Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-725/2024 05.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-1056/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı pensiya təyin edilməsi üçün cavabdehə müraciətinə xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, təqdim edilmiş əmək kitabçası və arxiv arayışlarının surətlərinə əsasən iddiaçının sığorta stajı 24 il 24 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş X6 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1977-ci tarixindən xx.xx.1983-cü il tarixinədək “İnqilab” sovxozunda və xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək Sabirkənd kəndi XDS İK-də əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Eyni zamanda bildirilir ki, sözügedən dövrlər sığorta stajına daxil edilsə belə ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.
2. Azərbaycan Respublikası X6 filialının xx.xx.2023-cü il tarixli, arxiv arayışdan görünür ki, İddiaçı 6 №-li Şərab zavodunun xx.xx.1992-ci il tarixli 2, § 4 №-li əmri ilə zavoda mikrobioloq vəzifəsinə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixli 1, § 8 №-li əmrlə 1 №-li şərab zavoduna mikrobioloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2000-ci il tarixli, 2 №-li əmrlə köçürmə yolu ilə 6 №-li Şərab zavoduna keçirilmişdir. xx.xx.2002-ci il tarixli, 2 №-li əmrlə işdən azad olunmuşdur. Həmçinin “Şəmkir Konyak” ATSC-nin xx.xx.2002-ci il tarixli, 12 №-li əmri ilə spirtçəkmə sexində işə başlaması qeyd edilmişdir. xx.xx.2004-cü il tarixlli, 4 №-li əmri ilə işdən azad olunmuşdur. (Qeyd: Şəmkir Konyak zavodunun işçilərinə aid 1997-1998-ci illərə dair və “Şəmkir Konyak" ATSC-nin 1999-2006-cı illərə dair əmək haqqı kitabları Şəmkir Filialına təhvil verilmədiyi üçün filialda saxlanılmır).
3. Azərbaycan Respublikası X6 filialının xx.xx.2023-cü il tarixli arxiv arayışda qeyd edilmişdir ki, Şəmkir Filialında mühafizə olunan Sabirkənd kəndi ərazisində fəaliyyət göstərmiş sabiq “İnqilab” sovxozunun fəhlə və qulluqçularına aid əmr kitablarına əsasən İddiaçı sovxozun xx.xx.1982-ci il tarixli, 4 №-li əmri ilə 8 №-li briqadaya fəhlə qəbul edilmiş və xx.xx.1983-cü il tarixli 38, § 4 №-li əmri ilə “İnqilab” sovxozuna komsomol komitə katibi seçildiyinə görə fəhləlikdən azad edilmişdir. Sovxozda işləyərkən qazandığı əmək haqqı aşağıdakı kimi olmuşdur: 1983-cü ildə may ayında 196,82 manat kartof pulu, dekabr ayında cavan üzüm bağından 40.72 manat. Azərbaycan LKGİ Şamxor rayon komitəsinin arxiv sənədləri X6 Filialına təhvil verilmədiyi üçün İddiaçı əmək kitabçasında qeyd olunan 1983-1985-ci illərdə “İnqilab” sovxoz komsomol təşkilatında işləməsi barədə məlumat verilməsi tərəflərindən mümkün deyildir. Sabirkənd kəndi XDS İK-nin 1985 və 1991-ci illərə dair əmr (həmçinin sessiya iclas protokolları) kitabları, həmçinin 1991-ci ilə dair əmək haqqı kitabı filiala təhvil verilmədiyi üçün 1985-ci ildə işə qəbul edilməsi, 1991-ci ildə işdən azad olunması əmrləri və 1991-ci ildə işləyərək qazandığı əmək haqqı barədə məlumat verilməsi tərəflərindən mümkün deyildir. Sabirkənd kəndi İƏV üzrə nümayəndəliyin 1991-ci ilə dair əmr və əmək haqqı kitabları arxivə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “İnqilab” kolxozunda sıravi kolxoçu vəzifəsində, xx.xx.1982-ci ildən 31 may 1983-cü il tarixədək “İnqilab” sovxozunda fəhlə vəzifəsində xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək “İnqilab” sovxoz komsomol təşkilatında azad katib vəzifəsində və xx.xx.1985-ci ildən xx.xx.1991-ci il tarixədək X2 Sovetinin İcrayə Komitəsinin katibi vəzifəsində işlədiyi müddətin ona yaşa görə əmək pensiyası hüququ verən sığorta (iş) stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, o, 12 noyabr 1977-ci ildən 1982-ci ilin oktyabr ayının 01-dək Şəmkir rayonu Sabirkənd kəndi ərazisində fəaliyyət göstərmiş “İnqilab” adına kolxozda kolxozçu işləmişdir. (əsas: 3-48-13F/2-H-396/2023 saylı, 05 iyul 2023-cü il tarixli arxiv arayışı və xx.xx.1981-ci il tarixdə açılmış əmək kitabçası). xx.xx.1982-ci il tarixli, 4 nömrəli əmrlə “İnqilab” kolxozu öz bazası əsasında sovxoz təşkil olunması əsası ilə əlaqədar olaraq 1977-ci ildən xx.xx.1982-ci il tarixə kimi olan cəmi 6 il 2 ay iş stajı fəhlə qulluqçu iş stajına çevrilmişdir (əsas: İT-İ № ******* saylı, xx.xx.1984-cü il tarixli əmək kitabçası). “İnqilab” adna sovxozun xx.xx.1982-ci il tarixli, 4 saylı əmri ilə sovxoza fəhlə qəbul olunmuş, xx.xx.1983-cü il tarixli, 38 saylı əmrlə sovxozunda komsomol komitə katibi seçildiyi üçün fəhlə vəzifəsindən azad edilmişdir. Azərbaycan LKGİ-nin Şamxor rayon komitəsinin xx.xx.1983-cü il tarixli, 37 saylı əmri ilə xx.xx.1983-cü ildən “İnqilab” sovxoz komsomol təşkilatında azad katib vəzifəsinə təsdiq edilmişdir. Azərbaycan LKGİ-nin Şamxor rayon komitəsinin xx.xx.1985-ci il tarixli, 6 saylı əmri ilə sovet işinə keçdiyinə görə xx.xx.1985-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Sabirkənd XDS İK-nin xx.xx.1985-ci il tarixli əmri ilə Sabirkənd XDS İK-nin katibi vəzifəsinə təyin edilmişdir. Sabirkənd İcra hakimiyyətin nümayəndəsinin xx.xx.1991-ci il tarixli, 3 saylı əmri ilə XDS İKnin səlahiyyətinə xitam verilməsi ilə əlaqədar olaraq Sabirkənd XDS-nin katibi vəzifəsindən azad edilmişdir. Şəmkir rayon 6 nömrəli Şərab zavodunun 2 nömrəli, xx.xx.1992-ci il tarixli əmri ilə zavoda mikrobioloq vəzifəsinə təyin edilmişdir. (əsas: əsas: İT-İ № ******* saylı, xx.xx.1984-cü il tarixli əmək kitabçası və 3-48-13F/2-H-396/2023 saylı, 05 iyul 2023-cü il tarixli iki sayda arxiv arayışları). 1 nömrəli şərab zavodunun xx.xx.1995-ci il tarixli əmrlə zavoda mikrobioloq vəzifəsinə təyin olunmuş, 1 nömrəli Şərab zavodunun xx.xx.2000-ci il tarixli, 2 nömrəli əmri ilə köçürmə yolu ilə 6 nömrəli Şərab zaboduna keçirilmiş, 2 nömrəli Şərab zavodunun xx.xx.2002-ci il tarixli, 2 nömrəli əmri ilə işdən azad edilmişdir. “Şəmkir Konyak” ATSC-nin xx.xx.2002-ci il tarixli, 12 nömrəli əmri ilə spirtçəkmə sexində işə başlamış və xx.xx.2004-cü il tarixli əmrlə işdən azad edilmişdir. O, noyabr ayı 1977-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 27 il fasiləsiz işləmişdir. O, xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş lakin sonuncu tərəfindn imtina cavabı verilmişdir.
6. Cavabdeh iddiaya qarşı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasına, X6 filialının 05 iyul 2023-cü il tarixli, 3-48-13F/2-H396/2023 nömrəli arxiv arayışına, xx.xx.2023-cü il tarixli, qarşılıqlı yoxlama aktına əsasən İddiaçı sığorta stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985ci il tarixdən xx.xx.1990-cu il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrləri daxil edilməklə 22 il 5 ay 24 gün olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 22 il 5 ay 24 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: xx.xx.1983- xx.xx.1983 - “İnqilab” sovxozunda fəhlə işlədiyi dövrdə əmək haqqı almadığı müddət, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985 - “İnqilab” sovxoz komsomol təşkilatında işlədiyi dövrdə əmək haqqı almadığı müddət, xx.xx.1991xx.xx.1991 - X4 Sovetində icra komitəsinin katibi işlədiyi dövrdə əmək haqqı almadığı müddət. İddiaçı işlədiyi aylar üzrə əmək haqqı almadığından məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İşlədiyi aylar üzrə müəssisə tərəfindən əmək haqqı verilmədiyi halda, həmin ayların is stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur.
7. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini, xx.xx.1983xx.xx.1983-“İnqilab” sovxozunda fəhlə işlədiyi illərin, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984xx.xx.1985-ci illərdə “İnqilab” sovxoz kamsomol təşkilatında işlədiyi illərin, xx.xx.1991xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (63 yaş tamam olduğu vaxtdan) yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-1056/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1983-xx.xx.1983-“İnqilab” sovxozunda fəhlə işlədiyi illərin, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985-ci illərdə “İnqilab” sovxoz komsomol təşkilatında işlədiyi illərin, xx.xx.1991-xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (63 yaş tamam olduğu vaxtdan) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2- 1(114)-1056/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Mudafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı filialına muraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir Lakin xx.xx.1984-cü il tarixli, ИТ-1 ******* nömrəli əmək kitabçasına, X6 filialının 05 iyul 2023-cü il tarixli, 3-48-13F/2-H- 396/2023 nömrəli arxiv arayışına, xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən onun sığorta stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cu il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrləri daxil edilməklə 22 il 5 ay 24 gün olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçının pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: xx.xx.1983xx.xx.1983 - “İnqilab” sovxozunda fəhlə işlədiyi dövrdə əmək haqqı almadığı müddət, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985 - “İnqilab” sovxoz komsomol təşkilatında işlədiyi dövrdə əmək haqqı almadığı müddət, xx.xx.1991-xx.xx.1991 - X4 Sovetində icra komitəsinin katibi işlədiyi dövrdə əmək haqqı almadığı müddət. İddiaçı işlədiyi aylar üzrə əmək haqqı almadığından həmin ayların sosial sığorta stajına daxil edilməsinin hüquqi əsası yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-1056/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)- 1056/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149. İ və İİİ hissə: Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır.
16. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
17. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.1 və 2-ci hissələrinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən, əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bənd 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
23. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
26. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
27. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
28. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
29. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
30. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
31. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
32. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
33. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
34. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının 25 il sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
38. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla xx.xx.2023-cü il tarixdə artıq tələb olunan yaş həddində (63 yaş) olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
39. Cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçının mübahisələndirilməyən sığorta stajı 22 il 5 ay 24 gün təşkil edir. Mübahişələndirilən dövr iddiaçının xx.xx.1983-xx.xx.1983-cü illərdə “İnqilab” sovxozunda fəhlə, xx.xx.1983xx.xx.1983, xx.xx.1984-xx.xx.1985-ci illərdə “İnqilab” sovxozunda komsomol təşkilatında işlədiyi illər, xx.xx.1991-xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi vəzifəsində işlədiyi müddətdir. Cavabdeh inzibati orqanın həmin dövrləri sosial sığorta stajı kimi nəzərə almamasının səbəbi şəxsin əmək haqqı almasının müəyyən edilməməsidir.
40. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus ИT- İ № ******* saylı əmək kitabçası ilə müəyyən olunur ki, o, xx.xx.1983-xx.xx.1983-cü illərdə “İnqilab” sovxozunda fəhlə, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985-ci illərdə “İnqilab” sovxoz komsomol təşkilatında işləmiş, xx.xx.1991-xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi vəzifəsində işləmişdir.
41. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun mübahisələndirilən dövrdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
42. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan maddi hüquq normaları nəzərə alınmalı və əmək kitabçasında göstərilən hal-hazırda mübahisələndirilən illər sosial sığorta stajı kimi qəbul edilməlidir.
43. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırmaları zamanı arxiv arayışları iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Sadəcə müəssisənin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir.
44. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Digər tərəfdən isə iddiaçının qeyd edilən illərdə müəssisədən işdən çıxmasını və sonradan həmin məssisəyə qayıtmasını, həmçinin həmin aylarda öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən qeyd edilən illərə dair arxiv məlumatlarının olmaması isə onun həmin dövrdə qeyd edilən müəssisələrdə işləmədiyinə dəlalət edən əsas kimi qiymətləndirilə bilməz.
45. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
46. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir.
47. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.
48. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
49. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-1056/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.