Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-75/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1416/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin 013əç nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək N №-li hərbi birləşmənin müxtəlif hərbi hissələrində qadın hərbi qulluqçu kimi xidmət etmişdir. xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək N №-li hərbi hissənin 3cü taborunun tibb məntəqəsində sanitar vəzifəsində xidmət etmiş və N №-li hərbi hissə komandirinin N əç №-li, xx.xx.2021-ci il tarixli əmrilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin "D" bəndinə əsasən (ailə vəziyyətinə görə) ehtiyata buraxılmışdır. Əsasnamənin 156-cı maddəsinin "D" bəndinə əsasən ehtiyata buraxılması üçün heç bir qanuni əsas olmamışdır. Belə ki, subaydır, uşaqları da yoxdur, həmçinin ailə vəziyyətinə görə ehtiyata buraxılması üçün nə şifahi, nə də yazılı qaydada müraciət etməmişdir. Ehtiyata buraxılma haqqında xəbərdar edilməmiş, buraxılış haqqında fərdi söhbət aparılmamışdır. Ehtiyata buraxılmağa təqdim olunmazdan əvvəl hərbi xidmətə yararlıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi həkim komissiyasının müayinəsinə göndərilməmişdir. Ona ehtiyata buraxılmasının səbəbləri izah edilməmiş və ehtiyata buraxılması haqqında əmr ona rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı xx.xx.2022-c il tarixi məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2021-ci il tarixli, N əç nömrəli əmrin ləğv edilməsi və iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə idda tələbinə dəyişdirilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş N nömrəli hərbi hissənin mahhxhq-ların şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Şərəf məhkəməsinə təqdim olunan QHQ kiçik çavuş İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin “Azərbaycan Ordusunda hərbi qulluqçuların etik davranış qaydaları haqqında” 06 aprel 2020-ci il tarixli 09 nömrəli qərarının tələblərini kobud şəkildə pozaraq hərbi qulluqçulara xas olmayan nalayiq hərəkətlər etmiş, etdiyi seksual xarakterli hərəkətlərin video görüntülərə alınmaqla, hərbi qulluqçulara mənfi fikirlərin yaranmasına səbəb olan hərəkətlər etməsi bununla da şəxsi heyətin mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 30 may 2015-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında əsasnamənin" 5.2.6-cı maddəsini rəhbər tutaraq ona "Azərbaycan Ordusundan xidməti uygunsuzluğa görə ehtiyata buraxılması" elan olunması barədə yuxarı komandanlıq qarşısında vəsətət qaldırılması qərara alınmışdır. - surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Təqdimatdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun tibb məntəqəsinin sanitar-radiotelefonçusu İddiaçı dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Onun ailə vəziyyətinə görə ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək Qanunun 156-cı maddəsinin « d » bəndinə əsasən ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır. - N nömrəli hərbi hissə komandirinin 0123əç nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, 171-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissənin) 3-cü motoatıcı taborunun tibb məntəqəsinin sanitar-radiotelefonçusu İddiaçı «Hərbi xidmətkeçmə haqqında»156-cı maddəsinin “d” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh tərəfin iddia tələbinə etirazı: Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissənin polikilinkasında tibb bacısı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsində sanitar, xx.xx.2016-cı il tarixdə xx.xx.2018- ci il tarixədək N nömrəli hərbi hissədə yazar və rabitəçi, xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək N nömrəli hərbi hissənin qərargah bölüyündə rabitəçi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissədə sanitar vəzifəsində xidmət etmiş, xx.xx.2019-cu il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin 3-cü taborun tibb məntəqəsinə sanitar-telefonçu vəzifəsinə təyin edilmişdir. 3-cü tabor komandiri mayor Famil Əliyevin N nömrəli hərbi hissə komandirinə yazdığı raportdan görünür ki, İddiaçı hərbi qulluçu kimi vəzifələrini öyrənməyə və yerinə yetirməyə çalışmır. Hərbi andın tələblərini yerinə yetirməyə laqeyid münasibət göstərir. Hərbi qulluqçulara xidməti yerində istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefondan istifadə etməklə sosial şəbəkələrdən paylaşım etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Azərbaycan Ordusunda hərbi qulluqçuların etik davranış qaydaları haqqında 06 aprel 2020-ci il tarixli 09 nömrəli qərarının tələblərini kobud şəkildə pozaraq hərbi qulluqçulara xas olmayan nalayiq hərəkətlər etmiş, seksual xarakterli hərəkətlər etməklə video görüntülərə alınmasının şəxsi heyət arasında nizamintizamın, mənəvi-psixoloji vəziyyətin aşağı düşməsinə səbəb olmuşdur. Bu və digər səbəblərə görə N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 29 oktyabr 2021-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "d" bəndinə (ailə vəziyyətinə görə) ehtiyata buraxılmışdır. Əmr qanunidir, əmrin ləğv edilməsi və iddiaçının əvvəlki xidmətə bərpa edilməsinə dair etiraz edir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1416/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2021- ci il tarixli, N əç nömrəli əmri ləğv edilsin. İddiaçı tutduğu vəzifəyə bərpa olunmaqla ona məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1416/2022 nömrəli qərarını ləğv edib, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakılara görə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1416/2022 nömrəli qərarı ləğv edilməli və iş üzrə iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən kiçik-çavuş İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin 3-cü taborun tibb məntəqəsində sanitar vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmağa çalışsa da qismən nail olur. Kollektiv arasında nüfuzu çox aşağı səviyyədədir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1416/2022 nömrəli, xx.xx.2022-ci tarixli qərarından görünür ki, iddiaçı özünün intizamsızlığını əks etdirən faktları məhkəmədən gizlətmişdir və bununla məhkəmənin obyektiv qərar qəbul etməsinə maneçilik törətmişdir. İddiaçı intizamsızlığı ilə bağlı yuxarıda qeyd edilən faktlar onun hərbi xidmətdən ehtiyata buraxılmağının nə qədər düzgün və əsaslı olduğunu göstərir. Həmçinin, mübahisələndirilən N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 29 oktyabr 2021-ci il tarixli əmri, həmin əmrin qəbulundan 1 ay vaxt keçdikdən sonra qaldırılmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, Gəncə İnzibati Məhkəməsi öz qərarını yalnız iddiaçının izahatlarına və onun məhkəməyə təqdim etdiyi özünə sərfəli sənədlərə istinad edərək qəbul etmişdir. Apellyasiya icraatında proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək eyni məzmunda izahat vermiş və apelyasiya şikayətini təmin edib Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 1416/2022 nömrəli qərarını ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın İİ bölməsinin 37-ci maddəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, onun idarə, şöbə və xidmətləri inzibati orqan kimi müəyyən olunmuşdur. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2021- ci il tarixli, N əç nömrəli əmri ləğv edilməli və İddiaçı məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İş materiallarında olan N nömrəli hərbi hissənin mahhxhq-ların şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Şərəf məhkəməsinə təqdim olunan QHQ kiçik çavuş İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin “Azərbaycan Ordusunda hərbi qulluqçuların etik davranış qaydaları haqqında” 06 aprel 2020-ci il tarixli 09 nömrəli qərarının tələblərini kobud şəkildə pozaraq hərbi qulluqçulara xas olmayan nalayiq hərəkətlər etmiş, etdiyi seksual xarakterli hərəkətlərin video görüntülərə alınmaqla, hərbi qulluqçulara mənfi fikirlərin yaranmasına səbəb olan hərəkətlər etməsi bununla da şəxsi heyətin mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərərək pis nümunə olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 30 may 2015-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında əsasnamənin" 5.2.6-cı maddəsini rəhbər tutaraq ona "Azərbaycan Ordusundan xidməti uygunsuzluğa görə ehtiyata buraxılması" elan olunması barədə yuxarı komandanlıq qarşısında vəsətət qaldırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təqdimatdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun tibb məntəqəsinin sanitar-radiotelefonçusu İddiaçı dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Onun ailə vəziyyətinə görə ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək Qanunun 156-cı maddəsinin « d » bəndinə əsasən ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 0123əç nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, 171-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissənin) 3-cü motoatıcı taborunun tibb məntəqəsinin sanitar-radiotelefonçusu İddiaçı «Hərbi xidmətkeçmə haqqında»156-cı maddəsinin “d” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin 0123əç nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə 171-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissənin) 3-cü motoatıcı taborunun tibb məntəqəsinin sanitar-radiotelefonçusu İddiaçı «Hərbi xidmətkeçmə haqqında»Əsasnamənin 156-cı maddəsinin “d” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı isə hesab edir ki, sözügedən əsasla ehtiyata buraxılma üçün Əsasnamədə müəyyən edilmiş hallar ona münasibətdə mövcud olmadığına görə işdən azad edilməsi qanunsuzdur. Bu səbəbdən də hazırda qeyd olunan əmri mübahisələndirir. Yuxarıda qeyd edilənlər məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, cavabdehin mübahisələndirilən əmri qanuna uyğun deyil və iddiaçının hüquqlarını pozur. Belə ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşin hallarından göründüyü kimi xx.xx.2021-ci il tarixli raportdan, həmin tarxli şərəf məhkəməsinin protokolundan və qərarından görünür ki, iddiaçı hərbi qulluqçuya xas olmayan videogörüntülərin yayılmasında ittiham olunmuş, lakin buna baxmayaraq Əsasnamənin 156-cı maddəsinin d bəndinə (ailə vəziyyətinə görə) əsasən ehtiyata buraxılmışdır. Əslində isə iddiaçının ailə vəziyyəti ilə əlaqədar olaraq ehtiyata buraxılma niyyəti olmamış, belə bir xahişlə müraciət etməmişdir. Halbuki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “d” bəndinə əsasən ailə vəziyyətinə görə ehtiyata buraxılmanın konkret əsasları göstərilmişdir ki, bu əsasların heç biri işin faktiki halları ilə öz təsdiqini tapmır. Həmçinin iş materiallarında olan ittiham aktından da müəyyən olunur ki, X1 Nazirliyinin Şəmkir şəhərinin ərazisində yerləşmiş N nömrəli hərbi hissəsinin (3-cü Ordu Korpusu) qərargah bölüyünün komendant tağımının avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, təxminən 2016-cı ilin iyun ayından etibarən ərazi baxımından həmin hərbi hissənin daxilində yerləşən N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün yazarı vəzifəsində, kiçik çavuş rütbəsində xidmətdə olan qadın hərbi qulluqçu İddiaçı özünü ailə vəziyyəti baxımından subay kimi təqdim edib onunla tanış olmuş, onu ciddi sevgi münasibətləri qurmaq istədiyinə inandırmış və aralarında sevgili münasibətləri yaranmış, o, həmin bölüyün taktiki komanda məntəqəsinin sürücüsü vəzifəsində, əsgər rütbəsində xidmətdə olarkən, təxminən 2016-cı ilin avqust ayının sonlarında, gecə saat 04 radələrində Gəncə şəhərində yerləşən xalasıgilin evində olan kiçik çavuş İddiaçı istifadəsində olmuş Bakcell mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib, onunla danışmağa başlamış və intim məzmunlu söhbətlər edərək onu ehtiraslandırıb görüntülü şəkildə onun çılpaq halda bədənini və intim yerlərini görmək istədiyini bildirmiş, kiçik çavuş İddiaçı da onun istəyini yerinə yetirib aralarındakı danışığı qeyd olunan mobil nömrə ilə qeydiyyatdan keçdiyi "WhatsApp" tətbiqində görüntülü şəkildə davam etdirmiş və əynindəki geyim əşyalarını çıxarıb ilk öncə sinə nahiyəsini, daha sonra isə çılpaq halda bütün bədənini və intim yerlərini ona göstərən zaman, kiçik çavuş İddiaçı məlumatı olmadan gizli şəkildə həmin görüntüləri telefonda olan funksiya vasitəsilə 02 (iki) ədəd video şəkilində qeydə alaraq telefonunun yaddaşında saxlamaqla, şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkiliş materiallarını toplamış, bir müddət sonra kiçik çavuş İddiaçı onun evli olduğunu bilib münasibətlərinə son qoyduqdan sonra isə onu rüsvay etmək, habelə, kiçik çavuş İddiaçı ilə intim münasibətləri olduğunu nümayiş etdirmək məqsədilə, topladığı qeyd olunan video çəkiliş materiallarını təxminən 2016-cı ilin sonlarından 2021-ci ilin oktyabr ayınadək olan müddətdə "WhatsApp" tətbiqi vasitəsilə istintaqa məlum olmayan şəxslərin mobil telefonlarına göndərməklə, şəxsi həyatın sirri olan məlumatları əks etdirən pornoqrafik xarakterli video çəkiliş materiallarını yaymışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:- - 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. - 162-ci bəndinə əsasən, Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən ən azı iki fərdi söhbət aparılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -165-ci bəndinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. -156-cı maddəsinin “d” bəndinə əsasən, ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda ehtiyata buraxılırlar. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.3-ci maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Hazırkı iş üzrə mübahisləndirilən əmr verilərkən qanununvericiliyin qeyd edilən tələblərinə əməl edilməmiş, iddiaçı hərbi qulluqçuya xas olmayan videogörüntülərin yayılmasında ittiham olunmuş, lakin buna baxmayaraq Əsasnamənin 156-cı maddəsinin d bəndinə (ailə vəziyyətinə görə) əsasən ehtiyata buraxılmışdır. «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-cü maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.6-cı maddəsinə əsasən sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. İş materiallarından müəyən edilir ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın faktiki və hüquqi əsasını, habelə həmin aktın qəbul edilməsinin zəruri edən faktiki şərtlərin mövcudluğunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün halları tam və hərtərəfli araşdırmalı olduğu halda Azərbaycan Respublikası İPM-nin bununla bağlı 12-ci maddəsinin tələblərinə əməl etməmiş və iddia tələbini təmin etməməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmçinin cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, mübahisələndirilən N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 29 oktyabr 2021-ci il tarixli əmri, həmin əmrin qəbulundan 1 ay vaxt keçdikdən sonra qaldırılmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi zamanı İPM-nin 38.1-ci maddəsi tətbiq olunur ki, apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələbi baxımından işin faktiki hallarına əsasən iddianın mümkünlük şərtlərinə qiymət verməli idi. Həmin maddənin tələbindən göründüyü kimi inzibati aktdan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlanır. İş materiallarında olan xəstəlik kağızlarından da müəyyən olunur ki, iddiaçı müxtəlif vaxtlarda tibbi müalicələr almışdır. Bundan başqa məhkəmə kollegiyası iddiaçının işə bərpa olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:- 12-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir: b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar — 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla bilər; İş materiallarında olan şəxsi işdən çıxarışlardan da müəyyən olunur ki, iddiaçının xidməti müqaviləsinin müddəti xx.xx.2022-ci ilədək uzadılmış və artıq həmin müddət başa çatmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı ilə yenidən müqavilə bağlanması inzibati orqanın diskirision səlahiyyətindədir. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmadan qərar qəbul etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2021- ci il tarixli, N əç nömrəli əmri ləğv edilməli və İddiaçı məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1416/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2021ci il tarixli, N əç nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-75/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-75/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver