Məhkəmə qərarları › İş №2-1(104)-737/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-737/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-737/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdən ehtiyata buraxılmağı müddətinin xidmət illərinə hesablanması və həmin illərə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-790/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.202N-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsassız yerə “xidmətə uyğunsuzluğa” görə hərbi xidmətdən ehtiyata buraxılmadığı müddətin xidmət hərbi xidmətdən ehtiyata buraxılmağı müddətinin xidmət illərinə hesablanması və həmin illərə görə əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 2004-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, SQ TTM-nin gizir hazırlığı kursuna, daha sonra zabitlik kursuna getmişdir. O 157 saylı Hərbi Hissənin hərbi qulluqçusu kimi 01.04.-xx.xx.2016-cı il tarixlərdə Goranboy rayonu Tapqaraqoyunlu-Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2017-ci il tarixdə AR MN-nin 0646 saylı xx.xx.2017-ci il tarixli əmrinə “Hərbi xidmətkeçmə haqqında“ Əsanamənin 156 maddəsinin “e“ bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətərə dair işlər ürə istintaq isarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Şöhrət Qəhrəmanovun ********* saylı cinayət işi üzrə 06 fevral 2018-ci il tarixli qərarı ilə o zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Hərbi Prolurorluğundan Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası CMnin 274 və sair maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işini istintaqı zamanı, AR CM-nin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyi üçün barəsində aparılan cinayət təqibinə bəraətverici əsasla, Azərbaycan Respublikası CPM-nin N9.2. (cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədiyii üçün) maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. O, hərbi xidmətdən tərxis olunduqda ona 2017-ci ilin yanvar-sentyabr aylarındakı xidmətə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə almağa layiq görülməməyi barədə əmr verilmişdir. AR MN-nin 708 saylı Hərbi hissə komandirinin 162 saylı N1 may 2022-ci il tarixli əmri ilə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilmiş, AR-nın Müdafiə nazirinin 20 may 2022-ci il tarixli 0N95 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci tank taborunun N-cü tank bölüyünün 2-ci tank taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Sadaladığı hallardan da aydın olur ki (2017-ci ildə mənim hərbi xidmətdən tərxis olunmağı öz iradəsinə görə deyil, məlum Tərtər hadisələri ilə bağlı olmuşdur. O həmin müddətdən sonra məcburi olaraq hərbi xidmətdən tərxis olunmuş və ordu sıralarına yalnız Tərtər hadisələrində təqsirləndirilən şəxslərin bəraət alması, ümumiyyətlə həmin halların olmaması faktı ortaya çıxdıqdan sonra qayıda bilmişdir. Ona görə də hesab edir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsassız yerə “xidmətə uyğunsuzluğa“ görə hərbi xidmətdən ehtiyata buraxıldığım müddət xidmət illərimə hesab olunmalıdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, cavabdehin 0646 saylı, xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilərək xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsassız yerə “xidmətə uyğunsuzluğa” görə hərbi xidmətdən ehtiyata buraxılmadığı müddətin xidmət illərinə hesablanması və həmin illərə görə əmək haqqının hesablanaraq ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-790/2024 saylı qərardadı ilə İddiaçı buraxılmış müddətin bərpasına dair ərizəsi təmin olunmamış, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdən ehtiyata buraxılmağı müddətinin xidmət illərinə hesablanması və həmin illərə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-790/2024 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ehtiyata buraxılması haqqında 0646 nömrəli, xx.xx.2017-ci il tarixli əmri mübahisələndirmir. Belə ki, xx.xx.2017ci il tarixli əmr xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və iddiaçı yenidən hərbi xidmətə bərpa edilmişdir. İddiaçının hərbi xidmət uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılmasında dair xx.xx.2017-ci il tarixli əmr ləğv edilmədən onun xx.xx.2022-ci il tarixdə xidmətə bərpa olunması “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinin tələbləri baxımından da mümkün deyildir. Məhz bu əsaslarla iddiaçı tərəfindən əvvəlcə cavabdeh inzibati orqana, sonradan isə Gəncə İnzibati Məhkəməsinə müraciət olunaraq iki əmr (xx.xx.2017 va xx.xx.2022-ci il tarixli əmrlər) arasında olan dövrü əhatə edən müddət üzrə itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və həmin müddət üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, onun cavabdehin hər hansı bir əmrini mübahisələndirmək kimi bir fikri olmamış, hüquqi marağı itirilmiş illərin xidmət illəri kimi nəzərə alınması və həmin müddət üçün ona əmək haqqının hesablanmasından ibarətdir. Lakin birinci instansiya məhkəməsi ona səhv istiqamətdə hüquqi yardım göstərmişdir. Hazırkı iddianı qaldırmaqda məqsədi isə daha tez pensiyaya çıxmaqdır. 2022-ci ilin iyun ayından hal-hazıradək “N” saylı hərbi hissədə xidmət edir, xidmət rəisidir, baş leytnantdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.N-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin N5.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.N. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur -2.N. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in N7-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Azərbaycan Respublikası İPM-nin 1N-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 1N və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Göründüyü kimi, iddiaçının ilkin tələbi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsassız yerə “xidmətə uyğunsuzluğa” görə hərbi xidmətdən ehtiyata buraxılmadığı müddətin xidmət hərbi xidmətdən ehtiyata buraxılmağı müddətinin xidmət illərinə hesablanması və həmin illərə görə əmək haqqının hesablanaraq ödənilməsinindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçıya xx.xx.2024-cü il tarixli sərəncam göndərərək, cavabdehin N0 avqust 2017-ci il tarixli, 0646 nömrəli əmrinin ləğv edilərək, xx.xx.2027-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsassız yerə xidmət uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxıldığı müddətin xidmət illərinə hesablanması və həmin illərə görə əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsini cavabdehə həvalə edilməsini qeyd edərək, 25 iyul 2024-cü il tarixədək məhkəməyə təqdim edilməsi təklif edilərək yuxarıda qeyd edilən hallar ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmişdir. Daha sonra sərəncama uyğun olaraq, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 0646 saylı, xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsassız yerə “xidmətə uyğunsuzluğa” görə hərbi xidmətdən ehtiyata buraxılmadığı müddətin xidmət illərinə hesablanması və həmin illərə görə əmək haqqının hesablanaraq ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxrılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərindən, həmçinin məhkəmə kolllegiyasının iclasında verdiyi izahatından görünür ki, birinci instansiya məhkəməsi ona yanlış istiqamətdə hüquqi yardım göstərmiş və o, məhkəmənin sərəncamına görə iddiasının məzmununu dəyişmişdir. Əslində isə onun cavabdehin 0646 saylı, xx.xx.2017-ci il tarixli əmrini mübahisələndirmək kimi bir fikri olmamışdır. Göründüyü kimi, iddiaçının hüquqi marağı itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və həmin müddət üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsindən ibarətdir. İddiaçının ilkin tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Onun cavabdehin hər hansı əmrini mübahisələndirmək kimi bir istəyi olmamış, yalnız birinci instansiya məhkəmənin sərəncamına uyğun olaraq sonradan belə bir tələb irəli sürmüşdür. İddiaçı ilkin qoyulmuş tələbinə mahiyyəti üzrə baxılmasında israrlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardımla bağlı iddiaçıya göndərilmiş sərəncam onun hüquqi marağına uyğun olmamışdır. Belə ki, iddiaçı 2022-ci ilin iyun ayında hərbi xidmətə bərpa olunmuş və halhazırda zabit kimi hərbi xidmətini davam etdirir. Belə olan təqdirdə onun hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmri mübahisələndirməsinin hüquqi əhəmiyyəti qalmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir birinci instansiya məhkəməsi yeindən işə baxan zaman bu xüsusatlara hüquqi qiymət verməli, həmçinin iş materiallarında olan mülki icraat qaydasında baxılmış qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-790/2024 saylı qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar