Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-698/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2758/2024 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2017-ci il tarixdən etibarən 5 il müddətinə ikinci dərəcə dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin J00067616GVD nömrəli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X7nə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X7nin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 09 mart 2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona göndərişin imzalandığı 23 yanvar 2023-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X7nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdən 2022-ci il tarixədək ikinci qrup əlillik pensiyası almışdır. Sonuncu dəfə müayinədən keçən zaman barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Sonuncu qiymətləndirmədə isə diaqnoz « Üzvi mənşəli şəxsiyyət pozuntusu » göstərilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2758/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X7nin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 09 mart 2023-cü il tarixli qərarının qismən (İddiaçı aid hissədə) ləğv edilməsi, İddiaçı göndərişin imzalandığı 23 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X7nin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki, dərəcəsinin isə ağır olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Hətta cavabdeh orqanın xx.xx.2022-ci il tarixli ,xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müayinəsinin nəticəsində də İddiaçı əyani müayinəsi zamanı diaqnozunun mətni “üzvi mənşəli şəxsiyyət pozuntusu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozundan əziyyət çəkir. Beləliklə, cavabdehin nümayəndəsinin də təqdim etdiyi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalması, təfəkkürdə nəzərəçarpan dəyişikliklər davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti hallara uyğundur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 tərəfindən təqdim edilən məktubda qeyd edilib ki, İddiaçı xx.xx.2022-ci il tarixdə t.e.d professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: üzvi mənşəli ( müharibə zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu F07.0. Koqnitiv funksiyaların enməsilə, Anamnezində intihar cəhdilə qeyd edildiyi kimi, koqnitiv funksiyanın ( maraqların ləngiməsi, intihar cəhdi) olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 –ci bəndində qeyd edilən halları yaradaraq 7.6.2.2-ci bəndində (həmin bənddə də maraqların ləngiməsi, təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) əsasən əlillik təyinatına əsas verir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X7 həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-2758/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibbi-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarlarının” hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi xx.xx.2022-ci il tarixli Tibbi rəydə diaqnoz "Üzvi (müharibə zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi ilə. Anamezində intihar cəhdilə" kimi qeyd edilsə də, möhürdə qeyd edilmiş imza mütəxəssisə məxsus olmamış, sənədin saxtalaşdırılmasına ciddi şübhə yaranmışdır. Qeyd edir ki, vətəndaş xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, başgicəllənmə, qolunda və ayaqlarında olan ağrılardan şikayətlənmiş, sol saidin yuxarı 1/3-də, sağ budun aşağı 1/3-də, hər iki baldırın orta 1/3-də çapıqlar müəyyən olunmuş, Romberqdə dayanıqlı, əzələ gücü, tonusu normal, serebral testləri normal icra etmiş, reflekslər canlı çağırılmış, ətraflarda iflic, parez aşkar edilməmişdir. Təqdim edilmiş AR İTS "TƏBİB" PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu xx.xx.2022-ci il tarixli **********/3667 nömrəli Arayışda qeyd olunan diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamış, X6 2021, 2022-ci illərə aid Çıxarışlarda diaqnoz "Postravmatik stress pozuntusu, baş beynin diffuz travması, keçirilmiş baş beyin travması, beyin kontuziyasının qalıq əlamətləri” kimi müəyyən olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamış, aktiv psixopraduktiv əlamətlər aşkar edilməmişdir" kimi qiymətləndirilmiş, hazırkı sağlamlıq vəziyyətində dinamikada ağırlaşma aşkar edilməmişdir. Anamnestik məlumatlarda, obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair etiraz təqdim edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2758/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin 3-4-cü səhifələrində yazılıb qeyd edilən cümlələr təkrar-təkrar yazılmış və qətnamənin əsasız olması və onun xəstəliyinin əlilliyə istinad olunub-olunmaması barədə heç bir aydınlıq yoxdur. 2021-ci ildə Tərtər MRX-da yazılmış xəstəliyi ilə bağlı forma 88 tibbi sənədini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərilən zaman agentlikdə heç bir araşdırma aparmadan ümumi söz olaraq forma 88 sənədi düzgün doldurulmayıb imtinasına görə əliliyi ləğv edilmişdir. O, baş-beyin pozğunluğu xəstəliyinə görə Tərtər MRX-da psixiatr həkimin qeydiyyatında olmaqla müalicə olunur. Xəstəliyi ilə bağlı iş qüvvəsini itirdiyi üçün heç bir yerdə işləyə bilmir. 2016-2022-ci illərdə Tərtər rayonunda və Gəncə şəhərində, Mingəçevir MX-də və AR Səhiyyə nazirliyi "Respublika Psixiatriya xəstəxanasının xəstəxanalarında təkrar ambulator və stasionar müalicə olunur və həkim sənədlərinin surətini iddia ərizəsinə əlavə etmişdir. Cavabdehin apellyasiya şikayətlərinin əsaslı olması üçün qətnamədə müəyyən edilmiş faktların qeyri-mötəbər, ziddiyyətli, xəstəliyə aid olmayan sübutlar tapıb qeyd edib göstərə bilməyibdir. İddiaçı olaraq iş üzrə çıxarılmış qətnamədə müəyyən edilmiş sübutların dairəsinin sadalanaraq vurğulanmasını məhkəmə vacib hesab edir. Əsaslı olaraq qətnamə qət edibdir. Daha sonra İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehin onun barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 30 dekabr 2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsini və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nüməyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 7.6.2. – üzvi mənşəli şəxsiyyət pozuntusu – X4 F07.0 kodu ilə müəyyən edilmişdir. Həmin əlavənin 7.6.2.2. bəndində - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti, 65-80 faiz olmaqla 2 il müddətinə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməli, cavabdehin https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3045175İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 30 dekabr 2023-cü il tarixli qərarı ona aid hissədə ləğv edilməli və İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, xx.xx.2023-cü il tarixdən, 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli, 42 nömrəli qərarla şəhadətləndirilmiş, “Sağ budun aşağı 1/3-nin odlu silah yaralanması. Kontuziya. Başın qəlpə yaralanması” diaqnozu, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Ona xx.xx.2017-ci il tarixdə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz “Baş beyin diffuz travması, keçirilmiş baş beyin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya” kimi göstərilmişdir. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022xx.xx.2022-ci il tarixli göndərişlərində diaqnoz “Postravmatik stress pozuntusu, baş beynin diffuz travması, keçirilmiş baş beyin travması beyin kontuziyasının qalıq əlamətləri, üzvi şəxsiyyət pozuntusu. Postravmatik stress pozuntusu” kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diagnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən sonuncu dəfə iddiaçıya əlilliyin təyin edilməsindən xx.xx.2023-cü il tarixli qərarla imtina edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək aşağıdakıları qeyd edir. Cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı dair X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00067616GVD nömrəli Forma 088 göndərişində qeyd edilmişdir…"Xəstəliyin başlanma tarixi: xx.xx.1992-ci il, gedişatı xronikidir. Əsas diaqnoz: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin travması. Keçirilmiş baş beyin travmasının (beyin kontuziyasının) davamlı qalıq əlamətləri. Baş beyinin travmasından sonra üzvi şəxsiyyət pozuntusu. İş materiallarında olan X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00067616GVD nömrəli Forma 088 göndərişində müəyyən edilir ki, iddiaçı F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozundan əziyyət çəkir, X1 xx.xx.2022, xx.xx.2023, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində “Üzvi mənşəli şəxsiyyət pozuntusu “ diaqnozu ilə ambulator müayinələrdə, xx.xx.2022-ci il tarixində X2 ambulator müayinədə, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində X5 stasionar müalicədə, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixində Bakı Psixi Sağlamlıq Mərkəzində ambulator müayinədə olmuşdur. Cavabdeh tərəfindən verilmiş sonuncu xx.xx.2023-cü il tarixli imtina qərarında qeyd olunmuşdur ki, Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli, 572 nömrəli Çıxarışında diaqnoz "Baş-beynin diffuz travması (kontuziya), keçirilmiş baş beynin travmasının davamlı qalıq əlamətləri, üzvi şəxsiyyət pozuntusu" kimi, Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz "Üzvi (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu" kimi, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 11524 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli (müharibə zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi ilə. Anamnezində intihar cəhdi ilə" kimi, X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 10886705 nömrəli Çıxarışında diaqnoz "Üzvi şəxsiyyət pozuntusu" kimi, Ege Hospitalın xx.xx.2023cü il tarixli EEG müayinəsinin nəticəsi "Bu EEG əzələ artefaktı zəminində bilateral temporal bölgədə kəskin dalğa paroksizmini düşündürür" kimi əks olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 tərəfindən təqdim edilən məktubda qeyd edilib ki, İddiaçı xx.xx.2022-ci il tarixdə t.e.d professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: üzvi mənşəli ( müharibə zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu F07.0. Koqnitiv funksiyaların enməsilə, Anamnezində intihar cəhdilə. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı “üzvi mənşəli ( müharibə zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu F07.0. Koqnitiv funksiyaların enməsilə, Anamnezində intihar cəhdilə” xəstəliyindən əziyyət çəkir. Qeyd olunan “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2. bəndində öz əksini tapmışdır. Həmin bəndin qiymətləndirməsi olan 7.6.2.2. yarımbəndinə əsasən “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” sağlamlıq imkanlarının 65-80 faiz aralığı pozulması ilə əlilliyin 2 il müddətinə təyin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçıya qoyulan diaqnoz qanunvericiliklə ona əlillik təyin edilməsinə əsas vermişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “təyin olunmuş diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edilibsə və diaqnozun özü meyarlara uyğun gəlirsə, əlavə ağırlaşmaların tələb olunması hüquqi əsas daşımır. Bu səbəbdən də qanunvericilikdə əlilliyin təyini üçün ağırlaşma tələbi təsbit olunmadığından bununla bağlı cavabdehin tələbinin heç bir hüquqi əsası olmamışdır. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçıya əlilliyin təyin edilməsi tarixi barədə düzgün nəticəyə gəlməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2022-ci il tarixdə bitdikdən sonra xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq əlilliyin təyin edilməsindən inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinalarının hər biri bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Lakin iddiaçı qeyd edilən inzibati aktlardan yalnız sonuncu inzibati aktdan sonra məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli inzibati akt mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsindən onun hüquqi marağının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi X7nin “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 30 dekabr 2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olduğu müəyyən edilir. Həmçinin iş materiallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli, 42 nömrəli qərarla şəhadətləndirilmiş, “Sağ budun aşağı 1/3-nin odlu silah yaralanması. Kontuziya. Başın qəlpə yaralanması” diaqnozu, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Bundan başqa iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə əlillik təyin edilən zaman da əlilliyin səbəbli əlaqəsi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” qeyd edilmişdir. Yuxarıdan da göründüyü kimi iddiaçının əlilliyi iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunmuşdur. Buna görə də cavabdehin iddiaçı barəsində olan “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 30 dekabr 2023-cü il tarixli qərarı ona aid hissədə əsassız olmuşdur və ləğv olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də sonuncu imtina qərarı nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə də, İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz 65-80 faiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2758/2024 saylı qərarı dəyişdirilməli və iddia tələbi təmin edilməli, İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 30 dekabr 2023-cü il tarixli qərar ona aid hissədə ləğv edilməli və İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, xx.xx.2023-cü il tarixdən, 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2758/2024 saylı qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X7nin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 30 dekabr 2023-cü il tarixli qərarı ona aid hissədə ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, xx.xx.2023-cü il tarixdən, 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-698/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-698/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver