Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-748/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1355/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi ərizə ilə müraciət edərək yaşa görə əmək əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
2. xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubla ərizə təmin edilməmiş, onunla əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabçasına, diplomun surətlərinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin arayışına əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu və xx.xx.1977-ci il tarixindən xx.xx.1982-cü il tarixinədək əyani təhsil aldığı dövrlər nəzərə alınmaqla) 9 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9 il 9 ay 20 gün sığorta stajına uyğun olaraq 5529,28 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 6218,57 manat olmaqla, ümumilikdə 11747,85 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilən kolxozçunun əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan 1974-cü ildə Bərdə rayon “Lənbəran” kolxozunda və “X6” ASC-nin arayışında qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək Bərdə rayon 15 nömrəli X1 əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının aktına əsasən Bərdə rayon Dövlət Arxivində 19 saylı Fondda mühafizə edilən sabiq Lənbəran kolxozunun 1974-cü ilə aid şəxsi hesab kitablarında və əməkhaqqı sənədlərində onun adına rast gəlinmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmayıb. Eyni zamanda Bərdə rayon Dövlət Arxivinin məktubuna əsasən xx.xx.1983-cü ii tarixindən xx.xx.1983-cü il tarixinədək Bərdə rayon 15 nömrəli X2 sənədləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilmədiyi və təşkilatın hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrün əməkhaqqı ödənişlərinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1-ci bəndinin 5-ci yanmbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı ii yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən təqdim edilən arxiv arayışında qeyd olunmuş 1975-1997-ci illər ərzində sabiq Alpoud, Füzuli və Lənbəran kolxozlarında olan əmək fəaliyyəti dövrlərinin kolxozçunun əmək kitabçasında qeyd olunmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin təiəbiəıi baxımından mümkün hesab edilməmişdir.
3. xx.xx.1974-cü il tarixli, 321 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 1974cü il üzrə müəyyən edilmiş 120 günlük əmək günü norması üzrə 104 gün işləmişdir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 84 nömərli arayışından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
5. xx.xx.1982-ci il tarixli, 025613 nömrəli diplomdan görünür ki, İddiaçı 1977-1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır.
6. X7 ASC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı 1983-cü il üzrə avqust-dekabr ayları üzrə X7 ASC-də işləmiş və əmək haqqı almışdır.
7. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 219 nömərli arayışından görünür ki, İddiaçı 1975, 1984-1997-ci illərdə Alpoud, Füzuli və Lənbəran kolxozlarında (AİM) işləmiş və əmək haqqı almışdır.
8. xx.xx.2019-cu il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Bərdə RİH başçısının Mehdili kənd İƏD üzrə nümayəndəliyində işləmişdir.
9. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 25 sentyabr 2023-cü il tarixli, **********606900 nömrəli məktubunda qeyd olunur ki, “X7” ASC-nin hüquqi ünvanı Bərdə rayonu, Qaradəmirçi kəndidir.
10. Bərdə rayon Dövlət Arxivinin 26 sentyabr 2023-cü il tarixli, 217 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bərdə rayon Dövlət Arxivində 19 saylı fondda mühafizə edilən sabiq Lənbəran kolxozunun (AİM) 1975-ci il üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən vətəndaş İddiaçı işləyib qazandığı əmək haqqı 1975-ci il üzrə 36 əmək günü, minimum əmək norması 180 gün olmaqla qeyd edilmişdir.
11. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bərdə rayon Statistika İdarəsinin 04 oktyabr 2023-cü il tarixli, 3-34-40/2-296/2023 nömrəli məktubunda qeyd olunur ki, “X7” ASC-nin 1983-cü il tarixdə fəaliyyət göstərib göstərilməməsi barədə məlumat olmamışdır, hal-hazırda müəssisənin fəaliyyəti yoxdur.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 20 iyun 2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarında qeyd olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə yaşa görə hüququ yaranmır. xx.xx.2022-ci il tarixli arxiv arayışında 1974-cü ildə vətəndaşın adına rast gəlinmədiyi üçün xx.xx.2022-ci il tarixli akta əsasən 1975-ci ildə vətəndaşın adam günü norması və illik əmək haqqı göstərilmədiyindən və ata adı qeyd olunmadığından 1990-cı ildə əmək günü normasında qaralama mövcud olduğundan həmin dövrlər sosial sığorta stajına daxil edilmir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə onun 1975-1997-ci illər ərzində Alpoud, Füzuli və Lənkəran kolxozlarında (AİM) işlədiyi iş stajının, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Bərdə rayon 15 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işlədiyi illərin əmək stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 may 1975-ci il tarixdən 13 may 1977-ci ilə qədər Sovet Ordusu sıralarında xidmət etmiş, 1977-ci ildə X8 İnstitunun "K/Tnın mexanikiləşdirmə"ixtisası üzrə əyanı təhsil formasının 1-ci kursuna qəbul olmuş və 1982-ci ildə bitirmişdir.1975-1997-ci illər ərzində Alpoud, Füzuli və Lənbəran kolxozlarında (AİM) işləmiş, 1 iyul 2019-cu ildən 17 noyabr 2022-ci ilədək Bərdə rayonu Mehdili kəndində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işləmişdir. 1974- cü ildə cəmi 7 ay Lənbəran kolxozunda və X4 1 avqust 1983-cü il tarixindən 31 dekabr 1983-cü il tarixədək işləmişdir, bu barədə əmək stajını təsdiq edən əmək kitabçası vardır. İddiaçının hazırda 66 yaşı var və əmək pensiyası almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş və cavabdeh isə onun 22 il 4 ay 20 gün əmək stajının olduğunu bildirərək pensiya təyin edilməsindən imtina etmişdir.
15. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “1983-cü ilin avqustdekabr aylarında və 1974-1975 və 1984-1997-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1355/2023 nömrəli qərarı (hakim F.Hüseynov) ilə iddia tələbi təmin edilmişdir.
17. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, iddiaçının 1975, 1984-1997-ci illərdə Alpoud, Füzuli və Lənbəran kolxozlarında işləməsi və əmək haqqı alması Bərdə rayon Dövlət Arxivinin müvafiq arayışı ilə öz təsdiqini tapmışdır. Məhkəmə Bərdə rayon Dövlət Arxivinin müvafiq arayışında qeyd edilmiş 1975,1984-1997-ci illər üzrə işlədiyi müddətlərin iddiaçının sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin məzmunu imtina və etiraz qeydlərinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmiş, lakin cavabdeh ümumi iş stajının qanunvericiliklə tələb olunan müddətdən az olduğuna görə müraciətinin təmin edilməsindən imtina etmişdir.
29. Cavabdeh inzibati orqanın imtinasının əsası iddiaçının 1974-cü ildə Bərdə rayon “Lənbəran” kolxozunda, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək “X7” ASCdə işlədiyi illərə dair mötəbər sübutun və 1975-1997-ci illər ərzində kolxozlarda olan əmək fəaliyyəti dövrlərinin kolxozçunun əmək kitabçasında qeyd olmamasıdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina qeydləri və apellyasiya şikayətinin dəlilləri işdə olan sübutlarla tam təqzib edilir.
31. İlkin olaraq iddiaçının 1974-cü ildə “Lənbəran” kolxozunda olan iş stajı ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin müddət üzrə iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Bu baxımdan nəzərə alınmalıdır ki, iddiaçının qeyd olunan müddətdə işləməsi ona məxsus əmək kitabçasında qeyd olunduğundan cavabdeh tərəfindən həmin müddətin mübahisələndirilməsi əsassız olmuşdur.
32. Belə ki, xx.xx.1974-cü il tarixli, 321 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 1974-cü il üzrə müəyyən edilmiş 120 günlük əmək günü norması üzrə 104 gün işləmişdir.
33. Qeyd edilməlidir ki, iddiaçının 1974-cü il üzrə iş stajı yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1974-cü il üzrə müəyyən edilmiş 120 günlük əmək günü norması üzrə 104 gün işləmişdir. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir: 1974-cü il üzrə: 104x12/120=10.4≈10 ay 12 gün.
34. İş materiallarında olan X7 ASC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı 1983-cü il üzrə avqust-dekabr ayları üzrə X7 ASC-də işləmiş və əmək haqqı almışdır.
35. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 219 nömərli arayışından görünür ki, İddiaçı 1975, 1984-1997-ci illərdə Alpoud, Füzuli və Lənbəran kolxozlarında (AİM) işləmiş və əmək haqqı almışdır.
36. Bərdə rayon Dövlət Arxivinin 26 sentyabr 2023-cü il tarixli, 217 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bərdə rayon Dövlət Arxivində 19 saylı fondda mühafizə edilən sabiq Lənbəran kolxozunun (AİM) 1975-ci il üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən vətəndaş İddiaçı işləyib qazandığı əmək haqqı 1975-ci il üzrə 36 əmək günü, minimum əmək norması 180 gün olmaqla qeyd edilmişdir.
37. Qeyd edilməlidir ki, iddiaçı 1984-1997-ci illər üzrə nəzərdə tutulmuş əmək günü normasını işlədiyinə görə həmin illər bütövlükdə sosial sığorta stajı kimi nəzərə alınmalı, 1975-ci il üzrə isə iddiaçı müəyyən edilmiş 180 günlük əmək günü norması üzrə cəmi 36 gün işləmişdir. Yuxarıda qeyd olunan qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı kimi müəyyən edilir: 1975-ci il üzrə: 36x12/180=2.4≈2 ay 12 gün.
38. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
39. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
41. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədəməlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.
42. Qeyd olunmalıdır ki, arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Bərdə rayonDövlət arxivi tərəfindən verilmiş arxiv arayışı iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edilməlidir.
43. Belə olan halda iddiaçının 1974-cü il üzrə 10 ay 12 gün, 1975-ci il üzrə 2 ay 12 gün və 1984-1997-ci illərdə Alpoud, Füzuli və Lənbəran kolxozlarında (AİM) işləyib əmək haqqı aldığı 14 il onun sığorta stajı kimi nəzərə alınmalıdır.
44. Beləliklə iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı -xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü və xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı müddət 9 il 9 ay 20 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Bərdə RİH başçısının Mehdili kənd İƏD üzrə nümayəndəliyində işlədiyi 3 il 4 ay 16 gün ilə mübahisələndirilən 1974-cü il üzrə -10 ay 12 gün, 1975-ci il üzrə -2 ay 12 gün, 1983-cü il üzrə 5 ay, 1984-1997-ci illər üzrə-14 il müddəti hesablandıqda iddiaçının ümumilikdə 25 ildən artıq sığorta stajı yaranır.
45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır.
46. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur və ümumilikdə 25 ildən artıq sığorta stajı vardır. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdən yaşa əmək pensiyası almaq hüququ yaranmışdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1355/2023 nömrəli qərarı dəyişdirilmədən saxlınılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov,Rəşad Mamedov