Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-717/2025 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vidadi oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (əri) X1, digər etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, “diplomun dövlət nümunəli hesab olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları: İddiaçı müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilərək onunla əsaslandırılmışdır ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Işdə olan sənədlər: B seriyalı, ****** nömrəli (qeydiyyat nömrəsi – 2/0661) diplomda iddiaçının Azərbaycan Müəllimlər Institutunun Gəncə filialını bitirdiyi və Dövlət Attestasiya Komissiyasının ##.##.2009-cu il tarixli qərarı ilə ona “Ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi verildiyi göstərilmişdir. Azərbaycan Müəllimlər Institutunun Gəncə filialı tərəfindən verilmiş ##.##.2010-cu il tarixli, **** nömrəli arayışda qeyd edilmişdir ki, həqiqətən iddiaçı 2009/2010-cu tədris ilində Azərbaycan Müəllimlər Institunun Gəncə filialını bitirmiş, ona X5 Komissiyasının qərarı ilə “Ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası və bakalavr dərəcəsi verilmişdir. Təhsil Nazirliyinin 2021-2022-ci tədris ili üzrə Müəllimlərin işə qəbulu üzrə müsabiqə Müddətli müqavilə əsasında işə qəbul prosesindən çıxarışdan görünür ki, 2021-ci ildə MIQ imtahanında 54 bal toplayaraq ## ######## 2021-ci il tarixdə Məşədivəlilər kənd M.Yusifov adına tam orta məktəbə sinif müəllimi təyin olunmuşdur. MIQ imtahanlarında topladığı ballara dair miq.edu.az saytından çıxarışdan görünür ki, iddiaçı 2016-cı ildən etibarən müəllimliyə qəbul imtahanlarında iştirak etmiş, 2019-cu ildə 50.2047, 2020-ci ildə 46, 2021-ci ildə 54 bal toplamışdır. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, ## ######## 2021-ci il tarixdə Məşədivəlilər kənd M.Yusifov adına tam orta məktəbə sinif müəllimi təyin olunmuş və ## #### 2022-ci il tarixli *** nömrəli əmrlə 2021-2022-ci tədris ilində MIQ-də müddətli müqavilə əsasında işləmək hüququ qazanmış, məktəbdə öz ixtisası üzrə işləmiş əmək müqaviləsi müddəti başa çatdığı üçün məktəbin müəllimliyindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Elm və Təhsil Nazirliyinin ##.##.2022-ci il tarixli, Z-****/**-** nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsində iştirak etmək üçün cavabdehə müraciət etmiş, lakin həmin müraciətin təmin edilməsindən imtina edilmişdir. Imtinanın əsası kimi qeyd edilmişdir ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Elm və Təhsil Nazirliyinin ## ####### 2022-ci il tarixli ****-**/** nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ## #### tarixli *** nömrəli Fərmanına əsasən Azərbaycan Müəllimlər Institutunun Gəncə Filialı 2000-ci ildə yaradılmış və 2014cü il ## ######## tarixində fəaliyyəti dayandırılmışdır. Elm və Təhsil Nazirliyinin ##.##.2023-cü il tarixli *-**/*****/**** nömrəli məktubundan görünür ki, B ****** nömrəli diplom blankı Azərbaycan Müəllimlər Institutunun Gəncə Filialı tərəfindən X3 adına yazılmış dövlət nümunəli sənəddir. İddiaçı adına yazılmış B****** nömrəli diplom dövlət nümunəli deyildir. X4 ## ###### 2024-cü il tarixli *-*/*-***/**** nömrəli məktubundan görünür ki, # ### 1986-cı il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FIN kodu: *******) ali təhsilin bakalavriat səviyyəsinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 700 ballıq şkala üzrə 2003cü ildə DT altqrupunda 151.197 bal, XH altqrupunda 143.125 bal, 2004-cü ildə DT altqrupunda 96.482 bal, XH altqrupunda 81.625 bal toplayaraq heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X4 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Elm və Təhsil Nazirliyindən daxil olmuş ##.##.2024-cü il tarixli *-**-**/*-***/** saylı məktubundan görünür ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemində İddiaçı ali təhsil müəssisəsinə qəbul edilməsi müəyyən edilməmişdir. Eyni zamanda “Tələbə-məzun” dövlət elektron məlumat sistemində X3 ödənişli əsaslarla Azərbaycan Müəllimlər Institutunun Gəncə filialına qəbul olması müəyyən edilmişdir. Ali təhsil müəssisəsi tərəfindən X3 təqdim edilmiş diplomun dövlət nümunəli olması müəyyən edilmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ##.##.2025-ci il tarixli ****/*** nömrəli məktubundan görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxivində olan Azərbaycan Müəllimlər Institutunun Gəncə filialının “Ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə 2004/2005-ci tədris ilində qəbul edilmiş və 2008/2009-cu tədris ili daxil olmaqla təhsil almış tələbələrin siyahısında İddiaçı olmamışdır. ## #### 2025-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı məxsus olan orta təhsil haqqında A№ ****** saylı attestat Gəncə filialının fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan Müəllimlər Institutunun arxivinə təhvil verilmişdir. Attestat ## ##### 2022-ci il tarixdə İddiaçı tərəfindən götürülmüşdür. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ##.##.2025-ci il tarixli ****/*** nömrəli məktubundan və məktuba əlavə olunmuş arxiv arayışından görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş Azərbaycan Müəllimlər Instutunun Gəncə filialı üzrə) arxiv sənədlərinə əsasən 2004-2005-ci tədris illərində İddiaçı filialın daxili əmrlərində müsabiqə yolu ilə qəbul olunması faktı təsdiq olunmamışdır. İddiaçı şəxsi işi olmamış, orta təhsil haqqında attestat isə sellofan torbada olmuş və ## ##### 2022-ci ildə özü tərəfindən götürülmüşdür. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ##.##.2025-ci il tarixli *****/*** nömrəli məktubundan və məktuba əlavə olunmuş arxiv arayışından görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxivində saxlanılan keçmiş Azərbaycan Müəllimlər Institutunun Gəncə filialı üzrə arxiv sənədlərində 2004-2005-ci tədris illərində İddiaçı filialın daxili əmrlərində müsabiqə yolu ilə “Ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına qəbul olunması faktı təsdiqini tapmamış və adı cəkilən şəxs barəsində hər hansı şəxsi iş aşkarlanmamışdır. İddiaçı aid attestat arxiv əməkdaşlarının verdiyi məlumatlara görə bir sellofan torbada aşkarlanmış və ## ##### 2022-ci il tarixdə özü tərəfindən götürülmüşdür. Azərbaycan Dövlət Pedoqoji Universitetinin ##.##.2026-cı il tarixli **-**/*** nömrəli sorğuya cavab məktubundan və ona əlavə edilmiş arxiv arayışından görünür ki, universitetin arxiv sənədləri içərisində (keçmiş Azərbaycan Müəllimlər Institutunun Gəncə Filialı üzrə daxili əmrlərində) iddiaçı İddiaçı müqabiqə yolu ilə qəbul olunması faktı təsdiqlənməmişdir və ona məxsus digər sənədlər də aşkarlanmamışdır. İddiaçı məxsus otra təhsil haqqında attestat sellofan torbada olmuş və İddiaçı tərəfindən götürülmüşdür. Həmin attestatın arxiv şöbəsinə hansı şəkildə daxil olması və tələbələrin dərsə davamiyyəti ilə bağlı heç bir fakta rast gəlinməmişdir. X4 ## #### 2026-cı il tarixli *-*/*-****/**** nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”-nin 2-ci hissəsinə əsasən, qəbul qaydalarının yaradılması və qəbul imtahanlarının keçirilməsi komissiya tərəfindən həyata keçirilmişdir. Komissiya tərəfindən müəyyən edilmiş 2004/2005-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul qaydaları 2004-cü il ## ###### tarixində çapa imzalanmış “Abituriyent” jurnalının * nömrəli buraxılışında dərc edilmişdir. Həmin qaydalara əsasən 2004/2005-ci tədris ili üçün Azərbaycan Respublikasının dövlət, qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət və xüsusi təyinatlı ali təhsil müəssisələrinə tələbə qəbulu Komissiya tərəfindən mərkəzləşdirilmiş şəkildə test üsulu ilə həyata keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Müəllimlər Institutunun Gəncə filialını bitirməsi ilə bağlı verilmiş B seriyalı, ****** nömrəli (qeydiyyat nömrəsi – 2/0661) diplomun hüquqi baxımından əsaslı hesab olunması və onun müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər Institutunun Gəncə filialını bitirmiş və ali təhsili bitirməsi ilə bağlı ona B seriyalı, ****** nömrəli diplom verilmişdir. Həmin diplom əsasında Cavabdeh təşkil etdiyi MIQ imtahanında iştirak edərək ibtidai sinif müəllimi kimi Tovuz rayonunun müxtəlif kəndlərində işləmişdir. Ümumilikdə 3 ilə qədər müəllim kimi işləmiş, qanunamüvafiq qaydada əməkhaqqı almış, sosial sığorta haqlarını ödəmişdir. 2021-ci ildə yenidən MIQ imtahanı verərək 54 balla test imtahanından müvəffəqiyyətlə keçmiş və Tovuz rayonunun Məşədivəlilər kəndi M.Yusifov adına tam orta məktəbindəki vakant yerə ixtisası üzrə müəllim təyin olunmuşdur. ##.##.2022-ci ildə keçirilmiş müsahibə mərhələsinə dəvət olunmuş, müsahibəyə qatılmaq istədiyi zaman ali təhsil sənədi olan diplom yoxlanılmış və ona bildirilmişdir ki, diplomu dövlət reyestrində sistemdə görünmür və saxtadır. Bununla bağlı, iddiaçı cavabdehə müraciət etdikdə yenidən həmin əsasla onun imtahana buraxılmasından imtina edilmişdir. Təhsil Nazirliyinin diplomun saxta olması ilə bağlı mövqeyini əsassız və qanunsuz hesab edir. Belə ki, əgər sənəd saxta olsa idi, 5 il dalbadal necə imtahan verə bilərdi. Eyni zamanda 3 ildir ki, necə müəllim işləyə bilərdi. Bu günədək dövlət büdcəsindən maliyyələşən təhsil müəssisəsindən necə əməkhaqqı ala bilərdi. Həmçinin əgər diplom saxta idisə niyə bugünədək yoxlanılarkən bu hal niyə müəyyən olunmayıb. Dövlətin verdiyi sənədin, diplomun həqiqiliyinə güvənərək, etimad göstərərək müəllim kimi fəaliyyət göstərmişdir. Dövlət orqanının verdiyi sənədin etibarlılığına, qanuniliyinə əsaslanaraq iş qurmuş, gələcək həyatını təminat altına almışdır. Bu mənada, onda dövlət orqanının verdiyi sənədin qanunsuzluğuna, legitimsizliyinə dair hər hansı şübhə yarana bilməzdi. Onun diplomu sistemə vurulmayıb, reyestrdə yoxdur, qanunsuzdur belə olan halda da buna görə cavabdehlik daşımalı olan şəxs dövlət orqanıdır, müvafiq təhsil müəssisəsidir. Göründüyü kimi diplomun qeyri-qanuniliyi ilə bağlı məsuliyyətə görə cavab verən şəxs o deyildir. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Müəllimlər Institutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı ****** saylı diplom blankı dövlət nümunəli təhsil sənəd deyildir. Iddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi araşdırma zamanı sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilməsi gələcəkdə təhsil alanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuş olur. Nazirlik iddiaçının təhsil sənədini araşdırarkən onun dövlət nümunəli olmadığını müəyyənləşdirmişdir. Iş materiallarından göründüyü kimi iddiaçı tutduğu vəzifəyə təyin edilmə əsası olaraq təhsil sənədi kimi təqdim etdiyi Azərbaycan Müəllimlər Institutunun Gəncə Filialını bitirməsi barədə verilən diplomun dövlət nümunəli olmadığı müvafiq araşdırma zamanı sübuta yetirmişdir. Eyni zamanda Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Iddiaçının Azərbaycan Müəllimlər Institutunun Gəncə filialına testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Ona görə də, cavabdeh iddiaçını MIQ-in müsahibə mərhələsinə buraxmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27.2-ci maddəsinə əsasən, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Pedaqoji fəaliyyətə başlamaq üçün təqdim edilən sənədin dövlət nümunəli olması əsas şərtdir. Bu baxımdan iddiaçının MIQ imtahanlarına buraxılması tələbinin hüquqi əsası yoxdur. Gəncə Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fikrət Hüseynov) iddia təmin edilmiş, iddiaçının müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya sözügedən diplom təhsil fəaliyyəti üçün dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən Dövlət Attestasiya Komissiyasının ##.##.2009-cu il tarixli qərarına əsasən verilmişdir, bu səbəbdən də ona verilmiş diplomun dövlət nümunəli olmaması onun ziyanına şərh edilməməlidir. Başqa sözlə, cavabdeh orqan sözügedən diplomun verilməsində iddiaçının hər hansı təqsirli hərəkətinin olması barədə heç bir dəlil və sübut təqdim etməmişdir. Məhkəmə işin faktiki hallarına nəzərən qeyd edir ki, iddiaçı 2016-cı ildən müəllim kimi fəaliyyət göstərdiyi, eyni zamanda bir neçə dəfə imtahanlara buraxıldığı halda, növbəti dəfə sözügedən əsasla imtahana buraxılmaması “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan etimad prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## #### 2023-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim: R.Z.Mamedov, hakimlər: A.V.Isgəndərova və A.V.Bayramov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat: Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının (sədrlik edən məruzəçi hakim İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ## ######## 2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında dövlət təhsil müəssisəsi olan Azərbaycan Müəllimlər Institutunun Gəncə filialının qanuni əsaslarla fəaliyyət göstərdiyini, həmçinin iddiaçının həmin təhsil müəssisəsində ali təhsil aldığını təkzib edən sübut yoxdur. Həmin halları nəzərə almadan apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən sözügedən təhsil müəssisəsi tərəfindən iddiaçının adına verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmamasını əsas gətirmişdir. Halbuki, adına verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmamasında iddiaçının təqsiri işin faktiki halları ilə müəyyən edilmir. Eyni zamanda, cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən, həmçinin cavabdehin ##.##.2023-cü il tarixli məktubuna istinad edib iddiaçının təqdim etdiyi diplomla eyni seriyalı, eyni nömrəli diplomun cavabdeh tərəfindən Azərbaycan Müəllimlər Institutunun Gəncə filialının “Ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə məzunu X3 adına verilmiş olduğunu qeyd etmişdir. Dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən verilmiş diplomun seriya və nömrəsi ilə üst-üstə düşən diplomun bir başqa şəxsə verilmiş olması iddiaçının iradəsindən kənar haldır və iddiaçının adına verilmiş diplomun saxta olduğunu özü-özlüyündə təsdiq etmir. Digər tərəfdən, iddiaçının adına verilmiş diplomun əsli məhkəmə tədqiqatının predmeti olmadan onun hüquqi əsasının olmadığı ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə lazımi qaydada araşdırma aparmamış, iddiaçının təqdim etdiyi diplomla eyni seriyalı, eyni nömrəli olduğu iddia edilən diplomu, həmin diplomun verilməsinə əsas olan sənədləri əldə etmədən sadəcə cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli məktubla verilmiş məlumata istinad etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ali təhsil müəssisəsinə hansı qaydada qəbul olunmasının müəyyən edilmədiyini qeyd etsə də, özü də bu istiqamətdə lazımi qaydada araşdırma aparmamış, məsələyə iddiaçının sözügedən ali təhsil müəssisəsinə qəbul olduğu dövrdə qüvvədə olan qanunvericilik baxımından hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının (sədrlik edən-məruzəçi hakim Ş.Q.Rzaquliyev, hakimlər R.A.Məcidov və G.İ.Cavadova) *-*(***)-**/**** nömrəli, # ### 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat: Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən məruzəçi hakim A.Ə.Hüseyn, hakimlər R.S.Nəbizadə və S.Ə.Kərimov) ## ####### 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-**/**** nömrəli, # ### 2025-ci il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 2016-cı ildən bəri müvafiq diplom əsasında müəllimlərin qəbul imtahanlarında iştirak etmiş, sonuncu 2021-ci ildə MIQ imtahanında 54 bal toplayaraq ## ######## 2021-ci il tarixdə 2021-2022-ci tədris ilində Məşədivəlilər kənd M.Yusifov adına tam orta məktəbə sinif müəllimi olaraq müddətli müqavilə əsasında işləmək hüququ qazanmış, məktəbdə öz ixtisası üzrə işləmiş, əmək müqaviləsi müddəti başa çatdığı üçün məktəbin müəllimliyindən azad edilmişdir. Iddiaçı 5 ildən artıq müəllim kimi çalışmışdır. Cavabdehin diplom blankının dövlət nümunəli təhsil sənədi kimi qəbul etməməsinin “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan etimad prinsipinə zidd olub-olmaması məsələsinə məhkəmə tərəfindən qiymət verilməmişdir. Iddiaçının adına verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmamasında iddiaçının təqsiri işin faktiki halları ilə müəyyən edilmir. Apellyasiya məhkəməsi tərəfindən iddia tələbi üzrə qiymətləndirmə aparılan zaman yuxarıda qeyd olunanlara uyğun olaraq “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququ da nəzərə almalıdır. Bununla yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktub və arxiv arayışlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxivində saxlanılan keçmiş Azərbaycan Müəllimlər Institutunun Gəncə filialı üzrə arxiv sənədlərində 2004-2005-ci tədris illərində İddiaçı filialın daxili əmrlərində müsabiqə yolu ilə “Ibtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına qəbul olunması faktı təsdiqinin tapmaması və adı çəkilən şəxs barəsində hər hansı şəxsi işin aşkarlanmaması qeyd edilsə də, İddiaçı aid attestatın həmin universitetin arxivində aşkarlanması göstərilmişdir. Həmin sənədin universitetin arxivində mövcudluğu və bunun səbəbləri məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bundan əlavə, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili 2025-ci il ## ###### tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Müəllimlər Institutu Gəncə Filialı tərəfindən “Ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə verilmiş B seriyalı ****** nömrəli diplomun (qeydiyyat nömrəsi 2/0661) dövlət nümunəli hesab olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması haqqında qərar verilməsini xahiş etmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən dəqiqləşdirilmiş iddia tələbinin icraata qəbul edilib-edilməməsi məsələsi tərəflərin iştirakı ilə müzakirə edilməmiş, həmin tələbə ümumiyyətlə münasibət bildirilməmişdir. Bundan başqa, kassasiya instansiyası məhkəməsindəki icraat zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin *-**/*-****/**** nömrəli 2025-ci il ## ####### tarixli məktubundan görünür ki, iddiaçı müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək üçün “Təhsil Mərkəzləşdirilmiş Informasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq alt sistemdə qeydiyyatdan keçmişdir. Onun “Şəxsi kabineti”nə müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinin keçirilmə vaxtı və yeri barədə məlumat göndərilmişdir. Lakin İddiaçı ##.##.2025-ci il tarixdə keçirilmiş müsabiqənin test mərhələsi barədə məlumatlı olmasına baxmayaraq imtahanda iştirak etməmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ####### 2023-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək üçün namizəd “Təhsil Mərkəzləşdirilmiş Informasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq alt sistemdə qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır. Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra namizədin test imtahanına buraxılması, yaxud buraxılmaması barədə məlumat onun “Şəxsi kabinet”inə göndərilir. Namizədlər işə qəbul müsabiqəsi ilə bağlı məlumatları (keçirilmə vaxtı və yeri barədə və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Bununla əlaqədar kollegiya qeyd etmişdir ki, iddiaçı ilkin tələbi diplomun hüquqi əsaslılığının müəyyən edilməsi ilə yanaşı imtahana buraxılma ilə bağlı olmuşdur. Bu baxımdan iddiaçının hüquqi marağının nədən ibarət olması müəyyən edilməli, imtahana buraxılma ilə tələbi olduğu halda IPM-in 67.3-cü maddəsinin dispozitiv şərtlərinin mövcudluğu məsələsi müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəmə icraatına qəbul edilməsi; Hazırki iddia tələbi “Azərbaycan Müəllimlər Institutu Gəncə Filialı tərəfindən “Ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə verilmiş B seriyalı ****** nömrəli diplomun (qeydiyyat nömrəsi 2/0661) dğvlət nümunəli hesab olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh inzibati orqan iddiaçının diplomunun qanunsuz olduğunu vurğulasa da, lakin bu halı təsdiq edən məhkəmə qərarı mövcud deyildir. Iddiaçı qanuni əsaslarla universitetə qəbul olmuş, orta təhsil almış, illik təhsil haqqı ödəmişdir. Hətta iddiaçı 5 il pedaqoji fəaliyyətlə məşğul olub, cəmiyyət üçün, dövlət üçün təhsilli tələbələr, faydalı şəxsiyyətlər yetişdirib. Necə olur ki, iddiaçının universitetə qeyri-qanuni qəbul olduğu bildirildiyi halda, iddiaçının orta təhsil haqqında attestatıhəmin universitetin arxivində iddiaçının adına açılmış şəxsi işin içərisində tapılır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (əri) X1 apellyasiya şikayətini qəbul etmədiyini və digər nümayəndənin verdiyi izahata əlavəsi olmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının təhsil aldığını iddia etdiyi ali təhsil müəssisəsi barədə hüquq-mühafizə orqanlarında araşdırma aparılmış, nöqsanlar aşkar edilmişdir. Belə ki, həmin ali təhsil müəssisəsi 700 nəfər şəxsə guya ali təhsil müəssisəsinə qəbul olmaları barədə universitetin adından saxta sənəd (tələbə bileti, diplom və s.) vermişdir. Əslində isə, həmin şəxslər nə ali təhsil müəssisəsinə qəbul edilmiş, nə də ki, səlahiyyətli dövlət orqanı tərəfindən bu barədə hər hansı qeydiyyat aparılmamışdır. Iddiaçı İddiaçı da həmin şəxslərdən biridir. Universitet tərəfindən iddiaçının adına verilmiş B seriyalı, ****** nömrəli diplom isə saxtadır. Çünki, həmin diplom Arzu Quliyevaya məxsusdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, tədris ilinin əvvəlində də, sonunda da universitetdə təhsil alan tələbə sayı barədə Təhsil Nazirliyinə müvafiq siyahı təqdim edilir. Həmin siyahı ilə buraxılış imtahanından uğur qazanan tələbələrin sayı bəlli olur və həmin sayda Attestasiya Komissiyasının qərarı ilə ali təhsil müəssisəsinə diplom blankı verilir. Lakin, Attestasiya Komissiyasının iddiaçı barədə qəbul edilmiş qərarı mövcud deyildir. Iddiaçı İddiaçı ali təhsil müəssisələrinə qəbul üçün nəzərdə tutulmuş müsabiqədə iştirak etmiş, lakin şəxsin özü də etiraf edir ki, müsabiqədə uğur qazanmamışdır. Halbuki Azərbaycan Respublikası Prezidentinin 1992-ci il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”-nin 2-ci hissəsinə əsasən, qəbul qaydalarının yaradılması və qəbul imtahanlarının keçirilməsi komissiya tərəfindən həyata keçirilmişdir. Komissiya tərəfindən müəyyən edilmiş 2004/2005-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul qaydaları 2004-cü il ## ###### tarixində çapa imzalanmış “Abituriyent” jurnalının * nömrəli buraxılışında dərc edilmişdir. Həmin qaydalara əsasən 2004/2005-ci tədris ili üçün Azərbaycan Respublikasının dövlət, qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət və xüsusi təyinatlı ali təhsil müəssisələrinə tələbə qəbulu Komissiya tərəfindən mərkəzləşdirilmiş şəkildə test üsulu ilə həyata keçirilmişdir. Tətbiq edilən hüquq “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə müvafiq sənədləri nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməlidir. Işin hallarından görünür ki, B seriyalı, ****** nömrəli diploma əsasən, iddiaçı Azərbaycan Müəllimlər Institutunun Gəncə filialını bitirmiş və Dövlət Attestasiya Komissiyasının ##.##.2009-cu il tarixli qərarı ilə ona “Ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Həmin diplom əsasında iddiaçı Cavabdeh təşkil etdiyi MIQ imtahanında iştirak edərək ibtidai sinif müəllimi kimi Tovuz rayonunun müxtəlif kəndlərində ümumilikdə 5 ildən artıq işləmiş, əmək haqqı almışdır. Iddiaçı 2021-ci ildə MIQ imtahanında 54 bal toplayaraq ## ######## 2021-ci il tarixdə Məşədivəlilər kənd M.Yusifov adına tam orta məktəbə sinif müəllimi təyin olunmuş və ## #### 2022-ci il tarixli *** nömrəli əmrlə 2021-2022-ci tədris ilində MIQ-də müddətli müqavilə əsasında işləmək hüququ qazanmış, məktəbdə öz ixtisası üzrə işləmiş əmək müqaviləsi müddəti başa çatdığı üçün məktəbin müəllimliyindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ilk növbədə qeyd edilir ki, hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq, əvvəlki apellyasiya baxışı zamanı verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə edilmiş və iddiaçı tərəf məhkəmə kollegiyasından ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilərək, iddia tələbi “Azərbaycan Müəllimlər Institutu Gəncə Filialı tərəfindən “Ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə verilmiş B seriyalı ****** nömrəli diplomun (qeydiyyat nömrəsi 2/0661) dövlət nümunəli hesab olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmə kollegiyası tərəfindən hazırkı apellyasiya baxışı zamanı aparılan araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il ## ####### tarixli *** nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiq edilmişdir (Azərbaycan Respublikası Prezidentinin # ##### 2005-ci il tarixli, № *** Fərmanı ilə Əsasnamənin təsdiq edilməsi barədə 1992-ci il ## ####### tarixli *** nömrəli Fərman qüvvədən düşmüş hesab edilmişdir). Həmin Əsasnamənin 2-ci hissəsində göstərilirdi ki, qəbul qaydalarının yaradılması və qəbul imtahanlarının keçirilməsi komissiya tərəfindən həyata keçirilir. Bununla belə, komissiya tərəfindən müəyyən edilmiş 2004/2005-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul qaydaları 2004-cü il ## ###### tarixində çapa imzalanmış “Abituriyent” jurnalının * nömrəli buraxılışında dərc edilmişdir. Həmin qaydalara əsasən 2004/2005-ci tədris ili üçün Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinə tələbə qəbulu Komissiya tərəfindən mərkəzləşdirilmiş şəkildə test üsulu ilə həyata keçirilmişdir. Iş materiallarına əlavə edilmiş X4 ## ###### 2024-cü il tarixli *-*/*-***/**** nömrəli məktubundan görünür ki, iddiaçı İddiaçı ali təhsilin bakalavriat səviyyəsinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 700 ballıq şkala üzrə 2003-cü ildə DT altqrupunda 151.197 bal, XH altqrupunda 143.125 bal, 2004-cü ildə DT altqrupunda 96.482 bal, XH altqrupunda 81.625 bal toplayaraq heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X4 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Iddiaçıya aid attestatın Azərbaycan Dövlət Pedoqoji Universitetinin arxivində aşkarlanmasının hansı səbəbə və əsasa söykəndiyini müəyyən etmək məqsədilə həmin universitetə müvafiq sorğu ünvanlansa da, lakin alınan cavabla attestatın hansı səbəbdən universitetin arxivində olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, 2004/2005-ci tədris ili, yəni iddiaçının ali təhsil müəssisəsinə qəbul olduğunu iddia etdiyi tədris ili üçün ali təhsil müəssisələrinə qəbul test üsulu ilə həyata keçirilmişdir. Iddiaçı İddiaçı isə 2004-cü ildə ali təhsilin bakalavriat səviyyəsinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında iştirak etsə də, müvəffəqiyyət qazana bilməmişdir. Odur ki, iddiaçıya aid attestatın Azərbaycan Dövlət Pedoqoji Universitetinin arxivindən aşkarlanması halı, onun həmin ali təhsil müəssisəsinə qanuni əsaslarla qəbul olması kimi qiymətləndirilməməlidir. Iddiaçı İddiaçı ali təhsil müəssisəsinə qəbul olduğunu iddia etdiyi tədris ili üçün ali təhsil müəssisələrinə qəbulun məhz test üsulu ilə həyata keçirildiyi və onun bu imtahandan müvəffəqiyyət qazana bilməməsi barədə işin halları onu deməyə əsas verir ki, iddiaçı “Azərbaycan Müəllimlər Institutunun Gəncə filialını bitirməsi və Dövlət Attestasiya Komissiyasının ##.##.2009-cu il tarixli qərarı ilə ona ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr dərəcəsi alması” barədə ona verilmiş, dövlət nümunəli olmayan “diplom” sənədinin qanunsuz olduğundan məlumatlı olmuşdur. Ən azından, iddiaçının bu məlumatı bilməli olduğunu istisna etmək olmaz. Çünki, ali təhsil müəssisəsinə qəbul olmaq məqsədilə test imtahanında iştirak edən şəxsin bu imtahanın nəticəsindən məlumatsız qalması qənaətinə gəlmək, ağlabatan mühakimə əsasında mümkün deyildir. Bu mənada, hazırkı işdə “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinin dispozitiv əlamətləri mövcud olduğundan, iddiaçının həmin Qanunda nəzərdə tutulan etimad hüququnun qorunması prinsipinə istinad etməsi yolverilməzdir. Kollegiya göstərir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı yuxarıda qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3- cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Beləliklə idddiaçı qanuni əsaslarla universitetə daxil olmamaqla ona təqdim edilən diplomun dövlət nümunəli olmadığını bilmişdir. Belə olan halda sonuncunun etimadın qorunmasına olan hüquqa istinadən tələbinin təmin edilməsi yol verilməzdir. Digər tərəfdən iddiaçıya təqdim edilən diplomun dövlət nümunəli olmaması inzibati orqan tərəfindən təqdim edilən sənədlərlə öz təsdiqini tapmışıdır. Belə ki, Elm və Təhsil Nazirliyindən daxil olmuş ##.##.2023-cü il tarixli *-**/*****/**** nömrəli məktubda B ****** nömrəli diplom blankının Azərbaycan Müəllimlər Institutunun Gəncə Filialı tərəfindən X3 adına yazılmış dövlət nümunəli sənəd olması bildirilmişdir. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili qanunvericiliyə uyğun olduğundan, iddiaçının diplomunun tanınmasından imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 40, 41, 80, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Islam Həsənov, Hakimlər: Əlizamin Abdullayev, Müşviq Məmmədov
Məhkəmə qərarları › İş №2-1(104)-717/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-717/2025
16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver