Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-686/2024 26.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-40/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının hesablanması haqqında müraciətinə sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubla bildirmişdir ki, təqdim edilən sənədlərə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixindən xx.xx.1976-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla 33 il 2 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11.761,92 manat pensiya kapitalı və Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 15.364,84 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 582,19 manat müəyyən edilmişdir. "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardım (İ, İİ və İlİ rüb üzrə) pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir.
2. Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin 72/1-664 nömrəli bildirişindən görünür ki, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən 235,83 (BH110+SH 65.30+PSK 60.53) manat əmək pensiyası təyin edilmişdir.
3. Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 724 nömrəli arayışına əsasən iddiaçıya pensiya təyin edilən zaman fərdi hesabın sığorta hissəsində 9.131,98 manat pensiya kapitalı olmuşdur (2015-ci ilin illik indeksləşmə əmsalının nəzərə alındığı qeyd edilmişdir).
4. Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinin xx.xx.2016-cı il tarixli arayışına əsasən 481,73 manat pensiya kapitalı olmuşdur (2015-ci ilin illik indeksləşmə əmsalının nəzərə alındığı qeyd edilmişdir).
5. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarından görünür ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən 394,77 manat məbləğindən 575,78 manat məbləğinə yenidən hesablanmışdır.
6. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarından görünür ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən 575,78 manat məbləğindən 582,19 manat məbləğinə yenidən hesablanmışdır.
7. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə Daşkəsən regional filialının 26 dekabr 2022-ci il tarixli **********4 nömrəli arayışına əsasən, İddiaçı DSMF publik hüquqi şəxsinin Gəncə Daşkəsən regional filialının FoxPro proqram təminatında olan məlumatlara əsasən 2016-2017-ci illər üzrə yaşa görə aldığı əmək pensiyası aşağıdakı kimidir: 2016-cı il => iyun-235.83 manat, iyul-244.65 manat, avqust-240.24 manat, sentyabr-253.64 manat, oktyabr-243.59 manat, noyabr-243.59 manat, dekabr- 243.59 manat, 2017-ci il => yanvar-243.59 manat, fevral-276.73 manat, mart-260.16 manat, aprel-260.16 manat, may-260.16 manat, iyun-260.16 manat, iyul-260.16 manat, avqust-260.16 manat, sentyabr-260.16 manat, oktyabr-260.16 manat, noyabr-260.16 manat, noyabr-260.16 manat, dekabr-260.16 manat.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli, 9/2340 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən 2016-cı ilin iyun ayının 1-dən xx.xx.2016-cı il tarixədək ödənilməmiş pensiya xapitalı 1185,55 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 12,4% olmuşdur. Yəni 2016-cı il üzrə pensiya kapitalı 1332,56 manat müəyyən edilir. 2017-ci ildə ödənilən pensiya kapitalının məbləği 2561,85 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 12,9% olmuşdur. Yəni 2016-2017-ci il üzrə pensiya kapitalı mürəkkəb faiz artımı kimi hesablanmaqla 4396,79 manat kimi müəyyən edilir. Misal:(1332,56 + 2561,85 +12,9%)=4396,79. 2018-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2653,54 manat olmuşdur.Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,3% olmuşdur.Yəni 2016-2018-cı il üzrə pensiya kapitalı 7212,49 manat kimi müəyyən edilir. 2019-ci ildə ödənilən pensiya kapitalının məbləği 2417,59 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,6% olmuşdur. Yəni 2016-2019-cı il üzrə pensiya kapitalı 9880,46 manat müəyyən edilir. 2020-ci ildə ödənilən pensiya kapitalının məbləği 2794,35 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,8% olmuşdur. Yəni 2016-2020-ci il üzrə pensiya kapitalı 13029,70 manat müəyyən edilir. 2021-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2245,38 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 6,7% olmuşdur. Yəni 2021-cı il üzrə pensiya kapitalı 16298,51 manat müəyyən edilir. 2022-ci ildə ödədiyim pensiya kapitalının məbləği 1089,14 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata psasən 12,5% olmuşdur. Yəni 2016-2022-cı il üzrə pensiya kapitalı 19561,11 manat müəyyən edilir. Yuxanda qeyd edilənlərdən də aydın olur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci İİ tarixədək olan dövr ərzində hesablanmış pensiya kapitalının məbləği cavabdeh tərəfindən 196,27 manat az hesablanması müəyyən edilir. Bu da hər ay 51,19 manat az hesablanması deməkdir. Cavabdeh orqan tərəfindən 15.364,84 manat ödənilmiş sığorta kapitalına hesablanmış əlavə pensiya məbləği 187,42 manat təşkil etdiyi təqdirdə 19.561,11 manat pensiya kapitalına görə əlavə hesablanmalı pensiya məbləği 238,60 manat müəyyən edir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/9916 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan İddiaçı məxsus olan sosial arayışdan göründüyü kimi, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının indekisləşdirilməmiş məbləği 15356,15 manat təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15356,15 pensiya kapitalı illər üzrə (2006-2016) indeksləşdirildikdən sonra: SH(15356,15 + 8,3% +16,7% + 20,8% +1,5% +5,7% +7,9% +1,1% +2,4% +1,4% + 4%)=2963 0,12/144=205,76 manat məbləğində müəyyən edilir. Bundan başqa xx.xx.2006-cı il tarixə İddiaçı pensiya məbləği 390,81 manat məbləğində müəyyən edilir, o cümlədən: 75,05(xx.xx.2006-dək SH)+205,76 (xx.xx.2006-xx.xx.2016-dək SH)+110 (BH)=390,81. Həmçinin, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı pensiya məbləği 2017-ci ildə 6,8%, 2018-ci ildə 5,7% 2019-cu ildə 3%, 2020-ci ildə 16,6%, 2021-ci ildə 15,6%, 2022-ci ildə isə 3,4% artım olduğunu nəzərə alaraq İddiaçı 2016-cı ilin iyun ayının 1-də təyin edilməli pensiya məbləğinin (390,81 manat) üzərinə illə üzrə gəlməklə ümumilikdə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 34989,72 manat (o cümlədən 2016-cı ildə 2344,86 manat, 2017-ci il üzrə 5008,62 manat, 2018-ci il üzrə 5294,17 manat, 2019-cu il üzrə 5452,98 manat, 2020-ci il üzrə 6325,53 manat, 2021-ci il üzrə 7312,35 manat, 2022-ci il üzrə 3251,20 manat) pensiya hesablanıb ödənməli idi. İş materiallarından görünür ki, İddiaçı ümumilikdə 22571,78 manat məbləğində pensiya ödənilmişdir. Pensiyanın ödənilməli məbləğinə (34989,72 manat) nisbətdə 22571,78 manat ödənildiyindən İddiaçı ödənilməli pensi məbləğinin fərqi ******* manat müəyyən edilir. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/2340 saylı ekspertiza rəyinin nəticəsinə əsasən 2022-ci ilin iyun ayının 17-dən İddiaçı pensiyası yenidən hesablanması zamanı artım məbləğinin 238,60 manat olmasını nəzərə alınaraq 2022-ci ilin iyun ayının 17-dən İddiaçı təyin edilməli pensiya məbləği 898,668 manat məbləğində müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, pensiya məbləğinin 633,40 manat məbləğində hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin iyun ayının 1-dən əmək pensiyasına çıxmasına baxmayaraq əmək fəaliyyətini xx.xx.2022-ci il tarixədək davam etdirmişdir. Həmin illər ərzində topladığı pensiya kapitalının ümumi məbləği 14.918,61 manat olmuşdur. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən əmək pensiyasına çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirilmiş illər üzrə yığılmış pensiya Kapitalı da əlavə olunmaqla əmək pensiyası yenidən hesablanır. Cavabdeh orqan tərəfindən 14.918,61 manat pensiya kapitalına görə əlavə hesablanma 187,42 manat olmaqla cəmi pensiya məbləği 582,19 manat müəyyən edilmişdir. Halbuki cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama uyğun olaraq illər üzrə pensiya kapitalının üzərinə əlavə edilməli olan infilyasiya faizi düzgün hesablanmamışdır. Belə ki, 2016-cı ilin iyun ayının 1-dən xx.xx.2016-cı il tarixdək iddiaçı tərəfindən ödənilmiş pensiya kapitalı 1185,55 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi kimi rəsmi məlumata əsasən 12,4% olmuşdur. Yəni 2016-cı il üzrə pensiya kapitalı 1332,56 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2017-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2.561,85 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 12,9% olmuşdur. Yəni 2016-2017-cı il üzrə pensiya kapitalı riyazi dillə deyilsə mürəkkəb faiz artımı kimi hesablanmaqla 4396,79 manat kimi nəzərə alınmalı idi. Misal: 1332,56 + 2561,85+12,9%)=4396,79 Bu zamanda, 2018-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2653,54 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,3% olmuşdur. Yəni 2016-2018-cı il üzrə pensiya kapitalı 7212,49 manat kimi nəzərə alınmalı idi. Bu zamanda, 2019-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2417,59 manat oİmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata sasən 2,6% olmuşdur. Yəni 2016-2019-cı il üzrə pensiya kapitalı 9880,46 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2020-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2794,35 manat olmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata sasən 2,8% olmuşdur. Yəni 2016-2020-ci il üzrə pensiya kapitalı 13.029,70 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2021-ci ildə ödədiyi pensiya kapitalının məbləği 2245,38 manat İmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 6,7% olmuşdur. Yəni 2021-cı il üzrə pensiya kapitalı 16298,51 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2022-ci ildə ödədiyi pensiya kapitalının məbləği 1089,14 manat İmuşdur. Həmin il üzrə infilyasiya faizi Statistika Komitəsinin verdiyi rəsmi məlumata sasən 12,5% olmuşdur. Yəni 2016-2022-cı il üzrə pensiya kapitalı 19561,11 manat kim nəzərə alınmalı idi. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində hesablanmış pensiya kapitalının məbləği cavabdeh tərəfindən 4196,27 manat az hesablanmışdır ki, bu da pensiyanın hər ay 51,19 manat az hesablanması deməkdir. Cavabdeh orqan tərəfindən 15364,84 manat ödənilmiş sığorta kapitalına hesblanmış əlavə pensiya məbləği 187,42 manat təşkil edirsə, 19561,11 manat pensiya kapitalına görə əlavə hesablanmalı pensiya məbləği 238,60 manat olmalıdır.
12. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiya məbləğinin xx.xx.2022-ci il tarixdən 633,40 manat məbləğində hesablanmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi “İddia tələbinin dəqiqləşdirilməsinə və həcminin artırılmasına dair” ərizəsində qeyd etmişdir ki, 1972-ci il tarixdə hazırkı Gəncə Dövlət Universitetinin əyani şöbəsinə daxil olmuşdur. 1976-cı ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1976-cı ilin sentyabr ayının 1-dən əmək fəaliyyətinə başlamışdır. 2006-cı ilin yanvar ayının 1- dək iddiaçının əmək stajı 33 il 2 ay olmuşdur. 2016-cı ilin iyun ayının 1-də, yəni iddiaçı pensiyaya çıxdığı gün qüvvədə olan əmək pensiyaları haqqında qanunun tələblərinə əsasən iddiaçıya pensiya hesablanmalıdır. İddiaçıya hesablanmış pensiya məbləği əslində qanunun 10-cu maddəsindəki kimi nəzərə alınmalı idi. Lakin cavabdeh tərəfindən hansı qanunvericiliyə istinad edilməsi anlaşılan deyil. Necə deyərlər cavabdeh iddiaçıya pensiya məbləği qanuni və qanunsuz olması maraqlandırmadan öz mülahizəsinə uyğun pensiya hesablamışdır. İddiaçının 2006-cı ilin yanvar ayının 1-dək olan pensiya kapitalı ümumilikdə 5638,33 manat, 2006-cı ilin yanvar ayının 1-dən 2016-c1 ilin iyun ayının 1-dək yığılmış pensiya kapitalı indeksləşdirilmədən 15388,56 manat (o cümlədən 2006-cı il üzrə 1141,94 manat, 2007-ci il üzrə 927,52 mant, 2008-ci il üzrə 1230,11 manat, 2009-cu il üzrə 1388,57 manat, 2010-cu il üzrə 1433,3 manat, 2011-ci il üzrə 1526,97 manat, 2012-ci il üzrə 1546,76 manat, 2013-cü il üzrə 1677,19 manat, 2014- cü il üzrə 1813,67 manat, 2015-ci il üzrə 1840,88 manat, 2016 yanvar-may 829,24 manat) olmuşdur. Lakin cavabdeh bunu 7678,05 manat (o cümlədən 2006-cı il üzrə 570,97 manat, 2007-c1 il üzrə 463,76 mant, 2008-ci il üzrə 615,55 manat, 2009-cu il üzrə 691,82 manat, 2010-cu il üzrə 716,65 manat, 2011-ci il üzrə 763,485 manat, 2012-ci il üzrə 773,38 manat, 2013-cü il üzrə 841,06 manat, 2014-cü il üzrə 903,54 manat, 2015-ci il üzrə 923,735 manat, 2016 yanvar-may 414,60 manat) olmuşdur. Qeyd edilənlərdən də aydın görsənir ki, iddiaçının ödədiyi sosial sığorta haqqı (2006-2016-cı illər üzrə) pensiya hesablanarkən heç bir əsas olmadan 2 dəfə az hesablanmışdır. Hesab edirik ki, cavabdeh tərəfindən pensiya kapitalı məbləği 2 az nəzərə alındığına görə 2016-cı ilin iyun ayının 1-dən iddiaçının pensiya məbləği 243,38 manat deyil 381,76 manat həcmində hesablanmalı idi. Eyni zamanda, 2022-ci ilin iyun ayının 14-dən pensiya məbləği yenidən hesablanarkən iddiaçının ödədiyi sosial sığorta haqqının məbləği (xx.xx.2016-xx.xx.2022-ci illər arası) Azərbaycan Respublikası Prezidentinin Əmək Pensiyalarının indeksləşdirilməsi haqında xx.xx.2021-ci il tarixli sərəncamının 1.2- ci bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, həmin sərəncamın 1.2-ci bəndində qeyd edilir ki, bütün növ əmək pensiyalarının sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Məhkəməyə təqdim edilən ilkin iddia ərizəsində illər üzrə istehlak qiymətlərinin indeksinin illik faiz dərəcələri texniki olaraq düzgün hesablanmamışdır. Belə ki, hər hansı bir il üzrə yığılmış pensiya kapitalının üzərinə ondan əvvəlki ilin istehlak qiymətləri fazizi əlavə edilməlidir. Lakin eyni ilin indeksləşdirilməsi kimi hesablanmışdır. Ona görə də hesablanma aşağıdakı düsturla və ardıcıllıqla aparılmalıdır. Belə ki, 2016-cı ilin iyun ayının 1-dən xx.xx.2016-cı il tarixdək tərəfimdən ödənilmiş pensiya kapitalı 1185,55 manat olmuşdur. 2016-cı ildən əvvəlki il üzrə, yəni 2015-ci il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 4% olmuşdur. Yəni 2016-cı il üzrə pensiya kapitalı 1232,97 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2017-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2561,85 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2016-cı il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 11,4% olmuşdur. Yəni 2016-2017-cı il üzrə pensiya kapitalı riyazi dillə desək mürəkkəb faiz artımı kimi hesablanmaqla 4265,38 manat kimi nəzərə alınmalı idi. Misal: (1232,97+ 2561,85+11,4%)=4265,38. Eyni zamanda, 2018-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2653,54 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2017-c1 il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 12,9% olmuşdur. Yəni 2016- 2018-cı il üzrə pensiya kapitalı 7811,46 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2019-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2417,59 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2018-cı il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,3% olmuşdur. Yəni 2016- 2019-cı il üzrə pensiya kapitalı 10464,32 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2020-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2794,35 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2019-c1 il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,6% olmuşdur. Yəni 2016- 2020-ci il üzrə pensiya kapitalı 13603,39 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2021-ci ildə ödədiyim pensiya kapitalının məbləği 2245,38 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2020-c1 il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 2,8% olmuşdur. Yəni 2016- 2021-cı il üzrə pensiya kapitalı 16292,54 manat kimi nəzərə alınmalı idi. Eyni zamanda, 2022-ci ildə ödədiyim pensiya kapitalının məbləği 1089,14 manat olmuşdur. Əvvəlki il üzrə, yəni 2011-c1 il üzrə istehlak qiymətləri indeksi Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən 6,7% olmuşdur. Yəni 2016- 2022-cı il üzrə pensiya kapitalı 18546,25 manat kimi nəzərə alınmalı idi. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində hesablanmış pensiya kapitalının məbləği cavabdeh tərəfindən 3181,41 manat az hesablanmışdır. Pensiya məbləğindəki artım 231,83 qəpik olmalı idi. Cavabdeh orqan tərəfindən 15364,84 manat ödənilmiş sığorta kapitalına hesblanmış əlavə pensiya məbləği 187,42 manat təşkil edirsə, 18546,25 manat pensiya kapitalına görə əlavə hesablanmalı pensiya məbləği 231,83 manat olmalıdır. Odur ki, iddiaçının 2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləğinin 381,76 manat həcmində hesablanması, 2016-cı ilin iyun ayının 1-dən 2022-ci ilin iyun ayının 17-dək (illər üzrə artımlar da nəzərə alınmaqla) ödənilmiş pensiya məbləğinin ödənilməli olan pensiya məbləğində yaranan fərqin ödənilməsi və 2022-ci ilin iyun ayının 17-dək hesablanmış pensiya məbləğinin üzərinə 231,83 manat əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair Qərar qəbul edilməsini xahiş edir.
14. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləğinin 390,81 manat, xx.xx.2022-ci il tarixdən 868,68 manat həcmində hesablanması, pensiyanın xx.xx.2016-c il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməli məbləğinə nisbətən az ödənilmiş 12417,94 manat məbləğində pulun ödənilməsi və xx.xx.2022-ci il tarixdən təyin edilmiş 868,68 manat nəzərə alınmaqla pensiya məbləğinin qərar icra olunduğu günədək ödənilməli hissəsinin tam şəkildə öənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə xx.xx.2024-cü il tarixli qərardadla inzibati məhkəmə icraatına qəbul edilmişdir.
15. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-16369/2023 nömrəli etirazının məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
16. Etiraza xx.xx.2024-cü il tarixli, 3-17-1/2-155136/2024 nömrəli əlavədə ekspert rəyinə münasibət olaraq bildirilmişdir ki, birinci sual üzrə ekspert rəyində göstərilmişdir ki, xx.xx.2006-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dovr ərzində iddiaçının fərdi şəxsi hesabının siğorta hissəsində qeydə alınmış 15356 15 manat pensiya kapitalı illər üzrə indeksləşdirildikdən sonra əmək pensiyasının siğorta hissəsi 205,76 manat, xx.xx.2016-ci il tarixə əmək pensiyasının məbləği 390,81 manat müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 1.0.7. fərdi şəxsi hesab - hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəlindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial siğorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial siğorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitın qeydə alındığı subhesabdır; (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) 1.0.5. fərdi şəxsi hesabın sığorta hissəsi - müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır; (xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci i tarixədək qüvvədə olan redaksiya) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanına əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. "Əmək pensiyaları haqqında" Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır, Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi ekspert rəyində yuxarıda qeyd edilən 50% və 80% məsələsi nəzərə alınmamışdır. İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 15352,14 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.Məhkəmə Ekspertiza Mərkəzinin eksperti öz rəyində əsassız olaraq bu sığorta haqqını 2006-2016-cı illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirmişdir.Hansıki bu dövr üzrə ödənilən pensiya kapitalı illər üzrə ayrı ayrılıqda indeksləşdirilməlidir. Yəni, 2006-ci üçün ödənilmiş 1141,94 manat MDSSH 2006-2016 cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında, 2007 ci ilin 927,52 manat MDSSH 2007-2016 cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında, bu minvalla ardıcıl olaraq məsələn 2014 ci ilin 1813,67 manat MDSSH 2014- 2016-cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indekləşdirilməlidir İddiaçının əmək pensiyasının hüququ yarandığı xx.xx.2016-cı il tarixə xx.xx.2006xx.xx.2016-cı illər üzrə pensiya kapitalına əsasən pensiyanın siğorta hissəsinin hesablanma qaydası (2016-ci il vəziyyətinə - 50%-lə):2 29526,17 : 8,8% : 13,9% : 6,7% : 2,8% : 2,6% : 3,0 % : 5,7 % : 12,4 % = 17300,99 80% = 9611,66 (50%-lə) : 144 = 66,75 manat Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" alt sistemindən çıxarışda qeyd olunmuş iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi şəxsi hesabının siğorta hissəsində 2024-cü il üzrə indeksləşdirilmiş məbləği 29526,17 manat təşkil edir. SH (2006-2016) 29526,17/108,8%/113,9%/106,7%/102,8%/ 102,6%103%/105,7%/112,4%/144/1,8=66,74. SH (2006-dək). İddiaçı xx.xx.2006-cı il tarixədək sosial sığorta stajının 33 il 2 ay 18 gün təşkil etdiyini nəzərə alaraq:((18/30+2)/12)+33=3,22x170/144+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2 ,4%+1,4%+4%=75,67 Qeyd olunanlara əsasən bildiririk ki, xx.xx.2016-cı il tarixə əmək pensiyasının məbləği 110(BH)+75,67(SH)+66,74(SH)=252,41 manat təşkil edir. ikinci və üçüncü suallar üzrə ekspert rəyində göstərilmişdir ki, 2022-ci ilin iyun ayının 17-dən İddiaçı əmək pensiyasının yenidən hesablanması zamanı artım məbləğinin 238,60 manat olmasını nəzərə alaraq 2022-ci ilin iyun ayının 17-dən İddiaçı təyin edilməli pensiya məbləği 868,68 manat məbləğində müəyyən edilmişdir. Qanunun 37.3.1- ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bildiririk ki, iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalının məbləği 2024-cü il üzrə 19048,31 manat təşkil edir: 2022-ci il üzrə - 19048,31/108,8%/113,9%=15370,9 manat SH - Qanunun 37.3.1-ci maddəsinə əsasən - 15370,9/( 144-62 )=187,45 İddiaçının əmək pensiyasının məbləği illər üzrə aşağıdakı məbləğdə müəyyən edilmişdir: xx.xx.2017- (252,41-110)+ (252,41- 110)x12,4%+110=270,07 xx.xx.2018 - 270,07+270,07x5,7%=285,46 xx.xx.2019 - 285,46+285,46x3%=294,02 xx.xx.2020 - 294,02+294,02x16,6%=342,83 xx.xx.2021 - 342,83+342,83x11,4%=381,92 xx.xx.2022 - 381,92+381,92x3.4%=394,90 xx.xx.2022 - 394,90+187,45=582,35 Qanunun 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardim 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavalər alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli sərəncamına əsasən bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddı yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsinin təmin edilməsi qeyd olunmuşdur: 200/12+200/12x14,7%=19,11 xx.xx.2023 - 582,35+582,35x14,7%+19,11=687,07 xx.xx.2024 - (687,07-19,11)+ (687,07- 19,11)x11,2%=764,02. Bildirilmişdir ki, iddiaçının əmək pensiyasının məbləği Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarına əsasən yenidən hesablanmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 15370.9 manat pensiya sığorta kapitalı əsasında yenidən hesablanmışdır. Eyni zamanda iddiaçının əmək pensiyasına ümumilikdə 306.45 manat əskik ödəmə məbləği müəyyən olunmuşdur və ödənilmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-40/2024 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalının 50%-nin 2016-cı il vəziyyətinə indeksləşmiş məbləği 9612,71 manat olmuşdur ki, həmin kapital qanunvericiliyin tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144-ə bölünməklə həmin dövr üçün pensiyanın sığorta hissəsi 66,75 manat hesablanmışdır. İddiaçıya pensiya təyin olunan vaxt pensiyanın baza hissəsi 110 manat təşkil edirdi. Həmin baza hissəsi yuxarıda qeyd edilən məbləğlərin üzərinə əlavə edilməklə iddiaçıya 705,70 manat (110BZ+75,67SH+66,75SH=252,42) pensiya hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilmişdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, hazırkı dövrdə pensiya kapitalı haqqında məlumatda pensiya kapitalının məbləği bugunki günə olan məbləğdir. Pensiya kapitalının artıq göstərilməsi səbəbi avtomatik olaraq bütün pensiya kapitallarının indeksləşdirilməsi nəticəsində yaranan məbləğdir. Hansı ki, bunu X1 avtomatik müəyyən edir. İddiaçının hüququ yaranan tarixə pensiya kapitalını hesablamaq üçün indeksləşdirilmələr nəzərə alınmaqla geriyə hesablama aparıb tapıla bilər ki, cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-155136/2024 nömrəli etiraza əlavədə həmin hesablamaları əks etdirmişdir. Sosial arayışda qeyd olunan kapital xx.xx.2006- xx.xx.2033-ci illəri əhatə edir. İddiaçıya 2016-cı ildə pensiya təyin olunub və 2022-ci ildə işləməyən əmək pensiyaçı statusuna keçmişdir. Deməli, 2006-2016-cı illər artıq istifadə olunduğundan həmin dövr üzrə kapital nəzərə alına bilməz. Bundan əlavə, təqdim olunan arayışda illik gəlirdən 25% məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 100% məbləğində göstərilmişdir. Halbuki, pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin tələbinə uyğun olaraq gəlirdən 25% çıxıldıqdan sonra həmin məbləğin 100%-i həcmində deyil, 90%-i həcmində fərdi hesabın sığorta hissəsində kapital olaraq qeydə alınır. Qalan 10%-i digər xərclərə sərf olunur. Həmçinin, kapital ödənilərkən xx.xx.2016-xx.xx.2017-ci ilədək olan kapitalın 2022-ci il vəziyyətinə deyil, 2022-ci ildən geriyə 2017-ci il tarixə qədər inflyasiya faizləri nəzərə alınmaqla 2017-ci il vəziyyətinə uyğun hesablanaraq ödənilməlidir. Qeyd edilənlər nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının təqdim etdiyi sosial arayışda hər il üzrə ödənilmiş kapital məcburi dövlət sosial sığorta haqlarının 100%i həcmində göstərilmiş, cavabdehin pensiya kapitalını hesablayarkən əsas götürdüyü PASdan çıxarışda isə qeydə alınmış pensiya kapitalı məcburi dövlət sosial sığorta haqlarının 90%-i həcmində əks etdirilmişdir. İddiaçının təqdim etdiyi sosial arayışdakı məbləğlə pensiya alt sistemində qeyd olunan məbləğ arasında uyğunsuzluq yoxdur. Cavabdeh düzgün olaraq PAS-da təqdim edilmiş 2022-ci il vəziyyətinə qeydə alınmış pensiya kapitalını xx.xx.2017-ci il tarixdən sonra infllyasiya faizlərinə uyğun 90%-lə hesablamaqla düzgün nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri
19. İddiaçının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını və birinci instansiya məhkəməsinin hakimi barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrin məzmunu ilə eynilik təkil etmiş, əlavə olaraq, iş üzrə əsassız olaraq ekspert rəyi nəzərə alınmadan qərar qəbul edilməsi qeyd edilmişdir.
21. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə və iddia həcminin azaldılması barədə əlavə təqdim edərək, İddiaçı 2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləğinin 319,20 manat, xx.xx.2022-ci il tarixdən 731,97 manat həcmində hesablanması, pensiyanın xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməli məbləğinə nisbətən az ödənilmiş 6314,18 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi və xx.xx.2022-cü il tarixdən təyin edilmiş 731,97 manat nəzərə alınmaqla pensiya məbləğinin qərar icra olunduğu günədək ödənilməli hissəsinin artımlar da nəzərə alınmaqla tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayəti və ona əlavə ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, iddia tərəfi birinci instansiya məhkəməsində aparılan icraat zamanı alınmış hər iki ekspert rəyi ilə razıdır. Belə ki, birinci instansiya məhkəməsi Qanunun 1.0.5-ci maddəsini əsas götürərək qərar qəbul etmişdir. X2 tətbiqindəki anlaşılmazlıqlara aydınlıq gətirilərək hərbçi və s. işçilərin sığorta hissəsinin 50%-dən bəhs edilmişdir. Cavabdeh orqan isə bunu yanlışlıqla hamıya tətbiq edir. Hazırki iş üzrə iddiaçı ümumiyyətlə hərbi xidmətə getməmişdir. Belə olan halda həmin dövr üzrə qanunvericiliyin hərbçilərə aid normaları iddiaçıya tətbiq olunmamalı idi. Cavabdeh tərəf iddiaçının pensiyasını qanunvericilikdə nəzərdə tutulan düsturla deyil, öz müəyyən etdikləri düsturla hesablamışdır.
24. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək nümayəndəsinin verdiyi izahatı təsdiq etdiyini bildirdi, şikayətin təmin olunmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, ekspert rəyi qərar qəbul edilməsi üçün yegənə sübut deyildir və həmin rəy işdə olan digər sübutlarla birlikdə qiymətləndirilir. İş materiallarında birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını təsdiq edən başqa sübutlar da var. İddiaçıya pensiya qanunvericiliyə uyğun təyin edilərək düzgün hesablanmışdır.
Tətbiq edilən hüquq:
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək qüvvədə olan redaksiya): 1.0.5. fərdi şəxsi hesabın sığorta hissəsi - müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı 6 mart 2006-cı il tarixli Fərmanı: 2.9. Həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır.
28. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 28 noyabr 2006-cı il tarixli, № 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu: 2.1-ci maddəyə aşağıdakı məzmunda 1.0.3-cü—1.0.5-ci maddələr əlavə edilsin: «1.0.3. hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər—Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir;».
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya): 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8. Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı:
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin: 2.5. 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilsin.
32. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydaları: 2.2.3. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan iş stajının hər ili üçün 170 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır.
33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. İş materialları ilə müəyyən olunur ki, Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 19a nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2016cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyini zamanı xx.xx.2006-cı il tarixədək 28 il 08 ay 15 gün (təhsil aldığı müddəti nəzərə alınmadan), xx.xx.2006-cı il tarixdən sonra 9 il 11 ay olmaqla, faktiki 38 il 07 ay 15 gün staj hesablanmışdır. Əmək pensiyasının baza hissəsi 110,00 manat, sığorta hissəsi 65,30 manat, yığım hissəsi 60,53 manat olmaqla, cəmi 235,83 manat məbləğində pensiya təyin edilmişdir. Daha sonra dəyişikliklər edilərək xx.xx.2016-cı il tarixdən pensiya məbləği 110 manat, baza hissə sığorta hissəsi 66,82 manat, yığım hissə 66,77 manat olmaqla, 243,59 manat pensiya hesablanmışdır. Daha sonra iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətinə əsasən xx.xx.2006-cı il tarixədək təhsil müddəti daxil olmaqla 33 il 02 ay 18 gün sığorta stajı əsasında xx.xx.2017-ci il tarixdən 269,98 manat, xx.xx.2018-ci il tarixdən 285,36 manat, xx.xx.2019-cu il tarixdən 293,93 manat, xx.xx.2020-ci il tarixdən 342,72 manat təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, ********** nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixə qeydə alınmış 14.842,78 manat pensiya kapitalı əsasında Qanunun 37.3.1-ci maddəsini əsas götürməklə iddiaçıya təyin edilmiş pensiya məbləği 394,77 manatdan 575,78 manata artırılmış, pensiyanın yenidən hesablandığı və ödəniş tarixi xx.xx.2022-ci il qeyd olunmuş, 271,52 manat məbləğində əksik vermə müəyyən edilmişdir. Sonuncu dəfə İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubla iddiaçının müraciətinin müsbət həllindən imtina edilmişdir.
36. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi ərizəyə əsasən tələb 1) 2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləğinin 319,83 manat, xx.xx.2022-ci il tarixdən 732,98 manat həcmində hesablanması, 2) pensiyanın xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməli məbləğinə nisbətən az ödənilmiş 7122,44 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi və 3) xx.xx.2022-cü il tarixdən təyin edilmiş 732,98 manat nəzərə alınmaqla pensiya məbləğinin qərar icra olunduğu günədək ödənilməli hissəsinin artımlar da nəzərə alınmaqla tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
37. Göründüyü kimi tərəf xx.xx.2006-cı il tarixədək sığorta stajı və onun pensiya kapitalına çevrilməsi və indeksləşdirilməsini mübahisələndirmir. Belə ki, iddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 27.1-ci maddəsinə, həmçinin, həmin zaman hüquq münasibətlərini tənzimləyən “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu 21 sentyabr 2010-cu il tarixli 941 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.2.3 və 2.2.4-cü bəndlərinə əsasən xx.xx.2006-cı il tarixinədək olan 33 il 02 ay 18 gün sığorta stajı üzrə 5.638,8 manat ((33x170 AZN)+(2x170AZBN/12ay=5.638,33 manat) pensiya kapitalı vətəndaşın 2006-cı il vəziyyətinə fərdi hesabında nəzərə alınmışdır.
38. İddia tərəfi hesab edir ki, xx.xx.2016-cı il tarixdə iddiaçıya təyin edilmiş pensiya məbləği cavabdeh orqan tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun norması düzgün tətbiq edilməməklə hesablanmış, 2006-2016-cı və 2016-2022-ci illər üzrə toplanmış kapitalın məbləği düzgün nəzərə alınmamışdır.
39. Beləliklə hazırki iş üzrə mübahisənin predmeti xx.xx.2016-cı il tarixinə qədər və xx.xx.2022-ci il tarixindən sonra olan dövr üzrə pensiya kapitalı və onun əsasında hesablanmış pensiya məbləğidir. Belə ki, iddiaçı tərəf hesab edir ki, 2016-cı ilin iyun ayının 1-ə olan vəziyyətə pensiya məbləği 319,83 manat, xx.xx.2022-ci il tarixdən isə 732,98 manat məbləğində hesablanmalıdır.
40. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2017-ci il tarixinədək ödənilən məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, həmin tarixdən sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 10 faizi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta ehtiyatına və idarəetmə xərclərinə yönəldilir.
41. “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək qüvvədə olan redaksiya) 1.0.5-ci maddəsinə əsasən, fərdi şəxsi hesabın sığorta hissəsi - müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır.
42. “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı 6 mart 2006-cı il tarixli Fərmanın 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır.
43. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 28 noyabr 2006-cı il tarixli, № 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunun 1-ci bəninə əsasən 2.1-ci maddəyə aşağıdakı məzmunda 1.0.3-cü—1.0.5-ci maddələr əlavə edilmişdir.
44. «1.0.3. hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir;
45. 1.0.4. xüsusi rütbəli şəxslər—Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir;
46. 1.0.5. təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir;».
47. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək qüvvədə olan redaksiyasının 1.0.5-ci maddəsinə əsasən fərdi şəxsi hesabın sığorta hissəsi - müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır və “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı 6 mart 2006-cı il tarixli Fərmanın 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması müəyyən edilmişdir.
48. Bundan sonra «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 28 noyabr 2006-cı il tarixli, № 184- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunun 1-ci bəninə əsasən 2.1-ci maddəyə 1.0.3-cü—1.0.5-ci maddələr əlavə edilmiş və 1.0.5-ci maddəsində nəzərdə tutulan müddəalar 1.0.8-ci maddəsinə sıra ardıcılılığı olaraq keçirilmişdir.
49. Beləliklə xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən, fərdi şəxsi hesabın sığorta hissəsi - müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır.
50. xx.xx.2017-ci il tarixədən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən, fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.
51. Göründüyü kimi inzibati orqan tərəfindən pensiya kapitalı pensiya təyin edilən zaman qüvvədə olan qanunvericilik nomasına uyğun hesablanmışdır.
52. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinin üçüncü cümləsinə əsasən, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır.
53. Belə olan halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalının 50%-nin 2016-cı il vəziyyətinə indeksləşmiş məbləği 9612,71 manat təşkil edir. Bu məbləğ gözlənilən pensiya ödənişi müddəti aylarının sayına, yəni 144-ə bölünərək həmin dövr üçün pensiyanın sığorta hissəsi 66,75 manat müəyyən olunmuşdur. Bundan başqa, iddiaçıya pensiya təyin olunarkən pensiyanın baza hissəsi 110 manat təşkil etmişdir. Qeyd olunan məbləğ də nəzərə alınmaqla iddiaçıya 705,70 manat (110BZ+75,67SH+66,75SH=252,42) pensiya hesablanmışdır.
54. Tələbin xx.xx.2022-ci il tarixdən pensiyanın 731,97 manat həcmində hesablanması və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməmiş 6314,18 manat məbləğinin ödənilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sosial arayışa əsasən iddiaçıya Kəlbəcər rayon Təhsil şöbəsi tərəfindən 2006-cı il üzrə 499,34 manat, Göygöl rayon Təhsil şöbəsi tərəfindən 2006-cı il üzrə 642,6 manat, 2007-ci il üzrə 927,52 manat, 2008-ci il üzrə 1230,11 manat, 2009-cu il üzrə 1388,57 manat, 2010-cu il üzrə 1433,3 manat, 2011-ci il üzrə 1526,97 manat, 2012-ci il üzrə 1546,76 manat, 2013-cü il 1677,19 manat, 2014-cü il üzrə 1813,67 manat, 2015-ci il üzrə 1840,88 manat, 2016-cı il üzrə 2005,2 manat, Gəncə-Daşkəsən regional təhsil idarəsi tərəfindən 2022-ci ilin apreliyun ayları üzrə 425,64 manat, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 2017-ci il üzrə 2.561,85 manat, 2018-ci il üzrə 2.653,54 manat, 2019-cu il üzrə 2417,59 manat, 2020-ci il üzrə 2794,33 manat, 2021-ci il üzrə 2245,33 manat, 2022-ci ilin yanvariyun ayları üzrə 635 manat hesablanmışdır.
55. Bundan başqa, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunan arayışda illik gəlirdən 25% məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 100% məbləğində göstərilmişdir. Halbuki, pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin tələbinə uyğun olaraq gəlirdən 25% çıxıldıqdan sonra həmin məbləğin 100%-i həcmində deyil, 90%-i həcmində fərdi hesabın sığorta hissəsində kapital olaraq qeydə alınır. Qalan 10%-i digər xərclərə sərf olunur.
56. Bundan başqa, məhkəmə kollegiyasının iclasında dindirilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 nəzarət və inventarlaşdırma departamentinin Əmək pensiyalarının inventarlaşdırılması şöbəsinin böyük mütəxəssisi X3 bildirmişdir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair qərarı o tərtib etmişdir. İddiaçının 2006-ci ildək stajı 33 il 2 ay 18 gün təkil edir. Mütəxəssis tərəfindən 2016-2023-cü il tarixləri üzrə 19048 manat hesablansa da, iddiaçı tərəfindən həmin dövr üzrə 19561 manat məbləğ hesablanmışdır. Belə ki, 2017-ci ildən 2018-ci ilə keçən zaman indeksləşmə faizi 5,7 faiz olsa da, iddiaçı 12,9 faizlə hesabladığından 520 manat fərq məbləği yaranmışdır. 2017-ci ilədək baza hissəsi yerində qalmış, 2017-ci ildən 2018-ci ilə keçən zaman baza hissə ilə sığorta hissəsi birləşdirilmiş və indeksasiya o şəkildə hesablanmağa başlanmışdır.
57. Göründüyü kimi mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin iddianı rədd etməklə gəldiyi nəticə qanuni və əsaslıdır.
Nəticəvi hissə:
60. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-40/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, İslam Həsənov