Məhkəmə qərarları › İş №2-1(104)-741/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-741/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-741/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının vəkil olan nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1617/2023 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədrinə xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, göstərmişdir ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2021-ci il tarixdə şəhər prokurorluğuna müraciət edərək, Gəncə ŞBPİ-nin İTİ-nin müstəntiqi, polis baş leytenantı X6 icraatında X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin materialları ilə tanış olarkən cinayət işinin materiallarında olan çoxsaylı sənədlərdə imzaların ona məxsus olmadığını bildirmiş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş müraciət əsasında Gəncə şəhər prokurorluğunda aparılan araşdırma zamanı Cavabdeh izahatı alınmış, Gəncə ŞBPİ-nin İTİ-də X2 barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işindən araşdırma üçün əhəmiyyət kəsb edən sənədlərin surətləri götürülmüş, toplanmış material üzrə məhkəmə-xətşünaslıq və məhkəmə-texniki ekspertizaları təyin edilmiş və digər hərəkətlər həyata keçirilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1776 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Gəncə ŞBPİ-nin İTİ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin materiallarında olan çoxsaylı prosessual sənədlərdə "Cavabdeh" sözündən əvvəl əks olunmuş imzalar Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, habelə həmin imzalarda oxşadılmaqla icra olunma əlamətləri müşahidə edilmişdir. Həmçinin məhkəmə-texniki ekspertizasının 5/113 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Gəncə ŞBPİ-nin İTİ-də Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin materiallarında olan çoxsaylı prosessual sənədlərin surətləri müvafiq olaraq eyni adlı və tarixli sənədlərin surətləri ilə eynilik təşkil etmir. Cavabdeh əlavə izahatı alınarkən müəyyən edilmişdir ki, Gəncə ŞBPİ-nin İTİ-nin müstəntiqi, polis baş leytenantı Şahin Şıxəliyev ondan dəfələrlə saxtalaşdırılmış prosessual sənədləri imzalamasını xahiş etmiş, o, ilk öncə buna razılıq verməsə də, sonradan səhhətində olan problemlər səbəbi ilə həmin məsələyə son qoymaq üçün həmin sənədləri imzalamışdır. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Gəncə ŞBPİ-nin İTİ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarında olan çoxsaylı prosessual sənədlərdə Cavabdeh imzası saxtalaşdırılmış, sonradan saxtalaşdırılmış sənədlər cinayət işinin materiallarından çıxarılmış, Cavabdeh həmin sənədləri imzalamış və bundan sonra sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilmiş pozuntulara dair məsələyə Vəkillərin İntizam Komissiyasında baxılmasına və nəticəsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Vəkillər X8 01 iyul 2022-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədovun xx.xx.2022-ci il tarixli 04/xid/1872 saylı məktubu əsasında intizam icraatının başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi qərara alınmışdır. Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillərin İntizam Komissiyasına verdiyi yazılı izahatında bildirmişdir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi polis baş leytenantı X6 icraatında olan X3 barəsində olan ********* saylı cinayət işi ilə tanışolarkən cinayət işinin materiallarında olan çoxsaylı sənədlərdə imzaların ona məxsus olmamasını bildirmiş və bununla bağlı tədbir görülməsini prokurorluqdan xahiş etmişdir. Lakin prokurorluqda cinayət işində olan və müstəntiqin əlavə etdiyi onun imza nümunələrinə oxşamayan imzaların əsli (həmçinin imzaların kserosurətləri onlarda saxlanılmışdır) ilkin olaraq həmin işə əlavə olunaraq təkmili istintaqa göndərilmiş (bunu o sonradan bilmişdir) və surətləri xeyli müddət keçməsindən sonra - onun ərizəsi yazıldıqdan sonra xx.xx.2022-ci il tarixli 4/1776 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Gəncə ŞBPİ-nin İTİ-də istintaq olunan ********* saylı cinayət işinin materiallarında olan çoxsaylı prosessual sənədlərdə “Cavabdeh” sözündən əvvəl əks olunmuş imzalar Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, habelə həmin imzalarda oxşadılmaqla icra olunma əlamətləri eynilik təşkil etmir. Həmçinin, sonradan onun onkoloji xəstəliyindən istifadə edən müstəntiq bilərəkdən onun əsl imzalarını çəkdirib yenidən ekspertə göndərilən sənədlərə əlavə etməklə onlara göndərilməsini təmin etmişdir. Birinci dəfə əsl imzalar və müstəntiqin ona çəkdirdiyi imzalar ekspertə göndərilməmiş, onun barəsində tədbir görülmədən iş tələm-tələsik təkmil istintaqa göndərilmişdir. Bundan başqa müstəntioq X6 ilkin olaraq izahatı da alınmamışdır. O daha sonra onkoloji xəstəliyindən, qohumlarının müharibədə həlak olmasından, oğlunun müharibə veteranı olmasından ətraflı bəhs edərək, onların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədovun müraciəti əsasında Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh barəsində başlanılmış intizam icraatı üzrə aparılmış araşdırmanın nəticəsinə dair Vəkillərin İntizam Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılmış ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X7 xx.xx.2021- ci il tarixli qərar əsasında dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, həmin cinayət işinin materialları ilə tanış olma mərhələsində işdə olan bır sıra prosessual sənədlərdəki (Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında və digər sənədlərdə) imzaların ona məxsus olmadığını aşkar edib, bununla əlaqədar müvafiq araşdırma aparılaraq hüquqi qiymət verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokurorluğuna müraciət etməsinə və həmin müraciətlə bağlı prokurorluqda aparılan araşdırma zamanı yuxarıda qeyd edilən sənədlərin kserosurətlərində "Cavabdeh" sözlərindən əvvəl əks olunmuş imzaların özü yox, başqa şəxs (şəxslər) tərəfindən onun imzasına oxşadılmaqla icra edilərək saxtalaşdırıldığı müəyyən olunmasına baxmayaraq, göstərilən sənədlərin əsillərini faktiki olaraq müvafiq prosessual hərəkətlərin gedişi zamanı və ya bu hərəkətlər qurtardıqdan bilavasitə sonra deyil, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı təsdiq edilmədən əlavə istintaq aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nə qaytarıldıqdan həmin sənədlər cinayət işindən çıxarılıb yenidən tərtib edildikdən sonra özünün verdiyi izahatlarında da etiraf etdiyinə görə müstəntiqin xahişinə əsasən imzalayaraq, bununla dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyib, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hərəkət edərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.1-ci, 92.11.1-ci, 92.11.2- ci maddələrinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2ci, 1.3-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci və 3-cü abzaslarının və Azərbaycan Respublikası Vəkillər X8 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 3.1-ci bəndinin tələblərini pozmuşdur. Komissiya hesab etmişdir ki, hazırkı rəy müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X9 təqdim edilməlidir. Azərbaycan Respublikası Vəkillər X8 14 oktyabr 2022-ci il tarixli 16 saylı iclas protokolundan çıxarışdan görünür ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh barəsində Vəkillərin İntizam Komissiyasının rəyinin nəzərə alınması, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədovun müraciəti əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.1, 92.11.1, 92.11.2-ci maddələrinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-ci maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 3.4-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1 və 3-cü abzaslarının və Azərbaycan Respublikası Vəkillər X8 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 3.1-ci bəndinin tələblərini pozduğuna görə, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Məhkəmənin sorğusu əsasında Gəncə şəhər prokurorluğundan alınmış Cavabdeh müraciəti əsasında Gəncə şəhər prokurorluğunda toplanmış 615-c21 nömrəli araşdırma materialında olan: - Cavabdeh Gəncə şəhər prokurorluğuna xx.xx.2021-ci il tarixdə yazdığı izahatda Gəncə ŞBPİ-nin İTİ-nin müstəntiqi Şahin Şıxəliyev tərəfindən istintaq edilən X2 Azərbaycan Respublikası CM-in 234.4.3- cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxslə bir sıra istintaq hərəkətlərinin keçirilməsinə baxmayaraq, həmin sənədlər ona imzalaması üçün təqdim edilmədən, işin ittiham aktı tərtib edilməklə, baxılması üçün məhkəməyə göndərilməsi məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edildiyini, cinayət işinin istintaq materiallarındakı Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında və digər sənədlərdə olan imzaların ona məxsus olmadığını bildirərək, qeyd olunan qanunsuz əməllər barədə araşdırma aparılıb hüquqi qiymət verilməsini xahiş etmişdir. - Gəncə şəhər prokurorunun köməkçisinin xx.xx.2021-ci il tarixli qərarları ilə Cavabdeh ekspertimental imza və xətt nümunələrinin götürülməsi və material üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Aydın Əliyev xx.xx.2021-ci il tarixli vəsatətlə çıxış edərək, ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərin əsillərinin Mərkəzə təqdim edilməsini xahiş etmişdir. - Gəncə şəhər prokurorluğu tərəfindən Gəncə şəhər Baş Polis İdarəsi xx.xx.2021- ci il tarixdə məktub göndərilərək, İdarənin İstintaq və Təhqiqat İdarəsində istintaq edilən ********* nömrəli cinayət işinin prokurorluğa göndərilməsi xahiş edilmiş, İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə həmin cinayət işi Gəncə şəhər prokurorluğuna göndərilmişdir. - Cinayət işinin materiallarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə X2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında sənədlərdə olan imzaların Cavabdeh tərəfindən icra olunmasında şübhələr yarandığından iş üzrə obyektiv və ədalətli qərar qəbul olunması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi üçün göstərilən sənədlərin kserosurətləri materiala əlavə edilmişdir. Lakin ekspertizanın aparılması üçün zəruri olduğundan ekspert tərəfindən cinayət işinin materiallarının əsilləri tələb edilmişdir. Buna görə də, ********* nömrəli cinayət işi tələb edilərək şəhər prokurorluğunda öyrənilmiş və ehtimal edilmişdir ki, ********* nömrəli cinayət işində olan X2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında sənədlərlə 615-c-21 nömrəli materialda olan həmin sənədlərin kserosurətləri eynilik təşkil etmir. - Gəncə şəhər prokurorunun köməkçisinin xx.xx.2022-ci il tarixli qərarı ilə 615-c21 nömrəli materialda olan X2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında sənədlərin, ********* nömrəli cinayət işində olan sənədlərin kserosurətlərinin olub-olmamasının müəyyən edilməsi üçün sənədlərin texniki ekspertizası təyin olunmuşdur. - Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 5/113 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işində olan X2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında sənədlərdə olan "Cavabdeh" sözlərindən əvvəl icra olunmuş imzalar Cavabdeh tərəfindən icra olunmuş; 615-c-21 nömrəli materialda olan həmin sənədlərin kserosurətlərində "Cavabdeh" sözlərindən əvvəl əks olunmuş imzalar isə Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmiş, bu imzalarda oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmuş, Cavabdeh tərəfindən qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə edilməmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizası üzrə xx.xx.2022ci il tarixli 5/113 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 615-c-21 saylı materialda olan yuxarıda qeyd edilən sənədlərin surətləri ********* nömrəli cinayət işinin cildində olan müvafiq olaraq eyni adlı və tarixli sənədlərin surətləri ilə eynilik təşkil etmir. - Cavabdeh Gəncə şəhər prokurorluğuna xx.xx.2022-ci il tarixdə yazdığı əlavə izahatda göstərmişdir ki, prokurorluğa hazırkı məsələ ilə bağlı ərizə verdikdən sonra müstəntiq Şahin Şıxəliyev dəfələrlə ondan ərizəsini geri götürməyi və cinayət işinin istintaq materiallarında olan müvafiq sənədləri imzalamağı xahiş etmiş, lakin o, buna ilk əvvəl razılıq verməsə də, sonradan səhhətində onkoloji problemlər yarandığından və bu işlə bağlı çoxsaylı xahişlərdən bezib ona təqdim edilmiş yuxarıda qeyd edilən sənədlərin əsillərinə sonradan imza çəkmişdir. Səhhətində baş vermiş problemlərdən yorulduğu üçün müstəntiq Şahin Şıxəliyevin dediyi ilə razı olmuşdur ki, bir də onu narahat etməsin. O, verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən protokollarda göstərilən bütün istintaq hərəkətləri real olaraq icra edilmişdir, istintaq hərəkətlərinin icrasında formallığa yol verilməmişdir, protokolların məzmunu həqiqidir, ifadələr deyildiyi, istintaq hərəkətləri olduğu kimi protokola salınmışdır. Sadəcə olaraq protokoldakı imzalar ona məxsus deyil. - Gəncə şəhər prokurorunun köməkçisinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2021-ci il tarixdə Gəncə Şəhər BPİ-nin İTİ-də istintaq edilmiş X3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarında olan əksər istintaq hərəkəti protokollarındaki imzaların ona məxsus olmadığını aşkar etdiyi və bu barədə tədbir görülməsi ilə bağlı müraciətinə dair toplanmış 615-c-21 nömrəli material üzrə cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanılması rədd edilmiş və müstəntiq Şahin Şıxəliyevin və müdafiəçi Cavabdeh hərəkətlərinə qiymət verilməsi üçün rəhbərliyi qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - Gəncə şəhər prokuroru tərəfindən Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavininə xx.xx.2022-ci il tarixdə məktublar ünvanlanaraq, 615-c-21 nömrəli material üzrə aparılan araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən göstərilən hallar üzrə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən xidməti yoxlama aparıb toplanmış materialın Gəncə şəhər prokurorluğuna göndərilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi qarşısında, həmçinin Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqi Şahin Şıxəliyevin, eləcə də vaxtında zəruri təşkilati tədbirlər görmədiyi üçün həmin İdarənin rəisi Samir Məcidovun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi tərəfindən xidməti yoxlama aparıb Gəncə şəhər prokurorluğuna göndərilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında müvafiq vəsatət qaldırılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini tərəfindən Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavininə ünvanlanmış xx.xx.2022-ci il tarixli 001-44147-1222 nömrəli məktubda narkotik vasitələrin qanunsuz dövriyyəsi faktı ilə bağlı Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində başlanmış cinayət işi üzrə X7 Azərbaycan Respublikası CM-in 234.4.3- cü maddəsi ilə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçildiyi, xx.xx.2022-ci il tarixdə ibtidai istintaq tamamlanaraq işin ittiham aktı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərildiyi və müstəntiq Şahin Şıxəliyev tərəfindən cinayətprosessual qanunvericiliyinin tələblərinin pozulmasının müəyyən edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri tərəfindən Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavininə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1583 nömrəli məktubda göstərilmişdir ki, araşdırma zamanı vəkil Cavabdeh etiraf etmişdir ki, müvafiq cinayət işi üzrə təqsirləndirilən şəxs X7 dövlət hesabına hüquqi yardım göstərərkən, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı Şahin Şıxəliyevin xahişi ilə saxtalaşdırılmış prosessual sənədləri imzalamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, vəkil Cavabdeh “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozaraq, dölət hesabına hüquqi yardımı yüksək keyfiyyətlə həyata keçirməmiş, vəkil andına və vəkil etikasına riayət etməmiş, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hərəkətlərə yol verərək formal vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunanlara əsasən vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmış və iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənədək onun vəkillik fəaliyyəti dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilmiş pozuntulara dair məsələyə baxılması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Vəkillər X8 müvafiq qərarı ilə həmin müraciət əsasında vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Müraciət belə əsaslandırılmışdır ki, vəkil Cavabdeh xx.xx.2021-ci il tarixdə Gəncə şəhər prokurorluğuna müraciət edərək, Gəncə ŞBPİ-nin İTİ-nin müstəntiqi X6 icraatında X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin materialları ilə tanış olarkən işdə olan çoxsaylı sənədlərdə imzaların ona məxsus olmadığını bildirmiş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında aparılan araşdırma zamanı təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1776 saylı rəyinə əsasən cinayət işinin materiallarında olan çoxsaylı prosessual sənədlərdə "Cavabdeh" sözündən əvvəl əks olunmuş imzalar Cavabdeh deyil, başqa şəxs tərəfindən icra olunmuş, habelə həmin imzalarda oxşadılmaqla icra olunma əlamətləri müşahidə edilmişdir. Məhkəmə-texniki ekspertizasının 5/113 saylı rəyinə əsasən isə cinayət işinin materiallarında olan çoxsaylı prosessual sənədlərin surətləri müvafiq olaraq eyni adlı və tarixli sənədlərin surətləri ilə eynilik təşkil etmir. Cavabdeh əlavə izahatı alınarkən müəyyən edilmişdir ki, müstəntiq Şahin Şıxəliyev ondan dəfələrlə saxtalaşdırılmış prosessual sənədləri imzalamasını xahiş etmiş, o, ilk öncə buna razılıq verməsə də, sonradan səhhətində olan problemlər səbəbindən məsələyə son qoymaq üçün həmin sənədləri imzalamışdır. Beləliklə, araşdırma ilə müəyyən olunmuşdur ki, cinayət işinin materiallarında olan çoxsaylı prosessual sənədlərdə Cavabdeh imzası saxtalaşdırılmış, sonradan həmin sənədlər iş materiallarından çıxarılmış, Cavabdeh bu sənədləri imzalamış və bundan sonra sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Vəkil Cavabdeh müraciətlə bağlı verdiyi yazılı izahatında göstərmişdir ki, o, sözügedən cinayət işi ilə tanış olarkən iş materiallarında olan çoxsaylı sənədlərdəki imzaların ona məxsus olmadığını görüb bununla bağlı müvafiq tədbir görülməsini prokurorluqdan xahiş etmiş, prokurorluqda cinayət işində olan və müstəntiqin əlavə etdiyi onun imza nümunələrinə oxşamayan imzaların əsli (kserosurətləri özlərində saxlanılmışdır) ilkin olaraq həmin işə əlavə kimi təkmili istintaqa göndərilmiş və surətləri xeyli müddət keçdikdən (o, ərizə yazdıqdan) sonra ekspertizaya təqdim edilmiş, ekspertizanın xx.xx.2022-ci il tarixli 4/1776 saylı rəyinə əsasən cinayət işinin materiallarında olan çoxsaylı prosessual sənədlərdə "Cavabdeh" sözündən əvvəl əks olunmuş imzaların onun deyil, başqa şəxs tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Sonradan onun onkoloji xəstəliyindən istifadə edən müstəntiq Şahin Şıxəliyev bilərəkdən onun əsl imzalarını çəkdirib işlə birlikdə yenidən ekspertə göndərilən sənədlərə əlavə olunmasını təmin etmişdir. Lakin müstəntiqin onun əvəzinə çəkdiyi əsl imzalar nədənsə ekspertə göndərilməmiş, izahatı belə alınmamış və barəsində tədbir görülmədən iş tələmtələsik təkmili istintaqa qaytarılmışdır. İntizam icraatı üzrə araşdırma materiallarında olan Gəncə şəhəri 1 saylı Vəkil Bürosundan təqdim edilmiş şübhəli şəxsə müdafiəçi təyin edilməsi haqqında xx.xx.2021- ci il tarixli qərardan görünür ki, həmin qərarla Gəncə şəhəri Kəpəz RPİ-nin Təhqiqat Bölməsinin icraatında olan HK-1/2230 nömrəli material üzrə vət. X2 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulan andan müdafiəçi ilə təmin olunması və hüquqlarının müdafiəsi üçün vəkil ayrılmasının Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna həvalə edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli 2618 saylı vəkil orderindən görünür ki, həmin order xx.xx.2021-ci il tarixli HK-1/2230 saylı qərar əsasında vəkil Cavabdeh tərəfindən X7 Kəpəz RPİ-nin TB-də hüquqi yardım göstərilməsi üçün verilmişdir. Gəncə şəhər prokurorluğundan təqdim edilmiş 615-c-21 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2021-ci il tarixdə şəhər prokurorluğuna etdiyi müraciətində və araşdırma zamanı verdiyi izahatında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Şahin Şıxəliyev tərəfindən istintaq edilən X2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxslə bir sıra istintaq hərəkətlərinin keçirilməsinə baxmayaraq, həmin sənədlər ona imzalaması üçün təqdim edilmədən, işin ittiham aktı tərtib edilməklə, baxılması üçün məhkəməyə göndərilməsi məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edildiyini, cinayət işinin istintaq materiallarındakı Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında və digər sənədlərdə olan imzaların ona məxsus olmadığını bildirərək, qeyd olunan qanunsuz əməllər barədə araşdırma aparılıb hüquqi qiymət verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət işi ittiham aktı ilə birlikdə Gəncə şəhər prokurorluğuna daxil olduğundan vəkil Cavabdeh müraciətində qeyd etdiyi prosessual sənədlərin kserosurətləri çıxarılaraq araşdırma materialına əlavə edilmiş və xx.xx.2021-ci il tarixdə cinayət işi ittiham aktı təsdiq edilmədən əlavə istintaq aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nə qaytarılaraq, müstəntiq Qəzənfər Nəbiyevə həvalə edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1776 nömrəli rəyinə əsasən ********* nömrəli cinayət işində olan yuxarıda qeyd edilən sənədlərdə olan "Cavabdeh" sözlərindən əvvəl icra olunmuş imzalar Cavabdeh tərəfindən icra olunmuş; 615-c-21 nömrəli materialda olan həmin sənədlərin kserosurətlərində "Cavabdeh" sözlərindən əvvəl əks olunmuş imzalar isə Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmiş, bu imzalarda oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmuş, Cavabdeh tərəfindən qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə edilməmişdir. Sənədlərin məhkəmətexniki ekspertizasının 5/113 nömrəli rəyinə əsasən 615-c-21 saylı materialda olan yuxarıda qeyd edilən sənədlərin surətləri ********* nömrəli cinayət işinin cildində olan müvafiq olaraq eyni adlı və tarixli sənədlərin surətləri ilə eynilik təşkil etmir. Araşdırma zamanı əlavə izahatında Cavabdeh bildirmişdir ki, prokurorluğa hazırkı məsələ ilə bağlı ərizə verdikdən sonra müstəntiq Şahin Şıxəliyev dəfələrlə ondan ərizəsini geri götürməyi və cinayət işinin istintaq materiallarında olan müvafiq sənədləri imzalamağı xahiş etmiş, lakin o, buna ilk əvvəl razılıq verməsə də, sonradan səhhətində onkoloji problemlər yarandığından və bu işlə bağlı çoxsaylı xahişlərdən bezib ona təqdim edilmiş yuxarıda qeyd edilən sənədlərin əsillərinə sonradan imza çəkmişdir. Səhhətində baş vermiş problemlərdən yorulduğu üçün müstəntiq Şahin Şıxəliyevin dediyi ilə razı olmuşdur ki, bir də onu narahat etməsin. Qeyd edilən protokollarda göstərilən bütün istintaq hərəkətləri real olaraq icra edilmiş, istintaq hərəkətlərinin icrasında formallığa yol verilməmişdir, protokolların məzmunu həqiqidir, ifadələr deyildiyi, istintaq hərəkətləri olduğu kimi protokola salınmışdır. Sadəcə olaraq protokoldakı imzalar ona məxsus deyil. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1617/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, son zamanlar vəkillərin fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsi üçün müxtəlifyönümlü fəaliyyətlərin həyata keçirilməsinə, məhkəmə-hüquq sistemində çoxnövlü islahatların aparılmasına, Vəkillər Kollegiyasının formal vəkilliyə qarşı çoxsaylı çağırışlar edərək, bununla mübarizə aparmasına Cavabdeh öz peşə fəaliyyətinə peşəkarcasına yanaşmamış, dövlət hesabına hüquqi yardımı keyfiyyətli, səriştəli və peşəkar şəkildə, laqiyincə həyata keçirməmiş və formal vəkilliklə məşğul olmuşdur. Həmin əməllər isə cavabdehin Vəkillər Kollegiyasından xaric edilməsi üçün qanunla nəzərdə tutulan və yetərli olan əsaslardır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və onun şikayətinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, məhkəmə xəttşünaslıq espertizasının 17 fevral 2022-ci il tarixli 4/1776 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş ********* nömrəli cinayət işində X3 şübhəli şəxs qismində 13 avqust 2021-ci il tarixində dindirilməsi 14 avqust 2021-ci il tarixində cəlb edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, bildiriş, vəkilə etiraz edilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim edilən materiallarla tanış edilməsi, ekspertiza təyin edilməsi haqqında qərarla 04 noyabr 2021-ci il tarixində tanış edilməsi təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixində yenidən ittiham edilməsi hüquq və vəzifələrinin izah edilməsi bildiriş vəkilin dindirilməsi 13 noyabr 2021-ci il tarixli etiraz edilə bilən şəxslər haqqında materialların təqsirləndirilən şəxsə bildirilməsi, məhkəməyə təqdim edilən materiallarla tanış edilməsi, X20 Şükürovla üzləşmə keçirilməsi haqqında 15 noyabr 2021-ci il tarixli X19 Paşalı ilə üzləşmə keçirilməsi haqqında 16 noyabr 2021-ci il tarixli sənədlərdə olan "Cavabdeh" sözlərindən əvvəl icra olunmuş imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Bununla bağlı hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Elmin Rüstəmovun icraatında olan bu iş üzrə izahatımda bildirmişdir ki, sabiq müstəntiq X1 şəhər Məhkəməsinin binasında yanğın olan zaman (həmin ərəfədə Ağır Cinayətlər Məhkəməsi burada yerləşirdi) hakim X4 icraatında olan yanmış cinayət işinin materallarını bərpa edən zaman Hacıyev familiyalı başqa bir təqsirləndirilən şəxsin vəkili olduğu üçün ona qol çəkdirən zaman köməksiz vəziyyətindən ustalıqla istifadə etməklə narkozla dəfələrlə əməliyyat olunmağından istifadə edib həmin saxtalaşdırdığı sənəldərin orijinal işin içərisindən çıxarılaraq onun tərəfindən (Bunu qeyri rəsmi olaraq sonradan iş-işdən keçəndən sonra Qəzənfər Nəbiyev ona bildirdi ki, saxtalaşdırılan qollar əvvəlki müstəntiq tərəfindən imzalanıb). Əlavə ekspertiza keçirilib, kserokopyadan olan imzalarla Şahin Şıxəliyevin xəttləri hərf-hərf yoxlanılsa əls həqiqət ortaya çıxacaq, yeni sənədlər tərtib edilib, onu yuxarıda dediyi kimi köməksiz vəziyyətdə qoyubdur. Onu aldadaraq onun əsl imzalarını ora çəkdirməyə nail olmuşdur. Hadisə bu cür olubdur. X17 da bu cür demişdir. O isə onun dəfələrlə narkozla əməliyyat olunmağından qərəzli surətdə Şahinə köməklik etmək naminə 100% istifadə edibdir. Onu öz maraqları naminə köməksiz vəziyyətdə qoyubdur. Özü bildiyi kimi ifadəsini yazıb aldatma yolu ilə ona imza etdiribdir. 50 yaşdan sonra insanlarda yaddaş itir. O, izahatını dediyi kimi söyləmişdir. Əfsanə Qurbanova ilə üzləşməyə də hazırdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkil olan nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. İİİ. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə görə: Maddə 92.10. Müdafiəçiyə aşağıdakılar qadağan olunur: 92.10.1. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq. Maddə 92.11. Müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: 92.11.1. cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; vəkil sirrini qorumaq və vəkil andına riayət etmək; 92.11.2. cinayət prosesini həyata keçirən orqana müdafiəçi səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək, cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etmək. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. İİ. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. İİİ. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi. Maddə 3. Vəkilliyin vəzifələri Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Maddə 5. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin Ümumi qaydaları İ. Vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Maddə 14. Vəkilin andı İ. Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X5 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". Maddə 16. Vəkilin vəzifələri İ. Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır. Maddə 18. Vəkil etikası Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməyə görə: 1.1 Bu Əsasnamədə əks olunmuş qaydalar vəkillik fəaliyyətini həyata keçirən bütün şəxslərə şamil edilir. 1.2. Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 1.3. Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. 1.4. Bu Əsasnamənin məqsədləri aşağıdakılardan ibarətdir: 1.4.1. vəkillərin nüfuzunun artırılması və ona olan etimadın yüksəldilməsi; 1.4.2. vəkil qurumları və vəkillərin fəaliyyətində səmərəliliyin artırılması; 1.4.3. fiziki və hüquqi şəxslərə göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi. 1.5. Vəkillərin davranışı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 3.4. Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları və 615-c-21 nömrəli araşdırma materialı ilə müəyyən edilir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X7 xx.xx.2021-ci il tarixli qərar əsasında dövlət hesabına hüquqi yardım göstərməsi təyin edilmişdir. Vəkil Cavabdeh həmin cinayət işinin materialları ilə tanış olma mərhələsində işdə olan bır sıra prosessual sənədlərdəki (Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında sənədlərdə) imzaların ona məxsus olmadığını aşkar edərək, bununla əlaqədar müvafiq araşdırma aparılaraq hüquqi qiymət verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə Gəncə şəhər prokurorluğuna müraciət etmişdir. Vəkil Cavabdeh müraciəti üzrə araşdırma başlanılmış və material üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək, həm vəkilin ekperimental imza və xətt nümunələri götürülmüş, həm də onun ********* saylı cinayət işində imzaların ona məxsusluğunu mübahisələndirdiyi sənədlərin kserosurətləri çıxarılaraq tədqiqat aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, eyni zamanda vəkil Cavabdeh müraciətində qeyd etdiyi məsələlərə görə ********* nömrəli cinayət işi ittiham aktı təsdiq edilmədən əlavə istintaq aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nə qaytarılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Aydın Əliyev xx.xx.2021-ci il tarixli vəsatət verərək, ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərin əsillərinin Mərkəzə təqdim edilməsini xahiş etdiyindən Gəncə şəhər prokurorluğu tərəfindən Gəncə şəhər Baş Polis İdarəsindən İdarənin İstintaq və Təhqiqat İdarəsində istintaq edilən ********* nömrəli cinayət işi götürülmüş və cinayət işinin materiallarına baxış keçirilən zaman ehtimal edilmişdir ki, ********* nömrəli cinayət işində olan X2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında sənədlərlə 615-c-21 nömrəli materialda olan həmin sənədlərin kserosurətləri eynilik təşkil etmir. Bundan sonra Gəncə şəhər prokurorunun köməkçisinin xx.xx.2022-ci il tarixli qərarı ilə 615-c-21 nömrəli materialda olan X2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında sənədlərin, ********* nömrəli cinayət işində olan sənədlərin kserosurətlərinin olub-olmamasının müəyyən edilməsi üçün sənədlərin texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 5/113 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işində olan X2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında sənədlərdə olan "Cavabdeh" sözlərindən əvvəl icra olunmuş imzalar Cavabdeh tərəfindən icra olunmuş; 615-c-21 nömrəli materialda olan həmin sənədlərin kserosurətlərində "Cavabdeh" sözlərindən əvvəl əks olunmuş imzalar isə Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmiş, bu imzalarda oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmuş, Cavabdeh tərəfindən qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 5/113 nömrəli rəyi ilə isə müəyyən edilmişdir ki, 615-c-21 saylı materialda olan yuxarıda qeyd edilən sənədlərin surətləri ********* nömrəli cinayət işinin cildində olan müvafiq olaraq eyni adlı və tarixli sənədlərin surətləri ilə eynilik təşkil etmir. Həmin məsələ ilə Cavabdeh Gəncə şəhər prokurorluğuna xx.xx.2022-ci il tarixdə əlavə yazılı izahat vermiş və göstərmişdir ki, prokurorluğa hazırkı məsələ ilə bağlı ərizə verdikdən sonra müstəntiq Şahin Şıxəliyev dəfələrlə ondan ərizəsini geri götürməyi və cinayət işinin istintaq materiallarında olan müvafiq sənədləri imzalamağı xahiş etmiş, lakin o, buna ilk əvvəl razılıq verməsə də, sonradan səhhətində onkoloji problemlər yarandığından və bu işlə bağlı çoxsaylı xahişlərdən bezib ona təqdim edilmiş yuxarıda qeyd edilən sənədlərin əsillərinə sonradan imza çəkmişdir. Səhhətində baş vermiş problemlərdən yorulduğu üçün müstəntiq Şahin Şıxəliyevin dediyi ilə razı olmuşdur ki, bir də onu narahat etməsin. Gəncə şəhər prokurorunun köməkçisinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2021-ci il tarixdə Gəncə Şəhər BPİ-nin İTİ-də istintaq edilmiş X3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarında olan əksər istintaq hərəkəti protokollarındaki imzaların ona məxsus olmadığını aşkar etdiyi və bu barədə tədbir görülməsi ilə bağlı müraciətinə dair toplanmış 615-c-21 nömrəli material üzrə cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Vəkillər X8 xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında Gəncə şəhər 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədovun xx.xx.2022-ci il tarixli 04/xid/1872 saylı məktubu əsasında intizam icraatının başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi qərara alınmışdır. Cavabdeh Vəkillərin İntizam Komissiyasına verdiyi yazılı izahatında bildirmişdir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi polis baş leytenantı X6 icraatında olan X3 barəsində olan ********* saylı cinayət işi ilə tanış olarkən cinayət işinin materiallarında olan çoxsaylı sənədlərdə imzaların ona məxsus olmamasını bildirmiş və bununla bağlı tədbir görülməsini prokurorluqdan xahiş etmişdir. Lakin prokurorluqda cinayət işində olan və müstəntiqin əlavə etdiyi onun imza nümunələrinə oxşamayan imzaların əsli (həmçinin imzaların kserosurətləri onlarda saxlanılmışdır) ilkin olaraq həmin işə əlavə olunaraq təkmili istintaqa göndərilmiş (bunu o sonradan bilmişdir) və surətləri xeyli müddət keçməsindən sonra - onun ərizəsi yazıldıqdan sonra xx.xx.2022-ci il tarixli 4/1776 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Gəncə ŞBPİ-nin İTİ-də istintaq olunan ********* saylı cinayət işinin materiallarında olan çoxsaylı prosessual sənədlərdə “Cavabdeh” sözündən əvvəl əks olunmuş imzalar Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, habelə həmin imzalarda oxşadılmaqla icra olunma əlamətləri eynilik təşkil etmir. Həmçinin, sonradan onun onkoloji xəstəliyindən istifadə edən müstəntiq bilərəkdən onun əsl imzalarını çəkdirib yenidən ekspertə göndərilən sənədlərə əlavə etməklə onlara göndərilməsini təmin etmişdir. Birinci dəfə əsl imzalar və müstəntiqin ona çəkdirdiyi imzalar ekspertə göndərilməmiş, onun barəsində tədbir görülmədən iş tələm-tələsik təkmil istintaqa göndərilmişdir. Bundan başqa müstəntioq X6 ilkin olaraq izahatıda alınmamışdır. O daha sonra onkoloji xəstəliyindən, qohumlarının müharibədə həlak olmasından, oğlunun müharibə veteranı olmasından ətraflı bəhs edərək, onların nəzərə alınmasını xahiş etmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə araşdırma apararaq müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılmış ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X7 xx.xx.2021-ci il tarixli qərar əsasında dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, həmin cinayət işinin materialları ilə tanış olma mərhələsində işdə olan bır sıra prosessual sənədlərdəki (Qurban Sadiqovun xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilməsi, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, bu barədə bildiriş verilməsi, vəkilin təqsirləndirilən şəxsə təqdim olunması, etiraz edilə bilən şəxslər haqqında məlumatların təqsirləndirilən şəxsə bildirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, məhkəməyə təqdim olunan materiallarla tanış edilməsi, xx.xx.2021-ci il tarixdə ekspertiza təyini haqqında qərarla tanış edilməsi, təqsirləndirilən şəxsə xx.xx.2021-ci il tarixdə yenidən ittiham elan edilməsi və onun dindirilməsi, Qurban Sadiqovun xx.xx.2021ci il tarixdə Azər Şükürov və Davud Paşalı ilə üzləşdirilməsi haqqında və digər sənədlərdə) imzaların ona məxsus olmadığını aşkar edib, bununla əlaqədar müvafiq araşdırma aparılaraq hüquqi qiymət verilməsi üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokurorluğuna müraciət etməsinə və həmin müraciətlə bağlı prokurorluqda aparılan araşdırma zamanı yuxarıda qeyd edilən sənədlərin kserosurətlərində "Cavabdeh" sözlərindən əvvəl əks olunmuş imzaların özü yox, başqa şəxs (şəxslər) tərəfindən onun imzasına oxşadılmaqla icra edilərək saxtalaşdırıldığı müəyyən olunmasına baxmayaraq, göstərilən sənədlərin əsillərini faktiki olaraq müvafiq prosessual hərəkətlərin gedişi zamanı və ya bu hərəkətlər qurtardıqdan bilavasitə sonra deyil, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı təsdiq edilmədən əlavə istintaq aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nə qaytarıldıqdan həmin sənədlər cinayət işindən çıxarılıb yenidən tərtib edildikdən sonra özünün verdiyi izahatlarında da etiraf etdiyinə görə müstəntiqin xahişinə əsasən imzalayaraq, bununla dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyib, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hərəkət edərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.1-ci, 92.11.1-ci, 92.11.2- ci maddələrinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2ci, 1.3-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci və 3-cü abzaslarının və Azərbaycan Respublikası Vəkillər X8 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 3.1-ci bəndinin tələblərini pozmuşdur. Komissiya bu barədə xx.xx.2022-ci il tarixli rəy verərək onu müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X9 təqdim etmiş və Azərbaycan Respublikası Vəkillər X8 14 oktyabr 2022-ci il tarixli iclasında peşə fəaliyyətini həyata keçirərkən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.1, 92.11.1, 92.11.2-ci maddələrinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-ci maddəsinin İ hissəsinin, 18ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 3.4-cü bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1 və 3-cü abzaslarının və Azərbaycan Respublikası Vəkillər X8 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 3.1-ci bəndinin tələblərini pozduğuna görə, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədəkvəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Yuxarıda qeyd olunan normalara əsaslanan və iş materiallarını əlaqəli şəkildə araşdıran birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Qeyd etmək lazımdır ki, "Avropa vəkillərinin davranış Kodeksi"nə görə: Maddə 1.1. Vəkilin cəmiyyətdəki funksiyası Qanunun aliliyinə hörmətlə yanaşılan cəmiyyətlərdə vəkil xüsusi rola sahibdir. Vəkil təkcə qanunun icazə verdiyi həddə ona həvalə olunmuş tapşırıqları vicdanla yerinə yetirmir. O, ədalət mühakiməsinin maraqlarına xidmət etməklə həm ona etimad göstrən şəxslərin hüquq və azadlıqlarını müdafiə edir, həmçinin müştərisinin məsləhətçisinə çevrilir. Demokratik cəmiyyətdə vəkilin peşə funksiyalarına hörmət nümayiş etdirilməsi qanunun aliliyinin ümdə şərtidir. Maddə 1.2.1. Peşə davranışı qaydaları vəkillər tərəfindən sivil cəmiyyətdə öz funksiyalarını lazımi qaydada icra etmələri məqsədi ilə öz üzərlərinə götürdükləri öhdəliklərdir. Bu qaydalara riayət edilməməsi intizam cəzası ilə nəticələnə bilər. Vəkillər Kollegiyası da cavabdehin vəkil kimi peşə borcunu həyata keçirərkən yuxarıda qeyd edilən qanunvericilik aktlarının pozulması hallarına yol verdiyini və sadalanan hallar xaric edilməyə səbəb ola biləcək əsaslar olduğu nəzərə alaraq, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərarına gəlmişdir. Göründüyü kimi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Gəncə ŞBPİnin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə X7 dövlət hesabına hüquqi yardım göstərilməsi ilə əlaqədar peşə fəaliyyətini həyata keçirərkən, dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyib, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hərəkət edərək, formal vəkillik fəaliyyəti ilə məşğul olaraq qanunvericiliyin tələblərini və vəkillərin davranış qaydalarını pozmuş, bununla da intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1617/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar