Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-759/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: qeydiyyatdan çıxarılma Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X7, X9, X15, X13) “pasport qeydiyyatından çıxarılma” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-12/2024 saylı qərarından üçüncü şəxs X8 qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X4 adına qeydiyyata alınmış, Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-80 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən, Mustafa-X2 Neymət Yusif oğlunun vərəsəsi tanınmışdır. Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-216 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, əmlak sonuncu tərəfindən iddiaçıya bağışlanmışdır. Həmin bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən **********59-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayış əsasında X7, X9, X15 və X5 onun mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu bilmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxslər - X7, X9, X15 və X5 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 120-4199M-3222 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir.
4. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 03/315 nömrəli məktubuna və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 191 nömrəli arayışına əsasən X7, X1 şəhəri, Qəzənfər Xalıqov küçəsi, ev 12 ünvanda qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda göstərilən ünvanda yaşamırlar. Üçüncü şəxslərdən X6 xx.xx.2011-ci il tarixdən Rusiya Federasiyasının vətəndaşının pasportu verilmişdir.
5. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)- 957/2023 nömrəli qətnaməsinə əsasən X10 ilə Qanuni nümayəndə1 arasında xx.xx.2005ci il tarixdə bağlanılmış və Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 102 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və tərəflərin birgə nikahından X15 və X5 anası X3 yanında saxlanılması qərara alınmışdır.
6. Qanuni nümayəndə1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qanuni nümayəndə2 hazırda ünvan 5i ünvanda qeydiyyatdadır.
7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 31/08 nömrəli məktubuna əsasən X10 ilə Qanuni nümayəndə1 arasında mənzil mübahisəsinə dair işə baxılmamışdır.
8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, xx-xx/2022 nömrəli məktubuna əsasən məhkəmənin icraatında X10 ilə Qanuni nümayəndə1 arasında yaşayış sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmamışdır.
9. X15 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə2 cavabdehlər Nümayəndə1, İddiaçı və Gəncə şəhəri 1 saylı notariat ofisinə, üçüncü şəxs DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 4Ə-216 №-li bağışlama müqaviləsinin ləğv edilməsini, ünvan 2 ünvanında yerləşən 69,1 kv.m sahəsi olan yaşayış evinə dair cavabdeh İddiaçı adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin həmin miras mülkə xx.xx.2006-cı il tarixdə anadan olmuş X13 adlı və xx.xx.2011-ci il tarixdə anadan olmuş X15 adlı vərəsələrin məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(125)-1017/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2(104)-1843/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-448/2024 nömrəli qərarı ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2(104)-1843/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli məktublarına əsasən X15 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə2 ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka dair “mənzilə köçürmə, istifadə hüququnun verilməsi, istifadə hüququna xitam verilməsi və istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair iddia üzrə mülki iş olmamış, ümumiyyətlə, daşınmaz əmlaka dair cari ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X7, X9, X15 və X5 ünvan 2 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evin ümümi sahəsi 69.1 kv.m-dən ibarətdir. Bildirir ki, 3-cü şəxslər X7, X9, X15, X13 onun qohumudurlar. 3-cü şəxslər ünvan 2 ünvanda yaşamırlar. Hazırda 3-cü şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır. O, 3-cü şəxsləri ünvan 2 ünvanından qeydiyyatından çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina edilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq həmin ünvanda qeydiyyatdadırlar. 3-cü şəxslər həmin ünvanda qeydiyyatda olduqlarına görə o məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər onun evində yaşamırlar, onların həmin ünvanda qeydiyyatda olmaları qanuna uyğun deyil.
15. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (anası) MustafaX17 izahatında bildirmişdir ki, evin ilkin mülkiyyətçisi Neymət Talıbov atası olmuşdur. Onun ölümündən sonra atasının vərəsəsi kimi evi əldə etmiş, daha sonra qızına, yəni iddiaçıya bağışlamışdır. Üçüncü şəxlərdən Ömər Talıbov və Aysu Talıbova qardaşı Qanuni nümayəndə1 övladlarıdır. Onun qardaşı sağlığında arvadı məcburi köçkün olan Qanuni nümayəndə2 ilə boşanmışdır. Qanuni nümayəndə2 övladları ilə birgə məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayırlar. Digər üçüncü şəxslər Kamilə Talıbova və Nizami Talıbov isə digər qardaşının övladlarıdır. Onlar hazırda Rusiya Federasiyasının Kazan şəhərinə köçmüş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-12/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, X7, X9, X15 və X5 ünvan 2 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
17. Məhkəmə hüquqi mövqeyini “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
18. Üçüncü şəxs X8 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-12/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaldırılmış iddia tələbi üzrə evdən istifadə hüququnun tanınması barədə Gəncə Şəhər Məhkəməsində iddia qaldırılmışdır. O, cümlədən iddia tələbi üzrə qeyd olunan ünvanda 2 fərdi yaşayış evi inşa edilmiş və iddiaçının qeyd etdiyi evə dair heç bir mülkiyyət sənədi mövcud deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. ünvan 10 ünvanda yerləşən mənzilə gəlin köçmüş və mərhum yoldaşı ilə arasında olan nikahı formal pozulmuş və daim olaraq qeyd olunan ünvanda yaşamışlar. İşdə olan sənədlərdən də görünür ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işə cəlb edilmiş 3-cü şəxslərin həmin evdə yaşamaları və ev üzərində istifadə hüquqularının olmasına və işin faktiki halı kimi qiymət verməyərək düzgün nəticəyə gəlməmişdir.
20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasına iş üzrə tərəflər gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
25. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
26. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
27. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
29. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
30. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
31. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
32. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
33. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
34. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
35. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
36. Birinci instansiya məhkəməsinin qərarı yalnız üçüncü şəxs X8 qanuni nümayəndəsi tərfəindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı üçüncü şəxs X11 münasibətdə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Bununla belə, birinci instansiya instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir.
41. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 2 mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır və iddiaçı ona məxsus evdə formal qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilərək, həmin şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. İş materiallarından da göründüyü kimi, ünvan 2 halhazırda xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Üçüncü şəxs X15 faktiki olaraq həmin ünvanda yaşamır. Belə olan halda, digər şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda olması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur.
43. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-448/2024 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, mübahisəli əmlakın X15 və X5 atasının mülkiyyətində olması və onun vəfatından sonra miras aktivini təşkil etməsinə dair hər hansı sübut mövcud deyildir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin hazırda evin mülkiyyətçisinin ailə üzvü hesab edilməyən, eləcə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olduğundan, eyni zamanda üçüncü şəxsin sözügedən mənzilə dair əmlak hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmadığından, faktiki olaraq həmin ünvanda yaşamadığından mənzilin mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
45. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması ilə bağlı qaldırılmış iddia uğurlu olduğu halda, sözügedən ünvanda faktiki yaşayacaqları halda yenidən həmin mənzilə qeydiyyata düşmələri mümkündür. Həmçinin iş materialları ilə, o, cümlədən elektron məhkəmə portalında hazırkı iddiaçıya qarşı üçüncü şəxs tərəfindən belə bir tələbin qaldırılması və belə bir məhkəmə mübahisəsinin olması müəyyən edilmir.
46. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.
47. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, üçüncü şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bundan başqa, həmin şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatda qalması məsələn iddiaçının əlavə kommunal xərclər ödəməsinə səbəb olur. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini onun təmin edilməsi üçün əsaslı hesab etmir.
48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-12/2024 saylı qərarı üçüncü şəxs X11 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.