Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-74/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı rəyin dəyişdirilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və qəyyumu XN iştirakları ilə, «rəyin dəyişdirilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-N097/N0NN nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N avqust N0N1-ci il tarixli, N443 nömrəli arayışında qeyd olunur ki, N nömrəli hərbi hissənin N-ci tabir 4-cü bölük 3-cü taqımında taqım komandiri müavini vəzifəsində xidmət etmiş, halhazırda ehtiyyatda olan baş gizir İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində-N nömrəli mövqedə döyüş növbətçiliyi aparan zaman səhhətində yaranan problem ilə əlaqədar-psixi davranışında pozuntularla əlaqədar özünü xəstə hesab etmiş və hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Tibb məntəqəsində dinamik həkim nəzarəti altında saxlanmış, qeyri-iradi darvanışlarına görə psixi pozuntular müşahidə edilmişdir, aktlaşdırılaraq müvafiq sənədlərlə 06 noyabr N019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müayinə, müalicə və hərbi həkim komissiyasından keçirilib hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün göndərilmişdir. Həmin tarixdə Silahlı qüvvələrin Baş Klinik Hospitalında “mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenebənzər psixotik pozuntu” diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuş, N5 yanvar N0N0-ci il tarixədək həmin diaqnozla Silahlı Qüvvələrin Baş X1 şöbəsində stasionar müalicədə olmuşdur. N1 yanvar N0N0-ci il tarixdə Silahlı qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçmiş, 46 nömrəli, xx.xx.N0N0-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə əks olunduğu kimi “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinin 3-cü qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 fevral N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”yə) əsasən “həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” rəyi verilmişdir. N. xx.xx.N0N0-ci il tarixli 46 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş diaqnoz və xəsarət (mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu) xəstəlikdir və hərbi xidmət dövründə alınmışdır.
3. N nömrəli hərbi hissənin xx.xx.N0N1-ci il tarixli, N443 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.N019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müayinə, müalicə və hərbi həkim komissiyasından keçirilib hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün göndərilmiş, həmin tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında "Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuş, xx.xx.N0N0-ci il tarixədək həmin diaqnozla Silahlı Qüvvələrin Baş X1 şöbəsində stasionar müalicədə olmuşdur, xx.xx.N0N0-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçirilmiş, 46 nömrəli xx.xx.N0N0-ci il tarixli Xəstəlik haqqında şəhadətnamədə əks olunduğu kimi "Xəstəliklər cədvəli"nin 15 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, "Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır" rəyi verilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N1-ci il tarixli 1447 nömrəli məktubundan görünür ki, İddiaçı xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilməsindən imtina edilmişdir. 5.Ağdam Rayon Məhkəməsinin N(013)-167/N0N1 nömrəli qətnaməsindən görünür ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. 6.Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1N0 nömrəli, xx.xx.N0N1-ci il tarixli sərəncamından görünür ki, fəaliyyət qabiliyyəti olmayan İddiaçı üzərində anası X3 qəyyum olaraq təyin edilmişdir. 7.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam ruhi əsəb dispanseri tərəfindən verilmiş 1N66 nömrəli, 07 iyun N0N1-ci il tarixli tibbi arayışdan görünür ki, İddiaçı 06 fevral N0N0-ci il tarixdən “mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenebenzer psixi pozuntu” diaqnozu ilə aminazin N5 mq, torendo Nmq, depaken xromo 300 dərmanları ilə təmin edilmişdir. 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji-Ekspertiza şöbəsinin T374/N0N3 nömrəli ekspert rəyinin nəticəsi kimi qeyd olunur ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun tibbi sənədlərində qeyd edilmiş “mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenebenzer psixotik pozuntu” diaqnozu ona stasionarda müayinə və müalicələri zamanı anamnestik, psixi status və labarator-istrumental müayinələrin əsasında müəyyən edilmiş və şəhadətləndirilməsi üçün hərbi-həkim komissiyasına təqdim edilərkən “xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qərarı düzgün verilmişdir.
Birinci instansiya məhkəməsində icraat: 9.İddiaçı qəyyumu X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.N0N0-ci il tarixli rəyində dəyişiklik edilərək, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsinin “xəstəlikdir, Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 10.Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli, N-1(11N)-11800/N0N1 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. 11.İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 sentyabr N006-cı ildən 05 aprel N0N0-ci ildək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N15, 050, N və N saylı hərbi hissələrində hərbi xidmət keçmişdir. Hərbi xidmət zamanı psixi xəstəliyə tutulduğu üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və xx.xx.N019-cu ildən xx.xx.N0N0-ci ilədək orada "kəskin şizofrenəbənzər psixik pozuntu" diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstəlik ciddi olduğu üçün N saylı Hərbi Hissə komandirinin 05 aprel N0N0- ci il tarixli, 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Cavabdeh Müdafiə Nazirliyi Tibbi Baş İdarəsi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0N0-ci il tarixli rəyi ilə ona "kəskin sizofrenəbənzər psixotik pozuntu" diaqnozu qoyulmuş, həmin xəstəliyin "hərbi xidmət dövründə alındığı" qeyd edilərək, həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.N0N1 -ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının "xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" rəyi ilə razı deyil. Hesab edir ki, həmin sözlər dəyişdirilməlidir. Belə ki, həmin ərizəyə əlavə edilmiş Müdafiə Nazirliyi N saylı Hərbi Hissə komandirinin xx.xx.N0N1- ci il tarixli, N443 nömrəli arayışından görünür ki, o, N nömrəli hərbi hissədə N nömrəli mövqedə döyüş növbətçiliyi apararkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı hərbi xidməti vəzifəsini yerinə yetirərərkən səhhətində yaranan problemlərlə bağlı hərbi hissənin hərbi tibb məntəqəsinə müraciət etmişdir. Səhhətində olan ciddi psixi pozuntulara görə xx.xx.N019-cu ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və təqribən 3 ay, yəni xx.xx.N0N0-ci il tarixədək orada stasionar müalicə olunmuşdur. Ona görə də cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək barəsində olan rəydə qeyd edilmiş xəstəlikdir "Hərbi xidmət dövründə alınmışdır" sözlərinin dəyişdirilərək xəstəlikdir "hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmişdır" sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasınin xx.xx.N0N1-ci il tarixli, 1447 nömrəli məktubu ilə verilmiş ilkin diaqnozun dəyişdirilməsindən imtina edilmiş, səbəb kimi buna heç bir əsasın olmadığı göstərilmişdir. Hərbi Həkim Komissiyasının bu imtinasını əsassız hesab edir. 1N.Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə göndərilmiş xx.xx.N0NN-ci il tarixli, 55 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, “Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozu xəstəlikdir, travma nəticəsində əmələ gələ bilməz. İddiaçı SQ BKH-da müayinə və müalicə olunarkən onda travma və onun nəticələri müəyyən edilməmişdir. İddiaçı xəsarət almış olduğu halda bununla əlaqədar təhqiqat aparılmalı, hərbi hissənin tibb məntəqəsində ona travma nəticəsində aldığı xəsarətə uyğun travmatik diaqnoz qoyulmalı, bu barədə zədələnmələrinin və travmaların qeydiyyatı kitabında qeydiyyat aparılmalı, həmçinin hərbi hissə komandanlığı tərəfindən "Əsasnamə"nin 7.3-cü maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində "Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın" 197-ci maddəsinin tələblərinə əsasən 3 aydan gec olmayaraq "Travma haqqında arayış" tərtib edilməli idi. Lakin bu halların heç biri mövcud deyildir. Bu səbəbdən İddiaçı aldığı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin edilməsi mümkün deyildir. 13.Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-N097/N0NN nömrəli qərarı ilə (hakim F.Hüzeynov) iddia tələbi təmin edilməmişdir. 14.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilməsi yalnız istinad olunan "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin 7.N-ci maddəsinin a) yarımbəndin müvafiq abzaslarında göstərilən hallarda mümkündür və bu halların heç biri hazırki işin faktiki hallarına uyğun gəlmir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri 15.İddiaçının qanuni nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli, N44 nömrəli arayışından oğlu İddiaçı N nömrəli mövqedə döyüş növbətçiliyi apararkən Azərbaycan Respublikası ərazi bütövlüyü müdafiəsi zamanı hərbi xidmət vəzifəsini yerinə yetirərkən xəstələnməsi müəyyən olunmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin dəlilləri: 17.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) tərəflərin izahatları: 18.Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. 19.Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: N0.Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin: Ümumi müddəalar 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.N. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. ... 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi xidmətə könüllü daxil olan vətəndaşların; orqanlara xidmətə daxil olan vətəndaşların; hərbi qulluqçuların; orqanlarda xidmət keçən şəxslərin; hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olan vətəndaşların; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, digər qoşunların və orqanların ixtisas təhsilli hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə (bundan sonra — hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri) daxil olan vətəndaşların; orqanların orta və ali ixtisas təhsilli təhsil müəssisələrinə (bundan sonra — təhsil müəssisələri) daxil olan vətəndaşların; hərbi liseylərdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan vətəndaşların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların; hərbi toplanışa çağırılan vətəndaşların; hərbi toplanış keçən vətəndaşların; hərbi toplanış keçmiş vətəndaşların; hərbi xidmət keçmiş vətəndaşların; orqanlarda xidmət keçmiş vətəndaşların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların və digər qoşunların mülki heyətindən olan şəxslərin; hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) ailə üzvlərinin; orqanlarda xidmət keçən şəxslərin ailə üzvlərinin; b) hərbi-həkim ekspertizasına metodiki rəhbərlik və hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin tibbi müayinəsinin, müalicəsinin və şəhadətləndirilməsinin aparıldığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və orqanların hərbi tibb müəssisələrində, hərbi hissələrində, müəssisə və təşkilatlarında hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar müalicə-diaqnostika işinin təşkilinə, keçirilməsinə və nəticələrinə nəzarət; c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına, hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət; ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi; d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi; e) hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi tibb müəssisələrində pulsuz tibbi təminat hüququna malik olan şəxslərin nəqliyyat vasitələrini idarə etməyə yararlılığının təyin edilməsi; ə) hərbi-həkim ekspertizası problemlərinin elmi araşdırılmasında iştirak edilməsi; f) hərbi-həkim ekspertizası üzrə həkim-mütəxəssislərin hazırlanması. 1.N. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. ... Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ... 7.N. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ... c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ-İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. ... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.N-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.N-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. ... N1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: N7. Hərbi xidmət vəzifələrinin icrası N7.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: N7.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; N7.1.N. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; N7.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; N7.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; N7.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; N7.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; N7.1.7. ezamiyyətdə olarkən; N7.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; N7.1.9. toplanışlar keçərkən; N7.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; N7.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); N7.1.1N. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; N7.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; N7.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; N7.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı tərəfin iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, hərbi xidmətə yollanmadan öncə tam sağlam fərd olmuş, sağlam olması səbəbindən də hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçıda yaranan xəsarətlər onun hərbi hissədə xidmət etdiyi dövrdə hərbi vəzifələrini yerinə yetirərkən yaranmışdır. Ona görə də, iddiaçı hesab edir ki, onun xəstəliyinin səbəb əlaqəsi “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qeyd olunmalıdır. İş materialları ilə müəyən edilir ki, iddiaçı xx.xx.N0N0-ci il tarixdə SQ Baş Klinik Hospitalının terapiya profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş "Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 15 maddəsinin İİİ qrafası və ƏTC-na əsasən "həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır" sayılmış və xəstəliyin hərbi xidmətlə səbəbli əlaqəsi "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.N bəndinin ç) yarımbəndinə əsasən "xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. Mübahisəyə dair işin istər birinci instansiya, istərsə də apellyasiya icraatı zamanı müəyyən olunmuş hallarından görünür ki, iddiaçı aidiyyəti üzrə dövlət tibb müəssisələrinə edilmiş sorğulara alınmış cavablara əsasən heç bir tibb müəssisəsində xəstə kimi qeydiyyatdan keçməmişdir. Müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunan zaman Rayon Mərkəzi Xəstəxanasında təyin olunmuş bütün analizlərdən keçmiş və analizlərin nəticələrinə əsasən onda patologiya aşkarlanmamışdır, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrinin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir. Bundan sonra, N nömrəli hərbi hissənin xx.xx.N0N1-ci il tarixli, N443 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.N019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müayinə, müalicə və hərbi həkim komissiyasından keçirilib hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün göndərilmiş, həmin tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında "Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuş, xx.xx.N0N0-ci il tarixədək həmin diaqnozla Silahlı Qüvvələrin Baş X1 şöbəsində stasionar müalicədə olmuşdur, xx.xx.N0N0-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçirilmiş, 46 nömrəli xx.xx.N0N0-ci il tarixli Xəstəlik haqqında şəhadətnamədə əks olunduğu kimi "Xəstəliklər cədvəli"nin 15 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, "Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır" rəyi verilmişdir. Apellyasiya icraata zamanı təyin edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji-Ekspertiza şöbəsinin T374/N0N3 nömrəli ekspert rəyinin nəticəsi kimi qeyd olunur ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən onun tibbi sənədlərində qeyd edilmiş “mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenebenzer psixotik pozuntu” diaqnozu ona stasionarda müayinə və müalicələri zamanı anamnestik, psixi status və labarator-istrumental müayinələrin əsasında müəyyən edilmiş və şəhadətləndirilməsi üçün hərbi-həkim komissiyasına təqdim edilərkən “xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qərarı düzgün verilmişdir. Göründüyü kimi cavabdehin xx.xx.N0N0-ci il tarixli 46 nömrəli xəstəlik şəhadətnaməsinə əsasən iddiaçıya qoyulmuş «mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu» diaqnozu ilə olan xəstəlik hərbi xidmət vəzifələrini yerinə yetirməsi səbəbindən yaranmamışdır. Həmin xəstəlik iddiaçıya məxsus xasiyyətə və psixoloji duruma görə düşdüyü şəraitdən asılı olaraq hərbi xidmət dövründə kəskin şəkildə başlamış, ruhi xəstəlik olmaqla fiziki təsir nəticəsində yaranmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı onun xəstəliyinin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi dəyişdirilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi səbəbli əlaqənin mövcudluğu qeyd edilən "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin normaları əsasında müəyyən edilməlidir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun N7.1-ci maddəsində hərbi xidmət vəzifələrinin icrası halları dəqiq qeyd edilmiş, döyüş növbəliliyini aparması həmin hallara aid edilsə də, iddiaçının şəhadətləndirildiyi xəstəlik bilavasitə hərbi xidmət dövründən əvvəl mövcud olmuş, döyüş növbəsində olarkən xəstəlik özünün əlamətlərini biruzə etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N avqust N0N1-ci il tarixli, N443 nömrəli arayışında qeyd olunur ki, N nömrəli hərbi hissənin N-ci tabir 4-cü bölük 3-cü taqımında taqım komandiri müavini vəzifəsində xidmət etmiş, halhazırda ehtiyyatda olan baş gizir İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində-N nömrəli mövqedə döyüş növbətçiliyi aparan zaman səhhətində yaranan problem ilə əlaqədar-psixi davranışında pozuntularla əlaqədar özünü xəstə hesab etmiş və hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Tibb məntəqəsində dinamik həkim nəzarəti altında saxlanmış, qeyri-iradi darvanışlarına görə psixi pozuntular müşahidə edilmişdir, aktlaşdırılaraq müvafiq sənədlərlə 06 noyabr N019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müayinə, müalicə və hərbi həkim komissiyasından keçirilib hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün göndərilmişdir. Həmin tarixdə Silahlı qüvvələrin Baş Klinik Hospitalında “mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenebənzər psixotik pozuntu” diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuş, N5 yanvar N0N0-ci il tarixədək həmin diaqnozla Silahlı Qüvvələrin Baş X1 şöbəsində stasionar müalicədə olmuşdur. N1 yanvar N0N0-ci il tarixdə Silahlı qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçmiş, 46 nömrəli, xx.xx.N0N0-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə əks olunduğu kimi “Xəstəliklər cədvəli”nin 15 maddəsinin 3-cü qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 fevral N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”yə) əsasən “həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” rəyi verilmişdir. Ona görə də, cavabdehin N1 yanvar N0N0-ci il tarixli qərarı ilə təsdiqlənən N1 yanvar N0N0-ci il tarixli 46 saylı Xəstəlik şəhadətnaməsində “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi düzgün olaraq qeyd edilmiş, həmin ifadənin “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-N097/N0NN nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil İsgəndərova