Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-730/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “vergi ödəcəyisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2889/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında xx.xx.2022-ci il tarixli **********159599 nömrəli qərarı ilə “X5 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) (bundan sonra mətndə “X5 Kompleksi" MMC) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 14 saylı Ərazi Vergilər İdarəsı tərəfindən çıxarılmış xx.xx.2021-ci tarixli **********145444 №-li qərarı ləğv edilmişdir.
2. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə xx.xx.2022-ci il tarixli, **********159723 «X5 Kompleksi” MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilmiş, «X5 Kompleksi” MMC tərəfindən aşağıdakı vergilərin və digər icbari ödənişlərin az hesablandığı (və ya hesababt təqdim etməmək yayındırıldığı) artıq hesablandığı müəyyən edilməsi, müvafiq faizlərin tutulması qərara alınmışdır.
3. “Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X5 Kompleksi” MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və qərarın icrası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə həyvalə edilmişdir.
4. 07 mart 2024-cü il tarixli **********169043 nömrəli Səyyar vergi yoxlaması aktından görünür ki, 14 saylı Ərazi Vergilərİdarəsi tərəfindən «X5 Kompleksi” MMC üzrə aktda qeyd olunan tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır.
5. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********183365 nömrəli qərarı ilə «X5 Kompleksi” MMC vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Digər qeyd kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinə əsasən vergilər vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara, həmçinin həmin Məcəllənin 83.2.1-ci maddəsinə əsasən isə vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatalara əsasən hesablana bilər. Vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilmədiyi üçün yoxlama zamanı gəlir və xərclər yuxanda sadalanan maddələrə istinad edilməklə müəyyən edilmiş və vergilər hesablanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı «X5 Kompleksi” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2024-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qeyri-qanuni hesab edilərək “13 may 2024-cü il tarixli, **********183365 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********140331 nömrəli səyyar vergi yoxlaması aktına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də aparılmış vergi yoxlamalarının nəticələrinə dair qəbul edilmiş 16 mart 2021-ci il tarixli, **********145444 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı məhkəmə qaydasında ləğv edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasında 2- 1(102)-544/2022 saylı xx.xx.2022-ci il tarixli yekun qərar çıxarılmışdır. Uyğun olaraq Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi” haqqında **********159599 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin yuxarıdakı qərarını icra edərək, müəssisəyə qarşı “məsuliyyətə cəlb etmə” haqqında qərarı ləğv etmiş, müəssisənin hesablarına qoyulmuş sərəncamları geri çəkmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər idarələri nəinki qərarı bütövlükdə icra etmək, əksinə olaraq 2020-ci ilin yanvar ayında vergi məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri əsas tutaraq (38.3.6-cı maddəsi) xx.xx.2022-ci il tarixdə müəssisənin iyul 2015-iyun 2022 dövrlərini əhatə edən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini qərara almışdır. Həmin yoxlamanın nəticələri üzrə 13 may 2024-cii il tarixli, **********183365 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar qəbul etmişdir.
8. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçı vergi ödəyicisi kimi xx.xx.2010-cu il tarixdə fəaliyyət növü “Buğdanın becərilməsi" olmaqla uçota alınmış və həmin tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. İddiaçı “X5 Kompleksi" MMC-nin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m. olan "Restoran” adlı təsərrüfat subyektinin (obyektinin), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m. olan "X5 Kompleksi” adlı təsərrüfat subyektinin (obyektinin), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 21703 kv.m. olan “AQROPARK YEMƏKXANA” adlı təsərrüfat subyektinin (obyektinin) və ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 70 kv.m. olan “AQROMARKET” adlı təsərrüfat subyektinin (obyektinin) uçotda olduğu müəyyən edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında 18 iyul 2022-ci il tarixli Qərarına əsasən cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin 29 iyul 2022-ci il tarixli **********160571 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə İddiaçındə 01 iyul 2015-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan vergi dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri 07 mart 2024-cü il tarixli **********169043 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq buğda emalı sənayesi məhsullarının istehsalı, yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi və kənd təsərrüfatı bitkiləri məhsullarının emalı üzrə xidmətlərin göstərilməsi ilə məşğul olmuşdur. Sənədlər təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan sənədlər əsasında aparılmışdır.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2889/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 7 illik dövrün yoxlanılması barədə norma 2020-ci ildən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə xx.xx.2020-ci il tarixdən əlavə edilmiş həmin normaya görə, “xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Göründüyü kimi, hətta inzibati orqan 7 illik dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi hüququna malik olsaydı belə, həmin yoxlama xx.xx.2020-ci il tarixdən əvvəlki dövrü əhatə edə bilməzdi. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətə malik olduğu da cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisələndirilən qərarı qəbul edərkən, cavabdeh xx.xx.2017-xx.xx.2020-ci illəri əhatə edən vergi dövrü üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olduğuna və bu üzdən həmin dövrün eyni əsaslarla yenidən yoxlanılmasının yolverilməz olduğuna diqqət yetirməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində də araşdırıla bilməz. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilməsinə dair əvvəlki iş üzrə məhkəmə icraatı zamanı iddiaçının kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olduğu, investisiya təşviqi sənədinə malik olduğu və bununla da Vergi Məcəlləsinin tələblərinə əsasən vergi öhdəliyindən azad olunduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin əsaslandığı istintaq orqanının qərarında da vergi yoxlamasının keçirilməsi üçün əsas qismində məhz azad olunan dövriyyənin müəyyən olunmasına, yəni əvvəlki məhkəmə icraatı zamanı müəyyən olunmuş hala istinad edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)apellyasiya şikayətinin dəlilləri.
11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdirki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, gəldiyi nəticəyə əsas olmuş işin faktiki halları barədə heç bir məlumat verməmişdir. Belə ki, məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi hər hansı bir sübut haqqında məlumat verməmiş, yəni hansı sübutlar əsasında sözügedən nəticəyə gəldiyi məlum deyildir. Cavabdeh tərəfindən təqdim olunmuş dəlillərin isə rədd edilmə əsaslarını qəbul etdiyi qərarında ehtimallara söykənərək münasibət bildirmişdir ki, bu da tərəfin məhkəmə qərarının şübhə doğurmamaq hüququnu pozmuşdur. Yuxarıda qeyd edildiyi kimi məhkəmə iş materiallarında olan sübutları araşdırmamış, cavabdehin dəlilləri üzrə münasibət bildirməmişir. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabadehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, vergi yoxlaması cinayət təqibi orqanının qərarı əsasında aparılmış, lakin həmin qərar reyestrə daxil edilməmişdir. Həmçinin, yoxlama müddətlətində dayandırmalar olmuş, qanunda nəzərdə tutulmuş 90 gün müddət ötürülməmişdir. Cinayət təqibi orqanı Ali Məhkəmənin qüvvədə olan qərarından xəbərdar idi, buna baxmayaraq qərarda 7 illik fəaliyyətin yoxlanılması qeyd edilmişdir. 2020-2022-ci illər üzrə yoxlamalar aparılarkən iddiaçıdan müvafiq sənədlər tələb edilsə də, iddiaçı tərəfindən vergi orqanına heç bir sənəd təqdim edilməmiş, yalnız cinayət təqibi orqanı tərəfindən həmin sənədlər məcburi götürüldükdən sonra yoxlamanın aparılması mümkün olmuşdur. Bundan sonra vergi orqanı tərəfindən vergi borcu hesablanmışdır.
15. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, vergi orqanı tərəfindən tələb olunan bütün sənədlər tərəflərindən tam təqdim edilmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 106.1. Vergidən azaddır: 106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə.
17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.2-1. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.
18. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. 1.8. Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və mühafizəsini təmin edir. 3.4.11. Yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. 3.4.16. Yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. 4.7. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin hallarından müəyyən edilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin “Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərarına əsasən 14 saylı Ərazi Vergilər İdarəsi 29 iyul 2022-ci il tarixli **********160571 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə İddiaçı MMC-də 01 iyul 2015-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan vergi dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və yoxlamaların nəticəsi 07 mart 2024-ci il tarixli **********169043 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********183365 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı MMC-nin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.
23. Qüvvədə olan vergi qanunvericiliyi birmənalı şəkildə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
24. Hazırki halda cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutların qiymətləndirilməməsi və gəldiyi nəticəyə əsas olmuş işin faktiki halları barədə heç bir məlumat verilməməsini göstərmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə cavabdeh orqanın özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.
26. Hazırki mübahisədə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən qəbul edilmiş 13 may 2024-cü il tarixli, **********183365 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsinə yönəlmişdir.
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.6-cı maddəsi cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduğu halda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Cavabdeh orqan da sözügedən normaya istinad etməklə Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin “Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərarına əsasən növbədənkənar vergi yoxlaması həyata keçirmişdir.
28. Cinayət təqibi orqanının sözügedən qərarı ilə İddiaçı MMC-də 18 iyul 2015-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanılması təyin edilmiş, qərarın icrası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilmişdir.
29. İşin halları ilə müəyyən olunur ki, cavabdeh orqan cinayət təqibi orqanının qərarını icra etmiş, belə ki, 29 iyul 2022-ci il tarixli **********160571 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə İddiaçı MMC-də 01 iyul 2015-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan vergi dövrü üzrə səyyar vergi yoxlaması aparmış, yoxlamanın nəticələrini rəsmiləşdirmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, nə cinayət təqibi orqanı növbədənkənar səyyar vergi yoxlanılması təyin edilməsinə dair qərar qəbul edərkən, nə də cavabdeh orqan sonuncu qərarı icra edərkən nəzərə almamışdır ki, yoxlanılması nəzərdə tutulan dövrün (01 iyul 2015-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək) bir hissəsi (01 aprel 2017-ci il tarixdən 01 aprel 2020ci il tarixədək) olan dövr cavabdeh tərəfindən 20 may 2020-ci il tarixli **********200001 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar əsasında yoxlanılmış, səyyar vergi yoxlamasının nəticəsinə dair 2 fevral 2021-ci il tarixli, **********140331 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş, həmin akt əsasında cavabdeh tərəfindən 16 mart 2021-ci il tarixli, **********145444 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş, qərara əsasən iddiaçı əlavə hesablanmış vergilər üzrə 3.991.149,47 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 2.001.210,37 manat, ümumilikdə 5.992.359,84 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və hazırda qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-544/2022 nömrəli qərarı ilə ləğv edilmişdir.
31. Göründüyü kimi, cavabdeh orqan cinayət təqibi orqanının qərarını əsas götürməklə artıq məhkəmə qaydasında həll edilmiş və qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehin qərarının ləğv olunduğu vergi dövrü üzrə (01 aprel 2017-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək) yenidən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmişdir.
32. Bundan başqa 7 illik dövrün yoxlanılması barədə norma 2020-ci ildən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə xx.xx.2020-ci il tarixdən əlavə edilmiş həmin normaya görə, “xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.
33. Göründüyü kimi, qeyd olunan norma 01 yanvar 2020-ci il tarixdən qüvvədə olduğuna görə, cavabdehin 01 iyul 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövrü əhatə edən səyyar vergi yoxlamasının nəticəsinə dair qərarları həmin dövrə münasibətdə qanuni qüvvəyə minmiş və preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı olduğundan və 7 illik dövrün yoxlanılması barədə norma xx.xx.2020-ci il tarixdən qüvvədə olub həmin dövrədək olan münasibətləri tənzimləmədiyindən cavabdeh orqan qanunsuz və əsassız şəkildə həmin dövrü yenidən yoxlamış, nəzərə almamışdır ki, qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində araşdırıla bilməzdi.
34. Bundan başqa məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə uyğun olaraq istintaq orqanının qərarının icrası qaydasında həyata keçirdiyini, ona görə də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-1-ci maddəsinə əsasən reyestrə daxil edilmədiyini bildirmişdir.
35. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarının olmasıdır ( Vergi Məcəlləsi 38.3.6-cı maddə).
36. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
38. Cavabdeh vergi orqanı tərəfindən iddiaçının vergilər üzrə qanunvericiliyə əməl etməsinin düzgünlüyünün yoxlanılması məqsədilə aparılmış növbədənkənar səyyar vergi yoxlaması, həmçinin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi vahid məlumat reyestrində qeydiyyata alınması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi də növbədənkənar səyyar vergi yoxlaması, həmçinin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinin vahid məlumat reyestrində qeydiyyata alınmadığını bildirmişdir.
39. Sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın qanunauyğunluğunu sübut etməyə borcludur.
40. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.
41. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
42. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2011ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.14-cü bəndinə əsasən yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar), 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir.
43. İş materialları ilə müəyyən edilir ki, növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdə başlamış, yoxlama müddətində cavabdeh 2 dəfə yoxlama müddətinin uzadılması barədə, 13 dəfə müddətin müvəqqəti dayandırılması, 1 dəfə isə (xx.xx.2023-cü il tarixdə) aktın tərtibi müddətinin uzadılması barədə qərarlar qəbul etmiş, yoxlamanın başlanması, müddətinin uzadılması, dayandırılması barədə qərarlar Reyestrə daxil edilməmişdir.
44. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə həmin qanunvericiliyin məqsədləri baxımından əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Eyni zamanda əlavə vergi yoxlaması tədbirləri ilə bağlı vergi orqanı səyyar vergi yoxlaması zamanı malik olduğu bütün hüquqlara malikdir.
45. Hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə də 1 dəfə əlavə vergi yoxlaması tədbirlərinin keçsirilməsi haqqında qərar qəbul edilsə də, adıçəkilən qərar da Reyestrə daxil edilməmişdir.
46. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yazılmışdır ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2).
47. Nəzərə almaq lazımdır ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından vergilərlə bağlı məsələnin həlli, o cümlədən əlavə verginin hesablanması ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinin tələbinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutlar, habelə inzibati aktı qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin verginin hesablanması yaxud yenidən hesablanması barədə heç bir əsaslandırma olmadan sadəcə olaraq qərar qəbul etməsi və ya bu barədə iddiaçıya bidiriş göndərməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək imkanlarına malik olmaq kimi konstitusion hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə də xidmət edir.
48. Həmçinin mübahisəyə dair iş üzrə materiallarla müəyyən olunur ki, iddiaçı MMC-də aparılan növbədənkənar vergi yoxlaması 13 dəfə (xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində) dayandırılmışdır. İş üzrə materiallara görə, vergi yoxlamasının dayandırılmasının əsas məqsədinin sənədlərin əldə edilməsinə və bununla əlaqədar müvafiq müraciətlərin göndərilməsinə bağlı olduğu qeyd edilsə də, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən bu məqsədlə VM-in 43-11-ci maddəsinə istinadən edilmiş yeganə müraciət istisna olunmaqla, bu istiqamətdə hər hansı müvafiq hərəkətlərin edildiyi, müvafiq sənədlərin əldə olunması üçün müraciətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir.
49. Bundan başqa, apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, yoxlama zamanı iddiaçı tərəfindən bir sıra sənədlərin təqdim olunması təmin edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının məzmununa əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa, eləcə də maraqlı şəxslərin xeyrinə olan halları araşdırmağa borcludur. Həmin normalara əsasən, şəxs normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Lakin bu halda nəzərə alınmalıdır ki, cavabdeh inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların maraqlı şəxs tərəfindən əldə olunmasını tələb edə bilməz. Belə hallarda inzibati orqan zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları həmin inzibati orqandan özü əldə etməlidir.
50. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il il tarixində tərtib edilmiş nömrəli səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində də qeyd olunur ki, yoxlanılan dövrdə İddiaçı MMC faktiki olaraq dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, kənd təsərrüfatı bitkiləri məhsullarının emalı üzrə xidmətlərin göstərilməsi, restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır”.
51. Göründüyü kimi, vergi yoxlaması aparılan dövrdə iddiaçının fəaliyyət istiqamətləri barədə qənaətə gəlmək üçün cavavbdehdə yetərli məlumat olmuşdur. Başqa sözlə, iddiaçı tərəfindən əvvəlki hesabat dövrlərində təqdim olunmuş bəyannamələr və vergi orqanında olan digər məlumatlar əsasında da cavabdeh bunu müəyyən etmək imkanlarına malik olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı «X5 Kompleksi” MMC 18 yanvar 2010-cu il tarixində qeydiyyata alınmışdır və həmin vaxtdan MMC-nin nizamnaməsinə əsasən, onun əsas fəaliyyət istiqamətlərini bütün növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsalı, idxalı, ixracı, emalı və satışı ilə bağlı olan bütün növ aqroservis xidmətlərinin göstərilməsi təşkil edir.
52. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı - qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısa da, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir. Odur ki, iddiaçının iddiasının əsaslı olub təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
53. Beləliklə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır.
Nəticəvi hissə:
54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2889/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov