Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-7/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiyanın ödənilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X3 ibarət tərkibdə, İddiaçı vəkili Vəkil və Cavabdeh1 nümayəndələri X6 və X9 iştirakları ilə, İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2245/2022 nömrəli qərarından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tərtər Rayon Dövlət Arxivinin 28 iyul 2009-cu il tarixli, 234 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Nizami adına X10 15 yanvar 1993-cü il tarixli X11 qərarı ilə Dörd Yol adlanan yerin Tərtər istiqamətindəki mağaza tikintisi üçün 0.03 ha torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin iyun 2001-ci il tarixli qeyriyaşayış binasının Texniki pasportundan görünür ki, Tərtər rayonu, Azadqaraqoyunlu kəndi ərazisində İddiaçı tərəfindən 1993-cü il tarixdə inşa edilən tikinti obyektinin texniki sənədləri hazırlanmışdır.
3. Cavabdeh1 başçısının xx.xx.2001-ci il tarixli sərəncamına əsasən qərara alınmışdır ki:- İ. Tərtər rayon “Dörd yol” adlanan ərazinin Tərtər istiqamətində Q.Ə.Abbasova məxsus ticarət xidməti obyektinin sənədləşdirilməsi barədə Tərtər rayon DTİ və MHQ idarəsinin araşdırma rəyi nəzərə alınsın; İİ. Tərtər rayon “Dörd yol” adlanan ərazinin Tərtər istiqamətində yerləşən divarları daşdan, üstü şiferli, ümumi sahəsi 72.2 kv.m olan ticarət xidmət obyekti Q.Ə.Abbasovun adına sənədləşdirilsin; İİİ. Tərtər rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinə tapşırılsın ki, obyektin qeydiyyata götürülməsi təmin edilsin.
4. “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” xx.xx.2009-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı Tərtər rayon Azadqaraqoyunlu kəndi ərazisində, “Dörd yol” adlanan ərazidə ona verilmiş 0.03 ha torpaq sahəsində tikinti sahəsi 218.04 olan birmərtəbəli Ticarət obyekti istismara qəbul edilmiş, antiseysmik tədbirlər yerinə yetirilmiş, tikinti-sanitariya və yanğından mühafizə qaydalarına əməl edilmişdir. Akt Cavabdeh1 başçısının Memarlıq və tikinti şöbəsinin və qeyri idarələrin möhürü ilə təsdiqlənmişdir.
5. Tərtər Rayon Məhkəməsinin 2(061)-1553/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Tərtər rayon keçmiş Nizami adına X10 xx.xx.1993-cü il tarixli X11 qərarı ilə “Dörd yol” adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0.03 ha torpaq sahəsində, Cavabdeh1 başçısının xx.xx.2001-ci il tarixli Qərarı ilə sənədləşdirilməsinə icazə verilmiş, Tərtər rayonunun Baş memarı tərəfindən razılaşdırılmış, xx.xx.2009-cu ildə istismara qəbul edilmiş, X5 kənarında yerləşən, xx.xx.2021-ci il tarixdə sökülən və sahəsi 218.04 kv.m olan ticarət obyektinin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.
6. Cavabdeh1 Başçısının Aparatının İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli, 1135 nömrəli məktubunda qeyd edilmişdir ki, “cənab Prezidentin müvafiq sərəncamlarına əsasən Bərdə-Ağdam avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 05 may 2021-ci il tarixli, 3/16-3056 saylı məktubuna əsasən Bərdə-Ağdam avtomobil yolunun çəkilişində yolun çəkilməsinə mane olan ticarət obyektləri vətəndaşların özlərinin iştirakı ilə sökülmüşdür. Bununla yanaşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları mövcud qaydalara uyğun olaraq cəlb edilmiş qiymətləndirmə şirkətinin mütəxəssisləri ilə birlikdə siyahıyaalma işləri aparmış və nəticədə müəyyən olunmuşdur ki, sözügedən layihə çərçivəsində yolun Tərtər rayonunun inzibati ərazisindən keçən hissəsində tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan çox sayda obyektlər Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçmədiyi üçün həmin vətəndaşlara kompensasiyaların ödənilməsi mümkün olmamışdır.
7. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 216/Mİ/22 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Tərtər rayonu, X5 sağ tərəfi ünvanında olan İddiaçı məxsus 0.03 ha torpaq sahəsində sökülmüş 218.04 kv.m qeyri-yaşayış binasının bərpa dəyəri 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 10/2586 nömrəli ekspert rəyində tədqiqatın nəticə hissəsində qeyd edilmişdir ki, Tərtər rayonu keçmiş Nizami adına X10 xx.xx.1993-cü il tarixli Ümumi İcra Yığıncağının qərarı ilə mağaza tikilisi üçün İddiaçı verilmiş Dörd Yol adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0,03 ha torpaq sahəsində yerləşən, Cavabdeh1 Başçısının xx.xx.2021-ci il tarixli qərarı ilə sənədləşdirilməsinə icazə verilmiş, xx.xx.2009-cu ildə istismara qəbul edilmiş mağaza tikilisinin, Bərdə-Ağdam Magistral avtomobil yolunun üzərində (əvvəllər) yerləşdiyini nəzərə alaraq yolun qorunma (mühafizə) zonasına düşdüyü müəyyən olunur.
9. Məhkəmə kollegiyasının sorğusuna Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-78/2-391/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “obyektin yerləşdiyi ərazi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan Bərdə-Ağdam avtomobil yolunun mühafizə zolağına aid olmaqla obyekti sökən texnikalar Agentliyə məxsusdur. İddiaçı məhkəmə iclasında özü etiraf etmişdir ki, obyekti sökülməmişdən əvvəl onunla söhbət aparan Cavabdeh1 deyil, Agentliyin işçiləri olmuş və söhbət zamanı ona dəymiş ziyanın Agentlik tərəfindən ödəniləcəyini bildirmişlər. Bununla yanaşı bildiririk ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Cavabdeh1ndən yolun mühafizıə zolağında söküləcək əmlak sahiblərinə kompensasiyanın ödənilməsi məqsədilə adlı siyahı tələb etmədiyi üçün həmin Agentliyə Cavabdeh1 tərəfindən qeyd edilən ərazidə əmlakları söküləcək mülkiyyətçilərin adlı siyahısı təqdim edilməmişdir.”
10. Məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11-1/2-3835-8/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Bərdə-Ağdam avtomobil yolunun keçdiyi ərazilərdə alınmanın təsirinə məruz qalan şəxslər, o cümlədən İddiaçı adının qeyd edildiyi heç bir siyahı Cavabdeh1 tərəfindən təqdim edilməyib və belə bir siyahı Agentlikdə mövcud deyildir. Eyni zamanda qeyd edirik ki, daşınmaz əmlakın sökülməsi prosesini əks etdirən, tərəfinizdən təqdim edilmiş fotoşəkillərdə söküntü işlərinə cəlb edilmiş texnikanın üzərində onun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsusluğunu bildirən hər-hansı bir tanınma və ya dövlət qeydiyyat nişanı öz əksini tapmayıb və həmin texnika Agentliyin mülkiyyətində deyildir.”
11. Məhkəmə kollegiyasının qərardadına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-3979/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, əmlakın bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədi ilə əmlaka baxışın keçirilməsi zəruridir. Qərardadda qeyd edilən İddiaçı məxsus olmuş X5 kənarında yerləşmiş qeyri-yaşayış binası söküldüyündən əmlakın bazar dəyərinin müəyyən olunması mümkün olmamışdır.
12. Məhkəmə kollegiyasının qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9800/2024 nömrəli məlumatda qeyd edilmişdir ki, “Ekspertiza qarşısında qoyulmuş sualın həlli üçün tədqiq olunan tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilərək baxış keçirilməsi təşkil edilmiş, tədqiq olunan tədqiqat obyektinə baxış keçirilmişdir. Baxış zamanı tədqiqat obyekti olan qeyri-yaşayış binasının söküldüyü, mövcud olmadığı aşkar olunmuşdur. Qeyri-yaşayış binası söküldüyü üçün ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır.”
13. Məhkəmə kollegiyasının qərardadına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş 382/25/Mİ nömrəli, xx.xx.2025-ci il tarixli “Sökülmüş əmlakın qiymətləndirilməsinə dair” hesabatda qeyd edilmişdir ki, İddiaçı sahibliyində və istifadəsində olan Tərtər rayonu, X5 sağ tərəfində yerləşən sahəsi 218.04 m2 qeyri-yaşayış binasının 2021-ci il üzrə bazar qiyməti 300000 (üç yüz min) manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan X1rşı iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayon keçmiş Nizami adına X10 xx.xx.1993-cü il tarixli X11 qərarı ilə Dörd Yol adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0.03 ha torpaq sahəsində, Cavabdeh1 Başçısnın xx.xx.2001-ci il tarixli qərarı ilə sənədləşdirilməsinə icazə verilmiş, Tərtər rayonunun Baş Memarı tərəfindən razılaşdırılmış, xx.xx.2009-cu ildə istismara qəbul edilmiş, X5 kənarında yerləşən, xx.xx.2021-ci il tarixdə sökülən və sahəsi 218.04 kv.m olan ticarət obyektinin real bazar dəyərini təşkil edən 350.000 manat maddi və 250.000 manat mənəvi zərərin ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon keçmiş Nizami adına X10 xx.xx.1993-cü il tarixli X11 Qərarı ilə Dörd Yol adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0.03 ha torpaq sahəsində, Cavabdeh1 başçısının xx.xx.2001-ci il tarixli Qərarı ilə sənədləşdirilməsinə icazə verilmiş, Tərtər Rayonunun Baş Memarı tərəfindən razılaşdırılmış, xx.xx.2009-cu ildə istismara qəbul edilmiş, X5 kənarında yerləşən, xx.xx.2021-ci il tarixdə sökülən və sahəsi 218.04 kv.m olan ticarət obyekti ona məxsusdur və təxminən 1993-cü ildən orada ticarət fəaliyyət göstərmişdir. Sözügedən ticarət obyektinin iddiyaçıya məxsus olması faktı Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. 2021-ci ilin sentyabr ayında Azəravtoyol İdarəsinin əməkdaşları əraziyə gələrək ölçmə-biçmə işləri aparmış və ona Tərtər Rayon İсrа Hakimiyyəti tərəfindən kompensasiya veriləcəyi bildirilmişdir. Bundan sonra Tərtər RPŞ-nin əməkdaşlarının nəzarəti ilə Cavabdeh1 rəhbərliyi ilə obyekti sökülmüşdür. Bununla da ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. İddiaçı ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin tikinti zolağına düşən obyektlər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyinə görə ona kompensasiya ödənilməsinin mümkün olmadığı bildirilmişdir.
16. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində prosessual statusuna xitam verilmişdir.
17. Cavabdeh1 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Rayon İcra Hakimiyyətinə göndərilən xx.xx.2021-ci il tarixli, 3/16-3056 nömrəli məktubda sözügedən avtomobil yolunun tikinti və təhkim zolağında qeyri-qanuni tikilmiş və quraşdırılmış müxtəlif təyinatlı obyektlərin sökülüb ərazinin boşaldılması xahiş olunmuşdur. Qeyd olunan məktubu və qanunvericiliyi əsas kimi götürən Rayon İcra Hakimiyyəti tərəfindən yol kənarında qeyri-qanuni tikilmiş obyektlərin sahibləri ilə dəfələrlə fərdi söhbətlər aparılmış, işin mahiyyəti onlara izah edilmiş, qanunsuz tikililərin sökülməsi barədə onlara xəbərdarlıq edilmişdir. Bunun müqabilində onlara yaşadıqları kəndin daxilində həmin ölçüdə torpaq sahəsinin ayrılması təklif olunmuşdur. Həmçinin onlara bildirilmişdir ki, mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına alınmamış hər hansı bir obyekt üçün dövlət tərəfindən kompensasiya ödənilməsi nəzərdə tulmamışdır. Bununla bağlı bildiririk ki, Bərdə-Ağdam Dövlət əhəmiyyətli avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsinin kənarında 150-yə yaxın obyekt sökülmüş, obyektlərə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışları olmadığı üçün heç kəsə kompensasiya ödənilməmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil Tofiq oğlu iddianı müdafiə etmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X16 iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd olunan tikili mülkiyyətdə olmadığına görə iddiaçıya kompensasiya ödənilə bilməz. Həmçinin tikili digər tikililər kimi iddiaçının iştirakı ilə sökülmüşdür.
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2245/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, Cavabdeh1ndən dövlət büdcəsi hesabına 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh1ndən 500 (beş yüz) manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, müxbir hesab AZ03NABZ********************, kod:805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilməsi qərara alınmışdır.
21. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şəhər və yaxud rayon ərazisində aparılan abadlaşdırılma, yenidənqurma tədbirləri müvafiq şəhər və yaxud rayon icra hakimiyyətinin sərəncamı və ya göstərişi əsasında aparılır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən Cavabdeh1 müvafiq ərazidə mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməyə borclu olan əsas icra hakimiyyət orqanıdır. İş materialları ilə iddiaçıya məxsus ticarət obyektinin söküntü anına qədər mövcudluğu, eləcə də hazırda sökülmüş olması halı öz təsdiqini tapır. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının mülkiyyət hüququna onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur.
22. Birinci instansiya məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən sökülmüş qeyri-yaşayış sahəsinə görə kompensasiya ödənilməməsi iddiaçının konstitusion hüquqlarını pozmaqla Azərbaycan Respublikası İnzibati İcraat Haqqında Qanunun 12-ci maddəsinə də ziddir. Belə ki, iddiaçı qanuni mülkiyyətində olmuş torpaq sahəsində inşa etdiyi qanunsuz tikililər üzərindəki mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da həmin əmlak iddiaçının qanuni əsaslarla sahibliyində və istifadəsində olmuşdur. İddiaçı həmin tikililərdən istifadə etməklə faktiki mülkiyyəti kimi davranmışdır. Belə ki, bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçı qanuni mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etdiyi qanunsuz tikililərin iddiaçının mülkiyyəti kimi qəbul edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslıdır.
23. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, sökülmüş tikili üçün iddiaçı tərəfindən tələb edilən məbləğlə mütəxəssis tərəfindən müəyyən olunmuş məbləğ eynilik təşkil etmir, bu səbəbdən də məhkəmə tələbin maddi ziyanla bağlı hissəsinin 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat həcmində təmin olunmasını məqsədəmüvafiq hesab edir. Həmçinin iddiaçı dəymiş mənəvi zərərin əvəzi kimi 250.000 (iki yüz əlli min) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməli olduğunu iddia etsə də, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, eləcə də özünün hansı mənəvi sarsıntı və iztirablar keçirməsini sübut edə bilmədiyindən məhkəmə tələbi həmin hissədə də əsassız hesab etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 qərarın dəlilləri ilə razılaşmamış, apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2245/2022 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın qanunsuz və əsassız olmasına dair birinci dəlilləri ondan ibarətdir ki, məhkəmə işin faktiki hallarını və hüquqi tərəfini obyektiv, hərtərəfli və tam araşdırmamış, iş üzrə mübahisəli hüquq münasibətlərinə iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ, İİ, 24-cü maddəsinin İ, İİ, İİİ, 25-ci maddəsinin İ, İİİ, İV, V, Vİ, 26-cı maddəsinin İ, 60-cı maddəsinin İ, İİ, İİİ, 71-ci maddəsinin İ, İİ, 125-ci maddəsinin Vİİ, 127- ci maddəsinin İİ, İV, Vİİ, 129-cu maddəsinin İİİ hissələrinin müddəalarını, AR MM-nin 157.9-cu, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.2,1.1.3,1.1.6,1.1.14, 29.1,54.1,55.1, 59.3, 59.4, 65.1.2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə 15 fevral 2011-ci il tarixli, 382 №-li Fərmanının 1.1-1, 1.3, 1.4, 1.8-ci bəndlərini, ““Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli, 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2013-cü il tarixli, 933 №-li Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri’nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 №-li Qərarının 1.1-ci hissəsini, tətbiq etməmiş, iş üzrə tətbiq edilməli olmayan Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrini tətbiq etmiş, iş üzrə tətbiq etdiyi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrini, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.6, 7.1, 7.2, 56.1.5-ci, AR MM-nin 21.2, 443.2, 1097.1, 1097.3, 1100, 1115-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddələrini isə düzgün tətbiq və şərh etməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da AR MPM-nin 385.1.1-ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qərarın qanunsuz və əsassız hesab edilməsinə dair ikinci dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianın təmin edilməsini qərarın əsaslandırıcı hissəsində (qərarın 3-cü səhifəsinin 7-8-ci abzaslarında) ümumi olaraq belə əsaslandırmışdır: “İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Tərtər rayon keçmiş Nizami adma X10 xx.xx.1993-cü il tarixli, X11 Qərarı ilə Dörd Yol adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0.03 ha torpaq sahəsi mağaza tikilməyi üçün verilmiş və həmin torpaq sahəsində tikilmiş 218.04 kv.m olan ticarət obyektinin Cavabdeh1 Başçısının 08.08,.2001-ci il tarixli Qərarı ilə sənədləşdirilməsinə icazə verilmişdir. Sözügedən ticarət obyektinin iddiaçıya məxsus olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Ticarət obyekti xx.xx.2021-ci il tarixdə Bərdə-Ağdam Dövlət əhəmiyyətli avtomobil yolunun çəkilməsi işləri ilə əlaqədar sökülmüşdür. Nəticədə o, mülkiyyətindən məhrum olmuş və zərərə məruz qalmışdır. İddiaçı ona vurulmuş maddi ziyanı 350.000 (üç yüz əlli min) manat, mənəvi ziyanı isə 250.000 (iki yüz əlli min) manat dəyərində qiymətləndirərək həmin pulun cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin öz qərarını bu qaydada əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, xx.xx.2021-ci il tarixdə Bərdə-Ağdam Dövlət əhəmiyyətli avtomobil yolunun çəkilməsi işləri ilə əlaqədar İddiaçı mənsub edilməsi güman edilən ticarət obyektinin söküntü işlərini Cavabdeh1 deyil, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparmışdır. Məhkəmə isə nəinki bu hala diqqət yetirməmiş, əksinə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində prosessual statusuna xitam verilmişdir. Halbuki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 382 №-li Fərmanının 1.1-1, 1.3, 1.4, 1.8-ci bəndlərində söküntü işlərinin aparılması səlahiyyətləri Yerli İcra Hakimiyyəti orqanlarına deyil, Mərkəzi İcra hakimiyyəti orqanlarına aid edilməsi göstərilmişdir. Məhz bu səbəbdən də cavabdeh qismində Cavabdeh1 deyil, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi göstərilməli idi. Lakin birinci instansiya məhkəməsi bu xüsusatlara diqqət yetirmədiyi üçün iddianın təmin edilməsi barədə qərar çıxartmış və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da AR MPM-nin 385.1.1-ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qərarın qanunsuz və əsassız hesab edilməsinə dair üçüncü dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianın təmin edilməsini qərarın əsaslandırıcı hissəsində (qərarın 7-ci səhifəsinin 4-6-cı abzaslarında) ümumi olaraq belə əsaslandırmışdır: “İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı sökülmüş əmlakına görə ona vurulmuş real zərəri 350.000 manat həddində hesab etmişdir. İddiaçıya məxsus ticarət obyektinin bərpa olunmasına tələb olunan xərcin müəyyən olunması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və xx.xx.2022-ci il tarixli, 216/Mİ/22 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus sökülmüş 218.04 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsinə tələb olunan xərc 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat müəyyən edilmişdir. Göründüyü kimi sökülmüş tikili üçün iddiaçı tərəfindən tələb edilən məbləğlə mütəxəssis tərəfindən müəyyən olunmuş məbləğ eynilik təşkil etmir, bu səbəbdən də məhkəmə tələbin maddi ziyanla bağlı 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat həcmində təmin olunmasını məqsədəmüvafıq hesab edir. Məhkəmnin öz qərarını bu qaydada əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Belə ki, onlar məhkəməyə yazılı etiraz təqdim edərək etirazlarında göstərmişlər ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Rayon İcra Hakimiyyətinə göndərilən xx.xx.2021-ci il tarixli, 3/16-3056 nömrəli məktubda sözügedən avtomobil yolunun tikinti və təhkim zolağında qeyri-qanuni tikilmiş və quraşdırılmış müxtəlif təyinatlı obyektlərin sökülüb ərazinin boşaldılması xahiş olunmuşdur. Qeyd olunan məktubu və qanunvericiliyi əsas kimi götürən Rayon İcra Hakimiyyəti tərəfindən yol kənarında qeyri-qanuni tikilmiş obyektlərin sahibləri ilə dəfələrlə fərdi söhbətlər aparılmış, işin mahiyyəti onlara izah edilmiş, qanunsuz tikililərin sökülməsi barədə onlara xəbərdarlıq edilmişdir. Bunun müqabilində onlara yaşadıqları kəndin daxilində həmin ölçüdə torpaq sahəsinin ayrılması təklif olunmuşdur. Həmçinin onlara bildirilmişdir ki, mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına alınmamış hər hansı bir obyekt üçün dövlət tərəfindən kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı bildirilir ki, Bərdə-Ağdam Dövlət əhəmiyyətli avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsinin kənarında 150-yə yaxın obyekt sökülmüş, obyektlərə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışları olmadığı üçün heç kəsə kompensasiya ödənilməmişdir. Qərarda isə göstərilir ki, xx.xx.2022-ci il tarixli, 216/Mİ/22 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus sökülmüş 218.04 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsinə tələb olunan xərc 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat müəyyən edilmişdir. Lakin məhkəmə bərpa qiymətinə dair belə bir nəticəyə gələrkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.14, 59.3 və 59.4-cü maddələrinin müddəalarını nəzərə almamışdır. Məhkəmə isə qeyd olunan normaları nəzərə almamış, həmin normalara ümumiyyətlə istinad etməmişdir. Bundan başqa onlar iddia ərizəsinə etirazda göstərmişlər ki, iddiaçının tələbinə əsasən "xxxx" MMC tərəfindən alınmış mütəxəssis rəyinə əsasən mübahisələndirilən qeyri-qanuni tikilinin ümumi bərpa dəyəri 298300.00 manat, ümumi sahəsi 218.04 kv.m , tikintinin dəyəri 1 kv.m üçün 330 manat, ümumi dəyəri isə 71953.20 manat təşkil etmişdir. Məntiqə əsasən qeyd olunan mütəxəssis rəyinin təkcə bu hissəsindən aydın olur ki, mübahisələndirilən qeyri-qanuni tikilinin ümumi sahəsi 218.04 kv.m və tikintinin dəyəri 1 kv.m üçün 330 manat olduğundan riyazi hesablamaya əsasən tikilinin ümumi dəyəri 71953.20 manat təşkil edir. Onda sual yaranır, riyazi hesablamaya əsasən tikilinin ümumi dəyəri 71953.20 manat təşkil edirsə məhkəmə hansı əsasla qeyri-qanuni tikilinin ümumi dəyəri kimi göstərilən 71953.20 manat deyil, qeyriqanuni tikilinin ümumi bərpa dəyəri kimi göstərilən 298300.00 manat maddi ziyanın ödənilməsi barədə qərar çıxartmışdır. Halbuki, mütəxəssis rəyindən görünür ki, rəy aydın və əsaslandırılmış olmamaqla yanaşı, mübahisələndirilən qeyri-qanuni obyekti ümumi təsvir etmədən, tikintidə hansı materiallardan və nə qədər istifadə olunması qeyd edilməməklə həmin materialların Respublikada hazırki real bazar qiymətlərinə uyğun yazılmamış, sökülmüş və mövcud olmayan tikilinin qiymətləndirilməsi aparılmışdır, "xxxx" MMC qiymətləndirmə aparmaq əvəzinə öz fəaliyyəti barədə ümumi məlumat vermiş və sanki “Avropa ölkələrində şəhərsalmada tikinti materiallarının qiymətləndirilməsi” mövzusunda dissertasiya işi yazmış və həmin rəyə aidiyyəti olmayan ədəbiyyatlar siyahısı əlavə etmişdir. Bundan əlavə, mütəxəssis rəyində mübahisələndirilən qeyri-qanuni obyekt İddiaçı tərəfindən sahibkarlıq obyekti kimi təqdim edilsə də, rəyin 10-cu səhifəsində fərdi yaşayış evinin bərpa dəyəri kimi ümumi hesablama aparılmış, nəticə hissəsinə gəldikdə isə (12-ci səhifədə) qeyriyaşayış sahəsi kimi qeyd edilmişdir. Təqdim edilmiş rəyin 11-ci səhifəsində tərtib edilən qiymətlər tikinti materialları və əmək bazarındakı qiymətlərə əsaslanmayan şişirdilmiş rəqəmlərdir. Belə ki, həmin hissədə 1 kv.m tikintinin dəyəri 330 manat, bəzək işlərinin 1 kv.mnin dəyəri 570 manat və digər qiymətlər də bu reallıqdan kənar olmaqla şişirdilmiş rəqəmlərdən ibarətdir ki, biz də həmin rəqəmləri bütünlüklə mübahisələndiririk və yeni ekspertiza keçirilərək mütəxəssis rəyinin alınmasını, yəni ekspertizanın AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsini xahiş etmişlər. Lakin məhkəmə ədalət mühakiməsinin çəkişmə və bərabərlik prinsiplərini pozaraq yenidən ekspertiza təyin etməmiş, qeyd olunan digər halları isə ümumiyyətlə nəzərə almamışdır. Qeyd olunan hallar isə maddi və prosessual hüquq normaları pozulması olub AR MPM-nin 385.1.1-ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qərarın qanunsuz və əsassız olmasına dair dördüncü dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam magistral avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 1-ci dərəcəli Respublika əhəmiyyətli, 4 (dörd) hərəkət zolaqlı olmaqla İ texniki dərəcəyə uyğun avtomobil yolu kimi yenidən qurulur. Bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Rayon İcra Hakimiyyətinə göndərilən 05 may 2021-ci il tarixli, 3/16-3056b№-li məktubda sözügedən avtomobil yolunun tikinti və təhkim zolağında qeyri-qanuni tikilmiş və quraşdırılmış müxtəlif təyinatlı obyektlərin birmənalı şəkildə sökülüb ərazinin boşaldılması xahiş olunmuşdur. Qeyd olunan məktubu və qanunvericiliyi əsas kimi götürən Rayon İcra Hakimiyyəti tərəfindən yol kənarında qeyri-qanuni tikilmiş obyektlərin sahibləri ilə dəfələrlə fərdi söhbətlər aparılmış, işin mahiyyəti onlara izah edilmiş, qanunsuz tikililərin birmənalı şəkildə sökülməsi barədə onlara xəbərdarlıq edilmişdir. Bunun müqabilində onlara yaşadıqları kəndin daxilində həmin ölçüdə torpaq sahəsinin ayrılması təklif olunmuşdur. Həmçinin onlara bildirilmişdir ki, mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına alınmamış hər hansı bir obyekt üçün dövlət tərəfindən kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı bildirilir ki, Bərdə-Ağdam Dövlət əhəmiyyətli avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsinin kənarında 150-yə yaxın obyekt sökülmüş, obyektlərə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışları olmadığı üçün heç kəsə kompensasiya ödənilməmişdir. Lakin məhkəmə isə qeyd olunan bu halları nəzərə almamışdır. Qeyd olunan hallar isə maddi və prosessual hüquq normaları pozulması olub AR MPM-nin 385.1.1-ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndələri X8 və X16 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2245/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu, odur ki, şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 207.1. Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
31. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər; 1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyriyaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.
32. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
33. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında “ Əsasnamə: Bənd 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Bənd 1.3. Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
35. İPM-in 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
44. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsi haqqında iddiadır.
45. Göründüyü kimi, apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edildiyi hissəsinin ləğvinə yönədiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı iddianın təmin edildiyi hissəsində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
48. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Nizami adına X10 15 yanvar 1993-cü il tarixli X11 qərarı ilə Tərtər rayon “Dörd yol” adlanan ərazinin Tərtər istiqamətindəki hissəsindən 0.03 ha torpaq sahəsi mağaza tikintisi üçün İddiaçı verilmişdir. Daha sonra, 1993-cü il tarixdə inşa edilən tikinti obyektinin texniki sənədləri Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən hazırlanaraq ona iyun 2001-ci il tarixli qeyriyaşayış binasının Texniki pasportu verilmişdir.
49. Bundan sonra, Cavabdeh1 başçısının xx.xx.2001-ci il tarixli sərəncamına əsasən, Tərtər rayon “Dörd yol” adlanan ərazinin Tərtər istiqamətində iddiaçıya məxsus ticarət xidməti obyektinin sənədləşdirilməsi barədə Tərtər rayon DTİ və MHQ idarəsinin araşdırma rəyi nəzərə alınaraq, Tərtər rayon “Dörd yol” adlanan ərazinin Tərtər istiqamətində yerləşən divarları daşdan, üstü şiferli, ümumi sahəsi 72.2 kv.m olan ticarət xidmət obyektinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmış, eyni zamanda obyektin qeydiyyata götürülməsinin təmin edilməsi Tərtər rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinə tapşırılmışdır.
50. Həmçinin, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” xx.xx.2009-cu il tarixli akta əsasən, İddiaçı Tərtər rayonu Azadqaraqoyunlu kəndi ərazisində, “Dörd yol” adlanan ərazidə ona verilmiş 0.03 ha torpaq sahəsində tikinti sahəsi 218.04 kv.m olan birmərtəbəli Ticarət obyekti istismara qəbul edilmişdir.
51. İddiaçıya məxsus torpaq sahəsində yerləşən ticarət obyekti, eləcə də digər şəxslərə məxsus obyektlər Bərdə-Ağdam avtomobil yolunun çəkilişində maneə təşkil etdiyi üçün həmin ticarət obyektləri müvafiq işlərin görülməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə sökülmüşdür.
52. Həmçinin, Tərtər Rayon Məhkəməsinin 2(061)-1553/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Tərtər rayon keçmiş Nizami adına X10 xx.xx.1993-cü il tarixli X11 qərarı ilə “Dörd yol” adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0.03 ha torpaq sahəsində, Cavabdeh1 başçısının xx.xx.2001-ci il tarixli Qərarı ilə sənədləşdirilməsinə icazə verilmiş, Tərtər rayonunun Baş memarı tərəfindən razılaşdırılmış, xx.xx.2009-cu ildə istismara qəbul edilmiş, X5 kənarında yerləşən, xx.xx.2021-ci il tarixdə sökülən və sahəsi 218.04 kv.m olan ticarət obyektinin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.
53. Sökülmüş qeyri-yaşayış sahəsinə görə kompensasiya ödənilməməsi iddiaçının konstitusion hüquqlarını pozmaqla Azərbaycan Respublikası İnzibati İcraat Haqqında Qanunun 12-ci maddəsinə də ziddir. Belə ki, iddiaçı ona verilmiş torpaq sahəsində inşa etdiyi tikililər üzərindəki mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, həmin əmlak iddiaçının qanuni əsaslarla sahibliyində və istifadəsində olmuşdur. İddiaçı həmin tikililərdən istifadə etməklə faktiki mülkiyyəti kimi davranmışdır. Belə ki, bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur.
54. Digər tərəfdən, iddiaçının həmin torpaq sahəsində inşa etdiyi tikilinin onun mülkiyyəti kimi qəbul edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslıdır.
55. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X12rşı» qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da, «mülkiyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunla tərəfındən həmin marağın mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır.Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulması və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Ərizəçinin tikidiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir.
56. Daha sonra, Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafıq qeydiyyata alınmamasını onun mülkiyyətçi kimi tanınması üçün maneə hesab etməmişdir.
57. «Axverdiyev Azərbaycana qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında isə vurğulanmışdır ki, əmlaka sahib olmaq “mövcud əmlakın sahibliyi” ilə məhdudlaşmır. O, həmçinin aktivləri, və ərizəçinin mülkiyyət hüququndan effektiv istifadə edə biləcəyinə dair ağlabatan və "legitim gözləntinin" olmasını iddia edə biləcək tələbləri də ahatə edir. Gözlənti o zaman legitimdir ki, o, qanunvericiliyin müddəası və ya sözü gedən əmlak maraqlarına toxunan hüquqi akt əsasında yaranmış olsun.
58. Beləliklə, yuxarıda sadalananlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün sökülsə də, iddiaçıya müvafiq həcmdə kompensasiya ödənilməmişdir.
59. İddiaçıya məxsusluğu iş materiallarında olan sənəndlərlə, eləcə də müvafiq məhkəmə qətnaməsi ilə təsdiq olunan ticarət obyektinin Bərdə-Ağdam avtomobil yolunun tikintisi nəticəsində sökülməsi ilə o, mülkiyyətindən məhrum olmuş və zərərə məruz qalmışdır. Qeyd olunan hallar işin mübahisələndirilməyən hallarıdır. Tərəflər arasında mübahisələndirilən hal söküntünün cavabdeh tərəfindən aparılması ilə bağlıdır.
60. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, “xx.xx.2021-ci il tarixdə Bərdə-Ağdam dövlət əhəmiyyətli avtomobil yolunun çəkilməsi işləri ilə əlaqədar İddiaçı mənsub edilməsi güman edilən ticarət obyektinin söküntü işlərini Cavabdeh1 deyil, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparmışdır. Məhkəmə isə öz qərarında nəinki bu hala diqqət yetirməmiş, əksinə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində prosessual statusuna xitam verilmişdir. Halbuki, iş üzrə cavabdeh qismində Cavabdeh1 deyil, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi göstərilməli idi.”
61. Apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, rayon ərazisində aparılan tikinti, abadlıq, söküntü və yenidənqurma tədbirləri müvafiq rayon icra hakimiyyətinin başçısının qərarı və ya göstərişi əsasında aparılır. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən müvafiq icra hakimiyyəti rayon ərazisində mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını dövlət orqanı kimi təmin etməlidir.
62. Kollegiya xüsusi olaraq qeyd edir ki, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də bu fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş müvafiq sənədlərə, eləcə də norma və qaydalara uyğun olaraq həmin fəaliyyətə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Yəni, müvafiq ərazidə söküntü və tikinti işlərinin aparılması hətta yuxarı orqanların qərarı əsasında olsa belə, birbaşa həmin ərazidəki yerli icra hakimiyyəti orqanının icazəsi və nəzarəti əsasında həyata keçirilə bilərdi.
63. Digər tərəfdən Cavabdeh1 tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş etirazda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Rayon İcra Hakimiyyətinə göndərilən xx.xx.2021-ci il tarixli, 3/16-3056 nömrəli məktubda sözügedən avtomobil yolunun tikinti və təhkim zolağında qeyri-qanuni tikilmiş və quraşdırılmış müxtəlif təyinatlı obyektlərin sökülüb ərazinin boşaldılmasının xahiş olunduğu, qeyd olunan məktubu və qanunvericiliyi əsas kimi götürən Rayon İcra Hakimiyyəti tərəfindən yol kənarında qeyri-qanuni tikilmiş obyektlərin sahibləri ilə dəfələrlə fərdi söhbətlərin aparıldığı, işin mahiyyətinin onlara izah edildiyi, qanunsuz tikililərin sökülməsi barədə onlara xəbərdarlıq edildiyi, həmçinin bunun müqabilində onlara yaşadıqları kəndin daxilində həmin ölçüdə torpaq sahəsinin ayrılmasının təklif olunduğu qeyd edilmişdir (qərarın 17-ci bəndi).
64. Sözügedən etirazın məzmunundan da göründüyü kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi obyektlərin sökülüb ərazinin boşaldılmasını məhz Cavabdeh1ndən xahiş etmiş, cavabdeh də bununla bağlı öz növbəsində obyektlərin sahibləri ilə dəfələrlə fərdi söhbətlər aparmış, sökülmə ilə bağlı onları xəbərdar etmiş, hətta bunun müqabilində onlara yaşadıqları kəndin daxilində həmin ölçüdə torpaq sahəsinin ayrılmasını təklif etmişdir. Etirazda qeyd olunan hallar özü belə söküntünün Cavabdeh1 tərəfindən icra edildiyini sübut edir.
65. Həmçinin, işin birinci instansiya məhkəməsindəki icraatı zamanı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X16 izahatında qeyd olunan tikili mülkiyyətdə olmadığına görə iddiaçıya kompensasiyanın ödənilməsinin mümkün olmadığı, həmçinin tikilinin digər tikililər kimi iddiaçının iştirakı ilə söküldüyünü qeyd etmişdir.
66. Cavabdehin nümayəndəsinin qeyd olunan izahatından da göründüyü kimi, cavabdeh orqan ilkin olaraq tikilinin onlar tərəfindən sökülmədiyinə görə deyil, məhz tikilinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmadığına görə kompensasiyanın ödənilməsinin mümkünsüzlüyünü vurğulamışdır. Göründüyü kimi, həmin izahatın özü belə tikintinin icra hakimiyyəti tərəfindən söküldüyünü təsdiq edir. Digər tərəfdən, söküntü işləri həyata keçirilən zaman iddiaçının orada iştirak etməsinin təsdiqlənməsi də məhz söküntünün Cavabdeh1 əməkdaşları tərəfindən həyata keçirildiyini bir daha təsdiq edir. Yəni, Cavabdeh1 əməkdaşları söküntüdə iştirak etdiklərinə görə iddiaçının da digər obyekt sahibləri kimi orada iştirakını əminliklə qeyd etmişlər.
67. Bundan əlavə, məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11-1/2-3835-8/2024 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, daşınmaz əmlakın sökülməsi prosesini əks etdirən, fotoşəkillərdə söküntü işlərinə cəlb edilmiş texnikanın üzərində onun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsusluğunu bildirən hər-hansı bir tanınma və ya dövlət qeydiyyat nişanı öz əksini tapmır və həmin texnika Agentliyin mülkiyyətində deyildir.
68. Qeyd edilməlidir ki, hər bir şirkətin adını eşitdikdə ağıla ilk onun loqosu gəlir. “Logo” - müəssisə və təşkilatıların fəaliyyətlərini və markalarını bir adla ifadə etmək üçün yaddaşlarda qalmasına təsir edə biləcək simvol görüntüsüdür. Şirkətin korporativ stilinin ən önəmli ünsürü sayılan loqolar istehlakçıların diqqətini cəlb edərək, brendin digərlərindən fərqləndirərək onu şüura həkk edir.
69. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://www.aayda.gov.az/) Agentliyin loqosuna nəzər saldıqda müəyyən edilir ki, loqo mavi rəngdə qeyd olunan “AAY” hərf kombinasiyasından və onun qarşısında olan mavi və sarı rəngli simvoldan ibarətdir.
70. İş materiallarına əlavə edilmiş, söküntü prosesini əks etdirən fotoşəkillərdən də görünür ki, söküntü işlərini həyata keçirən texnikanın üzərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus hər-hansı logo və tanınma nişanları yoxdur.
71. Həmçinin, cavabdeh obyektin yerləşdiyi ərazinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan Bərdə-Ağdam avtomobil yolunun mühafizə zolağına aid olmasına istinad etməklə söküntünün də məhz Agentlik tərəfindən aparıldığını iddia etmişdir.
72. Cavabdehin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə müvafiq ekspert rəyi ilə də iddiaçıya məxsus obyektin Bərdə-Ağdam Magistral avtomobil yolunun qorunma (mühafizə) zonasına düşdüyü müəyyən olunsa da, burada sökülən obyektin yolun mühafizə zonasında olub-olmaması deyil, söküntünün məhz kim tərəfindən aparılmasıdır. İşin yuxarıda sadalanan halları bir daha təsdiq edir ki, iddiaçıya məxsus ticarət obyektinin söküntüsü hazırki cavabdeh tərəfindən həyata keçirilmişdir. Odur ki, şikayətdə qeyd edilən cavabdehin həmin dəlili də əsaslı hesab edilmir.
73. Milli qanunvericilik şəxsin mülkiyyət hüquqlarına dövlət ehtiyacları tələb etdiyi hallarda qanunda nəzərdə tutulmuş qaydada müdaxilənin hüquqi prosedurlarını aydın formada müəyyən etmişdir. Mülkiyyətə xitam verilməsi mülkiyyətçiyə həmin əmlaka münasibətdə onun ədalətli bazar dəyərinin ödənilməsi yolu ilə mümükündür.
74. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
75. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
76. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.
77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
78. Yuxarıda sadalanan normaların mahiyyəti, Avropa Məhkəməsinin president hüququndan və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
79. Məhkəmə kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Nəticədə iddiaçı özünə məxsus əmlakdan istifadə, sahiblik və sərəncam hüquqlarından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, istənilən inzibati orqan və ya inzibati akt qəbul etməyə səlahiyyət olan hüquqi şəxs konstitusion prinsiplərə hörmət etməli, mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməlidir.
80. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmus şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir.
81. Beləliklə, məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qanunsuz müdaxilə olmuş və nəticədə iddiaçı faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Cavabdeh inzibati orqanın təqsiri nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə görə, vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Yuxarıda qeyd olunan işin faktiki hallarına görə cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması müəyyən olunmuşdur. Şəxsin mülkiyyətinə vurulmuş ziyan isə əgər ziyanın vurulması sübut olunarsa ödənilməlidir.
82. Birinci instansiya məhkəməsi iddiaçının məhrum olduğu ticarət obyektinə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, 216/Mİ/22 nömrəli qiymətləndirmə hesabatı ilə Tərtər rayonu, X5 sağ tərəfi ünvanında olan İddiaçı məxsus 0.03 ha torpaq sahəsində sökülmüş 218.04 kv.m qeyri-yaşayış binasının bərpa dəyəri 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat müəyyən edilmişdir.
83. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mütəxəssis rəyində qeyd olunmuş qiymətlərin (1 kv.m tikintinin dəyəri 330 manat, bəzək işlərinin 1 kv.m-nin dəyəri 570 manat və digər qiymətlər) reallıqdan kənar olmaqla şişirdilmiş rəqəmlərdən ibarət olmasını bildirmişdir.
84. Apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyasının müvafiq qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə, daşınmaz əmlakın dəyəri müəyyən edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır.
85. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli “məhkəmə ekspertizaaının aparılmasından imtina edilməsi barədə” məlumat məktubunda bildirilmişdir ki, tədqiq olunan tədqiqat obyektinə baxış zamanı tədqiqat obyekti olan qeyri-yaşayış binasının söküldüyü, mövcud olmadığı aşkar olunmuşdur. Qeyri-yaşayış binası söküldüyü üçün ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır.”
86. Bundan əlavə, məhkəmə kollegiyasının digər qərardadına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-3979/2024 nömrəli məktubla da müəyyən edilir ki, qərardadda qeyd edilən İddiaçı məxsus olmuş X5 kənarında yerləşmiş qeyri-yaşayış binası söküldüyündən əmlakın bazar dəyərinin müəyyən olunması mümkün olmamışdır.
87. Bundan sonra, məhkəmə kollegiyasının müvafiq qərardadı ilə mübahisəli əmlakın qiymətləndirilməsi ilə bağlı təkrar mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
88. Məhkəmə kollegiyasının qərardadına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş 382/25/Mİ nömrəli, xx.xx.2025-ci il tarixli “Sökülmüş əmlakın qiymətləndirilməsinə dair” hesabatda qeyd edilmişdir ki, İddiaçı sahibliyində və istifadəsində olan Tərtər rayonu, X5 sağ tərəfində yerləşən sahəsi 218.04 m2 qeyri-yaşayış binasının 2021-ci il üzrə bazar qiyməti 300000 (üç yüz min) manat təşkil edir.
89. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlakın alınma (ziyanın vurulduğu) dövrünə müəyyən edilmiş dəyərinə münasibətdə birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim edilmiş mütəxəssis rəyi ilə hazırki mütəxəssis rəyi arasında fərq olmamış, demək olar ki, eynilik təşkil etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş mütəxəssis rəylərini əsaslı hesab edir. Belə ki, məhkəmələr tərəfindən mütəxəssis qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, əmlakın dəyəri torpaq sahəsinin yerləşdiyi ərazi, ümumi sahəsi, məqsədli təyinatı, həmin dövrə aid alğı-satqı məlumatları və digər parametlər nəzərə alınmaqla müəyyən edilmiş, rəylər kifayət qədər tam və aydındır, qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Bununla da apellyasiya şikayətinin ekspertiza mərkəzinin rəyində torpaq sahəsinin dəyərinin həddindən artıq yüksək qiymətləndirilmiş olması ilə bağlı dəlili əsassız olmuşdur.
90. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
91. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2245/2022 nömrəli qərarı yoxlanılan hissədə, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada tərəflərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4, kod:210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.