Məhkəmə qərarları › İş №2-1(104)-728/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-728/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-728/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı Güman oğlunun iştirakı ilə, İddiaçı Güman oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2N24-cü tarixli, 2-N(NN4)-465/2N24 saylı qərarından İddiaçı Güman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin xx.xx.2N23-cü il tarixli, 4/3-7/36b nömrəli məktubundan görünür ki, İddiaçı Güman oğluna “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Naziriliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2N2N-ci il və təkrar xx.xx.2N22-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Səbəb kimi döyüş əməliyyatları aparılan dövrdə xidmət etdiyi hərbi hissələri (74N, 7N9 N3N, N8N) dəfələrlə özbaşına tərk etdiyinə, habelə xx.xx.N4-cü il tarixdən sonra müalicədən qayıtması və həmin tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2N23-cü il tarixli, 2975 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Güman oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 3N №-li əmrilə xx.xx.N3-cü il tarixdən hərbi hospitala müalicəyə göndərilmişdir. xx.xx.N3-cü il tarixdən hərbi hospitaldan müalicədən qayıtdığı üçün sıravi İddiaçı Güman oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 43 №-li əmrilə (əsas: səh.-23, §N, qeyd: emrdə atasının adı Güman yazılmışdır) xx.xx.N3-cü il tarixdən yemək normasına qoyulmuşdur. xx.xx.N2-ci il tarixdə Şəmkir RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü X2 N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 89 №-li əmrilə (əsas: səh.-NN6, sıra-92, qeyd: əmrdə atasının adı Güman yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni dəfələrlə tərk etmiş, sıravi İddiaçı Güman oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N52 №-li əmrilə ərzaq daşıma tağımına keçirilmişdir. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 73 №-li əmrilə xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “snayper” vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, NN №-li əmrilə (əsas: səh.-84, §N, sıra-29) xx.xx.N3-cü il tarixdən “pulemyotçu” vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Şəmkir RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, sıravi İddiaçı Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli müvafiq sərəncamına əsasən, N №-li hərbi hissə komandirinin NN fevral N4-cü il tarixli, 36 №-li əmrilə (əsas: səh.-9N, §N, sıra-99) şəxsi heyətin siyahısından çıxarılaraq, hərbi sənədləri Rayon Hərbi Komissarlığına göndərilmişdir. N3N №-li hərbi hissədən fərarilik etmiş İddiaçı Güman oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, NN8 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. V taborun sıravi əsgəri Cəfərov X3 xidməti rəisinin göndərişinə əsasən, N7N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N55 №-li əmrilə müalicə üçün N №-li hərbi hissəyə göndərilmişdir. N7N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N3N №-li hərbi hissədən gəlmiş İddiaçı Giman oğlunun Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq Direktivinə əsasən, hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 47 a №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edilir, N №-li hərbi hissə komandirinin mart N4-cü il tarixli, N №-li hərbi hissə komandirinin may N4-cü il, noyabr N6-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N №-li hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrləri, N7N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 47a №-li əmri və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.

3. Şəmkir Hərbi Prokurorluğunun xx.xx.2NN2-cü il tarixli, HP 2N/5764 nömrəli məktubundan görünür ki, İddiaçı Güman oğlunun Şəmkir hərbi prokurorluğuna ünvanladığı ərizə xx.xx.2N22-ci il tarixdə prokurorluğa ərizə daxil olmuş və baxılmışdır. İddiaçı Güman oğlunun barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və cinayət işi olmamışdır.

4. İddiaçı Güman oğluna məxsus xx.xx.2N23-cü il tarixli, SX № ******* hərbi biletin 2N-ci səhifəsində xüsusi qeydlər olan hissəsində görünür ki, İddiaçı Güman oğluna itirilmiş hərbi bilet əvəzinə yeni hərbi bilet verilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2N24-cü il tarixli, N67N nömrəli arxiv arayışından görünür ki, N7N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 47 №-li əmrində İddiaçı Güman oğlunun adı aşkar edilməmişdir. Qeyd edilir ki, xx.xx.N6-cı il tarixli, 47a №-li əmr Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N7N №-li hərbi hissə komandirinin fevral N6-cı il tarixli nizami hərbi hissə üzrə əmrlərində öz əksini tapmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Güman oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2N23-cü il tarixdə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N974-cü il tarixdə Gədəbəy rayonun Şəkərbəy kəndində anadan olmuş, xx.xx.N2-ci il tarixdə Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Hərbi xidmətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Lənkəran şəhərində yerləşən 47N nömrəli korpusunun N nömrəli hərbi hissəsində əvvəlcə əsgər, sonra atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi hissə Lənkəran şəhərində yeləşməsinə baxamayaraq, hərbi hissənin batalyonun tərkibində Fizuli rayonun Aşağı Veysəli kəndində yerləşməklə erməni millətçiləri dəstələri ilə qarşı-qarşıya döyüş mövqeyində olmuşdur. Dəfələrlə döyüş əməliyyatlarında iştirak etmiş, döyüş mövqeyində olduğu zaman sağ ayağının baldır hissəsindən “qızılyel” deyilən xəstəliyə tutulmuş, sağ ayağı şişib-iflic olduğundan yeriyə bilməmişdir. Bundan sonra o, döyüşçü olaraq Azərbaycan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü tarixli, 3N nömrəli əmri ilə xx.xx.N3-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi hospitalına göndərilmişdir. xx.xx.N3-cü il tarixədək stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.N3-cü il tarixdən hərbi hospitaldan xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fizuli rayonun Aşağı Veysəli kəndində yerləşən N nömrəli hərbi hissəsinə döyüş mövqeyinə qayıtmış və xx.xx.N3-cü il tarixədək həmin hərbi hissədə xidmət etmişdir. N iyul N3-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N nömrəli əmri ilə xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “snayper” vəzifəsinə, sonra “pulemyotçu” vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonun, Muğanlı, Şiştəpəli, Göytəpə kəndləri istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Sonra hərbi hissə dağıldığdan sonra N3N nömrəli hərbi hissəyə göndərilmiş və sonra sənədləri Şəmkir rayon Komissarlığına göndərilmiş və xx.xx.N4-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonun Saratovka kəndində yerləşən N7N nömrəli hərbi hişsəyə göndərilmiş və Gədəbəy rayonu ilə Ermənistan Respublikası ilə həmsərhəd olan “Sarınər”, “Qaraarxac”, “Çərçi” və “Qocadağ” adlanan yüksəkliliklərdə olan döyüş mövqelərində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7N nömrəli hərbi hissədə xidmət edərkən xx.xx.N4-cü il tarixdə “xarici hemorroy” diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hospitalında cərahiyyə əməliyyatı olunmuş və xx.xx.N4-cü il tarixədək müalicə almışdır. Bundan başqa xx.xx.N5-ci il tarixə “Qocadağ” adlanan postda 6 nəfər döyüş yoldaşları ilə döyüş mövqeyində olarkən ermənilər tərəfindən “minamyot” silahından atılan mərminin partlama nəcəsinə o da daxil olmaqla 3 döyüşçü yaralanmışdır. Həmin mərminin yaxınlığında partlaması nəticəsində sağ göz qişasından qəlpə yarası xəsarəti almış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hospitalında sağ göz qişasında cərahiyyə əməliyyatı olunmuşdur və xx.xx.N5-ci il tarixədək müalicə olunmuşdur. Hərbi Hospitalın rəisi tərəfində 3 gün evə getməyi barədə icazə vəsiqəsi verilmiş və 3 gündən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7N nömrəli hərbi hissəyə xidmətə qayıtmışdır. xx.xx.N6-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7N nömrəli hərbi hissəsinin 47a əmri ilə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bunlar həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin vermiş olduğu xx.xx.2N23-cü il tarixli, 4/2-2975 nömrəli arxiv arayışı və onun adına Azərbaycan Respublikası SHXÇDX-in Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.2N23-cü il tarixli hərbi biletlə təsdiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2N22-ci il tarixli, N67 nömrəli Qərarında qeyd edilmişdir ki, “Şəmkir RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz “Baldırın aşağı N/3-nin qızılyeli” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2N2N-ci il tarixli, 248N nömrəli göndərişi, xx.xx.2N2N-ci il tarixli SB/N53N nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N3-cü il tarixli çıxarış epikrizi, MN Baş Klinik hospitalından verilmiş xx.xx.2N2N-ci il tarixli 96N5 nömrəli arayış, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz “xarici hemorroy” və xx.xx.N5-ci ildə aldığı travma - diaqnoz “Buynuz qişaya nüfuz edən yaralanmadan sonrakı bərkimiş çapıq”, “Xəstəlikdir, travmadır, hərbi xidmət dövründə alınmışdır”. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini təsdiq edən sənədləri “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərmiş, lakin Azərbaycan Respublikası Müdafiə Naziri Katibliyinin xx.xx.2N23-cü il tarixli, 4/3-7N36 nömrəli məktubu ilə barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Məhz bu səbəblərdən də müharibə veteranı vəsiqəsi almaq üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı Güman oğlu iddianı müdafiə edərək, tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2N23-cü il tarixli, 3-25-4/2-3962/2N23 nömrəli yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.N2-ci il tarixdən həqiqi hərbi xidmətə çağrıldığını, 74N, 7N9, N3N və N7N nömrəli hərbi hissələrin tərkibində hərbi xidmət keçdiyini qeyd etməklə, döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilməlidir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məhfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN7-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2N23-cü il tarixli, 4/2-2975 nömrəli məktubundan görünür ki, “hərbi hissəni dəfələrlə tərk etmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N52 nömrəli nizami hissə üzrə əmri ilə ərzaq daşıma taqımına keçirilmişdir”. Həmçinin sözügedən məktubda hərbi hissəni özbaşına tərk etdiyi üçün Şəmkir RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, sıravi İddiaçı Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli müvafiq sərəncamına əsasən N8N nömrəli hərbi hissə komandirinin NN fevral N4-cü il tarixli, 36 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq, hərbi sənədləri Rayon Hərbi Komissarlığına göndərildiyi qeyd edilmişdir. Bundan başqa həmin məktubda N3N nömrəli hərbi hissədən fərarilik etmiş İddiaçı N7N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, NN8 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edildiyi qeyd edilmişdir. Habelə, mərkəzi arxivin məktubunda N nömrəli hərbi hissə komandirinin mart N4-cü il tarixli, N8N nömrəli hərbi hissə komandirinin may N4-cü il, noyabr N6-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət etdiyi 74N, N8N və N3N nömrəli hərbi hissəni özbaşına tərk etmiş, xx.xx.N4-cü il tarixdən sonra müalicədən qayıtmamış və həmin tarixdən sonrakı xidməti barədə məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddaçnn “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPM-nin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2NN6-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2N iyun 2NN7-ci il tarixli, 2-N(NN2)-NN6N/2NN7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. NN. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2N24-cü tarixli, 2- N(NN4)-465/2N24 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. NN. Məhkəmə hesab etmişdir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə qanunvericiliklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi istisna olunur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

N2. İddiaçı Güman oğlu apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2N24-cü tarixli, 2-N(NN4)-465/2N24 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. N3. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o hazırda Şəmkir rayon sakinidir. xx.xx.N974-cü il tarixdə Gədəbəy rayonun Şəkərbəy kəndində anadan olmuş və xx.xx.N2-ci il tarixdə Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Lənkəran şəhərində yerləşən 47N nömrəli korpusunun N nömrəli hərbi hissəsində əsgər, daha sonra isə atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi hissə Lənkəran şəhərində yerləşsə də, hərbi hissə batalyonun tərkibində Füzuli rayonunun Aşağı Veysəli kəndində yerləşməklə erməni millətçi dəstələri ilə qarşı-qarşıya döyüş mövqeyində olmuşdur. Dəfələrlə döyüş əməliyyatlarında iştirak etmişdir, döyüş mövqeyində olduğu zaman sağ ayağının baldır hissəsindən “qızılyel” deyilən xəstəliyə tutulmuşdur. Buna görə də sağ ayağı şişib-iflic olduğundan yeriyə bilməmişdir. Bundan sonra o döyüşçü olaraq Azərbaycan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü tarixli, 3N nömrəli əmri ilə xx.xx.N3-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi hospitalına göndərilmişdir. xx.xx.N3-cü il tarixədək stasionar müayinə və müalicə olmuşdur. xx.xx.N3-cü il tarixdən hərbi hospitaldan xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Füzuli rayonunun Aşağı Veysəlli kəndində yerləşən N nömrəli hərbi hissəsinə döyüş mövqeyinə qayıtmış və xx.xx.N3-cü il tarixədək həmin hərbi hissədə xidmət etmiş və N iyul N3-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N nömrəli əmri ilə xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “snayper” vəzifəsinə, daha sonra “pulemyotçu” vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonunun Muğanlı, Şiştəpəli, Göytəpə kəndləri istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Həmin hərbi hissə dağıldıqdan sonra N3N nömrəli hərbi hissəyə göndərilmiş və daha sonra sənədləri Şəmkir rayon Hərbi Komissarlığına göndərilmiş və xx.xx.N4-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonunun Saratovka kəndində yerləşən N7N nömrəli hərbi hissəsinə göndərilmişdir. Gədəbəy rayonu ilə Ermənistan Respublikasının həmsərhəd olan “Sarinar”, “Qaraarxac”, “Çərçi” və “Qocadağ” adlanan yüksəkliklərdə olan döyüş mövqelərində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7N nömrəli hərbi hissədə xidmət edərkən xx.xx.N4-cü il tarixdə “xarici hemorroy” diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hospitalında cərahiyyə əməliyyatı olunmuş va xx.xx.N4-cü il tarixədək müalicə almışdır. Bundan başqa xx.xx.N5-ci il tarixdə “Qocadağ” adlanan postda 6 nəfər döyüş yoldaşı ilə birlikdə döyüş mövqeyində olarkən ermənilər tərəfindən “minamyot” silahından atılan mərminin partlaması nəticəsində o da daxil olmaqla 3 döyüş yoldaşı yaralanmışdır. Həmin mərminin yaxınlığında partlaması nəticəsində sağ göz qişasından qəlpə yarası xəsarəti almış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hospitalında sağ göz qişasından cərrahiyyə əməliyyatı olunmuş və xx.xx.N5-ci il tarixədək müalicə olunmuşdur. Hərbi hospitalın rəisi tərəfindən 3 gün evə getməyi barədə icazə vəsiqəsi verilmiş və 3 gündən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7N nömrəli hərbi hissəsinə xidmətə qayıtmışdır. xx.xx.N6-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7N nömrəli hərbi hissəsinin 47a əmri ilə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd etdiyi həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin vermiş olduğu xx.xx.2N23-cü il tarixli, 4/2-2975 nömrəli arxiv arayışı və onun adına Azərbaycan Respublikası SHXÇDX-in Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.2N23-cü il tarixli hərbi biletlə təsdiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2N22-ci il tarixli, N67 nömrəli qərarında qeyd edilmişdir ki, “Şəmkir RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz “Baldırın aşağı N/3-nin qızılyeli” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2N2N-ci il tarixli, 248N nömrəli göndərişi, xx.xx.2N2N-ci il tarixli SB/N53N nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N3-cü il tarixli çıxarış epikrizi, MN Baş Klinik hospitalından verilmiş xx.xx.2N2N-ci il tarixli, 96N5 nömrəli arayış, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz “xarici hemorroy” və xx.xx.N5-ci ildə aldığı travma diaqnoz “Buynuz qişaya nüfuz edən yaralanmadan sonrakı bərkimiş çapıq”, “Xəstəlikdir, travmadır, hərbi xidmət dövründə alınmışdır”. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini təsdiq edən sənədləri “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2N23-cü il tarixli, 4/3-7N36 nömrəli məktubu ilə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədləri geri qaytarılmışdır. Həmçinin qeyd edir ki, onun döyüşlərdə iştirak etməyi va yaralandığını təsdiq edən sənədləri var. Həmçinin bu fakt hərbi biletində olan qeydlərdən də məlum olur. Bununla bağlı zəruri sənədlərini Gəncə İnzibati Məhkəməsinə təqdim etmişdir. O, cavabdeh orqanın imtinası və etirazı ilə də qətiyyən razı deyil. Orqanın məktubunda bildirilir ki, onun N4-N6-cı illər ərzində xidməti barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Halbuki onun həmin dövrdə hərbi xidmətdə olmağı və yaralanmağı barədə sənədlər, eyni zamanda hərbi biletində də qeydlər vardır. Həmçinin ona müddətsiz olaraq təyin edilmiş əlilliklə bağlı yoxlanışda da, əlilliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar qeyd olmuş və diaqnoz da elə hərbidə olan zaman aldığı xəsarət göstərilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri N4. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

N5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Güman oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. N6. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

N7. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. N8. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə N.N. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.N. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin N-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının N8 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. N9. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.N. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 2N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın NN-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2N2N-ci il sentyabrın 27dən noyabrın NN-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2N. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2NN6-cı il tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

23. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

25. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. İPM-in 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

27. İPM-in 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. İPM-in 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün, məhkəmə qərardadının isə elan olunduğu gündən NN gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 3N. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 3N gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 3N. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

32. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

33. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

34. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

35. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin N.N-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

36. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Güman oğlu cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın xx.xx.2N2N-ci il və təkrar xx.xx.2N22-ci il tarixli iclaslarında baxıldığını və müsbət qərar qəbul edilmədiyini bildirilmişdir. 4N. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2N23-cü il tarixli, 2975 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, İddiaçı Güman oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 3N №-li əmrilə xx.xx.N3-cü il tarixdən hərbi hospitala müalicəyə göndərilmişdir. xx.xx.N3-cü il tarixdən hərbi hospitaldan müalicədən qayıtdığı üçün sıravi İddiaçı Güman oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 43 №-li əmrilə (əsas: səh.-23, §N, qeyd: emrdə atasının adı Güman yazılmışdır) xx.xx.N3-cü il tarixdən yemək normasına qoyulmuşdur. xx.xx.N2-ci il tarixdə Şəmkir RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü X2 N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 89 №-li əmrilə (əsas: səh.-NN6, sıra-92, qeyd: əmrdə atasının adı Güman yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni dəfələrlə tərk etmiş, sıravi İddiaçı Güman oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N52 №-li əmrilə ərzaq daşıma tağımına keçirilmişdir. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 73 №-li əmrilə xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “snayper” vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, NN №-li əmrilə (əsas: səh.-84, §N, sıra-29) xx.xx.N3-cü il tarixdən “pulemyotçu” vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Şəmkir RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, sıravi İddiaçı Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli müvafiq sərəncamına əsasən, N №-li hərbi hissə komandirinin NN fevral N4-cü il tarixli, 36 №-li əmrilə (əsas: səh.-9N, §N, sıra-99) şəxsi heyətin siyahısından çıxarılaraq, hərbi sənədləri Rayon Hərbi Komissarlığına göndərilmişdir. N3N №-li hərbi hissədən fərarilik etmiş İddiaçı Güman oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, NN8 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. V taborun sıravi əsgəri Cəfərov X3 xidməti rəisinin göndərişinə əsasən, N7N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N55 №-li əmrilə müalicə üçün N №-li hərbi hissəyə göndərilmişdir. N7N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N3N №-li hərbi hissədən gəlmiş İddiaçı Giman oğlunun Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq Direktivinə əsasən, hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 47 a №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edilir, N №-li hərbi hissə komandirinin mart N4-cü il tarixli, N №-li hərbi hissə komandirinin may N4-cü il, noyabr N6-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N №-li hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrləri, N7N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 47a №-li əmri və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. 4N. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır.

42. Göründüyü kimi, arxiv məlumatlarında iddiaçının hərbi hissəyə xidmətə qəbul edilməsi və sonrakı xidmət barədə müəyyən məlumatlar olsa da, qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Beləliklə iddiaçının döyüşən hərbi hissənin tərkibinə daxil edilməsi və sonrakı xidməti barədə qeydlər olsa da, lakin hərbi hissədən qanuni əsaslarla tərxis olunmasının əsasları iş materialları ilə öz təsdiqini tapmır.

43. Məhkəmə kollegiyası arxıv məlumatlarında olan xx.xx.N6-cı il tarixli, 47a №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumata münasibətdə qeyd edir ki, bu qeyd şəxsin hərbi hissədən ehtiyata buraxılması kimi qiymətləndirilə bilməz. Belə ki, uzun müddət qazan təminatında olmayan şəxslərin də sonradan müvafiq əmrlə hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılması proseduru aparılırdı.

44. Digər tərəfdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2N24-cü il tarixli, N67N nömrəli arxiv arayışından da görünür ki, N7N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 47 №-li əmrində İddiaçı Güman oğlunun adı aşkar edilməmişdir. Həmçinin qeyd edilir ki, xx.xx.N6-cı il tarixli, 47a №-li əmr Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N7N №-li hərbi hissə komandirinin fevral N6-cı il tarixli nizami hərbi hissə üzrə əmrlərində öz əksini tapmamışdır.

45. Göründüyü kimi iş materiallarında iddiaçının xx.xx.2N22-ci il tarixdə şəhadətləndirilməsində dair qərar olsa da, lakin iddiaçının hərbi xidmət dövründə yaralanması və ya keçirdiy xəstəlik nəticəsində stasionar müalicədə olduqdan sonra şəhadətləndirilməsi üçün hərbi həkim komissiyasına göndərilməsi və aldığı xəsarət nəticəsində onun hərbi xidmətə yararsız olması barədə həmin dövr üçün müvafiq hərbi həkim komissiyasının qərarı mövcud deyil.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N6-cı il tarixli, 433 nömrəli Fərmanı ilə hərbi qulluqçuların ehiyata buraxılması qərara alınmışdır. Həmin Fərmana uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli, 26 nömrəli əmri ilə hərbi qulluqçuların təxris edilməsi prosesinə başlanmışdır. Hərbi qulluqçular qeyd edilən Fərmandan əvvəl, yalnız xüsusi hallarda (şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararsız olması müəyyən edildikə və.s) təxis edilmişlər. İddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N6-cı il tarixli, 433 nömrəli Fərmanından əvvəl tərxis olunmasının əsasları iş materialları ilə müəyyən olunmur.

47. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 9N və 94.N-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2N24-cü tarixli, 2-N(NN4)-465/2N24 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar