Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-717/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlilliyin təyin edilməsi barədə qərarda düzəliş olunması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından tərəflərin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 oktyabr 2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı əlillik vəziyyəti Zülfüqar Məmmədov adına Gəncə Xəstəxanasının göndərişi əsasında 17 mart 2022-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi 02 iyul 2021-ci ildən sonra (qanun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Şəxsə dair yeni təyinat tarixi ilə əlilliyin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyi olan şəxs hesab edilmir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı müraciətinə əsasən təqdim edilən 27 fevral 2023-cü il tarixli, 3-17-1/2-M-40289/2/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, şəxsin əlilliyə görə əmək pensiyası ödənişi əlillik müddətinin bitməsi səbəbindən 01 aprel 2021-ci il tarixindən dayandırılıb, pensiya ödənişi 17 mart 2022-ci il tarixindən bərpa edilmişdir. Müraciətdə qeyd edilən dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddəti təyin edilən tarixdən 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlərdə pensiya təyin edilməsi mümkün olmamışdır.
3. xx.xx.2007-ci il tarixdə “üix gərginlik stenokardiyası İİİ f.s infarkdan son.kardioskleroz. aorta və tac damarların aterosklerozu” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
4. xx.xx.2014-cü il tarixdəki qiymətləndirmə zamanı “üix gərginlik stenokardiyası ııı f.s infarkdan son.kardioskleroz. aorta və tac damarların aterosklerozu” diaqnozu (“İX SinifQan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20- Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
5. xx.xx.2015-ci il tarixdəki qiymətləndirmə zamanı “Ü,İ, X gərginlik stenokardiyası 3 f.s infarkdan sonrakı (2007) kardioskleroz Aorta və tac damarların aterosklerozu. Q,D,Ç 2dər.” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
6. xx.xx.2016-cı il tarixdəki qiymətləndirmə zamanı “Ü,İ, X gərginlik stenokardiyası 3 f.s infarkdan sonrakı (2007) kardioskleroz Aorta və tac damarların aterosklerozu. Q,D,Ç 2dər.” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
7. xx.xx.2021-ci il tarixdə iddiaçının əliliyi TSEK-də qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması, Xəstəyə E.T.K.İ-da müayinə və müalicə olunmaq tövsiyyə olunur.” diaqnonu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) qoyularaq əlillik və sağlamlıq imkanın məhdudluğu təyin edilməmişdir.
8. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı “Əlavə müalicəyə ehtiyacın olması, Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür.” diaqnozu qoyularaq əlillik və sağlamlıq imkanın məhdudluğu təyin edilməmişdir.
9. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş Əyani müayinə aktından müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması " barədə qərar verilmişdir. Ətraflı səbəb: "Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş(125.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. (Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent,D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implantə olunması /xx.xx.20171 Ağırlaşma 150 Ürək çatmamazlığı, XÜÇ İİİ fs./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə uyğun olaraq İl (ikinci) dərəcə müddətsiz əlilliyin təyini qərarı verilmişdir.
10. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə nəticəsində “Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard İnfarktdan sonrakı kardioskleroz. infarktı, Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent, D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implanta olunması /xx.xx.2017/ Ağırlaşma İ50 Ürək çatmamazlığı, XÜÇ İİİ f.s./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇİ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası. Yanaşı xəstəliklər 111.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİ dərəcə./İİİ A/T/İV risk” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
11. Apellyasiya icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 22 sentyabr 2023-cü il tarixli, 3-17-4/2-25540/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə şəhər sakini İddiaçı əlillik vəziyyəti 07 dekabr 2007-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 1 il müddətinə (07 dekabr 2008-ci ilədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa 11 yanvar 2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcəli əlilliyi 18 mart 2016-cı il tarixində mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətin birdiyi 18 mart 2021-ci il tarixindən sonra İddiaçı əlillik vəziyyəti Ak.Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanasının 0495003AAM29 nömrəli göndərişi əsasında 26 noyabr 2021-ci il tarixində qiymətləndirilmiş və ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunması məsləhət görüldüyündən əlasvə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək onun əlilliyinin hesablanmış bir il müddətinin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
13. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin qeyd olunmaqla cavabdehin iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarda düzəliş edilərək əlilliyin təyini tarixinin xx.xx.2021-ci il qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Odur ki, yenidən pensiyanın bərpası üçün xx.xx.2021-ci ildən xx.xx.2021ci ilədək Gəncə şəhəri kardioloji xəstəxanasında müayinə və müalicə olunaraq tam yoxlanılmış, həmişə olduğu kimi orqanizminin 80% pozulmasına görə tibbi arayış almış və Gəncə şəhər 2 nömrəli poliklinikaya təqdim etmişdir. Bununla belə xx.xx.2021-ci ilədək iddiaçını aldadaraq nazirliyin tapşırığı əsasında gah sistemin xarab olub işləməməsi, gah baş həkimin Moskva şəhərinə yaxınlarının toy məclisinə getməsi, gah sistemdə oturan xanımın məzuniyyətdə olması, gah da pandemiyadan istifadə edərək tam 7 ay iddiaçı və onun kimi insanların hazır sənədlərini öz otaqlarında saxlamaqla qeyd etdiyi kimi vaxt uzadaraq haqlı hüquqlarını pozmuşlar və sonra saxta diaqnozla cavab verərək yəni: əlavə müalicəyə ehtiyacın olması xəstəyə E.T.K.İ-ya müayinə və müalicə olunmaq tövsiyyəsini tələb etmişlər. Odur ki, sonda bir daha yenidən müayinə üçün Gəncə şəhər kordioloji xəstəxanasınada eyni müalicə və müayinədən yoxlanılıb çıxaraq, yəni xx.xx.2022-ci ildən - xx.xx.2022-ci ilədək təkrar həmişə olduğu kimi orqanizminin 80 %-nin pozulmasına görə yatmaqla çıxarış alıb təqdim etmiş və eyni diaqnozla növbəti sənədini qəbul edərək pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa olunmuşdur.
15. Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişinə əsasən xx.xx.2022- ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması" barədə qərar verilmişdir. Ətraflı səbəb: "Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş(125.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. Ağırlaşma l25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent,D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implantə olunması /xx.xx.20171 Ağırlaşma 150 Ürək çatmamazlığı, XÜÇ İİİ f.s./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə uyğun olaraq 11 (ikinci) dərəcə müddətsiz əlilliyin təyini qərarı verilmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim Z.Quliyev) qismən təmin edilmiş, İddiaçı əlilliyinin təyini tarixi ilə bağlı zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə dair öhdəlik cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin olunmamış, əlilliyin təyini ilə bağlı inzibati akt qəbul edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı və cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətləri vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına, iddiaçı iddia tələbinin təmin edilməsinə, cavabdeh isə iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişinə əsasən xx.xx.2022- ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması" barədə qərar verilmişdir. Ətraflı səbəb: "Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş(125.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. Ağırlaşma l25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent,D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implantə olunması /xx.xx.20171 Ağırlaşma 150 Ürək çatmamazlığı, XÜÇ İİİ f.s./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə uyğun olaraq 11 (ikinci) dərəcə müddətsiz əlilliyin təyini qərarı verilmişdir. Bildirilir ki, hazırki iddia məcburetmə haqqında iddia olduğundan İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad tdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə cavabdeh iddiaçıya müddətsiz əlillik təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə inzibati orqan diskresion səlahiyyəti üzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxslər inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir.
b) apellyasiya şikayətinə etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) tərəflərin izahatları
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmasını, cavabdeh inzibati orqanın apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
22. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməlidir.
29. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi barədə qərarda düzəliş edilərək əlilliyin təyini tarixinin xx.xx.2021-ci il qeyd olunmasına yönəlmişdir.
30. Cavabdeh inzibati orqanın imtina dəlilləri onunla əsaslandırılmışdır ki, əlilliyin təkrar qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın müddəlarına uyğun həyata keçirilmiş, eyni zamanda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində nəzərdə tutulan 6 aylıq müddətin ötürülməsi ilə də iddiaçıya hər hansı ödənişin edilməsi istisna edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əlillik vəziyyəti 07 dekabr 2007-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 1 il müddətinə (07 dekabr 2008-ci ilədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa 11 yanvar 2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcəli əlilliyi 18 mart 2016-cı il tarixində mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətin birdiyi 18 mart 2021-ci il tarixindən sonra İddiaçı əlillik vəziyyəti Ak.Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanasının 0495003AAM29 nömrəli göndərişi əsasında 26 noyabr 2021-ci il tarixində qiymətləndirilmiş və ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunması məsləhət görüldüyündən əlasvə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. 32.xx.xx.2016-cı il tarixdəki qiymətləndirmə zamanı “Ü,İ, X gərginlik stenokardiyası 3 f.s infarkdan sonrakı (2007) kardioskleroz Aorta və tac damarların aterosklerozu. Q,D,Ç 2dər.” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
33. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçının əliliyi TSEK-də qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması, Xəstəyə E.T.K.İ-da müayinə və müalicə olunmaq tövsiyyə olunur.” diaqnonu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) qoyularaq əlillik və sağlamlıq imkanın məhdudluğu təyin edilməmişdir.
34. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı “Əlavə müalicəyə ehtiyacın olması, Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür.” diaqnozu qoyularaq əlillik və sağlamlıq imkanın məhdudluğu təyin edilməmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş Əyani müayinə aktından müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması " barədə qərar verilmişdir. Ətraflı səbəb: "Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş(125.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. (Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent,D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implantə olunması /xx.xx.20171 Ağırlaşma 150 Ürək çatmamazlığı, XÜÇ İİİ fs./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə uyğun olaraq İl (ikinci) dərəcə müddətsiz əlilliyin təyini qərarı verilmişdir.
35. Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlilliyin tarixininin dəyişdirilərək xx.xx.2021-ci ildən müəyyən edilməsini xahiş etmiş, lakin iş materiallarında olan qiymətləndirilmə məlumatlarından məlum olduğu kimi xx.xx.2016-cı il tarixdə təyin edilən əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, xx.xx.2021-ci il tarixli, 0495003AAM29 nömrəli Forma 88 qiymətləndirilməklə əlilliyin təyinindən imtina edilmiş, növbəti göndərişin tarixi xx.xx.2022-ci il olmuşdur.
36. İddiaçı tərəfindən qeyd edilən zaman kəsiyində əlilliyin qiymətləndirilməsinə dair imtina hərəkətlərinin heç birini mübahisələndirilməmiş, yalnız əllilik təyin edildikdən sonra təyinat tarixinin dəyişdirilməsini xahiş olunmuşdur.
37. Qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
38. Beləliklə, əlilliyin qiymətləndirilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə zidd olmuşdur.
39. Belə olan halda cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin -1(114)-2327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov