Məhkəmə qərarları › İş №2-1(104)-703/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-703/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-703/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİİ dərəcə əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1744/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasının 072150 № li ilkin müayinəsindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən uşaqlıqdan əlil diaqnozu ilə üçüncü qrup əlillik dərəcəsi verilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasının 037627 № li TSEK-nin X8 Kötüyündən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən “Ümumi” xəstəlik diaqnozi ilə müddətli üçüncü qurup əlillik dərəcəsi verilmişdir.

3. Forma 88 arayışından görünür ki, xx.xx.1982-ci təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Fallo tetradası, Anadangəlmə ürək qüsuru. Tetrada- Fallo/xx.xx.1990/korreksiyasından sonrakı vəziyyət M.A.Ç. subaortal plastika edilməsi Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mitral və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, MÇ İ dərəcə.TrÇ İ dərəcə. Ağciyər ürək çatışmazlığının digər formaları, PA stenozu Ürək ritminin digər pozğunluqları, Mədəcik ekstrasistoliyası Laun 2 His dəstəsinin sağ ayağcığının tam blokadası, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası. Ürək çatışmamazlığı, QDÇ İİ dərəcə. Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xr.hepatit.Mədəaltı vəzinin digər xəstəlikləri, XR.pankreatit diaqnozu əsasında əlilliyi qiymətləndirilmiş, əlavə müalicəyə ehtiyacının olması səbəbindən əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspert Komisiyasının xx.xx.2022-ci il tarixli, T0035400MİD nömrəli qiymətləndirməsinə əsasən İddiaçı növbəti müayinə olmaqla diaqnoz olaraq AÜQ Follo- Tetradası cərrahi korreksiyadan sonrakı vəziyət. Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası diaqnozu qeyd edilərək əlillik dərəcəsinin təyin edilməsindən əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspert Komisiyasının xx.xx.2022-ci il tarixli, Q00043047NFT nömrəli qiymətləndirməsinə əsasən İddiaçı növbəti müayinə olmaqla diaqnoz olaraq AÜQ Follo- Tetradası cərrahi korreksiyadan sonrakı vəziyət. Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası diaqnozu qeyd edilərək əlillik dərəcəsinin təyin edilməsindən əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edilmişdir.

6. İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Akademik C. Abdullayev adına X1 Transtorakal exokardioqrafiyanın xx.xx.2022-cil tarixli qiymətləndirməsinə əsasən İddiaçı Sol mədəciyin sistola-diastolik ölçüləri genişlənməyib, sistolik funksiyası azalıb (LVEF-45%). Diastolik funksiyası relaksativ tipdə pozulub. Seqmentar divar hərəkət pozulması qeyd edilmir. Sol qulaqcıq N, sağ boşluqlar genişlənib. Aorta kökü, qalxan və enən aorta N.Perikard vərəqələri arasında maye qeyd edilmir. İAS və İVS tamdır. Rəngli doppler-exokardioqrafiyada: minMR, İTR, PA üzərində turbulent axən qeyd edilir. AÜQ: Fallo Tetradası, cərrahi korreksiyadan sonraki vəziyyət qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.Abdullayev adına X2 Konsiultativ-poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli, müayinəsindən görünür ki, AÜQ:Follo-Tetradası cərrahi korreksiyadan sonrakı vəziyyət (1990). Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası. diaqnozu qoyulub.

8. Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 25 № Nizami rayon TSEK müayinə aktından çıxarışda görünür ki, İddiaçı müddətsiz əmək qabiliyyəti məhdudsuz olan üçüncü qrup əlillik dərəcəsi verilmişdir.

9. Gəncə şəhəri Kardioloji xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin xx.xx.2017-ci il tarixli tibbi kartasının çıxarışın sürətindən görünür ki, İddiaçı Laborator və Funksional Müayinələrinnəticələri: H/b-126 g/l, er-4.4 10121, R/g-0,85, ley-6,0-1091, EÇS-8 mm/s. Qanın Biokimyəvi analizi: Protrombin-94%, Xolesteril -6.5 mmol/l, şəkər-100 mq%, Lax-3145.qanın ümumi analizi: X/ç-1016, zülal yox, reaksiya turş, ep-1-2, leyk-3-4, er-1-2, selik-, duz sit kr ç/miq. EXQ: Sinus taxikardiyası. Mədəcik ekstrosistoliyaları ilə pozulur. ÜVS-123. EXOKQ: Anadangəlmə ürək qüsuru tetrada fallosunun cərrahi yolla əməliyyatdan sonrakı vəziyyət. Qulaqcıqlar və mədəciklər arası çəpərlərdə şunt yoxdur. Ürəyin qapaqları sağlam və infarkdır. Transpulmonal maksimal qraddiyent-19,43 mm.hd.st. sol mədəciyin qlobal təqəllüs qabiliyyəti cizi olaraq aşağı düşmüşdür. LVEF- 51,32% Müalicə: /polyarizəedici məhlul/, eqilok 50mq, Aqrenal 75mq, Omez, Preduktal MR, Triqrim, Veraşpiron 25 mq. Evə məsləhət: Aqrenol 1tx1d, Triqrim 1tx2d, Rosemid 1tx1d, Veraşpiron 1tx2d, Preduktal MR 1TX2D, Eqilok1/2x2d, qeyd olunmuşdur.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu xx.xx.2017 ci il tarixli, 0495003AAHHA nömrəli qiymətləndirməyə əsasən İddiaçı anadangəlmə ürək qüsuru. Tetrado-fallo (xx.xx.1990) tam korreksiya edilmişdir. M.A.Ç. subaortal plastika edilməsi.Ağ ciyər arteriyasının qapaq Valvilo plastikası .Ağ ciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İİ mərhələ qeyd edilmişdir.

11. Gəncə şəhəri Kardioloji xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı Laborator və Funksional müayinələrin nəticələri.(Qan:H/b-123g/l,er-4,22 10221, R/g-0,85, ley-7.45 1091, EÇS-8mm/s.Biokimyəvi analiz-Lax-2.30, Sidiyin ümumi analizi:X/ç-1020, zülal yox, reaksiya turş, ep-3-4, er-yox, selik-, duz sit kr ç/miq. EKQ: Sinus taxikardiyası. ÜVS-120, aritmikdir, tez-tez mədəcik ekstrosostoliyaları ilə pozulur. Hiss dəstəsi sağ ayaqcığının blokadası. Sol mədəcəyin hipertrofiyası. Xroniki koronor çatmamazlıq. EXOKQ: Anadangəlmə ürək qüsuru. Tetrada fallonun korreksiyasından sonrakı vəziyyət. Sistolik diastolik ölçüləri normanın üst göstəricisinə yaxındır. Sistolik funksiya –EF-38% zəifdir. Qlobal hipokinez izlənildi. Kameralar təmizdir. Rəngli doplerdə İİ dərəcə mitral, İ dərəcə trikuspidal çatmamazlıq izlənildi. Müalicə: polyarizəedici məhlul/, Eqilok, Priasetam.Omez, Genopril 2,5 Kordaron, Maqnerot, Preduktal MR,Mildront 5,0 Triqrim 10 mq, Lassen qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 2-ci qrup əlillik dərəcəsinin verilməsi,yaxud 3-cü qrup ömürlük əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il təvəllüdlüdür, anadangəlmə ürək qüsurludur. 1990-cı ildə, yəni 8 yaşı olarkən Rusiya Federasiyasının Moskva şəhərində əməliyyat olunmuşdur. Onun diaqnozu: Follo tetradası, AÜQ-Follo tetradası cərrahi korreksiyadasından sonrakı vəziyyətdir. Bundan sonra 10 il ərzində hər ilkomissiyadan keçmişdir. 18 yaşında 3-cü qrup ömürlük əllik dərəcəsi almışdır. Səhhətininpisləşməsinə görə xx.xx.2017-ci ildə 5 il müddətinə 2-ci qrup əllilik dərəcəsi almışdır. 2022-ci ilin may ayında 5 il tamam olduğu üçün sosial müavinəti dayandırılmışdır. Bundansonra o, bir neçə dəfə müayinə və müalicə olunmuş, sənədləri TSEK-ə göndərilmişdir.Lakin hər dəfə ona imtina gəlmişdir. İmtina da onunla əsaslandırılmışdır ki, guya onunəlavə müalicəyə ehtiyacı var. O, bu əsasla ona imtina edilməsi ilə razı deyil. Belə ki, o,istər əvvəlki illərdə, yalnız pandemiya dövrünü 2020-2021-ci illəri çıxmaq şərtilə, istərsə də 2022-ci ildə 3 dəfə müalicə almışdır. Bundan başqa qeyd etdiyi kimi onun qüsurun anadan gəlmədir və əvvəllər ömürlük 3-cü qrup əlillik dərəcəsi var idi. Buna görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

14. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardad ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

15. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə X9 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: "Ümumi xəstəlik","X3: XVİİ Sinif Anadangəlmə anomaliyalar [inkişafqüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranısisteminin anadangəlmə anomaliyaları [inkişafqüsurları] => Q21 - Ürək ara…; Diaqnozun: Anadangəlmə ürək qüsuru. Tetrado-fallo (xx.xx.1990) tam korreksiya edilmişdir.M.A.Ç. subaortal plastika edilməsi. Ağ ciyər arteriyasının qapaq Valvilo. Ağ ciyərarteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ.;Meyar: 2.2dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklərnəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0, 113-113 .2, 120-125 ,… " səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. GəncəAkademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X3: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları=> Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] =>Q21 - Ürək ara…; Diaqnozun mətni Fallotetradası, Anadangəlmə ürək qüsuru.Tetrado-Fallo (xx.xx.1990) korreksiyasından sonrakı vəziyyət. M.A.Ç. subaortal plastika edilməsi.Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mitral vəüçtaylı qapaqların eyni zamanda zədələnmələri, MÇ İ dərəcə.TrÇ İ dərəcə. Ağciyər-ürəkçatmamazlığının digər formaları, PA stenozu. Ürək ritminin digər pozğunluqları, Mədəcik ekstrasistoliyası Laun 2. Hiss dəstəsinin sağ ayağcığının blokadası, Hiss dəstəsinin sağayaqcığının tam blokadası. Ürək çatmamazlığı, QDÇ İİ dərəcə. Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xr. hepatit. Mədəaltı vəzinin digər xəstəlikləri, Xr. pankreatit.;Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması -Səbəb: Əlavə müalicə-ixtisaslaşmış bərpa müalicəsi davam etsin" səbəbi ilə imtina edilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: AÜQ: Follo-Tetradası cərrahi korreksiyadan sonrakı vəziyyət (1990).Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əliliyintəyini üçün müalicə müddəti yetərli deyil.Son illərdə müalicəsi yoxdur.Əlavə müalicəyə ehtiyacı vardır." səbəbi ilə imtina edilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: Fallo tetradası,AÜQ-Fallo-tetradası cərrahi korreksiyadasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb:İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var" səbəbi ilə imtina edilmişdir.Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacı var” səbəbi ilə imtina qərarı qəbul edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1744/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.

17. Məhkəmə mövqeyini “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamənin, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə X9 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: "Ümumi xəstəlik","X3: XVİİ Sinif Anadangəlmə anomaliyalar [inkişafqüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranısisteminin anadangəlmə anomaliyaları [inkişafqüsurları] => Q21 - Ürək ara…; Diaqnozun: Anadangəlmə ürək qüsuru. Tetrado-fallo (xx.xx.1990) tam korreksiya edilmişdir.M.A.Ç. subaortal plastika edilməsi. Ağ ciyər arteriyasının qapaq Valvilo. Ağ ciyərarteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ.;Meyar: 2.2dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklərnəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0, 113-113 .2, 120-125 ,… " səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. X9 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X3: XVİİ Sinif -Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları=> Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] =>Q21 - Ürək ara…; Diaqnozun mətni Fallotetradası, Anadangəlmə ürək qüsuru.Tetrado-Fallo (xx.xx.1990) korreksiyasından sonrakı vəziyyət. M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mitral vəüçtaylı qapaqların eyni zamanda zədələnmələri, MÇ İ dərəcə.TrÇ İ dərəcə. Ağciyərürəkçatmamazlığının digər formaları, PA stenozu. Ürək ritminin digər pozğunluqları, Mədəcik ekstrasistoliyası Laun 2. Hiss dəstəsinin sağ ayağcığının blokadası, Hiss dəstəsinin sağayaqcığının tam blokadası. Ürək çatmamazlığı, QDÇ İİ dərəcə. Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xr. hepatit. Mədəaltı vəzinin digər xəstəlikləri, Xr. pankreatit.;Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması -Səbəb: Əlavə müalicə-ixtisaslaşmış bərpa müalicəsi davam etsin" səbəbi ilə imtina edilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: AÜQ: Follo-Tetradası cərrahi korreksiyadan sonrakı vəziyyət (1990).Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əliliyintəyini üçün müalicə müddəti yetərli deyil.Son illərdə müalicəsi yoxdur.Əlavə müalicəyə ehtiyacı vardır." səbəbi ilə imtina edilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: Fallo tetradası,AÜQ-Fallo-tetradası cərrahi korreksiyadasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb:İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var" səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacı var” səbəbi ilə imtina qərarı qəbul edilmişdir. Xəstəlik, zədə, çatışmazlıqdan irəli gələn orqanizmin qan dövranının davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Pataloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, pataloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması eyni zamanda iddiaçıda göstərilən hallar 31 faizdən aşağı səviyyədə olduğu üçün əlillik təyinatına əsas olmamışdır.

b) apellyasiya icraatı iştirakçılarının izahatları.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır

24. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

25. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.

29. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ilkin olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək üçüncü dərəcə əlillik, xx.xx.2011-ci il tarixli müayinə aktı əsasında isə “Anadangəlmə ürək qüsuru. Tetrada-fallo. Mədəciklərarası çəpərin subaortal plastika edilməsi. Ağciyər arteriyasının stenozu” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

30. Daha sonra İddiaçı əlillik vəziyyətinə X9 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Əsas diaqnoz - Q24 - Ürəyin digər anadangəlmə inkişaf qüsurları. Anadangəlmə ürək qüsuru. Tetrado fallo (xx.xx.1990) tam korreksiya edilmişdir. M.A.Ç subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası; Ağırlaşma - İ49.3 – Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası. Laun 4; Ağırlaşma - İ50 - Ürək çatmamazlığı İİ mərhələ; Ağırlaşma - Q24.3 - Ağciyər arteriyası qapağının qıfabənzər stenozu. Ağciyər arteriyasının stenozu” səbəbi ilə xx.xx.2017-ci il tarixdən beş il müddətinə xx.xx.2022-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

31. Bundan sonra İddiaçı əlillik vəziyyətinə X9 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli, Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişləri əsasında baxılsa da, hər üç qiymətləndirmə zamanı əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir.

32. İddiaçı məhkəmədə tələb irəli sürərək ona 2-ci qrup əlillik dərəcəsinin verilməsi, yaxud 3-cü qrup ömürlük əlillik dərəcəsinin bərpa olunması, daha sonra məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmuş, hüquqi nəticə onunla əsaslandırılmışdır ki, iddiaçıya ikinci dərəcə əlillik təyin edilməzdən əvvəl onun “Anadangəlmə ürək qüsuru. Tetrada-fallo. Mədəciklərarası çəpərin subaortal plastika edilməsi. Ağciyər arteriyasının stenozu” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlilliyi mövcud olmuşdur ki, cavabdeh orqan ona ikinci dərəcə əlillik təyinatından imtina edəcəyi halda, müddətsiz üçüncü dərəcə əlilliyini saxlamalı idi.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır.

35. Belə ki, məhkəmə İddiaçı əlillik vəziyyətinə X9 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli, Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişlərin olmasına və iddiaçı tərəfindən yalnız sonuncu xx.xx.2022-ci il tarixli göndərişin mübahisələndirilməsinə diqqət yetirməmişdir.

36. Hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli göndərişin-imtinanın verilməsi zamanı qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

37. 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:

38. 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.

39. 3.2-ci bəndin əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

40. Göründüyü kimi iddiaçının göndərişlərdə əks olunmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da əlilliyin üçüncü dərəcəsinin müddətli təyin edilməsinə əsasdır.

41. X9 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişində İddiaçı əvvəlki illərdə olan müayinə-müayinələrlə yanaşı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X6 stasionar müalicədə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı Akad.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda müayinədə, xx.xx.2022-ci il tarixdə həkim (terapevt, kardioloq, ümumi cərrah) və instrumental (EXQ,USM, ExoKQ, döş qəfəsinin rentgenoskopiya), laboratoriya (qanda şəkər, qanın ümumi analizi, sidiyin analizi) müayinələrində olduğu qeyd edilmişdir.

42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T304/2023 nömrəli ekspert rəyi qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Tibb müəssisinin tərtib etdiyi göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin hazırkı vəziyyətinə uyğun olmuşdur. Belə ki, həmin diaqnozlar şəxsin əyani müayinəsi zamanı KTM göndərilərkən instrumental müayinələrin nəticələri ilə öz təsdiqini tapmışdır. Xəstəliklər tam sağalmırlar, kəskinləşərkən qeydiyyatda olduğu yerdə öz həkimlərində müayinə və müalicəyə cəlb olunurlar. Rəyin tədqiqat hissəsində göstərilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən nəticə onun KTM-də instrumental müayinələri ilə də təsdiq olundu.

43. Əldə edilmiş tibbi rəylə iddiaçının qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozların onun anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulduğu, müalicə tədbirlərinin xəstəliyin dinamikasına uyğun aparıldığı və iddiaçının hazırda “Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ” xəstəliklərindən əziyyət çəkdiyi öz təsdiqini tapmışdır.

44. İddiaçıya təyin edilmiş xəstəlik- Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ xəstəlik sonuncu qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş edilmiş xəstəliklərə dair siyahıda 2.2.1 indeksi altında qeyd edilmiş və orqanizmin funksiyasının 35-60 faiz ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda qeyd edilmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cari xəstəliyi ona üçüncü qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1744/2023 nömrəli qərarı qismən-İddiaçı müddətsiz əlilliyin təyin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1744/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar