Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-762/2025 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki iddiaçı şəxs - İddiaçı ##.##.2007-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur. Iddiaçı 2025-ci ilin avqust ayında ona məcburi köçün statusunun verilməsi üçün Cavabdeh müraciət etmişdir. Cavabdeh ## ###### 2025-ci il tarixli məktubu ilə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə Qaydaları"ın 4.1.6-cı bəndinə istinad edilərək ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının anası X3 daimi qeydiyyatı ünvan 1 ünvanında olduğundan ona - İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, atası Qanuni nümayəndə ## ####### 1968-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş və 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Atası Qanuni nümayəndə anası X3 ilə 1999-cu ildə ailə qurmuş və birgə nikahdan İddiaçı anadan olmuşdur. 2025-ci ilin avqust ayında məcburi köçkün statusunun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin ## ###### 2025-ci il tarixli məktubu ilə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə Qaydaları"ın 4.1.6-cı bəndinə istinad edilərək mənə məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Məktubda qeyd edilir ki, anası X3 daimi qeydiyyatı ünvan 1 ünvanında olduğundan ona - İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Hesab edir ki, anasının Gəncə şəhərində qeydiyyatda olması ona məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsindən imtina olunması üçün əsas ola bilməz. Komitənin ## ###### 2025-ci il tarixli № *-36-3/2-Q-9889- 48/2025/10464 nömrəli məktubu əsassızdır və ləğv edilərək məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. 1993-ci ildə atası - Qanuni nümayəndə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən rəsmi sənədə əsasən məcburi köçkün olduğu qeyd olunur. Həmçinin atasına - ##.##.2022-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. Anası Qəhrəmanova (keçmiş soyadı Kamalova) Nəsibə Qulu qızına isə 1993-cü ildə məcburi köçkün vəsiqəsi verilmişdir. Dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinəti alır. (60 manat) Buna baxmayaraq, cavabdeh Cavabdeh "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxs) "məcburi köçkün" statusu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə istinad edərək mənə məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinasını əsassız hesab etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair məhkəməyə etiraz ünvanlamamışdır. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia tələbi təmin olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında olan mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdeh orqanın istinad etdiyi Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndində valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Yəni Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir: 1) valideynlərindən atası «məcburi köçkün» statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırda iddiaçıya münasibətdə iki şərt ödənilir. Belə ki, onun atası Qanuni nümayəndə məcburi köçkün statusuna (AA ****** nömrəli vəsiqə) malikdir. Özü isə AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə sahibdir. Lakin cavabdeh orqanın imtinasının kökündə Qaydaların 4.1.6-cı bəndində göstərilən ikinci şərt - hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması dayanır. Həqiqətən də iş materiallarından aydın olur ki, iddiaçının anası X3 qeydiyyat ünvanı Gəncə şəhəri, T.Arani küçəsi, ev 19, mənzil 12 ünvanıdır. Göründüyü kimi iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində göstərilən üç şərtdən ikisi ödənilsə də, biri (hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması) ödənilməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əsaslı olaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anasının məcburi köçkün düşəndən bir müddət sonra babasının ona aldığı evə sahibliyini həyata keçirmək üçün qeydiyyatının həmin ünvana dəyişməsi təbi haldır. Bu haldan sui-istifadə edilməsi yolverilməzdir, çünki hər iki valideyninin məcburi köçkün olması və bu günə kimi doğma yurdlarına qaytarılmamaları onların yox, komitənin təqsiri üzündən olması aksiomadır. Məhkəmənin sübutlar əsasında çıxardığı nəticə yanlışdır, qanunsuz və əsassızdır. Sübutlar və qanunlar komitənin yox, onun xeyirinədir. Aidiyyəti sübutlar məhkəməyə təqdim edilmiş, lakin işin obyektiv halları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunu:
1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.
10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/4775" \o "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti"müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/4775" \o "Qaçqınların və X5 üzrə Dövlət Komitəsi"müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## #### 1999-cu il tarixli *** nömrəli Fərmanı: "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
2. Müəyyən edilsin ki: ... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
Cavabdeh ## ### 2013-cü il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: IV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: ... 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmadır. Iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsidir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş və maddi hüquq normalarına istinad edərək iddia tələbini təmin etmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə görə, uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə o hallarda verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtin ödənilməsi mübahisəsiz olmaqla ödənilsə də 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının atası Qanuni nümayəndə Kəlbəcər rayonu, Şərq küçəsində qeydiyyatda olsa da, anası X3 şəhəri, T.Arani küçəsi, ev 19, mənzil 12-də qeydiyyatdadır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Kollegiya hesab edir ki, məcburi köçkün statusunun verilməsindən imtina hüquqi əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Gəncə Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmadır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.