Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(104)-711/2025 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs Üçüncü şəxs) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın ##.##.2014-cü il tarixli, ** saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının ##.##.2008-ci il tarixli, ** saylı sərəncamı ilə ona Goranboy rayonu, 46, 47 və ** saylı qışlaq örüş yerindən 2647 ha torpaq sahəsi ayrılmışdır. Sonradan onun heç bir məlumatı olmadan ona ayrılmış torpaq sahəsinin ərazisindən Cavabdeh Başçısının ## ### 2014-cü il tarixli, ** nömrəli sərəncamı ilə 800 hektar ərazi azaldılmışdır. Guya torpaq sahəsinin azaldılması barədə onun tərəfindən razılıq verilmişdir. Lakin hazırda da 2647 ha torpaq sahəsi onun sahibliyindədir. Qeyd edir ki, ərizə onun tərəfindən verilməmişdir. Imza və yazı ona məxsus deyildir. Həmin sərəncam ona verilməmiş və ərizə ilə müraciət edərək əldə etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia qaldırmaq üçün prosessual müddət bərpa edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, sərəncamın verilməsinə əsas olmuş ərizənin məzmunundan onun məlumatı olmamışdır. Belə ki, keçmiş icra başçısı onu çağırtdırmış və boş kağıza imza etdirmişdir. Ərizənin məzmunu isə onun tərəfindən deyil, başqa şəxs tərəfindən sonradan yazılmışdır. Mübahisələndirilən sərəncam ona rəsmi olaraq təqdim edilməmişdir. Müraciət edib əldə etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi X1 iddia tələbini qəbul etmədi və izahatında göstərmişdir ki, iddia tələbi həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəfindən könüllü olaraq sərəncamla ona ayrılmış torpaq sahəsinin azaldılması ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmişdir. Yəni iddiaçı ərizənin mahiyyətini anlamış və imza etməklə baş verə biləcək nəticələrə könüllü qəbul etmişdir. Necə ola bilər ki, iddiaçı ərizəni imza etsin, lakin mahiyyətini anlamasın. Bu barədə iddiaçının dedikləri yalandır. Bundan başqa mübahisəli torpaq sahəsi ümumiyyətlə iddiaçı tərəfindən istifadə edilmir. Həmin ərazi iddiaçı üçün heç maraq da kəsb etmir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh Başçısının ##.##.2014-cü il tarixli, ** nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə qərarında göstərilir ki, Cavabdeh Başçısının ##.##.2008-ci il tarixli, ** saylı Sərəncamı ilə iddiaçıya qışlaq örüş yerindən 2647 ha torpaq sahəsi ayrılmışdır. Guya onun heç bir məlumatı olmadan ona ayrılmış torpaq sahəsinin ərazisindən Cavabdeh Başçısının ## ### 2014-cü il tarixli, ** nömrəli sərəncamı ilə 800 hektar ərazisi azaldılmışdır. Guya iddiaçının torpaq sahəsinin 800 hektarından imtina etməsi ilə bağlı ərizəni o yazmamış, guya ağ kağıza qol çəkmişdir. Guya ərizənin məzmunu onun tərəfindən yazılmamış, guya mübahisələndirilən sərəncam ona rəsmi olaraq təqdim edilməmişdir. Bildirir ki, işə baxan məhkəmə iddiaçının dediklərini subut kimi qəbul etmişdir. Belə ki, torpaqdan imtina ilə bağlı ərizə ərizəçi tərəfindən yazılmaya bilər. Ancaq ərizədə imza ekspert rəyi ilə iddiaçıya məxsus olması tam təsdiq olunur. 800 hektar torpaq sahəsi 2014-cü il tarixli sərəncamla iddiaçıdan alınmışdır. 9 il ərzində iddiaçı ondan alınmış torpaqla bağlı iddia qaldırmamışdır. Bu faktın iddiaçı torpaqdan imtina ilə bağlı ərizəyə özünün qol çəkib, torpaqdan özü imtina etməsini sübut etmişdir. Işə baxan məhkəmənin qərarında isə göstərilmişdir ki, guya 800 hektar torpaq sahəsinin iddiaçıdan alınması ilə bağlı qərar vaxtında alınmamışdır. Ötən 9 il ərzində 800 hektar torpaq sahəsinin iddiaçıdan alınması ilə bağlı mübahisə açılmaması onu göstərir ki, iddiaçı ərizə verib torpaqdan imtina edib, sərəncamdan xəbəri olmuşdur. Iddiaçı fermer adamdır, o ağ kağıza oxumadan necə qol çəkə bilər. Özü də ağ kağıza onun kimi hər şeyi bilən insan heç vaxt qol çəkməz. Iddiaçı ərizəni özü yazmamışdır ki, nə vaxtsa mübahisə qaldırsın. Işə baxan məhkəmə buna hüquqi qiymət verməmişdir. Bundan başqa, torpaq sahəsi ilə bağlı sərəncamı ləğv edərkən iddiaçının qolunun olmaması ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etmədiyi halda qış otlaq sahəsi ilə bağlı keçən müddət ərzində dövlətə vergi vermədiyi halda iddia təmin edilmişdir. Iddiaçı torpağın onda olmasını qeyd edir. Onda o torpağın onda olması ilə bağlı keçən 9 il ərzində dövlətə ödədiyi vergi qəbzlərini məhkəməyə təqdim etsin. Iddiaçı keçən 9 il ərzində torpağa görə vergi ödəməmişdir. Iddiaçıya bu torpaq nə məqsədlə verilməsi də məhkəmə tərəfindən araşdırılmamışdır. Bu torpaqlar heyvandarlığın inkişafı məqsədi ilə xırda buynuzlu heyvanların otarılması məqsədi ilə verilir. Ancaq iddiaçının xırda buynuzlu heyvanı yoxdur. Belə olan halda məhkəmə məlum Cavabdeh Başçısının ##.##.2014-cü il tarixli sərəncamını ləğv edərkən işin faktiki hallarını tam araşdırmamış, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Qərarda məhkəmə IPM-nin 38-ci maddəsinə müvafiq olaraq ##.##.2024-cü il tarixli qərardadı ilə ötürülmüş müddəti bərpa etmişdir. Halbuki məhkəmə müddəti bərpa edərkən 2014-cü ildən indiyə kimi 9 ilin keçdiyini, torpaq sahəsi ilə bağlı heç bir vergi vermədiyini, özü ərizəyə imza edib torpaqdan imtina etməsi ilə bağlı subutları bir kənara qoyub əsassız olaraq müddəti bərpa etmişdir. Qərarda Cavabdeh tərəfindən ##.##.2008-ci ildə iddiaçıya 2647 hektar torpaq icarə verilməsi göstərilsə də, bu torpaqla bağlı iddiaçı indiyə kimi icarə haqqı ödəyib-ödəməməsi araşdırmır. Iddiaçı indiyədək heç bir icarə haqqı ödəməmişdir. Belə olan halda məhkəmənin iddianı təmin etməsi bir daha məhkəmənin düzgün nəticəyə gəlmədiyini subut edir. Iddiaçı məhkəmə kollegiyasına müraciət ünvanlayaraq qeyd etmişdir ki, iş materiallarında olan Cavabdeh cavabında rəsmi olaraq göstərilir ki, torpaq sahəsinin ona yenidən icarəyə verilməsi üçün torpağa dair sənədlər Icra Hakimiyyətində hazırlanaraq Daşınmaz Əmlakın Bərdə Ərazi Idarəsinə göndərilmişdir. Müraciətdən sonra Ərazi Idarəsində onun indi ləğvinə dair iddia qaldırdığı Icra Hakimiyyətinin ##.##.2014-cü il tarixli sərəncamı ortaya çıxdığına görə onların arasındakı müqavilənin sənədləşdirilməsi başa çatdırılmamışdır. Bildirir ki, formal olaraq ləğv edilməmiş qalmış, həmin sərəncamdan sonra onun iddiası əsasında Goranboy Rayon Məhkəməsinin Qətnaməsi ilə (hansı ki həmin Qətnamə Apellyasiya və Ali Məhkəmə instansiyalarında qüvvədə saxlanılmışdır.) Sərəncamda adı olan hazırki 3-cü şəxs Üçüncü şəxs tikdiyi yataq tikililəri sökülmüş və Üçüncü şəxs həmin ərazidən çıxarılmışdır. Əlavə olaraq bildirir ki, 1992-ci ildən bu günə qədər həmin torpaq sahəsinin yerləşdiyi bütöv ərazi onun icarə və sahibliyindədir. Bundan başqa, Cavabdeh işdə olan məktubunda göstərilir ki, torpaq sahəsinin bütövlükdə onun icarəsində qalmasına heç bir iddiası yoxdur və indiyənə kimi də olmamışdır. Bu onu deməyə əsas verir ki, torpaq sahəsinin mülkiyyətçisi olan Icra Hakimiyyətinin iradə ifadəsinə uyğun olaraq onun həmin torpaqdan istifadə və sahiblik etməyinə subyektiv səlahiyyəti vardır. Sadəcə olaraq hazırki Cavabdeh Başçısının 2014-cü ildə verilmiş sərəncamı ləğv etmək səlahiyyəti yoxdur. O isə faktiki icarəsində olan və icarə müqaviləsi üzrə müddət bitməsindən sonra Icra Hakimiyyətinin razılığı ilə icarə hüquq münasibətlərini davam etdirdiyinə görə, onların arasında olan müqavilə eyni müddətdə bağlanmış hesab edilir. 2023-cü ildə icarə müqaviləsi bitməsinə baxmayaraq, bundan sonra o, 2024 və 2025-ci illərin icarə haqqını ödəməklə torpaqdan qanuni istifadə etməkdə davam edir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, onun torpaq sahəsi üzərində subyektiv hüquqa malik olmağı işdə olan həmin sənədlərlə və işin həqiqi halları ilə öz təsdiqini tapır. Həmin formal sərəncamın ləğv edilməsi birmənalı olaraq, Icra Hakimiyyəti ilə onun arasında əvvəldən bağlanmış və bu gün də faktiki davam edən icarə münasibətlərinin rəsmiləşməsi üçün lazımdır. Yəni, o və Icra Hakimiyyəti müqavilə şərtləri barədə tam razılığa gələrək sənədləri Ərazi Reyestr Idarəsinə təqdim etmişlər, lakin həmin Idarədə 2014-cü il tarixli, artıq əhəmiyyətini itirmiş əvvəlki sərəncam qaldığı üçün sənədləşmənin başa çatdırılması mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Iş materiallarına əlavə edilmiş: -Cavabdeh Başçısının ##.##.2008-ci il tarixli, ** nömrəli sərəncamına əsasən, Goranboy rayonun ərazisində olan qış otlaq sahəsindən 410.0 hektar, ** saylı qış otlaq sahəsindən 460.0 hektar, ** saylı qış otlaq səhəsindən 1777 hektar, cəmi 2647 hektar qışlaq örüş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2006-cı il tarixli, ** saylı qərarına əsasən icarə müqaviləsinin başa çatdığı nəzərə alınmaqla 15 il müddətinə Daşkəsən rayon sakini, “Hacı Tağı” adına kəndli fermer təsərrüfatının başçısı İddiaçı icarəyə verilmişdir. -İddiaçı adından Cavabdeh başçısına ünvanlanan ##.##.2014-cü il tarixli ərizədə # #### 2008-ci il tarixli Cavabdeh sərəncamı ilə ”Acı-Dərə” adlanan ərazidə təsərrüfatına ayrılmış 2647 hektar ərazidən 7-8 yüz hektar şoranlıq torpağın yararsız olmasını nəzərə alaraq icara haqqının azalması üçün torpaqların azaldılması xahiş edilmişdir. -Cavabdeh Başçısının müavini tərəfindən verilmiş ”**-**-** saylı qışlaq örüş yerindən verilmiş 2647 hektar torpaq sahəsinin azaldılması barədə” rəydən görünür ki, Daşkəsən rayonu ”Hacı-Tağı” adına fermer təsərrüfatının başçısı İddiaçı rayon Icra Hakimiyyətinə ərizə ilə müraciət edərək, icarəsində olan qışlaq örüş sahəsinin 800 hektarının yararsız olduğunu bildirmiş, icarə haqqını verə bilmədiyindən onunla bağlanmış müqavilədən həmin hektarın azaldılmasını xahiş etmişdir. İddiaçı müraciəti nəzərə alınaraq **-**-** saylı qışlaq örüş yerindən icarəyə götürdüyü 2647 hektar örüş sahəsinin onun yatağına uzaq olan ** saylı qışlaq örüş yerindən 800 hektar azalaraq 1847 hektarda saxlanılmasını məqsədəmüvafiq hesab edilmişdir. -Cavabdeh Başçısının ##.##.2014-cü il tarixli, ** nömrəli sərəncamına əsasən, İddiaçı **-**-** saylı qışlaq örüş yerindən 2647 hektar sahəsinin icarəyə verilməsi barədə ##.##.2008-ci il tarixli, ** saylı sərəncamla həmin tarixli müqavilədə dəyişiklik edilmiş, İddiaçılə bağlanmış icarə müqaviləsində 2647 hektar örüş sahəsi ** saylı qışlaqdan 800 hektar azaldılaraq 1847 hektar müqavilə ilə şərtləndirilmişdir. -Cavabdeh Başçısının ##.##.2018-ci il tarixli, ** nömrəli sərəncamına əsasən, Goranboy rayonun ”Acı dərə” massivində yerləşən ** saylı qışlaqdan 800,0 hektar və həmin massivdə yerləşən X2 100,0 hektar, cəmi 900,0 hektar torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə Üçüncü şəxs icarəyə verilmiş, həmin ərazidə tez sökülüb daşınan materiallarla qoyun ferması və çoban evinin tikintisinə icazə verilmişdir. -Məhkəmə sorğusuna Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh Başçısının Goranboy rayon Dövlət Arxivində mühafizə olunan sərəncamlar qovluğunda (2014-cü il) Rayon Icra Hakimiyyəti Başçısının ## ### 2014-cü il tarixli, ** nömrəli sərəncamı və sərəncamın qəbul edilməsi zamanı toplanmış sənədlər aşkar olunmadı. -Cavabdeh tərəfindən İddiaçı ünvanlanan ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “müraciətiniz nəzərə alınaraq tərəflərin heç birinin narazılığı olmadığına görə sizinlə Cavabdeh arasında bağlanmış 2647.0 ha torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı ##.##.2024-cü il tarixdə rayon Icra Hakimyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bərdə Ərazi Idarəsinə *-**/*-R-**-***/**** nömrəli məktub göndərilmişdir.” -Ədliyyə Naziliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli məktubuna əlavə edilmiş */*** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ”Əksi ekspertizaya təqdim edilmiş, *-*(***)-***/**** nömrəli mülki işin 10-cu vərəqində İddiaçı adından olan ##.##.2014-cü il tarixli ərizəsinin kserosurətinin aşağı hissəsində əks olunmuş ”imza” yazısının qarşısındakı imza və həmin imzanın aşağı hissəsində ”##/## 2014” rəqəmləri- İddiaçı tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim edilmiş, *- *(***)-***/**** nömrəli mülki işin 10-cu vərəqində İddiaçı adından olan ##.##.2014-cü il tarixli ərizəsinin kserosurətində əks olunmuş yazılar (##/## 2014 rəqəmlərindən başqa) –İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. ” -Cavabdeh tərəfindən məhkəmə kollegiyasına və iddiaçıya ünvanlanan ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Rayon Icra Hakimiyyətinə ünvanladığınız müraciətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.2-ci maddəsini nəzərə alaraq rayon Icra Hakimiyyəti ilə bağladığınız və 2023-cü il tarixində müddəti bitmiş torpaq icarəsi müqaviləsinin müddətinin uzadılması ilə bağlı Icra Hakimiyyətinin məhkəməyə qədər mövqeyi ilə bağlı məhkəməyə əlavə məktub göndərilməsini xahiş etmişdiniz. Məlumat üçün bildiririk ki, dövlət mülkiyyətinə aid ”Acıdərə massivi” adlanan qış otlaq sahəsindən icarənizə verilmiş 2647,0 ha örüş torpaq sahəsinin icarə müddətinin başa çatması ilə əlaqədar icarə müqaviləsinin müddətinin uzadılması barədə rayon Icra Hakimiyyətinə ünvanladığınız ## ###### 2023-cü il tarixli müraciətiniz əsasında yerquruluşu layihəsinin hazırlanmasına köməklik göstərilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bərdə Ərazi Idarəsinə ## ###### 2024-cü il tarixdə *-**/*-R-**-***/**** nömrəli məktub göndərilmişdir. Rayon Icra Hakimiyyətinin həmin məktubuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, *-**/*-***/**** nömrəli cavab məktubunda ayrılacaq torpaq sahəsinin sərhəddi göstərilmədiyinə görə yerquruluşu planının hazırlanmasının mümkün olmadığı bildirilmişdir. Buna görə də Sizinlə bağlanmış icarə müqaviləsinin müddətinin uzadılması mümkün olmamışdır. Hazırda həmin torpaq sahəsi mübahisəli məhkəmə predmeti olduğundan, məhkəmənin yekun qərarından sonra Sizinlə bağlanmış icarə müqaviləsinin müddətinin uzadılması məsələsinə baxıla bilər. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (Qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. Iddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının bu tələblə məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququnun olub-olmamasının aydınlaşdırılmasını zəruri hesab edir. Iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Başçısı tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, ** nömrəli sərəncam əsasında Goranboy rayonu ərazisində olan ** saylı qışlaq otlaq sahəsindən 410 hektar, ** saylı qış otlaq sahəsindən 460 hektar və ** saylı qış otlaq sahəsindən 1777 hektar olmaqla, cəmi 2647 hektar qışlaq örüş yerinin 15 il müddətinə iddiaçı İddiaçı icarəyə verilməsi qərara alınmışdır. Sərəncam əsasında tərəflər arasında eyni tarixli icarə müqaviləsi bağlanmışdır. Daha sonra, qeyd olunan sərəncama Cavabdeh Başçısı tərəfindən ##.##.2014-cü il tarixli, ** nömrəli sərəncam ilə dəyişiklik edilmiş və İddiaçı **-**-** saylı qışlaq örüş yerindən icarəyə verilmiş 2647 hektar örüş sahəsinin ** saylı qışlaqdan 800 hektar azaldılaraq 1847 hektar olması qərara alınmışdır. Bu zaman əsas kimi iddiaçının özünün verdiyi ərizə əsas götürülmüşdür. Iddiaçı onun heç bir məlumatı və razılığı olmadan Cavabdeh Başçısının ## ### 2014-cü il tarixli, ** nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin ərazisindən 800 hektar ərazinin azaldıldığını bildirərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh Başçısı tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, ** nömrəli sərəncam əsasında Goranboy rayonu ərazisində olan 46, 47 və ** saylı qışlaq otlaq sahələrindən ümumilikdə 2647 hektar qışlaq örüş yeri İddiaçı icarəsinə 15 il müddətinə verilmişdir. Deməli, həmin sərəncam əsasında tərəflər arasında bağlanmış ##.##.2008-ci il tarixli icarə müqaviləsinin müddəti ##.##.2023-cü il tarixdə başa çatmışdır. Məhkəmə kollegiyası tərəfindən tərəflər arasında bağlanmış 0# #### 2008-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin növbəti müddətə uzadılıbuzadılmamasının araşdırılması məqsədilə Cavabdeh müvafiq sorğu göndərilmiş və sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, sözügedən müqavilə növbəti müddətə uzadılmamışdır. Mübahisələndirilən sərəncama gəldikdə isə, iş materiallarından göründüyü kimi, həmin sərəncamla məhz Cavabdeh Başçısı tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, ** nömrəli sərəncama dəyişiklik edilərək iddiaçının icarəsinə verilən torpaq sahəsinin həcmi azaldılmışdır. Qeyd edilməlidir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün subyektiv hüquqa malik olması tələb olunur. Iddiaçı ilə cavabdeh inzibati orqan arasında bağlanılmış icarə müqaviləsinin müddəti ##.##.2023-cü il tarixdə bitmiş, iddiaçı isə hazırki iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, hansı ki, həmin vaxt onun tərəf olduğu icarə müqaviləsinin müddəti bitdiyindən, qüvvədə olmamışdır. Iddiaçı tərəfindən mübahisələndirilən hallar həmin dövrdə, o cümlədən özünün həmin əmlaka dair bağladığı icarə müqaviləsinin qüvvədə olduğu dövrdə mübahisələndirilə bilərdi. Lakin iddiaçı həmin dövrdə bu hüququndan istifadə etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Iddiaçının həmin əmlaka dair hər hansı əmlak hüquqlarının (sahiblik, istifadə və.s) mövcudluğu hazırda və məhkəmədə iddia qaldırdığı vaxt öz təsdiqini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən sərəncamın predmetini təşkil edən torpaq sahəsinə dair iddiaçının məhkəməyə müraciət etdiyi ##.##.2024-cü il tarixə hər hansı hüquqlara malik olması istisna olunur, çünki həmin tarixdə qeyd olunan torpağa dair tərəflər arasında icarə hüquq münasibətləri mövcud olmamışdır. Belə olan halda, iddiaçı yalnız tərəflər arasında ##.##.2008-ci il tarixdə bağlanılmış icarə müqaviləsi üzrə münasibətlərin mövcudluğuna istinad etməklə, məhkəməyə müraciət edən zaman hər hansı hüquqi bağlılığı olmadığı torpaq sahəsinə dair verilmiş sərəncamı mübahisələndirməsi mümkün deyildir. Iddiaçı məhkəmə kollegiyasına ünvanladığı müraciətində sözügedən torpaq sahəsinin bütövlükdə onun icarəsində qalmasına Cavabdeh heç bir iddiasının olmamasını və həmin iradə ifadəsinə uyğun olaraq onun həmin torpaqdan istifadə və sahiblik etməyinə subyektiv səlahiyyətinin olduğunu bildirmişdir. Iddiaçının həmin dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin məhkəmə kollegiyasına ünvanlanan ##.##.2026-cı il tarixli məktubunun məzmununa əsasən, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar Üçüncü şəxs və X1 cavabdeh İddiaçı (üçüncü şəxs Cavabdeh) qarşı ”torpaq sahəsinin qanunsuz istifadədən geri alınması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair işin hazırda baxılan ”sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə həll edilənədək dayandırıldığı müəyyən olunur. “Icarə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılması, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o, cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, qanunvericilik icarə predmetinə münasibətdə qanunsuz müdaxilə və maneələrin aradan qaldırılmasına mülkiyyətçi ilə icarəçinin hüquqlarının eyniləşdirilməsi prizmasından yanaşır. Bu yanaşma bilvasitə icarə münasibətlərinin məzmunundan irəli gəlir və icarəçinin torpaq üzərində sahiblik və istifadə hüquqlarının mühafizəsinə yönəlmişdir. Göründüyü kimi hazırki iddiaçıya qarşı torpağın icarəçisi -yəni bu mübahisə üzrə üçüncü şəxsin Gəncə Kommersiya Məhkəməsində ”torpaq sahəsinin qanunsuz istifadədən geri alınması və.s” tələbinə dair iddiasına baxılmaqdadır. Odur ki, eyni mahiyyətli iddianın təkrar olaraq hazırki cavabdeh tərəfindən iddiaçıya qarşı qaldırılmaması onun mübahisəli torpaq sahəsi ilə bağlı subyektiv səlahiyyətinin olmasına, eyni zamanda onlar arasındakı icarə münasibətlərinin davam etdiyini deməyə əsas vermir. “T.Idrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-iqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (Inzibati Prosessual Məcəllənin 88.1-ci maddəsi) əməl olunmalıdır. Iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsinə inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Işin yuxarıda qeyd edilən halları isə iddia tələbini mümkünsüz edir. Göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamış, bu səbəbdən də iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Azərbaycan Respublikasi Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası IPM-in 35, 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı “Cavabdeh Başçısının ##.##.2014-cü il tarixli, ** nömrəli sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə qərardad çıxarılaraq, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs Üçüncü şəxs) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-711/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-711/2025
14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver