Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-696/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Minik avtomobilinə tibbi göstərişin təyini Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsinə qarşı “reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-816/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1981-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2022-ci il tarixli, 294 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020) nəticəsində sağ baldırın aşağı 1/3-nin yumuşaq toxuma defektli qəlpə yaralanmasına sağ baldır sümüklərinin orta və aşağı 1/3-nün açıq, çoxqəlpəli, yerdəyişmə sınığına görə aparılmış yaraların birincilicərrahi işlənməsi, baldır sümüklərinin Q.A.İlizarov aparatı ilə osteosintezi (xx.xx.2020), Q.A.İlizarov aparatının demontajından (xx.xx.2021) sonrakı sağ qamış sümüyünün zəif konsolidasiya edən sümük döyənəyi, sağ incik sümüyünün sümük defekti və bitişməmiş sınığı, sağ baldırın valqus deformasiyası, yumuşaq toxumaların atrofiyası, sağ aşıq-baldır oynağının çapıq-əzələ mənşəli kontrakturası, ağrı sindromu ilə, yerişin pozulması. Partlayış travması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin yumuşaq toxuma defektli qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ ön qamış arteriyasının zədələnməsinə görə aparılmış liqasiyası cərrahi əməliyatından (xx.xx.2020) sonrakı vəziyyət, qan dövranının və fünksiyasının cüzi dərəcədə pozulması ilə. Keçirilmiş sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri, fünksiyasının mülayim dərəcədə pozulması diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinədə olmuş və ona xx.xx.2022-ci il tarixdən “Partlayış travması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin yumşaq toxuma defektili qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ ön qamış arteriyasının zədələnməsinə görə aparılmış liqasiyası cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı vəziyyət, qan dövranının və funksiyasının cüzi dərəcədə pozulması ilə. Keçirlimiş sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə. Bud arteriyasının travması, sağ ön qamış arteriyasının zədələnməsi. Sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması” diaqnozu üzrə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndi üzrə - əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 illik müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş və həmin qərarda İddiaçı ixtisaslaşdırılmış müalicə təyin edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, ********** tibbi rəyində diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ incik sümüyünün aşağı 1/3-nin defektlə bitməyən sınığı, sağ qamış sümüyünün aşağı 1/3-nin deformasiyası, sağ aşağı-baldır oynağının kəskin konturakturası. Sağ baldırın orta aşağı 1/3-nün ön səhtində boylama dartıcı çapıq toxuması, sağ incik səhtinin neyropatiyası” kimi göstərilmişdir.
5. “Medistyle” Hospitalın xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı iynə EMG müayinəsinin nəticəsi “Müayinə nəticəsində əldə olunan elektrofizioloji göstəricilər sağ ayaqda Peroneal sinirin (səthi şaxəsi daha ağır olmaqla) aksonal degenerasiyalı ağır neyropatiyası lehinə dəyərləndirilir” kimi qeyd edilmişdir.
6. Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli protokol-qərarına əsasən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli qəlpə yaralanmasına sağ baldır sümüklərinin orta və aşağı 1/3-nin açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincilicərrahi işlənməsi, baldır sümüklərinin Q.A.ilizarov aparatı ilə osteosintezi (xx.xx.2020), yaraların ikincili-cərrahi işlənməsi, Q.A.llizarov aparıtının korreksiyası (xx.xx.2020). Oynaqların kontrakturası, sağ baldırın valqus deformasiyası, yumşaq toxumaların atrofiyası, sağ aşıq-baldır oynağının çapıq - əzələ mənşəli kontrakturası. Sümük sınığının pis bitişməsi, sağ incik sümüyünün sümük defekti və bitişməmiş sınığı Hipertrofik çapıq, sağ aşıq-baldır oynağının çapıq-əzələ mənşəli kontrakturası nozun mətnı: Partlayış travması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin yumşaq toxuma defektili qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ ön qamış arteriyasının zədələnməsinə görə aparılmış liqasiyası cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı vəziyyət, qan dövranının və funksiyasının cüzi dərəcədə pozulması ilə. Keçirlimiş sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə. Bud arteriyasının travması, sağ ön qamış arteriyasının zədələnməsi. sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozu əsasında Meyarların 2.3.3 “Əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” (G83.0, G832) bəndi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
7. Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 3071/2023 nömrəli qərarına əsasən xx.xx.2023-cü il tarixdə vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və qərara almışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətine üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılsın; Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir.
8. İddiaçı “Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi, reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi və mənzillə təmin olunması” barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciəti Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsinə baxılması üçün göndərilmiş və agentlik tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-4/2-F- 23591/9/2023 nömrəli məktubla bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün göndəriş və müraciəti əsasında iddiaçının xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuş, qəbul zamanı təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq iddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı ilə bağlı” xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanıldığını və göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən iddiaçıya minik avtomobilinə tibbi göstəriş verilməsinin mümkün olmadığını nəzərinizə çatdırılmışdır.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2024-cü il tarixli, T 164/2024 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərində əlillik vəziyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində qey edilmiş “Baldırın çoxsaylı açıq yaraları. Sağ incik sümüyünün aşağı 1/3-nün kortikal defektlə qeyri düzgün bitişmiş sınığı, valqus deformasiyası, sağ aşıq baldır oynağının artrozu, açıcı-bükücü kəskin konturakturası (açma-110 dər., bükmə-100 dər.,) sol baldırın orta aşağı 1/3-nün iç ön səthində boylama, dartıcı çapıq, toxuması, sağ incik sinirinin neyropatiyası, sağ pəncənin sallanması, pakrı, saayaq barmaqlarının İİ, İİİ, İV, V çəkicəbənzər deformasiyası, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət fünksiyasının pozulması, sağ aşağı ətrafın 6 sm qısalığı.” diaqnozda olan xəstəliklərlə əlaqədar şəxsin əyani müayinəsində əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reablitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası” na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verilməmişdir.
10. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli, 2353 nömrəli sərəncamına əsasən “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli, 2362 nömrəli sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2369 nömrəli sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2716 nömrəli sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur.
11. İddiaçı hərbi xidmətdə olarkən Azərbaycan Respublikası Müdafiə nazirinin 0103t nömrəli, xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı, Azərbaycan Respublikası Müdafiə nazirinin 0164t nömrəli, xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı, Azərbaycan Respublikası Müdafiə nazirinin 0157t nömrəli, xx.xx.2019-cu il tarixli “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona minik avtomobilinin təyinatına tibbi göstərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2020-ci il Vətən Müharibəsinin veteranı və İİİ qrup müharibə əlilidir. Müharibə əlilləri üçün müəyyən edilmiş güzəştlərdən istifadə edərək avtomobil növbəsinə yazılmaq üçün müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyninin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2023-cti il tarixli məktubla onun tərəfindən təqdim edilmiş tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reablitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən ona minik avtomobilinə tibbi göstəriş verilməsinin mümkün olmadığı bildirilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, guya onun əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün etdiyi müraciət zamanı araşdırılan sənədlər, eləcə də şəxsi müayinənin nəticəsi ona avtomobil vasitəsinin ayrılması üçün müəyyən edilmiş diaqnoz və ağırlaşmalara uyğun olmadığı üçün avtomobil verilmir. Bununla bağlı qeyd edir ki, ona verilən İİİ qrup əlillik dərəcəsi onlayn olaraq təyin edilmişdir. O, bu diaqnozla razılaşmadığı üçün cavabdehə müraciət edərək təyin edilmiş İİİ qrup əlilliyin təkrar qiymətləndirilməsini xahiş etsə də, təkrar qiymətləndirmə ilə də nəticənin eyni olması bildirilmiş və təkrar olaraq eyni əsaslarla imtina verilmişdir. Hesab edir ki, imtina əsassızdır. Bu səbəbdən ki, aldığı xəsarətdən və tibbi müdaxilələrdən sonra sağ ayağı sol ayağından 6 sm gödəlib, ayağı deformasiyaya uğrayıb, ayağı çölə doğru əyrilib, ağır neyropatiya yaranıb. Hərəkəti məhdudlaşmışdır. Hesab edir ki, bu qiymətləndirmə və diaqnozla bağlı məhkəmə tərəfindən ekspertiza keçirilməli və onun həqiqi sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Ona əsassız olaraq imtina verilir.
14. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, ona reablitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi etirazını onunla əsaslandırmışdır ki, əyani müayinə nəticələrini qeyd etmiş və sonda qeyd etmişdir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, praktikada bir ətrafın parezi dedikdə ayağın bütünlükdə, ayağın kəmər hissəsindən sona qədər olan hissəsi, nəzərəçarpan parezi dedikdə sağ və ya sol yuxarı ətrafın tam iflici nəzərdə tutulur.
18. Birinci instansiya məhkəməsinin iclasında həkim-mütəxəssis qismində dindirilmiş həkim-travmatoloq X6 izahatında bildirmişdir ki, bir ətrafın parezi dedikdə bir tərəfin funksiyalarını itirməsi başa düşülür. İddiaçının vəziyyətinə gəldikdə bir ayağında gödəklik mövcuddur, sümük defekti vardır. Bir aşağı ətrafın parezi-iflici var. İddiaçının sağalması üçün uzun illər lazımdır.
19. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 816/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X4 hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən tibbi göstərişlər iddiaçıya qoyulan diaqnozu özündə əhatə etdiyindən iddia təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-816/2024 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əlilliyi olan şəxslərin reablitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi qərarını demək olar ki əsaslandırmayaraq, ümumi normaları sadalamaqla kifayətlənmiş və heç bir məhkəmə araşdırması aparmamışdır. Birinci instansiya məhkəməsinin qeyd edilən halları ilə razılaşmır və eyni zamanda hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Qeyd edilmişdir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. İddiaçının tibbi göstəriş verilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası’na uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-816/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, odur ki, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq normaları
26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X2 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra –“DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” na əlavə Bənd 57. Minik avtomobilləri aşağdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir.
1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, İİ dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oyna-ğının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda
30. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
32. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
33. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
34. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
35. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
36. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
37. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
38. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
39. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
40. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
42. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddia növünə aiddir.
43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. İşin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2022-ci il tarixli, 294 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020) nəticəsində sağ baldırın aşağı 1/3-nin yumuşaq toxuma defektli qəlpə yaralanmasına sağ baldır sümüklərinin orta və aşağı 1/3-nün açıq, çoxqəlpəli, yerdəyişmə sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, baldır sümüklərinin Q.A.İlizarov aparatı ilə osteosintezi (xx.xx.2020), Q.A.İlizarov aparatının demontajından (xx.xx.2021) sonrakı sağ qamış sümüyünün zəif konsolidasiya edən sümük döyənəyi, sağ incik sümüyünün sümük defekti və bitişməmiş sınığı, sağ baldırın valqus deformasiyası, yumuşaq toxumaların atrofiyası, sağ aşıq-baldır oynağının çapıq-əzələ mənşəli kontrakturası, ağrı sindromu ilə, yerişin pozulması. Partlayış travması (xx.xx.2020) sağ baldırın aşağı 1/3-nin yumuşaq toxuma defektli qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ ön qamış arteriyasının zədələnməsinə görə aparılmış liqasiyası cərrahi əməliyatından (xx.xx.2020) sonrakı vəziyyət, qan dövranının və fünksiyasının cüzi dərəcədə pozulması ilə. Keçirilmiş sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri, fünksiyasının mülayim dərəcədə pozulması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
47. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın xx.xx.2022-cü il tarıxli protokol-qərarından müəyyən edilir ki, iddiaçıya “Partlayış travması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin yumşaq toxuma defektili qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ ön qamış arteriyasının zədələnməsinə görə aparılmış liqasiyası cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı vəziyyət, qan dövranının və funksiyasının cüzi dərəcədə pozulması ilə. Keçirlimiş sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə. Bud arteriyasının travması, sağ ön qamış arteriyasının zədələnməsi. Sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması” diaqnozu üzrə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndi üzrə əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 illik müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müəyyən olunma meyarı kimi əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi qeyd olunmuşdur.
48. Cavabdeh imtina səbəbi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarını əsas götürərək minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyini bildirir
49. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən tibbi göstərişlər iddiaçıya qoyulan diaqnozu özündə əhatə etdiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, həmin əlavədə bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi tibbi göstərişi şəxsdə təyin olduğu halda, həmin şəxsə minik avtomobilinin verilməsi nəzərdə tutulmuşdur.
50. İş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi diqnozu qoyularaq 5 il müddətinə İİİ dərəcə əlillik təyin edilmişdir.
51. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə siyahıda 57-ci bəndində göstərilmişdir ki, minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: Bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi. Göründüyü kimi, iddiaçının qeyd olunan diaqnozu həmin əlavədə 57-ci sırada 3-cü bənddə öz təsdiqini tapmışdır.
52. Belə ki, iddiaçının sonuncu diaqnozunda qeyd edilən insanın bədən quruluşunun bir hissəsi olan pəncə də – aşağı ətraf hesab olunduğundan, “bir aşağı ətrafın nəzərəçarpan parezi” ifadəsi ilə “bir ətrafın nəzərəçarpan parezi” ifadəsi eyni mənanı verir.
53. Məhkəmə kollegiyası iş materiallarında olan ekspert rəyini mötəbər sübut kimi qəbul etməyən birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Belə ki, ekspert rəyi əsaslandırılmamış, yalnız işdə olan tibbi sənədlər sadalanmış, müayinə edilən şəxsin zahiri görünüşü ilə bağlı məlumatlar (orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir) göstərilmişdir.
54. Beləliklə, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur.
55. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən cavabdeh inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İnzibati orqanların inzibati praktikası həm onların özlərinin müstəqil olaraq formalaşdırdığı, həm də məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1181/2023 nömrəli qərarı).
56. Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
57. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.
58. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
59. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-816/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
`