Məhkəmə qərarları › İş №2-1(104)-749/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-749/2025

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(104)-749/2025 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikası X2 müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ##.##.2022-ci il tarixli, ****gm nömrəli əmrinin əsasının ona aid hissədə dəyişdirərək, hərbi xidmətə yararsız olduğundan xəstəliyə görə ehtiyata buraxılması kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, “Xidməti uyğunsuzluğa görə” ordu sıralarından ehtiyata buraxılması sözlərinin “Ordu sıralarından xəstəliyə əsasən yararsız olması ilə ehtiyata buraxılsın” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ##.##.2007-ci il tarixdə Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və N saylı Hərbi hissənin N saylı hərbi hissəsində 13 ay xidmət etmişdir. Sonra N saylı hərbi hissəyə ezamiyyətə göndərilmiş, "xüsusi təyinatlı təməl" kursuna, oranı noyabr 2018-ci il tarixdə qurtardıqdan sonra N saylı hərbi hissənin xüsusi təyinatlı əməliyyat taborunda xidmətə göndərilmiş, kəşfiyyatçı ağır silahlı mütəxəssisi vəzifəsində xidmət etmişdir. ##.##.2022-ci ildə xidmətdən tərxis olunmuşdur. O, tərxis olunarkən hərbi hissə rəhbərliyi tərəfindən ona "xidməti uyğunsuzluğa görə" ordu sıralarından ehtiyata buraxılması qərarı verilmişdir. Bu səbəbdən də onu heç yerə işə qəbul etmirlər. Qeyd edir ki, o, ikinci Qarabağ müharibəsində fəal iştirak etmişdir və "Fizuli uğrunda", Cəbrayıl uğrunda”, "Xocavənd uğrunda” gedən döyüşlərə görə, "Müharibə iştirakçısı" və "Vətən uğrunda" medalllar ilə təltif olunmuşdur. Bildirir ki, səhhətində psixoloiji problemləri olduğu üçün hərbi hissənin rəhbərliyinə müraciət etmişdir ki, ona müalicə üçün Hospitala göndəriş versinlər. Göndərişə əsasən getmişdir hospitala, ona davranış aktı vermədiklərinə görə, hospital onu qəbul etməmişdir, ona görə də o, hərbi hissəni tərk etmişdir. Bu göstərilən səbəblərə görə də onu hərbi hissəni özbaşına tərk etmək kimi sənədləşdirmişlər. Ona görə də hesab edir ki, onu hal-hazırda heç yerə qəbul etmirlər. Odur ki, məcbur olub məhkəməyə müraciət edir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının # ####### 1997-ci il tarixli, ***-*Q nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası X2 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ## ###### 2022-ci il tarixli, ****gm nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. Iddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (IPM-in 35.1-ci maddəsi) və iddia müddətinə riayət edilməsi (IPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası InzibatiProsessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. "Inzibati Icraat haqqında" Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" ## ##### 2015-ci il tarixli * nömrəli qərarında göstərmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt-Azərbaycan Respublikası müdafiə nazirinin ****gm nömrəli əmridir. Əmr isə ## ###### 2022-ci il tarixlidir. Iddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni ## ######## 2022-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası müdafiə nazirinin ## ###### 2015-ci il tarixli ****gm nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə 2024-cü ilin aprel ayının 26-da məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. Iddiaçı barəsində Cavabdeh qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə hazırki iddia tələbi “Azərbaycan Respublikası X2 müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ##.##.2022-ci il tarixli, ****gm nömrəli əmrinin əsasının ona aid hissədə dəyişdirərək, hərbi xidmətə yararsız olduğundan xəstəliyə görə ehtiyata buraxılması kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə Inzibati Məhkəməsinin (hakim G.Əliyeva) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında X2 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin ##.##.2022-ci il tarixli, ****gm nömrəli əmrinin dəyişdirilərək, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılması kimi qeyd edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan iddianın təmin edilməsinə dair məhkəmənin qərarı və buraxılmış prosessual müddət bərpa edilməsinə dair qərardadı əsassızdır və ləğv olunmalıdır. Iddiaçı İddiaçı ehtiyata buraxılma ilə əlaqədar olaraq hərbi xidmətə yararlılığının müəyyən edilməsi üçün Hərbi Həkim Komissiyası tərəfindən iki dəfə (# ####### 2021-ci il ***** nömrəli və ## #### 2022-ci il tarixli **** nömrəli arayışlarla təsdiq olunur) Hava-desant qoşunlarında xidmətə yararlıdır” qərarı verilmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması səbəbi onun xəstəliyi ilə deyil onun nizam-intizamsız bir hərbi qulluqçu olması olmuşdur. Qeyd olunanlardan başqa Müdafiə Nazirliyi qərar qəbul edərkən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda deyil, yuxarıda qeyd edilən xüsusi qanunlarda nəzərdə tutulmuş qaydaları rəhbər tutur və həmin qaydaları tətbiq edir. Məhz buna görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması zamanı “Inzibati icraat haqqında” Qanunun tələblərinin pozulmasına dair məhkəmənin mövqeyi ilə razılaşmır. Çünki, hərbi qulluqçu həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrlərin verilməsi zamanı inzibati aktda məhkəmənin göstərdiyi qaydaların gözlənilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmamışdır. Inzibati aktı qəbul edən Müdafiə Nazirliyi “Inzibati icraat haqqında” Qanunun normasına istinad etmədiyindən əmrin verilməsində həmin qanunun tələblərinə əməl edilməməsi də istinad etmək düzgün deyildir. Iddiaçı İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (Mərkəzi Icra Hakimiyyəti) qərar qəbul edərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi Inzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Belə ki, həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilibedilməməsidir. Iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Iddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “Inzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. Işin hallarından müəyyən olunur ki, mübahisə predmeti Azərbaycan Respublikası X2 müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin # ###### 2022-ci il tarixli, ****gm nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. Həmin mübahisələndirilən inzibati akt- Azərbaycan Respublikası X2 müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ****gm nömrəli əmridir. Əmr isə # ###### 2022-ci il tarixlidir. Iddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə deyil 1 il 4 ay 21 gün sonra mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Lakin, inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin yuxarda qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. iş materiallarına əlavə edilmiş : - X2 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin ##.##.2022-ci il tarixli, ****gm nömrəli əmrindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Xüsusi Təyinatlı Qüvvələrin 71-ci Xüsusi Əməliyyat briqadasının (N nömrəli hərbi hissə) Ri-Xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -N nömrəli hərbi hissənin ##.##.2022-ci il tarixli, *** nömrəli əmrindən görünür ki, R İddiaçı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, X2 müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ## ###### 2022-ci il tarixli, ****gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. ## ###### 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon Bölməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (Qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. Iddia tələbinin mümkünlük şərtlərindən biri də iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə verilməsidir. Odur ki, məhkəmə kollegiyası iddianın müddətlə bağlı mümkünlük şərtlərinə cavab verib-verməməsinin aydınlaşdırılmasını zəruri hesab edir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı X2 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin ##.##.2022-ci il tarixli, ****gm nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin əmrə müvafiq olaraq iddiaçı N nömrəli hərbi hissənin ##.##.2022-ci il tarixli, *** nömrəli əmri ilə ## ###### 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə göndərilmişdir. Hazırki tələbində iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, hüquqi marağı X2 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin ##.##.2022-ci il tarixli, ****gm nömrəli əmrinin ona aid hissədə dəyişdirilməsindən ibarətdir. Iddiaçı mübahisələndirdiyi qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüş, ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə uzun müddətə buraxılmış prosessual müddəti bərpa etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin: -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -38.3-cü maddəsinə əsasən Inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Bununla bağlı qeyd edilməlidir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; -62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; -62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə:- Bənd 155. ... Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Göründüyü kimi, əsasnamənin tələblərinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Iş materialları ilə müəyyən edilir ki, N nömrəli hərbi hissənin Rlərinin şərəf məhkəməsinin ##.##.2022-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı ##.##.2022-ci il tarixdə N nömrəli hərbi hissənin Rlərin şərəf məhkəməsində dinlənilmiş və onun "xidməti uyğunsuzluğa görə" ordu sıralarından ehtiyata buraxılması qərarı verilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.2022-ci il tarixlim təqdimatına əsasən R İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 163-cü maddəsinin tələblərinə əsasən R İddiaçı ehtiyata buraxılma ilə əlaqədar olaraq hərbi xidmətə yararlılığının müəyyən edilməsi üçün ##.##.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polilinikasının Ştatlı Hərbi Həkim Komissiyasının müayinəsinə göndərilmiş, ##.##.2022-ci il tarixdə Hərbi Həkim Komissiyasının müayinəsindən keçmiş və həmin tarixli **** nömrəli arayışla "Hava desant qoşunlarında xidmətə yararlıdır" qərarı verildiyi müəyyən edildikdən sonra X2 müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ##.##.2022-ci il tarixli, 0109 gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndi ilə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, ##.##.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin *** nömrəli nizami hissə üzrə əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmçinin müəyyən edilir ki, iddiaçı qeyd edilən əmrdən ##.##.2022-ci il tarixdə xəbərdar olmuşdur. Bu iddiaçı tərəfindən özünün məhkəmə kollegiyasının iclasında verdiyi izahata əsasən müəyyən edilir. Belə ki, qeyd edilən müddətdə qospitala müayinəyə getdiyini, ##.##.2022-ci il tarixdə hərbi hissəyə qayıdanda tərxis olunduğuna görə hərbi hissəyə buraxılmadığını bildirmişdir. Hazırkı halda iddiaçının hərbi qulluqçu olaraq bildiyi (bilməli olduğu) normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq ehtiyata buraxılması barədə əmr ona elan edilmişdir. Həmin əmrin hüquqi nəticəsidir ki, o, əmrdən sonra bir daha hərbi xidmətə buraxılmamış, yəni hərbi xidmətini dayandırmışdır. Iddiaçı özü də da müddəti ötürdüyünü qəbul edərək, keçən uzun vaxt aralığında özündə olmadığını və ayrı-ayrı vaxtlarda müayinə və stasionar müalicələrdə olduğunu, bu səbəblərə görə də vaxtında məhkəməyə müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan müddət aralığında ayrı-ayrı vaxtlarda müayinə və müalicələrdə olmasına dair dəlilləri kifayət qədər uzun müddətdə buraxılmış müddətin bərpası üçün heç bir halda əsaslı sayıla bilməz. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, o, ##.##.2022- ##.##.2023, ##.##.2023-##.##.2023-cü il tarixlərdə Səhiyyə Nazirliyinin * nömrəli Klinik Psixiatriya Xəstəxanasında, ##.##.2023-##.##.2023-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında, ##.##.2023-cü il tarixdə Müdafiə Nazirliyinin MHP-da müayinə və müalicədə olmuşdur. Həmçinin, müəyyən edilir ki, o, ##.##.2023-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutu” PHŞ-də həkim müayinəsində olmuş, ##.##.2023-cü il tarixdə Respublika Klinik Xəstəxanasında Beyin MRT müayinəsi olunmuş, ##.##.2023-cü il tarixdə Real Hospitalda elektroensefaloqrafiya müayinəsində, ##.##.2023cü il tarixdə EMG müayinəsində olmuş, ##.##.2023-cü il tarixdə “Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də həkim müayinəsində olmuşdur. Həmçinin, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək * nömrəli Klinik Psixiatriya Xəstəxanasında, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək * nömrəli Klinik Psixiatriya Xəstəxanasında, ##.##.2024-cü il tarixdən ##.##.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicələrdə olmuşdur. Göründüyü kimi iddiaçı ayrı-ayrı vaxt aralıqlarında müalicə olaraq evinə buraxılmış, evində olduğu müddətlərdə də müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Hansı ki, o artıq avqust 2022-ci ildə ehtiyata buraxıldığını bilmiş, lakin iddia ərizəsinin məhkəməyə göndərilməsi üçün onu ##.##.2024-cü il tarixdə, yəni təqribən 1 il 8 ay sonra poçt xidmətinə təqdim etmişdir. Iddiaçı ehtiyyata buraxıldığı vaxtdan həmin ilin dekabr ayınadək evdə olsa da, lakin vəziyyəti yaxşı olmadığına görə, yəni özündə olmadığına görə məhkəməyə müraciət etmədiyini bildirmiş, lakin bu halı təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Həmçinin mövcud qanunvericilik bəzi xüsusi hallar istisna olmaqla müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilməsini istisna etmişdir. Beləliklə, iddiaçı tərəfindən 1 ildən artıq buraxılmış müddətin bərpa olunması üçün kifayət qədər üzürlü halların mövcud olması məhkəmə araşdırmaları zamanı müəyyən olunmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməklə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasi Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası IPM-in 35, 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməklə, iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar