Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-694/2025 06.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2888/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-Ş-160289/2024 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən “Bakı X12 Limanı” ASC-nin vətəndaş İddiaçı dair 30 may 2024-cü il tarixli, 15/24 nömrəli arayışında xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Balıq Soyuducu Donanma” İdarəsinin balansında olan SRTM “Kura”, JMZ “İnqul”, JMZ “Yana”, SRTM “Lənkəran”, SRTM “Hövsan” balıqçı gəmilərində və xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Bakı Balıq Dəniz Limanı ASCnin SPTM “Namik Hafisoğlu”, BODOT “Namik Hafisoğlu”, BODOT “Kur balıqçı” gərmilərində matros, motorist, mexanik və baş mexanik vəzifələrində işlədiyi qeyd olunub. Həmin arayışda vətəndaş İddiaçı işlədiyi sahənin sözugedən qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan yuxarıda qeyd olunan bölməyə uyğun olduğu qeyd edilsə də, adıçəkilən müəssisənin Mərkəzi Filialda mövcud olan vətəndaş İddiaçı dair 17 aprel 2024cü il tarixli 09/24 və 10/24 nömrəli arayışlarında işlədiyi vəzifələrin üzən heyətə aid olmadığı göstərilib. Eyni zamanda, Dövlət Dəniz və Liman Agentliyinin vətəndaş İddiaçı dair 5 iyun 2024-cü il tarixli KŞ/27 nömrəli arayışında xx.xx.2015-ci il tarixdən bugünədək “Pilot” bələdçi gəmisində və "xxxx" sürətli katerində mexanik vəzifəsində işlədiyin qeyd olunub. Lakin sözügedən arayışlarda vətəndaş İddiaçı işlədiyi vəzifələrin dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyətinə, işlədiyi gəmilərin isə daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Göstərilən səbəblərdən də, vətəndaş İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
İşdə olan sənədlər:
2. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci tarixdə anadan olmuşdur.
3. Bakı X12 Limanının xx.xx.2024-cü il tarixli,15/24 nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “Bakı Soyuducu Donanma” idarəsinin və "xxxx" ASC-nin gəmilərində aşağıda göstərilən vəzifələrdə işləmişdir (əmək kitabçasından çıxarış): - RMS “KÜR” gəmisi, matros-xx.xx.1983-cü il -xx.xx.1984-cü il, əmr № 18; - JMZ “İNQUL” gəmisi, matros-xx.xx.1984-cü il-xx.xx.1985-ci il, amr Ne 203; - RMS “YANA” gəmisi, matros-xx.xx.1985-ci il -xx.xx.1987-ci il, əmr № 237; - SRTM “LƏNKƏRAN BALİQÇİSİ” gəmisi, matros - xx.xx.1987-ci il xx.xx.1989-cu il, əmr № 21; - SRTM “HOVSAN BALİQÇİSİ” gəmisi, motorçu - xx.xx.1989-cu il-xx.xx.1989-cu il, əmr № 79; - SRTM “HÖVSAN BALİQÇİSİ” gəmisi, 3-cü mexanik - xx.xx.1989-cu il - xx.xx.1991ci il, əmr № 212; - SRTM “HÖVSAN BALİQÇİSİ” gəmisi, 2-ci mexanik - xx.xx.1991-ci il xx.xx.1993- cü il, əmr № 153; - SRTM “HÖVSAN BALİQÇİSİ” gəmisi, böyük mexanik - xx.xx.1993-cü il xx.xx.1995ci il, əmr № 233; - SRTM “HÖVSAN BALİQÇİSİ” gəmisi, böyük mexanik - xx.xx.1995-ci il xx.xx.1997-ci il, əmr № 152; - BODOT “NAMİK HAFİSOĞLU” gəmisi, 3-cü mexanik - xx.xx.2007-ci il xx.xx.2007-ci il, əmr № 01k; - BODOT “NAMİK HAFİSOĞLU” gəmisi, 2-ci mexanik - xx.xx.2007-ci il xx.xx.2007-ci il, əmr № 34k; - BODOT “KUR BALİQÇİSİ” gəmisi, baş mexanik - xx.xx.2007-ci il xx.xx.2010-cu il, əmr № 38k. - 24 iyul 2010-cü il tarixindən Azərb. Respublikası ƏM-nin 68-ci maddəsinin 2-a bəndinə əsasən, əmək müqaviləsinə xitam verilib. Əmr 49 xx.xx.2010 cü il İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 “Dəniz və çay donanması” maddəsinin b) bəndinin “üzən heyyət”: “dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti”, “bütün adiarda motorçular” və “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 30 iyul 2001-ci il tarixli, 62 saylı əmrinə əsasən “X17 Zavodu” “X17” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. "xxxx" ASC-nin 01 iyul 2004-cü il tarixli X3 01 saylı protokoluna əsasən, “X17” ASC "xxxx" ASC-yə qoşulmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli, 31 saylı əmrinə əsasən "xxxx" "xxxx" ASCyə qoşulmuşdur. 25 may 2005-ci il tarixində keçirilmiş X7 02 saylı Protokoluna əsasən "xxxx" ASC "xxxx" ASC-yə qoşulmuşdur. "xxxx" ASC-nin 14 iyun 2017-ci il tarixli X7 Protokoluna əsasən "xxxx" ASC-nin adı dəyişərək “Bakı X12 Limanı” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2024-cü il tarixli, KŞ/27 nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin gəmilərində aşağıda göstərilən vəzifələrdə İşləmişdir (əmək kitabçasından çıxarış): - “PİLOT” bələdçi gəmisi, mexanik - xx.xx.2015-ci il -xx.xx.2019-cu il, əmr № K/111; - “PİLOT” bələdçi gəmisi, mexanik - xx.xx.2019-cu il-xx.xx.2021-ci il, əmr № 205; - “PİLOT” bələdçi gəmisi, mexanik - xx.xx.2021-ci il - xx.xx.2022-ci il, əmr № K/117; - “PİLOT 1" sürətli kateri, mexanik xx.xx.2022-ci il - davam edir, əmr № İR/087. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 “Dəniz və çay donanması” maddəsinin b) bəndinin “üzən heyyət”: “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli, 1785 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X14 yaradılmış və X1 Mərkəzi publik hüquqi şəxs Agentliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2018-ci il tarixli, 491 nömrəli Qərarı ilə X2 Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi, Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 27 dekabr 2018-ci il tarixli 170 nömrəli əmri ilə strukturu təsdiqlənmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 30513/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azər Əziz oğlu X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 27 il 18 gün (xx.xx.2006-cı il tarixinədək 14 il 4 ay 18 gün (xx.xx.1983xx.xx.1997-ci il, xx.xx.1997- xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 8 ay)) təşkil edir.
6. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 05/25 nömrəli məktubunda qeyd edilmişdir ki, Vahid Tarif-İxtisas sorğu kitabçasının (hissə 73 əsasən) Azərbaycan Respunlikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı fəhlə peşələri və qulluqcu vəzifələri üzrə ümumi respublika təsnifatının və fəhlə peşələri və qulluqcu vəzifələrinin Vahid Tarifixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında Qanunun icrası ilə əlaqədar tərtib edilmişdir. Hazırki bölməyə mülkiyyət formasından asılı olmayaraq dəniz donanması və nəqliyat gəmilərinə, Bakı X12 limanı" ASC-nun tabeliyində olan nəqliyat gəmilərində çalışan fəhlə və qulluqcuların Tarif ixtisas xususiyyətləri daxil edilmişdir.
7. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 06/25 nömrəli məktubunda qeyd edilmişdir ki, Vahid Tarif-ixtisas sorğu kitabcasının (hissə 73 əsasən) Azərbaycan Respunlikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı fəhlə peşələri və qulluqcu vəzifələri üzrə ümumi respublika təsnifatının və fəhlə peşələri və qulluqcu vəzifələrinin Vahid Tarifixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında Qanunun icrası ilə əlaqədar olaraq tərtib edilmişdir. Hazırkı bölməyə mülkiyyət formasından asılı olmayaraq dəniz donanması nəqliyat gəmilərinə, Bakı X12 Limanı ASC-nin tabeliyində olan nəqliyyat gəmilərində çalışan fəhlə və qulluqçu vəzifələri də daxil edilmişdir.
8. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 07/25 nömrəli məktubunda qeyd edilmişdir ki, Vahid Tarif-ixtisas sorğu fəhlə üzrə tarif-ixtisas sorğu kitabçasının (hissə 73 əsasən) Azərbaycan Respunlikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı "fəhlə peşələri ilə qulluqçu vəzifələri üzrə ümumi respublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələri, Vahid Tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında Qanunun icrası ilə əlaqədar tərtib edilmişdir.
9. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 11/25 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçın güzəştli şartlə pensiya hüququ veran işdə çalışmasına dair bildirilir ki, bu şəxs Azərbaycan Respublikasuun əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “Bakı Soyuducu Donanmu” İdarəsinin va “X20 Limanı” ASC-nin gəmilərində aşağıda göstərilən vəzifələrdə işləmişdir. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 "Dəniz və çay donanması” maddəsinin b) bəndinin “üzən heyyət” “dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti - Duru yanacaqla işləyən gəmi ocaqçıları; - Bütün adlarda motorçular və maşinistlər; - Mexaniklar, onların köməkçiləri, baş və böyük mexaniklər; - Elektrik mexanikləri, onların köməkçiləri böyük elektrik; - Sahil heyyəti Tryum motorcuları limanlarda yükün aşırılması işlərində çalışan briqadaların mexanizatorları doker mexanizatorları və s. Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə və vəzifə kodlarına uyğun olaraq güzəştli şərtlə yaşa görə müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri göstəricilərin Siyahısının 21.1-ci bəndi ilə eynidir. 01/24 saylı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarda göstərilən 27.17-ci bəndi və 27.17.2-ci bəndi texniki səhv olaraq göstərilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentini 30 iyul 2001-ci il tarixli, 62 saylı əmrinə əsasən “X17 Zavodu” “X17” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. "xxxx" ASC-nin 01 iyul 2004-cü il tarixli səhmdarlarının Ümumi Yığıncağının 01 saylı protokoluna əsasən “X17” ASC "xxxx" ASC-yə qoşulmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli, 31 saylı əmrinə əsasən "xxxx" ASC-yə qoşulmuşdur. 25 may 2005-ci il tarixində keçirilmiş X7 02 saylı Protokoluna əsasən "xxxx" ASC "xxxx" ASC-yə oşulmuşdur. "xxxx" ASCnin 14 iyun 2017ci il tarixli X7 protokoluna əsasən "xxxx" ASC-nin adı dəyişərək “Bakı X12 Limanı” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 21.2. “Dəniz və çay donanması” maddəsinin b) bəndinin “Üzən heyət”: bütün adlarda motorçular, bütün adlarda mexaniklər və onların köməkçiləri, baş və böyük mexaniklər vəzifə kodunda müəyyən edilmiş əsasla güzəştli şərtlərlə yaşa görə pensiya hüququmun təmin edilməsi və xx.xx.2022-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək Bakı X12 Limanı Açıq Səhmdar Cəmiyyətində matros, motorçu, maşinist və mexanik, göstərilən dövr ərzində xx.xx.1983-xx.xx.1989-cu illər ərzində “Kür”, “İNQUL”, Yana”, Lənkəran balıqçısı” gəmilərində motros; xx.xx.1989 - xx.xx.1989-cu ildə “Hövsan Balıqçı” gəmisində motorçu, xx.xx.1989 - xx.xx.1997-ci illər ərzində həmin gəmidə mexanik; xx.xx.2007xx.xx.2010-cu illər ərzində isə “Namiq Hafisoğlu” gəmisində mexanik və "xxxx" gəmisində isə baş mexanik işləmişdir. X12 Limanı ASC-də işlədiyi müddətin 17 il 6 ay 22 günü mənə güzəştli şərtlərlə yaşa görə pensiya təminatı hüququ verir. O, xx.xx.2015-ci il tarixdən hazırkı vaxta kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət X11 “Pilot” bələdçi gəmisində mexanik, xx.xx.2022-ci il tarixdən isə "xxxx" sürətli katerində mexanik işləyir. Onun X12 Limanı ASC-də işlədiyi 17 il 6 ay 22 dün və Dövlət Dəniz və Liman Agentliyində işlədiyi bütün müddət (yəni 7 il 9 ay), cəmi 25 il 3 ay 22 dün güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 21.2. “Dəniz və çay donanması” maddəsinin b) bəndinin “Üzən heyət”: bütün adlarda motorçular, bütün adlarda mexaniklər və onların köməkçiləri, baş və böyük mexaniklər vəzifə kodunda müəyyən edilmiş vəzifələrin xüsusiyyətləri ilə eynidir.
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12183/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmşdir.
13. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-268415/2024 nömrəli etirazın məzmunu xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ş-160289/2024 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun təmin edilməsinin xx.xx.2023-cü il tarixdən etibarən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2888/2025 nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia təmin edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bəndinin (Dəniz və çay donanması) “b” yarımbəndində (üzən heyət) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla); xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla); duru yanacaqla işləyən gəmi ocaqçıları; bütün adlarda maşinistlər; bütün adlarda motorçular; mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər; elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzfələri qeyd edilmişdir. Bütün qeyd edilənləri nəzərə alaraq məhkəmə iddiaçının iddiaçının işlədiyi vəzifələrin qeyd edilən siyaının 21.2-ci bəndinin ”b” yarımbəndinə uyğun hesab edir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu birinci instansiya məhkəməsinin qərarının məzmunu ilə eynilik təşkil edir.
c)apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını, iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) isə izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
21. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və iddiaçının vəkilinin (nümayəndəsinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 21.2. Dəniz və çay donanması: b) üzən heyət: - dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla).
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
26. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək onun güzəştli iş stajının olmaması ilə əsaslandırmışdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
30. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 60 yaşın tamam olması, azı 25 il ümumi iş stajının və azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması şərtləri ödənilməlidir.
31. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş və ümumi iş stajı ilə bağlı şərtlərin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş və xx.xx.2022-c il tarixdə 60 yaşı tamam olmuşdur. Həmçinin, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək olan ümumi iş stajı 25 ildən çoxdur.
32. Cavabdeh tərəfindən yalnız xüsusi iş stajı ilə bağlı tələb mübahisələndirilərək onunla əsaslandırılmışdır ki, “Bakı X12 Limanı” ASC-nin iki müxtəlif – xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarında iddiaçının xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Balıq Soyuducu Donanma” İdarəsinin balansında olan SRTM “Kura”, JMZ “İnqul”, JMZ “Yana”, SRTM “Lənkəran”, SRTM “Hövsan” balıqçı gəmilərində və xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Bakı Balıq Dəniz Limanı ASC-nin SPTM “Namik Hafisoğlu”, BODOT “Namik Hafisoğlu”, BODOT “Kur balıqçı” gəmilərində matros, motorist, mexanik və baş mexanik işlədiyi vəzifələrin aid olduğu sahələr üzrə göstərilənlər arasında ziddiyyət olması ilə əsaslandırılmışdır. Belə ki, birinci arayışda həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) balıq istehsalı və emalı bəndinin (27.17) balığın və dəniz heyvanının emalı yarımbəndində (27.17.2) nəzərdə tutulmadığı və bu səbəbdən də iddiaçının güzəştli iş stajının olmadığı bildirilsə də, ikinci arayışda qeyd olunan vəzifələrin sözügedən Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yuxarıda qeyd olunan bölməyə uyğun olduğu qeyd edilmişdir.
33. İş materiallarında olan “Bakı X12 Limanı” ASC-nin xx.xx.2025-ci il tarixli 11/25 nömrəli məktubunda İddiaçı işlədiyi vəzifələrin “Bakı Soyuducu Donanmu” idarəsinin va “X20 Limanı” ASC-nin gəmilərində Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən 1) Duru yanacaqla işləyən gəmi ocaqçıları; 2) Bütün adlarda motorçular və maşinistlər; 3) Mexaniklar, onların köməkçiləri, baş və böyük mexaniklər; 4) Elektrik mexanikləri,onların köməkçiləri böyük elektrik; 5) Sahil heyyəti Tryum motorcuları limanlarda yükün aşırılması işlərində çalışan briqadaların mexanizatorları doker mexanizatorları və s. vəzifələr aid olduğu qeyd edilmiş, işlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 "Dəniz və çay donanması” maddəsinin b) bəndinin “üzən heyət” “dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyətinə aid olduğu bildirilmişdir.
34. Bundan başqa həmin məktubda Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə və vəzifə kodlarına uyğun olaraq güzəştli şərtlə yaşa görə müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri göstəricilərin Siyahısının 21.1-ci bəndi ilə eyni olduğu, 01/24 saylı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarda göstərilən 27.17-ci bəndi və 27.17.2-ci bəndi texniki səhv olaraq göstərildiyi qeyd edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentini 30 iyul 2001-ci il tarixli, 62 saylı əmrinə əsasən “X17 Zavodu” “X17” Açıq Səhmdar Cəmiyyəti adlandırıldığı, "xxxx" ASC-nin 01 iyul 2004-cü il tarixli səhmdarlarının Ümumi Yığıncağının 01 saylı protokoluna əsasən “X17” ASC "xxxx" ASC-yə qoşulduğunu, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli, 31 saylı əmrinə əsasən "xxxx" ASC-yə qoşulduğunu, 25 may 2005-ci il tarixində keçirilmiş X7 02 saylı Protokoluna əsasən "xxxx" ASC "xxxx" ASC-yə qoşulduğunu, "xxxx" ASCnin 14 iyun 2017-ci il tarixli X7 protokoluna əsasən "xxxx" ASC-nin adı dəyişərək “Bakı X12 Limanı”Açıq Səhmdar Cəmiyyəti adlandırıldığı bildirmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bəndinin (Dəniz və çay donanması) “b” yarımbəndində (üzən heyət) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla); xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla); duru yanacaqla işləyən gəmi ocaqçıları; bütün adlarda maşinistlər; bütün adlarda motorçular; mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər; elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri qeyd edilmişdir.
36. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr Siyahının 21.2-ci bəndinin ”b” yarımbəndinə uyğun hesab edilməlidir. Belə ki, qeyd olunan arayışlarda göstərilən məlumatlar arasında olan ziddiyyətli məqamlara “Bakı X12 Limanı” ASC-nin xx.xx.2025-ci il tarixli 11/25 nömrəli məktubu ilə aydınlıq gətirilmişdir.
37. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan X8 və X9 pensiya işlərindən iddiaçıya iş yeri tərəfindən verilmiş arayışlarda göstərilən məlumatların əks olunduğu arayışlar əsasında X5 xx.xx.2021-ci il tarixli qərarla xx.xx.2021-ci il tarixdən, X10 isə xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2022-ci il tarxdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması müəyyən edilir. Həmin təyinat məhz cavabdeh inzibati orqan tərəfindən aparılmışdır.
39. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
40. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).
41. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
42. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
43. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
44. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
45. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2888/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov