Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-687/2023 31.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3603/2023 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sənəd X1rşı qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “mərhum Maraqlı şəxs rəhmətə gedənək pozulmuş hüquqlarının bərpasını təmin edərək bir il müddətinə qeyri-qanuni olaraq verilməyən müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3603/2023 saylı qərardadı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sənəd X1rşı “mərhum Maraqlı şəxs rəhmətə gedənək pozulmuş hüquqlarının bərpasını təmin edərək bir il müddətinə qeyri-qanuni olaraq verilməyən müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, əlilliyin müddətinin bitdiyi tarixdən təyinat tarixinə qədər olan dövrdə “X6” daxil olan göndərişlər əsasında aparılmış qiymətləndirilmə ilə bağlı qəbul edilmiş əvvəlki imtina qərarları məhkəmə qaydasında mərhum Maraqlı şəxs tərəfindən mübahisələndirilmədiyindən, müavinətin ödənilməsi xx.xx.2022-ci ildən etibarən həyata keçirildiyindən və sağlığında ona ödənilməli müavinət olmadığından həyat yoldaşı olan İddiaçı hazırkı mübahisə üzrə subyektiv hüququ mövcud deyildir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və Maraqlı şəxs rəhmətə gedənədək pozulmuş hüquqularının bərpasının təmin edilərək, 1 ay müddətinə qeyriqanuni olaraq verilməyən müavinətin verilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, mərhum Rəsulov X2 şəhərində qeydiyyatda olmaqla, Gəncə şəhəri, M.Məhərrəmov küçəsi ev 19-da yaşamış, Maraqlı şəxs xx.xx.2009-cu ildə "ürək catışmamazlığı" diaqnozu ilə İİ dərəcə əllilik qrupu tayin edilmiş və xx.xx.2021-ci il tarixdə qeyri-qanuni olaraq əlilliyi ləğv edilmişdir. Əlilliyin ləğv edildiyi tarixdən Maraqlı şəxs vəfat etdiyi xx.xx.2022-ci il tarixinə qədər ki, dövrdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya X3 Dövriyyəsi "Əlililik" Alt sisteminə dəfələrlə göndərilən göndərişlər əsasında qiymətləndirmə aparılaraq imtina qərarları verilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən, mərhum Maraqlı şəxs ürək çatışmamazlığı səbəbindən ölümündən bir-neçə gün əvvəl İİ dərəcə əlillik qrupunu ləğv edərək 1-ci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi "Əlililik" Alt sisteminə daxil olan göndərişlər əsasında qiymətləndirmə apararaq verdiyi imtina qərarları qeyri-qanuni və ARnın Konstitusiyasına zidd qərarlar olmuşdur. Beləliklə Əlililik" Ali sistemina daxil olan göndərişlər barəsində qanunsuz olaraq imtina qərarı deyil, düzgün olardı ki, vaxtında (bir ildən sonra yox) İİ-ci dərəcə əlillik qrupunu ləğv edərək 1-ci dərəcə əlillik təyin edilsəydi alacağı müavinət mərhumun müalicəsinə kömək olardı. İddiaçı məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarından müəyyən olunur ki, mərhum Maraqlı şəxs təyin olunmuş İİ dərəcə əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmişdir. Daha sonra Maraqlı şəxs xx.xx.2022-ci ildə əyani müayinə əsasında “ümumi xəstəlik” səbəbindən müddətsiz İ dərəcə əlillik təyin olunmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə olunmuş çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci ildə vəfat etmişdir. Hazırda Maraqlı şəxs həyat yoldaşı İddiaçı yuxarıda qeyd olunan iddia tələbini irəli sürərək iddia qaldırmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əlilliyə görə müavinət həmin əlilliyin müddətinə təyin olunur (maddə 9.1.2-ci). Həmin qanunun 11.1-ci maddəsinə əsasən müavinət alan şəxs vəfat etdikdə müavinətin ödənilməsi dayandırılır. Göründüyü kimi, mərhum Maraqlı şəxs ona təyin edilmiş əlilliyin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən təyinat tarixi xx.xx.2022-ci il tarixə qədər olan dövrdə “X6” daxil olan göndərişlər əsasında aparılmış qiymətləndirilmə ilə bağlı qəbul edilmiş əvvəlki imtina qərarlarını məhkəmə qaydasında mübahisələndirməmişdir. Buna müvafiq olaraq da ona təyin olunmuş müavinət xx.xx.2022-ci il tarixdən ödənilmiş və həmin dövrə qədər ona ödənilməli olan hər hansı bir müavinət mövcud olmamışdır. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin Maraqlı şəxs həyat yoldaşı olan İddiaçı hazırkı mübahisə üzrə subyektiv hüququ mövcud olmaması ilə bağlı mövqeyi ilə razılaşır. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3603/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-687/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-687/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver