Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-681/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: protokolun ləğvi və imtahan nəticələrinin məqbul hesab edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Cavabdehnə qarşı “protokolun ləğvi və imtahan nəticələrinin məqbul hesab edilməsinə dair” inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3194/2024 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli, 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 07 may 2024-cü il tarixli, 2 nömrəli protokolundan çıxarışda X2 nəticələrinin qeyri-məqbul olması qeyd edilmişdir.
2. Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli, 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 29 may 2024-cü il tarixli, 2 nömrəli protokolundan çıxarışda X2 nəticələrinin apellyasiya komissiyası tərəfindən qeyri-məqbul olması qeyd edilmişdir.
3. İddiaçının qanuni nümayəndəsi İddiaçı cavabdeh orqana müraciətinə 3-29-31/2- A-163-4/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli məktubla cavabdeh tərəfindən imtina cavabı verilərək övladı Həqqi Mirməhəmmədin təhsilini təhsilini təmin etmək üçün Azərbaycan bölməsi üzrə sorğusunun yerləşdirilməsi tövsiyyə olunmuşdur.
4. Cavabdeh müdirinin 3-29-31/3-2-23F/2024 nömrəli, 01 may 2024-cü il tarixli əmrinə əsasən 2024/2025-ci tədris ili üzrə Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə işçi qrup yaradılmışdır.
5. Cavabdeh müdirinin 3-29-31/3-2-25F/2024 nömrəli, 02 may 2024-cü il tarixli əmrinə əsasən Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı müsahibə və apellyasiya komissiyaları yaradılmış və tərkibi müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təşkil etdiyi orta ümumtəhsil müəssələrinə rus dili bölməsinə qəbulla bağlı keçirilən müsahibədə iştirak etmiş oğlu X2 xx.xx.2024-cü il tarixdə verdiyi imtahan nəticələrinə dair protokolun dəyişdirilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü oğlu X2 rus dilində orta məktəbdə təhsil alması üçün cavabdeh (Azərbaycan Respublikası Təhsiİ Nazirliyi) tərəfindən təşkil edilmiş müsahibədə xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 41 saylı tam orta məktəbdə imtahan vermişdir. Müsahibənin nəticəsinə dair xx.xx.2024-cü ildə məlumat verilmişdir ki, oğlu müsahibədən keçməmişdir. Müsahibənin nəticəsilə razılaşmadığından apellyasiya şikavəti vermiş, şikayətə Gəncə şəhər 29 nömrəli orta məktəbdə baxılmışdır. Şikayətə baxılması zamanı müsahibənin keçirilməsinə dair videoyazıya baxılmış və oğlu yenidən sual cavab edilmişdir. Müraciətə apellyasiya qaydasında baxılmış və müsahibənin nəticəsinə dair əvvəlki qərar dəyişdirilmədən saxlanmışdır.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir.
9. İddiaçı ərizə təqdim edərək, onun əsl iddiaçı X4 ilə, habelə cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini, cavabdehin 329-31/3-2-25F nömrəli, 02 may tarixli əmri ilə yaradılmış komissiyanın 7 may 2024-cü il tarixli 2 nömrəli protokolun ləğvi və X2 ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş müsahibə nəticəsinin məqbul hesab edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
10. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2024-cü tarixli, 2-1(114)- 3194/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli, 02 may tarixli əmri ilə yaradılmış komissiyanın 07 may 2024-cü il tarixli, 2 nömrəli protokolunun ləğv edilməsi və X2 ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş müsahibə nəticəsinin məqbul hesab edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, təhsil almaq istəyən şəxsin rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olsa da, nəzərə almaq lazımdır ki, inzibati orqan tərəfindən diskresion səlahiyyətlərə əsaslanmaqla qərar qəbul edilməsi hələ iddia tələbinin uğurlu olmaması qənaətinə gəlinməsi üçün əsas deyildir. İnzibati prosessual qanunvericilik bununla belə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyünü nəzərdə tutmuşdur. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını mütləq şəkildə yoxlamalıdır. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz iddiaçının müraciətinin təmin edilməməsi, yəni imtinanı zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3194/2024 saylı qərarının tamamilə ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, Cavabdeh 3-29-31/3-2- 25F/2024 nömrəli, 02 may 2024-cü il tarixli əmrinə əsasən komissiya təşkil olunmuş, komissiya 07 may 2024-cü il tarixli 2 nömrəli protokol tərtib etmişdir. Hansıki, komissiyanın protokolu inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Regional idarə diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirmiş, səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmuş, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxmından zəruri və yararlı olmuşdur. Regional idarənin müsahibəsində min nəfərə yaxın uşaq iştirak etmişdir, qərar verərkən ədalətlilik, humanizm, bərabərlik hüquqları nəzərə alınmışdır və uşaqların bilik və bacarıqları komissiyanın ixtisaslı müəllimləri tərəfindən fərdi olaraq obyektiv qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir və qərar əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı izahat verərək, böyük qız övladının rus dilli bölməsində oxuduğunu, digər övladınında rus dilli bölmədə təhsil almasını istədiyini, ötən tədris ilində də övladının rus dili bölməsinə qəbulla bağlı keçirilən müsahibədə iştirak etdiyini, lakin qeyri-məqbul qiymət aldığını, ondan sonra övladını hazırlıq qruplarına qoyaraq bu il yenidən müsahibədə iştirak etdiyini, ancaq eyni halın bu ildə yaşandığını, övladının qeyri-məqbul qiymət aldığını bildirmişdir. Övladına komissiya tərəfindən qeyri-məqbul qiymət verildikdən sonra apellyasiya komissiyasına müraciət etdiyini, lakin nəticənin dəyişmədiyini bildirərək məhkəməyə müraciət etdiyini bildirdi. Birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq normaları
18. Azərbaycan Respublikası Konstitusiyası: 42.Təhsil hüququ. İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. 19.“İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyası: İnsan hüquqlarına hörmət olunması öhdəliyi Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın İ Bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.
14. Ayrı-seçkiliyin qadağan olunması Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır. 20.“İnsan hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına dair” 1 saylı Protokol (20 mart 1952-ci il)
2. Təhsil hüququ: Heç kəs təhsil hüququndan məhrum edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.
21.“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.3. Ümumi orta təhsil –ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. 6.3 Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır. 6.4 Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. 13.4 Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. 22.2.2 Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək ümumi təhsil sahəsində təhsilalanların hüquqlarından biridir. 22.“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-176 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələrin keçirilməsinə dair” Təlimat: 1.1. Bu Təlimat Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil edilmiş müsahibələrin keçirilməsi məsələlərini tənzimləyir. 2.1 Müsahibə prosesi işçi qrupu tərəfindən müəyyən edilmiş 12 rayon üzrə 5 mərkəzdə əyani formada Komissiya üzvlərinin uşaqla müvafiq dil üzrə şifahi ünsiyyət qurması və sual-cavabı şəklində həyata keçirilir. Müsahibə zamanı uşağın valideyinlərinin (qanuni nümayəndəsinin) müsahibə prosesində iştirakına şərait yaradılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi Komissiyanın müvafiq qaydada protokollaşdırılmış rəyi əsasında həyata keçirilir. Rəydə uşağın müvafiq dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi mənfi və ya müsbət olmaqla qeyd olunur. Komissiyanın rəyinin əks olunduğu protokol bütün üzvlər tərəfindən imzalanır və Komissiya sədri tərəfindən təsdiq olunur. 2.6 Komissiya sədri tərəfindən aşağıda qeyd edilən işlərin icrası təmin edilməlidir: 2.6.1.Uşaqların rus dili üzrə dinləmə-anlama və nitq bacarıqlarının qiymətləndirilməsinin mövcud təlimatın tələblərinə uyğun aparılması; 2.6.2. Müsahibə prosesində valideyinlərin iştirakının təmin edilməsi; 2.6.3. Müsahibə prosesində uşaq seçilmiş təlim dilini bilmədiyi və ya həmin dildə ünsiyyət qurmaqda çətinlik çəkdiyi halda valideynə (digər qanuni nümayəndəyə) təlim dilini dəyişdirməyin zəruriliyinin izah edilməsi; 2.6.4. Müsahibənin keçirilməsi ilə bağlı işin təşkili, o cümlədən sistemdə olan növbəliyə əsasən uşaqların Komissiya (və yaxud komissiyalar) tərəfindən qəbul edilməsi; 2.6.5. Müsahibə nəticəsinin yazılı şəkildə protokollaşdırılaraq iş gününün sonunda İdarənin İnformasiya təminatı sektorunda təqdim olunmasının təmin edilməsi; 2.6.6. Ehtiyac olduğu halda müsahibə prosesində psixoloqun iştirakının təmin edilməsi üçün tədbirlərin görülməsi. 23.“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 1.0.25. diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri. 24.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşın təhsil hüququ konstitusion hüquqdur və vətəndaş hüquqları sistemində vacib yer tutur. Bu hüququn təminatlarından birini də məhz ibtidai təhsil almaq təşkil edir.
28. Belə ki, pulsuz icbari ümumi orta təhsil almaq hüququ dövlət tərəfindən təmin edilir və bu dövlətin birbaşa nəzarət sferasına aiddir. Dövlətdə ümumi təhsil dili azərbaycan dilidir. Lakin müvafiq qanunvericiliyə əsasən digər dillərdə də təhsil almaq imkanı nəzərdə tutulmuşdur. Dövlət tərəfindən təmin edilən-rus dilində təhsil almaq istəyən şəxsə münasibətdə “Ümumi təhsil haqqında” qanunun müvafiq müddəasına əsasən dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi nəzərdə tutulmuşdur.
29. Başqa sözlə dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq orqan tərəfindən yaradılmış komissiya tərəfindən təşkil edilən müsahibədən müvəffəqiyyətlə keçdikdən sonra həmin dildə təhsil almaq imkanı əldə edirlər.
30. İş materiallarında olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh “2024/2025-ci tədris ili üzrə Cavabdeh ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılmasına dair” 3-29-31/3-2-23F/2024 nömrəli, 01 may 2024-cü il tarixli əmrinin 2-ci bəndinə əsasən birinci siniflərə şagird qəbulu ilə bağlı təşkilati işləri həyata keçirmək və bütün kommunikasiya kanalları vasiətsilə daxil olan vətəndaş müraciətlərinin çevik və operativ cavablandırılması məqsədilə işçi qrupu yaradılmışdır. Həmin əmrin 6-cı bəndinə əsasən Cavabdeh tabeliyində olan ümumi təhsil müəsisəslərinin tədris digər dillərdə aparılan birinci siniflərə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil edilməsi qərara alınmışdır.
31. Bundan sonra Cavabdeh “Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı müsahibə və apellyasiya komissiyalarının yaradılması” barədə 3-29-31/3-2-25F/2024 nömrəli, 02 may 2024-cü il tarixli əmrinə əsasən 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı uşaqların rus dili üzrə şifahi bacarıqlarının qiymətləndirilməsi üçün 2 (iki) müsahibə və apellyasiya komissiyaları təşkil olunmuşdur.
32. Hazırki iş üzrə iddiaçı X4 birinci sinfə digər dil, yəni rus dilində təhsil almaq üçün müvafiq komisiya tərəfindən müsahibəyə cəlb edilmiş və sonuncunun 07 may 2024-cü il tarixli 2 nömrəli və 29 may 2024-cü il tarixli 2 nömrəli protokollarından çıxarışa əsasən nəticələri qeyri-məqbul hesab edilmişdir.
33. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Cavabdeh 05 iyul 2024-cü il tarixli, 3-29-31/2-A-163-4/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2024-2025-ci tədris ili üzrə tədris digər dillərdə aparılan İ siniflərə uşaqların qəbulu üçün şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə müsahibələr keçirilmişdir. Şəffaflığın təmin olunması və apellyasiya müraciətlərinə baxılması məqsədilə müsahibə prosesinin video çəkilişi aparılmışdır. X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş müsahibədə iştirak etmiş və nəticəsi qeyri-məqbul hesab edilmişdir. Apellyasiya müraciətinə və müsahibənin video görüntüsünə yaradılmış apellyasiya komissiyası tərəfindən baxılmış və apellyasiya komissiyasının qərarına əsasən əvvəlki müsahibə qüvvədə saxlanılmışdır.
34. Birinci instansiya məhkəməsi tərəfindən inzibati orqanın gəldiyi nəticə diskresion səlahiyyətə uyğun həyata keçirilmədiyindən ləğv edilmiş və tələb təmin olunmuşdur.
35. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən inzibati orqanın həyata keçirdiyi səlahiyyətlərin qapalı diskresion səlahiyyətlər olmamasına düzgün hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz.
36. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir.
37. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının məzmunundan aydın olur ki, inzibati orqan qanunun tələblərinə riayət etməyə, diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.
38. Belə olan halda Cavabdeh “Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı müsahibə və apellyasiya komissiyalarının yaradılması” barədə 3-29-31/3-2-25F/2024 nömrəli, 02 may 2024-cü il tarixli əmri ilə yaradılmış komissiya həll etməli olduğu məsələ və qəbul etməli olduğu qərar, iddiaçının konstitusion hüququ olan təhsil hüququna birbaşa təsir etdiyinə görə, Komissiyanın qərarı tam qanuni olmalıdır.
39. Kollegiya qeyd edir ki, Komissiyasının qərarının mübahisələndirildiyi hallarda məhkəmə nəzarəti qaydasında aparılan yoxlama iki mühüm istiqaməti əhatə edir - qərarın prosessual təminatlara riayət edilməklə qəbul olunub-olunmadığını yoxlamaq və qərarın mahiyyəti üzrə qanuniliyini yoxlamaq.
40. Prosessual təminatlara riayət olunub-olunmadığına qiymət verilməsi istiqamətində aparılan yoxlama adıçəkilən komissiyasının məsələyə baxılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat aparıb-aparmadığını müəyyənləşdirməyə yönəlir. Həmin icraat qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə aparılmadıqda, xüsusən icraat zamanı yol verilmiş prosessual mahiyyətli pozuntular yekun qərara təsir edə biləcək keyfiyyətdə olduqda lazımi icraatın aparılmadığından söz etmək mümkündür. Bu kimi vəziyyətlərdə, bir qayda olaraq, lazımi icraatın aparılmasının təmin edilməsi üçün məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Bu mənada, Komissiyasının qərarının prosessual təminatlara riayət edilməklə qəbul edildiyini müəyyənləşdirmək baxımından məhkəmələr daha geniş yoxlama səlahiyyətinə malikdirlər. Lakin bu zaman nəzərə alınmalı olan əsas məsələlərdən biri sözügedən prosessual mahiyyətli pozuntuların məhz yekun qərara təsir edə biləcək keyfiyyətdə olmasıdır.
41. Komissiyasının qərarının mahiyyət üzrə qanuniliyinə qiymət verərkən isə ilk növbədə, inzibati orqanın bu vəziyyətlərdə diskresion səlahiyyətlər həyata keçirdiyi nəzərdə saxlanılmalıdır. Bundan başqa, baxılan məsələyə münasibətdə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş qərar qanunvericiliyin normalarına uyğun qəbul edilməlidir. Bu nöqteyi nəzərdən, inzibati orqanın diskresion səlahiyyətlərə əsaslanan fəaliyyəti zamanı qəbul etdiyi qərarın qanuniliyinin yoxlanması zamanı bir qədər fərqli standart və yanaşma tələb edilir. Bu cür yoxlama zamanı təqdim edilən müvafiq rəylər üzrə gəlinmiş nəticələr aydın və əsaslandırılmalı, azyaşlı uşağın digər dili anlaması və qavraya bilmə qabiliyyəti mütəxəssislər tərəfindən qiymətləndirilməlidir.
42. Hazırki iş üzrə inzibati orqan tərəfindən yalınz komissiyasının 07 may 2024-cü il tarixli 2 nömrəli və 29 may 2024-cü il tarixli 2 nömrəli protokollarından çıxarışlar təqdim edilmiş və həmin protokollarda nəticələrin qeyri-məqbul olması qeyd edilmişdir. Lakin qeyri-məqbul hesab edilən nəticənin iştirak edən üzvlər tərəfindən hansı meyarlara əsasən qiymətləndirilməsi, hər bir üzv tərəfindən təqdim edilən rəylər protokola əlavə edilməmişdir.
43. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əgər inzibati orqan inzibati aktı qəbul edib-etməməsi ilə bağlı diskresion səlahiyyətə malik olursa məhkəmə inzibati orqanın diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən edirsə, bir qayda olaraq inzibati orqanın üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoya bilməz.
44. Nəzərə almaq lazmdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda özü doğru hesab etdiyi qərarı qəbul edə, inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Yəni məhkəmə İPM-in 73.2-ci maddəsində təsbit olunmuş qaydaya uyğun surətdə hərəkət edir. Həmin müddəaya əsasən, məhkəmə inzibati orqanın üzərinə müvafiq məsələyə dair yeni qərarın qəbul edilməsi öhdəliyi qoyur. Bu zaman məhkəmənin diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi məsələlər inzibati orqan üçün məcburi xarakter daşıyır və inzibati orqan yeni inzibati aktı məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla qəbul etməlidir.
45. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə almaqla yeni inzibati aktın qəbul edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır.
46. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3194/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh 329-31/3-2- 25F/2024 nömrəli, 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 07 may 2024-cü il tarixli, 2 nömrəli protokol-qərarı ləğv edilsin. X2 müvafiq müraciəti üzrə qərar təqdim olunduğu gündən 15 (on beş gün) müddətində məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh üzərinə qoyulsun. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti verilə bilməz.