Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-746/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-909/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması ilə bağlı Cavabdehnə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13-88/2-N-190xx/xx/2023 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməsi, müstəsna xidmətləri və rəşadəti barədə Cavabdehndə hər hansı bir məlumat olmadığından, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması imkan xaricindədir.
İşdə olan sənədlər:
2. Cavabdeh xx.xx.2018-ci il tarixli, 173-13132N-3 nömrəli arayışında qeyd edilmişdir ki, həqiqətən X2 xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixə kimi Cavabdehndə PPXB-nün polis nəfəri vəzifəsində işləmiş, işlədiyi müddət ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Qazax rayonunun sərhəd kəndləri olan Yuxarı Əskipara, Quşçu Ayrım, Xeyrimli, Qızılhacılı, Bala Cəfərli kəndlərinin azadlığı uğrunda döyüş əməliyyatlarında cəsarət və rəşadət göstərmiş, düşmənə qarşı yenilməz mübarizə aparmışdır.
3. Daxili İşlər Nazirliyi X4 İdarəsinin xx.xx.2019-cu il tarixli, 024-27596/8N-3219 nömrəli məktubunda qeyd edilmişdir ki, müvafiq qanunvericiliyə əsasən Azərbaycan Milli Qəhrəmanı adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməyi, hər hansı bir müstəsna xidmətləri və rəşadəti barədə arxiv sənədlərində məlumatlar olmadığına, həmçinin xidmət etdiyi orqan tərəfindən Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunmağı barədə Daxili İşlər Nazirliyi qarşısında vəsatət qaldırılmadığından müraciətində qaldırdığı məsələnin müsbət həlli imkan xaricindədir.
4. Daxili İşlər Nazirliyinin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-23/2-246/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı DİN-in rəhbərliyinə ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə fərqləndiyinə görə ona “Azərbaycan Milli Qəhrəmanı” adının verilməsi barədə müraciətləri üzrə aparılmış araşdırmalar nəticəsində onun ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakına dair məlumat müəyyən etmək mümkün olmamış, bu barədə ona xx.xx.2021-ci il tarixli, 024- 71761N-3221 nömrəli və xx.xx.2022-ci il tarixli 024-203N-3222 nömrəli məktublarla məlumat verilmişdir. “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun 2-ci bəndinin tələblərinə və xx.xx.1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ““Azərbaycan Milli Qəhrəmanı” adı haqqında Əsasnamə”yə uyğun olaraq Respublikanın ən yüksək fərqlənmə dərəcəsi olan bu ad ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə ölkə Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
5. Daxili İşlər Nazirliyinin X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-23/2-1912/2024 və xx.xx.2025-ci il tarixli, 3-13-23/2-280/2025 nömrəli məktublarında qeyd edilmişdir ki, "“Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun 2-ci bəndinin tələblərinə və xx.xx.1992ci il tarixli Qanunu ilə təsdiq edilmiş "“Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamə"yə uyğun olaraq Respublikanın ən yüksək fərqlənmə dərəcəsi olan bu ad ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə ölkə Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. DİN-in müvafiq arxiv məlumatlarında vətəndaş İddiaçı ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları zamanı müstəsna xidmətlərinə və rəşadət göstərməsinə dair məlumat aşkar edilməmişdir. Bununla belə, xidmət etdiyi dövrdə təltif edilməsi üçün vəsatət qaldırılması müəyyən edilməsə də, döyüş əməliyyatları aparan polis orqanının Respublikasi tərkibində xidmət keçdiyi nəzərə alınaraq ona müharibə veteranı adı verilmişdir.
6. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-13-88/2-11390/2024 nömrəli “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qarşısında vəsatət qaldırmaq və yaxud irəli sürmək Cavabdeh səlahiyyəti xaricindədir.
Birinci instansiya məhkəməsində birinci icraat:
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ildə Cavabdeh PPX rotasında xidmətdə olarkən, düşmən Ermənistan silahlı qüvvələri tərəfindən bu ölkənin Qazaxla həmsərhəd olan Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli, Qızılhacılı, Sofulu, Bərxudarlı kəndlərinə işğalçı hücumları başlamış, məhz bu hücumların dəf edilməsi üçün o da bu ərazilərin müdafiəsi üçün xidmətdə olmuş, xidməti dövründə 1991- 1993-cü illər ərzində aktiv döyüşlərdə iştirak etmiş, döyüşlər zamanı düşmənin 180 nəfərdən artıq canlı qüvvəsini, 3 BRDM tipli, 4 PDM tipli zirehli döyüş texnikasını, 1 zirehli döyüş tankını məhv etmişdir. Bunlardan əlavə, 16 sentyabr 1991-ci il tarixdə təxminən saat 15:00-16:00 radələrində Qazax rayonunun Bala Cəfərli kəndində qəflətən havaya qalxan və kəndlərdə olan mülki obyektlərə və mülki əhaliyə atəş açan döyüş helikopterini məhv etmişdir. Lakin Dövlət qarşısında bu xidmətlərinə görə hal-hazıra kimi heç bir yüksək təltifi olmamışdır. Qeyd etdiyi bu xidmətlərinin canlı şahidi həmin vaxt onunla çiyin-çiyinə döyüş mövqelərində döyüşən döyüş yoldaşları olmuşdur. Göstərdiyi xidmətləri "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamə"nin tələbləri ilə üst-üstə düşdüyündən o, qeyd edilən fəxri adın verilməsi üçün 2018-ci il tarixdə işlərə başlamış və ilk əvvəl müvafiq arayışın verilməsi üçün göstərdiyi xidmətlərin qeydiyyatı olan cavabdeh Qazax RPŞ-nə müraciət etmişdir. Hazırki iddia ərizəsinə surətinə əlavə edilən xx.xx.2018-ci il tarixli 173- 13132N-3 saylı arayışdan da görünür ki, həqiqətən də o, xx.xx.1990-cı ildən xx.xx.1994-cü il tarixə kimi Qazax RPŞ-də PPXB-nin polis nəfəri vəzifəsində işlədiyi müddət ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütovlüyü uğrunda gedən döyüş əməliyyatlarında Qazax rayonunun sərhəd kəndləri olan Yuxarı Əskipara, Quşçu Ayrım, Xeyrimli, Qızılhacılı, Bala Cəfərli kəndlərinin azadlığı uğrunda döyüş əməliyyatlarında cəsarət və rəşadət göstərmiş, düşmənə qarşı yenilməz mübarizə aparmışdır. Bundan sonra zəruri olan digər sənədləri də toplayaraq müvafiq vəsatətin verilməsi üçün cavabdeh Qazax RPŞ-nə müraciət etmişdir. Lakin onun müraciəti üzrə uzun müddət aparılan araşdırmanın nəticəsində cavabdeh tərəfindən ona ünvanlanan xx.xx.2023-cü il tarixli 3- 13-88 /2-N-190xx/xx/2023 saylı məktubu ilə vəsatətin verilməsindən imtina edilmişdir. Qeyd edilən məktubda imtinanın əsası kimi qeyd edilmişdir ki, "…Onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməyi, hər hansı bir müstəsna xidmətləri və rəşadəti barədə Qazax RPŞ-də hər hansı bir məlumat olmadığından, Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması imkan xaricindədir”. Yuxarıda qeyd edilən və eyni inzibati orqan tərəfindən verilən iki sənədə nəzər salınsa görünər ki, birinci arayış həqiqətən də onun vətən qarşısında xidmətlərini tam və hər tərəfli qeyd etsə də, ikinci sənəd olan imtina məktubunda guya bu xidmətlər barədə məlumatın olmadığı qeyd edilir. Bu isə onu deməyə əsas verir ki, əslində onun xidmətləri barədə cavabdeh inzibati orqanda məlumat olsa da, cavabdeh bilərəkdən vəsatət verməkdən yayınmaq üçün belə bir imtina vermiş və bu yolla özünü əlavə məsuliyyətdən kənarda saxlamağa çalışmışdır. Nəticədə onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulmuş və o haqqı olan fəxri addan məhrum olunmuşdur. Cavabdeh inzibati orqanın qeyd edilən imtinası “Azərbaycan Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin tələblərinə ziddir və bu Əsasnamə ilə ona verilməli olan fəxri ad cavabdehin vəsatət qaldırmaması səbəbindən ona verilməmişdir.
9. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
10. Gəncə İnbzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1403/2024 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia mümkün sayılmamışdır
11. Qərardadda qeyd edilmişdir ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsinə dair vəsatətin verilməsi cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanının üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskression səlahiyyətinə müdaxilə təşkil etmiş olar.
12. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnbzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1403/2024 nömrəli qərardadının ləğv edilərək, iddianın araşdırılması üçün aidiyyəti üzrə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-462/2025 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1403/2024 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
14. Qərardadda qeyd edilmişdir ki, inzibati orqan tərəfindən diskresion səlahiyyətlərə əsaslanmaqla qərar qəbul edilməsi hələ iddia tələbinin uğurlu olmaması qənaətinə gəlinməsi üçün əsas deyildir. İnzibati prosessual qanunvericilik bununla belə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyünü nəzərdə tutmuşdur. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını mütləq şəkildə yoxlamalıdır.
Birinci instansiya məhkəməsində ikinci icraat:
15. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli etiraz təqdim edərək, hazırki işin hakim L.Əliyevanın icraatında olan araşdırılmasına etiraz etmiş və işin araşdırılmasının başqa hakimə həvalə edilməsini xahiş etmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin sədri tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardada əsasən, etiraz təmin olunmuş və inzibati işin işə baxacaq hakimin təsadüfi və avtomatik şəkildə təyin edilməsi məqsədilə elektron bölgüyə verilməsi qərara alınmışdır.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-909/2025 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır.
18. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsinə dair vəsatətin verilməsi cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanının üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskression səlahiyyətinə müdaxilə təşkil etmiş olar.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-909/2025 nömrəli qərardadının ləğv edilməsinə və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
23. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
25. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə.
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
29. İşin halları ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunmağı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması ilə bağlı Cavabdehnə müraciət etsə də, sonuncu tərəfindən müsbət həllindən imtina edilərək, onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməsi, həmçinin hər hansı bir müstəsna xidmətləri və rəşadəti barədə Cavabdehndə məlumatın olmaması ilə əsaslandırılmış, iddiaçı imtina dəlilləri ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş, tələb mümkün sayılmamışdır.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsinə dair vəsatətin verilməsi məsələsi cavabdeh orqanın mülahizəsindən asılıdır və sonuncunun diskresion səlahiyyətinə aiddir.
31. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, bu normada məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun qərar qəbul edilməsi istisna edilmiş və bu 3 halla məhdudlaşdırılmışdır. Hansı ki, 73.3.1-ci maddədə bu hallardan biri kimi inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edilməsi göstərilmişdir. Buna münasibətdə istisna hal, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə məhkəmə qərarının qəbul edilməsi yalnız bu səlahiyyətlərin sıfıra endirilməsi zamanı mümkündür. Bu isə o deməkdir ki, qanun diskresion səlahiyyət müəyyən etsə də, bəzən işin xüsusiyyətlərindən asılı olaraq mütənasiblik baxımından yalnız bir hakimiyyət tədbiri tətbiq olunmalıdır.
32. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləridir.
33. X1 1.0.26-ci maddəsinə əsasən dispozitiv imkan - orqanın (şəxsin) öz seçimi ilə davranış imkanıdır.
34. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də təfsir oluna bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir.
35. İPM-nin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü adlanan 74cü maddəsində göstərilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
36. “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun 2-inci bəndinə əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
37. “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında xx.xx.1992-ci il tarixli Əsasnaməyə uyğun olaraq respublikanın ən yüksək fərqlənmə dərəcəsi olan bu ad ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
38. Göründüyü kimi “Azərbaycanın Milli Qəhrəmanı” adı Prezident tərəfindən verilir və digər orqanlar yalnız təklif (vəsatət) təqdim edə bilərlər. Qanunvericilikdə hansı orqanın mütləq vəsatət verməli olduğu və ya vəsatət verməyə borclu olduğu barədə imperativ norma yoxdur. Bu səbəbdən də müvafiq dövlət orqanı vəsatət verib-verməmək, hansı şəxsi təqdim etmək, təqdimatı hansı əsaslarla hazırlamaq məsələlərində öz mülahizəsinə (diskresiyasına) əsaslanır.
39. Bu baxımdan Milli Qəhrəman adının verilməsi ilə bağlı vəsatət vermək hüquq deyil, səlahiyyətdir. İşin müəyyən olunmuş halları nəzərə alındığında iddiaçının müraciətinin icrasından imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Başqa sözlə iddiaçıya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi məsələsinə baxılması üçün vəsatətin qaldırılması ilə bağlı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərindən irəli gələn məsələdir. Birinci instansiya məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş və əsaslandırılmış düzgün nəticəyə gəlmişdir.
40. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-909/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov