Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-685/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı protokolun ləğvi və imtahan nəticələrinin məqbul hesab edilməsi tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, “protokolun ləğvi və imtahan nəticələrinin məqbul hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3193/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh (bundan sonra mətndə Cavabdeh) “2024/2025-ci tədris ili üzrə Cavabdeh ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılmasına dair” 3-29-31/3-2-23F/2024 nömrəli, 01 may 2024-cü il tarixli əmrinin 2-ci bəndinə əsasən birinci siniflərə şagird qəbulu ilə bağlı təşkilati işləri həyata keçirmək və bütün kommunikasiya kanalları vasiətsilə daxil olan vətəndaş müraciətlərinin çevik və operativ cavablandırılması məqsədilə işçi qrupu yaradılmışdır. Əmrin 6-cı bəndinə əsasən Cavabdeh tabeliyində olan ümumi təhsil müəsisəslərinin tədris digər dillərdə aparılan birinci siniflərə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil edilmişdir. Cavabdeh “Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı müsahibə və apellyasiya komissiyalarının yaradılması” barədə 3-29-31/3-2-25F/2024 nömrəli, 02 may 2024-cü il tarixli əmrinə əsasən 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı uşaqların rus dili üzrə şifahi bacarıqlarının qiymətləndirilməsi üçün 2 (iki) müsahibə və apellyasiya komissiyaları təşkil olunmuşdur. Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 08 may 2024-cü il tarixli 2 nömrəli protokolundan çıxarışa əsasən X2 nəticələrinin qeyri-məqbul olması qeyd edilmişdir. Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 29 may 2024-cü il tarixli 2 nömrəli protokolundan çıxarışda X2 nəticələrinin qeyri-məqbul olması qeyd edilmişdir. Cavabdeh xx.xx.2024-cü il, 3-29-31/2-B-119-4/2024 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2024-2025-ci tədris ili üzrə tədris digər dillərdə aparılan İ siniflərə uşaqların qəbulu üçün şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə müsahibələr keçirilmişdir. Şəffaflığın təmin olunması və apellyasiya müraciətlərinə baxılması məqsədilə müsahibə prosesinin video çəkilişi aparılmışdır. X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş müsahibədə iştirak etmiş və nəticəsi qeyri-məqbul hesab edilmişdir. Apellyasiya müraciətinə və müsahibənin video görüntüsünə yaradılmış apellyasiya komissiyası tərəfindən baxılmış və apellyasiya komissiyasının qərarına əsasən əvvəlki müsahibə qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin təşkil etdiyi orta ümumtəhsil müəssisələrinə rus dili bölməsinə qəbulla bağlı keçirilən müsahibədə iştirak etmiş qızı X2 xx.xx.2024-cü il tarixdə verdiyi imtahan nəticələrinə dair protokolun dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qızı X5 xx.xx.2018-ci il təvəllüdlüdür. “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanununa” əsasən dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Günay Məmmədova 1-ci sinif rus bölməsinə qəbul üçün xx.xx.2024-cü il tarixdə keçirilən müsahibədə iştirak etmiş, müsahibənin nəticəsi qeyri-məqbul hesab edilmiş, apellyasiya komissiyasının qərarına əsasən əvvəlki müsahibə nəticəsi qüvvədə saxlanılmış və övladının təhsilini təmin etmək üçün Azərbaycan bölməsi üzrə sorğunun yerləşdirilməsi tövsiyə olunmuşdur. O hesab edir ki, Günay Məmmədova barədə müsahibənin nəticəsi düzgün qiymətləndirilməmişdir. Belə ki, o özü də apellyasiya qaydasında şikayətlə bağlı qızının verdiyi cavablara baxarkən verilən sualları cavablandırmasının şahidi olmuşdur. Onlar uzun illər Rusiya Federasiyasında yaşamışlar və X10 şəhərində və Gəncə şəhərində rus dilində uşaq baxçasına getmiş, Gəncə şəhər 4 saylı məktəbdə sıfır “Q” sinfində təhsil almışdır. O, rus dilində təhsil alması üçün birinci sinfə uyğun kifayət qədər şifahi bacarığa malikdir. Bundan başqa, Günay Məmmədova hazırda rus dilində təhsil almasa onun ümumiyyətlə təhsil ala bilməsi çətinləşəcəkdir. Ona görə ki, əvvəla, Günay Məmmədovanın atası Rusiya Federasiyası vətəndaşı olduğu və orada yaşadığı üçün onlar da Rusiya Federasiyasına gedib orada yaşayacaqlar. Hazırda Rusiya Federasiyasında məlum hadisələrlə əlaqədar müvəqqəti olaraq gedə bilmirlər. Lakin, Günay Məmmədova Azərbaycan bölməsində təhsil alarsa, onun Rusiya Federasiyasına köçdükdən sonra rus bölməsində təhsil alması qeyri-mümkün olacaqdır. Bundan başqa, X11 Federasiyasında böyüdüyü üçün rus dilində daha yaxşı bilir və ona görə o, azərbaycan dilində təhsil alarsa məktəbdə yüksək nəticələr əldə edə bilməyəcəkdir. Eyni zamanda, Günay Məmmədova təbiətcə sakit uşaqdır və o, artıq bir il müddət ərzində Azərbaycan bölməsinə hazırlaşmış uşaqlarla eyni sinifdə təhsil alarsa, onlardan geri qalacağına görə psixoloji cəhətdən travma alacaqdır. Göründüyü kimi, hazırda onun qızı barədə çıxarılmış protokol onun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş təhsil hüququnu məhdudlaşdırır. Odur ki, o, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ərizə təqdim edərək, onun əsl iddiaçı X5 ilə, habelə cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini, cavabdehin 329-31/3-2-25F /2024 nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyanın 08 may 2024-cü il tarixli 2 nömrəli protokolun ləğvi və X2 ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş müsahibə nəticəsinin məqbul hesab edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizələr məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3193/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, təhsil almaq istəyən şəxsin rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olsa da, nəzərə almaq lazımdır ki, inzibati orqan tərəfindən diskresion səlahiyyətlərə əsaslanmaqla qərar qəbul edilməsi hələ iddia tələbinin uğurlu olmaması qənaətinə gəlinməsi üçün əsas deyildir. İnzibati prosessual qanunvericilik bununla belə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyünü nəzərdə tutmuşdur. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını mütləq şəkildə yoxlamalıdır. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz iddiaçının müraciətinin təmin edilməməsi, yəni imtinanı zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, Cavabdeh 3-29-31/3-2- 25F/2024 nömrəli 02 may 2024-cü il tarixli əmrinə əsasən komissiya təşkil olunmuş, komissiya 08 may 2024-cü il tarixli 2 nömrəli protokol tərtib etmişdir. Hansıki, komissiyanın protokolu inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Regional idarə diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirmiş, səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmuş, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxmından zəruri və yararlı olmuşdur. Regional idarənin müsahibəsində min nəfərə yaxın uşaq iştirak etmişdir, qərar verərkən ədalətlilik, humanizm, bərabərlik hüquqları nəzərə alınmışdır və uşaqların bilik və bacarıqları komissiyanın ixtisaslı müəllimləri tərəfindən fərdi olaraq obyektiv qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir və qərar əsassızdır. b) apellyasiya icraatı iştirakçılarının izahatları. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının qanuni nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, azyaşlı qızının atası Rusiya Federasiyasının vətəndaşıdır. Yəni ailədə daim rus dilində danışılır və qızı Rusiya Federasiyasında uşaq bağçasına gedib, rus dilində anlayır, fikrini tam ifadə edə bilir. Lakin buna baxmayaraq cavabdeh orqan tərəfindən qızının rus dili imtahanından qeyri-məqbul hesab edilməsinə dair qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 42.Təhsil hüququ. İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyası: İnsan hüquqlarına hörmət olunması öhdəliyi Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın İ Bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.
14. Ayrı-seçkiliyin qadağan olunması Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır.
“İnsan hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına dair” 1 saylı Protokol (20 mart 1952-ci il)
2. Təhsil hüququ: Heç kəs təhsil hüququndan məhrum edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır. 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 14.5.2. Ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər) təhsil müəssisələrinin tiplərinə aiddir 19.1 Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. 19.14 Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.1 Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.3. Ümumi orta təhsil –ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. 6.3 Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır. 6.4 Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. 13.4 Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. 22.2.2 Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək ümumi təhsil sahəsində təhsilalanların hüquqlarından biridir.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-176 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələrin keçirilməsinə dair” Təlimat: 1.1. Bu Təlimat Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil edilmiş müsahibələrin keçirilməsi məsələlərini tənzimləyir. 2.1 Müsahibə prosesi işçi qrupu tərəfindən müəyyən edilmiş 12 rayon üzrə 5 mərkəzdə əyani formada Komissiya üzvlərinin uşaqla müvafiq dil üzrə şifahi ünsiyyət qurması və sual-cavabı şəklində həyata keçirilir. Müsahibə zamanı uşağın valideyinlərinin (qanuni nümayəndəsinin) müsahibə prosesində iştirakına şərait yaradılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi Komissiyanın müvafiq qaydada protokollaşdırılmış rəyi əsasında həyata keçirilir. Rəydə uşağın müvafiq dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi mənfi və ya müsbət olmaqla qeyd olunur. Komissiyanın rəyinin əks olunduğu protokol bütün üzvlər tərəfindən imzalanır və Komissiya sədri tərəfindən təsdiq olunur. 2.6 Komissiya sədri tərəfindən aşağıda qeyd edilən işlərin icrası təmin edilməlidir: 2.6.1.Uşaqların rus dili üzrə dinləmə-anlama və nitq bacarıqlarının qiymətləndirilməsinin mövcud təlimatın tələblərinə uyğun aparılması; 2.6.2. Müsahibə prosesində valideyinlərin iştirakının təmin edilməsi; 2.6.3. Müsahibə prosesində uşaq seçilmiş təlim dilini bilmədiyi və ya həmin dildə ünsiyyət qurmaqda çətinlik çəkdiyi halda valideynə (digər qanuni nümayəndəyə) təlim dilini dəyişdirməyin zəruriliyinin izah edilməsi; 2.6.4. Müsahibənin keçirilməsi ilə bağlı işin təşkili, o cümlədən sistemdə olan növbəliyə əsasən uşaqların Komissiya (və yaxud komissiyalar) tərəfindən qəbul edilməsi; 2.6.5. Müsahibə nəticəsinin yazılı şəkildə protokollaşdırılaraq iş gününün sonunda İdarənin İnformasiya təminatı sektorunda təqdim olunmasının təmin edilməsi; 2.6.6. Ehtiyac olduğu halda müsahibə prosesində psixoloqun iştirakının təmin edilməsi üçün tədbirlərin görülməsi.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 1.0.25. diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşın təhsil hüququ konstitusion hüquqdur və vətəndaş hüquqları sistemində vacib yer tutur. Bu hüququn təminatlarından birini də məhz ibtidai təhsil almaq təşkil edir. Belə ki, pulsuz icbari ümumi orta təhsil almaq hüququ dövlət tərəfindən təmin edilir və bu dövlətin birbaşa nəzarət sferasına aiddir. Dövlətdə ümumi təhsil dili azərbaycan dilidir. Lakin müvafiq qanunvericiliyə əsasən digər dillərdə də təhsil almaq imkanı mövcuddur. Dövlət tərəfindən təmin edilən-rus dilində təhsil almaq istəyən şəxsə münasibətdə “Ümumi təhsil haqqında” qanunun müvafiq müddəasına əsasən dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq orqan tərəfindən yaradılmış komissiya tərəfindən təşkil edilən müsahibədən müvəffəqiyyətlə keçdikdən sonra həmin dildə təhsil almaq imkanı əldə edirlər. İş materiallarında olan Cavabdeh “2024/2025-ci tədris ili üzrə Cavabdeh ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılmasına dair” 3-29-31/3-2- 23F/2024 nömrəli, 01 may 2024-cü il tarixli əmrinin 2-ci bəndinə əsasən birinci siniflərə şagird qəbulu ilə bağlı təşkilati işləri həyata keçirmək və bütün kommunikasiya kanalları vasiətsilə daxil olan vətəndaş müraciətlərinin çevik və operativ cavablandırılması məqsədilə işçi qrupu yaradılmışdır. Həmin əmrin 6-cı bəndinə əsasən Cavabdeh tabeliyində olan ümumi təhsil müəsisəslərinin tədris digər dillərdə aparılan birinci siniflərə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil edilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh “Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı müsahibə və apellyasiya komissiyalarının yaradılması” barədə 3-29-31/3-2-25F/2024 nömrəli, 02 may 2024-cü il tarixli əmrinə əsasən 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı uşaqların rus dili üzrə şifahi bacarıqlarının qiymətləndirilməsi üçün 2 (iki) müsahibə və apellyasiya komissiyaları təşkil olunmuşdur. Hazırki iş üzrə iddiaçı X5 birinci sinfə digər dil, yəni rus dilində təhsil almaq üçün müvafiq komisiya tərəfindən müsahibəyə cəlb edilmiş və sonuncunun 08 may 2024-cü il tarixli 2 nömrəli və 29 may 2024-cü il tarixli 2 nömrəli protokollarından çıxarışa əsasən nəticələri qeyri-məqbul hesab edilmişdir. Cavabdeh xx.xx.2024-cü il, 3-29-31/2-B-119-4/2024 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2024-2025-ci tədris ili üzrə tədris digər dillərdə aparılan İ siniflərə uşaqların qəbulu üçün şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə müsahibələr keçirilmişdir. Şəffaflığın təmin olunması və apellyasiya müraciətlərinə baxılması məqsədilə müsahibə prosesinin video çəkilişi aparılmışdır. X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş müsahibədə iştirak etmiş və nəticəsi qeyri-məqbul hesab edilmişdir. Apellyasiya müraciətinə və müsahibənin video görüntüsünə yaradılmış apellyasiya komissiyası tərəfindən baxılmış və apellyasiya komissiyasının qərarına əsasən əvvəlki müsahibə qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən inzibati orqanın gəldiyi nəticə diskresion səlahiyyətə uyğun həyata keçirilmədiyindən ləğv edilmiş və tələb təmin olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən inzibati orqanın həyata keçirdiyi səlahiyyətlərin qapalı diskresion səlahiyyətlər olmamasına düzgün hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının məzmunundan aydın olur ki, inzibati orqan qanunun tələblərinə riayət etməyə, diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Belə olan halda Cavabdeh “Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı müsahibə və apellyasiya komissiyalarının yaradılması” barədə 3-29-31/3-2-25F/2024 nömrəli, 02 may 2024-cü il tarixli əmri ilə yaradılmış komissiya həll etməli olduğu məsələ və qəbul etməli olduğu qərar, iddiaçının konstitusion hüququ olan təhsil hüququna birbaşa təsir etdiyinə görə, Komissiyanın qərarı tam qanuni olmalıdır. Kollegiya qeyd edir ki, Komissiyasının qərarının mübahisələndirildiyi hallarda məhkəmə nəzarəti qaydasında aparılan yoxlama iki mühüm istiqaməti əhatə edir - qərarın prosessual təminatlara riayət edilməklə qəbul olunub-olunmadığını yoxlamaq və qərarın mahiyyəti üzrə qanuniliyini yoxlamaq. Prosessual təminatlara riayət olunub-olunmadığına qiymət verilməsi istiqamətində aparılan yoxlama adıçəkilən komissiyasının məsələyə baxılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat aparıb-aparmadığını müəyyənləşdirməyə yönəlir. Həmin icraat qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə aparılmadıqda, xüsusən icraat zamanı yol verilmiş prosessual mahiyyətli pozuntular yekun qərara təsir edə biləcək keyfiyyətdə olduqda lazımi icraatın aparılmadığından söz etmək mümkündür. Bu kimi vəziyyətlərdə, bir qayda olaraq, lazımi icraatın aparılmasının təmin edilməsi üçün məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Bu mənada, Komissiyasının qərarının prosessual təminatlara riayət edilməklə qəbul edildiyini müəyyənləşdirmək baxımından məhkəmələr daha geniş yoxlama səlahiyyətinə malikdirlər. Lakin bu zaman nəzərə alınmalı olan əsas məsələlərdən biri sözügedən prosessual mahiyyətli pozuntuların məhz yekun qərara təsir edə biləcək keyfiyyətdə olmasıdır. Komissiyasının qərarının mahiyyət üzrə qanuniliyinə qiymət verərkən isə ilk növbədə, inzibati orqanın bu vəziyyətlərdə diskresion səlahiyyətlər həyata keçirdiyi nəzərdə saxlanılmalıdır. Bundan başqa, baxılan məsələyə münasibətdə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş qərar qanunvericiliyin normalarına uyğun qəbul edilməlidir. Bu nöqteyi nəzərdən, inzibati orqanın diskresion səlahiyyətlərə əsaslanan fəaliyyəti zamanı qəbul etdiyi qərarın qanuniliyinin yoxlanması zamanı bir qədər fərqli standart və yanaşma tələb edilir. Bu cür yoxlama zamanı təqdim edilən müvafiq rəylər üzrə gəlinmiş nəticələr aydın və əsaslandırılmalı, azyaşlı uşağın digər dili anlaması və qavraya bilmə qabiliyyəti mütəxəssislər tərəfindən qiymətləndirilməlidir. Hazırki iş üzrə inzibati orqan tərəfindən yalınz komissiyasının 08 may 2024-cü il tarixli 2 nömrəli və 29 may 2024-cü il tarixli 2 nömrəli protokollarından çıxarışlar təqdim edilmiş və həmin protokollarda nəticələrin qeyri-məqbul olması qeyd edilmişdir. Lakin qeyri-məqbul hesab edilən nəticənin iştirak edən üzvlər tərəfindən hansı meyarlara əsasən qiymətləndirilməsi, hər bir üzv tərəfindən təqdim edilən rəylər protokola əlavə edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim olunan arayışdan məlum olur ki, X5 xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək Rusiya Federasiyasının Moskva vilayətində yerləşən TinaLend uşaq bağçasına gedib və rus dilində məktəbəqədər təhsil almışdır. Belə ki, «Menar Kids» məktəbi tərəfindən təqdim olunan sertifikata əsasən 2023- 2024-cü illər üzrə rus dilində məktəbəqədər təhsil qurupunu müvəffəqiyyətlə bitirmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əgər inzibati orqan inzibati aktı qəbul edib-etməməsi ilə bağlı diskresion səlahiyyətə malik olursa məhkəmə inzibati orqanın diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən edirsə, bir qayda olaraq inzibati orqanın üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoya bilməz. Nəzərə almaq lazmdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda özü doğru hesab etdiyi qərarı qəbul edə, inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Yəni məhkəmə İPM-in 73.2-ci maddəsində təsbit olunmuş qaydaya uyğun surətdə hərəkət edir. Həmin müddəaya əsasən, məhkəmə inzibati orqanın üzərinə müvafiq məsələyə dair yeni qərarın qəbul edilməsi öhdəliyi qoyur. Bu zaman məhkəmənin diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi məsələlər inzibati orqan üçün məcburi xarakter daşıyır və inzibati orqan yeni inzibati aktı məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla qəbul etməlidir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə almaqla yeni inzibati aktın qəbul edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3193/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh 329-31/3-2- 25F/2024 nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 08 may 2024-cü il tarixli 2 nömrəli protokol-qərarı ləğv edilsin. X2 qızının müvafiq müraciəti üzrə qərar təqdim olunduğu gündən 15 (on beş gün) müddətində məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh üzərinə qoyulsun. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov