Məhkəmə qərarları › İş №2-1(104)-71/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-71/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-71/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1852/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********06000 saylı “Vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1852/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin “Vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********906000 nömrəli və xx.xx.2022-ci il tarixli, **********473300 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-1852/2022 saylı qərarının ləğv edilməsi, "Vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********473300 nömrəli qərarın ləğv edilməsi hissəsində iddiaçının iddia tələbinin təmin edilməməsi və "Vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021ci il tarixli, **********906000 nömrəli qərarın ləğv edilməsi hissəsində isə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC dekorativ və tikinti daşlarının kəsilməsi, emalı və naxışlanması sahəsində fəaliyyət göstərən şirkətdir. İddiaçı öz fəaliyyəti ilə əlaqədar satıcı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqavilə əsasında həmin ilin iyun, iyul və avqust aylarında adıçəkilən şirkətdən dolğu materialı (qum və çınqıl qarışığı) almışdır. Lakin vergi orqanı 2021-ci ilin avqust ayında "xxxx" MMC ilə aparılan əməliyyatların riskli hesab olunması və həmin əməliyyatlar üzrə qaimələrin əvəzləşdirməyə əsas verməməsi səbəbi ilə bu qaimlərdəki məbləğlərin nəzərə alınmayacağı barədə vergi ödəyicisinə məktub göndərmişdir. Bundan sonra "xxxx" MMC "xxxx" MMC ilə həyata keçirdiyi əməliyyatları təsdiq edən bütün sənədləri (müqavilələr, qaimələr və s.) cavabdehə təqdim edərək adı çəkilən şirkətlə aparılan əməliyyatlar üzrə qaimələrin əvəzləşdirmədə nəzərə alınmasını xahiş etmişdir. Buna baxmayaraq cavabdeh müvafiq əməliyyatları yenə də nəzərə almamış, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı barəsində kameral vergi yoxlaması nəticəsində 26.060,61 manat əlavə vergi hesablamış və iddiaçının "xxxx" ASC-nin və "X7 Azərbaycan" QSC-nin Nərimanov filiallarında olan ƏDV depozit hesabları üzərinə sərəncam qoymuşdur. İddiaçı 2022-ci ilin fevral ayında onun barəsində qəbul edilmiş "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması" haqqında 22 noyabr 2022-ci il tarixli, **********906000 nömrəli qərardan şikayət verərək əməliyyatların tarixlərini və təqdim olunan sənədləri nəzərə almaqla uyğunsuzluqların aradan qaldırılmasını, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini və hesablanmış vergilərin silinməsini cavabdehdən xahiş etmişdir. Həmin şikayətə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, " … cəmiyyət tərəfindən əldə edilmiş EBBG seriyalı 881043 nömrəli, EBBH seriyalı 118251 nömrəli və EBBF seriyalı 949073 nömrəli elektron qaimə- fakturalar riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim edildiyi üçün qeyd edilən elektron qaimə-fakturalar üzrə əvəzləşdirmə aparıla bilməz. Əvvəla, "xxxx" MMC bu günədək heç bir şirkətlə, o cümlədən "xxxx" MMC ilə riskli əməliyyat aparmamışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 3.1-ci bəndinə görə vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. Göründüyü kimi, əməliyyat o halda riskli hesab edilir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, yaxud da aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə malların təqdim edilməsi halı aşkar olunsun. Hazırki işdə isə bu halların heç biri müəyyən olunmur. Belə ki, yuxarıda qeyd edildiyi kimi 2021-ci ilin iyun, iyul və avqust ayları ərzində "xxxx" MMC ilə aparılan əməliyyatlar real əməliyyatlar olmuş, adıçəkilən şirkətdən müqavilə əsasında hazır dolğu materialları (qum və çınqıl qarışığı) alınmış və alınan malın dəyəri satıcıya ödənilmişdir. Vergi orqanı bu əməliyyatları riskli əməliyyat hesab etsə də, həmin əməliyyatların riskli hesab olunmasına əsas olan və Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında göstərilən iki haldan məhz hansını aşkarlamasını öz qərarında qeyd etməmiş və mövqeyini əsaslandırmamışdır. Həmçinin vergi orqanı iddiaçının müvafiq qaimələr əsasında apardığı əvəzləşdirməni qəbul etməməsini ilk başda (xx.xx.2021-ci il tarixli qərar) həmin qaimələr üzrə edilən əməliyyatların riskli əməliyatlar olması ilə, daha sonra (xx.xx.2022- ci il tarixli məktub) mövqeyini dəyişərək bu qaimələrin riskli vergi ödəyicisi tərəfindən təqdim edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı "Metan Ticarət və Tikinti” MMC iddiasını əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən əməliyyatların Meyarları"nın 3.1.1- ci və 3.1.2-ci maddələrinə istinad edərək "Faborlik” MMC ilə "xxxx" MMC arasında aparılan alqısatqı əməliyyatlarının həmmaddələrdə göstərilən əlamətlərə malik olmadığını qeyd etmiş və göstərmişdir ki, 2021-il iyun, iyul və avqust ayları ərzində "xxxx" MMC ilə aparılan əməliyyatlar real əməliyyatlar olmuş, adıçəkilən şirkətdən müqavilə əsasında hazır dolğu materialları (qum və çınqıl qarısığı) alınmış və alınan malın dəyəri satıcıya ödənilmişdir. Vergi orqanı bu əməliyyatlan riskli əməliyyat hesab etsə də, həmin əməliyyatların riskli hesab olunmasına əsas olan və Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında göstərilən haldan məhz hansının aşkarlanmasını öz qərarında qeyd etməmiş və mövqeyini əsaslandırılmamışdır. İddiaçının bu mövqeyi ilə bağlı bildirilir ki, Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********702300 nömrəli qərarda "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsinə səbəb olan hallar aydın şəkildə göstərilmişdir. Belə ki, qərarda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən 985.331 manat dəyərində, 48.668 kub metr 12.524 ton "qum, çınqıl, atsep, hazır dolğu materialı (qum və çınqıl qarışığı)" təqdim edilməsinə baxmayaraq, vergi ödəyicisinin alışında yalnız 4.820 kubmetr "qum, çınqıl" və 45 ton "atsep" müəyyən olunmuşdur. Həmçinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfinən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən "xxxx"-nın "X4" ASC tərəfindən"xxxx" MMC-yə icarəyə verilmədiyi, faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən karxanadan istifadə hüququ olmadığı və istifadə etmədiyi aşkar olunmuşdur. Yəni, faktiki olaraq "xxxx" MMC tərəfindən özünün qum və çınqıl istehsalı ilə məşğul olduğu görüntüsü yaratmaq üçün "X4" ASC-dən karxana icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə muqaviləsi tərtib etməklə vergi orqanında karxana tipli təsərrüfat subyektini uçota qoyduğu tam subuta yetirilmişdir. Bununla bağlı diqqət edilməli məqamlardan biri ondan ibarətdir ki, 14 sayll ərazi Vergilər İdarəsi tərəfinən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i unvanında yerləşən "xxxx"-nın "X4"xxxx"Fabrolik TİKİNTİ MMC-yə icarəyə verilmədiyi və bu barədə "X4" ASC-nin rəhbərinin də təsdiq etdiyi xx.xx.2021-ci il tarixli aktın tərtib edildiyi gün "xxxx" MMC tərəfindən voranına ərizə təqdim edilərək sözügedən təsərrüfat subyekti (karxana) ləgv edilmişdir. Yəni saxtakarlığın aşkar olunduğunu görən "xxxx" MMC saxtalaşdırılmış sənədlərlə vergi orqanında uçota alınmış təsərrüfat subyektini (karxananı) ləğv etmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən 2021-ci il ərzində alınmış qum çınqılın həcminin 4820 kubmetr olduğu, təkcə İddiaçı MMC-yə 2021-ci ilin iyun-avqust ayları ərzində təqdim etdiyi qum-çınqılın həcminin isə 26333 kub metr olduğu müəyyən edilmişdir. Bu isə, "xxxx" MMC ilə İddiaçı MMC arasında əmtəəsiz əməliyyatlar aparıldığı, süni şəkildə xərc sənədləri tərtib edildiyini sübut etmişdir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2021-ci il tarixli **********702300 nömrəli qərarda həmin qərarın qəbul edilməsinə səbəb olan qanunvericilik normaları göstərilmiş və qərar sübutlarla əsaslandırılmış, həmçinin "xxxx" MMC ilə İddiaçı MMC arasında ən azı 26333-4820=21513 kub metr qum-çınqıla münasibətdə əmtəəsiz əməliyyatlar aparıldığı öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən barəsində qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2021-ci il tarixli **********702300 nömrəli qərardan şikayət verilməmişdir. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayının alavə dəyər vergisi (ƏDV) bəyannaməsi xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə isə 2021-ci ilin iyun ayı üzrə dəqiqləsdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. İddiaçının riskli vergi ödəyicisi ilə əmtəəsiz əməliyyatlar aparması barədə araşdırma isə 2021-ci ilin sentyabrn 20-də yekunlaşaraq "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2021- ci il tarixli **********702300 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayının dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, həmin bəyannamənin kameral qayadada yoxlanması üçün müəyyən edilmiş 30 iş günü müddət xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Həmin tarixdə isə "xxxx" MMCnin həyata keçirdiyi əməliyyatların riskli vergi ödəyicisinin meyarlarına cavab verməsi, həmçinin "xxxx" MMC ilə İddiaçı MMC arasında rəsmiləşdirilmiş əməliyyatların əmtəəsiz əməliyyatlar olması istiqamətində aparlan vergi nəzarəti tədbirləri yekunlaşmadığından 2021-ci ilin iyun ayı üzrə kameral qaydada əlavə hesablamanın aparılması mümkün olmamışdır. 2021-ci ilin iyul və avqust aylarının bəyannamələrinin kameral yoxlanması zamanı isə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə əvəzləşdirmələr nəzərə alınmamış və 2021-ci ilin iyul ayı üzrə 19957.94 manat əlavə ƏDV məbəginin hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********660400 nömrəli, 2021-ci ilin avqust ayı üzrə isə vergi ödəyicisi tərəfindən sonuncu təqdim edilmiş xx.xx.2022-ci il tarixli bəyannamənin kameral yoxlanması nəticəsində 39550.32 manat məbləğində ƏDV hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********978700 nömrəli qərarlar qəbul edilmişdir. Göründüyü kimi iddiaçının 2021-ci ilin iyul ayı üzrə əməliyyatlarının vergi orqanı tərəfindən riskli və ya əmtəəsiz hesab edilməməsi barədə iddiası həqiqətə uyğun deyildir. 2021-ci ilin iyun ayı üzrə isə ƏDV üzrə əvəzləşmələrin vergi orqanı tərəfindən nəzərə alınması və sonradan əlavə hesablamanın aparılmaması yuxarıda göstərdiyimiz kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral yoxlamanın keçirilməsi üçün nəzərdə tutulmuş müddətin 30 iş günü ilə məhdudlaşdırılması və həmin 30 iş günü müddətin başa çatdığı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin əməliyyatlarının riskli və əmtəəsiz əməliyyatlar olmasının müəyyən edilməsi istiqamətində vergi orqanının nəzarət tədbirlərinin başa çatmaması səbəbindən olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İş materiallarında olan: - İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə bir il müddətinə (xx.xx.2022-ci il tarixədək) 210621 nömrəli müqavilə imzalanmışdır. - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********702300 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - “Vergi, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********906000 nömrəli və xx.xx.2022-ci il tarixli, **********473300 nömrəli qərərarların təsdiq edilmiş surətindən görünür ki, 26.060,61 manat və 52.114,54 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə bağlı bildirmişlər ki, məhkəmə tərəfindən cavabdehin etirazında göstərilən və iş üçün əhəmiyyətli olan hallar ümumiyyətlə araşdırılmamış, həmin hallara heç bir münasibət bildirilməmişdir. Belə ki, etiraza əlavə olunmuş, X4 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008 nömrəli icarə müqaviləsinə istinad edən məhkəmə nədənsə həmin müqavilənin saxtalaşdırılmış icarə müqaviləsi olması barədə cavabdeh tərəfindən təqdim olunmuş etirazda göstərilən xüsusatları və əlavə olunmuş sübutları görməzdən gələrək həmin müqaviləyə mötəbər sənəd kimi yanaşmışdır. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfinən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən "xxxx"-nın "X4"xxxx"xxxx" MMC-yə icarəyə verilmədiyi, faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən karxanadan istifadə hüququ olmadığı və istifadə etmədiyi aşkar olunmuşdur (müvafiq akt və izahat etiraza əlavə olunmuşdur). Yəni, faktiki olaraq "xxxx" MMC tərəfindən özünün qum və çınqıl istehsalı ilə məşğul olduğu görüntüsü yaratmaq üçün "X4" ASCdən karxana icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında karxana tipli təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. Bununla bağlı diqqət edilməli məqamlardan biri ondan ibarətdir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfinən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən "xxxx"nın "X4"xxxx"xxxx" MMC-yə icarəyə verilmədiyi və bu barədə "X4" ASC-nin rəhbərinin də təsdiq etdiyi xx.xx.2021-ci il tarixli aktın tərtib edildiyi gün "xxxx" MMC tərəfindən vergi orqanına ərizə təqdim edilərək sözügedən təsərrüfat subyekti (karxana) ləğv edilmişdir. Yəni, saxtakarlığın aşkar olunduğunu görən "xxxx" MMC saxtalaşdırılmış sənədlərlə vergi orqanında uçota alınmış təsərrüfat subyektini (karxananı) ləğv etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli, 008 nömrəli icarə müqaviləsinin surəti "xxxx" MMC tərəfindən skaner olunmuş pdf formatında təsərrüfat subyektinin vergi uçotuna alınması haqqında xx.xx.2021-ci il tarixli elektron ərizəsinə qoşma şəklində yüklənərək vergi orqanına təqdim edilmişdir. Bir halda ki, məhkəmə tərəfindən həmin icarə müqaviləsinə mötəbər sənəd kimi istinad edilir, onda həmin müqavilənin əsli müqaviləni vergi orqanının internet vergi idarəsi vasitəsi ilə elektron qaydada təqdim etmiş "xxxx" MMC-dən tələb edilməli idi. Çünki, həmin müqavilənin saxtalaşdırılmış müqavilə olması cavabdehin etirazında göstərilmiş və bunu təsdiq edən sübut - yəni, sözügedən icarə müqaviləsində obyekti icarəyə vermiş kimi göstərilən "X4" ASC-nin rəhbərinin də təsdiq etdiyi xx.xx.2021-ci il tarixli aktda və onun vergi orqanına verdiyi yazılı izahatında "xxxx" MMC ilə heç bir icarə müqaviləsinin bağlanmadığını, "xxxx" MMC-nin onlara məxsus təsərrüfat subyektində heç bir istehsal fəaliyyəti ilə məşğul olmadığını göstərmiş, həmin gündə də "xxxx" MMC saxtalaşdırılmış sənədlər əsasında vergi orqanında qeydiyyata alınmasına nail olduğu obyekti ləğv etmişdir. İddia tələbini təmin etmiş 1-ci instansiya məhkəməsi isə yuxarıda göstərdiyimiz xüsusatlara heç bir münasibət bildirməmiş, mötəbər sübut kimi qiymətləndirdiyi icarə müqaviləsinin əslini iddiaçıdan tələb etməmişdir. Hesab edirlər ki, iş materiallarında rəsmi sənədin saxtalaşdırılmasına kifayət qədər əsaslı şübhələr yaradan sübutlar mövcuddur və bu hal məhkəmə tərəfindən araşdırılmalıdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdıqmağı zəruri hesab edirlər ki, "xxxx" MMC tərəfindən 2021-ci il ərzində alınmış qum çınqılın həcminin 4820 kubmetr olduğu, təkcə İddiaçı MMC-yə 2021-ci ilin iyun-avqust ayları ərzində təqdim etdiyi qum-çınqılın həcminin isə 26333 kub metr olduğu müəyyən edilmişdir. Bu isə, "xxxx" MMC ilə İddiaçı MMC arasında əmtəəsiz əməliyyatlar aparıldığı, süni şəkildə xərc sənədləri tərtib edildiyini sübut etmişdir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Prosessaul Məsələlər İş üzrə İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə gəlməyən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Verilmiş iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 15.2.1-ci maddəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentləri inzibati orqan kimi müəyyən olunmuşdu. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Verilmiş iddia mübahisələndirmə iddiası olmaqla, Azərbaycan Respublikası İPMnin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə qaydasında baxılan iddia növüdür. Azərbaycan Respublikası İPM-nin 32.1-ci maddəsində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsində göstərilmişdir ki, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi üçün həyata keçirilən vergi nəzarəti forması operativ vergi nəzarətinə aid edilmişdir. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsində qeyd olunmuşdur ki, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. (Vergi Məcəlləsinin 50.5 və 50.6-cı maddələri) İş materialları ilə müəyyən edilir ki, Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********702300 nömrəli qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edildiyi 14 saylı Ərazi Vergilər İdarəsi tərəfinən keçirilən OVN zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən "xxxx"-nın X4 ASC tərəfindən Fabrolik Tikinti" MMC-yə icarəyə verilmədiyi, faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən karxanadan istifadə hüququ olmadığı və istifadə etmədiyi aşkar olunmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə ünvanlanış xx.xx.2022-ci il tarixli etiraz məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 008 nömrəli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X4 ASC-nin rəhbəri tərəfindən ünvan 1ində yerləşən 10 ha torpaq sahəsinə dair 5 il müddətinə "xxxx" MMC-nin rəhbərinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh orqanının mövqeyi əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş "vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********702300 nömrəli qərarından göründüyü kimi "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir, yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alqı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarının 1.3-cü bəndinə görə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Qərarın 1.4-cü bəndinə görə Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Qeyd olunan normaların tələbləri baxımından nəzərə almaq lazımdır ki, "xxxx" MMC ilə alqı-satqı əməliyyatlarını həyata keçirərkən adıçəkilən şirkət hələ riskli vergi ödəyicisi hesab edilmədiyi və beləliklə də bu barədə İnternet Vergi İdarəsi portalında xəbərdarlıq xarakterli bildiriş olmadığına görə iddiaçının belə vəziyyəti müəyyən etmək imkanı olmamışdır. Belə bir qeyrimüəyyənliyə görə isə hüquqi şəxsin məsuliyyətindən söhbət gedə bilməz. Əks yanaşma hüquqi müəyənlik prsipinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Kameral vergi yoxlaması keçirilməsinin hüquqi əsasları barədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsində deyilir ki, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. İş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən 2021-ci ilin iyun ayının dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, həmin bəyannamənin kameral qayadda yoxlanması üçün müəyyən edilmiş 30 iş günü müddət xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Həmin tarixdə isə "xxxx" MMC-nin həyata keçirdiyi əməliyyatların riskli vergi ödəyicisinin meyarlarına cavab verməsi, həmçinin "xxxx" MMC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş əməliyyatların əmtəəsiz əməliyyatlar olması istiqamətində aparılan vergi nəzarəti tədbirləri yekunlaşmadığından 2021-ci ilin iyun ayı üzrə kameral qaydada əlavə hesablamanın aparılması mümkün olmamışdır. 2021-ci ilin iyul və avqust aylarının ƏDV bəyannamələrinin kameral yoxlanması zamanı isə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə əvəzləşdirmələr nəzərə alınmamış və 2021-ci ilin iyul ayı üzrə 19957.94 manat əlavə ƏDV məbləğinin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********660400 nömrəli, 2021-ci ilin avqust ayı üzrə isə vergi ödəyicisi tərəfindən sonuncu təqdim edilmiş xx.xx.2022-ci il tarixli ƏDV bəyannaməsinin kameral yoxlanması nəticəsində 39550.32 manat məbləğində ƏDV hesablanması barədə xx.xx.2022-ci il tarixli **********978700 nömrəli qərarlar qəbul edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddiaçının 2021-ci ilin iyul ayı üzrə əməliyyatlarının vergi orqanı tərəfindən riskli və ya əmtəəsiz hesab edilməməsi barədə qərarında göstərdikləri əsaslı deyildir. Beləliklə də, qərar qəbul olunan zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Bundan başqa X4 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008 nömrəli icarə müqaviləsinə istinad edən birinci instansiya məhkəməsi həmin müqavilənin saxtalaşdırılmış icarə müqaviləsi olması barədə cavabdeh tərəfindən təqdim olunmuş etirazda göstərilən xüsusatlara və əlavə olunmuş sübutlara nəzər yetirmədən həmin müqaviləyə mötəbər sənəd kimi yanaşmışdır. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfinən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən "xxxx"-nın "X4"xxxx"xxxx" MMC-yə icarəyə verilmədiyi, faktiki olaraq "xxxx" MMC-nin qeyd edilən karxanadan istifadə hüququ olmadığı və istifadə etmədiyi aşkar olunmuşdur (müvafiq akt və izahat etiraza əlavə olunmuşdur). Yəni, faktiki olaraq "xxxx" MMC tərəfindən özünün qum və çınqıl istehsalı ilə məşğul olduğu görüntüsü yaratmaq üçün "X4" ASC-dən karxana icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında karxana tipli təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan "X4" ASC-nin idarə heyətinin sədri X2 izahatında "xxxx" MMC ilə heç bir icarə müqaviləsinin bağlanmadığı, "xxxx" MMC-nin onlara məxsus təsərrüfat subyektində heç bir istehsal fəaliyyəti ilə məşğul olmadığını, həmin gündə də "xxxx" MMC saxtalaşdırılmış sənədlər əsasında vergi orqanında qeydiyyata alınmasına nail olduğu obyekti ləğv etdiyini göstərmişdir. Həmçinin iş materiallarında olan aktdan da müəyyən olunur ki, qeyd edilən Karxanada aparılmış operativ vergi nəzarəti zamanı həmin obyektin "X4" ASC-yə məxsus olduğu və həmin obyektdə "xxxx" MMC-nin heç bir fəaliyyəti, avandanlığı və materialı olmadığı müəyyən edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi "xxxx" MMC tərəfindən özünün qum və çınqıl istehsalı ilə məşğul olduğu görüntüsü yaratmaq üçün "X4" ASC-dən karxana icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında karxana tipli təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. Həmçinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfinən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan ünvan 1i ünvanında yerləşən "xxxx"-nın "X4"xxxx"xxxx" MMC-yə icarəyə verilmədiyi və bu barədə "X4" ASC-nin rəhbərinin də təsdiq etdiyi xx.xx.2021-ci il tarixli aktın tərtib edildiyi gün "xxxx" MMC tərəfindən vergi orqanına ərizə təqdim edilərək sözügedən təsərrüfat subyekti (karxana) ləğv edilmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən 2021-ci il ərzində alınmış qum çınqılın həcminin 4820 kubmetr olduğu, təkcə "xxxx" MMC-yə 2021-ci ilin iyun-avqust ayları ərzində təqdim etdiyi qum-çınqılın həcminin isə 26333 kub metr olduğu müəyyən edilmişdir. Bu isə, "xxxx" MMC ilə "xxxx" MMC arasında əmtəəsiz əməliyyatlar aparıldığı, süni şəkildə xərc sənədləri tərtib edildiyini sübut etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci maddəsinə görə bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan vergi ödəyicisi, 2.1.2-ci maddəsinə görə isə aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin meyarların 3.1.2-ci maddəsinə görə vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyatlar hesab edilir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2021-ci il tarixli **********702300 nömrəli qərarda həmin qərarın qəbul edilməsinə səbəb olan qanunvericilik normaları göstərilmiş və qərar sübutlarla əsaslandırılmış, həmçinin "xxxx" MMC ilə "xxxx" MMC arasında ən azı 26333-4820=21513 kub metr qum-çınqıla münasibətdə əmtəəsiz əməliyyatlar aparıldığı öz təsdiqini tapmışdır. Göründüyü kimi apelyatorun dəlilləri əsaslıdır. Çünki, birinci instansiya məhkəməsi qanunvericiliyin nomralarına səthi yanaşmış və gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçı apellyasiya məhkəməsinin məhkəmə iclasında iştirak etməyərək cavabdehin təqdim etdiyi sübutlara, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş və həmin sübutları təqzib etməmişdir. Doğrudur, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsində qeyd olunmuşdur ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, hazırki iş üzrə cavabdeh orqan məhkəməyə kifayət qədər sübutlar təqdim etmiş və iddiaçı tərəf həmin dəlilləri təqzib edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilmiş və vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan barəsində hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. Bu zaman cavabdeh orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. İddia tələbi əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1852/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdehn Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar