Məhkəmə qərarları › İş №2-1(104)-71/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-71/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-71/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı X7 nümayəndələri (arvadı) X3 və (vəkil) Vəkil1, üçüncü şəxs X4 və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı X7 Cavabdehnə (üçüncü şəxs X8) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-332/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-332/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi qət edilmişdir. Üçüncü şəxs X8 apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 332/2024 saylı 21 iyun 2024-cü il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İşin hallari: İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 07 mart 2012-ci il tarixli 31 nömrəli orderin və Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 3-cü şəxsin adına Gədəbəy rayonu, M.Quliyev küçəsi ev 13, mənzil 3-ə dair verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X6 adına olmuş keçmiş ünvan 1 ünvandakı kommunal mənzil rayon XDS İcraiyyə Komitəsinin 248 saylı 01 noyabr 1990-cı il tarixli qərarı ilə kommunal mənzilinin bütün üzvlərinin razılığı ilə onun adına yazılmış, kommunal müəssisəsinin müdirinə tapşırılmışdır ki, mənzilin adına sənədləşdirilməsi təmin edilsin. O, tez-tez işləmək üçün Rusiya Federasiyasına gedib gəlmiş, ailə üzvləri ilə mübahisəli mənzildə qeydiyyatda durub, bu gün də qeydiyyatdadır. O, bu yaxınlarda mənzili adına rəsmiləşdirmək istəmiş, ancaq ona bildirmişlər ki, mənzilə dair xx.xx.2012-ci il tarixdə iş üzrə üçüncü şəxsin adına çıxarış verilmişdir. Mənzil 3-cü şəxsin adına özəlləşdirilərkən İcra hakimiyyətinin başçısının sərəncamı ilə mənzil özəlləşdirilərkən mənzildə qeydiyyatda olan şəxslərin razılığı alınmamış, həm də Gədəbəy rayon XDS-nin icraiyyə komitəsinin 01 noyabr 1990-cı il tarixli, 248 saylı qərarı qüvvədə olmuşdur Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiadan “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 3-cü şəxsin adına Gədəbəy rayonu, M.Quliyev küçəsi ev 13, mənzil 3-ə dair verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi” hissəsinin xaric edilməsi və Cavabdeh 07 mart 2012-ci il tarixli 31 nömrəli orderi və Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə xx.xx.2023-cü il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-697/2023 nömrəli qərardadı ilə (hakim Emin Axundov) iddiaçı X9 buraxılmış prosessul müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-307/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-697/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Üçüncü şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, ünvan 2 ünvanında (əvvəlki Gədəbəy şəhəri Lenin küçəsi ev-10) yerləşən mənzil mərhum atası X6 adına qeyd edilmişdir. X17 2005-ci ildə vəfat etmişdir. Sadıq Sadıqov vəfat etdikdən sonra onun sağlığında olduğu kimi mərhum atasının adına qeyd edilmiş mübahisəli mənzildə daimi olaraq yaşamışdır. O, daim ünvan 2 ünvanında qeydiyyatda olmuş, mənzil onun istifadəsində və sərəncamında olmuşdur. İddiaçı X13 isə Rusiya Federasiyasında yaşamışdır. Mərhum atası X6 adına verilmiş mənzilə dair order itdiyi və atasının öldüyü nəzərə alınaraq Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı ilə onun adına yeni order verilməsi qərara alınmışdır. Bundan sonra həmin mənzil xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Hətta həmin mənzilə dair onun adına 01 aprel 2002-ci il tarixli mənzilə dair texniki pasport tərtib edilmişdir. Mənzil atasına verilərkən 1 otaqdan ibarət olmuşdur. O, hələ atasının sağlığında orada əlavə tikililər aparmışdır. Hazırda iddiaçı X13 Cavabdehnə(üçüncü şəxs X8) qarşı Cavabdeh 07 mart 2012-ci il tarixli, 31 nömrəli orderi və Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia qaldırmış və Gəncə İnzibati Məhkəməsinin2-1(114)-332/2024 saylı 21 iyun 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı ləğv edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən mənzilin iddiaçı X10 verilməsinə dair inzibati aktın-Gədəbəy rayon XDS İK-nın 01 noyabr 1990-cı il tarixli, 248 nömrəli qərarının qüvvədə olmasına baxmayaraq, atası X6 adına verilmiş mənzilə dair orderin itdiyi və atasının öldüyü nəzərə alınaraq onun adına yeni order verilmişdir. Həmçinin, həmin sərəncam mənzil qanunvericiliyinin pozulması ilə verilmişdir. Həmçinin, həmin sərəncam mənzil qanunvericiliyinin pozulması ilə verilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qərarında mübahisəli mənzilin X10 verilməsinə dair inzibati aktın- Gədəbəy rayon XDS İK-nın 01 noyabr 1990-cı il tarixli, 248 nömrəli qərarının mövcud olmasına istinad edərək, iddiaçının tələbini əsaslı hesab etmişdir. Halbuki, Gədəbəy rayon XDS İK-nın 01 noyabr 1990-cı il tarixli, 248 nömrəli qərarı ümumiyyətlə mövcud olmamışdır. Qeyd olunan hal Cavabdeh Kommunal Müəssisələri Kombinatında onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə dair sənədlər olmamışdır. Həmçinin, Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 277 nömrəli arxiv arayışında Gədəbəy rayon XDS İK-nın 01 noyabr 1990-cı il tarixli, 248 nömrəli qərarının arxivdə mühafizə olunması qeyd olunsa da, qərarın verilməsinə əsas olmuş müvafiq sənədlərin Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmamışdır. Bu onu deməyə əsas verir ki, belə bir qərar mövcud deyildir. Əgər qərar vardırsa, onun kötüyü və onun verilməsinə əsas olmuş sənədlər də mövcud olmalıdır. Həmçinin, Gədəbəy rayon XDS İK-nın 01 noyabr 1990-cı il tarixli, 248 nömrəli qərarına əsasən ailə üzvlərinin razılığına əsasən ünvan 2 ünvanında yerləşən mənzilə X7 adına yazılması qeyd olunsa da, o və bacı-qardaşları heç vaxt həmin mənzilin Faiq Sadıxovun adına qeyd edilməsinə heç bir yazılı və şifahi razılıq verməmişlər. Mənzil X17un sağlığında onun adına qeyd olunduğu halda necə olar ki, başqa adamın adına qeydiyyata alınar. İddiaçı X13 həmin sənədi heç bir qanuni əsaslar olmadan əldə etmişdir. İddiaçı Faiq Sadıxov uzun illərdir onların atalarına məxsus mənzildən çıxmış, Rusiya Federasiyasında illərlə yaşamış, hazırda isə Sumqayıt şəhərində yaşayır. Onun həmin mənzillə heç bir əlaqəsi yoxdur. Bu gün saxta sənədlərlə mənzili ələ keçirmək istəyir. Belə olan halda iddiaçı Faiq Sadıxovun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ belə olmamışdır. Onun həmin mənzilə dair hər hansı mübahisə açmağa subyektiv hüququ yoxdur. Buna görə də, hesab edir ki, qərar ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı X13 nümayəndə vasitəsilə təmsil olunsa da özü, Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 və onun nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri (arvadı) X4 və (vəkil) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçının nümayəndəsi X8 əlavə olaraq göstərdi ki, iddiaçı ailə üzvləri ilə birlikdə işləmək üçün 2001-ci ildə Rusiya Federasiyasına getmiş, ara-sıra Azərbaycana gəlib-getmiş olsalar da, daimi olaraq Rusiyadan 2021-ci ildə qayıtmış, hazırda müvəqqəti olaraq Sumqayıt şəhərində yaşayırlar. Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 10 saylı ev də onlara məxsus olmuşdur, lakin həmin ev iddiaçının digər bacısı tərəfindən satılmışdır. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə kollegiyasının iclasında iştirak edən proses iştirakçılarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-332/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır. Apellyasiya şikayətlərinin mümkünlüyü ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisə predmeti olan Gədəbəy şəhəri, Lenin küçəsi, 10 ünvanında yerləşən mənzilin iddiaçı X10 verilməsinə dair inzibati aktın - Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarının qüvvədə olmasına baxmayaraq, Cavabdeh başçısı ünvan 6 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X6 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəzərə alınaraq X4 adına yeni order verilməsi barədə 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncam qəbul etmiş və həmin sərəncam əsasında X4 adına yeni order verilmişdir. Digər tərəfdən, mübahisəli evə dair X4 adına yeni order verilməsi barədə Cavabdeh başçısının 32 nömrəli sərəncamı 12 mart 2012-ci il tarixdə qəbul edilmişdir ki, bunun özü də mənzil qanunvericiliyinin pozulmasına və sərəncamın qanunsuzluğuna dəlalət edir. Belə ki, həmin sərəncam qəbul olunan zaman qüvvədə olan mənzil qanunvericiliyində orderin verilməsi nəzərdə tutulmamışdır, yalnız mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən müvafiq icra hakimiyyəti orqanı ilə kirayəçi arasında sosial kirayə müqaviləsi bağlana bilərdi. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanlarının xx.xx.2009-cu il tarixdən sonra order verilməsi üçün sərəncam vermək (inzibati akt qəbul etmək) səlahiyyətləri nəzərdə tutulmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, həmin sərəncam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşə baxmış birinci instansiya məhkəməsi lazımı araşdırma aparmadan işə baxaraq iddia tələbinin tam təsdiqini tapmamasına baxmayaraq üçüncü şəxslərə münasibətdə qanunsuz qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan olan Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarından görünür ki, həmin qərar ilə şəhər sakini, Lenin küçəsində 10 nömrəli kommunal mənzildə yaşayan X6 adına qeyd edilmiş 1 otaqlı, sahəsi 20 kv.m olan kommunal mənzilin bütün ailə üzvlərinin razılığı ilə İddiaçı adına yazılması qərara alınmışdır. İş materiallarında olan Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 277 nömrəli arayışından görünür ki, Lenin küçəsində 10 nömrəli kommunal mənzildə yaşayan X6 adına qeyd edilmiş 1 otaqlı, sahəsi 20 kv.m olan kommunal mənzilin bütün ailə üzvlərinin razılığı ilə İddiaçı adına yazılması barədə Gədəbəy rayon XDS İK-nin 01 noyabr 1990-cı il tarixli 248 nömrəli qərarı arxivdə mühafizə olunur. İş materiallarında olan Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamından görünür ki, lə ünvan 6 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X6 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəzərə alınaraq X4 adına yeni order verilməsi qərara alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gədəbəy şəhəri, M.Quliyev küçəsi, ev 13, mənzil 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır İş materiallarından görünür ki, X1 şəhəri, M.Quliyev küçəsində 13 nömrəli binada yerləşən mübahisə predmeti olan 3 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatın alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, həmin orqnın xx.xx.2022-ci il tarixli **********15 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə göstərilən mənzilə dair X4 adına xx.xx.2012-ci il tarixli **********85-05101- 093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi verilmişdir. Ona görə də eyni ünvana dair təkrar qeydiyyatın aparılmasının mümkün olmadığını nəzərə alaraq, ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli arayışından görünür ki, Gədəbəy şəhəri, M.Quliyev küçəsində 13 nömrəli binada yerləşən mübahisə predmeti olan 3 nömrəli mənzil üzərində X4 adına tam mülkiyyət hüququ ilə 17 aprel 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Cavabdeh başçısı tərəfindən verilmiş 07 mart 2012-ci il tarixli 31 nömrəli order, Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı və Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatının 02 fevral 2012-ci il tarixli 5 saylı 2 nömrəli forma üzrə arayışı. İş materiallarında olan Cavabdeh Kommunal Müəssisələri Kombinatının xx.xx.2023cü il tarixli 23 nömrəli cavab məktubunda göstərilmişdir ki, Gədəbəy şəhəri, Lenin küçəsi, 10 hal-hazırda M.Quliyev küçəsi adlanır. ünvan 7 ünvanında yerləşən mənzil əvvəllər Gədəbəy Kommunal Müəssisələri Kombinatının balansında olmuşdur. Həmin ünvanlar eyni mənzilə aiddir. İş materiallarında olan Cavabdeh Kommunal Müəssisələri Kombinatının xx.xx.2024cü il tarixli 06 nömrəli cavab məktubunda göstərilmişdir ki, Kombinatın balansında olmuş ünvan 10 ünvanında yerləşən mənzilə dair şəxsi hesabdan çıxarışın (özəlləşdirildiyi vaxtadək olan) və həmin mənzilə dair Kombinatda mövcud olan sənədlərin olması barədə faktın məhkəməyə təqdim olunması mümkün olmamışdır. İş materiallarında olan Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 22 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1990-cı il tarixli 248 nömrəli Gədəbəy rayon X12 İcraiyyə Komitəsinin qərarının verilməsinə əsas olmuş müvafiq sənədlər Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahasında aşkar olunmamışdır. İş materiallarında olan Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 56 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon X5 İcraiyyə Komitəsinin rayon kommunal təsərrüfatı şöbəsi tərəfindən tikilmiş yaşayış evinin qəsəbə sakinlərinə bölünməsi haqqında 15 iyul 1970-ci il tarixli 13 nömrəli protokolun qərarında X6 adına ev verilməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı X13 barəsində Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı verilmiş ünvan 11 ünvanda yox, ünvan 12iyasının sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-7463/2024 saylı məktubu ilə bildirilmişdir ki, ünvan 11 ünvanı ilə ünvan 13çə adları əvvəllər eyni küçə olmayıb. Üçüncü şəxs tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Nazirlər kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Azərtexinventarlaşdırma” İstehsalat İdarəsi tərəfindən verilmiş Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsi 10 saylı evin 3 saylı mənzilinin texniki pasportunun surətindən görünür ki, həmin mənzilin texniki pasportu Gədəbəy rayonu Kommunal Müəssisələr Kombinatının xx.xx.2002-ci il tarixli arayışı əsasında X4 adına işlənmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli sorğusuna xx.xx.2024-cü il tarixli 3-38-33/2-4839/24 saylı cavab məktubunda göstərilir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 2002-2022-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: İddiaçı xx.xx.2005-ci il tarixdə sovet hökuməti pasportu ulə ölkəyə (Azərbaycana) daxil olmuş, xx.xx.2005-ci il tarixdə ümumvətəndaş pasportu ilə çıxmış; xx.xx.2005-ci il tarixdə ölkəyə daxil olmuş, xx.xx.2005-ci il tarixdə çıxmış; 15.04.210-cu ildə ölkəyə daxil olmuş, xx.xx.2010-cu ildə çıxmış; xx.xx.2021-ci il tarixdə ölkəyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycanda (mübahisəli ünvandakı evdə yox) cəmi 41 gün olmuş, ölkədə olduğu müddətdə də mübahisəli ünvandakı evdə yaşadığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının atası X6 adına olmuş keçmiş ünvan 1 ünvandakı kommunal mənzilin rayon XDS İcraiyyə Komitəsinin 248 saylı 01 noyabr 1990-cı il tarixli qərarı ilə kommunal mənzilinin bütün üzvlərinin razılığı ilə İddiaçı adına yazılması qərara alınmış, iddiaçı nümayəndəsinin bildirdiyinə görə sonradan işləmək üçün Rusiya Federasiyasına getmiş və Rusiyadan 2021-ci ildə qayıdaraq yaşayış yeri üzrə qeydiyyatda Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 10 ünvanda olsa da, faktiki olaraq Sumqayıt şəhərində yaşayır. Mübahisəli ünvandakı evdə isə ailə üzvləri ilə birlikdə iş üzrə üçüncü şəxs X8 yaşayır və mübahisəli ünvandakı mənzil də onun adına özəlləşdirilərək adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən X7, ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarının Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamı ilə məhdudlaşdığını qeyd etmiş olsa da, qeyd edilən ünvandakı mənzilin iddiaçıya məxsus olmadığını nəzərə almamışdır. Belə ki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ən azından 2001-ci ildən ünvan 11 ünvanda yaşamamaqla ünvan 15 ünvanlar eynilik təşkil etmir, yəni iddiaçının həmin mənzildən istifadə hüququ saxlanmamışdır. Birinci instansiya məhkəməsi isə bu halı araşdırmadan iddianı təmin etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 82, 83, 86, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutub Qərara aldı: Üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-332/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və yeni qərar çıxarılsın. İddiaçı X7 Cavabdehnə (üçüncü şəxs X8) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar