Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-767/2024 19.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.202N-ci il tarixli, **********8 nömrəli qərarında Azərbaycan Respublikasının əraz bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik dərəcəsinin təyin edilməsi barədə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-2565/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə (poçt zərfindəki tarix) Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “hərbi əliliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O N-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, ermənilərin hücumu zamanı sol qol dirsək oynağından, sağ ayağının aşağı nahiyyəsindən və baş nahiyyəsindən yaralanmışdır. Həmin vaxt Kəlbəcər rayon Mərkəzi Xəstəxanasına aparılmış, xx.xx.N990-cı il tarixdən xx.xx.N990-cı il tarixədək həmin xəstəxananın Travmatologiya Şöbəsində müalicə alandan sonra, xidmətə qayıtmışdır. xx.xx.N99N-ci il tarixədək xidmətinə davam etmiş, daha sonra xx.xx.N992-ci il tarixdə yenidən Tərtər rayon ərazisində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. xx.xx.N993-cü il tarixdə Ağdərə rayonu, Vəng kəndi uğrunda gedən döyüşdə hər iki ayağını və hər iki əlini don vurmuş və Tərtər rayon Mərkəzi Xəstəxana aparılmışdır. 2N.0N. N993-cü il tarixədək müalicə və müayinə olunduqdan sonra yenidən xidmətə qayıtmış və N994-cü ildə Ağdərə rayonu, Qırmızıkənd kəndi istiqamətində gedən döyüşlərdə sağ qolunun əzələ nahiyyəsindən və arxa sağ, sol sarğısından qəlpə yarası almışdır. Tərtər rayon səhra hospitalına gətirilmiş və orada müalicə olunmuşdur. Hərbi hissəyə qayıdan vaxt tərxis olunmuşdur. N990-cı ilin yanvar ayından N994-cü ilin iyul ayınadək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Səhhəti ilə bağlı cavabdehə müraciət etsə də, ona ümumi xəstəlik əsasında əlillik təyin edilmişdir. İddiaçı hərbi əlilliyinin təyin edilməsi məqsədilə hazırkı iddianı qaldırmışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “ona təyin edilmiş üçüncü dərəcə əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının əraz bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik dərəcəsinin təyin edilməsi barədə cavabdehin xx.xx.202N-ci il tarixli, **********8 nömrəli qərarında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixində ərizə ünvanlayaraq bildirmişdir ki, ard-arda 3 qardaş, bacısının, atasının vəfatı, anasının uzun sürədir xəstəlikdən əziyyət çəkən müalicəsi və özünün ailə durumunun çətin olması bu günədək hər hansı bir məhkəmə prosesinin qaldırılması iddiaçıya imkan verməmişdir. Yalnız 2023-cü ilin dekabr ayı pensiyasında olan artımla əlaqədar olaraq bu prosesi qaldırmaq qərarına gəlmişdir. Odur ki, onun qeyd etdiyi səbəbə görə iddia müddətini ötürdüyünü nəzərə alıb, buraxdığı iddia müddətini bərpa etməyi xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-2565/2024 saylı qərardadı ilə (hakim Z.Quliyev) İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-2565/2024 saylı qərardadının ləğv olunmasına və buraxılmış prosessual müddətin bərpasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, O N990-cı ilin yanvar ayında erməni qəsbikarlarına qarşı yaradılmış kəndinin özünü müdafiə taboruna könüllü olaraq daxil olmuşdur. Həmin vaxt erməni quldurları kəndlərinə mütamadi hücum edirdilər. Ermənilərin hücumu zamanı sol qol dirsək oynağından, sağ ayağının aşağı nahiyyəsindən və baş nahiyyədən yaralanmış, həmin vaxt onunla birlikdə yaralanmış kənd sakinləri ilə birlikdə kənd sakinlərinin köməyi ilə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasına müalicə və müayinə üçün onu da aparmışlar. xx.xx.N990-cı il tarixdən xx.xx.N990-cı il tarixədək həmin xəstəxananın Tramatologiya Şöbəsində müalicə alandan sonra yenidən kəndə qayıdıb və özünü müdafiə taborunda xidmətə qayıtmış, xx.xx.N99N-ci ildə kəndləri erməni işğalçıları tərəfindən işğal olunmuş, həmin vaxt onların taboru Kəlbəcər rayonu, Ağdaban kəndinə köçürülmüş, o yenə də döyüş yoldaşları ilə bərabər xidmətini davam etdirmişdir. N992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə erməni işğalçıları Ağdaban kəndinə hücüm edərək qətliam törətmişlər. Xeyli kənd sakinləri və döyüşçülər həlak olmuşlar. Özünü müdafiə taboru bu dəfə Kəlbəcər rayonunun Yanşaq kəndinə köçürülmüş və o ailə üzvüləri ilə bərabər həmin kənddə məskunlaşmış və yenidən özünü müdafiə taborunda Ağdaban kəndi uğrunda qanlı döyüşlərdən sonra kəndi işğaldan azad etmiş və şəhid olmuş qohumlarını, döyüş yoldaşlarını dəfn edəndən sonra o, xx.xx.N992-ci il tarixdə vəziyyətin kəskin olduğunu görüb, ailə üzvülərinin təhlükəsizliyi naminə Bərdə rayonuna gəlib orada onları məskunlaşdırdıqdan sonra, yəni xx.xx.N992-ci il tarixdə yenidən Tərtər rayon ərazisində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. xx.xx.N993-cü il tarixdə Ağdərə rayonu, Vəng kəndi uğrunda gedən qanlı döyüşdə xidməti vəzifəsini yerinə yetirərkən hər iki ayağını və hər iki əlini don vurmuş, döyüş yoldaşlarının köməyi ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına aparılmış, xx.xx.N993-cü il tarixədək müalicə və müayinə olunduqdan sonra yenidən xidməti yerinə qayıdıb və xidmətini davam etdirərək N994-cü ilin may ayının N-dən 2-nə keçən gecə Ağdərə rayonu, Qırmızıkənd kəndi istiqamətində gedən qanlı döyüşlərdə sağ qolunun əzələ nahiyyəsindən və arxa sağ, sol sarğısından qəlpə yarası almış ,döyüş yoldaşlarının köməyi ilə Tərtər rayon səhra hospitalına gətirilmiş və orada müalicə olunmuşdur. Müalicəni başa vurub hərbi hissəyə qayıdan vaxt ona bildirdilər ki, hərbi hissədən tərxis olunur və o tərxis olunmuş, lakin N990-cı ilin yanvar ayından N994-cü ilin iyul ayınadək Qarabağ uğrunda gedən qanlı döyüşlərdə iştirakı nəzərə alınmamış, sadəcə olaraq N ay 3 günlük xidməti qeyd edilmişdir. Ona görə də N990-cı ilin yanvar ayından N994-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi faktının təsdiq edilməsi üçün Tərtər Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmə 2(06N)-873/20N9 saylı, xx.xx.20N9-cu il tarixli qətnamə qəbul edərək ərizəsini təmin etmişdir. Səhhəti ilə bağlı Аzərbаycаn Rеspubliкаsı Əmək və Əhalinin Sosial Müdаfiəsi Nаzirliyi nəzdində Həkim Ekspertiza Komissiyasından keçmiş, ona ümumi xəstəlik əsasında 20N5-ci ildə 2-ci qrup, 202N-ci ildə təkrar hərbi əlilliklə bağlı müraciət etsə də, ona 3-cü qrup hərbi əlillik deyil, ümumi əlillik müəyyən edilmişdir. Bununla razılaşmamış, aidiyyəti qrumlara, o cümlədən ƏƏSMN-yə dəfələrlə onun tərəfindən müraciət edilsə də, ona hərbi əlillik təyin edilməmişdir. Ona hərbi əlilliliyin təyin edilməsinin Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdаfiəsi Nаzirliyinə həvаlə еdilməsinə dаir məhкəmə аktının qəbul edilməsi üçün iddia müddətinin bərpa edilməsi ilə Gəncə İnzibati Məhkəməsinə məcbur etməyə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə qərardadı ilə buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakı təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “XNrşı” 2N fevral N975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” N0 aprel 20N5-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın N.N, N.3, N.4 və 2.N-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, hüquqi marağı cavabdehin xx.xx.202N-ci il tarixli, **********8 nömrəli qərarında düzəliş edilməsindən ibarətdir. İddiaçı mübahisələndirdiyi qərardadan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüş, ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -38.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.N-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.N-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İş materialları müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.202N-ci il tarixli, **********8 nömrəli qərar iddiaçıya təqdim edilməsə də, iddiaçı ona ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyin olunmasından məlumatlı olmuş, həmin nəticə ilə razılaşmamış, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət vermiş, həmin şikayət əsasında iddiaçının xx.xx.2024-cü il tarixdə əyani müayinəsi keçirilmiş və müayinə nəticəsində cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarla iddiaçı barəsində “Ümumi xəstəlik səbəbi əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə” qərar qəbul edilmişdir. Həmçinin, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə xx.xx.202N-ci il tarixdən ümumi xəstəlikdən əlilliyə görə İİİ qrup müavinət təyin olunmuşdur. Beləliklə, iddiaçı mübahisələndirilən qərardan 2022-ci ildə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi qərardan məlumatı olduğu vaxtdan təxminən iki il sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından N il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı buraxılmış müddətin bərpası ilə bağlı ərizəsində göstərdiyi hallarla bağlı, həmçinin müddətin üzürlü hesab edilə bilməsini əsaslandıracaq mötəbər sübutları (qərarın ləğvi ilə bağlı cavabdehə və ya yuxarı orqanlara müraciət etməsini, ona verilən cavabları) məhkəmələrə təqdim edə bilməmişdir. Belə olduqda isə kifayət qədər üzün müddətdə buraxılmış müddətin bərpası heç bir halda əsaslı sayıla bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırmaları zamanı müəyyən olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüş, habelə müddətin üzürlü hesab edilməsi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apelyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-2565/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən N0 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-767/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-767/2024
19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver