Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-70/2025 08.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yeni məlumat vərəqəsinin göndərilməsi tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-404/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-2547 nömrəli məktublarına əsasən Tərtər Ə.Ö.M.B komandirinin 10 fevral N92ci il tarixli 14 №li əmrilə (əsas: §-1 ,səh-23.sıra-5; qeyd, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) müqavilə yolu ilə gəlmiş sıravi X6 batalyonun şəxsi heyətinin tərkibinə daxil edilərək 2-cı bölüyün 2-cı tağımında pulemyotçu vəzifəsinə təyin edilmişdir. Tərtər Ə.Ö.M.B komandirinin 21 may N92-ci ıl tarixli 90 №-li əmrilə (əsas §2 səh-10.sıra-1; qeyd əmrdə hərbi rütbəsi sıravi yazılmışdır) 2-cı bölüyün 2-cı tağımının əsgəri sıravi X6 həmin tağıma komandır təyin olunmuşdur. Tərtər Ə.Ö M.B komandirinin 28 iyul N92-cı ıl tarixli 129 №-lı əmrində (əsas: §-2 səh-30: qeyd: əmrdə hərbi rütbəsi “sıravi yazılmışdır) şəxsi heyətin siyahısında tağım komandiri, sıravi X4 adı qeyd edilmişdir. Tərtər Ə.Ö M.B komandirinin 01 dekabr N92-cı il tarixli 165 №-li əmrilə (əsas: §-1.səh-52,sıra-4: qeyd: əmrdə hərb: rütbəsi qeyd edilməmişdir) X6 şəxsı heyətin siyahısından çıxarılmışdır.Tərtər Ə.Ö.M.B komandirinin 28 fevral N93-cu ıl tarixli 185 №li əmrilə (əsas §-2 62; qeyd: əmrdə hərbi rütbəsi "sıravi yazılmışdır) sıravi X7 batalyonun şəxsi heyətinin siyahısına daxıl edilərək atıcı vəzifəsinə təyin edilmişdir. Tərtər Ə.Ö.M.B komandirinin 27 may N93-cu il tarixli 211 nömrəli əmrilə (əsas: §-1 səh-85. qeyd: əmrdə hərbi rütbəsi "çavuş yazılmışdır) çavuş X6 bölük komandiri vəzifəsinə təyin edilmişdir. Tərtər Ə.Ö.M.B komandirinin 24 iyul N93-cü il tarixli 231 №li əmrilə (əsas §-1 səh-3; qeyd: əmrdə hərbi rütbəsi qeyd edilməmişdin bölük komandiri X6 döyüş əməliyyatı zamanı itkin duşduyu üçun şəxsi heyətin siyahısından çıxarılmışdır.Tərtər RHK-nın çağırışçısı N57-ci il təvəllüdlü 5-ci motoatıcı taburun hərbi qulluqçusu, baş leytenant X6 05 04 N94-cü il tarixdə həlak olduğu üçün N nömrəli hərbi hissə komandirinin N aprel N94- cü il tarixli 81 №-li əmrilə (əsas. §-5, səh-14; qeyd: əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ölüm öz hərbi xidməti borcunu yerinə yetirərkən baş vermişdir.
2. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-A- 897-1/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 Azərbaycan Ordusunda zabit qismində hərbi xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir.
3. Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, MN-18413 nömrəli əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsində X4 hərbi (xüsusi) rütbəsi MAHHX çavuşu, vəzifəsi (tarif dərəcəsi) taqım komandiri (9-cu t.d), təqvimi xidməti – 4 il 1 ay 23 gün, tətxis olunduğu (öldüyü) tarix – xx.xx.N94-cü il, tərxis olunduğu maddə - “Hərbi xidmət haqqında” Qanunun 20-ci maddəsinin “a” bəndi (həlak olduğuna görə), pul təminatı (təminat xərcliyi) 757 manat, vəfat etməsi (ölümü) xidməti vəzifəsini yerinə yetirməklə bağlı olan səbəblər üzündən baş verməsi qeyd edilmişdir.
4. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 1/6164 nömrəli məktubunda qeyd edilmişdir ki, təyin olunmuş pensiyanın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinə yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanın hesablanmasında heç bir səhvə yol verilməmişdir. Aparılan uçot sənədlərinə əsasən X4 Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində hərbi xidmət keçməsi barədə məlumat yoxdur.
5. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli 81 nömrəli əmrində X6 baş leytenant kimi qeyd edilmişdir.
6. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv çıxarışından görünür ki, Tərtər ƏÖMB komandirinin 27 may N93-cü il tarixli 211 nömrəli əmri ilə X6 rota komandiri vəzifəsinə təyin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat.
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı Tərtər RHK-nın çağırışçısı, N57-ci il təvəllüdlü, 5-ci motoatıcı taburun hərbi qulluqçusu, X4 baş leytenant (ordu zabit) olmasını nəzərə almaqla pensiyanın yenidən hesablanaraq, yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı baş leytenant X6 İ Qarabağ Müharibəsinin iştirakçısı olmuş, 0N aprel N94-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması istiqamətində gedən ağır döyüşlərdə odlu silahdan yaralanması nəticəsində həlak olmuşdur. Bununla bağlı ona şəhidlik statusu verilmiş və 0N aprel N94-cü il tarixdən etibarən o, indiki Tərtər rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid ailə üzvü kimi tanınmışdır. (müvafiq vəsiqə təqdim edilmiş, xx.xx.2007-ci il tarixdən vəsiqəsi yenilənmişdir). Beləliklə, onun ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. xx.xx.2022-ci il tarixdən isə ona yaşa görə pensiya təyin edilmiş, lakin mərhum həyat yoldaşı hərbi qulluqçu və ordu zabiti kimi pensiyaya əlavələrin yenidən hesablanması ilə bağlı aidiyyatı üzrə dövlət qurumuna (Müdafiə Nazirliyinə) müraciəti əsasında ona bildirilmişdir ki, mərhum həyat yoldaşı X4 Azərbaycan Ordusunda zabit kimi hərbi xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli, ***-**** №-li arayışı ilə X4 Tərtər Ə.Ö.M.B-da 10 fevral N92-ci il tarixdən etibarən hərbi xidmət keçməsi və “sıravi” hərbi rütbəsindən xx.xx.N94-cü il tarixdə həlak olduğu tarixində artıq “baş leytenant” hərbi rütbəsində olması təsdiq edildiyindən cavabdehin imtinası tam qanunsuz və əsassız olmaqla onun bir təqaüdçü və şəhid ailə üzvü kimi konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Cavabdeh orqanın iddiaya qarşı təqdim etdiyi xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, iddiaçı X2 mərhum həyat yoldaşı X5 təyin olunmuş pensiyanın hesablanmasında heç bir səhvə yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının N97-ci il 03 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 59-cu maddəsinə əsasən Hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının Müdafiə Naziri verir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən X4 Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində hərbi xidmət keçməsi barədə məlumat yoxdur.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən təqdim edilən “Məlumat Vərəqi”ndə X4 hərbi(xüsusi) rütbəsi zabit (baş leytenant) qeyd edilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-404/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdeh orqan məhkəməyə təqdim etdiyi etiraz məktubunda, iddiaçıya və məhkəməyə ünvanlandığı məktublarda “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 59-cu maddəsinə əsasən hərbi qulluqçulara ilk zabit rütbəsinin Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən verilməsinə və X4 Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində hərbi xidmət keçməsi barədə məlumat olmadığını qeyd etsədə, məhkəmənin sorğusu ilə məhkəməyə təqdim edilən N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 81 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş leytenant X6 (5-ci motoatıcı tabor) 0N aprel N94-cü ildə həlak olmuşdur. Bütün növ təminatlardan və siyahılardan çıxarılmışdır. Ölüm öz hərbi xidməti borcunu yerinə yetirərkən baş vermişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 81 nömrəli nizami hissə üzrə əmrindən çıxarış X4 Azərbaycan Ordusunda baş leytenant kimi xidmət etməsini və öz hərbi xidməti borcunu yerinə yetirərkən ölməsi halını təsdiq edir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, hərbi qulluqçuya ilk zabit hərbi rütbəsi müvafiq icra hakimiyyəti, yəni müdafiə naziri tərəfindən verilir və əmrlə şəxsi heyətə elan edilir. Hərbi qulluqçunun hərbi rütbəsi, vəzifəsi və xidmət dövrü bilavasitə onun hərbi uçot kartasinda və hərbi biletində bilavasitə qeyd edilir. Göründüyü kimi, inzibati iş materiallarında olan iddiaçıya məxsus hərbi biletdə və şəxsi uçot kartasında iddiaçının baş leytenant rütbəsində hərbi xidmət keçməsi barədə hər hansı bir məlumat qeyd edilməmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 21 dekabr 2022-ci il tarixli 1/6164 nömrəli məktubundan da görünür ki, uçot sənədlərində İnqilab Ağayevin Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində hərbi xidmət keçməmiş, habelə Müdafiə naziri tərəfindən ona ilkin zabit rütbəsi verilməmişdir. Bundan başqa Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 16 oktyabr 2023-cü il tarixli 1696 nömrəli arxiv arayışından görünür ki, Tərtər ƏÖMB komandirinin xx.xx.N93-xx.xx.N93-cü il, N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli nizami hissə üzrə əmrlərində X4 xidməti və “baş leytenant” hərbi rütbəsi alması barədə məlumat olmamışdır. Yuxarıda istinad olunan arxiv arayışında Tərtər ƏÖMB komandirinin xx.xx.N93-cü il tarixli 211 nömrəli əmri ilə əmrdə rütbəsi çavuş yazılmış, çavuş X6 bölük komandiri vəzifəsinə təyin edilmişdir. Həmçinin, sözügedən arxiv arayışından görünür ki, bölük komandiri İ.M.Ağayev döyüş əməliyyatları zamanı itgin düşdüyünə görə Tərtər ƏÖMB komandirinin xx.xx.N93-cü il tarixli 231 nömrəli əmrilə batalyonun ştat cədvəlindən və şəxsi heyətin siyahısından çıxarılmışdır. Beləliklə də, arxiv arayışından məlum olur ki, İ.M.Ağayev xx.xx.N93-cü il tarixdə çavuş hərbi rütbəsində xidmət keçmiş, iki ay sonra, yəni xx.xx.N93-cü il tarixdə itkin düşdüyünə görə batalyonun ştat cədvəlindən və şəxsi heyətin siyahısından çıxarılmışdır. Bununla da, iki ay ərzində İ.M.Ağayevə çavuş hərbi rütbəsindən baş leytenant hərbi rütbəsinə keçirilməsi praktiki və hüquqi cəhətdən qeyri-mümkündür. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbinə əsasən hərbi qulluqçuya hərbi rütbələr Əsasnamədə göstərilən müddətlər nəzərə alınmaqla mərhələli şəkildə pillə-pillə verilir. Çavuş hərbi rütbəsində hərbi xidmət keçən hərbi qulluqçunun baş leytenant hərbi rütbəsi ala bilməsi üçün ilk öncə baş çavuş, kiçik gizir, gizir, baş gizir, kiçik leytenant, leytenant hərbi rütbələrini mərhələli şəkildə alması tələb olunur. İ.M.Ağayevin baş leytenant hərbi rütbəsi alması və həmin rütbədə xidmət keçməsi onun hərbi biletində, şəxsi uçot kartasında, habelə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərində məlumat olmadığından, iddiaçının mərhum həyat yoldaşının baş leytenant hərbi rütbəsi yazılmaqla yeni məlumat vərəqəsinin göndərilməsinə dair iddia tələbi qanunsuz və əsassız olduğundan işə baxan birinci instansiya məhkəməsi inzibati işin faktiki və hüquqi hallarını kifayət qədər araşdırmadan əsassız olaraq qərar qəbul etmişdir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlınılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mərhum X6 onun atasıdır. Briqada komandirinin əmri ilə mərhuma çavuş rütbəsi verilmiş, şəhid olduqdan sonra isə hərbi bileti hərbi komissarlıqda tapılmamışdır.
18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nünayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: N. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu (25 dekabr N91-ci il tarixli, №36 nömrəli): Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər. 1.Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 3.Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 16. Əsgəri rütbə verilmək hüququ, mükafatlandırmaq hüququ
1. Hərbi qulluqçu “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti əsgəri rütbənin vaxtında verilməsi hüququna malikdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, əsgəri borcunu nümunəvi yerinə yetirmiş hərbi qulluqçulara növbəti əsgəri rütbə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda onların vəzifələri müqabilində nəzərdə tutulmuş əsgəri rütbədən bir pillə yüksək və ya verilmiş əsgəri rütbədən bir pillə yüksək əsgəri rütbə vaxtından əvvəl verilə bilər.
2. Xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə hərbi qulluqçuların mükafatlandırılma hüququ vardır, əsgəri borcun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər.
20. 26 noyabr N93-cü il tarixli 743 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə və dəyişikliklər edilənədək qüvvədə olan Azərbaycan Respublikası Silahlı Qüvvələr haqqında Azərbaycan Respublikası Qanunu (09 oktyabr N91-ci il tarixli, 210, Xİİ nömrəli): Maddə 1. Azərbaycan Respublikası Silahlı Quvvələrinin statusu Azərbaycan Respublikası Silahlı Quvvələri Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət silahlı iəşkilatıdır və Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır. Maddə 17. Hərbi rütbələr hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləmək, onların xidmət stajını və ixtisasını ifadə etmək üçün aşağıdakı hərbi rütbələr müəyyən olunur: əsgər matros sıravi(əsgər) matros serjant starşina kiçik serjant İİ dərəcəli starşina serjant İ dərəcəli starşina starşina baş starşina kiçik zabitlər leytenant leytenant baş leytenant baş leytenant …….. Maddə N. Hərbi rütbələrin verilməsi hərbi rütbələr bu Qanunun 17-ci maddəsində müəyyən edilmiş növbəliklə verilir. Birinci zabit rütbəsi hərbi tədris müəssisəsini və kurslarını bitirmiş kursantlara Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilir. Zabitlərə bu Qanunun 18-ci maddəsinə müvafiq növbəlilik qaydasında, daha yüksək rütbələr onlar aşağıdakı rütbələrdə göstərilən müddətdə xidmət etdikdə verilir: Leytenant rütbəsində – azı 2 il; Baş leytenant rütbəsində – azı 3 il; ….. Növbəti hərbi rütbələri aşağıdakılar verirlər: Kiçik serjant və serjant rütbələrini - hissə komandiri; Starşina rütbəsini – birləşmə komandiri; Kiçik zabit rütbələrini – Azərbaycan Respublikası Silahlı Quvvələrin komandanı; Böyük zabit rütbələrini - Azərbaycan Respublikası müdafiə naziri Müstəsna hallarda hərbi rütbələrin vaxtından əvvəl və növbədənkənar verilməsi mümkündür.
21. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1. Hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. 2.0.2. Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.9. Hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. 12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür.
24. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir.
25. Hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir. 27.1.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. 37.1.4. Müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
22. Azərbaycan Respublikasının N97-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
59. Hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir.
62. İlk zabit rütbəsi zabit vəzifələrinə təyin edilmiş və bu vəzifələri müvəffəqiyyətlə icra edən dinc dövrdə əsasən ali hərbi təhsil müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş, yaxud hərbi ixtisas hazırlığı profilinə yaxın mülki ali təhsil almış və ya hərbi ixtisas hazırlığı profilinə yaxın olmayan ali təhsil almış, lakin ali hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, bir qayda olaraq, yaşı 35-dən çox olmayan və belə ixtisaslı zabitlərə ehtiyac olduqda gizirlərə və miçmanlara verilir (bu Əsasnamənin 57-ci maddəsinin “d” və “e” bəndləri, 58-ci maddəsinin “ə” bəndi).
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində,Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
26. Hazırki tələb üzrə iddiaçının hüquqi marağı mərhum həyat yoldaşının hərbi rütbəsinin baş leytenant qeyd edilməklə yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır. İddiaçı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-25-1/2-A-897-1/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, mərhum həyat yoldaşı X4 Azərbaycan Ordusunda zabit qismində hərbi xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir.
27. Birinci instansiya məhkəməsi tərəfindən imtina əsassız hesab olunaraq qərarda qeyd edilmişdir ki, cavabdeh orqan iddiaçıya X4 Azərbaycan Ordusunda zabit qismində hərbi xidmət keçməsi barədə məlumatın aşkar edilməməsini bildirsə də, məhkəmənin sorğusu ilə təqdim edilən N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 81 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş leytenant X6 (5-ci motoatıcı tabor) 0N aprel N94-cü ildə həlak olmuşdur. Bütün növ təminatlardan və siyahılardan çıxarılmışdır. Ölüm öz hərbi xidməti borcunu yerinə yetirərkən baş vermişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 81 nömrəli nizami hissə üzrə əmrindən çıxarış X4 Azərbaycan Ordusunda baş leytenant kimi xidmət etməsini və öz hərbi xidməti borcunu yerinə yetirərkən ölməsi halını təsdiq edir.
28. Cavabdeh tərəfindən məhkəmənin qərarı mübahisələndirilmiş və onunla əsaslandırılmışdır ki, hərbi qulluqçuya ilk zabit hərbi rütbəsi müvafiq icra hakimiyyəti, yəni müdafiə naziri tərəfindən verilir və əmrlə şəxsi heyətə elan edilir. Hərbi qulluqçunun hərbi rütbəsi, vəzifəsi və xidmət dövrü bilavasitə onun hərbi uçot kartasinda və hərbi biletində bilavasitə qeyd edilir. İnzibati iş materiallarında olan iddiaçıya məxsus hərbi biletdə və şəxsi uçot kartasında iddiaçının baş leytenant rütbəsində hərbi xidmət keçməsi barədə hər hansı bir məlumat qeyd edilməmişdir.
29. İddiaçı öz tələbinin əsası kimi N nömrəli hərbi hissə komandirinin N aprel N94cü il tarixli 81 nömrəli əmrini təqdim etmiş, məhz həmin əmrə istinad olunaraq məlumat vərəqəsinin yenidən tərtib edilərək müvafiq inzibati orqana göndərilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli arxiv çıxarışında N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli 81 nömrəli əmrində X6 baş leytenant kimi qeyd edilsə də, həmin rütbənin verilməsi işdə olan digər sübutlarla öz təsdiqini tapmır. Başqa sözlə məhkəmə araşdırılması zamanı təqdim olunan sənədlərdən (arxiv arayışlarından) görünür ki, X4 Azərbaycan Ordusunda zabit qismində hərbi xidmət keçməsi, ona qeyd olunan rütbənin verilməsini təsdiq edən heç bir sənəd mövcud deyildir.
31. Belə ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 1/6164 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan uçot sənədlərinə əsasən X4 Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində hərbi xidmət keçməsi barədə məlumat yoxdur.
32. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-2547 nömrəli məktublarına əsasən Tərtər Ə.Ö.M.B komandirinin 10 fevral N92-ci il tarixli 14 №li əmrilə (əsas: §-1 ,səh-23.sıra-5; qeyd, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) müqavilə yolu ilə gəlmiş sıravi X6 batalyonun şəxsi heyətinin tərkibinə daxil edilərək 2-cı bölüyün 2-cı tağımında pulemyotçu vəzifəsinə təyin edilmişdir. Tərtər Ə.Ö.M.B komandirinin 21 may N92-ci ıl tarixli 90 №-li əmrilə (əsas §2 səh-10.sıra-1; qeyd əmrdə hərbi rütbəsi sıravi yazılmışdır) 2-cı bölüyün 2-cı tağımının əsgəri sıravi X6 həmin tağıma komandır təyin olunmuşdur. Tərtər Ə.Ö M.B komandirinin 28 iyul N92-cı ıl tarixli 129 №-lı əmrində (əsas: §-2 səh-30: qeyd: əmrdə hərbi rütbəsi “sıravi yazılmışdır) şəxsi heyətin siyahısında tağım komandiri, sıravi X4 adı qeyd edilmişdir. Tərtər Ə.Ö M.B komandirinin 01 dekabr N92-cı il tarixli 165 №-li əmrilə (əsas: §-1.səh-52,sıra-4: qeyd: əmrdə hərb: rütbəsi qeyd edilməmişdir) X6 şəxsı heyətin siyahısından çıxarılmışdır.Tərtər Ə.Ö.M.B komandirinin 28 fevral N93-cu ıl tarixli 185 №li əmrilə (əsas §-2 62; qeyd: əmrdə hərbi rütbəsi "sıravi yazılmışdır) sıravi X7 batalyonun şəxsi heyətinin siyahısına daxıl edilərək atıcı vəzifəsinə təyin edilmişdir. Tərtər Ə.Ö.M.B komandirinin 27 may N93-cu il tarixli 211 nömrəli əmrilə (əsas: §-1 səh-85. qeyd: əmrdə hərbi rütbəsi "çavuş yazılmışdır) çavuş X6 bölük komandiri vəzifəsinə təyin edilmişdir. Tərtər Ə.Ö.M.B komandirinin 24 iyul N93-cü il tarixli 231 №li əmrilə (əsas §-1 səh-3; qeyd: əmrdə hərbi rütbəsi qeyd edilməmişdin bölük komandiri X6 döyüş əməliyyatı zamanı itkin duşduyu üçun şəxsi heyətin siyahısından çıxarılmışdır.Tərtər RHK-nın çağırışçısı N57-ci il təvəllüdlü 5-ci motoatıcı taburun hərbi qulluqçusu, baş leytenant X6 05 04 N94-cü il tarixdə həlak olduğu üçün N nömrəli hərbi hissə komandirinin N aprel N94- cü il tarixli 81 №-li əmrilə (əsas. §-5, səh-14; qeyd: əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ölüm öz hərbi xidməti borcunu yerinə yetirərkən baş vermişdir.
33. Müdafiə Nazirliyinin 07 noyabr 2024-cü il tarixli, 3178 nömrəli məktubunda qeyd edilmişdir ki, Tərtər RHK-dan çağırılmış, N57-ci il təvəllüdlü, 5-ci taborun hərbi qulluqçusu, baş leytenant X6 xx.xx.N94-cü ildə həlak olduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 81 №-li əmrilə (əsas: 5, səh-14, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır, vəzifəsi yazılmamışdır, əsas kimi “xx.xx.N94-cü il tarixli 542 saylı Ölüm haqqında şəhadətnamə” göstərilmişdir, əmr olduğu kimi köçürülmüşdür) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır, ailəsinə müəyyən olunmuş qaydada ərzaqla kömək edilmişdir. Ölüm öz hərbi xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan, Tərtər ƏÖMB komandirinin xx.xx.N93-xx.xx.N93-cü il tarixli nizami hissə üzrə əmrlərində X4 xidməti və N №-li hərbi hissə komandirinin yanvar - aprel N94-cü il tarixli nizami hissə üzrə əmrlərində “baş leytenant” hərbi rütbəsi alması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 81 №-li əmrində X4 hərbi rütbəsinin “baş leytenant” kimi hansı əsaslarla yazılması barədə məlumat qeyd olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 81 №-li əmrinin verilməsinə əsas olan sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
34. Həmin dövrdə qüvvədə olan və hazırki qərarın N və 20-ci bəndlərində qeyd edilən normalardan məlum olur ki, hərbi qulluqçu “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti əsgəri rütbənin vaxtında verilməsi hüququna malikdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, əsgəri borcunu nümunəvi yerinə yetirmiş hərbi qulluqçulara növbəti əsgəri rütbə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda onların vəzifələri müqabilində nəzərdə tutulmuş əsgəri rütbədən bir pillə yüksək və ya verilmiş əsgəri rütbədən bir pillə yüksək əsgəri rütbə vaxtından əvvəl verilə bilər. Hərbi rütbələr hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləmək, onların xidmət stajını və ixtisasını ifadə etmək üçün müəyyən olunmuşdur və hərbi rütbələr “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 17-ci maddəsində müəyyən edilmiş növbəliklə verilir. Birinci zabit rütbəsi hərbi tədris müəssisəsini və kurslarını bitirmiş kursantlara Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilir. Zabitlərə adıçəkilən Qanunun 18-ci maddəsinə müvafiq növbəlilik qaydasında, daha yüksək rütbələr onlar leytenant rütbəsində – azı 2 il, baş leytenant rütbəsində – azı 3 il müddətdə xidmət etdikdə verilir. Növbəti hərbi rütbələri kiçik zabit rütbələrini – Azərbaycan Respublikası Silahlı Quvvələrin komandanı, böyük zabit rütbələrini - Azərbaycan Respublikası müdafiə naziri tərəfindən verilir.
35. Göründüyü kimi İ.Ağayevin xidmət keçdiyi dövrdə qüvvədə olan qanunvericilik aktlarında hərbi rütbələrin verilməsi qaydası dəqiq müəyyən edilmiş, hazırki iş materiallarında qeyd olunan rütbənin verilməsini təsdiq edən heç bir sənəd aşkar edilməmişdir.
36. Yalnız iş materiallarında olan N nömrəli hərbi hissə komandiri və N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən möhürlə təsdiqlənən xx.xx.N94-cü il tarixli 4 nömrəli nizami hissə üzrə əmrində aparılmış qeydlərə istinad etməklə şəxsə qeyd olunan rütbənin verilməsinə dair nəticəyə gəlinməsi əsassızdır və işdə olan digər sübutlarla təsdiqini tapmır.
37. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, X4 bölük komandiri vəzifəsinə təyin edilməsinə dair Tərtət ƏÖMB komandirinin xx.xx.N93-cü il tarixli 211 nömrəli əmrində rütbəsi çavuş olaraq qeyd edilmişdir.
38. Hazırda qüvvədə olan “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinin tələbləri baxımından qeyd edir ki, çavuş hərbi rütbəsində hərbi xidmət keçən hərbi qulluqçunun baş leytenant hərbi rütbəsi ala bilməsi üçün baş çavuş, kiçik gizir, gizir, baş gizir, kiçik leytenant, leytenant hərbi rütbələrini mərhələli şəkildə alması tələb olunur.
39. Beləliklə məhkəmə araşdırması zamanı X4 vəfat edən zaman baş leytenant hərbi rütbəsində olması, ümumiyyətlə zabit, gizir və müddətdən artıq həqiqi hərbi qulluqçu qismində hərbi xidmət keçməsi, habelə ona Müdafiə naziri tərəfindən ilkin zabit rütbəsinin verilməsi barədə heç bir sənəd aşkar edilməmişdir. Qeyd edilən səbəblərə görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız N nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli 81 nömrəli əmrindəki qeydlərə qiymət verməklə kifayətlənməməli, X5 iddiaçı tərəfin iddia etdiyi və həmin əmrdə qeyd olunan “baş leytenant” hərbi rütbəsinin verilməsinə əsas halları (digər sənədləri) də tədqiq etməli idi.
40. Odur ki, baş leytenant hərbi rütbəsi yuxarıda qeyd olunan səbəblərə görə X4 həlak olması zamanı malik olduğu rütbə kimi nəzərə alınmamalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-404/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov