Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-687/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İddiaçı Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin müəyyən edilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1964/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdə iki il müddətinə İİ qrup mülki əlillik dərəcəsinin təyin edilməsi barədə qərarının dəyişdirilərək, ona yenidən hərbi vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı İİ qrup hərbi əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuşdur. Hal-hazırda Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. O, 1992-1996-cı illərdə Tovuz rayon Hərbi Komissarlığının çağırışı ilə erməni vandallarına qarşı Tovuz rayonun Əlibəyli və Əsrik kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlər zamanı baş nahiyyəsindən, ayaq nahiyyəsindən və kürəyindən odlu silahdan atılmış mərmilərdən qəlpə yarası almışdır. Eləcə də, döyüşlər zamanı infarkt keçirtmişdir. Hərbi vəzifəsini yerinə yetirərkən yaralannmağı ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından xx.xx.2016-cı il tarixdə canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmaların nəticələri - diaqnoz: “Odli silah yaralanmalarından sonra başın sol alın-gicgah nahiyyəsində 0,5 X 0,4 sm ölçüdə bir ədəd, başın arxa ənsə nahiyyəsində 0,7 X 0,3 sm ölçüdə bir ədəd, sağ saidin aşağı 1/3 sm ölçüdə bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində səpələnmiş halda ən böyüyünün ölçüsü 0,8X0,4 sm, ən kiçiyinin ölçüsü 0,5X0,4 sm olan beş ədəd, sol baldırınm ön səthində üç ədəd çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Tovuz rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli göndərişi, xx.xx.2016-ci il tarixli, 934 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli k/328 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçusunun şahid ifadələri, MN MHHK-nin həkim mütəxəssisi-cərrahin rəyilə təsdiq olunur), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. 2016-cı ildə TSEK ona hərbi vəzifələrini yerinə yetirərkən düşmənin odlu silahlardan atdığı mərmilərin partlaması nəticəsində aldığı travmaları ilə bağlı müalicələrini, tibbi sənədlərini nəzərə alıb ona İl qrup hərbi əlillik dərəcəsi təyin edilməsini xahiş etsə də, ona mülki şəxs kimi İİ qrup əlillik təyin edilmişdir. 2017-ci ildə yenidən TSEK-dən həkim komissiyasından keçirilərkən əlilliyi mülkidən, hərbi vəzifələrini yerinə yetirərkən, düşmənin atdığı mərmilərdən aldığı xəsarətlərlə bağlı 5 illik İl qrup əlillik dərəcəsi təyin edilmişdir. Beş illik müddət qurtardığından xx.xx.2022-ci il tarixdə onun əlilliyi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdən Tibbi Sosial Ekspertiza Komissiyasından növbəti həkim müayinəsindən keçirilərkən xx.xx.2025-ci il tarixə kimi ona İİ qrup mülki əlillik verilmişdir. Ona əlillik təyin olunarkən Birinci Vətən müharibəsində iştirak etməklə, yaralandığı, aldığı travmalar nəzərə alınmaqla ona vətənin müdafiəsi zamanı hərbi vəzifəsini yerinə yetirərkən düşmənin atdığı mərmilərin partlaması nəticəsində aldığı travmalarla bağlı İl qrup hərbi əlil verilməli olduğu halda, göstərdikləri nəzərə alınmamış, yalnız ürək xəstəliyini nəzərə alıb ona iki il müddətinə mülki ll qrup əlillik təyin edilmişdir. Cavabdeh orqanın xx.xx.2023-ci il tarixdən ona təyin etdiyi İl qrup mülki əlillik dərəcəsi Konstitusiyamızda təsbit olunmuş ədalətli pensiya almaq hüququnu pozmuşlar. Ona görə ki, onun xəstəliyi ilə bağlı qiymətləndirilmə aparılarkən ona Birinci Vətən müharibəsi zamanı hərbi vəzifəsini yeriə yetirərkən düşmənin atdığı mərminin partlaması nəticəsində aldığı travmalar və digər xəstəlikləri ilə bağlı İİ qrup əlillik təyin edilməli olduğu halda, ona heç bir əsas və səbəb olmadan ll qrup mülki əlillik dərəcəsi təyin edilmişdir. Umid edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcək, onun İl qrup mülki əlilliyi dəyişdirilərək, ona yenidən hərbi vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı İİ-ci qrup hərbi əlillik təyin ediləcəkdir. Məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixli İİ qrup mülki əlillik dərəcəsi təyin edilməsi barədə qərarın mübahisələndirilərək ləğv edilməsi və ona Birinci Qarabağ müharibəsində hərbi vəzifəsini yerinə yetirərəkən aldığı travmalarla bağlı İİ qrup hərbi əlillik təyin edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni tarixdə məhkəməyə müddətin bərpasına dair ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona mülki əlillik deyil, 2-ci qrup hərbi əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı mübahisələndirmə haqqında iddia qaldırmışdır. Lakin iddia ərizəsini verərkən iddia müddətini ötürmüşdür. İddia müddətini ötürməyi onun bu müddət ərzində ağır xəstə olmağı ilə bağlı olmuşdur. Ona görə də o, vatxında iddia qaldıra bilməmişdir. Odur ki, onun qeyd etdiyi səbəbə görə iddia müddətini ötürdüyünü nəzərə alıb, buraxdığı iddia müddətini bərpa etməyi xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsinin nəzərə alınmamasını və ona cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı bildirmişdir ki, ona ümumi xəstəliklə bağlı əlillik təyin edilməsindən 2023-cü ilin aprel ayında məlumatı olmuşdur. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldıra bilməməsi həm səhhəti ilə bağlı olmuş, o, ev şəraitində müəyyən müalicələr almışdır. Həmçinin o, iddia qaldırmaq üçün qanunla müddətin müəyyən edildiyini bilməmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin iddiaya qarşı yazılı etirazı birinci instansiya məhkəməsinə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜlX.Gərginlik stenokardiyası İİİ fis. Postinfarkt kardioskleroz. AKŞ əməliyyatından sonrakı vəziyyət. Arterial hipertenziya mərhələ.XÜÇ İV mərhələ.AF 24%. Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz Meyar: 2.2.1.2. 125.2 - Ağırlaşma Qan dövranı sisteminin xəstəlikləri => Ürəyin işemik xəstəliyi => Ürəyin işemik xəstəliyi => ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks- göstəriş, əməliyyatdan imtina etməsi)” səbəbilə 2 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Tovuz rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FiN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-ci il tarixli, 938 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmalarından sonra başın sol alın-qicqah nahiyyəsində 0.5x0.4sm ölçüdə bir ədəd. başın arxa ənsə nahiyyəsində 0.7x0.3 sm ölçüdə bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa-içəri səthində 2.0x0.7sm ölçüdə bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində səpələnmiş halda ən böyüyünün ölçüsü 0.8x0.4 sm, ən kiçiyinin ölçüsü 0.5x0.4 sm olan beş ədəd, sol baldırın ön səthində üç ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın qalıq əlaməti hər iki baldırın orta 1/3-də və başın ənsə nahiyəsində çapıq izlənmiş, əlillik təyinatına əsas hərəki məhdudluq aşkar edilməmişdir. Anamnestik məlumatalarda 2015-ci ildə Gürcüstan Respublikasında AKŞ əməliyyatı olduğunu, şəkərli-diabetdən əziyyət çəkdiyini ifadə etmişdir. Obyektiv baxış zamanı aşağı ətraflarda tük örtüyü seyrəlmiş, yerli bədən hərarəti soyuq olmuş, periferik arteriyalarda sağda kafi dolğunluqda nəbz qeyd olunsa da, sol aşağı ətrafda nəbz qeyd edilməmişdir. Şikayətlərinə uyğun olaraq ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq qenişlənib (5.Osm). Septumun cüzi hipertrofiyası (1.2sm) Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib həcmlər artıb, diastolik funksiya psevdonormal (Grade 2) tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu geyd olunur, diffuz hipokinez fonunda inferior lateral, apeks akinetik, inferior septum ciddi hipokinetikdir, sistolik funksiya ciddi azalıb (LVEF=29%). Aortal və Mitral qapaqlar fibrokalsifikdir. 1 X5 TR. Perikard təmizdir” kimi, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Hər iki anterior tibial arteriyanın mənfəzi daralıb, zəif sürətli bifazik axımlar izlənilir (grade 2 angiopatiya)” kimi müəyyənləşdirilmişdir. Təqdim edilmiş Akademik M.Cavad-Zadə adına Respublika Kliniki Uroloji Xəstəxanası xx.xx.2023-cü il tarixli X6 diaqnozu “Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 2-ci mərhələ. Şəkərli diabet” kimi müəyyənləşdirilmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1964/2024 saylı qərardadı ilə (hakim G.Əliyeva) İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1964/2024 saylı qərardadının ləğv olunmasına və işə mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələn zaman iş materiallarında olan cavabdeh təşkilatın verdiyi etirazda qeyd edilənləri qərardadına yazsa da onlara hüquqi qiymət verməmişdir. Həmin etirazda iddiaçının şikayətlərinə uyğun olaraq 16 yanvar 2023-cü il tarixdə Transtorakal Exokardioqrafıya müayinəsinin nəticəsində “Aorta şərtləşib. Sol qulaqcıq genişlənib (5.0SM). Septumun cüzi hipertrofıyası (1.2 sm) sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, həcmləri artıb, diastolik funksiya psevdonormal (Grade2) tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, diffuz hipokinez fonunda inferior laterial , apelcs akinetik, inferior septum ciddi hipokinetikdir, sistolik funksiya ciddi azalıb (LVEF=29%). Aortal və Mitral qapaqlar fıbrokalsifıkdir. 1 X5TR Perikard təmizdir” kimi, Xroniki pielonefrit, Xroniki böyrək xəstəliyi 2-ci mərhələ, Şəkəri diabet kimi xəstəliklərlə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edildiyi qeyd edilmişdir. Yəni iddiaçının orqanizmimin funksiyalarının 80 faizi pozulub və buna görə ona İİ qrup əlillik təyin edilib. Məhkəmə bunu gör-görə onun xəstəliy ilə bağlı sübut təqdim etməsini öz qərardadında qeyd edib. Xəstəliy ilə bağlı məhkəməyə bundan əsaslı hansı sübutu təqdim etməli idi ki, iddia müddətinin üzürlü səbəbdən ötürtdüyü nəzərə alınardı. Birinci instansiya məhkəməsi qeyd edilən qərardadı qəbul edilərkən işin onun xeyrinə olan hissəsini ya araşdırmamış, ya da ötərgi araşdırmışdır. O, sağlamlığını torpaq uğurunda gedən döyüşlərdə itirdiyini, onun döyüşdə aldığı yaraların orqanizmin funksiyalarının 80 faizini pozduğunu qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xəstəliyi, həmçinin hüquqi savadsızlıq səbəbindən vaxtında həmin qərarı mübahisələndirə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakı təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 938 nömrəli qərarı ilə “Odlu silah yaralanmalarından sonra başın sol alın-gicgah nahiyyəsində 0,5x0,4 sm ölçüdə bir ədəd, başın arxa ənsə nahiyyəsində 0,7x0,3 sm ölçüdə bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa-içəri səthində 2,0x0,07 sm ölçüdə bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində səpələnmiş halda ən böyüyünün ölçüsü 0,8x0,4 sm, ən kiçiyinin ölçüsü 0,5x0,4 sm olan beş ədəd, sol baldırın ön səthində üç ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - İddiaçı əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək ona 2.2.1. “Ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmamazlığı” diaqnozu əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin TibbiSosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı “Qan dövranı sisteminin xəstəlikləri=>Ürəyin işemik xəstəliyi=>ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardin revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina edilməsi)” diaqnozu ilə ümumi xəstəlik səbəb əlaqəsi ilə 2 il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlillik təyin edilmişdir. - Gəncə Şəhər Birləşmiş X3 şəxsin Ak.Z.Məmmədov adına xəstəxananın oftalmologiya şöbəsindənin 133 nömrəli çıxarışından müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Hər iki gözdə yetişməmiş katarakta” diaqnozu ilə stasionar müalicə almışdır. - Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilmiş ambulator çıxarışdan müəyyən olunur ki, İddiaçı terapiya şöbəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər stasionar müalicə almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X1rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisələndirdiyi qərardadan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüş, ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin prosessual müddətin üzürlü səbəbləri ilə bağlı kifayət qədər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 938 nömrəli qərarı ilə iddiaçı şəhadətləndirilmiş, “Odlu silah yaralanmalarından sonra başın sol alın-gicgah nahiyyəsində 0,5x0,4 sm ölçüdə bir ədəd, başın arxa ənsə nahiyyəsində 0,7x0,3 sm ölçüdə bir ədəd, sağ saidin aşağı 1/3-nin arxaiçəri səthində 2,0x0,07 sm ölçüdə bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində səpələnmiş halda ən böyüyünün ölçüsü 0,8x0,4 sm, ən kiçiyinin ölçüsü 0,5x0,4 sm olan beş ədəd, sol baldırın ön səthində üç ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı “Qan dövranı sisteminin xəstəlikləri=>Ürəyin işemik xəstəliyi=>ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardin revaskulyarizasiyası mümkün olmadıqda (əksgöstəriş, əməliyyatdan imtina edilməsi)” diaqnozu ilə ümumi xəstəlik ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlillik təyin edilmiş və həmin qərar xx.xx.2023-cü il tarixdə “Əlillik” alt sisteminə daxil edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarından iddiaçının 2023-cü ilin aprel ayında məlumatı olsa da, qeyd edilən tarixdən təqribən 11 ay sonra hazırkı tələblə məhkəməyə müraciət etmiş, beləliklə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə kollegiyasının iclasında qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi kimi həmin dövrdə xəstə olduğunu, stasionar müalicə aldığını iddia edərək, müddətin ötürülmə səbəbini bununla əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının müddətin ötürülməsinə səbəb kimi göstərdiyi halların aydınlaşdırılması məqsədi ilə məhkəmə iclasını təxirə salınaraq, qeyd edilən hallarla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün iddiaçıya vaxt vermişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş müvafiq çıxarışlardan müəyyən olunur ki, o, yalnız xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla cəmi 8 gün müddətinə stasionar müalicə almışdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumilikdə 8 gün xəstəliyi ilə əlaqədar stasionar müalicə alması onun 11 aylıq bir zaman kəsiyində məhkəməyə müraciət edə bilməməsinə və ötürülmüş müddətin məhkəmə tərəfindən bəpası üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüş, habelə müddətin üzürlü hesab edilməsi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Halbuki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Göründüyü kimi iddiaçı prosessual müddətin üzürlü səbəbləri ilə bağlı əsaslı sübutları təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apelyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1964/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-687/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-687/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver