Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-73/2025 11.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1106/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə cavab olaraq sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-T- 217252/2/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci və 34.1-ci maddəsinə əsasən ona xx.xx.2023-cü il tarixində (müraciət etdiyi tarixdən) 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 1 ay 1 gün sığorta stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 960,59 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (280 manat) dəyişiklik olmamışdır. Həmçinin, yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən bildirilmişdir ki, tərəflərindən əmək pensiyasından hər hansı bir tutulma aparılmayıb.
2. İddiaçı xx.xx.2011-ci il tarixdən üçüncü dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyası xx.xx.2023-cü il tarixədək ödənilmiş, xx.xx.2023-cü il tarixli müraciətinə əsasən pensiyanın növü dəyişdirilərək, ona xx.xx.2023-cü il tarixdən 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 1 ay 1 gün sığorta stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 960,59 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (280 manat) dəyişiklik olmamışdır.
İşdə olan sənədlər:
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-39646/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 26 il 1 ay 1 gün təşkil edir. Həmçinin, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək 1094,11 manat (2023-cü il vəziyyətinə) pensiya kapitalı qeydə alınmışdır.
5. xx.xx.2024-cü il tarixli, 3-17-1/2-133524/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İddiaçı xx.xx.2011-ci il tarixindən İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. İ. Tağıyevin xx.xx.2023-cü il tarixli müraciətinə əsasən ona xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək 26 il 1 ay 1 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il ya fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövr kapitalına çevrilməklə onların ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natama aid olan ümumi iş stajnının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı il tarixinədək vətəndaşın 26 il 1 ay 1 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 7982.35 manat təşkil edir: (1:30+1:12+26) x 306=7982.35 manat həmin kapitalın xx.xx.2022-ci il tarixinə (yaşa görə əmək pensiyası hüququnun yarandığı tarix) indeksləşdirilmiş məbləği 21211,20 manat təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına əsasən pensiya kapitalının sığorta hissəsinin hesablanma qaydası aşağıdakı kimidir: SH-21211,20:144=147,30. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumata əsasən İ. Tağıyevin fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumilikdə 6 ay təşkil etməklə 960,59 manat (xx.xx.2022-ci il tarixinə olan vəziyyəti) pensiya kapitalı qeydə alınmışdır. 960,59:144-6,67 xx.xx.2022 - 147,30+6,67=153,97. Qanunun 6-1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü tarixinədək qüvvədə olan redaksiyasına əsasən Qanunun məqsədləri üçün əmək pensiyasınınminimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilən maddənin tələblərinə əsasən adıçəkilən şəxsin pensiya məbləği 240 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq İndeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 275,28 manata çatdırılmışdır. Qanunun 6-1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunmuşdur. Bu səbəbdən pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 280 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixindən 311.36 manata çatdırılmışdır.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-261538/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedən BP Eksploreyşn (Kaspian Sİ) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (SUN: **********; VÖEN **********) tərəfindən 2006-cı il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda İddiaçı dair məlumat aşkar edilməmişdir.
7. xx.xx.2024-cü il tarixli, 3-17-1/2-315241/2024 nömrəli məktubu və ona əlavə edilmiş sığortaolunanın hesabına əsasən, sığortaedən “X1 Company S.A.L.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (SUN: **********17; VÖEN: **********) İddiaçı xeyrinə 2006-cı ilin yanvar ayından sentyabr ayınadək ödədiyi məcburi dövlət sosial sığorta haqlarının cəmi 1049,47 manat təşkil edir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-323175/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyasının məbləği fərdi şəxsi hesabında 2006-cı ilin yanvar ayından sentyabr ayınadək qeydə alınmış 4300,65 manat pensiya kapitalına uyğun olaraq yenidən hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyasının məbləği minimum əmək pensiyası məbləğinə çatmadığından əmək pensiyasının məbləğində dəyişiklik olmamışdır.
9. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1436 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablanaraq xx.xx.2024-cü il tarixinə 311,36 manat məbləğində və xx.xx.2025-ci il tarixindən isə 336,58 manat olduğu müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat.
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2012-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 yanvar 2012-ci il tarixində ona pensiya təyin edilmişdir. Lakin o, dəfələrlə əmək pensiyasının düzgün hesablanması ilə bağlı cavabdeh orqana müraciət etsə də, iş stajı nəzərə alınmamış və ona verilən əmək pensiyası düzgün hesablanmamışdır. Bu fakt cavabdeh orqan tərəfindən verilmiş məktub və arayış, həmçinin maaş cədvəli ilə öz təsdiqini tapır. Bundan başqa onun ərizəyə əlavə etdiyi əmək kitabçasında görünür ki, pensiya təyin edilərkən 26 il 4 ay əmək stajı cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Məhz bu səbəblərdən, o, 26 il 4 ay əmək stajının olmasını və 3-cü qrup əlil olmağını nəzərə alıb əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh orqan ərizəyə rəsmi cavab verməmişdir.
12. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunması və xx.xx.2023-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi «xx.xx.2023-cü il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə, cavabdeh isə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə dəyişdirilmişdir.
13. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-62496/2024 nömrəli etirazın məzmunu xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T- 217252/2/2023 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1106/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2022-ci il tarixinədək onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. İddiaçının hərbi xidmət illəri və faəliyyət göstərdiyi iş illərinin hamısı nəzərə alınmış, həmçinin toplanmış pensiya kapitalı istifadə olunmuşdur. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iştirakı olmadan qərar qəbul etmiş və iş üzrə ekspertiza təyin etməmişdir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq:
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materialları ilə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 12ci maddəsinə əsasən iddiaçıya xx.xx.2011-ci il tarixdən üçüncü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixədək ödənilmiş, sonuncunun xx.xx.2023-cü il tarixli müraciətinə əsasən pensiyanın növü dəyişdirilərək, xx.xx.2023-cü il tarixdən 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, təqdim olunan sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 1 ay 1 gün sığorta stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 960,59 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (280 manat) dəyişiklik olmamışdır.
23. Bundan sonra iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-T-217252/2/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci və 34.1-ci maddəsinə əsasən ona xx.xx.2023-cü il tarixində (müraciət etdiyi tarixdən) 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 1 ay 1 gün sığorta stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 960,59 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (280 manat) dəyişiklik olmamış, əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış, tərəflərindən əmək pensiyasından hər hansı bir tutulma aparılmamışdır.
24. Birinci instansiya məhkəməsi cavabdeh orqanın imtina dəlilləri ilə razılaşaraq iddiaçının iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul etmiş, hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarını apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, imtina dəlilinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir.
25. Belə ki, adıçəkilən Qanunun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir.
26. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, əmək pensiyasının məbləği xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək olan sığorta stajı (26 il 1 ay 1 gün) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına ((1:30+1:12+26)x306=7982,35) uyğun olaraq hesablanmışdır.
28. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-133524/2024 nömrəli məktubundan görünür ki, 2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 21211,20 manat təşkil etmiş, pensiyanın sığorta hissəsi 21211,20:144=147,30 manat hesablanmış, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumilikdə 6 ay təşkil etməklə 960,59 manat (xx.xx.2022-ci il tarixinə olan vəziyyəti) pensiya kapitalı qeydə alınmış, yekunda əmək pensiyasının məbləği 153,97 manat müəyyən edilmişdir.
30. Belə olan halda, iddiaçının əmək pensiyasının məbləği (153,97 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixindən 275,28 manata çatdırılmış, Qanunun 6-1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 280 manata çatdırılmışdır. Sonda Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixindən 311.36 manat müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının hərbi xidmət illəri və faəliyyət göstərdiyi iş illərin tam olaraq cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmaqla əmək pensiyası təyin olunduğu xx.xx.2022-ci il tarixinədək onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı və xx.xx.2006-cı il tarixədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital pensiya təyin edilərkən istifadə olunmuşdur.
32. Bununla yanaşı apellyasiya icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-315241/2024 nömrəli məktubu və ona əlavə edilmiş sığortaolunanın hesabından görünür ki, sığortaedən “X1 Company S.A.L.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (SUN: **********17; VÖEN: **********) iddiaçının xeyrinə 2006cı ilin yanvar ayından sentyabr ayınadək ödədiyi məcburi dövlət sosial sığorta haqlarının cəmi 1049,47 manat təşkil edir.
33. Məhkəmə kollegiyası iddiaçının 2006-cı ilin yanvar ayından sentyabr ayınadək “X2 Kompani Bakı-Tiflis-Ceyhan Layihəsi”ndə (CCİC) işlədiyi müddətdə ödədiyi məcburi sosial sığorta haqları nəzərə alınmaqla, hazırda inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərarla ona hesablanmış 311,36 manat pensiya məbləğinin düzgünlüyü, düzgün olmadığı təqdirdə 2006-cı ilin yanvar ayından sentyabr ayınadək həmin Layihədə işlədiyi müddətdə ödədiyi məcburi sosial sığorta haqları nəzərə alınmaqla ona hesablanmış pensiya məbləğinin nə qədər olmasının araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1436 nömrəli ekspert rəyində İddiaçı əmək pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablanaraq xx.xx.2024-cü il tarixinə 311,36 manat məbləğində və xx.xx.2025-ci il tarixindən isə 336,58 manat olduğu qeyd edilmişdir.
34. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya hesablanmış əmək pensiyası məbləğinin düzgünlüyü ekspert rəyi ilə də təsdiq edilmişdir.
35. Bununla yanaşı apellyasiya şikayətinin “birinci instansiya məhkəməsində işə baxılan zaman tərəfin iştirakının təmin edilməməsi” dəlili də işdə olan sənədlərlə təkzib edilir. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olur ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmışlar.
36. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
37. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1106/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci- İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov