Məhkəmə qərarları › İş №2-1(104)-698/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-698/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-698/2025 06.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-3018/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyata olmaqla yaşayır.

2. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2023-cü il tarixli, 4580 nömrəli qərarı ilə iddiaçının Fəlakət (müharibə) sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi depressiv əlamətlər və özünə qəsd cəhdi ilə. Partlayış travması (xx.xx.2020). Sağ orta və dirsək sinirlərin posttravmatik neyropatiyası, ətrafın distal parezi ilə nəticəsi. Sol incik sinirin posttravmatik neyropatiyası ətrafın distal parezi ilə nəticəsi. Partlayış travması (xx.xx.2020). Sağ bazunun orta 1/3-nin, sol diz oyna nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkim dəri çapıqları. Sağ bazu nahiyəsinin, sol diz oynağının yumşaq toxumalarının yad cismi (metal qəlpə) Partlayış travması (xx.xx.2020). Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltılı nitqini sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozu "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Hazırda iddiaçı barədə şəhadətnamə qüvvədədir.

3. İddiaçı barəsində sonuncu dəfə X3 tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş tərtib edilmiş və iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Əsas diaqnoz: F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, özünə qəsd cəhdləri ilə. Yanaşı xəstəliklər: F33.3 – Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Yanaşı xəstəliklər: T70.0 – Qulağın barotravması, Partlayış travması (xx.xx.2020) Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4.5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə.

4. Həmin diaqnoz üzrə iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir..

5. Qiymətləndirmədən narazı qalan iddiaçının müraciətinə əsasən iddiaçı və digər 12 nəfər vətəndaşın xx.xx.2025-ci il tarixdə əyani müayinəsi keçirilmiş və Komissiyanın xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-388/2025 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarda iddiaçının diaqnozları sadalanmış və qeyd edilmişdir ki, Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, səbrsizlik, ayaqda və qolda ağrılardan, intihar cəhdlərindən şikayətlənmişdir. Dərmanlardan Depakin, Fenozepam qəbul etdiyini bildirmişdir. Zahirən narahat, aqressiv izlənilmişdir. Verilən suallara səbəbsiz olaraq aqressiya ilə cavablar vermişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, məlumatların sənədlərdə yazıldığını bildirmişdir. İki dəfə intihar etmək istədiyini, qardaşının mane olduğunu söyləmişdir. Bələdliyi bütün növlər üzrə qorunmuşdur. Emosional labil izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Yaddaşı qorunmuş, mühakimə və analizi situasiyaya uyğun müşahidə edilmişdir. Özünə xəsarəti olmamışdır. KBT aldığını iddia etmiş, lakin N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 4223 nömrəli arayışında bu fakt öz əksini tapmamışdır. Vətəndaş özündən əmin tərzdə məhkəmə-tibb ekspertizasından keçdiyini bildirmiş, lakin həmin ekspertizanın xx.xx.2022-ci il tarixli K/ ***-**** 3li aktında "Kontuziya"nın diaqnostikası və səbəb əlaqəsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir, hərbi-həkim komissiyasının səlahiyyətlərinə daxildir" qeydi aparılmışdır. HHK da öz növbəsində xx.xx.2023-cü il tarixli 4580 nömrəli Şəhadətnamədə KBT- nı təsdiq etməmişdir. Əlavə olaraq ötən komissiyada Xidməti uyğunsuzluqla tərxis edilməsi araşdırılarkən qışqırmağa başlamış, aqressiv danışmış, suallardan yayınmış, ədəbsiz davranmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Nümayişkar davranış" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

6. Cavabdehin xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli Qərarı sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir.

7. xx.xx.2025-ci il tarixdə iddiaçıya SMS bildiriş göndərilərək xx.xx.2024-cü il tarixli göndərişə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmişdir. SMS-də qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixiatrik X5 hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 2117 nömrəli rəyinə əsasən, iddiaçıda hal-hazırda "fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi" (F 62.0) aşkar edilir. xx.xx.1992-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X3 tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş tibbi göndərişdə İddiaçı təyin olunmuş diaqnoz (Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, özünə qəsd cəhdləri ilə) öz təsdiqini tapır, hazırda həmin diaqnoz beynəlxalq təsnifat kodu F62-yə uyğundur. İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik vəziyyətinin qiymətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vətən Müharibəsinin qazisi, eləcə də 2016ci ildə aparılan Aprel döyüşlərinin iştirakçısıdır. Bu gün səhhətində yaranmış problem üzündən olduqca ağır vəziyyətdədir. Belə ki, müharibə dövründə sağ qolundan güllə yarası almış, dizində və qolunda qəlpələr mövcuddur. Ən əsası isə onu bu gün narahat edən başından aldığı ağır xəsarət nəticəsində hazırda yaşadığı dəhşətlərdir. O, 08.11,2020-ci il tarixdə Şuşa uğrunda aparılan döyüş əməliyyatlarında yanında baş vermiş düşmən tərəfindən atılmış mərmi partlayışından aldığı ağır travmadan sonra “qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, özünə qəsd cəhdləri ilə partlayış travması. Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensar ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 metr, sağ qulaqda 5 metr məsafədən eşitməsi ilə” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi rəy verilmişdir. Aldığı xəsarətlərdən və yaranmış xəstəliklərdən dəfələrlə Psixatriya Xəstəxanalarında, o cümlədən Gəncə, Qazax və Respublika Psixatriya Xəstəxanalarında stasionar qaydada müalicə edilsə də, nə özünü idarə edə bilir, nə işləyə bilir, nə də ki, başında olan kəskin baş ağrısı tutmaları dayanmır. Lakin belə bir vəziyyətdə əlilliyi nədənsə, hansı səbəbdənsə müəyyən edilmir ki, o heç olmazsa aldığı pensiya ilə birtəhər dolana bilsin. Əlilliyinin müəyyən edilməməsi səbəbindən o, anasının aldığı pensiya ilə dolanmalı olur, aldığı 80 manat müavinət ancaq onun çörəyini görər, imkansızlıqdan kurs müalicələrini davamlı şəkildə apara bilmir. Odur ki, sağlamlığının itirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilməli, haqqı olan pensiyanı almalıdır. Doğrudur, pensiya nə sağlamlığını geri qaytaracaq, nə də ki, yaşadığı fiziki və mənəvi ağrılarını azaldacaq. Amma heç olmazsa, itirdiklərinin cüzi bir kompensasiyası ola bilər. Belə bir halda olmağına baxmayaraq əlilliyinin müəyyən edilməsindən dəfələrlə imtina edilmişdir. Döyüş əməliyyatlarında göstərdiyi şücaətlərə görə “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Onun əlilliyi qiymətləndirilməli olduğundan elektron qaydada etdiyi müraciətə imtina gəlmişdir, səbəb isə diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Amma bununla belə onun əlilliyi düzgün qiymətləndirilmir, hüquqları pozulur, müraciətindən imtina edilir.

11. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi X4 tələbin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.

12. Cavabdeh xx.xx.2025-ci il tarixdə təqdim etdiyi etirazında bildirmişdir ki, orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində 08.02.202 4-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 4580 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (müharibə) sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv əlamətlər və özünə qəsd cəhdi ilə. Partlayış travması (xx.xx.2020). Sağ orta və dirsək sinirlərin posttravmatik neyropatiyası, ətrafın distal parezi ilə nəticəsi. Sol incik sinirin posttravmatik neyropatiyası, ətrafın distal parezi ilə nəticəsi. Partlayış travması (xx.xx.2020). Sağ bazunun orta 1/3-nin, sol diz oynağı nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Sağ bazu nahiyəsinin, sol diz oynağının yumşaq toxumalarının yad cismi (metal qəlpə). Partlayış travması (xx.xx.2020). Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Onurğanın bel nahiyəsinin zirvəsi L2 cismi olmaqla sola doğru (140) təsbit olunan skoliozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13267037 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13461285 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, səbrsizlik, ayaqda və qolda ağrılardan, intihar cəhdlərindən şikayətlənmişdir. Dərmanlardan Depakin, Fenozepam qəbul etdiyini bildirmişdir. Zahirən narahat, aqressiv izlənilmişdir. Verilən suallara səbəbsiz olaraq aqressiya ilə cavablar vermişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, məlumatların sənədlərdə yazıldığını bildirmişdir. İki dəfə intihar etmək istədiyini, qardaşının mane olduğunu söyləmişdir. Bələdliyi bütün növlər üzrə qorunmuşdur. Emosional labil izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Yaddaşı qorunmuş, mühakimə və analizi situasiyaya uyğun müşahidə edilmişdir. Özünə xəsarəti olmamışdır. KBT aldığını iddia etmiş, lakin N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 4223 nömrəli arayışında bu fakt öz əksini tapmamışdır. Vətəndaş özündən əmin tərzdə məhkəmə-tibb ekspertizasından keçdiyini bildirmiş, lakin həmin ekspertizanın xx.xx.2022-ci il tarixli K/264-2022 N-li aktında “Kontuziya”nın diaqnostikası və səbəb əlaqəsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir, hərbi-həkim komissiyasının səlahiyyətlərinə daxildir” qeydi aparılmışdır. HHK da öz növbəsində xx.xx.2023-cü il tarixli 4580 nömrəli Şəhadətnamədə KBT-nı təsdiq etməmişdir. Əlavə olaraq ötən komissiyada Xidməti uyğunsuzluqla tərxis edilməsi araşdırılarkən qışqırmağa başlamış, aqressiv danışmış, suallardan yayınmış, ədəbsiz davranmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd: SX ******* nömrəli Hərbi biletin 22-ci səhifəsində Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 “e” bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyata buraxıldığı qeyd edilmişdir. İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyinin olubolmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müainədə iştirak etməyi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Cavabdeh qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 3018/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlillik müəyyən olunması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, ağır depressiv epizod, intihar fikirləri və cəhdləri ilə” diaqnozu qoyulmuş və ağır dərəcəli simptomlarla müşahidə edildiyi göstərilmişdir. Belə olduqda, qeyd edilən diaqnoz əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin olmasına (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) və orqanizmin funksiyalarının pozulmasının faizinin 35-60 faizinə uyğun olmasına baxmayaraq iddiaçıya əsassız olaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 3018/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər sakini xx.xx.1992ci il təvəllüdlü İddiaçı (FiN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 4580 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Fəlakət (müharibə) sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəvişikliyi, depressiv əlamətlər və özünə qəsd cəhdi ilə. Partlayış travması (xx.xx.2020). Sağ orta və dirsək sinirlərin posttravmatik neyropatiyası, ətrafın distal parezi ilə nəticəsi. Sol incik sinirin posttravmatik neyropatiyası, ətrafın distal parezi ilə nəticəsi. Partlayış travması (xx.xx.2020). Sağ bazunun orta 1/3-nin, sol diz oynağı nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Sağ bazu nahiyəsinin, sol diz oynağının yumşaq toxumalarının yad cismi (metal qəlpə). Partlayış travması (xx.xx.2020). Solterəfli xroniki koxlear nevrit, solterəfli neyrosensor ağıreşitmə, piçıltı nitqini sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Onurğanın bel nahivəsinin zirvəsi L2 cismi olmaqla sola doğru (14°) təsbit olunan skoliozu" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13267037 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13461285 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, səbrsizlik, ayaqda və qolda ağrılardan, intihar cəhdlərindən şikayətlənmişdir. Dərmanlardan Depakin, Fenozepam qəbul etdiyini bildirmişdir. Zahirən narahat, aqressiv izlənilmişdir. Verilən suallara səbəbsiz olaraq aqressiya ilə cavablar vermişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, məlumatların sənədlərdə yazıldığını bildirmişdir. İki dəfə intihar etmək istədiyini, qardaşının mane olduğunu söyləmişdir. Bələdliyi bütün növlər üzrə qorunmuşdur. Emosional labil izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Yaddaşı qorunmuş, mühakimə və analizi situasiyaya uyğun müşahidə edilmişdir. Özünə xəsarəti olmamışdır. KBT aldığını iddia etmiş, lakin N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 4223 nömrəli arayışında bu fakt öz əksini tapmamışdır. Vətəndaş özündən əmin tərzdə məhkəmə-tibb ekspertizasından keçdiyini bildirmiş, lakin həmin ekspertizanın xx.xx.2022-ci il tarixli, K/ ***-**** N-li aktında "Kontuziya"nın diaqnostikası və səbəb əlaqəsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir, hərbi-həkim komissiyasının səlahiyyətlərinə daxildir" qeydi aparılmışdır. HHK da öz növbəsində xx.xx.2023-cü il tarixli, 4580 nömrəli Şəhadətnamədə KBT- ni təsdiq etməmişdir. Əlavə olaraq ötən komissiyada Xidməti uyğunsuzluqla tərxis edilməsi araşdırılarkən qışqırmağa başlamış, aqressiv danışmış, suallardan yayınmış, ədəbsiz davranmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Nümayişkar davranış" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd: SX ******* nömrəli Hərbi biletin 22-ci səhifəsində Hərbi xidmətkecmə haqqında Əsasnamənin 156 "e" bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyata buraxıldığı qeyd edilmisdir. Nazirlər Kabinetinin Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 12 nömrəli qərarının 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ödənilmədiyi halda məhkəmə iddianı təmin etmişdir. İddiacıya ilk dəfə əlillik təyin olunduğundan F62 XBT kodu üzrə stasionar və ambulator müddətlər ödənilmədiyindən iddianın rədd edilməsi xahiş edilir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Gəncə İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmənin qanunsuz olaraq iddianı təmin etməsini, maddi və prosessual hüquq normalarının pozulduğu, bu səbəbdən də Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməli olduğu bildirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayət ümumi söz yığnağından başqa bir şey deyildir. Cavabdeh orqan apellyasiya şikayətində 1-ci instansiya məhkəməsində işə baxılarkən hakim Zəfər Quliyev tərəfindən iş üzrə konkret olaraq hansı maddi və ya prosessul hüquq normalarının pozulduğu əsaslandırılmamışdır. Hesab edirik ki, Gəncə İnzibati məhkəməsində araşdırılma aparılarkən iş üzrə tam, hərtərəfli, obyektiv araşdırılma aparmış, iş üzrə iş üçün əhəmiyyət kəsb edən lazımı sorğular verələrək müvafiq cavablar alınmış, eləcə də məhkəmə özünün xx.xx.2025- ci il tarixli, 2-1(114)- 3018/2025 nömrəli qərardadı ilə Məhkəmə-Tibbi Ekspertzası təyin etmiş, ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Mərkəzi X2 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixatrik X5 hüqiqi şəxsin xx.xx.2025-ci il tarixli, 2117 nömrəli rəyində iddiaçı kimi müayinə zamanı məndə hal-hazırda “ fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” (F-62.0) aşkar edilmiş, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, özünə qəsd cəhdləri ilə, hazırda həmin diaqnoz beynəlxalq təsnifat kodu F62 uyğundur qeyd olunmuşdur. Gəncə Psixatriya xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli tibbi göndərişdə aparılan müayinələrin nəticələri tibbi göndərişdə öz əksini tapdığı qərarda qeyd olunmuşdur. Qanunvericiliyin tələbinə görə hakim qərar qəbul edərkən işin faktiki hallarını, işdə toplanmış sübutları və öz daxili inamını əldə rəhbər tutub qərar çıxarmalıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmış, iddianın təmin edilməsinə, “Dövlət Tibbi Sosial Ekspertiza və Reblitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasınnın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlillik müəyyən olunmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reblitasiya Agentliyi” publik hüquqi şəxsin üzrənə qoyulmasına dair qərar qəbul edilmişdir. Yuxarıda qeyd etdiyi əsas və səbəblərə görə hesab edir ki, cavabdehin yazdığı apellyasiya şikayəti tam əsassız və qanunsuzdur. Gəncə İnzibati Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarına tam riayət etmişdir. Apellyasiya instansiyasında da işə obyektiv baxılıb qanuni qərar qəbul ediləcəyinə inanır. Bu səbəbdən də hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməklə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1 (114)-3018/2025 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılacaqdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3018/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.7.1. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi- F62.0 7.7.1.1. Fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski zamanı- orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

25. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. İPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

27. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

30. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

31. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

32. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

33. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qaldırılmış iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ona hansı tarixdə təqdim olunması iş materialları ilə müəyyən olunmur və bunu təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmçinin işin bu halı cavabdeh orqan tərəfindən mübahisələndirilmir.

35. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.

36. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, yuxarıda olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.

40. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı barəsində sonuncu dəfə X3 tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş tərtib edilmiş və iddiaçıya aşağıdakı diaqnozlar qoyulmuşdur: Əsas diaqnoz: F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, özünə qəsd cəhdləri ilə. Yanaşı xəstəliklər: F33.3 – Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Yanaşı xəstəliklər: T70.0 – Qulağın barotravması, Partlayış travması (xx.xx.2020) Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4.5 (dörd tam onda beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə.

41. Həmin diaqnoz üzrə iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qiymətləndirmədən narazı qalan iddiaçının müraciətinə əsasən iddiaçının xx.xx.2025-ci il tarixdə əyani müayinəsi keçirilmiş və nəticədə Komissiyanın xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-388/2025 nömrəli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

42. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən İddiaçı əlillik verilməsindən imtina edilməsi əsaslı olmamışdır.

43. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2023-cü il tarixli, 4580 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçının aldığı “Fəlakət (müharibə) sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi depressiv əlamətlər və özünə qəsd cəhdi ilə” və.s travma "Hərbı travmadır, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır" kimi müəyyən edilmişdir və hazırda iddiaçı barədəsindəki şəhadətnamə qüvvədədir.

44. Həmçinin, Forma-88 arayışında qeyd edilən məlumatlara əsasən müəyyən olunur ki, iddiaçı “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. F62.0” diaqnozu ilə xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Gəncə Psixiatrik xəstəxanasında stasionar müalicələrdə olmuşdur.

45. Bundan əlavə, həmin rayışın “Status localis” qrafasında iddiaçının xx.xx.2023-cü il tarixdə Psixi Sağlamlıq Mərkəzində professor Fuad İsmayılov tərəfindən müayinə edilməsi, ona “Fəlakət keçirdikdən sonra şəxsiyyətin dəyişikliyi, depressiv əlamətlər və özünə suiqəsd cəhdləri ilə. F62.0” diaqnozu təyin edilməsi və bu barədə 1397 nömrəli tibbi rəy verilməsi qeyd edilmişdir.

46. Digər tərəfdən, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 2117 nömrəli ekspert rəyindən də görünür ki, X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə İddiaçı təyin olunmuş diaqnoz (Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, özünə qəsd cəhdləri ilə) öz təsdiqini tapır, hazırda həmin diaqnoz beynəlxalq təsnifat kodu F62-yə uyğundur.

47. Göründüyü kimi, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.7.1.1-ci bəndində qeyd edilmiş meyarlara əsasən orqanizmin funksiyalarının 35-60 faiz olmaqla əlilliyin 2 il müddətinə müəyyən edilməsinə əsas verir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

49. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

43. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə, yəni iddiaçıya qoyulmuş diaqnoz üzrə stasionar və ambulator müalicə müddətlərinin ödənilməməsinə münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

44. Belə ki, iddiaçı barəsində rəsmiləşdirilmiş Forma-88 arayışında “Xəstəliyə görə ambulator müraciətlər” qrafasında onun ambulator müraciətləri barədə müvafiq qeydlər (müraciətin tarixi, xəstəlik vərəqəsinin açılma və bağlanma tarixləri barədə) olmasa da, “Stasionar müalicə aldığı müəssisələr” qrafasında ona qoyulmuş F62.0 diaqnozu üzrə göndəriş rəsmiləşdirilən tarixə (xx.xx.2024) son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox stasionar müalicədə olması öz təsdiqini tapır. Çünki iddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə-36 gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə-18 gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə-21 gün və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə 171 gün olmaqla ümumilikdə 246 gün, yəni 8 (səkkiz) aydan çox stasionar müalicədə olmuşdur.

45. Ambulator müalicə, xəstənin xəstəxanada yatmadan, gündüz poliklinika və ya ambulatoriya kimi müəssisələrdə həkimə müraciət edərək müayinə, diaqnoz, müalicə və prosedurları alıb eyni gün evə qayıtmasıdır ki, bu, yüngül-orta dərəcəli xəstəliklər üçün effektiv, daha qənaətli və rahat tibbi xidmət modelidir. Bunun əksinə, stasionar müalicə isə xəstənin ciddi vəziyyətlər, ağır əməliyyatlar, intensiv terapiya və ya uzunmüddətli müşahidə tələb edən hallarda xəstəxanada yatılı formada qalaraq müalicə almasıdır ki, bu müalicə növü tam tibbi infrastruktur, fasiləsiz tibbi nəzarət və gecə-gündüz xidmət təmin edir.

46. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının uzun müddətdə stasionar müalicələrdə olması onun vəziyyətinin ciddi və ağırlığından xəbər verir, eləcə də onda orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını təsdiq edir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.

48. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

49. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3018/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar