Məhkəmə qərarları › İş №2-1(104)-708/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-708/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-708/2024 31.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2289/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(052)-2/2024 saylı qərarı ilə müəyyən edilir ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdığından, sonuncu zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cavabdehin 21 fevral 2024-cü il tarixli əmrdə çıxarışı ilə müəyyən edilir ki, Nazirliyin sərəncamında olan daxili xidmət mayoru İddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi barədə əmr verilmişdir, əsas qismində Naftalan Şəhər Məhkəməsinin 25 yanvar 2024-cu ıl tarixli 1 (052)-2/2024 nömrəli Qərarına əsasən Nazirliyin sərəncamında olan daxılı xidmət mayoru İddiaçı tərəfindən Azərbaycan Respublikası CM-ın 178.2.2-cı və 178 2 3-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədildiyi sübuta yetirilmiş, bununla da o, ‘Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10. 0.10-cu və 11.2.1-ci maddələrinin və Cavabdeh 30 dekabr 2007-ci ıl tarixli 140 nömrəli Əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları işçilərınin etik davranış Qaydalarının tələblərini pozaraq, xidmətlə bir araya sığmayan hərəkətlərə yol vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı cavabdeh tərəfindən onun barəsində verilmiş müvafiq əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə qaytarılması və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Cavabdeh X2 Xidmətinin Naftalan şəhər X2 Hisəsinin rəisi vəzifəsində işləmiş, işlədiyi müddət ərzində bir çox şəxslərə köməklik götərmiş, lakin həmin şəxslər ona məlum olmayan səbəbdən onun barəsində etdiyi şikayət ərizələri istintaq orqanı tərəfindən araşdırmış, əsassız olaraq ona ittiham elan edilmiş və barəsində toplanmış cinayət işi Naftalan şəhər Məhkəməsinə göndərilmiş, məhkəmədə isə o, məsuliyyətdən azad olunaraq barəsində olan cinayət işinə xitam verilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsindən görünür ki, sərəncamda olma müddəti maksimum 6 ay ola bilər. Bundan başqa həmin maddənin 3-cü bəndinə görə “Fövqəladə hallar orqanlarının vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıİmış əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxılır. Göründüyü kimi Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunun tələbləri pozularaq ona qarşı qanunsuzluq olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0333/Ş nömrəli əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə qaytarılması və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0333/Ş nömrəli əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə qaytarılması və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2289/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli, 0333/Ş nömrəli əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə qaytarılması və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi tələbinə iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 16 fevral 2024-cü il tarixli 3- 18/3-16- 502/2024 nömrəli təqrir və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(052)- 2/2024 saylı qərarı ilə də müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.23-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdığından, sonuncu zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Odur ki, məhkəmə iddianı əsaslı hesab etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2289/2024 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qərarını nəzərə almamışdır. Yəni, həmin qərarda da göstərilir ki, İddiaçı əməlində cinayət tərkibi müəyyən etmək mümkün olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə olaraq birinci instansiya məhkəməsi Naftalan Şəhər Məhkəməsinin qərarının üzərindən sükütla keçərək obyektiv qərar qəbul edə bilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərə qərarda düzgün münasibət bildirməməklə bir daha sübut edir ki, məhkəmə maddi və prosesual hüquq normalarına riayət etməmiş və nəticə etibarı ilə birtərəfli ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun:- Maddə 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Maddə 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Maddə 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. ... Maddə 10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə; ... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; ... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; .... Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: .... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; ... Maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. .... Maddə 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: .... 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; .... Maddə 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir. “Fövqəladə hallar orqanları işçilərinin etik davranış” Qaydaları:- 1.1. Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları (bundan sonra – Qaydalar) fövqəladə hallar orqanlarında çalışan işçilərin (bundan sonra - işçi) qulluq etikası və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. 1.2. Bu Qaydalar fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində çalışan işçilərə şamil edilir. ... 6.4. Etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 6.5. İşçinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 0333/Ş nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.10-cu və Cavabdeh 30 dekabr 2007-ci il tarixli 140 nömrəli Əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci, 31.1.8-ci və 31.5-ci maddələrinə uyğun olaraq fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməli, o əvvəlki işinə bərpa edilməli, itirilmiş illəri əmək stajına hesablanmalı və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ödənilmədir. Apellyasiya şikayətinin əsas dəlili kimi göstərilmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin iddiaçının əməlində cinayət tərkibi müəyyən etmək mümkün olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi qərarını və Naftalan Şəhər Məhkəməsinin qərarının nəzərə almamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(052)-2/2024 saylı qərarından müəyyən edilir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri X1 18 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(052)-2/2024 saylı qərarına əsasən, məhkəmə iclasında təqsirləndirilən şəxs İddiaçı ifadə verərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittihamlar ilə razıdır və özünü təqsirli bilir. Zərəçəkmiş şəxslərin hər birinə dəymiş maddi ziyanı tam şəkildə ödədiyindən onlarla barışmışdır. Bundan başqa dəymiş maddi ziyan məbləğinin 25 faizi miqdarında pul vəsaitini də, dövlət büdcəsinə ödəmişdir. İlk dəfə cinayət sayılan əməli törətməsini, səmimi peşman olmasını və zərərçəkmiş şəxslər ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməklə məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və Naftalan Şəhər Məhkəməsinin sözügedən qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən qərarla iddiaçı məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir, lakin məhkəmə kollegiyası bildirir ki, cinayət işi üzrə icraata bəraət verici əsaslarla xitam verilməmişdir. Həmçinin həmin cinayət işi üzrə iddiaçı özü də verdiyi ifadəsində ona qarşı verilmiş ittihamlarla razılaşmış, zərərçəkmiş şəxslərin hər birinə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək onlarla barışmış və dəymiş maddi ziyan məbləğinin 25 faizi miqdarında pul vəsaitini də dövlət budcəsinə ödədiyini bildirmişdir. AR İPM-nin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan da göründüyü kimi iddiaçının “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən inzibati tənbeh verilməsi üçün əsas olmuş hərəkətləri törətməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən də, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan əsaslarla iddiaçının fövqəladə hallar orqanlarından xaric edilməsinə dair verilmiş əmr qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2289/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar