Məhkəmə qərarları › İş №2-1(104)-749/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-749/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-749/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X2 ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-672/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********481900 saylı, xx.xx.2023-cü il tarixli **********300400 saylı və xx.xx.2023- cü il tarixli **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının qismən – qərarların ardıcıllığına müvafiq olaraq 76227 manat 89 qəpik, 73760 manat 36 qəpik və 73760 manat 36 qəpik hissədə ləğv edilməsi, həmin məbləğdə hesablanmış vergilərin iddiaçının şəxsi vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf iddia tələbini onunla əsaslandırmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********481900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə "xxxx" MMC-nə 82917 (səksən iki min doqquz yüz on yeddi) manat 67 qəpik mənfəət vergisi hesablanmış, iddiaçı tərəfindən həmin dövr üzrə təqdim edilmiş bəyannamədə 6689 (altı min altı yüz səksən doqquz) manat 78 qəpik mənfəət vergisi hesablanmışdır. Həmin qərarla vergi orqanı tərəfindən əlavə olaraq 76227 (yetmiş altı min iki yüz iyirmi yeddi) manat 89 qəpik əlavə vergi hesablanmışdır. Həmin idarənin xx.xx.2023-cü il tarixli **********300400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə "xxxx" MMCnə 82917 (səksən iki min doqquz yüz on yeddi) manat 67 qəpik mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən həmin dövr üzrə təqdim edilmiş bəyannamədə 9157 (doqquz min yüz əlli yeddi) manat 31 qəpik mənfəət vergisi hesablanmışdır. Həmin qərarla vergi orqanı tərəfindən əlavə olaraq 73760 (yetmiş üç min yeddi yüz altmış) manat 36 qəpik əlavə vergi hesablanmışdır. Həmin idarənin xx.xx.2023-cü il tarixli **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə "xxxx" MMC-nə 82917 (səksən iki min doqquz yüz on yeddi) manat 67 qəpik mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən həmin dövr üzrə təqdim edilmiş bəyannamədə 9157 (doqquz min yüz əlli yeddi) manat 31 qəpik mənfəət vergisi hesablanmışdır. Həmin qərarla vergi orqanı tərəfindən əlavə olaraq 73760 (yetmiş üç min yeddi yüz altmış) manat 36 qəpik əlavə vergi hesablanmışdır. Qərarların qismən - əlavə hesablanmış müvafiq olaraq 76227 (yetmiş altı min iki yüz iyirmi yeddi) manat 89 qəpik, 73760 (yetmiş üç min yeddi yüz altmış) manat 36 qəpik və 73760 (yetmiş üç min yeddi yüz altmış) manat 36 qəpik hissəsində ləğv edilməsini və verginin azaldılmasını zəruri hesab edir. Belə ki, vergi orqanının əlavə vergilərin hesablanması ilə bağlı mövqeyi onunla bağlıdır ki, 2021-ci il mənfəət vergisi bəyannaməsində yanacaq xərcləri nəzərə alınmamışdır. Vergi orqanının mövqeyinə görə, iddiaçının balansında avtomobil olmaması yanacaq xərclərinin nəzərə alınmaması üçün əsasdır. Lakin, iddiaçı tərəfindən icarəyə və xidmətə avtomobillər götürülmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021- ci il tarixli 02 saylı nəqliyyat xidməti müqaviləsindən görünür ki, X5 iddiaçıya yükdaşıma və digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, X18 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqaviləsindən görünür ki, X18 iddiaçıya yükdaşıma və digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqaviləsindən görünür ki, X7 iddiaçıya yükdaşıma və digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqaviləsindən görünür ki, X11 iddiaçıya yükdaşıma və digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Göstərilən nəqliyyat xidmətləri, iddiaçı tərəfindən dəyəri ödənilmiş yanacaqdan istifadə etməklə həyata keçirilmişdir. Bu səbəbdən, X3, X18, X7 və X8 ödənilmiş yanacağın dəyəri, iddiaçı tərəfindən hesabat dövrü üzrə xərclərə daxil edilmişdir. AR Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəliklən vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən bilavasitə fəaliyyəti ilə bağlı olan xərclər dövriyyədən çıxılmaqla, vergi hesablanmışdır. AR Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Cavabdeh tərəfindən, iddiaçının hesablamalarının səhv olduğunu təsdiq edən əsaslı sübutlar təqdim edilməmiş, kameral vergi yoxlamasının nəticələrinə dair qərar, cavabdehin formal mülahizələrinə əsaslanmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-672/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın qismən təmin edilməsi, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********481900 saylı, xx.xx.2023-cü il tarixli **********300400 saylı və xx.xx.2023-cü il tarixli **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının qismən ləğv edilməsi, 9157,31 manat mənfəət vergisinin İddiaçı MMC-nin üzərində saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, vergi ödəyicisi sözügedən nəqliyyat vasitələrini, maşın və avadanlıqları müqavilə əsasında digər şəxslərdən icarə əsasında əldə etmişdir. Lakin, vergi orqanı vergi ödəyicisinin 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində əsas vəsaitlərin (nəqliyyat vasitələri, maşın və avadanlıqlar) müəyyən edilmədiyini əsas gətirərək, yanacaqla bağlı xərclərini nəzərə almamışdır. Bundan başqa, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, vergi orqanı tərəfindən İddiaçınə 2021-ci ilin mənfəət vergisi üzrə əlavə hesablama aparılarkən yalnız "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Avadanlıq və maşın mexanizmlərin icarə müqaviləsi” əsas götürülməklə hesablama aparılmış, lakin digər şəxslərlə bağlanmış icarə müqavilələri nəzərə alınmamışdır. Belə olan halda cavabdeh inzibati orqan həmin hesablama nəticəsində vergi orqanı vergi ödəyicisinin bəyan etdiyi xərc göstəricilərinin “Rövşən- İstehsal Kommersiya" MMC-dən icarəyə götürülmüş 2021-ci il üçün əsas vəsaitlər ilə uyğunluq təşkil etmədiyi qənaətinə gələrək əlavə vergilər hesablamışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat xidməti müqavilələrdən göründüyü kimi, müqavilələrin icraçıları sifarişçinin sifarişinə əsasən yüklərin daşınmasını və tərəflərin razılığı ilə digər əməliyyatların aparılmasını yerinə yetirməyi, sifarişçi isə həmin əməliyyatların müqabilində icraçılara muzd ödəməyi öhdəsinə götürmüşdür. Yəni, göründüyü kimi, vergi ödəyicisinin xidmət müqavilələri sadəcə "xxxx" MMC ilə olmamış, bir neçə müqavilələrdən ibarət olmuşdur ki, həmin müqavilələr də iş materiallarında mövcuddur. Bundan başqa, qeyd olunan müqavilələrlə sifarişçi göstərilən xidmətlər zamanı nəqliyyat vasitəsində yaranmış texniki nasazlıqların aradan qaldırılmasını və sərf edilmiş yanacaq üçün ödənişi öz üzərinə götürmüşdür. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddiaçının cavabdehə qarşı 07 fevral 2023-cü il tarixli, **********481900 nömrəli, 26 iyul 2023-cü il tarixli, **********300400 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmamasına, 21 sentyabr 2023-cü il tarixli, **********083500 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarın əsaslandırma hissəsində qeyd etmişdir ki, "iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, vergi ödəyicisi sözügedən nəqliyyat vasitələrini, maşın və avadanlıqları müqavilə əsasında digər şəxslərdən icarə əsasında əldə etmişdir. Lakin vergi orqanı vergi ödəyicisinin 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində əsas vəsaitlərin (nəqliyyat vasitələri, maşın və avadanlıqlar) müəyyən edilmədiyini əsas gətirərək yanacaqla bağlı xərcləri nəzərə almamışdır." Mübahisələndirilən qərarlar 2021-ci ilin mənfəət vergisi ilə bağlıdır. İddiaçı cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş bəyannamədə 2021-ci il üzrə mənfəətin əldə edilməsi üçün çəkilmiş xərclərin məbləğinin 537054.24 manat göstərilmişdir. Cavabdeh inzibati orqana bəyan edilmiş xərclərin strukturu belə olmuşdur: 14422,65 manat əmək haqqı xərci, 3269.85 manat sosial sığorta xərci, 14800 manat icarə haqqı xərci, 4070,72 manat enerji xərci, 342121.55 manat yanacaq xərci, 859.6 manat bank xərci, 111720.79 manat nəqliyyat xərci, 859,32 manat sığorta xərci, 44930,26 manat digər xərclər. 342121.55 manat yanacaq xərci və 27639,85 manat digər xərcin çəkilməsi öz təsdiqini tapmadığı üçün cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində mənfəət vergisinin hesablanması zamanı nəzərə alınmamışdır. Yuxarıda qeyd etdiyimiz kənarlaşma ilə bağlı iddiaçı cəmiyyətə xx.xx.2023cü il tarixli **********436600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (2021-MV) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Vergi orqanı tərəfindən göndərilmiş məktubda bəyannamə üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı olaraq qeyd olunmuşdur ki, 2021-ci il üzrə təqdim etdiyiniz mənfəət vergisi bəyannaməsinin Xərclər hissəsində 342121.55 manat yanacaq xərci 27639,85 manat Digər xərclərə cari təmir xərci (Akumulyator və mator yağı) qeyd etmənizə baxmayaraq 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində əsas vəsaitlər (nəqliyyat vastələri,maşın və avadanlıqlar) müəyyən edilməmişdir. Cəmiyyət isə xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməmişdir və nəticədə 21 sentyabr 2023 il tarixli **********083500 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı cəmiyyət təqdim etdiyi 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində əsas vəsaitlər (nəqliyyat vasitələri,maşın və avadanlıqlar ) barədə hər hansı məlumat göstərməmişdir. Belə olduğu halda vergi orqanı haqlı olaraq cəmiyyət tərəfindən yanacaq xərcinin çəkilməsi ilə bağlı bəyannamədə göstərilmiş məlumatı qəbul etməmiş və gəlirin formalaşmasında yanacaq xərcinin çəkilməməsi qənaətinə gəlmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC (VÖEN:**********) ilə 01 No-li "Avadanlıq və maşın mexanizmlərin icarə müqaviləsi"ndə öz hesabına cari təmir xərclərini aparmaq və həmçinin avadanlıq və maşın mexanizmlərinə qulluq edilməsi, sürtgü yağları və yanacaqla əlaqədar bütün xərcləri çəkmək icarədarın öhdəliyi kimi göstərilsə də avadanlıq və maşın mexanizmlərinin təmirinə çəkilən xərclərlə bağlı da hər hansısa bir sənəd təqdim edilməmişdir. İddiaçı cəmiyyət barəsində hesablanmış vergi mənfəət vergisidir. Mənfəət vergisi təqvim ili ərzində vergi ödəyicisinin əldə etdiyi gəlirlə həmin gəlirin formalaşmasında iştirak etmiş xərcin arasındakı fərqdən yaranan tədiyyə növüdür. Bildirilir ki, "xxxx" MMC-nin vergi orqanına təqdim etdiyi bəyannamədə 2021-ci il üzrə əldə etmiş olduğu gəlirlə bağlı kənarlaşma olmamış, gəlirin əldə edilməsinə çəkilmiş xərclərdə kənarlaşma yaranmışdır. Vergi orqanı qanunvericiliyin tələblərini əsas tutaraq iddiaçının 2021-ci il üzrə əldə etdiyi gəlirin formalaşmasında iştirak etməyən xərcləri kameral vergi yoxlaması ilə onun mənfəət vergisi bəyannaməsindən çıxarmışdır. Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsindən də (cəmiyyət özü həmin bəyannaməni vergi orqanına təqdim etmişdir.) görsənir ki, iddiaçının balansında hər hansı nəqliyyat vasitəsi mövcud deyil. Bu mənada "xxxx" MMC-nin 342121.55 manat məbləğində yanacaq xərci çəkməsi inandırıcı deyil. Yuxarıda qeyd edilən işin faktiki hallarına və vergi qanunvericiliyinin müddəalarına əsasən xx.xx.2024-cü il tarixli 2-1(114)-672/2024 nömrəli qərar maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1710 nömrəli ekspert rəyini sübut kimi qəbul etmiş, işin digər faktiki halları ilə müqayisəli araşdırmanı aparmamışdır. Vergi orqanı tərəfindən ekspert rəyinə etiraz təqdim olunmuş və rəyin sübut kimi qəbul edilməməsi üçün kifayət qədər əsaslı dəlillər göstərilmişdir. Aşağıdakı səbəblərə görə vegi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli 9/1710 nömrəli ekspert rəyinin sübut kimi qəbul edilməməsi məhkəmədən xahiş edilmişdir: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1710 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X18 ilə bağlanmış xx.xx.2021-ci il, tarixli 02 saylı, X7 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı və X11 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqavilələri üzrə "xxxx" MMC tərəfindən ödənilmiş xərclər nəzərə alınmaqla cəmiyyətə 2021-ci il üzrə onun özü tərəfindən bəyan edilmiş 9157,31 manat mənfəət vergisindən əlavə hesablanmalı vergi məbləği müəyyən edilmir. Göründüyü kimi, iş üzrə rəy vermiş ekspert X3, X18, X7 və X11 arasında bağlanan "nəqliyyat xidməti müqavilələri" nə istinad edərək yanacaq xərci üzrə 342121.55 manat məbləğində iddiaçının xərcinin olmasını qeyd etmişdir. Göstərilənlərlə bağlı bildirilir ki, adları çəkilən fərdi sahibkarlarla bağlanmış nəqliyyat xidməti müqavilələri üzrə daşımalar sentyabr-dekabr 2021-ci ili əhatə etmişdir. Qeyd olunan qaimələr üzrə yanacaq xərcinin sırf 2021-ci il üzrə əldə edilən gəlir üçün xərclənilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Doğrudur, şəxslər arasında nəqliyyat xidmətinin göstərilməsi ilə əlaqədar razılıq əldə olunsa da, 4 ay ərzində həyata keçirilən daşımaların nə qədər olması, hansı nəqliyyat vasitələri ilə daşımaların həyata keçirilməsi ekspert rəyində göstərilməmişdir. İddiaçının özünün də istinad etdiyi "nəqliyyat xidməti müqavilələri"ndə daşınmanın hansı nəqliyyat vasitəsindən istifadə edilərək həyata keçirilməsi haqqında hər hansı razılaşma əks olunmamışdır. Müqavilələrin 1.2-ci bəndinə əsasən daşınılacaq yükün növü, miqdarı, müddəti və daşıma istiqaməti müqavilə əlavələri ilə müəyyən olunur. Lakin əlavələr iş materiallarında mövcud deyil. Ekspertiza zamanı qeyd edilən xüsusatlar araşdırmadan kənarda qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti T.Cəfərli iddiaçı cəmiyyətin dörd ayrı-ayrı şəxslərlə bağladığı müqavilələrə istinad edərək 342121.55 manat dəyərində xərcin "xxxx" MMC tərəfindən çəkildiyi qənaətinə gəlmişdir. Lakin müqavilədə əks olunmuş bütün müddəalar ekspert tərəfindən ətraflı araşdırılmamış və nəticədə qeyri-dəqiq ekspert rəyinin verilməsi ilə bağlı yekun qənaətə gəlmişdir. Belə ki, müqavilələrin 2-ci bəndində əks olunmuş "Ödəmə şərtləri" adlanan bölməyə görə sifarişçi göstərilən xidmətlərə üçün ödənişi, icraçının təqdim etdiyi hesab-fakturaya əsasən həyata keçirir (2.1-ci bənd). Müqavilə üzrə göstərilən xidmətin dəyəri və ödəniş qaydası müqavilənin əlavələri ilə müəyyən olunur. Həmçinin müqavilələrə baxılsa görünər ki, müqavilələrin 3.1.3-cü bəndində icraçı daşıma xidməti göstərdikdə, yük göndərildikdən 1 (bir) iş günü ərzində sifarişçiyə yük qaiməsini (konosament, CMR, RWB, AWB, BL), spesifikasiya, sertifikat, yük-gömrük bəyannaməsinin surəti və yükün göndərilməsi ilə əlaqəli digər sənədləri göndərmək vəzifəsi təsbit olunmuşdur. Lakin ekspert rəyində qeyd olunan sənədlərin hər hansı birinə istinad yoxdur, müqavilə şərtlərinə uyğun olaraq icraçı tərəfindən verilmiş hesab faktura iş materiallarında mövcud deyil. Eləcə də, müqavilələrin 3.2.8-ci bəndinin tələblərinə görə malların yüklənmə tarixi, təyinat stansiyası, yük alanın adı, göndərmə stansiyası, yük göndərənin adı, xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda, yükün BMT kodunu və belə hallarda qəbuledilməli əlavə tədbirlər haqqında məlumatlar da ekspertə təqdim edilməmişdir. Belə olduğu halda göstərilən sənədlər, məlumatlar olmadığı vəziyyətdə, ekspertin sadəcə olaraq "Nəqliyyat xidməti müqavilələrini" sübut kimi qəbul edərək həqiqətən də 342121.56 manat dəyərində "xxxx" MMC-nin yanacaq xərcinin olması qənaətinə gəlməsi başa düşülən deyil. Görünən odur ki, ekspert, eləcə də iddiaçı cəmiyyətin nümayəndəsi müqavilələr əsasında xərc çəkildiyini göstərməyə çalışsalar da, amma müqavilənin şərtlərinə uyğun olaraq daşıma ilə bağlı rəsmiləşdirmə işləri aparılmamışdır. Bu hal onu deməyə əsas verir ki, VİNT CONSTRUCTİON" MMC yanacaq əldə edilməsi ilə bağlı 342121.56 manat dəyərində xərc çəkməmiş, istinad edilən müqavilələr xərc çəkilməsi görüntüsü yaratmaq məqsədi ilə tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 9/1710 nömrəli ekspert rəyinin əsasını təşkil edən "nəqliyyat xidməti müqavilələri"ndə adları qeyd edilmiş şəxslərin balansında nəqliyyat vasitəsinin olub-olmaması ilə bağlı DİN Baş X22 İdarəsinə vergi orqanı tərəfindən sorğu edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin 3-13-16/2- 129648/2024 nömrəli məktubunda DİN Baş X22 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.2021-ci il tarixli müqavilədə icraçı kimi göstərilmiş X1 mülkiyyətində "Kia Forte" markalı minik avtomobilinin (Şəhadətnamənin verilmə tarixi: xx.xx.2023, nömrəsi: BB448311), həmin tarixli müqavilədə icraçı kimi göstərilmiş X13 mülkiyyətində isə "Kamaz 55111" markalı yük maşınının (Şəhadətnamənin verilmə tarixi: xx.xx.2016, nömrəsi: AC746412), xx.xx.2021-ci il tarixli müqavilədə icraçı kimi göstərilmiş X4 mülkiyyətində "Vaz 2103" markalı minik avtomobilinin (Şəhadətnamənin verilmə tarixi: xx.xx.2019, nöməsi: AD562993), "Kamaz 65115" markalı yük maşınının (Şəhadətnamənin verilmə tarixi: xx.xx.2018, nöməsi: AD198774), "Vaz 2107" markalı minik avtomobilinin (Şəhadətnamənin verilmə tarixi: xx.xx.2022, nöməsi:BD197867) olduğu, xx.xx.2021-ci il tarixli müqavilədə icraçı kimi göstərilmiş X6 oğlunun mülkiyyətində isə hər hansı nəqliyyat vasitəsinin olmaması qeyd edilmişdir. Həmçinin ekspert cavabdehin əsaslı olaraq nəzərə almadığı, habelə cəmiyyətin digər xərc kimi göstərdiyi 27639,85 manat xərcin mövcud olmasını rəydə əks etdirmişdir. Bu halla bağlı olaraq həm iddia ərizəsinə, həm də ekspert rəyinə verilmiş etirazlarda cavabdeh mövqeyini açıq-aydın göstərməsinə baxmayaraq məhkəmə sözügedən etirazlardakı xüsusatları araşdırmadan əsassız hüquqi nəticəyə gəlmişdir. E-qaimə məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi müxtəlif markalarda sürtgü yağları almışdır. Lakin alınan sürtgü yağlarının icarəyə götürdüyü texnikalarda istifadəsi mümkün deyildir. Belə ki, həmin sürtgü yağları minik avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan sürtgü yağlarıdır. Həmçinin 1 il müddətinə icarəyə götürülmüş nəqliyyat vasitələri üçün 310 litr sürtgü yağının istifadə edilməsi reallığı əks etdirmir. Bütün bunlar onu göstərir ki, ekspert tərəfindən araşdırma düzgün aparılmamış, iş materialları düzgün tətqiq edilməmiş, sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan yalnış və əsassız rəy tərtib edilmişdir. İddiaçının iddia tələbi 07 fevral 2023 il tarixli, **********481900 nömrəli, 26 iyul 2023 il tarixli **********300400 nömrəli və 21 sentyabr 2023 il tarixli **********083500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarların ləğv edilməsi ilə bağlı olmuşdur. Lakin qeyd edilir ki, həmin qərarlardan 07 fevral 2023 il tarixli, **********481900 nömrəli, 26 iyul 2023 il tarixli **********300400 nömrəli qərarlar hazırda qüvvədə deyildir. Belə ki, sözügedən qərarlar iddiaçının vergi orqanına təqdim etdiyi 2021ci il üzrə mənfəət vergisi ilə əlaqədar dəqiqləşdirilmiş bəyannamələr əsasında ləğv edilmiş və 21 sentyabr 2023 il tarixli **********083500 nömrəli qərar qəbul edilmişdir. Belə olan halda da hazırkı vəziyyətdə 07 fevral 2023 il tarixli, **********481900 nömrəli, 26 iyul 2023 il tarixli **********300400 nömrəli qərarlara münasibətdə iddiaçının iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddia tələbini qismən təmin edərkən birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qəbul edilmiş 07 fevral 2023 il tarixli, **********481900 nömrəli, 26 iyul 2023 il tarixli **********300400 nömrəli və 21 sentyabr 2023 il tarixli **********083500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarların ləğv edilməsini qərara almışdır. Lakin cavabdehin apellyasiya şikayətinin dəlillərində bildirilmişdir ki, məhkəmə tərəfindən 07 fevral 2023 il tarixli, **********481900 nömrəli, 26 iyul 2023 il tarixli **********300400 nömrəli və 21 sentyabr 2023 il tarixli **********083500 nömrəli qərarların ləğv edilməsi qərara alınmış olsa da, həmin qərarlardan 07 fevral 2023 il tarixli, **********481900 nömrəli, 26 iyul 2023 il tarixli **********300400 nömrəli qərarlar hazırda qüvvədə deyildir. Belə ki, sözügedən qərarlar iddiaçının vergi orqanına təqdim etdiyi 2021-ci il üzrə mənfəət vergisi ilə əlaqədar dəqiqləşdirilmiş bəyannamələr əsasında ləğv edilmiş və 21 sentyabr 2023 il tarixli **********083500 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən inzibati orqanın artıq qüvvədə olmayan qərarlarının ləğv edilməsini qərara almış və bununla da pozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsi həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməli olduğu halda bunu etməmiş və Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılan zaman Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələləblərinə əsasən hüquqi yardım göstərilərək vergi orqanının qüvvədə olan qərarının mübahisələndirilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 48.1-ci maddəsində isə deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabrn 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələri) “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, apellyasiya institutu əksər dövlətlərin mülki-prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən vergi orqanının xx.xx.2023-cü il tarixli, **********481900 saylı, xx.xx.2023-cü il tarixli, **********300400 saylı və xx.xx.2023-cü il tarixli, **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının qismən ləğv edilməsi, 9157,31 manat mənfəət vergisinin İddiaçı MMC-nin üzərində saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi xx.xx.2023-cü il tarixli, **********481900 saylı və xx.xx.2023-cü il tarixli, **********300400 saylı qərarlar vergi orqanı tərəfindən ləğv edilmiş və qüvvəsini itirmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan həmin qərarlar da nəzərə alınmaqla qərar qəbul edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinə əsasən müəyyən edilmiş 9157,31 manat mənfəət vergisinin məbləği hesablanarkən qeyd olunan həmin qərarların hər hansı təsirinin olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılan zaman araşdırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq İnzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-672/2024 saylı qərarı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar