Məhkəmə qərarları › İş №2-1(104)-721/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-721/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-721/2025 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı dövlət sosial yardımın bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-3056/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1986-cı il tarixdə Bərdə rayonu, Türkmən kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır.

2. Bərdə regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-1941 reyestr nömrəsi ilə təsdiq edilmiş **********941 nömrəli ərizəyə əsasən, İddiaçı və X2 ailəsi üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailəsini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişlər.

3. xx.xx.2024-xx.xx.2024 tarixlərində qüvvədə olan xx.xx.2024-cü il tarixli, **********650200 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X4 tərəfindən ümumilikdə 34.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

4. xx.xx.2024-xx.xx.2024 tarixlərində qüvvədə olan xx.xx.2024-cü il tarixli, **********663000 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X4 tərəfindən ümumilikdə 27.60 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

5. xx.xx.2024-xx.xx.2024 tarixlərində qüvvədə olan xx.xx.2024-cü il tarixli, **********663000 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X4 tərəfindən ümumilikdə 27.60 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

6. xx.xx.2024-xx.xx.2025 tarixlərində qüvvədə olan xx.xx.2024-cü il tarixli, **********650200 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X4 tərəfindən ümumilikdə 103.50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

7. xx.xx.2025-xx.xx.2025 tarixlərində qüvvədə olan “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, ailə başçısı X4 özü və ailə üzvləri İddiaçı və digər 3 nəfər barəsində 2025-ci ilin mart ayı üzrə adam başına 8 manat olmaqla ümumilikdə 40 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.

8. xx.xx.2025-xx.xx.2025 tarixlərində qüvvədə olan xx.xx.2025-ci il tarixli, **********481900 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X4 tərəfindən ümumilikdə 40.0 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

9. xx.xx.2025-xx.xx.2025 tarixlərində qüvvədə olan xx.xx.2025-ci il tarixli, **********992800 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X4 tərəfindən ümumilikdə 40.0 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

10. xx.xx.2025-xx.xx.2025 tarixlərində qüvvədə olan xx.xx.2025-ci il tarixli, **********824800 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X4 tərəfindən ümumilikdə 40.0 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

11. xx.xx.2025-xx.xx.2025 tarixlərində qüvvədə olan xx.xx.2025-ci il tarixli, **********124300 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X4 tərəfindən ümumilikdə 40.0 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

12. xx.xx.2026-xx.xx.2026 tarixlərində qüvvədə olan xx.xx.2026-cı il tarixli, **********534300 nömrəli “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, X4 tərəfindən ümumilikdə 40.0 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

13. Azərbaycan Respublikası Mərkəzi Bankı - X6, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nazim Cəfərov tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 35.00 AZN məbləğ ödənilmişdir.

14. Azərbaycan Respublikası Mərkəzi Bankı - X6, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nazim Cəfərov tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 70.00 AZN məbləğ ödənilmişdir.

15. Azərbaycan Respublikası Mərkəzi Bankı - X6, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nazim Cəfərov tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 70.00 AZN məbləğ ödənilmişdir.

16. Azərbaycan Respublikası Mərkəzi Bankı - X6, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nazim Cəfərov tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 28.00 AZN məbləğ ödənilmişdir.

17. Azərbaycan Respublikası Mərkəzi Bankı - X6, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nazim Cəfərov tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 28.00 AZN məbləğ ödənilmişdir.

18. Azərbaycan Respublikası Mərkəzi Bankı - X6, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, 148944 nömrəli mədaxil qəbzinə əsasən, Nazim Cəfərov tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 70.00 AZN məbləğ ödənilmişdir.

19. Azərbaycan Respublikası Mərkəzi Bankı - X6, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən, Nazim Cəfərov tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 105.00 AZN məbləğ ödənilmişdir.

20. Ünvanlı dövlət sosial yardımla bağlı altsistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, təmsil etdiyi 4 nəfərdən ibarət ailə üzvlərinin gəlirləri və xərcləri hesablanmış, torpaq pay mülkiyyətindən gəlirlər – 346,93 manat, rabitə və kommunal xərclər: Azəriqaz – 126.48, Azərsu – 38.4, Azərişıq – 63, ümumi rabitə xərcləri 82 manat, ailə üzvlərinin rəsmi gəlirləri 533.25 manat, ailənin adambaşına düşən orta aylıq kommunal və rabitə xərcləri 6.46 manat, ailənin adambaşına düşən orta aylıq gəliri 93.34 manat müəyyən edilmiş və xx.xx.2025-ci il tarixdən etibarən 433.81 manat məbləğində təyinat aparılmaqla 2024-cü ilin dekabr ayı da daxil olmaqla ödəniş həyata keçirilmiş, daha sonra təyinat avtomatik dayandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək aztəminatlı ailə kimi ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırılaraq imtina edilməsi barədə cavabdeh orqanın qərarının ləğv edilməsi, təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1986-cı ildə ünvan 4 ünvanında yaşayır. Ailəsi dörd nəfərdən – özü, arvadı və iki azyaşlı uşağından ibarətdir. Arvadı uşaqları azyaşlı olduğu üçün işləmir. Özü isə Türkmən kəndində yerləşən 0,30 ha pay torpağında əmək fəaliyyəti ilə məşğul olur. Vergi ödəyicisi kimi MDSS ödənişlərini vaxtında ödəyir. Ailə təmsilçisi olaraq ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün xx.xx.2024cü ildən VEMTAS vasitəsi ilə müraciət etmişdir. Ailənin maddi məişət şəraiti nazirliyin işçiləri tərəfindən müayinə edilmiş və xx.xx.2024-cü ildən aylıq 433 manat məbləğində 01 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Təyin edilmiş yardım xx.xx.2024-cü il tarixə kimi ödənilmişdir. Nazirlik tərəfindən heç bir məlumat verilmədən 2025-ci ilin yanvarında sosial yardımın ödənişi dayandırılmışdır. Bunun səbəbini öyrənmək istəyən zaman elektron sistemdə təyinat avtomatik dayandırılmışdır sözü yazılmışdır. Bununla bağlı Bərdə rayonunda yerləşən DOST mərkəzinə müraciət etmiş və öyrənmişdir ki, pay torpaq sahəsindən MDSS ödənişləri edilmədiyi üçün ünvanlı dövlət sosial yardım dayandırılmışdır. Hansı ki, 2025-ci ilin mart ayına kimi pay torpaq sahəsinə görə MDSS ödənişləri tərəfindən ödənilmişdir. Lakin 2024-cü ilin bir neçə ayı MDSS haqları imkansızlıq ucbatından tərəflərindən ödənilməmişdir. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda MDSS ödənişləri olmamasına görə sosial yardımın təyin edilməsindən imtina ilə bağlı heç bir müddəa yoxdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

23. Cavabdeh inzibati orqan etiraz ərizəsində göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli, **********94102-197 nömrəli müraciətə əsasən təyin edilmiş xx.xx.2024-cü il tarixdə təyin edilmiş sosial yardımın ailə üzvünün torpaqla əlaqədar məcburi dövlət sosial sığorta haqları olmadığına görə sistem tərəfindən avtomatik qaydada dayandırılması qanuni və əsaslı olmuşdur. Belə ki, ünvanlı dövlət sosial yardımının təyin olunmasında ilk şərt ailənin aztəminatlı olmasıdır. Ailənin aztəminalı ailə kateqoriyasına daxil olması üçün ailənin hər bir üzvünün orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması nəzərdə tutulur. Bu o deməkdir ki, təmsilçi ünvanlı dövlət sosial yarıdımı üçün müraciət edərkən hər bir ailə üzvü üçün orta aylıq gəlirinin ehtiyac meyarının məcmusundan aşağı olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onların gəlirləri barədə dəqiq məlumatları ərizə bəyannamədə göstərməlidir. İddiaçı isə formal olaraq vergi ödəyisi kimi qeydiyyatdan keçmiş lakin faktiki olaraq sahibkalıq fəaliyyəti ilə məşğul olmayaraq özünü məşğul şəxs kimi təqdim etmişdir. Digər tərəfdən qanunvericilikdə ailənin əmək qabiliyyətli üzvünün aylıq gəlirinin onlardan asılı olmayan səbəblərdən ehtiyac meyarından aşağı olması üzürlü səbəblərlə əlaqələndirilmişdir. Qeyd olunan səbəblər qanunvericilikdə sadalanmışdır. Hazırki işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının ailə üzvü İddiaçı ünvanlı dövlət sosial yardımı almaq hüququnun yaranması üçün vergi ödəyicisi kimi uçota alınaraq kənd təsərrüfatı ilə məşğul olan sahibkar kimi ərizəbəyannaməyə məlumatlarını daxil etmişdir. Araşdırma zamanı sığortaolunanlar alt sistemi məlumatlarına əsasən müəyyən edilir ki, İddiaçı 2023-cü ilin sentyabr ayından 2025-ci ilin mart ayındək hər hansı gəliri olmamışdır. Həmçinin qeyd edilmişdir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.1-ci bəndində ailənin gəlirlərinin hesablanması qaydası tənzimlənmişdir. Həmin bənddə qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmçinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta AS” (birbaşa daxil olan ödənişlərin uçotu) proqramında qeyd olunan VÖEN üzrə aparılan yoxlama nəticəsində təyinatdan əvvəl məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi müəyyən edilmişdir. Təyinatdan sonrakı aylarda məcburi dövlət sosial sığorta haqları ödənişlərinin sayı 2 olmuşdur. İddiaçı müraciətinə əsasən təyinat xx.xx.2024-cü il tarixdə aparılmış və tələb olunan 6 ödənişdən 2-si olduğuna görə sosial yardım dayandırılmışdır. Həmçinin iyul, avqust, sentyabr və oktyabr aylarında hər hansı ödəniş etmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçı ünvanlı sosial yardımın təyin edilməsindən əvvəl faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən sosial yardımı əldə etmək məqsədi ilə formal olaraq özünü işləyən şəxs kimi təqdim etmişdir. Odur ki, iddia tələbinin rədd olunması xahiş edilmişdir

24. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ünvanlı dövlət sosial yardımının bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

25. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək, məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi.

26. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 verdikləri etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi.

27. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3056/2025 nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia tələbinin təmin edilməsi, İddiaçı ailəsinə xx.xx.2025-ci il tarixdən ünvanlı sosial yardımın bərpa edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

28. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla təyin edilən sosial yardımı dayandırması qanuni sayıla bilməz. Digər tərəfdən, cavabdeh hazırkı iş üzrə qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuş və inzibati icraat aparmamış, icraatla bağlı hüquq pozuntularına yol vermişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

29. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 3056/2025 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda işin faktiki hallarına əsasən İddiaçı təyin edilmiş ünvanlı dövlət sosia yardımının dayandırılmasına əsas ailə üzvünün torpaqla əlaqədar məcburi dövlət sosial sığorta ödənişinin olmamasıdır. Hesab edirik ki, İddiaçı xx.xx.2024-cü il tarixli, **********94102-197 nömrəli müraciətə əsasən xx.xx.2024-cü il tarixdə təyi edilmiş sosial yardımın “ailə üzvünün torpaqla əlaqədar məcburi dövlət sosial sığorta haqları olmadığına görə” sistem tərəfindən avtomatik qaydada dayandırılması qanuni və əsaslı olmuşdur. Belə ki, yuxarıda qeyd edilmiş qanunvercilik normalarından da aydın olur ki, ünvanlı dövlət sosia yardımının təyin olunmasında ilk şərt ailənin aztəminatlı olmasıdır. Ailənin aztəminalı ailə kateqoriyasına daxil olması üçün ailənin hər bir üzvünür orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması nəzərdə tutulur. Bu o deməkdir ki, təmsilçi ünvanlı dövlə sosial yarıdımı üçün müraciət edərkən hər bir ailə üzvü üçün orta aylıq gəlirinin ehtiyac meyarının məcmusundan aşağı olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onların gəlirləri barədə dəqiq məlumatları ərizə-bəyannamədə göstərməlidir. İddiaçı isə formal olara vergi ödəyisi kimi qeydiyyatdan keçmiş lakin faktiki olaraq sahibkalıq fəaliyyəti ilə məşğul olmayaraq özünü məşğul şəxs kimi təqdim etmişdir. Digər tərəfdən qanunvericilikdə ailənin əmək qabiliyyətli üzvünün aylıq gəlirinin onlardan asılı olmayan səbəblərdən ehtiyac meyarından aşağı olması üzrlü səbəblərlə əlaqələndirilmişdir. Qeyd olunan səbəblər qanuvericilikdə sadalanmışdır. Hazırki işin faktiki halları ilə müəyyən olunur ki iddiaçının ailə üzvü İddiaçı ünvanlı dövlət sosial yardımı almaq hüququnun yaranması üçün vergi ödəyicisi kimi uçota alınaraq kənd təsərrüfatı ilə məşğul olan sahibkar kimi ərizə-bəyannaməyə məlumatlarını daxil etmişdir. Araşdırm zamanı sığortaolunanlar alt sistemi məlumatlarına əsasən müəyyən edilir ki, İddiaçı 2023-cü ilin sentyabr ayından 2025-ci ilin mart ayındək hər hansı gəliri olmamışdır. Həmçinin bildirilir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtin edilməsi Qaydaları”nın 5.1-ci bəndində ailənin gəlirlərinin hesablanması qaydası tənzimlənmişdir. Həmin bənddə qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinin bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə pul və natural formada gəlirlərinir toplusundan ibarətdir. Həmçinin, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta AS” (birbaşa daxil olan ödənişlərin uçotu) proqramında qey olunan VÖEN üzrə aparılan yoxlama nəticəsində təyinatdan əvvəl məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi müəyyən edilmişdir. Təyinatdan sonrakı aylarda məcburi dövlət sosial sığorta haqları ödənişlərinin sayı 2 olmuşdur. İ Cəfərova müraciətinə əsasən təyinta xx.xx.2024-cü il tarixdə aparılmış və tələb olunan 6 ödənişdən 2-si olduğuna görə sosial yardım dayandırılmışdır. Həmçinin iyul, avqust, sentyabr və oktyabr aylarında hər hansı ödəniş etmədiyi müəyyən edilmişdir. Bundan əlavə bildirilir ki, məhkəmə qərarı əsaslandırarkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə istinad edərək, qərarın ləğv olunması proseduru ilə bağlı məsələlərə toxunmuş və hazırkı məsələyə yenidən hesablama olaraq münasibət bildirmişdir. Bununla bağlı bildirilir ki, yuxarıda da qeyd olunduğu üzrə ünvanlı sosial yardımla bağlı müraciətlər Azərbaycaı Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, Qaydaların 3.1-ci bəndin uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Yəni, araşdırılma faktiki olaraq VEMTAS tərəfindən aparıldığı üçün ona hər-hansı şəxs tərəfindən müdaxilə mümkün olmur. Araşdırma elektron sistem tərəfindən aparıldığı üçün, ərizə bəyannamədə vətəndaş tərəfindən daxil olunan məlumatlarla “Elektron hökumət” portalında olan məlumatlar arasında uyğunsuzluq aşkar olunduğu halda elektron sistem tərəfindən dərhal müdaxilə olunur. Bu isə özü-özlüyündə aparılan prosedurlarla bağlı vətəndaşı xəbərdar etmək imkanını məhdudlaşdırır. Qeyd olunan məsələ ilə bağlı vətəndaşa səbəblər göstərilməklə sadəcə nəticə ilə bağlı məlumat verilir. Ona görə də, hazırki məsələyə bilavasitə inzibati orqan tərəfindən aparılan inzibat icraat olaraq yanaşma formal xarakter daşıyır. Hesab edilir ki, bu əsasla çıxış edərək iddianın təmin olunması sözügedən məsələlərin ətraflı araşdırılmamasından irəli gəlir. Yuxarıda qeyd olunanlar bir daha onu təsdiq edir ki, iddiaçı ünvanlı sosial yardımın təyin edilməsindən əvvəl faktiki olaraq sahibkalıq fəaliyyəti ilə məşğul olmamış, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən sosial yardımı əldə etmək məqsədilə formal olaraq özünü işləyən şəxs kimi təqdim etmişdir. Hesab edilir ki, məhkəmələr bu tip mübahisələrə baxarkən iddiaçılar tərəfidən iddiaçıların sahibkarlıq fəaliyyətinə hansı tarixdən başladığı, onların sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər və ödənilmiş ödənilmiş məcburi sosial sığorta haqları il bağlı məlumatlar tam hərtrəfli araşdırmalı və ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, ümumilikdə tərəfindən mdss haqları üzrə ödənişlər bütün aylar üzrə həyata keçirilmişdir, bununla belə bəzi vaxtlarda bu ödənişlər hər ay deyil, 2-3 ayın ödənişi birdəfəyə ödənilmişdir.

Tətbiq edilən hüquq normaları

34. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

35. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.10. Məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir. Maddə 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər; 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər; 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi,onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarının və qurumlarının (bundan sonra qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X1 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Bənd 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Bənd 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Bənd 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. Bənd 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Bənd 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

40. İPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

41. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

42. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

43. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

44. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

45. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

46. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

47. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

48. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

49. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvanlı dövlət sosial yardım ilə bağlı ailəni təmsil edən şəxs qismində İddiaçı tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “ünvanlı yardım” altsisteminə daxil edilən xx.xx.2024-cü il tarixli, **********94102-197 nömrəli müraciətinə əsasən, ailəyə xx.xx.2024-cü il tarixdən 433,81 manat məbləğində sosial yardım təyin edilmişdir. Daha sonra ailəyə ödənilən ünvanlı dövlət sosial yardım ailə üzvünün torpaqla əlaqədar məcburi dövlət sosial sığorta haqları olmaması əsası ilə təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsi sistem tərəfindən avtomatik qaydada dayandırılmışdır.

52. Cavabdehin etirazında qeyd edilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta AS” (birbaşa daxil olan ödənişlərin uçotu) proqramında qeyd olunan VÖEN üzrə aparılan yoxlama nəticəsində təyinatdan əvvəl məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi müəyyən edilmiş, təyinatdan sonrakı aylarda məcburi dövlət sosial sığorta haqları ödənişlərinin sayı 2 olmuşdur. İddiaçı müraciətinə əsasən təyinat xx.xx.2024-cü il tarixdə aparılmış və tələb olunan 6 ödənişdən 2-si olduğuna görə sosial yardım dayandırılmış, həmçinin iyul, avqust, sentyabr və oktyabr aylarında hər hansı ödəniş etmədiyi müəyyən edilmişdir.

53. Cavabdehin etirazının əsaslarını təhlil edərkən belə nəticəyə gəlmək olur ki, cavabdehin mövqeyinə görə şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının MDSS ödənişləri olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də ödənişlərin həyata keçirilməsi dayandırılmışdır.

54. Məhkəmə kollegiyası cavabdehin bu arqumentini əsassız hesab edir və qeyd edir ki, əvvəla yuxarıda istinad olunan Qaydaların 5.14-cü bəndində torpaq payından əldə olunan gəlirlər hesablanması qaydası əks olunmuşdur. Bununla belə, iddiaçının istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi anlamına gəlmir.

55. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının təmsil etdiyi ailənin sosial yardım almaq hüququna yenidən baxılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuş və inzibati icraatı düzgün həyata keçirməmiş, icraatla bağlı hüquq pozuntularına yol vermişdir.

56. Belə ki, əvvəla, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, cavabdeh inzibati orqan olaraq yenidən hesablama apararkən inzibati icraat başlamalı və həmin icraatın yekun nəticəsi olaraq qərar qəbul etməli idi.

57. Habelə, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

58. Yəni inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

59. İş materiallarında olan “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzlərə, eləcə də müvafiq mədaxil qəbzlərinə əsasən müəyyən edilir ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə etdiklərinə görə bütün MDSS haqları X4 tərəfindən özü və ailə üzvləri - İddiaçı (iddiaçı) və digərləri barəsində həyata keçirilmişdir.

60. Həmçinin müəyyən edilir ki, X4 tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” müvafiq qəbzlərə əsasən, xx.xx.2024-xx.xx.2024 tarixlər üzrə 34.50 manat, xx.xx.2024-xx.xx.2024 tarixlər üzrə 27.60 manat, xx.xx.2024-xx.xx.2024 tarixlər üzrə 27.60 manat, xx.xx.2024-xx.xx.2025 tarixlər üzrə 103.50 manat, xx.xx.2025-xx.xx.2025 tarixlər üzrə 40 manat, xx.xx.2025-xx.xx.2025 tarixlər üzrə 40.0 manat, xx.xx.2025-xx.xx.2025 tarixlər üzrə 40.0 manat, xx.xx.2025-xx.xx.2025 tarixlər üzrə 40.0 manat, xx.xx.2025xx.xx.2025 tarixlər üzrə 40.0 manat, xx.xx.2026-xx.xx.2026 tarixlər üzrə 40.0 manat, eləcə də müvafiq mədaxil qəbzlərinə əsasən, həmin şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 35.00 manat, xx.xx.2023-cü il tarixdə 70.00 manat, xx.xx.2023-cü il tarixdə 70.00 manat, xx.xx.2024-cü il tarixdə 28.00 manat, xx.xx.2024-cü il tarixdə 28.00 manat, xx.xx.2024-cü il tarixdə 70.00 manat, xx.xx.2024-cü il tarixdə 105.00 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

61. Göründüyü kimi, torpaq mülkiyyətçisi kimi X4 tərəfindən iddiaçıya münasibətdə MDSS-nin aylıq məbləği xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək olan müddətlər üzrə ödənilmişdir. Yəni, hazırki halda MDSS ödənişinin müvafiq aylar üzrə sabit qəbz alınmadan, eləcə də Nazim Cəfərov tərəfindən edilməsi, iddiaçının MDSS ödənişləri olmadığı anlamına gəlməməlidir. Çünki nəzərə alınmalıdır ki, həmin ödənişlərin təyinatı bəllidir, eyni məqsədə xidmət edir və ailə başçısı tərəfindən ödənilmişdir. Bütün bunlar isə cavabdehin “iddiaçı tərəfindən təyinatdan əvvəl mdss haqlarının ödənilməməsi, eyni zamanda təyinatdan sonrakı aylarda isə tələb olunan 6 ödənişdən yalnız 2-sinin olması” ilə bağlı dəlillərinin əsaslı olmadığını deməyə əsas verir.

62. Beləliklə qeyd edilməlidir ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin yuxarıdakı halları maraqlı şəxsin xeyrinə olan və cavabdeh orqan tərəfindən nəzərə alınmalı olan hallardır.

63. Belə ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

64. Həmçinin, nəzərə almaq lazımdır ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları tam, obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir.

65. Kollegiya cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman dayandırma barədə qərarın verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq dayandırmanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın dayandırılmasına gətirib çıxara bilməz.

66. Həmçinin, bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır.

67. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin həmin yardımı almağa davam etməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım ödənilməsi baxımından dayandırma səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, dayandırma haqqında qərar çıxarıla bilər.

68. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hallara istinad edərək, iddiaçının təmsil etdiyi ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırması qanunsuz olmuşdur. Eyni zamanda, bundan narazı qalan iddiaçı yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə görə hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və onun iddiası da birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir.

69. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

70. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3056/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar