Məhkəmə qərarları › İş №2-1(104)-681/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-681/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-681/2023 07.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və vəkili X12, üçüncü şəxs X7 nümayəndəsi (vəkili) X13 iştirakları ilə, “Qərar və protokolun ləğvi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1014/2023 nömrəli qərarından İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokolunun, qərarının və həmin qərarın hüquqi nəticələrinun ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 219 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış və adına torpağın mülkiyyətə verilməsinə dair JN-231 saylı, kod 50600038 nömrəli şəhadətnamə verilmişdir. O, həmin vaxtdan mülkiyyətinə ayrılmış torpaq sahəsini və həmin torpaq sahəsinin önündə olan 110 kv.luq X16 xəttinin altındakı boş torpaq sahəsini istifadə etməyə başlamışdır. Təxminən 2006-cı ildə müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə əsasında tərəfindən həmin torpaq sahəsində tikinti quraşdırma işləri apararaq “A” və “B” literli iki fərdi yaşayış evi və “B” literli hamam inşa etdirmişdir. O, dəfələrlə xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən əlavə istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciətlər etmiş, lakin ona cavab olaraq bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qaraflarının tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi yol verilmir. Bundan sonra o, 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və ona xx.xx.2021-ci il tarixli, 14949 inventar nömrəli fərdi yaşayış evin texniki pasportu və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2010-cu ildə X8 onlara qarşı “ona məxsus 0.06 ha torpaq sahəsinin qonşusu (cavabdeh) tərəfindən özbaşına zəbt edilməsi nəticəsində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Daşkəsən rayon Məhkəməsinə müraciət etmiş və ərizəsində göstərmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona xx.xx.2009cu il tarixli MN ******* saylı çıxarış verilmişdir. O, dəfələrlə əlavə istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciətlər etməsinə baxmayaraq ona verilməməsini və Ruzbəy Müqəddəmiyə həmin torpaq sahəsinin qanuni qaydada verilibverilməməsini dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə müraciət etmişdir. Nazirlik tərəfindən xx.xx.2011-ci il tarixli 09/M-796 nömrəli məktubla ona cavab verilmişdir ki, “inzibati araşdırma və audit yoxlaması nəticəsində bələdiyyənin fəaliyyətində qanun pozuntuları aşkar olunduğundan toplanmış material hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ruzbəy Müqəddəmiyə verilmiş çıxarış qanun pozuntuları ilə verildiyi üçün həmin çıxarış və bu torpaq sahəsinə dair verilmiş digər hüquqverici sənədlər də ləğv edilmişdir. Ona bildirilmişdir ki, 110 kv.luq yüksək gərginlikli elektrik xəttinin X16 xəttinin altındakı boş torpaq sahəsi xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bunu bildikdən sonra nə onlar, nə də ki, Ruzbəy Müqəddəmi məhkəməyə getmədikləri üçün Daşkəsən rayon Məhkəməsi 2(030)-17/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərardadı ilə iddia ərizəsini baxılmamış saxlamışdır. X14 ona qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, X14 həmin torpaq sahəsini alqısatqı müqaviləsinə əsasən Ruzbəy Müqəddəmidən almış və həmin müqaviləyə əsasən 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X10 xx.xx.2021-ci il tarixli, **********96 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş və ekspertin rəyinə əsasən onun faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.06 ha hissəsi xüsusi mülkiyyətindədir, 0.072 һа hissəsi isə, mülkiyyətindən əlavə istifadə sahəsidir. X10 məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq 220 kv.m hissəsinin ərazidən yerləşən boş sahə ilə, 380 kv.m hissəsinin isə, onun mülkiyyətindən əlavə istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 3 Saylı Gəncə Ərazi İdarəsi saxta sənədə əsaslanaraq X10 qanunsuz olaraq 0.06 ha torpaq sahəsi vermişdir, həmin torpaq sahəsi 110 kv.luq X16 xəttinin altındakı torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi üst-üstə düşdüyündən həmin torpaq sahəsinə çıxarış verilə bilməz. Ona verilmiş çıxarışda da həmin 110 kv.luq elektrik xətti göstərilməmişdir, hətta ekspert rəy verərkən bunu nəzərə almamışdır. O, 1996-cı ildən, yəni 25 ildir ki, həmin torpaq sahəsini istifadə edir və o dəfələrlə müraciət edərək həmin istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmiş, lakin həmin torpaq sahəsi 110 kv.luq elektrik xətlərin altında yerləşdiyi üçün torpaq sahəsi ona verilməmişdir. O, şikayət etdikdən sonra Ədliyyə Nazirliyindən bildirmişlər ki, Ruzbəy Müqəddəmiyə verilmiş çıxarış qanun pozuntuları ilə verildiyi üçün həmin çıxarış və bu torpaq sahəsinə dair verilmiş digər hüquqverici sənədlər də ləğv edilmişdir. Lakin hazırda məlum olmuşdur ki, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarı ilə Quşçu Bələdiyyəsi fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X6 0.06 ha torpaq sahəsinin satılmasına dair protokolu və qərarı qüvvədədir. Hesab edir ki, həmin torpaq sahəsi 110 kv.luq X16 xəttinin altında yerləşdiyindən Quşçu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsini Ruzbəy Müqəddəmiyə satılması qanuna zidddir. Ona görə də X6 0.06 ha torpaq sahəsinin satılmasına dair Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarı ləğv edilməlidir. Bununla bağlı, o Daşkəsən rayon Quşçu Bələdiyyəsinə müraciət edərək Bələdiyyənin xx.xx.2007-ci il tarixli iclasının 10 nömrəli protokolun və qərarın ləğv edilməsini xahiş etmiş, lakin Bələdiyyə həmin protokolun və qərarın ləğv edilməsindən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 və X14 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə qarşı qərar və protokolun ləğvi tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1014/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə qarşı qərar və protokolun ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 219 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış və adına torpağın mülkiyyətə verilməsinə dair JN-231 saylı, kod 50600038 nömrəli şəhadətnamə verilmişdir. O, həmin vaxtdan mülkiyyətinə ayrılmış torpaq sahəsini və həmin torpaq sahəsinin önündə olan 110 kv.luq X16 xəttinin altındakı boş torpaq sahəsini istifadə etməyə başlamışdır. Təxminən 2006-cı ildə müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə əsasında tərəfindən həmin torpaq sahəsində tikinti quraşdırma işləri apararaq “A” və “B” literli iki fərdi yaşayış evi və “B” literli hamam inşa etdirmişdir. İddiaçı dəfələrlə xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən əlavə istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciətlər etmiş, lakin ona cavab olaraq bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qaraflarının tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi yol verilmir. Bundan sonra o, 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və ona xx.xx.2021-ci il tarixli, 14949 inventar nömrəli fərdi yaşayış evin texniki pasportu və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2010-cu ildə X8 onlara qarşı “ona məxsus 0.06 ha torpaq sahəsinin qonşusu (cavabdeh) tərəfindən özbaşına zəbt edilməsi nəticəsində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Daşkəsən rayon Məhkəməsinə müraciət etmiş və ərizəsində göstərmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona xx.xx.2009-cu il tarixli MN ******* saylı çıxarış verilmişdir. 2010-cu ildə X8 onlara qarşı “ona məxsus 0.06 ha torpaq sahəsinin qonşusu (cavabdeh) tərəfindən özbaşına zəbt edilməsi nəticəsində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Daşkəsən rayon Məhkəməsinə müraciət etmiş və ərizəsində göstərmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona xx.xx.2009-cu il tarixli MN ******* saylı çıxarış verilmişdir. O, dəfələrlə əlavə istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciətlər etməsinə baxmayaraq ona verilməməsini və Ruzbəy Müqəddəmiyə həmin torpaq sahəsinin qanuni qaydada verilibverilməməsini dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə müraciət etmişdir. Nazirlik tərəfindən xx.xx.2011-ci il tarixli 09/M-796 nömrəli məktubla ona cavab verilmişdir ki, “inzibati araşdırma və audit yoxlaması nəticəsində bələdiyyənin fəaliyyətində qanun pozuntuları aşkar olunduğundan toplanmış material hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ruzbəy Müqəddəmiyə verilmiş çıxarış qanun pozuntuları ilə verildiyi üçün həmin çıxarış və bu torpaq sahəsinə dair verilmiş digər hüquqverici sənədlər də ləğv edilmişdir. Ona bildirilmişdir ki, 110 kv.luq X16 Xəttinin altındakı boş torpaq sahəsi xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bunu bildikdən sonra nə onlar, nədə ki, Ruzbəy Müqəddəmi məhkəməyə getmədiyi üçün Daşkəsən rayon Məhkəməsi 2(030)- 17/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərardadı ilə iddia ərizəsini baxılmamış saxlamış və o, həmin torpaq sahəsini giriş-çıxış kimi istifadə etməyə davam etdirmişdir. On bir ildən sonra üçüncü şəxs X14 ona qarşı "zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, X14 həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən Ruzbəy Müqəddəmidən almış və həmin müqaviləyə əsasən 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X10 xx.xx.2021-ci il tarixli, **********96 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş və ekspertin rəyinə əsasən iddiaçının faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.06 ha hissəsi xüsusi mülkiyyətindədir, 0.072 ha hissəsi isə mülkiyyətindən əlavə istifadə sahəsidir. X10 məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq 220 kvm hissəsinin ərazidə yerləşən boş sahə ilə, 380 kvm hissəsinin isə, iddiaçının mülkiyyətindən əlavə istifadə etdiyi torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Hesab edir ki, 3 Saylı Gəncə Ərazi İdarəsi saxta sənədə əsaslanaraq X10 qanunsuz olaraq 0.06 ha torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsi 110 kv.luq X16 Xəttinin altındakı torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi üst-üstə düşdüyündən həmin torpaq sahəsinə Çıxarış verilə bilməz. Ona verilmiş Cıxarışda da həmin 110 kv.luq elektrik xətti göstərilməmişdir, hətta ekspert rəy verərkən bunu nəzərə almamışdır. İddiaçı 1996-cı ildən, yəni artıq 27 ildir ki, həmin torpaq sahəni istifadə edir və o dəfələrlə müraciət edərək həmin istifadə etdiyi torpaq sahəsini onun mülkiyyətinə verilməsini xahiş etmiş, lakin həmin torpaq sahəsi 110 kv.luq elektrik xətlərin altında yerləşdiyi üçün torpaq sahəsi ona verilməmişdir. O şikayət etdikdən sonra Ədliyyə Nazirliyindən şifahi olaraq bildirmişlər ki, Ruzbəy Müqəddəmiyə verilmiş Çıxarış qanun pozuntuları ilə verildiyi üçün həmin Çıxarış və bu torpaq sahəsinə dair verilmiş digər hüquqverici sənədlər də ləğv edilmişdir. Ona görə də, hesab edir ki, X10 xx.xx.2021-ci il tarixli, **********96 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Bununla bağlı o, cavabdeh X10 qarşı "xx.xx.2021-ci il tarixli, **********96 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və Qızbəs Abbasova tərəfindən verilmiş iddia ərizəsinə baxılması, bu iş baxılıb qutaranadək dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarı ilə Quşçu Bələdiyyəsi fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X6 0,06 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi 110 kv.luq elektrik xətlərin altında yerləşdiyi üçün hesab edir ki, Quşcu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi Ruzbəy Müqəddəmiyə satılması qanuna ziddir. Buna görə də iddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokolunun, qərarının və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsinə" dair qərar çıxarılmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi onun bu məzmunlu izahatını nəzərə almadan iddia tələbimi təmin etməmiş, hesab edir ki, məhkəmə belə qərar çıxarmaqda haqlı olmamışdır. Məhkəmə hesab etmişdir ki, guya iddiaçı "iddia tələbini heç bir əsasla əsaslandıra bilməmişdir. Yalnız tələbində torpaq sahəsinin nə səbəbdən ona yox, üçünçü şəxslərə satılmasını, həmin halın qanunsuz olmasını" qeyd etmişdir. Bildirir ki, bu həqiqətə uyğun deyil. İddiaçı həm iddia ərizəndə, həm də məhkəmədə izahatında dəfələrlə göstərmişdir ki, Quşçu Bələdiyyəsi tərəfindən Rüzbəy Müqəddəmiyə satılmış torpaq sahəsi 110 kV-luq yüksək gərginlikli elektrik hava xətlərin mühafizə zonası altında yerləşdiyindən Müqəddəmiyə satılması qanuna ziddir. Hətta o bildirmişdir ki, 27 ildir ki, həmin torpaq sahəsindən giriş-çıxış kimi istifadə etmiş və 2006-cı ildə o dəfələrlə giriş-çıxış kimi istifadə etdiyi həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair müraciətlər etmiş, lakin ona cavab olaraq bildirilmişdir ki, "elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajlarının tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi yol verilmir". Həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi işə əlavə edilmiş sənədlərdən, hətta 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə də təsdiq edilir. Əgər həmin torpaq sahəsi iddiaçının istifadəndə ola-ola 2006-cı ildə ona satılmırsa, onda necə olur ki, həmin torpaq sahəsi Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarı ilə X1? Bundan başqa, işə əlavə edilmiş Daşkəsən rayon Quşçu bələdiyyəsinin sədri T.Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Quşçu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokoluna əsasən X6 0.06 ha torpaq sahəsinin satılması barədə onda heç bir əsaslı məlumat yoxdur. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli, 3-4813RA/1-2/2023 nömrəli məktubundan görünür ki, arxivdə xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar aşkar edilməmişdir. İşə əlavə edilmiş X11 xx.xx.2023-cü il tarixli, 3-16/2-09/361-10259/2023 nömrəli məktubdan görünür ki, Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərar Bələdiyyərərlə iş Mərkəzində qeydiyyata alınmamışdır. Bu onu göstərir ki, X6 0.06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar saxta olmuş və həmin saxta qərara görə ona torpaq sahəsinə Çıxarış verilmişdir. Məhkəmə prosesi zamanı iddiaçı dəfələrlə məhkəmədə şifahi vəsatət qaldıraraq mübahisəli torpaq sahəsinin 110 kV-luq yüksək gərginlikli elektrik hava xətlərin mühafizə zonası altında yerləşdiyini sübut etmək üçün torpaq sahəsinə yerində baxış keçirməsini xahiş etmişdir, lakin məhkəmə onun bu vəsatətini rədd etmişdir. Birinci instansiya məhkəməsi üçünçü şəxs X5 məhkəmə prosesində iştirakını lazımi qaydada təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X17 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləvğ edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi (vəkili) X18 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmasına keçənədək məhkəmə iddianın özünün mümkünlüyünü araşdırmalıdır. İddianın mümkünlük şərtləri isə, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən əsasların mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. İş materialları ilə müəyyən edilir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 219 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış və ona torpağın mülkiyyətə verilməsinə dair JN-231 saylı, kod 50600038 nömrəli şəhadətnamə verilmişdir. Torpaq sahəsi iddiaçıya ayrılan zamandan o həmin torpaq sahəsini istifadə etməyə başlamış və eyni zamanda ona ayrılmış sahənin yanında olan 110 kv.luq X16 xəttinin altındakı boş torpaq sahəsini də istifadə etməyə başlamışdır. İddiaçı 2006-cı ildə həmin torpaq sahəsində tikinti quraşdırma işləri apararaq “A” və “B” literli iki fərdi yaşayış evi və “B” literli hamam inşa etdirmişdir. İddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsindən əlavə istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi üçün cavabdehə müraciət etsəməsinə baxmayaraq cavabdeh bundan imtina edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin üzərində qeyriqanuni əl damı inşa etdirməklə torpaq sahəsini hasara almışdır. Həmin torpaq sahəsi isə hazırki iş üzrə üçüncü şəxs X7 məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqlarının qeydə alınmasına əsas olmuş Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsini xahiş edir. İş materiallarında olan Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokolundan çıxarışın və qərarının surətindən görünür ki, Quşçu bələdiyyə fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X6 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra X8 həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Quşçu kəndində yerləşən mülkiyyətində olan 0.06 ha torpaq sahəsini X2. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X7 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 31 yanvar 2023-cü il tarixli, 3-21-3-33/2-799/2023 nömrəli etirazında qeyd edilmişdir ki, ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair Daşkəsən rayonu, Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci ilfarixli, 10 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akt əsasında X6 verilmişdir. Qeyd olunan sənədlər əsasında xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli X5 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesirindən çıxarış verilmişdir. Həmin çıxarış əsasında vətəndaş X8 xx.xx.2012-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X2. xx.xx.2012-ci il tarixli, ******* nömrəli alqısatqı müqaviləsi əsasında X14 adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X10 ünvanın dəyişməsi ilə bağlı ünvan 3rləşən torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Aparılmış qeydiyyat tam əsaslıdır, hüquqların qeydiyyatı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyatorun şikayətinin dəlillərində bildirmişdir ki, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarı ilə Quşçu Bələdiyyəsi fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X6 0,06 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi 110 kv.luq elektrik xətlərin altında yerləşdiyi üçün hesab edir ki, Quşcu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi Ruzbəy Müqəddəmiyə satılması qanuna ziddir. Buna görə də iddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokolunun, qərarının və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsinə" dair qərar çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı dəfələrlə məhkəmədə şifahi vəsatət qaldıraraq mübahisəli torpaq sahəsinin 110 kV-luq yüksək gərginlikli elektrik hava xətlərin mühafizə zonası altında yerləşdiyini sübut etmək üçün torpaq sahəsinə yerində baxış keçirməsini xahiş etmiş, lakin birinci instansiya məhkəmə onun bu vəsatətini rədd etmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, üçüncü şəxs X7 xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsi 110 kVluq yüksək gərginlikli elektrik hava xətlərin mühafizə zonası altında yerləşir. Həmçinin baxış keçirilən zaman müəyyən edilmişdir ki, torpaq sahəsinin bir qismi İddiaçı tərəfindən zəbt edilərək hasarlanmış və giriş-çıxış yolu kimi istifadə edilir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 rayonu, Quşçu kəndində yerləşən mülkiyyətində olan 0.06 ha torpaq sahəsini X4 və həmin torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 31 yanvar 2023-cü il tarixli, 3-21-3-33/2-799/2023 nömrəli etirazında qeyd edilmişdir ki, aparılmış qeydiyyat tam əsaslıdır, hüquqların qeydiyyatı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Kollegiya qeyd edir ki, üçüncü şəxs X7 xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsi 110 kV-luq yüksək gərginlikli elektrik hava xətlərin mühafizə zonası altında yerləşməsi iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmasına dəlalət etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın və «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın təsdiq edilməsi haqqında Qaydalara əsasən, mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr. Həmin qaydaların 2-ci bəndinə əsasan, bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Həmin qaydaların 3-cü bəndinə əsasən, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin qaydaların 12-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; ... Qeyd olunan Qaydaların tələbindən də göründüyü kimi elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Belə olan halda hazırkı iddia tələbi ilə məhkəmə çıxış etməli olan subyekt həmin şəbəkələrin istirmarçısı və yaxud mülkiyyətçisi olmalıdır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 88.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsinə inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu nəzərə alınmamış və iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmamışdır. Bu hal isə iddianın mümkünlün şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1014/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi olaraq təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar