Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-706/2025 07.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı X2 nümayəndəsi İddiaçı iştirakı ilə, “əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2567/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X2 əlillik vəziyyəti 7AHWTYB0006 nömrəli göndərişə əsasən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ, funksional tutmalar, nitq Diaqnozun mətni: qüsuru, özünə xəsarət hərəkətləri ilə İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə. Miopiya, Hər iki gözün miopiyası” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
İşdə olan sənədlər:
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1861 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə X2 diaqnozu “Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalar, nitq qüsuru, özünə xəsarət hərəkətləri ilə. Barotravma (xx.xx.2020). İkitərəfli koxlear nevrit. İkitərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqini sağ qulaqda 2,5 (iki tam onda beş) metr, sol qulaqda 2 (iki) metr məsafədən eşitməsi ilə. Sağ ayağın qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi (xx.xx.2020) işlənməsindən sonrakı bərkimiş dəri çapığı’’. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Diaqnoz: “Gərginlik tip baş ağrısı. Vertebrogen mənşəli lumbalgiya, remissiya mərhələsində. Hər iki gözün miopiyası M 1,0D nəticəsində görmə itiliyinin 0,7-yə qədər azalması, korreksiya olmaqla”. “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən X2 diaqnozu XBT-10 üzrə kod F 07.0, əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğudur.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2832 nömrəli hərbi psixiatr komissiyasının rəyində X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu,dissosiativ daxilolmalar, funksional tutmalar,nitq qüsuru,özünə xəsarət hərəkətləri ilə F07.0 olması müəyyən edilmişdir.
5. Gəncə şəhər TTTYS -sı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2423 nömrəli məlumatdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə 1617-də, xx.xx.2026-cı il tarixli 2583 nömrəli məlumata əsasən isə xx.xx.2025-ci il tarixdə saat 2310-da xx.xx.2001-ci il təvəllüdlü X6 adına ünvan 1 ünvanına çağırış olmuş, ona dəqiqləşdirilməmiş qıcolma diaqnozu qoyulmuşdur.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2832 nömrəli hərbi psixiatr komissiyasının rəyində X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu,dissosiativ daxilolmalar, funksional tutmalar,nitq qüsuru,özünə xəsarət hərəkətləri ilə F07.0 olması müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Məhkəmə X1 publik hüququi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertiza Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 1461 saylı rəyinə əsasən X3 Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ, funksional tutmalar, nitq qüsuru, özünəxəsarət hərəkətləri ilə (F07.0) aşkar olunur. Belə ki, müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş “F07.0” diaqnozu öz təsdiqini tapır.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 33/8 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X3 Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ, funksional tutmalar, nitq qüsuru, özünəxəsarət hərəkətləri ilə (F07.0) aşkar olunur. Belə ki, müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş “F07.0” diaqnozu öz təsdiqini tapır.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin X5 rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət keçmişdir. Həqiqi hərbi xidməti 44 gün davam edən Vətən müharibəsi dövrünə təsadüf edib. Vətən müharibəsi veteranıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Müharibə veteranı” adına və “Vətən müharibəsi iştirakçısı”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavənd azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Zəgilanm azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Müharibənin qurtarmasına baxmayaq, düşmən təxribatı davam etmiş və bunun qarşısının alınması məqsədi ilə, hərbi xidmətinin başa çatmasına baxmayaraq, müddətdən artıq xidmət etmişdir. xx.xx.2021-ci ildə hərbidən tərxis olunmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda gedən döyüşlər zamanı döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Barotravma. Kəskin stress posuntusu” xəsarətini almışdır, (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2021 -ci il tarixli 1754 nömrəli travma haqqında arayış). İlk tibbi yardım göstərildikdən sonra Xocavənd RMX-na, oradan Qəbələ Modul tipli Xəstəxanaya təxliyə olunmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Qəbələ Modul tipli Xəstəxanada “Barotravma. Kəskin stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 147 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2020- ci il tarixədək N nömrəli hərbi hissədə “Şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: köçürmə epikrizi) xx.xx.2020-Qəbələ Modul tipli Xəstəxanada, xx.xx.2020-xx.xx.2020 - N nömrəli hərbi hissədə, xx.xx.2020-xx.xx.2020 - SQ BKH-da, xx.xx.2020-xx.xx.2020 - Şirvan SMX-da, xx.xx.2021-xx.xx.2021 - N nömrəli hərbi hissədə, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022 - X7 Xəstəxanasında, xx.xx.2023-xx.xx.2023 - SN Respublika Psixiatriya Xəstəxanasında; 30.06.202 -Gəncə Şəhər Psixiatriya Xəstəxanasında, xx.xx.2023 - SN Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2024- 13.02.2.024 - SN X7 Xəstəxanasında. xx.xx.2024 - MN MHP-da, xx.xx.2024 -Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicə olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Sağ ayağın qəlpə yaras xəsarəti' almışdır (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2021 -ci il tarixli 171 nömrəli travma haqqında arayış). xx.xx.2020- xx.xx.2020-ci il tarixədək Şirvan ŞMX-da “Sağ ayağında qəlpə yarası” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: ******* nömrəli xəstəl tarixindən çıxarış). xx.xx.2020-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək 15 (on beş) gün müddətinə məzuniyyət verilmişo (əsas: 1330 nömrəli arayış). xx.xx.2021xx.xx.2021 -ci il tarixədək N nömrəli hərbi hissədə “Sağ ayağın alt səthinin infeksiyalaşmış qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozu ilə stasiom müalicədə olmuşdur (əsas: çıxarış epikrizi). xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyat buraxılmışdır. xx.xx.2024cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar funksional tutmalar, nitq qüsuru, özünə xəsarət hərəkətləri ilə F 07,0” diaqnozu təyin olunub (əsas 3167 nömrəli tibbi rəy). xx.xx.2024- xx.xx.2024-cü il tarixədək SN Gəncə Şəhər Psixiatriya Xəstəxanasında “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşduı (əsas: 11945671 nömrəli xəstəlik tarixindən çıxarış). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzre Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon rayon şöbəsinin rəisi tərəfindən xəstəliyin səbət əlaqəsinin təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKFİ-da baş psixiatr ilə konsultasiya olunmuşdur. xx.xx.2024- cü il tarixli 12 saylı göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikaslnln hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmişdir.
11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 09 sentyabr 2024-cü il qərarının ləğv edilməsini və X4 müvafiq əlillik dərəcəsinin təyin olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2567/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2–ci bəndində intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2832 nömrəli hərbi psixiatr komissiyasının rəyi və Məhkəmə X1 publik hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertiza Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 1461 saylı rəyi ilə iddiaçının özünəxəsarət hərəkətlərinin olması müəyyən olunur. Göründüyü kimi, iddiaçıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2–ci bəndində qeyd olunmuş halın mövcud oludğu müəyyən olunur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2567/2025, saylı, 01 oktyabr 2025-ci il tarixli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 15 . Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Qeyd edilmişdir ki, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. İddiaçıya məxsus forma 88 göndərişdə ağırlaşmalar və ya digər yanaşı xəstəliklər qeyd edilməmişdir. İntellektual-amnestik pozuntuların təzahür dərəcəsi isə yüngül olaraq qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, özünün onkoloji xəstəlikdən əziyyət çəkidiyini, nümayəndəsi olduğu oğlunun isə xəstəlyinin daha da artdığını, cəmiyyətdən tamamilə təcrid olunduğunu bildirdi.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti- 65-80% - 2 il
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin hallarından görünür ki, X2 əlillik vəziyyəti Müəssisəsinin 7AHWTYB0006 nömrəli göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ, funksional tutmalar, nitq Diaqnozun mətni: qüsuru, özünə xəsarət hərəkətləri ilə İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə. Miopiya, Hər iki gözün miopiyası” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəməyə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu F 07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində stasionar müalicə almışdır. Bütün bunlara baxmayaraq, X2 əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, qiymətləndirmə zamanı diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir.
26. İşdə olan Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, X2 diaqnozu XBT-10 üzrə kod F 07.0, əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğudur.
27. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2832 nömrəli hərbi psixiatr komissiyasının rəyində X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu,dissosiativ daxilolmalar, funksional tutmalar,nitq qüsuru,özünə xəsarət hərəkətləri ilə F07.0 olması müəyyən edilmişdir.
28. Gəncə şəhər TTTYS -sı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2423 nömrəli məlumatdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə 1617-də, xx.xx.2026-cı il tarixli 2583 nömrəli məlumata əsasən isə xx.xx.2025-ci il tarixdə saat 2310-da xx.xx.2001-ci il təvəllüdlü X6 adına ünvan 1 ünvanına çağırış olmuş, ona dəqiqləşdirilməmiş qıcolma diaqnozu qoyulmuşdur.
29. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2832 nömrəli hərbi psixiatr komissiyasının rəyində X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalar, nitq qüsuru, özünə xəsarət hərəkətləri ilə F07.0 olması müəyyən edilmişdir.
30. Məhkəmə X1 publik hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertiza Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 1461 saylı rəyinə əsasən, X3 Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ, funksional tutmalar, nitq qüsuru, özünəxəsarət hərəkətləri ilə (F07.0) aşkar olunur. Belə ki, müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş “F07.0” diaqnozu öz təsdiqini tapır.
31. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 33/8 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X3 Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində dissosiativ, funksional tutmalar, nitq qüsuru, özünəxəsarət hərəkətləri ilə (F07.0) aşkar olunur. Belə ki, müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş “F07.0” diaqnozu öz təsdiqini tapır.
32. Yuxarıda sadalanan sənədlərə və hazırki qərarın 21-ci bəndində qeyd olunan normalara əsasən iş materiallarına əlavə edilmiş 7AHWTYB0006 nömrəli göndəriş üzrə “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ, funksional tutmalar, nitq Diaqnozun mətni: qüsuru, özünə xəsarət hərəkətləri ilə İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə. Miopiya, Hər iki gözün miopiyası” diaqnozu iddiaçının qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar müəyyən edilməsinə əsas verir.
33. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgündür. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1861 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə X2 diaqnozu “Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalar, nitq qüsuru, özünə xəsarət hərəkətləri ilə. Barotravma (xx.xx.2020). İkitərəfli koxlear nevrit. İkitərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqini sağ qulaqda 2,5 (iki tam onda beş) metr, sol qulaqda 2 (iki) metr məsafədən eşitməsi ilə. Sağ ayağın qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi (xx.xx.2020) işlənməsindən sonrakı bərkimiş dəri çapığı’’. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Diaqnoz: “Gərginlik tip baş ağrısı. Vertebrogen mənşəli lumbalgiya, remissiya mərhələsində. Hər iki gözün miopiyası M 1,0D nəticəsində görmə itiliyinin 0,7-yə qədər azalması, korreksiya olmaqla”. “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.
34. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
35. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
36. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
37. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
38. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
39. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2567/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov