Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-754/2025 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığı # #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. AZE ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1962-ci il tarixdə doğulmuşdur.
2. ##.##.1985-cı il tarixli, НВ ****** nömrəli diplomdan görünür ki, İddiaçı 1980-ci il tarixdən 1985-ci il tarixədək Azərbaycan Politexnik Institutunda təhsil almışdır.
3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.1979-cu il tarixdən halhazıradək müxtəlif vaxtlarda ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
4. “X2” QSC-nin ##.##.2024-cü il tarixli, **SC-X-**-****/*** nömrəli araşdırıcı arayışında qeyd olunmuşdur ki, İddiaçı ##.##.2004-cü il tarixində X2 QSC Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Mexaniklər sahəsinə kran çilingəri peşəsinə işə qəbul edilmiş, ##.##.2006-cı il tarixində həmin sahədə hidravilik peşəsinə keçirilmiş və ##.##.2009-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilmiş peşə hazırda "X2" QSC-də mövcud olan və "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərannın "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlarıması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" (2040200a - 18559) və həmin Qərarın "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əlilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" (1030200a- 1753a) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 3-cü Metallurgiya Istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" və 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşələri ilə eynilik təşkil edir.
5. “X2” QSC-nin ##.##.2024-cü il tarixli, **SC-X-**-****/*** nömrəli araşdırıcı arayışında qeyd olunmuşdur ki, İddiaçı ##.##.2009-cu il tarixində "X2" QSC-nin (bundan əvvəl "X2” MMC-nin) Mexaniklər xidmətinə hidrovalik-çilingər vəzifəsinə işə qəbul edilmiş, ##.##.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İddiaçı ilə ##.##.2021-ci il tarixində yenidən əmək müqaviləsi bağlanaraq Təmir-tikinti və rekonstruksiya işləri şöbəsinə hidravilik-çilingər vəzifəsinə işə qəbul edilmiş, ##.##.2022-ci il tarixində Mexaniklər xidmətinə keçirilmişdir. İddiaçı ##.##.2024-cü il tarixində Mexaniklər xidmətinin Poladəritmə və Yayma sexlərinin hidravlik təsərrüfatı sahəsi hidravlik-çilingər vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin xidmətdə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşə (vəzifə) hazırda "X2" QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin yə göstəricilərin Siyahısı"nm 3-cii Metallurgiya istehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarmın təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) Fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" və 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yarımbəndinə “təmirçi çilingərlər” peşələri ilə eynilik təşkil edir.
6. İddiaçı ##.##.2004-##.##.2009, ##.##.2009-##.##.2014 və ##.##.2021-ci il tarixdən hal-hazıradək olan müddətlər ərzində “X2” QSC-də işlədiyi ümumi və güzəştli iş stajının araşdırılmasının nəticəsinə dair ##.##.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, “Yoxlama zamanı müəyyən olundu ki, İddiaçı işlədiyi istehsalat müəssisəsi sənayenin qara metallurgiya sahəsinə aid olmaqla iş şəraiti ağır və zərərli olan istehsalat sahəsidir. Müəssisədə mövcud olan sənədlərdən onun ##.##.2004-cü il tarixində **** nömrəli əmək müqaviləsi əsasında mexaniklər sahəsinə “kran çilingəri” vəzifəsinə işə qəbul edilməsi, ##.##.2006-cı il tarixdən ***-***/g nömrəli əmrlə həmin sahədə “hidravlik”, ##.##.2009-cu ildən **** nömrəli müqavilə əsasında ##.##.2014-cü il tarixədək və ##.##.2021-ci il tarixdən hal-hazıradək Təmir-tikinti və rekonstruksiya (##.##.2021-##.##.2022-ci illərdə), 16.04.20222-ci ildən mexaniki xidmətin polad əritmə və yayma sexində hidravlik təsərrüfatı sahəsinə “hidravlik-çilingər” keçirilmişdir. Hidravlik-çilingərlər elektrik qövs sobalarının hidravlik hissələrində xidmət edir. Bu müddət ərzində işlədiyi sahələrin adı dəyişdirilsə də, istehsal prosesi eyni xarakterli olub. İddiaçı əmək şəraitinin zərərliliyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əmək haqqına və əsas məzuniyyətinə əlavələr hesablanıb. AR Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarının Metallurgiya (qara metal) sahəsində çilingərlər peşəsinə uyğundur.”
7. Məhkəmənin sorğusuna “X2” QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2009-cu il tarixində "X2" QSC-nin (bundan əvvəl "X2" MMC-nin) Mexaniklər xidmətinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, ##.##.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İddiaçı ilə ##.##.2021-ci il tarixində yenidən əmək müqaviləsi bağlanaraq Təmir-tikinti və rekonstruksiya işləri şöbəsinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, ##.##.2022-ci il tarixində Mexaniklər xidmətinə keçirilmişdir, ##.##.2024-cü il tarixində Mexaniklər xidmətinin Poladəritmə və Yayma sexlərinin hidravlik təsərrüfatı sahəsinə hidravlik-çilingər vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin xidmətdə əmək fəaliyyətini davam etdirir. Qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" (2040200a —18559) və həmin Qərarın "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" (1030200a — 1753a) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 3-cü Metallurgiya Istehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" və 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" peşələri ilə eynilik təşkil edir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, kran çilingərləri, Cəmiyyətin Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində yük qaldırma kranlarının saz vəziyyətdə saxlanmasını, avadanlıqların, yük qaldırma kranlarının və mexanizmlərinin işləməsini, kranlarının əsas detallarının və mexanizmlərinin yoxlanmasını, bərkidilməsini və yağlanmasmı, təmin edir, kranaltı yolların və sökülə bilən mexanizmlərin texniki vəziyyətinə nəzarət və sair işləri həyata keçirir. Hidravlik və hidravlik-çilingərlər də Cəmiyyətin Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində bütün növ hidravlik və pnevmatik avadanlıqlarının vaxtında təmir edilməsi, avadanlıqların işləmə qabiliyyətinin, əsas detallarının və mexanizmlərinin yoxlanması, təmir olunan hidravlik və pnevmatik avadanlıqlarının sınaqdan keçirilməsi, istehsalat üzrə işçilərə təhvil verilməsi, sahələrdə olan avadanlıqların, alətlərin, tərtibatların düzgün istismar olunması, onlara texniki qulluq edilməsi və sair işləri həyata keçirir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı qeyd edilən peşələr üzrə əmək fəaliyyəti Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində yayma və poladəritmə avadanlıqlarına xidmət etməklə bağlı olmuşdur. "X2 " QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük X8. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində-Polad və ferroərintilər istehsalatı sahələrində və eyni zamanda Yayma sexlərində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.
8. Azərbaycan Respublikası “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ***L nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə həqiqətən də “xxxx” MMC-də ##.##.2014-cü il tarixdən ##.##.2017ci il tarixədək və ##.##.2019-cu il tarixdən ##.##.2021-ci il tarixədək polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə 6-cı dərəcəli quraşdırıcısı işində işləmişdir. İddiaçı işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli, ** saylı Qərarının 29-cu maddəsində "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş "polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar" yarım bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
11. Məhkəmə kollegiyasının sorğusuna “X2” QSC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **SC-X-**-****/*** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının metallurgiya sənayesinin inkişafında əsas rolu olan “X2” QSC ölkəmizin və cənubi Qafqazın ən böyük və qabaqcıl poladəritmə müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti əsasən ağır və zərərlidir. Əsas fəaliyyəti polad pəstah, armatur və boru istehsalından ibarət olan müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir, zərərli iş şəraitinə görə ona əlavə məzuniyyət günlərinin verilməsi və eyni zamanda süd və ona bərabər tutulan məhsulların verilməsi təmin edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2009-cu il tarixində “X2” QSCnin Mexaniklər xidmətinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, ##.##.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İddiaçı ##.##.2021-ci il tarixində yenidən əmək müqaviləsi bağlanaraq Təmir-tikinti və rekonstruksiya işləri şöbəsinə hidravlik-çilingər vəzifəsinə işə qəbul edilmiş, ##.##.2002-ci il tarixində Mexaniklər xidmətinə keçirilmişdir. Daha sonra ##.##.2024-cü il tarixində İddiaçı Mexaniklər xidmətinin Poladəritmə və Yayma sexlərinin hidravlik təsərrüfatı sahəsi hidravlik-çilingər vəzifəsinə keçirilmişdir və hal-hazırda da həmin xidmətdə əmək fəaliyyətini davam etdirir. Əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın təsiri altına düşür.
14. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalatı metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması bəndinin (3.2) fəhlələr yarımbəndində (a) və polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndinin (3.6) fəhlələr yarımbəndində (a) təmirçi çilinqərlər vəzifəsi nəzərdə tutulmuşdur. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ## ###### 1980-cı il tarixli **T-İ******* nömrəli əmək kitabçasında və “X2" QSC-nin ona dair ##.##.2024-cü il tarixli BSC-X-**-****/*** nömrəli arayışında ##.##.2004-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniklər sahəsində kran çilingəri, ##.##.2006-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində hidravlik, ##.##.2009- ##.##.2014-cü il və ##.##.2021-##.##.2024- cü il tarixləri arasındakı dövrlər ərzində isə hidravlik-çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, yalnız hidravlik-çilingər vəzifəsinin güzəştli şərtlə pensiya hüququ verən işlərə aid olduğu müəyyən edilib. Bu fakt “X2” QSC tərəfindən # #### 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib Qoşma olaraq əlavə olunur). Beləliklə, göstərilən səbəblərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 8 ay 8 gün (##.##.2009-##.##.2014- cü il, 23.04,2021- ##.##.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
15. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığı # #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir
17. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
18. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı 0# #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”na uyğundur. Iddiaçının həmin peşələrdə işlədiyi müddət isə tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, iddiaçı ##.##.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri cavabdeh orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri ilə eynilik təşkil etmiş, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Məhz bu mövzuya münasibətdə bildirilir ki, məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. X3 Məhkəməsi həmin vəzifə ilə bağlı vəzifə təlimatlarını habeləbu vəzifədə işləməsi ilə əlaqədar ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) barədə məlumatları əldə etmədən, sadəcə oxşar müəssisənin məlumat xarakterli lakonik məktubu ilə iddia tələbini təmin etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, Gəncə Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. III bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
26. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
27. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı: 20400000 - III. Metallurgiya istehsalatı (qara metallar) 20402000 - 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması. 2040200a - a) fəhlələr 2040200a—18559 - təmirçi çilingərlər.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
7. Metallurgiya istehsalatı (Qara metallar) 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) a) fəhlələr: təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları. 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması a) fəhlələr: təmirçi çilingərlər.
31. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
32. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
33. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
34. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
35. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
36. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
37. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
38. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
39. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
40. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
42. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu ilə onun güzəştli iş stajının 12 il 6 aydan az (7 il 8 ay 8 gün) olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2022ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1-ci maddə).
47. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
48. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ##.##.1962-ci il tarixdə doğulmuş, ##.##.2022-ci il tarixdə 60 yaşı olmuşdur. Deməli iddiaçının pensiya almaq hüququ həmin tarixdə yaranmışdır.
49. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, iddiaçının əmək kitabçası və iş stajı ilə bağlı verilmiş sənədlər də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi stajı ilə bağlı hər hansı mübahisənin olması qeyd edilməmişdir.
50. Qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərt 25 il ümumi iş stajının azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən işlərdə çalışmalı olmasıdır.
51. Cavabdeh orqanın imtina məktubunda mübahisələndirdiyi hal iddiaçının “X2" QSC-də işlədiyi ##.##.2004-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniklər sahəsində “kran çilingəri” və ##.##.2006-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində “hidravlik” vəzifələrinin güzəştli şərtlə pensiya hüququ verən işlərə aid olmaması ilə bağlıdır. Yəni, cavabdeh orqan hesab etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifələr güzəştli hesab edilmədiyindən onun güzəştli iş stajı 12 il 6 aydan azdır (7 il 8 ay 8 gün).
52. Göründüyü kimi, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: ##.##.2004-##.##.2006-cı illərdə “kran çilingəri” və ##.##.2006- ##.##.2009-cu illərdə “hidravlik” vəzifələrində işlədiyi dövr.
53. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilinə, yəni iddiaçının işlədiyi vəzifələrin istinad edilən müvafiq Siyahıda nəzərdə tutulan vəzifələrə aid olmamasına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
54. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
55. Iddiaçıya “X2” QSC tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli, **SC-X-**- ****/*** nömrəli araşdırıcı arayışında iddiaçının ##.##.2004-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi “kran çilingəri” və ##.##.2006-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi “hidravlik” vəzifələri "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993cü il tarixli, *** nömrəli Qərannın "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlarıması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" (2040200a - 18559) və həmin Qərarın "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısı" nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" (1030200a- 1753a) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 3-cü Metallurgiya Istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər" və 3.2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşələri ilə eynilik təşkil etməsi göstərilmişdir.
56. Həmçinin qeyd olunan müəssisənin məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən edilir ki, “kran çilingərləri” Cəmiyyətin Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində yük qaldırma kranlarının saz vəziyyətdə saxlanmasını, avadanlıqların, yük qaldırma kranlarının və mexanizmlərinin işləməsini, kranlarının əsas detallarının və mexanizmlərinin yoxlanmasını, bərkidilməsini və yağlanmasmı, təmin edir, kranaltı yolların və sökülə bilən mexanizmlərin texniki vəziyyətinə nəzarət və sair işləri həyata keçirir. Hidravlik və hidravlik-çilingərlər də Cəmiyyətin Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində bütün növ hidravlik və pnevmatik avadanlıqlarının vaxtında təmir edilməsi, avadanlıqların işləmə qabiliyyətinin, əsas detallarının və mexanizmlərinin yoxlanması, təmir olunan hidravlik və pnevmatik avadanlıqlarının sınaqdan keçirilməsi, istehsalat üzrə işçilərə təhvil verilməsi, sahələrdə olan avadanlıqların, alətlərin, tərtibatların düzgün istismar olunması, onlara texniki qulluq edilməsi və sair işləri həyata keçirir. Qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı qeyd edilən peşələr üzrə əmək fəaliyyəti Poladəritmə və Yayma sexlərində isti və zərərli iş şəraitində yayma və poladəritmə avadanlıqlarına xidmət etməklə bağlı olmuşdur.
57. Eyni zamanda, həmin qurumun məhkəmə kollegiyasının sorğusuna verdiyi ##.##.2026-cı il tarixli, **SC-X-**-****/*** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, əsas fəaliyyəti polad pəstah, armatur və boru istehsalından ibarət olan müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir, zərərli iş şəraitinə görə ona əlavə məzuniyyət günlərinin verilməsi və eyni zamanda süd və ona bərabər tutulan məhsulların verilməsi təmin edilmişdir.
58. Göründüyü kimi, işəgötürən tərəfindən verilən arayışa əsasən, iddiaçının ##.##.2004-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi “kran çilingəri” və ##.##.2006-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi “hidravlik” vəzifələrin müvafiq siyahılarda nəzərdə tutulmuş vəzifələrə uyğun olduğu göstərilmişdir. Lakin cavabdeh faktiki olaraq işəgötürən tərəfindən verilmiş arayışı qəbul etməmiş, iddiaçının güzəştli iş stajını mübahisələndirərək, iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmadığını bildirmişdir.
59. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cavabdeh iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmadığı nəticəsinə gəlsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. Ikincisi, şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
60. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, o cümlədən arayışla müəyyən edilir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Bu baxımdan da hazırki iş üzrə işəgötürən müəssisənin, yəni “X2” QSC-nin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğu nəzərə alınaraq, onun tərəfindən verilən arayış mötəbər sənəd kimi qəbul edilməlidir.
61. Həmçinin nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
62. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının işlədiyi “kran çilingəri” və “hidravlik” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulan yuxarıda qeyd olunan həmin bəndlərdəki vəzifələrlə uyğundur.
63. Göründüyü kimi, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının güzəştli şərtlərlə peşələrdə olan iş stajına daxildir.
64. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
65. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.