. X3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
9. Məhkəmə sorğusuna cavab olaraq 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2025-ci il tarixli, 3-21-2-17/2-81780/2025 nömrəli məktubunda bildirmişdir ki, muzdlu işçilərin əmək haqqı, sosial sığorta hesablamaları və ödənişləri barədə məlumatlar sığortaedən tərəfindən təqdim edilən MDSS hesabatlarında öz əksini tapır. Məktubda qeyd olunan sığortaolunanlar tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsi ilə əlaqədar bildiririk ki, sosial sığorta haqları sığortaedən tərəfindən işləyənlərin əməkhaqlarından tutularaq ödənilir və sığortaedənin şəxsi hesab vərəqəsində öz əksini tapır. Sığortaedənlərinin xx.xx.2025-ci il tarixə müvafiq fondlar üzrə borcları yoxdur. Əlavə olaraq, vergi orqanında olan MDSS bəyannamə məlumatlarına əsasən sığortaedənlər tərəfindən sığortaolunanlara hesablama aparılmış dövrlər barədə məlumat təqdim olunur:
1. Sığortaolunan İddiaçı (FİN: xxxxxxx) - sığortaedən AR Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi (VÖEN: **********) tərəfindən 2018-ci ilin 4-cü, 2019cu, 2020-ci illərin 1-ci, 2-ci, 3-cü, 4-cü, 2021-ci ilin 1-ci, 4-cü və 2022-ci ilin 1-ci, 2-ci rübləri üzrə; - Sığortaedən AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsi (VÖEN: **********) tərəfindən 2022-ci ilin 2-ci, 3-cü, 4-cü, 2023-cü, 2024-cü illərin 1-ci, 2-ci, 3-cü, 4-cü və 2025-ci ilin 1-ci rübləri üzrə;
2. Sığortaolunan Maraqlı şəxs (FİN: xxxxxxx) - sığortaedən X18 (VÖEN: **********) tərəfindən 2023-cü ilin 1-ci rübü üzrə. Uçot-baza məlumatında X9 (FİN:69DTHWU) dair məlumat yoxdur.
10. Azərbaycan Respublikası Mərkəzi Bankı - X21, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Zülfiyyə Aslanova tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 28.00 AZN məbləğ ödənilmişdir.
11. xx.xx.2024-xx.xx.2024 tarixlərində qüvvədə olan “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, ailə başçısı X2 özü və ailə üzvləri Maraqlı şəxs və digər 2 nəfər barəsində 2024-cü ilin oktyabr ayı üzrə adam başına 6.90 manat olmaqla ümumilikdə 27.60 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.
12. xx.xx.2024-xx.xx.2024 tarixlərində qüvvədə olan xx.xx.2024-cü il tarixli, **********354200 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X2 tərəfindən ümumilikdə 27.60 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.
13. xx.xx.2024-xx.xx.2024 tarixlərində qüvvədə olan “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, ailə başçısı X2 özü və ailə üzvləri Maraqlı şəxs və digər 2 nəfər barəsində 2024-cü ilin dekabr ayı üzrə adam başına 6.90 manat olmaqla ümumilikdə 27.60 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.
14. xx.xx.2024-xx.xx.2025 tarixlərində qüvvədə olan “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, ailə başçısı X2 özü və ailə üzvləri Maraqlı şəxs və digər 2 nəfər barəsində 2025-ci ilin yanvar ayı üzrə adam başına 6.90 manat olmaqla ümumilikdə 27.60 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanlı dövlət sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi 5 nəfərdən, özü, qızı, kürəkəni və iki az yaşlı nəvəsindən ibarətdir. O, Bərdə rayon təhsil şöbəsində mühasib işləyir, qızı az yaşlı uşaqlarına baxdığı üçün işləmir, kürəkəni isə 0.31 hektar pay torpağında əmək fəaliyyəti ilə məşğul olur. Kürəkəni pay torpağına görə Vergi ödəyicisi kimi qeydiyyata alındığı tarixdən bu günədək ödəniş edilərək sabit qəbz üzrə hesabatlar verir (hesabatların surəti əlavə olunur). Ailə təmsilçisi olduğu ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”na uyğun olaraq birinci dəfə xx.xx.2024-cü il tarixində, ikinci dəfə xx.xx.2024-cü il tarixində X19 və X24 (VEMTAS) müraciət etmişdir (ÜDSY üçün ərizə №-si: **********610). Sənəd VEMTAS-a ötürülən zaman cavab bildirişində qaydalara uyğun olaraq 15 iş günü ərzində müraciətinə cavab veriləcəyi bildirilsə də 1-ci dəfə 2 aydan (60 gündən) sonra heç bir aidiyyəti olmayan səbəbə görə, ailənin istifadəsində olan pay torpağına görə ardıcıl gələn 12 ay ərzində ödəniş olmadığına, 2-ci dəfə isə 21 gündən sonra imtina səbəb qeyd edilmədən (sistemdən elektron çıxarışın surəti əlavə olunur) sistem tərəfindən sosial yardım təyin edilməsindən imtina edilmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikasının “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq olunmuş ’’Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların”da ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi səbəbləri barədə heç bir dəyişiklik edilməmişdir və həmin qaydalarda pay torpağına görə MDSS ödənişi edilmədiyinə görə sosial yardım təyin edilməsindən imtina olunması barədə heç bir maddə yoxdur, (qaydalardan çıxarış əlavə olunur). Nədənsə nazirlik tərəfindən mövcud qanunvericiliyin tələbləri pozularaq sosial yardımın təyin edilməsinə imkan verməmək üçün ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə rəsmi qaydalarda təsbit olunmuş maddələrə istinad edilmir, mövcud qanunların tələbləri pozularaq müxtəlif bəhanələrlə aztəminatlı ailələrə sosial yardım təyin edilməsindən imtina qərarı verilir.
17. xx.xx.2025-ci il tarixdə iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən aztəminatlı ailə kimi iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
18. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2-58436/2025 nömrəli vəsatətində bildirmişdir ki, ailəni təmsil edən şəxs qismində iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2024-cü il tarixli, **********8249-1 nömrəli və xx.xx.2024-cü il tarixli, **********2272-1 nömrəli müraciətləri əsasında, 2024-cü il üzrə fevral, mart, aprel may, iyun, iyul, avqust və sentyabr aylarında Ərizə-bəyannamə də qeyd olunan əmək qabiliyyətli ailə üzvü Maraqlı şəxs Vidadı oğlunun (VÖEN-**********) muzdlu işlə əlagədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanıması əsasında imtina edilmişdir. İddiaçı öz iddia ərizəsində yalnız özünün xx.xx.2024-cü il tarixli müraciətina əsaslansa da, bundan sonra müraciətindən imtina edilməsinə baxmayaraq, xx.xx.2024- cü il tarixdə təkrar müraciət etmişdir. Bu səbəbdən, onun xx.xx.2024-cü il tarixli müraciəti üzrə ÜDSY təyinatı əsassızdır. İddiaçı iddia ərizəsində ona ilk dəfə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən ünvanlı dövlal sosial yardımının təyin edilməsini və imtina barədə qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra eyni tələblə xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə baglı müraciət etmişdir. Beləliklə, iddiaçı xx.xx.2024-cü il tarixli imtina qərarı ilə razılaşmış və mübahisələndirməmişdir. Hazırki iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, irəli sürülmüş tələb "məcburetmə haqqında" iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.
19. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2-136561/2025 nömrəli etirazında bildirmişdir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı "Unvanlı yardım (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2024-cu il tarixli, **********2272-1 nömrəli müraciəti əsasında 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust va sentyabr aylarında "Ərizə-bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvü Maraqlı şəxs (VÖEN **********) muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. İş materiallarına əsasən İddiaçı ailəsi 5 nəfərdən ibarət tərkibdədir: təmsilçinin özü, qızı, kürəkəni və iki azyaşlı nəvəsi. Ailənin mülkiyyətində Bərdə rayonu, Qaraqoyunlu kəndində yerləşən kənd təsərrüfatına yararlı 0,31 ha pay torpağı vardır. İddiaçının VEMTAS-a edilən son ilki müraciətinə baxış keçirdikdə, “Ailə üzvləri barədə məlumatlar” qrafasında təmsilçinin kürəkəni Maraqlı şəxs kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd edilir (VÖEN: **********). Bildirilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta həqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müvafiq dərəcələri üzra (5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında) hesablanır. Həmçinin xx.xx.2020-ci il tarixdə istinad olunan Qanuna edilmiş dəyişikliklərə görə sosial sığorta ödənişləri üzrə prosedurların və inzibatçılığın sadələşdirilməsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər “sabit qəbz” əldə etməklə sığorta ödənişlərini həyata keçirməyə başlamışdır. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarında qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmçinin gəlirin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Belə ki, ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, həmçinin natural formada alınan sosial transfertlər aiddir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 5.14-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirləri hesablanarkən, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Qaydaların 5.17.-ci maddəsinə əsasən, torpaq sahəsi və ya əmlak icarəyə verildikdə və ya icarəyə götürüldükdə, icarəhaqqı ailənin gəlirində nəzərə alınır. Torpaq sahəsi və ya əmlak icarəyə verildikdə, icarəhaqqı ailənin gəlirinə daxil edilir, icarəyə götürüldükdə isə ailənin gəlirindən çıxılır. İcarəhaqqı natura ilə ödənildiyi halda, onun dəyəri natura formasında gəlirin hesablandığı qaydada hesablanır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən, ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. İddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli, **********2272-1 nömrəli müraciətinə xx.xx.2025-ci il tarixdə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Belə ki, İddiaçı kürəkəni V.Əhmədovun kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına baxmayaraq 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Həmçinin qeyd edilməsi zəruri hesab edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixli, **********2272-1 nömrəli müraciətinə xx.xx.2025-ci il tarixdə ünvanlı dövlət sosial yardının verilməsindən imtina edildikdən sonra iddiaçı bu imtina ilə razılaşmış xx.xx.2025cü il tarixdə 6.90 manat məbləğində, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə isə 8.0 manat məbləğində MDSS ödənişinlərinin ödənilməsi müəyyənləşdirilmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2024-cü il tarixli, **********2272-1 nömrəli müraciətinə münasibətdə VEMTAS tə-əfindən verilmiş “ailə üzvünün muzdlu işlə əlagədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması” imtinası qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir.
20. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə etirazda qeyd olunanları müdafiə edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2933/2025 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı və ailəsinə xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
23. Məhkəmə hesab etmişdir ki, istinad olunan Qaydaların 5.14-cü bəndində torpaq payından əldə olunan gəlirlər hesablanması qaydası əks olunmuşdur. Bununla belə, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi anlamına gəlmir. Göründüyü kimi, cavabdehin istinad etdiyi arqumentlər əsassızdır və həmin hallar adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir. Bundan əlavə, iddiaçının kürəkəni Səbuhi Məmmədov vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş, torpaq mülkiyyətçisi kimi ********** VÖEN ilə uçota durmuş X2 ilə birgə ümumi birgə mülkiyyətində torpaq sahəsi mövcud olmuş, həmin torpaq sahəsi üzrə mdss ödənişləri Məmmədov Səbuhinin anası X2 tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh MDSS ödənişlərinin olmaması əsası ilə müraciətini təmin etməkdən imtina etsə də, həmin ödənişlər həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin hala istinad edərək, iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina etməsi qanunsuz olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2933/2025 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2933/2025 nömrəli qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Belə ki, İddiaçı kürəkəni Maraqlı şəxs kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına baxmayaraq 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli, **********2272-1 nömrəli müraciətinə xx.xx.2025-ci iltarixdə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Həmçinin, qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı xx.xx.2024-cü il tarixli, **********2272-1 nömrəli müraciətinə xx.xx.2025-ci il tarixdə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edildikdən sonra iddiaçı bu imtina ilə razılaşmış, xx.xx.2025-ci il tarixdə 6.90 manat məbləğində, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə isə 8.0 manat məbləğində MDSS ödənişinlərinin ödənilməsi müəyyənləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı ilkin olaraq VEMTAS tərəfindən yoxlama aparılır, əgər qurumlarla yoxlamada hər hansı bir uyğunsuzluq aşkar edilməmişdirsə daha sonra maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir. Bu səbəbdən iddiaçıya xx.xx.2024-cü il tarixli, **********2272-1 nömrəli müraciətinə münasibətdə VEMTAS tərəfindən verilmiş “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması” imtinası qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi tərəfləridən sübuta yetirilmiş hesab edilməlidir. Bundan başqa, qeyd etmək zəruridir ki, məhkəmə qərarında iddiaçının kürəkəni Maraqlı şəxs vergi ödəyici kimi qeydiyyatdan keçməmiş, torpaq mülkiyyətçisi kimi ********** VÖEN ilə uçota durmuş X2 ilə birgə ümumi birgə mülkiyyətində torpaq sahəsi mövcud olmuş, həmin torpaq sahəsi üzrə mdss ödənişləri Maraqlı şəxs anası X4 tərəfindən həyata keçirildiyi qeyd edilmişdir. Bununla əlaqədar bildirilir ki, İddiaçı tərəfindən VEMTAS-a daxil edilmiş məlumatlarda kürəkəni Maraqlı şəxs məşğul şəxs kimi göstərmiş və müvafiq VÖEN-i sistemə daxil etmişdir. VEMTAS tərəfindən daxil edilmiş məlumatlar əsasında araşdırılma aparılmış və Maraqlı şəxs torpaq mülkiyyətçisi kimi mdss ödənişləri olmadığından imtina edilmişdir. Göründüyü kimi məhkəmənin yuxarıda qeyd etdiyi mövqeyi əsassızdır. Eyni zamanda məhkəmə Maraqlı şəxs mdss ödənişlərinin etməli olmadığı qənaətinə gəlirsə, bu zaman qərarda əks etdirdiyi mövqeyi Qanunun 4-cü maddəsinin ünvanlılıq və bərabərlik prinsiplərinin və 9-cu maddəsinin müddəalarına ziddiyyət təşkil edir. Ünvanlı dövlət sosial yardım təyin edilərkən ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması istisna olmaqla ailə üzvlərinin işləməsi faktı nəzərə alınır. Əlavə olaraq bildirilir ki, iddiaçının kürəkəni Maraqlı şəxs torpaq sahəsi üzrə mdss ödənişləri həyata keçirməməsi barədə müvafiq alt sistemdən çıxarışları qoşmaya əlavə edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
30. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.10. Məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir. Maddə 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər; 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər; 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi,onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarının və qurumlarının (bundan sonra qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X10 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X6 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Bənd 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bənd 5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (39.2%+18.8%+8.7%)+R+RM[42] Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; Bənd 5.23. ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Bənd 6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
35. İPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
44. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı X19 və X24 (VEMTAS) daxil edilmiş xx.xx.2024-cü il tarixli, **********2272-1 nömrəli müraciətinə VEMTAS tərəfindən imtina verilmişdir.
47. VEMTAS tərəfindən verilmiş imtinaya səbəb- “Ərizə bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvü Maraqlı şəxs (VÖEN **********) 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust va sentyabr aylarında muzdlu işlə əlaqədar gəlirlərinə dair məlumatların öz təsdiqini tapmaması olmuşdur.
48. Beləliklə, cavabdehin imtina və etirazının əsasının təhlili onu deməyə əsas verir ki, iddiaçının ailə üzvünün gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması onlara ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtinaya səbəb olmuşdur.
49. Yuxarıda istinad olunan maddi hüquq normalarının məzmunundan görünür ki, qanunverici sosial yardımın təyin olunması üçün əsas şərt kimi ailənin gəlirinin düzgün hesablanmasını müəyyən etmiş, məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunduqa imtina edilməsini təsbit etmişdir.
50. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının kürəkəni X13 vergi ödəyici kimi qeydiyyatdan keçməmiş, buna baxmayaraq torpaq mülkiyyətçisi kimi ********** VÖEN ilə uçota durmuş anası X2 ilə birgə ümumi birgə mülkiyyətində torpaq sahəsi mövcud olmuşdur, həmin torpaq sahəsi üzrə Səbuhi Məmmədovun adından mdss ödənişləri isə anası Zülfiyyə Aslanova tərəfindən həyata keçirilmişdir.
51. Həmçinin müəyyən edilir ki, Zülfiyyə Aslanova xx.xx.2024-cü il tarixdə ********** VÖEN ilə uçota durmuş və 2024-cü ilin sentyabr ayından etibarən Səbuhi Məmmədovun adından mdss ödənişlərini hər ay davamlı şəkildə həyata keçirmişdir.
52. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. Bu zaman sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir.
53. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
54. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
55. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması.
56. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə.
57. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir.
58. Kollegiya cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd olunan əmək qabiliyyətli ailə üzvünün sahibkarlıq fəaliyyəti üzrə gəlirlərinə dair məlumatların öz təsdiqini tapmaması, başqa sözlə “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz.
59. Həmçinin, bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır.
60. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər.
61. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hala istinad edərək, iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina etməsi qanunsuz olmuşdur. Eyni zamanda, həmin imtinadan narazı qalan iddiaçı yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə görə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və onun iddiası da birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir.
62. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
63. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2933/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.