Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-77/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Abdullayev Əlizamin Gürzalı oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Əbdülhəmid oğlunun, üçüncü şəxs X4 və onun nümayəndəsi (vəkil) X3 iştirakları ilə, “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-123/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. İddiaçı MMC-nin nizamnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış "xxxx" ASC-nin yenidən təşkili nəticəsində xx.xx.2016-cı il tarixdə “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********316300 nömrəli çıxarışdan görünür ki, “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırki adı İddiaçıdir. Huquqi ünvanı Qazax rayonu, Daş Salahlı, Daş Salahlı kəndidir.
3. “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2021-ci il tarixli,188 nömrəli müqaviləyə əsasən icarəyəverən Azərbaycan Respublikasının yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 3ində yerləşən 11400.0 kv.m torpaq sahəsi vulkan külü anbarının tikintisi üçün icarəçi “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir.
4. “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2023-cü il tarixli, 4340/188 nömrəli müqaviləyə əsasən icarəyəverən Azərbaycan Respublikasının yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 3ində yerləşən 11400.0 kv.m torpaq sahəsi vulkan külü anbarının tikintisi üçün icarəçi İddiaçı MMC-nin icarəsinə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.
5. xx.xx.2006-cı il tarixli, JN-1174, Kod 50209018 nömrəli Dövlət Aktından görünür ki, Ağstafa rayonu Poylu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 nömrəli qərarı ilə 0.95 ha torpaq sahəsi sahibkarlıq məqsədilə X1.
6. Ağstafa rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 152 nömrəli sərəncamından görünür ki, X2 fəaliyyəti ilə məşğul olması üçün Poylu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 nömrəli qərarına əsasən aldığı 0.95 ha torpaq sahəsinin 120.0 kvm-də bina tikməsi məqsədilə komissiya tərəfindən tərtib edilmiş akt təsdiq edilmişdir.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Ağstafa rayonu, Poylu qəsəbəsində 0.012 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********82 nömrəli məktubunda qeyd olunur ki, hüquqların qeydiyyatı üçün əsas kimi təqdim edilmiş torpaq sahəsinin təsdiq edilmiş yerquruluşu planında (torpaq sahəsinin sərhədləri (planı) haqqında sənəd) qeyd edilən əsas döngə nöqtələrinin koordinantları ilə elektron baza məlumatlarına əsasən araşdırma aparılarkən məlum olmuşdur ki, qeyd edilən ərazidə daşınmaz əmlakın dövlət reyestrindən **********06-10301 reyestr nömrəli çıxarışa əsasən başqa şəxsə məxsus fərdi yaşayış evi mövcuddur. Yuxarıda qeyd edilənlərə əsasən ərizənin icrası mümkün olmamışdır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 10 noyabr 2021-ci il tarixli, **********85 nömrəli məktubunda qeyd olunur ki, X4 adına Ağstafa rayonu Poylu bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli, 17 nömrəli qərarı ilə 0,95 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinə JN1174 nömrəli dövlət aktı tərtib edilmişdir və həmin torpaq sahəsinə Ağstafa rayon İcra Hakimiyyəti başçısının 31 may 2011-ci il tarixli, 152 nömrəli sərəncamı ilə 120 kv metr torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmiş və ********** qeydiyyat nömrəsi ilə 05 mart 2013cü ildə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır.
10. "xxxx" MMC tərəfindən hazırlanmış mütəxəssis rəyindən görünür ki, Ağstafa rayonu Poylu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 nömrəli qərarı ilə satılmış xx.xx.2006-cı il tarixli JN-1174, Kod 50209018 Dövlət Aktı ilə müəyyən edilmiş 0,95 hektar torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Poylu kəndinin inzibati ərazi daxilində yerləşir. **********06-10301 reyestr nömrəli çıxarışa əsasən X4 adına olan yaşayış evinin yerləşdiyi ərazinin koordinatları Poylu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-1174 nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşmür, müraciətə əlavə edilmiş “X10” MMC-nin icarəsinə verilməsi nəzərdə tutulan 1.14 ha torpaq sahəsinin yerquruluşu planında olan koordinatlar ilə Poylu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-1174 nömrəli Dövlət Aktında olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 16 may 2023-cü il tarixli, 3-21-3-37/2-3764/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, ********** qeydiyyat nömrəli, 05 mart 2013-cü il tarixli çıxarışda qeyd olunan 0,012 ha torpaq sahəsi Ağstafa rayonu, Pirili qəsəbəsində yerləşən vulkan külü anbarı kimi istifadə olunan 1,14 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin daxilində yerləşir, ********** qeydiyyat nömrəli, 05 mart 2013-cü il tarixli çıxarışda qeyd olunan 0,012 ha torpaq sahəsi Poylu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN 1174 nömrəli dövlət aktında olan torpaq sahəsi ilə üst-üstə düşmür və dövlət aktında göstərilən torpaq sahəsindən kənarda yerləşir.
Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı “X10” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 573/g-03 saylı və Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı ərazi şöbəsinin xx.xx.2015-ci il tarixli məktubları əsas götürülərək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tadqiqat Mərkəzi tərəfindən Ağstafa rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaqlardan vulkan külü anbarının tikilməsi məqsədilə istifadə olunması üçün "X10" MMC-yə ayrılan torpaq sahəsinin Yerquruluşu Plan tərtib edilərək təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cəmiyyət arasında Ağstafa rayonu, Pirili qəsəbəsində yerləşən vulkan külü anbarı kimi istifadə olunan 1,14 ha torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixli, 188 saylı müqavilə bağlanılmışdır. Cəmiyyətin icarəsində olan Ağstafa rayonu, Poylu qəsəbəsində yerləşən vulkan külü anbarı kimi istifadə olunan 1,14 ha torpaq sahəsi üzərində Cəmiyyətin icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi idarəsinin xx.xx.2021ci il tarixli, **********82 saylı məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş yerquruluşu planında göstərilən döngə nöqtələrinin koordinatları daxilində elektron bazadakı məlumatlara görə **********06-10301 reyestr nömrəli fərdi yaşayış evinə digər şəxsin adına (həmin reyestrdən çıxarışa əsasən X4) çıxarış verilmişdir. Bundan sonra iddiaçı tərəfindən X4 adına fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi barədə cavabdehə rəsmi müraciət edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********69 saylı məktubu ilə müraciətləri təmin edilməmişdir. Belə ki, fərdi yaşayış evinə verilmiş çıxarışdakı torpaq sahəsinin reyestr nömrəsindən göründüyü kimi, fərdi yaşayış evinin altındakı torpaq sahəsi xüsusi mülkiyyətdədir. Lakin Cəmiyyətin icarəsində olan torpaq sahəsi sənaye təyinatlı olmaqla dövlətin mülkiyyətindədir və çıxarış verilmiş fərdi yaşayış evi həmin torpaq sahəsində yerləşə bilməz. Fərdi yaşayış evinə verilmiş texniki pasportdakı ölçülərin Cəmiyyətin icarəsində olan torpaq sahəsində yerləşən qeyri yaşayış binasının ölçüləri ilə üst-üstə düşməsi o demək deyildir ki, həmin texniki pasport bu tikiliyə aiddir. Bu texniki pasportun həmin tikiliyə aid olmasını sübut edəcək yeganə əsas sənəd fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sənədidir ki, belə bir sənəd də mövcud deyildir. Torpaq ayırma sənədləri olmadığı üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən də hər hansı bir ölçü işləri aparılmamışdır və onların elektron bazasında bu barədə məlumat yoxdur. Həmin torpaq sahəsində fərdi yaşayış evi ola bilməz çünki, həmin ərazidə yaşayış məntəqələri torpaqları yoxdur. Fərdi yaşayış evinin texniki pasportunda əks olunan situasiya planına nəzər saldıqda evin sağında və solunda digər tikililərin əks olunduğu görünür. Lakin Cəmiyyətin icarəsində olan torpaq sahəsində yerləşən binanın ətrafinda faktiki olaraq heç bir tikili yoxdur. Yəni həmin bina fərdi yaşayış evi deyildir və vətəndaşa verilmiş texniki pasportdakı tikili ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən 15 saylı Ərazi İdarəsi tərəfindən vətəndaşa verilmiş çıxarışın və texniki pasportda göstərilən fərdi yaşayış evinin Cəmiyyətin icarəsində olan torpaq sahəsində yerləşən ofis binasına aid olması iddiasından imtina edilməli və vətəndaşın adına aparılmış qeydiyyatın ləğv edilməsi Mülki Məcəllənin və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinə əsasən təmin edilməlidir. Vətəndaşın fərdi yaşayış evi kənar ərazidə - onun mülkiyyətində olan sahədə yerləşməlidir. Vətəndaş dövlət torpağında (hazırda Cəmiyyətin icarəsində olan torpaqda) tikilmiş binanı göstərərək onun özünə məxsus fərdi yaşayış evi olduğu bildirmiş, cavabdehdən çıxarış və texniki pasport almışdır. Lakin cavabdeh torpaq sahəsinin sənədlərini araşdırmadan qeyri-yaşayış binasını və onun altındakı dövlətə məxsus torpaq sahəsini əsassız olaraq vətəndaşın xüsusi mülkiyyəti kimi qeydə almışdır. Bu səbəbdən cavabdeh tərəfindən vətəndaşa verilmiş çıxarışın və texniki pasportda göstərilən fərdi yaşayış evinin Cəmiyyətin icarəsində olan torpaq sahəsində yerləşən ofis binasına aid olması iddiasından imtina edilməli və X4 adına fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyat ləğv edilməlidir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-123/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qeyd əsasında verilmiş çıxarışdan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,012 ha təşkil etməsi göstərilsə də təyinatı göstərilməmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, E.Nağıyevə Poylu bələdiyyəsindən sahibkarlıq məqsədi ilə verilmiş 0,95 ha torpaq sahəsinin 120,0 kv.m hissəsində bina tikilməsinə Ağstafa rayon İcra Hakimiyətinin başçısının sərəncamı ilə icazə verilmişdir. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilmədiyi halda cavabdeh qurum yuxarıda qeyd edilən sərəncama əsasən həmin sahədə inşa edilmiş fərdi yaşayış evini qeydə almışdır. Digər tərəfdən mütəxəssis rəyindən sözügedən fərdi yaşayış evinin JN-1174 nömrəli Dövlət Aktı ilə müəyyən edilmiş torpaq sahəsində də yerləşmədiyi müəyyən olunur. Əlavə olaraq, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-3294/2021 nömrəli qərarının təsviri hissəsində şərh edilmiş mütəxəssis rəyindən E.Nağıyevə məxsus fərdi yaşayış evinin yerləşdiyi topraq sahəsinin koordinatları bütövlükdə "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi görünür.
16. Məhkəmə gəldiyi hüquqi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 16.1, 16.2 və 16.5-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
17. Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-123/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(102)3294/2021 nömrəli qərarında “Akkord” şirkətinin hüquqi varisi olan İddiaçı MMC-nin hazırki iddiası ərizəsində göstərilən məsələlərlə bağlı hüquqi qiymət verilmiş və həll edilmişdir. Belə olan halda Gəncə İnzibati Məhkəməsinin artıq eyni hallara yenidən baxılması, onları araşdırması preyudisiallığa zidd hərəkətdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X7 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxsin vəkili X6 apellyasiya şikayətini müdafiə etdiyi bildirdi, əlavə olaraq qeyd etdi ki, mülki işə ilk dəfə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən, sadəcə torpaq məsələsinə baxılıb, evə münasibət bildirilməmişdir. Ali Məhkəmə tərəfindən qətnamə ləğv edilərək geri qaytarılmışdır və hazırda mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Mübahisələndirilən evdə həm iddiaçının işçiləri, həm də üçüncü şəxs qalır, yaşayış üçün tam şərait olmasa da yaşamaq mümkündür.
22. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi Nümayəndə Əbdülhəmid oğlu apellyasiya şikayətinə etiraz etdi, əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir və üçüncü şəxsin adına çıxarış verilmiş əmlakda iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin üzərində yerləşir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair üçüncü şəxsin heç bir sənədi olmadığı təqdirdə hüquqları qeydə alınmışdır. Belə ki, təqdim olunmuş mütəxəssis rəylərindən də məlum olur ki, üçüncü şəxsin hüquqları dövlət aktına uyğun qeydiyyata alınmamışdır.
23. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
29. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
31. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
32. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
33. Belə ki, iddiaçı hüquqi şəxs ardıcıl olaraq “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2021-ci il tarixli,188 nömrəli və xx.xx.2023-cü il tarixli, 4340/188 nömrəli müqavilərdən irəli gələrək Azərbaycan Respublikasının yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən onun icarəsinə verilmiş ünvan 3ində yerləşən 11400.0 kv.m torpaq sahəsinin 0.012 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunmasını xahiş etmişdir.
34. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi əsaslı hesab edilərək təmin olunsa da, iddia tələbinin mümkünlük şərtlərinə düzgün hüquqi qiymət verilməmişdir.
35. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 10 noyabr 2021-ci il tarixli, **********85 nömrəli məktubunda qeyd olunur ki, X4 adına Ağstafa rayonu Poylu bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli, 17 nömrəli qərarı ilə 0,95 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinə JN1174 nömrəli dövlət aktı tərtib edilmişdir və həmin torpaq sahəsinə Ağstafa rayon İcra Hakimiyyəti başçısının 31 may 2011-ci il tarixli, 152 nömrəli sərəncamı ilə 120 kv metr torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmiş və ********** qeydiyyat nömrəsi ilə 05 mart 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır.
36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 16 may 2023-cü il tarixli, 3-21-3-37/2-3764/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, ********** qeydiyyat nömrəli, 05 mart 2013-cü il tarixli çıxarışda olan 0,012 ha torpaq sahəsi Ağstafa rayonu, Pirili qəsəbəsində yerləşən vulkan külü anbarı kimi istifadə olunan 1,14 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin daxilində yerləşir, ********** qeydiyyat nömrəli, 05 mart 2013-cü il tarixli çıxarışda qeyd olunan 0,012 ha torpaq sahəsi Poylu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN 1174 nömrəli dövlət aktında olan torpaq sahəsi ilə üst-üstə düşmür və dövlət aktında göstərilən torpaq sahəsindən kənarda yerləşir.
37. Belə olan halda ********** qeydiyyat nömrəli, 05 mart 2013-cü il tarixli çıxarışda qeyd edilən 0,012 ha torpaq sahəsinin Ağstafa rayonu, Pirili qəsəbəsində yerləşən vulkan külü anbarı kimi istifadə olunan 1,14 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin daxilində yerləşməsi mütəxəssis rəyi ilə öz təsdiqini tapır və bu işin mübahisə olunmayan halıdır.
38. “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2023-cü il tarixli, 4340/188 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 3i ünvanında yerləşən 11400.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.
39. Həmin Müqavilənin 1.4-cü bəndində qeyd olunur ki, torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil.
40. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən icarəçinin hüquq və vəzifələri aşağıdakılardır: -torpaq sahəsindən bu müqavilədə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;
41. Göründüyü kimi xx.xx.2023-cü il tarixli, 4340/188 nömrəli müqaviləyə əsasən dövlət mülkiyyətində olan ünvan 3ində yerləşən 11400.0 kv.m torpaq sahəsi İddiaçı MMCnin icarəsinə verilmişdir və həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Hazırki iddia tələbi icarəçi tərəfindən irəli sürülmüşdür və məhkəmə tərkibi hesab edir ki, istər müqavilədə, istərsə də mülki qanunvericlikdə icarəçinin torpaq sahəsi üzərində olan mübahisəyə dair iddia irəli sürmək hüququ müəyyən olunmamışdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.
43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin tələbinə, yəni mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsub olmasına da münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə icarəçinin hüquq və vəzifələri sadalanmış, torpaq sahəsinə dair mübahisə ilə bağlı müraciət hüququnun olması müqavilədə nəzərdə tutulmamışdır.
44. Beləliklə, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikasının yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müddətli olaraq icarəyə verilmişdir. İddiaçının dövlət mülkiyyətində olan Ağstafa rayonu, Pirili qəsəbəsində yerləşən 1,14 ha torpaq sahəsinin 0,012 ha hissəsinin üçüncü şəsxin adına alınmış qeydi mübahisələndirmək hüququ, başqa sözlə tələb üzrə subyektiv hüququnun olmasını istisna edilir.
45. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-123/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Əlizamin Abdullayev