Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(104)-729/2025 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Ikinci Qarabağ mühasribəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış obyektinə dəymiş zərərin aradan qaldırılması məqsədilə evin və qeyri-yaşayış obyektinin təmir edilməsi, yaxud ünvana yenidən texniki baxış keçirilmək yolu ilə dəymiş zərər müəyyənləşdirilərək həmin məbləğin və evin və qeyri-yaşayış obyektinin əşyalarına dəymiş zərər görə nəzərdə tutulmuş vəsaitin cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ikinci Qarabağ Müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində iddiaçıya məxsus Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin ünvanda yerləşən qeyri-yaşayış obyektinə (bundan sonra mağaza) zərər dəymişdir. Evin divarları çatlamış, pəncərələr və dam örtüyü qırılıb tökülmüş, evin əsyaları sınmışdır. Mağazanın həmçinin divarları çatlamış, pəncərələri qırılıb tökülmüş, həmçinin içərisində olan iki ədəd soyuducu qırılmışdır. Raket düşən günün ertəsi gün icra nümayəndəsi gəlib evə və mağazaya baxış keçirmiş, qeydlər aparmış, lakin nə yazıldığından iddiaçının məlumatı olmamışdır. Bir neçə gün sonra “AzQrad” və "Parlaq" Şirkətlərinin nümyəndələri ünvana gəldilər. Onlar da baxış keçirdilər, evin və mağazanın telefonla şəkillərini çəkib getdilər. 2021-ci ilin yay aylarında Şirkətin nümayəndələri yenidən ünvana gəldilər, yenə şəkil çəkib getdilər. Bundan sonra evin və mağazanın təmiri ilə bağlı heç bir addım atılmadı, yaxud iddiaçıya hər hansı vəsait verilmədi. Iddiaçı özü obyektin pəncərələrinin şüşələrini salmış və vitrini düzəltmişdir. 2025-ci ilin fevral ayında iddiaçı evinə və mağazaya dəymiş zərərin aradan qaldırılmasına köməklik göstərilməsi üçün Gəncə Şəhər Prokurorluğuna müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, evin təmiri üçün smetada 1002 (min iki) manat vəsait nəzərdə tutulubmuş, mağazanın təmiri üçün isə heç bir vəsait hesaba alınmayıb. Həmçinin iddiaçıya evinin və mağazanın əşyalarına dəymiş zərərə görə də heç bir vəsait ödənilməyib. 2025-ci ilin yanvar ayında iddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək, ikinci Qarabağ Müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində zərər dəymiş Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 ünvanında yerləşən yaşayış evinə və mağazaya dəymiş zərərin aradan qaldırılması üçün evin və mağazanın təmir edilməsi, yaxud iddiaçıya birdəfəlik vəsaitin ayrılmasını xahiş etmişdir. Lakin cavabdeh ## ###### 2025-ci il tarixli məktubla imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evində Dövlət Komissiyası tərəfindən tərtib edilmiş texniki baxış aktına əsasən nəzərdə tutulmuş işlər yekunlaşmış, lakin iddiaçı Akta imza etməmişdir. Mağazada isə işlər yekunlaşmış və iddiaçı Akta imza etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, Şirkətin nümayəndələri ikinci dəfə gəlib ünvana baxış keçirib şəkil çəkib getdikdən bir müddət sonra ağ rəngli “Niva” markalı avtomobillə bir nəfər nisbətən yaşlı adam gəldi və iddiaçıdan Aktlara imza etməsini təklif etdi. Evdə heç bir təmir işləri aparılmadığı üçün iddiaçı Akta imza etməmiş, lakin mağazanın işə başlaması üçün mağaza ilə bağlı tərtib edilmiş Akta məcbur olub imza etmişdir. Bundan başqa imtinada qeyd edilir ki, iddiaçı tərəfindən qaldırılan məsələlər üzrə işlər təsdiq edilmiş layihə-smeta sənədlərində nəzərdə tutulmadığından, onların icrası Komitənin səlahiyyətləri xaricindədir. Iddiaçı imtinanın əsasları ilə razı olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 ünvanda yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış obyektinə dəymiş zərərin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Cavabdeh ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, iddiaçının hazırki iddia ilə cavabdeh qismində Komitəyə qarşı məhkəmədə tələb irəli sürməsi prosessual baxımından doğru sayıla bilməz. Ona görə ki, Komitə hazırki iddiaya cavab verməli olan tərəf deyil və əsl olmayan cavabdehdir. Belə ki, "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən # ###### 2020-ci il tarixli, **** saylı Sərəncam imzalanmışdır. Ölkə Başçısının məhz həmin Sərəncamı ilə vətəndaşların əmlakına və yuxarıda göstərilən digər obyektlərə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Komitənin və digər dövlət qurumlarının üzv olduğu tərkibdə Dövlət Komissiyası yaradılmışdır. Həmin Sərəncamın 2.2-ci yarımbəndində qeyd edilir ki, bu Sərəncamın 2.1ci bəndində nəzrdə tutulan qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, Dövlət Komissiyası zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Həmin Sərəncamın 4-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Həmçinin, qeyd olunan faciə ilə əlaqədar qəbul edilən digər normativ sənəd - Azərbaycan Respublikası Nazarilər Kabinetinin ## ###### 2020ci il tarixli, ***s saylı Sərəncamıdır. Həmin Sərəncəmdə qeyd edilir: "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dəymiş ziyanın ödənilməsi haqqında əlavə tətbiqlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli, **** nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin emək məqsədilə: 1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın: 1.1. “2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli, **** nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş qaydada mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ***s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin; Həmin Sərəncamın 2-ci banədində qeyd edilir: 2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsinlər. Beləliklə, yuxarıda qeyd olunan qavunvericilik normaların mahiyyətindən hasil olan nəticə odur ki: İ. ## ######## 2020-ci il tarixdən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan Respublikası ərazisinda mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması, bu məqsədlə yaradılmış Dövlət Komissiyasına həvalə edilmişdir.(Əsas: AR. Prezidentinin # ###### 2020-ci il tarixli, 2292-saylı Sərəncamı); II. Həmçinin, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ***s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış müvafiq pul məbləğləri, Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur; III. Habelə, dəymiş ziyana görə işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında hesablanmış pul məbləğlərinin yaşayış evlərinin sahiblərinə və ya onların nümayəndələrinə ödənişinin təmin edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və yeli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir (Əsas: Azərbaycan Respublikası Nazarilər Kabinetinin ## ###### 2020-ci il tarixli, ***s saylı Sərəncamıdır). Göründüyü kimi, Komitə hazırki iddia üzrə əsl olmayan cavabdehdir və bu iddia uzrə ayrıca cavabdeh kimi çıxış edərək icraata cəlb oluna bilməz ona görə ki, Komitə qeyd olunan faciənin aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının tərkibində onun üzvlərindən biridir. Bu səbəbdən, iddiaçının Komitəyə qarşı irəli sürdüyü hazırki iddia tələbinin nə faktiki, nə də ki, hüquqi əsası vardır. Odur ki, qeyd olunanları və Qanunevriciliyin tələblərini rəhbər tutaraq Məhkəmədən, XAHIŞ EDIRIK: Icraatınızda olan iddiaçı X2 iddia tələbinə dair 2-1(114)- 3738/2025-saylı inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əsl olmayan cavabdeh sayılmasına və bu iş üzrə müvafiq Dövlət Komissiyasının və digər aidiyyəti dövlət qurumunun əsl olan cavabdeh qismində işə cəlb edilməsinə dair Qərardad qəbul edilsin. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, yaşayış sahəsinin bir hissəsi qeyri-yaşayış sahəsi kimi istifadə olunur, iddiaçı qeyri-yaşayış sahəsinə dair təhvil-təslim aktını imzalamış, ancaq evlə bağlı isə razılaşmamışdır. Qeyri-yaşayış sahəsinə dair texniki baxış aktını özü, evlə bağlı texniki baxış aktını isə həyat yoldaşı imzalamışdır. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Z.Quliyev) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 ünvanda yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış obyektinə dəymiş zərərin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprei 2015-ci il tarixli * №-li qərarının, 5.3. bəndində göstərmişdir ki, iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. Istinad edilən qanunvericilik aktlarında təsbit olunmuş şərtlərin mövcudluğu halında, cavabdeh qeyd olunan ödənişləri icra etmək öhdəliyi daşıyır. Işdən göründüyü kimi, cavabdeh də məhz həmin şərtlərin iddiaçıya münasibətdə mövcud olmaması əsası ilə müraciətin təmin olunmasından imtina etmişdir. Buradan, iddia olunan məzmunda tələbin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, həmin tələbin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (IPM-in 14.3-cü maddəsi). Beləliklə, İ instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinə uyğun olaraq müəyyən etdiyi, habelə istinad edilən qanunvericilik aktlarında təsbit olunmuş şərtlərin mövcud olub-olmadığına dair müəyyən etməli olduğu hallar iddianın mümkünsüz hesab edilməsinin deyil, iddianın mahiyyəti üzrə həllinin əsası kimi çıxış edə bilərdi. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Gəncə Inzibati Məhkəməsinin qərardadında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq sədrlik edənin suallarına cavabında bildirdi ki, obyektin fəaliyyəti dayanmaması üçün onu özü təmir etmiş, təmirə ümumilikdə 3000 manatdan çox xərc çəkmişdir. Tərtib edilmiş smetanı sonradan əldə etmiş, həmin smetada 2513,29 manat qeyd edilməsinə baxmayaraq ona cəmi 750 manat pul verilmişdir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki:- -İddiaçı ##.##.1980-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. -ünvan 2009, ünvan 3 83 ünvanda yerləşən 0,03 hektar yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid ************ reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə 1524019257 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. -##.##.2020-ci il tarixdə iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən 2017-ci ildə tikilmiş 1 mərtəbəli daşınmaz əmlaka dair X4 zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş fərdi yaşayış evi / çoxmənzilli binada mənzil/ qeyri-yaşayış sahəsi üzrə texniki baxış aktı tərtib edilmişdir. Texniki baxışın nəticələrinə görə DVC şüşələrinə - (0,9x1,9) x 2 ədəd + (0,5x1,9) x 1 ədəd + (0,6x0,9) x 1 ədəd + (10,9x1,9) x 2; lmbirin vurulması (korkorəsinə) yenisi – 52 m2, Pvc pəncərənin təmiri (0,7x0,9) x 1 ədəd təmir olunmalıdır. -Maliyyə Nazirliyi Aparatın Inventisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin rəisi Ədalət Əliyev, Gəncə ŞIH Memarlıq və tikinti şöbəsinin müdiri Elxan Məmmədov, Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyinin ** saylı Regional Xəzinadarlıq Idarəsinin rəisi Rəşid Yusifov, Gəncə Şəhər Prokurorluğundan prokuror müavini Rəsul Həsənov, Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Gəncə Ərazi Idarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırılması və ünvan şöbəsinin texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun müdiri Elçin Hüseynov tərəfindən imzalanmış qeyri-yaşayış sahəsi üzrə texniki baxış aktı iddiaçı tərəfindən imzalanmışdır. -FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layiihə Institutu tərəfindən tərtib edilmiş X4 zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş Gəncə şəhəri, S.Rəhimov küçəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin təmiri üzrə iş həcmləri və qiymət cədvəlində cəmi 18% ƏDV ilə 2.513,29 manat məbləğində vəsait hesablanmışdır. -FHN TTNDA “Azkommunlayihə” KLI tərəfindən tərtib edilmiş X4 zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş Gəncə şəhəri, S.Rəhimov küçəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin təmiri üzrə iş həcmləri və qiymət cədvəlində cəmi 18% ƏDV ilə 2.511,00 manat məbləğində vəsait hesablanmışdır. -##.##.2020-ci il tarixdə iddiaçıya məxsus Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 ünvanda yerləşən 2013-cü ildə tikilmiş 1 mərtəbəli, 4 otaqlı daşınmaz əmlaka dair X4 zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş fərdi yaşayış evi üzrə texniki baxış aktı tərtib edilmişdir. Texniki baxışın nəticələrinə görə lambirin – 20 m2 dəyişdirilməsi, şüşələnmə işləri 14 m2 təmir işləri aparılmalıdır. -Maliyyə Nazirliyi Aparatın Inventisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin rəisi Ədalət Əliyev, Gəncə ŞIH Memarlıq və tikinti şöbəsinin müdiri Elxan Məmmədov, Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyinin ** saylı Regional Xəzinadarlıq Idarəsinin rəisi Rəşid Yusifov, Gəncə Şəhər Prokurorluğundan prokuror müavini Rəsul Həsənov, Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Gəncə Ərazi Idarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırılması və ünvan şöbəsinin texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun müdiri Elçin Hüseynov tərəfindən imzalanmış həmin texniki baxış aktı iddiaçının həyat yoldaşı X1 da imzalamışdır. -FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə Institutu tərəfindən tərtib edilmiş X4 zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 ünvanda iddiaçıya məxsus yaşayış evinin təmiri cədvəlində cəmi 18% ƏDV ilə 1.632,65 manat məbləğində vəsait hesablanmışdır. -“xxxx” MMC-nin nümayəndəsi X3, rayon icra hakimiyyətinin nümayəndəsi Cavadov Amil oğlu və Ibrahimov Ayxan tərəfindən ##.##.2021-ci il tarixdə akt tərtib edilmişdir ki, iddiaçının Gəncə şəhəri, Sadiq Rəhman ünvanla bağlı “yay aylarında əsaslı təmir aparmasını nəzərdə tutması və mal-materialların ona təhvil verilərək özü tərəfindən təmirbərpa işlərinin aparılması” barədə müraciəti əsasında ona aktda qeyd edilən malmateriallar təhvil verilmişdir. Aktın təhvil verdi hissəsi iddiaçı tərəfindən imzalanmış, aktın doğruluğu aktı tərtib edənlər və iddiaçı tərəfindən təsdiq edilmişdir. Həmin aktdan görünür ki, iddiaçı tərəfin razılığı əsasında təmir işi bitmiş hesab olunmuş, bu barədə iddiaçı imza atmışdır. -Iddiaçı ikinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən raket atılması nəticəsində Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 ünvandakı fərdi yaşayış evinə və Gəncə şəhəri, Sadiq Rəhman küçəsi ünvanındakı qeyri-yaşayış obyektinə dəyən zərərin aradan qaldırılmasına dair ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. -Cavabdeh iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, *-**/*-N-***-**-***/**** nömrəli məktubunda bildirmişdir ki, sözügedən fərdi yaşayış evində Dövlət Komissiyası tərəfindən tərtib edilmiş texniki baxış aktına əsasən nəzərdə tutulan işlər yekunlaşmış, lakin vətəndaş əlavə tələblər irəli sürərək təhvil-təslim aktını imzalamaqdan imtina etmişdir. Əlavə olaraq, qeyd olunan ünvandakı qeyri-yaşayış obyektində Dövlət Komissiyası tərəfindən tərtib edilmiş texniki baxış aktına əsasən nəzərdə tutulmuş işlər yekunlaşmış və vətəndaş tərəfindən ##.##.2021-ci il tarixdə təhvil-təslim aktı imzalanmışdır. Evə və qeyri-yaşayış obyektinə baxış zamanı iddiaçı tərəfindən qaldırılan məsələlər üzrə işlər təsdiq edilmiş layihə-smeta sənədlərində nəzərdə tutulmadığından, onların icrası Komitənin səlahiyyətləri xaricindədir. -Məhkəmə sorğusuna cavab olaraq Gəncə Şəhər Icra Hakimiyyəti ##.##.2025-ci il tarixli, *-*/*-****/**** nömrəli məktubunda bildirmişdir ki, “2020-ci il sentyabr ayının 27- dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Sərəncamının təmin edilməsi ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ***s nömrəli Sərəncamı ilə Dövlət Komissiyasının işinin təşkil edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət Işçi qrupları yaradılmışdır. Işçi qrup tərəfindən Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 yerləşən evə baxış keçirilərək ev sahibinin imzası ilə texniki baxış aktı (“təmir”kateqoriyası) tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli, **s nömrəli Sərəncamı ilə 2020-ci ilin ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Əlavə olaraq, “2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli 2343 №li Sərəncamına əsasən məişət əşyalarına dəymiş ziyanla bağlı 1000 manat məbləğində vəsaitin bank vasitəsilə vətəndaşa ödənilməsi Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən təmin edilmişdir. -Məhkəmə sorğusuna cavab olaraq Gəncə Şəhər Icra Hakimiyyəti ##.##.2025-ci il tarixli, *-*/*-****/**** nömrəli məktubunda bildirmişdir ki, “2020-ci il sentyabr ayının 27- dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Sərəncamının təmin edilməsi ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ***s nömrəli Sərəncamı ilə Dövlət Komissiyasının işinin təşkil edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət Işçi qrupları yaradılmışdır. Işçi qrup tərəfindən Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 yerləşən evə baxış keçirilərək ev sahibinin imzası ilə texniki baxış aktı (“təmir”kateqoriyası) tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli, **s nömrəli Sərəncamı ilə 2020-ci ilin ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Əlavə olaraq, “2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, 2343 №li Sərəncamına əsasən məişət əşyalarına dəymiş ziyanla bağlı 1000 manat məbləğində vəsaitin bank vasitəsilə vətəndaşa ödənilməsi Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Inzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. Inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Işin halları ilə müəyyən olunur ki, 2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Saleh Musayev küçəsi, ev 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə və qeyri-yaşayış obyektinə ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ***S saylı sərəncamı ilə yaradılmış və tərkibinə aidiyyəti qurumların, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mühəndis-layihəçi mütəxəssislərinin, eləcə də Gəncə Şəhər Icra Hakimiyyətinin nümayəndələrinin daxil olduğu işçi qrup tərəfindən fərdi yaşayış evinə dəymiş ziyan ##.##.2020-ci il tarixdə və qeyri-yaşayış obyektinə dəymiş ziyan ##.##.2020- ci il tarixdə qiymətləndirilərək hər iki obyekt “təmir” kateqoriyasına aid edilmişdir. Bununla bağlı qeyri-yaşayış obeyktinə dair tərtib edilmiş texniki baxış aktı iddiaçının özü, fərdi yaşayış evinə dair tərtib edilmiş texniki baxış aktı isə iddiaçının həyat yoldaşı tərəfindən imzalanmışdır. Daha sonra qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış obyekti ilə bağlı iddiaçının özü tərəfindən əsaslı təmir aparılması üçün ona mal-materiallar cavabdeh və digər qurum tərəfindən təhvil verilmiş, iddiaçı həmin mal-materialların təhvil alınması və bununla təmir işinin bitmiş hesab olunması barədə ##.##.2021-ci il tarixdə tərtib edilmiş akta imza atmışdır. Yaşayış sahəsi ilə bağlı təhvil-təslim aktı isə iddiaçı tərəfindən imzalanmamışdır (cavabdeh etirazında iddiaçının imza atmaqdan imtina etdiyini qeyd etmişdir). Hazırki iş üzrə iddiaçı obyektin fəaliyyəti dayanmaması üçün onu özü təmir etdiyini, təmirə ümumilikdə 3000 manatdan çox xərc çəkildiyini, tərtib edilmiş smetanı sonradan əldə etdiyini, həmin smetada 2513,29 manat qeyd edilməsinə baxmayaraq ona cəmi 750 manat pul verildiyini, həmçinin mağazanın işə başlaması üçün məcbur olub akta qol çəkdiyini, evində isə heç bir təmir işi aparılmadığına görə akta imza etmədiyini əsas gətirərək məhkəməyə müraciət etmiş, ona məxsus fərdi yaşayış evi və qeyri-yaşayış obyektinə dəymiş zərərin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, birinci məhkəməsi iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyri-yaşayış obyekti ilə bağlı iddiaçının özü tərəfindən əsaslı təmir aparılması üçün ona mal-materiallar cavabdeh və digər qurum tərəfindən təhvil verilmiş, iddiaçı həmin mal-materialların təhvil alınması və bununla təmir işinin bitmiş hesab olunması barədə ##.##.2021-ci il tarixdə tərtib edilmiş aktla razılaşaraq imza atmışdır. Başqa sözlə, iddiaçının razılığı ilə həmin vaxt qeyri-yaşayış obyektinə dair təmir işi bitmiş hesab olunmuşdur. Yaşayış sahəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı təhvil-təslim aktını imzalamasa da, texniki baxış aktı tərtib edilərkən ona imza atmaqla görülməli işlərin dairəsinə dair razılığını ifadə etmişdir. Bundan sonra texniki baxış aktında nəzərdə tutulmayan əlavə tələblər irəli sürməklə, təhvil-təslim aktını imza etməkdən imtina etməsi cavabdeh tərəfindən onun hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. Göründüyü kimi, cavabdeh inzibati orqan imtinası iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud olmadığından hazırkı tələb üzrə mübahisə yoxdur. Kollegiya iddianın mümkünlük şərtləri ilə əlaqədar yuxarıda göstərilənlərə istinadən qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkün sayılmaması üçün konkret – iddia müddətinin ötürülməsi, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcud olmaması, Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməməsi, inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin konkret hüquqlarının deyil, güman və ehtimal edilən hüquqlarının və qanunla qorunan maraqlarının pozulması nəticəsində iddianın qaldırılması kimi hallar mövcud olmalıdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə tərəflər arasında qaldırılan məsələ ilə bağlı mübahisə yoxdur. Hazırkı işdə isə mübahisənin olması açıq-aşkar görünür. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının özü tərəfindən əsaslı təmir aparılması üçün ona mal-materialların cavabdeh və digər qurum tərəfindən təhvil verilməsini, iddiaçının həmin mal-materialları təhvil alınmasını və bununla təmir işinin bitmiş hesab olunması barədə ##.##.2021-ci il tarixdə tərtib edilmiş aktla razılaşaraq imza atmasını, eləcə də yaşayış sahəsi ilə bağlı iddiaçının təhvil-təslim aktını imzalamasa da, texniki baxış aktı tərtib edilərkən ona imza atmaqla görülməli işlərin dairəsinə dair razılığını ifadə etməsini onun maraqlarının cavabdeh tərəfindən pozulmaması və hazırkı tələb üzrə mübahisənin olmaması kimi qiymətləndirməklə iddianın mümkün sayılmamasına əsas hesab etsə də, nəzərə almamışdır ki, hazırki iddia ilə məhz qeyd olunan hallar mübahisələndirilir, bu isə iddia tələbinə mahiyyəti üzrə baxılaraq müvafiq qərarın qəbul edilməsini zəruri edir. Belə olan halda qiymət verilməli olan məsələ sözügedən ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinin və obyektin smeta dəyərinin cavabdeh tərəfindən düzgün müəyyən olunub-olunmaması, aktda qeyd edildiyi kimi təmir üçün mal-materialların və təmir üçün əmək haqqı məbləğinin ona verilib-verilməməsi, verildiyi halda bunu təsdiq edən müvafiq sənədlərin yoxlanılmasından ibarət olacaqdır. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, məhkəmə iddiaçının tələbinin mahiyyətini təşkil edən halların araşdırılması nəticəsində iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki, sözügedən məsələ iddianın mümkünlüyünün yoxlanılması prosesində həll edilməli bir məsələ deyildir. Belə ki, sözügedən amillər işə mahiyyəti üzrə baxıldıqda araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq ona müvafiq hüquqi qiymət verilərək yekun məhkəmə aktı qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-729/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-729/2025
12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver