Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-761/2025 11.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), X8 və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X6 və X15 iştirakları ilə, “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4784/2025 nömrəli qərarından üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdehnə qeydiyyatdan çıxarılma ilə əlaqədar etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13-57/2-Ə-178xx/xx/2025 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, X6, X15, X12, X7, X19, X3 Gəncə şəhəri, Mikayıl Müşfiq küçəsi, dalan 1, ev 14 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.
İşdə olan sənədlər:
2. Gəncə şəhər 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.1991-ci il tarixdə, 2-6-765 reyestr nömrə ilə təsdiq edilmiş bağışlanma müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı adına keçmişdir.
3. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışına əsasən, X16, X26, X22, X17, X19, X1 şəhəri, Mikayıl Müşfiq küçəsi, dalan 1, ev 14 ünvanında qeydiyyatdadırlar.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-8848/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Mikayıl Müşfiq küçəsi 1-ci dalan, ev 14 ünvanında yerləşən daşınmaz əmlak Gəncə şəhər 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.1991-ci il tarixdə, 2-6-765 reyestr nömrə ilə təsdiq edilmiş bağışlanma müqaviləsinə əsasən İddiaçı adına keçmiş, ona xx.xx.1991-ci il tarixli, 4775 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, X6 adına Respublika ərazisində daşınmaz əmlak aşkar edilməmişdir.
6. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin xx.xx.2026-cı il tarixli, 5-1-2/2-19/2026 nömrəli məktubunda qeyd edilmişdir ki, Mikayıl Müşfiq küçəsi, 1-ci dalan, ev 14 ünvanında hal-hazırda X16, X26, X22, X17, X20, İddiaçı və X23 yaşayırlar.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdehnə və üçüncü şəxslər X13, X4, X10, X21, X18 və X11 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Ərizəsində qeyd olunan üçüncü şəxslərdən X14 və X5 tanımır, X16 qardaşı, X26 qardaşının arvadı, X22 və X17 qardaşının övladlarıdır. Qardaşı və onun ailəsi 7-8 il bundan öncə öz evlərini satdıqdan sonra ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyat düşmüşlər və hazırda da həmin evdə yaşayırlar. Digər üçüncü şəxsləri tanımır və qeydiyyatda olduğu evdə yaşamırlar. Üçüncü şəxslərin həmin evdə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etsə də, bundan imtina edilmişdir.
9. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4784/2025 nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia tələbi təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, üçüncü şəxslər iddiaçının ailə üzvü olmadığından onların iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur. Onların iddiaçıya məxsus evdə formal qeydiyyatda qalması isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
12. Üçüncü şəxs X16 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmiş, şikayətini onunla əsaslandırılmışdır ki, onun adına heç bir daşınmaz əmlak yoxdur və mübahisələndirilən ünvanda anadan olmuş, özü və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Bundan başqa, həmin mülkün kommunal xərcləri də tərəfindən ödənilir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X16 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, həmin ünvanda anadan olub, illərdir orada ailəsi ilə birlikdə yaşayır və bütün kommunal xərcləri də ödəyir.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli mənzil ona bağışlanmışdır və üçüncü şəxs Eldəniz Ələsgərov onun qardaşıdır. Həqiqətən də üçüncü şəxs orada anadan olub və hazırki tarixədək ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Aralarında narazılıq yarandığından üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb edir.
16. Digər üçüncü şəxs X26 da apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, təmin olunmasını xahiş etdi.
17. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Konstitusiyası:
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunu:
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.
21. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını kifayət qədər araşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir.
24. İşin halları ilə müəyyən olunur ki, iddiaçı Gəncə şəhəri, Mikayıl Müşfiq küçəsi, dalan 1, ev 14 ünvanında qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu qeydiyyatdan çıxarılmanın “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilməsinə istinad edərək müraciətin müsbət həllindən imtina etmişdir.
25. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını qanuni hesab etmiş, gəldiyi nəticəni üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqlarının olmaması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi nəticə üçüncü şəxs X16 tərəfindən mübahisələndirilmişdir. Belə olan halda məhkəmə araşdırımasının predmeti birinci instansiya məhkəməsinin qərarının üçüncü şəxs X10 münasibətdə qanuniliyidir.
26. İşdə olan Gəncə şəhər 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.1991-ci il tarixdə, 2-6-765 reyestr nömrə ilə təsdiq edilmiş bağışlanma müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı adına keçmişdir.
27. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-8848/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Mikayıl Müşfiq küçəsi 1-ci dalan, ev 14 ünvanında yerləşən daşınmaz əmlak Gəncə şəhər 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.1991-ci il tarixdə, 2-6-765 reyestr nömrə ilə təsdiq edilmiş bağışlanma müqaviləsinə əsasən İddiaçı adına keçmiş, ona xx.xx.1991-ci il tarixli, 4775 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
29. Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarının təsviri əsaslandırıcı hissəsində aydın formada göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır.
30. Göründüyü kimi Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər - şəxsin həmin yaşayış sahəsinə hər hansı əmlak hüququnun əldə etməməsi; şəxsin həmin yaşayış sahəsində faktiki olaraq yaşamaması mövcud olmalıdır.
31. Hazırki iş üzrə “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, üçüncü şəxs X2 şəhəri, Mikayıl Müşfiq küçəsi, dalan 1, ev 14 ünvanında qeydiyyatdadır.
32. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin xx.xx.2026-cı il tarixli, 5-1-2/2-19/2026 nömrəli məktubu ilə müəyyən olunur ki, üçüncü şəxs X16 hazırda Gəncə şəhəri, Mikayıl Müşfiq küçəsi, dalan 1, ev 14 ünvanında yaşayır.
33. Abonentin saldosu (xx.xx.2010-xx.xx.2026) və ödəniş cədvəlləri ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak üzrə kommunal ödənişlər üçüncü şəxs X16 tərəfindən həyata keçirilir.
34. Gəncə şəhəri, Mikayıl Müşfiq küçəsi, dalan 1, ev 14 ünvanında yerləşən daşınmaz əmlakın plan-sxemindən görünür ki, eyni həyət daxilində iki fərqli yaşayış sahələri mövcud olmaqla, fərqli giriş qapılarına malikdirlər. Eyni zamanda bu xüsusat tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla da öz təsdiqini tapır.
35. Yuxarıda qeyd olunan sübutlar və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edilir ki, üçüncü şəxs ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda qeydiyyatda olmaqla faktiki yaşayır. Belə olan halda Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarında nəzərdə tutulan şəxsin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməsi və həmin yaşayış sahəsində faktiki olaraq yaşamaması şərtləri ödənilmir.
36. Odur ki, üçüncü şəxsin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun xitam verilməsinə dair sənəd olmadığından və şəxs faktiki olaraq həmin ünvanda yaşadığından onun qeydiyyatdan çıxarılması üçün hüquqi və faktiki əsas mövcud deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üçüncü şəxs X10 münasibətdə təmin edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4784/2025 nömrəli qərarı qismən – “X6 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4784/2025 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov