Məhkəmə qərarları › İş №2-1(104)-682/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-682/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-682/2024 03.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair qeydin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-862/2024 saylı qərarından üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: X10 ilə İddiaçı xx.xx.2007-ci il tarixdə 45 nömrəli akt qeydilə birgə nikaha daxil olmuşlar. X10 ilə X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X3 rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsini almışdır. Bundan sonra xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-190/2022 saylı qətnaməsi ilə (hakim K.Məmmədov) iddia tələbi təmin edilmiş, X10 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kənd icra nümayəndəliyində bağlamış, 45 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, tərəflərin birgə nikahından xx.xx.2009-cu ildə anadan olmuş Səma, xx.xx.2010-cu ildə anadan olmuş Sadiq və xx.xx.2014-cü ildə anadan olmuş Məhəmməd adlı uşaqların cavabdeh İddiaçı yanında saxlanılması qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1346/2022 saylı qətnaməsi ilə (hakimlər l.Həsənov (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-190 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində inşa edilmiş 381.20 kv.m. fərdi yaşayış evi üzərində üçüncü şəxs X5 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir. İddiaçı cavabdehə müraciət edərək həmin çıxarışın ləğv edilməsini xahiş etsə də cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə aparılmış mülkiyyət hüququna dair qeydin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qeyd olunan ünvanda ailə üzvlərilə birlikdə yaşayır, keçmiş əri Şəmkir rayonu, Aşağı Seyfəli kənd sakini X10 ilə 19 dekabr 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. X10 ilə birgə nikah müddətində Şəmkir rayonunun Aşağı Seyfəli kəndində alqı-satqı yolu ilə 0.12 ha həyətyanı torpaq sahəsi əldə etmiş, həmin torpaq sahəsində birgə nikah müddətində iki mərtəbəli fərdi yaşayış evi tikmiş, 2014-cü ildə həmin evə köçmüşlər. Ona və uşağlarına aid bütün əmlaklar hazırda həmin evdədir. Gəncə Apellyasiya Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə qətnaməsindən sonra cavabdeh mübahisənin və torpağın, evin 1 /4 hissəsinin mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildiyi halda onun birgə nikah müddətində əldə etmiş olduğu həyətyanı torpaq sahəsinin üzərində, yerləşən fərdi yaşayış evinə görə iş üzrə 3-cü şəxs, keçmiş qayınatası X5 adına mülkiyyət hüququna dair müvafiq çıxarış tərtib edmişdir. Həmin çıxarışda həyətyanı torpaq sahəsini keçmiş əri Anar Bayraməliyevin adına qeydə alsa da, həmin torpağın üzərində yerləşən və onların birgə nikah müddətində inşa etmiş olduğları fərdi yaşayış evini keçmiş qayınatasının adına qeydə almaqda haqlı olmamışıdır. O, cavabdeh orqana çıxarışın ləğvi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2023-cü il tarixli etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini X10 xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli reyestr alqı-satqı müqaviləsi əsasında X4 almışdır, alqı-satqı müqaviləsinə əsasən X3 rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2013-cü il tarixli, **********17 reyestr nömrəli çıxarış verilmişdir. X1 razılıq ərizəsinə əsasən X9 torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə dair layihə təqdim etmiş, 0.12 ha torpaq sahəsi X8, torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi X5 adına qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, **********75-10301 reyestr nömrəli çıxarış almışdır. Daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-862/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, ünvan 1 ünvanına dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə aparılmış mülkiyyət hüququna dair qeydin ləğv olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında yalnız üçüncü şəxs X5 oğlu ( iddiaçının keçmiş əri) notarial qaydada 13 sentyabr 2022-ci il tarixində ərizə təqdim edərək qeyd etmişdir ki, ona məxsus olan Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində X6 tikinti işləri aparmasına etiraz etmir. Bu ərizə ilə bağlı məhkəmə qeyd edir ki, bu ərizə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd hesab edilmir və həmin ərizə üçüncü şəxs X5 Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq etmir. Eyni zamanda cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi inzibati icraat materiallarında üçüncü şəxs X5 Şəmkir Rayon İcra Hakimiyyətinə ünvanlandığı məlumatlandırma icraatı barədə ərizə mövcud olsa da həmin ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, ərizədə X2 qeyd etmişdir ki, mülkiyyətimdə( istifadəmdə) olan Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində tikinti inşa etmişəm. Həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində, istifadəsində, icarəsində olmaması eyni zamanda cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsində nəzərdə tutulan hallar araşdırılmamış, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi tələb edilməmişdir. Eyni zamanda həmin ərizədə ərizənin imzalandığı tarix qeyd edilməmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab məktubu ilə bildirmişlər ki, X9 tərəfindən Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən sahəsi 382 kv.m, hündürlüyü 6,2 metr, mərtəbəliliyi 2 olan yaşayış evinin inşa edilməsi barədə məlumatlandırma icraatı qaydasında ərizə daxil olmamışdır.Həmçinin, Azərbaycan Respublikası Dövlət X17 tərəfindən məhkəmənin sorğusuna daxil olan cavab məktubunda qeyd edilmişdir ki, X9 tərəfindən evinin inşa edilməsi barədə məlumatlandırma icraatı barədə ərizə aşkar edilməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2184/2022 nömrəli qətnaməsi 02 sentyabr 2022-ci il tarixində qəbul edilmiş, həmin məhkəmə iclasında X8 (iddiaçının keçmiş əri) nümayəndəsi( vəkil) X11 məhkəmə iclasında iştirak etmiş və qətnamədən məlumatı olmuşdur. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsi və həmin torpaq üzərində tikilmiş fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən müəyyən edildiyini bildiyi halda X8 (iddiaçının keçmiş əri) qısa müddət ərzində 13 sentyabr 2022-ci il tarixində ( məhkəmə qətnaməsindən məlumatlı olduğu halda 11 gün sonra) notarial qaydada ərizə təqdim edərək qeyd etmişdir ki, ona məxsus olan Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində X5 tikinti işləri aparmasına etiraz etmir. Daha sonra isə qısa müddət ərzində 23 sentyabr 2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının keçmiş əri X8 atası X5 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilən bütün hallar iddiaçının keçmiş əri X8 13 sentyabr 2022-ci il tarixində notarial qaydada tikintiyə icazə verməsi barədə razılığ ərizəsindən 10 gün sonra 23 sentyabr 2022-ci il tarixində iddiaçının keçmiş əri X8 atası X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsi və həmin torpaq üzərində tikilmiş fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən müəyyən edildiyini bildikləri halda, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinin tələblərinə əməl olunmaması sübut edir ki, cavabdeh orqan tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X5 mülkiyyət hüququnu qeydə alarkən qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək, iş üzrə iddianın tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə proses zamanı iş üçün xüsusi əhəmiyyətli olan xüsusatları araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edilir ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsini X10 xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli reyestr alqı-satqı müqaviləsi əsasında X4 almışdır, alqı-satqı müqaviləsinə əsasən X3 rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2013-cü il tarixli, **********1 ********* reyestr nömrəli çıxarış verilmişdir. X1 razılıq ərizəsinə əsasən X9 torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə dair layihə təqdim etmiş, 0.12 ha torpaq sahəsi X8, torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi X5 adına qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, **********75-10301 reyestr nömrəli çıxarış almışdır. Hesab edilir ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəməm kollegiyasının iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası AR İPMnin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X10 ilə İddiaçı xx.xx.2007-ci il tarixdə 45 nömrəli akt qeydilə birgə nikaha daxil olmuşlar. X10 ilə X7 arasında bağlanmış xx.xx.2013cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X3 rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsini almışdır. Bundan sonra xx.xx.2013cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınmışdır. Sözügedən torpaq sahəsi üzərində inşa edilmiş 381.20 kv.m. fərdi yaşayış evi üzərində üçüncü şəxs X5 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir. İddiaçı cavabdehə müraciət edərək həmin çıxarışın ləğv edilməsini xahiş etsə də cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2184/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsilə (hakimlər Ə.Məmmədov (məruzəçi və sədrlik edən), F.Mehtiyev və A.Hüseynzadə) müəyyən edilir ki, İddiaçı ilə X10 birgə nikahda olduqları dövrdə Səmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında X8 mülkiyyətinə verilmişdir. İddiaçı həmin Çıxarış əsasında X8 mülkiyyətində olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin birgə nikah dövründə əldə etdiklərini və üzərində şəxsi vəsaitləri hesabına fərdi yaşayış evi inşa etdirdiklərini göstərərək, həmin torpaq sahəsində və üzərində yerləşən fərdi yaşayış evində üçüncü şəxs tərəfindən ölçmə işlərinin aparılmasına cavabdeh X10 tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə (Şəmkir Rayon Məhkəməsinə) müraciət etmiş və irəli sürülən iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbini təmin edərək bildirimişdir ki, torpaq sahəsinin birgə nikah dövründə əldə olunması və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsi öz təsdiqini tapmış və mülki işə bu xüsusatı təsdiq edən 13 yanvar 2022-ci il tarixli nikah haqqında arayış və 07 mart 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əlavə olunmuşdur. Bununla da həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması öz təsdiqini tapmışdır. Kollegiya hesab etmişdir ki, belə olan halda iddiaçının mübahisəli torpaq sahəsi və həmin torpaq üzərində tikilmiş fərdi yaşayış evinin hissəsinə də mülkiyyət hüququ yaranmış sayılmalıdır. Həmin qətnamə ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-617/2022 saylı mülki iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə, irə sürülən iddia əsaslı olduğundan təmin edilmiş, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən, cavabdeh X8 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına maneçilik törətməmək vəzifəsi cavabdeh X8 üzərinə qoyulması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-250/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilən evin birgə nikah dövründə inşa edildiyi və iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşadığı cavabdeh tərəfindən təkzib olunmadığından, ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasının əksini sübutetmə yükü MPM-in 77.1-ci maddəsi anlamında cavabdehin üzərinə düşür. Lakin sonuncu bununla bağlı işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələrinə heç bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası öz mövqeyində həmin torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə tərəflərin birgə nikah dövründə qazanılmış əlmak kimi qiymət vermişdir. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsi təfindən X5 həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması qanunsuz olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2184/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra X10 13 sentyabr 2022-ci ildə notarial qaydada ərizə təqdim edərək qeyd etmişdir ki, ona məxsus olan Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində atası - X5 tikinti işləri aparmasına etiraz etmir. Bundan sonra isə qısa müddət ərzində 23 sentyabr 2022-ci il tarixində, yəni X10 tərəfindən notarial qaydada ərizə təqdim edildikdən 10 gün sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X8 atası - X5 mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi X8 13 sentyabr 2022-ci il tarixində notarial qaydada tikintiyə icazə verməsi barədə razılığ ərizəsindən 10 gün sonra 23 sentyabr 2022-ci il tarixində onun atası - X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydə alınmışdır. Buna münasibətdə məhkəmə kollegiyası 10 gün müddətə iki mərtəbəli, 381.20 kv.mlik sahəyə malik olan fərdi yaşayış evinin inşa edilməsi ağla batan hesab etmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olmuş 2(104)-2184/2022 saylı iş üzrə İddiaçı müvafiq iddia tələbilə məhkəməyə müraciət etməsində səbəbi onun X10 ilə birgə nikah dövründü əldə etdikləri əmlak üzərində (fərdi yaşayış evi) paylarının müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçü işlərinin aparılmasına cavabdeh X10 tərəfindən yaradılmış maneənin aradan qaldırılması olmuşdur. Həmin iş üzrə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatının iştirakçısı olmuş və ilkin ölçü işlərinin aparılmasına X10 tərəfindən maneə yaradılması barədə məlumatlı olmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2184/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsilə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən, cavabdeh X8 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına maneçilik törətməmək vəzifəsi cavabdeh X8 üzərinə qoyulması qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki ollegiyasının 2(102)-250/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-862/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar