Məhkəmə qərarları › İş №2-1(104)-76/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-76/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-76/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinə qarşı şəhidliklə bağlı arayışın verilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN4)- 779/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum X2nun xx.xx.N993-cü il tarixdə (və ya sənəd üzrə N-cü ildə) Azərbaycan Respublikasının suvenerliyi uğrunda erməni işğalçılarına qarşı Ağdam rayonunun Salahlı Kəngərli kəndi uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından həlak olduğu üçün ona şəhid adının verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “şəhid statusu verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin tarixli məhkəmə iclasında ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN4)-779/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, X5 şəhid olması ilə bağlı arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi həmin qərarla razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: Tələb onunla əsaslandırılmışdır ki, X2 N993-cü il tarixdə Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyünün və suverenliyinin qorunması üçün Samux rayon Hərbi Komisarlığından çağrış üzrə Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuş və N-cü il tarixdə Ağdam rayonunun Salahlı Kəngərli kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. X2 Samux rayonunda şəhidlər xiyabanında dəfn olunmuş, adı Samux rayonunun ərazisində bir küçəyə verilmişdir. Lakin onun ölüm səbəbi, hansı şəraitdə ölməsi və hansı vəzifəsini yerinə yetirərkən vəfat etməsi, yəni şəhid olması barədə rəsmi sənəd verilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N-cü il N5 yanvar tarixli, N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalar”nın N.2.6-cı bəndinə görə mərhum X2nun Ağdam rayonunu Salahlı Kəngərli kəndi uğrunda gedən döyüşlərdə həlak olması ilə bağlı cavabdehə müraciət etsə də qardaşına Şəhid statusunun – adının verilməsi barədə qərar, arayış verilməmişdir. Bununla bağlı imtina məktubu ona xx.xx.2020-ci il tarixdə çatmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə heç bir sübut olmamağına baxmayaraq iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, işdə olan sənədlərdən də görünür ki, məhkəmə cavabdeh inzibati orqanın məhkəmə iclasında iştirakını təmin etməmiş və çəkişmə prinsipini pozmuşdur. Cavabdeh inzibati orqanının nümayəndəsi də məhkəmə iclasında iştirak edərdisə, iddiaçının iddiasının əsassız olması öz təsdiqini tapacaqdı. Birinci instansiya məhkəməsinin qərarı ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən şəhid olması ilə bağlı arayış verilməli olan şəxsin hansı şəraitdə vəfat etməsi barədə məlumatları araşdırmamışdır. Çünki iddiaçının da qeyd etdiyi kimi mərhum şəxsin hansı şəraitdə vəfat etməsi ilə bağlı heç bir yerdə məlumat yoxdur. Belə məlumat olmadığı üçün cavabdeh inzibati orqanın da belə bir arayış verməklə bağlı səlahiyyəti yoxdur. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixə saat NN:00-a təyin edilmiş iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən, işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştitrak etmiş cavabdehin nümayəndələri X9 və XNN apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, habelə kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-N(NN4)-779/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İPM-in 82-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticə əsaslandırmaq üçün göstərmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının mərhum X2nun N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə aldığı güllə yarasında vəfat etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək və xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilsə belə, X5 aldığı güllə yarasından ölməsi onun xidmət etdiyi hərbi hissənin həmin zaman döyüşlərdə iştirak edən hərbi hissə olub-olmaması hər hansı əhəmiyyət kəsb etmir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X4 ölüm faktı ilə bağlı hər hansı cinayət işi istintaq edilməmiş, material araşdırılmamış və hər hansı məlumat qeydə alınmamışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Vüqar Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-4577 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək və xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9-cu il tarixli, N/M-397 nömrəli məktubundan görünür ki, Samux Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış, sıravi X8 N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün təminat siyahılarına salınmışdır, Təşkilat-Səfərbərik İdarəsinin xx.xx.N-xx.xx.N-cü il tarixli dövrü ilə əhatə edən qovluğunda məlumatda (həlak olduğu yer göstərilməmişdir) qeyd olunmuş “yanvar N- cü ildə həlak olmuş şəhidlərin siyahısında” Samux Rayon Hərbi Komissalığından çağrılmış, N972-ci il təvəllüdlü, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi X6 xx.xx.N-cü il tarixində aldığı güllə yarasından həlak olması barədə məlumat vardır, N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində X5 həlak olması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan cavabdehin xx.xx.202N-ci il tarixli məktubundan görünür ki, X5 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi üzrə vəfat etmiş zabit, gizir, əsgər və çavuşların qeydiyyat kitabında qeydiyyatı olmadığına görə onun nə zaman şəhid olması və şəhid statusunun verilməsi və ya şəhid statusunun ləğv edilməsi barədə məlumat yoxdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-7080 nömrəli məktubuna əsasən X8 N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınmış və xx.xx.N993-cü il tarixdə həlak olduğu üçün hərbi hissə komandinin xx.xx.N-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İş materiallarında olan X8 barəsində Samux MRX-nın xx.xx.N-cü il tarixli, 03 nömrəli ölüm arayışı əsasında tərtib olunmuş xx.xx.N-cü il tarixli, 03 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, beyindaxili qanaxma nəticəsində Salahlı Kəngərli kəndli uğrunda şəhid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022ci il tarixli, HP-06/30- 2554 nömrəli məktubundan görünür ki, X5 ölüm faktı ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və tabe hərbi prokurorluqlarda cinayət işi istintaq edilməmiş, material araşdırılmamış və hər hansı məlumat qeydə alınmamışdır İş materiallarında olan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, ƏƏSMN XN Sisteminin Sosial ödənişlər altsisteminə əsasən vətəndaş X7 şəhid ailəsi kimi hər hansı sosial ödənişin təyin olunmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı NN/N022 nömrəli məktubundan görünür ki, Samux rayon Mərkəzi Xəstəxanasının 9 fevral 20N9-cu il tarixli məktubunda V.S.Məmmədovun N-cü ilin yanvar ayında Ağdam rayonu ərazisində hərbi xidmətdə olduğu zaman həlak olması və Ağdam rayonunun Xındırıstan qəsəbəsində dəfn edilməsi barədə məlumat əldə olunduqdan sonra, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları ilə birlikdə Ağdam rayonunda artıq dəfn edilmiş V.S.Məmmədovun meyit yaxınları tərəfindən tanındıqdan sonra Samux rayonu, Sərkar kəndinə gətirilmişdir. Samux rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı XN0 tərəfindən meyitə baxış keçirilərkən onun alın nahiyəsində güllə yarası olduğu və onun təxminən bir həftə öncə qeyd edilən xəsarət nəticəsində həlak olduğu müəyyən edilmişdir. Məktubda həmçinin qeyd edilir ki, V.S.Məmmədovun ölümü ilə əlaqədar hərbi hissədən və müalicə müəssisəsindən xəstəxanaya hər hansı sənəd daxil olmamışdır. V.S.Məmmədovun döyüş əməliyyatları zamanı alın nahiyəsindən aldığı güllə yarasından həlak olması faktı hadisə baş verən zaman onun yanında olan əsgər yoldaşlarının notarial qaydada təsdiq edilmiş izahatları ilə də öz təsdiqini tapmaqdadır. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-N/2-M-2xx-xx/2023 nömrəli məktubuna əlavə edilmiş N saylı hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli N nömrəli əmrindən arxiv çıxarışından (§4) görünür ki, Samux rayon hərbi komissarlığı tərəfindən N dekabr N993-cü ildə səfərbər olunmuş sıravi X3 rayon hərbi komissarlığının müvafiq tarixli adlı siyahısına əsasən (sıra 75) “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq N №-li hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilmiş, bütün təminat siyahısına salınmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N992xx.xx.N, səh-45, “təvəllüdü N97N-ci il” yazılmışdır) xx.xx.N993-cü il tarixində Samux RHKdan çağırılmış, N97N-ci il təvəllüdlü X5 həlak olduğuna görə, hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N9 №-li əmrilə hərbi hissənin şəxsı heyətinin siyahısından çıxarılması barədə məlumat qeyd edilmişdir. Təşkilat Səfərbərlik İdarəsinin xx.xx.N - xx.xx.N-cü il tarixli dövrü əhatə edən qovluğunda (əsas: səh-64, sıra-2, məlumatda həlak olduğu yer göstərilməmişdir, “təvəllüdü N972-ci il” yazılmışdır) qeyd olunmuş “Yanvar N-cü ildə həlak olmuş şəhidlərin siyahısında” Samux RHK-dan çağırılmış, N972-ci il təvəllüdlü, N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi X5 xx.xx.N-cü il tarixində aldığı güllə yarasından həlak olması barədə məlumat vardır. “Yanvar N-cü ildə həlak olmuş şəhidlərin siyahısı” Samux rayon hərbi komissarı tərəfindən dairəvi möhür və imza ilə təsdiqlənmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N993-cü ildən 02 fevral N-cü ilədək olan nizami hissə üzrə əmrlərində X5 xidməti, həlak olması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinın xx.xx.N-cü il tarixindən sonrakı nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr N99N- ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun N-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N-cü il tarixli, N0 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: - N.N-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. -N.2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. - 4.N-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi" nin N6 saylı əlavəsinin N.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 30.N2.08 tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyr -müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr N993-cü il tarixli Qanununun N-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göründüyü kimi cavabdeh orqan X5 hansı şəraitdə vəfat etməsi barədə məlumatın olmamasını apellyasiya şikayətinin dəlillərində göstərsə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının mərhum X2nun N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə aldığı güllə yarasında vəfat etməsi müəyyən olunmuşdur və X4 ölüm faktı ilə bağlı hər hansı cinayət işi istintaq edilməmiş, material araşdırılmamış və hər hansı məlumat qeydə alınmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etmiş, məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin Məhkəməsinin 0N iyun 2020-ci il tarixli, 2-N(NN4)-843/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN4)- 779/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar