Məhkəmə qərarları › İş №2-1(104)-685/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-685/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-685/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “X3 adına tərtib edilmiş **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli qeydin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2156/2023 saylı qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya 0,23 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 4475/2016 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı tək öz adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(062)-325/2019 nömrəli qərardadı ilə Məhkəmənin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə borclu İddiaçı məxsus olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərində X3 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ilə Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və təqdimatın təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(104)-134/2021 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 adına tərtib edilmiş **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli qeydin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 qanunsuz olaraq məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(006)- 4475/2016 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu, yəni iddiaçının tək özünün adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı və ümumi birgə adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi məsələsinin həll olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli 8(062)- 380/2018 saylı qərardadına əsasən təqdimat qismən təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(006)- 4475/2016 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclunun tək özünün adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli 8(062)-380/2018 saylı qanunsuz qərardadına əsasən iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi tələbkar X3 mülkiyyətinə keçirilmiş və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsində Sevil Musayevanın adına ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarış hazırlanaraq verilmişdir. Bütün bunlardan sonra iddiaçı Tovuz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli 8(062)-380/2018 saylı qərardadından Tovuz Rayon Məhkəməsinə şikayət vermiş və Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadına əsasən 24 avqust 2018-ci il tarixli qərardadı qanunsuz olduğuna görə ləğv edilmişdir. X2 verdiyi şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılmış və həmin məhkəmənin 19 noyabr 2021-ci il tarixli 8(104)-134/2021 nömrəli qərardadına əsasən Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 8(062)-380/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Tovuz Rayon Məhkəməsində cavabdeh X4, cavabdehə və Tovuz Rayon İcra Probasiya Şöbəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(062)-1902/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, X3 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsə qət edilmişdir. Həmin qətnamədən X5 verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin 04 mart 2022- ci il tarixli 2(104)-982/2022 nömrəli qərardadına əsasən qismən təmin edilmişdir. Tovuz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(062)-1902/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələb üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(104)-982/2022 saylı qərardadında X3 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin bilavasitə inzibati orqanın hərəkətəri nəticəsində həyata keçirildiyindən ümumi hüquq normalarına əsasən inzibati icraat qaydasında baxılmalı olması qeyd edilmişdir. Ona görə hazırkı iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olmuşdur. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-3160/2023 nömrəli məktubunda bildirmişdir ki, X3 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər Tovuz rayon İcra və Probasiya şöbəsinin qərarıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1- ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarında formalaşdırıldığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsədə, onun tərəfindən əmlaka mülkiyyət hüquqi tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi "passiv legitimləşdirmə" fəaliyətini nəzərdə tutur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; İddia tələbindən göründüyü kimi iddiaçı üçüncü şəxsin adına tərtib olunmuş reyestr nömrəli **********00 saylı çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5.1-ci bəndində qeyd olunmuşdur ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 13. 17-ci hissəsində qeyd edilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatıı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 5 nömrəli qərarının 2.3-cü hissəsinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. iPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın inzibati akt olmadığını nəzərə alaraq iddianın mümkünlük məsələsinə yenidən baxmalıdır. Göstərilənlərə əsasən Hüqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı olaraq şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüquqların yaranmasının deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqndır. Sözügdən torpaq sahəsi dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və sərhədlər müəyyən edilmişdir. Hüquqların yaranma anı Tovuz rayon İcra və Probasiya şöbəsinin qərarı olmuşdur. Qeydiyyatın aparılmasına əsas olmuş İcra və probasiya şöbəsinin qərarı qüvvədə olduğundan və mübahisələndirilmədiyindən onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsas mövcud deyildir. Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Üçüncü şəxs iddiaya dair təqdim etdiyi etirazında bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-5582/2015 saylı 28 08.2015 ci il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat məbləğində aliment, bundan əlavə iki uşağın müalicələri ilə əlaqdar çəkilməli olan əlavə xərclərə görə hər ay hər uşağa görə sabit pul məbləğində 75, cəmi 150 manat iddiaçıdan alınaraq, ona verilməsi, Nəsimi rayon məhkəməsinin 2016- 4475/2016 saylı 25 may 2016 cı il tarixli icra sənədinə əsasən iddiaçıdan iki uşağa görə yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment məbləği artırılaraq hər aya hər uşağa görə 117 manat, cəmi 234 manat alınaraq, iddiaçıya verilməsi A.R. Ali məhkəməsinin 2 ( 102)-1802/2017 saylı 11 aprel 2017 ci il tarxili icra sənədinə əsasən aliment məbləği artırılaraq iddiaçıdan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa górə 130 manat, cəmi 260 manat məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Beləliklə iddiaçı oğlu hər ayın 11-də 410 manat məbləğində ödəniş etməlidir. Lakin o, bunu etməkdən aliment ödəməkdən boyun qaçırmışdır, qəsdən yayınmşdır. Yığılmış aliment borcundan yayınmaq məqsədi ilə də 2016 cı ildə Rusiya Federasiyasına qaçmışdır. Bunla əlaqədar beynəlxalq axtarışa verilmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon məhkəməsinə təqdimatla müraciət edərək yığılan borca görə, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclunun tək öz adına Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsinin və Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən ümumi birgə adına 0.95 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərlərinə həbs qoyulması və açıq hərracda satılaraq tələbin həmin əmlaklara yönəldilməsi məsələsinin həll edilməsini xahiş etmişdir. Təqdimat qismən təmin edilərək icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclunun tək öz adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0.23 ha həyatyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi barədə xx.xx.2018 ci il tarixli 8(062)-380/2018 saylı qərardad çıxarılmışdır. Torpaq hərraca çıxarılmış, satılmamışdır və bu barədə Tovuz rayon İcra şöbəsinə sənəd göndərilmişdir. 6900 manat məbləğində qiymətləndirilmiş 0.23 ha həyatyanı torpaq sahəsi hərracda satılmadığına görə Tovuz rayon İcra şöbəsi tərəfindən vığılmış borc əvəzi kimi üçüncü şəxsə təklif olunmuşdur. Üçüncü şəxs təklifi qəbul etmiş, ona görə də torpağın onun adına sənədləşdirilməsinə köməklik məqsədi ilə Tovuz rayonunun İcra şöbəsi tərəfindən Tovuz rayon məhkəməsinə 0.23 ha həyətyanı torpaq sahəsi üzərindən həbsin götürülməsi üçün sənəd göndərilmişdir. Tovuz rayonunun məhkəməsinin hakimi Rəşad Məmmədov işə baxaraq Tovuz rayonun Əlimərdanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə xx.xx.2019-cu il tarixli 8(062)- 325/2019 saylı qərardad çıxarmışdır. Qərardadın surəti DƏDRX -nin 15 saylı Ərazi İdarəsinə göndərilmişdir. Torpaq sahəsi üzərində, həbs ləğv olunduqdan sonra həmin idarə tərəfindən üçüncü şəxsin adına rəsmiləşdirilərək çıxarış verilmişdir. Torpaq sahəsi tam qanuni və əsaslı şəkildə onun adına rəsmiləşdirilmişdir. Beynəlxalq axtarışa verilmiş iddiaçı, 2019 cü ilin fevral ayında dövlət orqanları tərəfindən tutularaq Tovuz rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Görülən tədbirlər nəticəsində işə Tovuz rayon məhkəməsində hakim Nofəl Mustafayev tərəfindən baxılaraq iddiaçıya 15 günlük inzibati həbs verilmişdir. Növbəti dəfə isə 12 günlük yenə inzibati həbs verilmişdir. Hətta alimentin ödənilməməsi ilə bağlı yığılan borcuna görə iddiaçının işi iki dəfə Ədliyyə Nazirliyinin İstintaqına göndərilmişdir. Bütün bunlara baxmayaraq o, yenə də borcun ödənilməsindən qəsdən, qərəzli yayınmağa davam edir. Dəfələrlə məhkəmə qərarı ilə məcburi gətirtmələr edilib, hazırda da həmin vəziyyətdir. Yenə də aliment borcunu ödəməkdən qərəzli yayınır və hazırda da yenə də məcburi gətirtmə verilib. İddiaçı 24 avqust 2018 ci il tarixli qərardaddan (hakim Nofəl Mustafayev ) 2021 ci ildə, yəni üç il sonra (əsassız, qanunsuz, ötürülmüş müddət belə bərpa edilmədən) qərardaddan şikayət verərək 0.23 ha həyatyanı torpaq sahəsinin üzərinə qoyulan həbsin ləğv edilməsini (hansı ki , artıq o dövrdə torpaq üzərində həbs mövcüd deyildir, həbs artıq 07 avqust 2019 cu ildə X15 tərəfindən ləğv edilmişdir) və Tovuz rayon lcra şöbəsinin icra məmurunun təqdimatının təmin edilməməsini xahiş etmişdir. Onu da qeyd edim ki, İddiaçı sözü gedən 2018-2019 cü illərdə çıxan qərardadlardan əvvəlcədən xəbərdar idi. Xəbərdar olduğu halda iddiasında yalan yerə qeyd edir ki, guya bu qərardadlardan xəbərsiz imiş. Səbəb kimi göstərir ki, guya xarici ölkədə imiş, hərçənd ki, 2019 cu ilin fevral ayından iddiaçı Azərbaycanda olubdur. Deməli, belə məlum olur ki, bütün bu müddət ərzində iddiaçı şikayətini çoxdan verə bilərdi, amma bunu etməmişdir, çünki bunda maraqlı olmayıb. O zaman sual olunur o bunu üç ildən sonra qanunsuz şəkildə, ötürülmüş müddət bərpa edilmədən necə edib? Hansı məqsədlə edib Deməli o eyni zamanda məhkəməni də aldadıb. 7 avqust 2019 cu ildə həbsin ləğv olunması barədə (X15) və üçüncü şəxsin çıxarışının mövcüd olması barədə onun xəbəri olub ( həmin vaxt). Bunun sübutu elə İsayevin özü tərəfindən 2021 ci ildə Tovuz rayon məhkəməsinə verdiyi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsində vardır. 24 avqust 2018 ci il tarixli qərardaddan şikayətə Tovuz rayon məhkəməsində yenə həmin hakim Nofəl Mustafayev tərəfindən baxılaraq icrasının təqdimatın təmin edilməməsi, həbsin götürülməsi barədə qərardad çıxarılmışdır (iclas barədə mənə xəbər verməmişdilər). Tovuz rayon məhkəməsi hakim Nofəl Mustafayev işə baxaraq borclu və onun ailəsinin 0.23 ha torpaq sahəsinin üzərinə yaşamasını təmin edə biləcək evin yerləşməsini əsas tutaraq əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi haqqında gecdən -gecə 2021 ci il 17 sentyabr tarixində qərar vermişdir, bununla bağlı qərardad çıxarmışdır (iddiaçının ailəsi deyə qeyd etdiyi, əslində onun qardaşının ailəsidir. Onların heç birinin orada qeydiyyatı yoxdur. Ümumiyyətlə yaşayış evi dediyi evinsə heç bir qanuni sənədi yoxdur, yəni çıxarışı yoxdur, o qanunsuz özbaşına tikilidir). Həmin vaxt üçüncü şəxsin artıq çıxarışı var idi , yəni artıq mülkiyyətçi idi və həmin vaxt heç bir həbs yox idi, çünki həbs çoxdan götürülmüşdür. O zaman sual olunur hakim Nöfəl Mustafayev hansı həbsi ləğv etmişdir. Mövcud olmayan həbsi?! Digər tərəfdən qət etdi hissəsində Nöfəl Mustafayev iddiaçının adına olan 0.23 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsini təqdimatın təmin edilməməsini qeyd etmişdir. Bir halda ki, həmin vaxt torpağın mülkiyyətçisi rəsmi şəkildə artıq üçüncü şəxs idi, o zaman hakim Nofəl Mustafayev bunu necə qeyd edə bilərdi, iddiaçını artıq o torpağın mülkiyyətçisi olmadığı halda hakim necə qeydə edə bilərdi ki, iddiaçının 0.23 ha torpaq sahəsinin üzərindən həbs götürülsün - deyə, necə qeyd edə bilərdi?. Əslində qanunvericiliyə əsasən iddiaçının bu ərzəsinə baxılmasından imtina olunmalı idi. Çünki ötürülmüş müddət bərpa edilməmişdir belə. Bu tam qanunsuzdur. Üçüncü şəxsin hüquqları hakim Nöfəl Mustafayev tərəfindən kobud şəkildə pozulmuşdur. Bu məsələdə qərəzli mövqeyin olduğu açıq -aşkar gözlər önündədir. Bu, iddiaçının hakim Noləl Musatafayevlə əlbirlik etdiyinin göstəricisidir. Beləliklə bu işdə qərəzli mövqe bəsləyən Tovuz rayonunun məhkəməsinin keçmiş hakimi Mustafayev Nofəl torpaq üzərinə qoyulan həbsin artıq götürülməsinə baxmayaraq təkrarən həbsin götürülməsi barədə qərardad çıxarmışdır. Bu bir baş qanuna ziddir. Bu azmış kimi, iddiaçı həmin torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə Tovuz rayon məhkəməsinə müraciət etmişdir. Tovuz rayon məhkəməsində məhkəmə aidiyyəti norma kobud surətdə pozmaqla keçmiş hakim Nöfəl Mustafayev işi icraata götürmüş və iddiaçının xeyrinə qətnaməni çıxarmışdır. Həmin qətnamənin qanunsuz olduğunu bilərək ondan Apellyasiya məhkəməsinə şikayət vermişdir. Gəncə Apellyasiya məhkəməsi (hakim Aygül İskəndərova) işə baxaraq işi rayon məhkəməsində baxılmalı olmadığını vurğulamış, inzibati məhkəməyə aid olduğunu qeyd etmişdir, qanunsuz olduğuna görə işə xitam vermişdir vəTovuz rayon məhkəməsinin 13 oktyabr 2021 ci il tarixli 2(062)-1902/2021 nömrəli qətnaməni, ləğv edilməsi barədə qərardad çıxarmışdır. Üçüncü şəxs mülkiyyətçi kimi iddiaçıya qarşı Torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulmasını tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət edərək Tovuz rayonun Əlimərdanlı kəndində mənə məxsus olan 262 ******* qeydiyyat nömrəli, xx.xx.2021 ci il tarixli, **********00 reyestr nömrəli torpaq sahəsindən iddiaçının və digərlərin çıxarılması və onun torpaq sahəsi üzərində qanunsuz tikillilərin sökülməsi və onların qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Tovuz rayon məhkəməsinin hakimi X8 icraatında olmuşdur. Məhkəmə işə baxaraq (mütəxəssis rəyinə və ekspertiza rəyinə istinad edərək) mənim xeyrinə qətnamə çıxarmışdır. İddiaçının istifadəsi kimi təqdim edilən tikililərin sökülməklə, ona məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulmasını, iddiaçının üçüncü şəxsin mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0.23ha hektar torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Bu qətnamənin icrasına maneçilik törətmək məqsədilə iddiaçı Gəncə İnzibati Məhkəməsinə, yəni Sizə "çıxarışın etibarsız hesab edilməsinə tələbinə dair" iddia ərizəsi ilə müraciət etmişdir. Onun iddiası tam əsassızdır, qanunsuzdur, gülünc və absurtdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2156/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində X3 adına **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyatın ləğv olunması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (üçüncü şəxsə çıxarış verilən zaman qüvvədə olan redaksiyası) sadalanan əsaslar arasında icra məmurunun qərarı və ya məktubu göstərilməmişdir. Bu səbəbdən də iddiaçının tələbi tamamilə əsaslıdır. Üçüncü şəxsin etirazda qeyd etdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(062)-325/2019 nömrəli qərardadı ilə daşınmaz əmlak üzərinə qoyulmuş həbs ləğv edilmiş olsa da, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə isə əmlak üzərinə həbsin qoyulması barədə xx.xx.2018-ci il tarixli qərardadın ləğv edilərək, daşınmaz əmlak üzərində həbsin götürülməsi, təqdimatın təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi, bir qərardadla yalnız əmlak üzərinə qoyulmuş həbs götürülmüş, digər qərardadla isə ümumiyyətlə həbsin qoyulması barədə təqdimatın təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı təsbit edilmişdir. Həmin “Siyahının” 1-ci bəndinə görə, bu “Siyahının” qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bununla yanaşı, “Siyahının” qeyd hissəsində göstərilir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən aydın olur ki, mübahisəli əmlaka ümumiyyətlə tələb yönəldilə bilməzdi. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X13 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sonuncunun üçüncü şəxsə olan aliment borcu müqabilində olan üzərinə həbs qoyulması, realizə edilərək əldə edilən pul vəsaitinin aliment borcunun ödənilməsinə yönəldilməsi, realizə edilmədiyi halda borc əvəzinə tələbkara verilməsi barədə çoxsaylı məhkəmə, hərrac təşkilatının sənədləri, icra məmurunun qərar və məktubları mövcuddur. Başqa sözlə, məhkəmə "qüvvəyə minmiş məhkəmə qərarı" ifadəsini hərfi mənada qəbul etməməli, digər sənədlərin də, o cümlədən icra məmurunun qərar və məktublarının hüquqların dövlət qeydiyyatı üçün əsas olmasını nəzərə almalıdır. Birinci instansiya məhkəməsi hüquqların dövlət qeydiyyatına əsas olan sənədlər arasında icra məmurunun "qərar və məktubunun" olmamasına istinad edərkən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsini əhəmiyyətsizləşdirmişdir. Başqa sözlə, məhkəmə qeyd edilən maddi hüquq normasına əsasən əmlakın tələbkara təklif edilməsi və həmin əmlakın tələbkarın adına reyestrdə qeydiyyata alınmasının hüquqi əsaslarını və mexanizmini qəbul etdiyi qərarda əsaslandırmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi hüquqların dövlət qeydiyyatını ləğv edərkən qeyd edilən torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı"na əsasən tələbin yönəldilməsi qadağan edilən əmlak olması nəticəsinə gəlib. Məhkəmə həmin Siyahının 1-ci bəndinə istinad edərək borclu və onun ailəsinin sanitariya normaları çərşivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələrinin, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilməməsini 21 iyun 2023-cü il tarixli qərarında qeyd etmişdir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, hazırkı halda borclu İddiaçı mənzili və yaxud evi aliment borcu qarşılığında üçüncü şəxsə verilməyib. Hazırkı halda borclunun mülkiyyətində olan 0,23 ha həyətyanı torpaq sahəsi borclunun aliment borcu qarşılığında üçüncü şəxsə təklif edilib və onun tərəfindən həmin əmlak qəbul edilib. Qeyd edilir ki, iddiada qeyd edilən yaşayış evi heç də həmin torpaq üzərindəki yeganə ev deyil. Belə ki, həmin evlə bərabər (paralel) ikinci qanunsuz tikilmiş ev də vardır. Əlavə də tikili (köməkçi sahə) var. Qardaşına məxsus qanunsuz tikilmiş evində yaşayır. Həmin tikililər sənədsizdir. Hətta o tikililərin sökülməsi və İddiaçı torpaqdan çıxarılması üçüncü şəxsin torpağına qanunsuz müdaxiləsinə son qoyulması qərara alınmışdır (Tovuz rayon Məhkəməsi tərəfindən hakim Zaur Hümmətov, 23 yanvar 2023-cü il tarixli 2 (062)-15/2023 saylı qətnamə). Bundan başqa, borclunun qeyd edilən torpaq sahəsindən başqa birgə mülkiyyət hüququ əsasında 0,95 ha torpaq sahəsi də var. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən belə məlum olur ki, borclunun üçüncü, dördüncü və sair torpaq sahələri olmalıdır ki, həmin torpaq sahələrindən birinin realizəsi mümkün olsun. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qeyd edilən torpaq sahəsi realizə edilərkən və borc əvəzi üçüncü şəxsə təklif edilərkən bir neçə məhkəmə qərarı qəbul edilmiş və icra məmuru tərəfindən müxtəlif növ sənədlər tərtib edilmişdir. Əgər qeyd edilən torpaq sahəsi Nazirlər Kabinetinin qəbul etdiyi siyahıda realizə edilməsi qadağan edilən əmlaklar siyahısında olsaydı bu halda məhkəmələr tərəfindən bu əsasla torpaq sahəsi üzərinə həbs qoyulmazdı. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, İddiaçı torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsinə əsas olan sənədləri mübahisələndirməmiş, həmin sənədlər hazırda da, qüvvədədir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, iddiaçı inzibati icraat qaydasını pozaraq inzibati orqana müraciət etmədən və imtina baradə qərar əladə etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, borclu bir tərəfdən çıxarışın ləğvini tələb edib, digər tərəfdən aliment borcunu ödəməmişdirsə, bu, qərəzdən irəli gəlir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, daxili və beynəlxalq hüquq normalarına əsasən uşaq ilk yardım edilənlər sırasındadır. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli 2(006)-5582/2015 saylı icra sənədinə əsasən iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat məbləğində aliment, bundan əlavə iki uşağın müalicələri ilə əlaqədar çəkilməli olan əlavə xərclərə görə hər ay hər uşağa görə sabit pul məbləğində 75 manat, cəmi 150 manat İddiaçı alınaraq, iddiaçı X4 verilməsi, həmçinin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2016-4475/2016 saylı 25 may 2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı iki uşağa görə yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment məbləği artırılaraq hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat alınaraq, X4 verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2 (102)-1802/2017 saylı icra sənədinə əsasən aliment məbləğinin artırılaraq İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat məbləğində aliment alınaraq X4 verilməsi qət edilmişdir. Beləliklə, İddiaçı hər ayın 11-də 410 azn məbləğində ödəniş etməlidir. Lakin o, bunu etməkdən, aliment ödəməkdən boyun qaçırmış, qəsdən yayınmışdır. Yığılmış aliment borcundan yayınmaq məqsədi ilə də 2016-cı ildə Rusiya Federasiyasına qaçmışdır. Bununla əlaqədar beynəlxalq axtarışa verilmişdir. Tovuz rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinə təqdimatla müraciət edərək yığılan borca görə, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı tək öz adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin və Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən ümumi birgə 0,95 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracla satılaraq tələbin həmin əmlaklara yönəldilməsi məsələsinin həll edilməsini xahiş etmişdir. Təqdimat qismən təmin edilərək, icra vərəqəsinin icrasını qismən təmin etmək məqsədi ilə borclu İddiaçı mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və torpaq sahəsinin açıq hərracda satılaraq tələbin həmin əmlaka yönəldilməsi barədə 24 avqust 2018-ci il tarixli 8(062)-380/2018 saylı qərardad çıxarılmışdır. Torpaq sahəsi hərraca çıxarılmış, satılmamış və bu barədə Tovuz rayon İcra Şöbəsinə sənəd göndərilmişdir. Qeyd edilən torpaq sahəsi 6900 manat məbləğində qiymətləndirilmiş, 0,23 ha həyatyanı torpaq sahəsi hərracda satılmadığına görə Tovuz rayon İcra Şöbəsindən yığılmış borc əvəzi kimi tələbkar tərəf olaraq üçüncü şəxsə təklif olunmuşdur. Üçüncü şəxs təklifi qəbul etmiş, ona görə də torpağın onun adına sənədləşdirilməsinə köməklik məqsədi ilə Tovuz rayonunun İcra Şöbəsi tərəfindən Tovuz rayon Məhkəməsinə 0,23 ha həyatyanı torpaq sahəsi üzərindən həbsin götürülməsi üçün sənəd göndərilmişdir. Tovuz rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(062)-325/2019 saylı qərardadı (X15) ilə Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin torpağın üçüncü şəxsin adına sənədləşdirilməsi üçün ləğv edilməsi baradə qərardad qəbul edilmişdir. Qərardadın surəti DƏDRX-nin 15 saylı ərazi idarəsinə göndərilmişdir. Torpaq sahəsi üzərində həbs ləğv olunduqdan sonra həmin idarə tərəfindən üçüncü şəxsin adına rəsmiləşdirilərək çıxarış verilmişdir. Torpaq sahəsi tam qanuni və əsaslı şəkildə üçüncü şəxsin adına rəsmiləşdirilmişdir. İddiaçı 24 avqust 2018-ci il tarixli qərardaddan 2021-ci ildə, yəni üç il sonra (əsassız, qanunsuz, ötürülmüş müddət belə bərpa edilmədən) şikayət verərək 0,23 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulan həbsin ləğv edilməsini (hansı ki, artıq o dövrdə torpaq üzərində həbs mövcud deyildi, həbs artıq 07 avqust 2019-cu ildə X15 tərəfindən ləğv edilmişdir) və Tovuz rayon İcra Şöbəsinin icra məmurunun təqdimatının təmin edilməməsini xahiş etmişdir. Qeyd olunur ki, İddiaçı sözü gedən, 2018-2019-cu illərdə çıxan qərardadlardan əvvəlcə xəbərdar idi. Xəbərdar olduğu halda iddiasında yalan yerə qeyd edir ki, guya bu qərardadlardan xəbərsiz olub. Səbəb kimi göstərir ki, guya xarici ölkədə imiş, hərçənd ki, 2019-cu ilin fevral ayından İddiaçı Azərbaycanda olub. Deməli, belə məlum olur ki, bütün bu müddət ərzində İddiaçı şikayətini çoxdan verə bilərdi, amma bunu etməmişdir, çünki bunda maraqlı olmayıb. Bunun sübutu elə İsayevin özü tərəfindən 2021-ci ildə Tovuz rayon Məhkəməsinə verdiyi "hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsində vardır. 24 avqust 2018-ci il tarixli qərardaddan şikayətə Tovuz rayon Məhkəməsində baxılaraq icra məmurunun təqdimatının təmin edilməməsi, həbsin götürülməsi barədə qərardad çıxarılmışdır. Tovuz rayon Məhkəməsi işə baxaraq borclu İddiaçı və onun ailəsinin 0,23 ha torpaq sahəsinin üzərində yaşamasını təmin edə biləcək evin yerləşməsini əsas tutaraq əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi haqqında 17 sentyabr 2021-ci il tarixdə qərar vermişdir, bununla bağlı qərardad çıxarmışdır. Qeyd edilir ki, İddiaçı "ailəm" deyə qeyd etdiyi, əslində onun qardaşının ailəsidir. Onların heç birinin orada qeydiyyatı yoxdur. Ümumiyyətlə "yaşayış evim" dediyi evinsə heç bir qanuni sənədi yoxdur, o qanunsuz, özbaşına tikilidir. Həmin vaxt üçüncü şəxsin artıq çıxarışı var idi, yəni artıq mülkiyyətçi idi və torpaq sahəsinə heç bir həbs yox idi, çünki həbs çoxdan götürülmüşdür. O zaman sual olunur, məhkəmə hansı həbsi ləğv edib?! Mövcud olmayan həbsi?! Digər tərəfdən qət etdi hissəsində İddiaçı adına olan 0,23 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsini təqdimatın təmin edilməməsini qeyd etmişdir. Bir halda ki. həmin vaxt torpağın mülkiyyətçisi rəsmi şəkildə üçüncü şəxs olmuş, o zaman məhkəmə bunu necə qeyd edə bilərdi, İddiaçı artıq o torpağın mülkiyyətçisi olmadığı halda məhkəmə necə qeyd edə bilərdi ki, İddiaçı 0, 23 ha torpaq sahəsinin üzərindən həbs götürülsün? Əslində qanunvericiliyə əsasən İsayevin bu ərizəsinə baxılmasından imtina olunmalı idi. Çünki ötürülmüş müddət bərpa edilməmişdir. Bu tam qanunsuzdur. Beləliklə, Tovuz rayon Məhkəməsi torpaq üzərinə qoyulan həbsin artıq götürülməsinə baxmayaraq, təkrarən həbsin götürülməsi barədə qərardad çıxarmışdır. Bu qanuna ziddir. Bu azmış kimi, İddiaçı həmin torpaq sahəsinə dair verilmiş çıxarışın əsassız olaraq ləğv edilməsi tələbi ilə Tovuz rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz rayon Məhkəməsində aidiyyəti norma kobud surətdə pozulmaqla iş icraata götürülmüş və İddiaçı xeyrinə qətnamə çıxarılmışdır. Həmin qətnamənin qanunsuz olduğunu bilərək, üçüncü şəxs həmin qətnamədən Apellyasiya məhkəməsinə şikayət vermişdir. Gəncə Apellyasiya Məhkəməsi işə baxaraq işi rayon məhkəməsində baxılmalı olmadığını vurğulamış, inzibati məhkəməyə aid olduğunu qeyd etmişdir, qanunsuz olduğuna görə işə xitam vermişdir və Tovuz rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(062)-1902/2021 saylı qətnamənin ləğv edilməsi barədə qərardad çıxarmışdır. Üçüncü şəxs mülkiyyətçi kimi İddiaçı qarşı "Torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciat edərək Tovuz rayonunun Əlimərdanlı kəndində ona məxsus olan ********** qeydiyyat nömrəli, 28 yanvar 2021-ci il tarixli, **********0 reyestr nömrəli torpaq sahəsindən cavabdeh İddiaçı və digərlərinin çıxarılması və onun torpaq sahəsi üzərində qanunsuz tikililərinin sökülməsi və onların qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarından göründüyü kimi, Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üçüncü şəxsin adına sənədləşdirilməsi üçün bir neçə məhkəmə qərardadı və qətnamə var. Bu qətnamənin icrasına maneçilik törətmək məqsədilə İddiaçı Gəncə İnzibati Məhkəməsinə "çıxarışın etibarsız hesab edilməsinə dair" iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə almadan İddiaçı iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edib. Odur ki, həmin qərarın ləğv edilməsi üçün əsaslar var. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəməm kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 mübahisə predmeti olan torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları Tovuz rayon İcra və Probasiya şöbəsinin müvafiq məktubu olmuşdur. Cavabdeh tərəfindən hüquqların qeydiyyata alınması qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbinin təmin edilməməsi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X3 adına aparılmış qeydin ləğv edilməsini tələb etmişdir. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı məktubuna əsasən həmin qeydin aparılmasına Tovuz rayon İcra və Probasiya şöbəsinin qərarı olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən qeyd olunan qərarın təsdiq edilmiş surəti tələb edilsə də, bunun yerinə yetirilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən yalnız Tovuz rayon İcra və Probasiya şöbəsinin məktubu olduğu bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin əsaslar sırasında icra məmurunun qərarı və yaxud məktubu əks olunmamışdır. Apellyatorunun şikayətinin dəlillərindən biridə iddiaçının inzibati icraat qaydasını pozaraq inzibati orqana müraciət etmədən və imtina baradə qərar əladə etmədən birbaşa məhkəməyə müraciət etməsi olmuşdur. Məkhəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, hazırki mübahisə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasının məqsədi inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməli olması ilə əlaqədardır. Bununla belə iş materiallarıdan iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsi öz əksini tapmır. Lakin, iş artıq birincin instansiya məhkəməsinin icraatına qəbul edildikdən sonra cavabdehin iddiaya dair xx.xx.2023-cü il tarixli yazılı münasibətindən (etirazından) görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsində maraqlı deyil və iddia tələbinə dair mövqeyi tələbinin rədd edilməsindən yanadır. Ona görə də, kollegiya işin inzibati məhkəmə icraatında baxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na əsasən mübahisəli əmlaka ümumiyyətlə tələb yönəldilə yolverilə bilməməsi barədə mövqeyilə razılaşır. Belə ki, qeyd olunan “Siyahının” 1-ci bəndinə görə, bu “Siyahının” qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bundan başqa iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölşüsü sənədindən görünür ki, plan və ölçü sənədi Tovuz Rayon Məhkəməsinin 8(062)-325/2019 nömrəli, xx.xx.2019-cu il tarixli aktına əsasən tərtib edilmişdir. Hazırda iddiaçının hüquqi marağı üçüncü şəxsin adına aparılmış qeydin ləğv edilməsidir. Ona görə də, məhkəmə tərəfindən qiymətləndirilməli olan hal inzibati orqan tərəfindən həmin qeydin aparılmasının əsaslarıdır. Tovuz Rayon Məhkəməsinin 8(062)-325/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı ləğv edilərək, borclu İddiaçı adına olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərindən həbsin götürülməsi, təqdimatın təmin edilməməsi, qərardadın icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 8(104)-134/2021 saylı qərardadı ilə tələbkar X7 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 8(062)-380/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə aktlarından göründüyü kimi Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin əmlak üzərinə qoyulmuş həbs götürülərək əmlakın üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməmiş və qeyd olunan qərardad icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinə göndərilmişdir. Göründüyü kimi Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən artıq üçüncü şəxsin adına aparılmış müvafiq qeyd ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən qeydin əsası Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı olması işin mübahisəsiz halıdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı öz tələbində haqlı olmuşdur. Belə ki, üçüncü şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılmasına əsas olmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv edildiyindən üçüncü şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2156/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar