Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-77/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə, “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1273/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 06 dekabr 2022-ci il tarixli, **********6 nömrəli “yaşa görə əmək pensiyasinın təyin edilməsindən imtina olunması haqqında” məktubunda qeyd olunmuşdur ki, İddiaçı əmək kitabçası və digər sənədlərinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək əyani təhsil dövrü, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-i il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 7 ay 7 gün təşkil etmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. əmək kitabçasında qeyd olunan mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional filialının X3 filialı ilə xx.xx.2022-ci il tarixində tərtib etdiyi akta əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti dövrü 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay (1995-ci ilin əmək haqqı kitabları arxivə təhvil verilməyib) əmək haqqı hesablanmayan aylar sığorta stajına daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamış, xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə müvinət təyin olunmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Gəncə şəhər Statistika idarəsinin 09 mart 2023-cü il tarixli, 3-34-23/2-60/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC 26 iyun 1996-cı ildən statistik vahidlərin dövlət reyestrində mövcuddur.
3. Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2023-cü il tarixli, 3- 34-23/2-60/2023 nömrəli arxiv arayışına əlavə edilmiş 02 iyul 1993-cü il tarixli 81 nömrəli çıxarışdaan İddiaçı Gəncə şəhəri 2713 nömrəli avtomobil dəstəsi üzrə avtobus sürücülüyündən kənar edilməsi, 23 may 1994-cü il tarixli 44 nömrəli əmrdən çıxarışdan Gəncə şəhər 2713 nömrəli avtomobil dəstəsinin sürücüsü İddiaçı maddi yardım edilməsi müəyyən olunur.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 23 avqust 2023-cü il tarixli, 3-17-1/2-193129/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi Daşkəsən Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli 52 №-li arayışa əsasən xx.xx.1973-cü il tarixində xx.xx.1974-cü il tarixinədək təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1981 -ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək,xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək,xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 il 10 ay 7 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 il) azdır. Araşdırma zamanı İddiaçı xx.xx.1989-cu ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti dövrü üzrə 1990-cı ildə 4 ay, 1991-ci ildə 1 ay, 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay (1995-ci ilin əmək haqqı kitabları arxivə təhvil verilməyib) olmaqla əmək haqqı olmadığı ümumi 2 il 4 ay onun sığorta stajına daxil edilməmişdir.
5. Azərbaycan Respublikası Dövlət X2 3-48-DA-4F/2-1943/1/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli arxiv arayışdan görünür ki, "xxxx" ASC-nin 1990-cı il üzrə 7 ay, 1991-ci il üzrə 11 ay, 1992-ci il üzrə 12 ay, 1993-cü il üzrə 12 ay, 1994-cü il üzrə 5 ay üzrə işçi heyətinə əmək haqqı hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1993-94-95-ci illərdə əmək haqqının hesablanmadığı 1 il 11 ay iş müddətinin sosial sığorta stajına daxil olunması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xx.xx.2022-ci tarixdə 65 yaşı tamam olduğu üçün cavabdeh tərəfindən yaşa görə 180 manat müavinət təyin olunmuşdur. Cavabdehə ona yaşa görə əmək pensiyasının təyin olunmasını bildirdikdə ümumilikdə 23 il 7 ay 7 gün sığorta stajının olduğunu, belə ki, Fondun Gəncə-Daşkəsən Regional filialının X3 Filialı ilə xx.xx.2022-ci il tarixdə tərtib etdiyi akta əsasən xx.xx.1989cu il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də əmək fəaliyyəti dövründə 1993cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay əmək haqqı hesablanmayan aylar sığorta stayına daxil edilmədiyi üçün əmək pensiyası yox, yaşa görə müavinət təyin edilmişdir. Cavabdehin imtinasında qeyd edilmişdir ki, cəmi 1 il 11 ay əmək haqqı hesablanmadığını göstərən məlumat olmadığı üçün sığorta stajına daxil olmamışdır, yəni tələb olunan 25 il tamam buna görə olmamışdır. Cavabdehin imtina cavabından görünür ki, əslində onun 25 il sığorta stajı tamam olub, amma 1 il 11 ay müddətində əmək haqqlarının hesablanmadığına görə 1 il 11 ay staja daxil olmamış, 25 il tamamlanmamışdır. Qeyd olunan əmək haqqının hesablanaraq əmək haqqı kitabının arxivə təhvil verilməsi onun vəzifəsi deyil. Belə ki, əmək haqqı işəgötürən tərəfindən hesablanır, verilir. O, həmin illər (1993-94-95) əmək haqqı almışdır. Amma əmək haqqının hesablanması haqqında məlumatın olmamasının səbəbi ona aydın deyil, bu dövlət orqanının öz-vəzifəsini düzgün icra etməməsindən irəli gəlmişdir, məhz bu səbəbdən ona yaşa görə müavinətin təyin edilməsi cavabdeh tərəfindən qanunsuzdur.
8. Cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına və digər sənədlərin surətlərinə əsasən sığorta stajı xx.xx.1973-sü il tarixdən xx.xx.1974-cü il tarixədək əyani təhsil dövrü, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-si il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 23 il 7 ay 7 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim olunan əmək kitabçasında qeyd olunmuş xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də olan əmək fəaliyyəti dövrünün araşdırılmasına zərurət yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional fillalının X3 Filialı ilə xx.xx.2022-ci il tarixdə tərtib etdiyi akta əsasən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövründə 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay əmək haqqı hesablanmayan aylar sığorta stajına daxil edilməmişdir. Odur ki, iddiaçının mübahisəsiz iş stajı cəmi 23 il 7 ay 7 gün təşkil edir və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci madəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1273/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. а)apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
с)apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.
15. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri..nəzərə alınır.
19. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
22. Cavabdeh inzibati orqanın imtina məktubunda və apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövründə 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay əmək haqqı hesablanmayan aylar sığorta stajına daxil edilmədiyindən şəxsə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 23 avqust 2023-cü il tarixli, 3-17-1/2-193129/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi Daşkəsən Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli 52 №-li arayışa əsasən xx.xx.1973-cü il tarixində xx.xx.1974-cü il tarixinədək təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1981 -ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək,xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək,xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 il 10 ay 7 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 il) azdır. Araşdırma zamanı İddiaçı xx.xx.1989-cu ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti dövrü üzrə 1990-cı ildə 4 ay, 1991-ci ildə 1 ay, 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay (1995-ci ilin əmək haqqı kitabları arxivə təhvil verilməyib) olmaqla əmək haqqı olmadığı ümumi 2 il 4 ay onun sığorta stajına daxil edilməmişdir.
24. Göründüyü kimi inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən iş stajı 25 ildən artıqdır və hazırda mübahisələndirilən illər "xxxx" ASC-dəki əmək fəaliyyəti dövründə 1993-cü ildə 4 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 12 ay işlədiyi dövrdür və məhz həmin illərin sosail sığorta staji kimi nəzərə alınmasının mümkünlüyü məhkəmə araşdırılmasının predmetini təşkil edir.
25. İnzibati orqanın dəlili iddiaçının işlədiyi illərə dair sənədlərin müvafiq sorğu əsasında arxivdə aşkar edilməməsidir.
26. Bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2023-cü il tarixli, 3- 34-23/2-60/2023 nömrəli arxiv arayışına əlavə edilmiş 02 iyul 1993-cü il tarixli 81 nömrəli çıxarışdan İddiaçı Gəncə şəhəri 2713 nömrəli avtomobil dəstəsi üzrə avtobus sürücülüyündən kənar edilməsi, 23 may 1994-cü il tarixli 44 nömrəli əmrdən çıxarışdan Gəncə şəhər 2713 nömrəli avtomobil dəstəsinin sürücüsü İddiaçı maddi yardım edilməsi müəyyən olunur.
27. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Gəncə şəhər Statistika idarəsinin 09 mart 2023-cü il tarixli, 3-34-23/2-60/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC 26 iyun 1996-cı ildən statistik vahidlərin dövlət reyestrində mövcuddur.
28. Göründüyü kimi iddiaçının 1993-cü il üzrə işlədiyi 4 ay inzibati orqan tərəfindən qəbul olunsa da, həmin il üzrə onun əlavə 8 ay əmək haqqı alması öz təsdiqini tapır. Bundan başqa 1995-ci il üzrə imtina dəlili əmək haqqı kitabının arxivə təhvil verilməməsidir. Bu hal isə iddiaçının ziyanına şərh oluna bilməz.
29. Belə ki, iddiaçının işləməsini təsdiq edən digər sənədlərin- əmrlərin, əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən sənədlərə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar.
30. Digər mübahisələndirilən 1994-cü il üzrə aylara münasibətdə iddiaçının əmək haqqı alması müəyyən olunmur və həmin ayların sosial sığorta stajı kimi nəzərə alınması ilə bağlı imtina dəlilləri əsaslıdır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
32. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
34. Göründüyü kimi iddiaçının mübahisələndirilən 1993-cü ildə 8 ay və 1995-ci il bütövlükdə nəzərə alındıqda, mübahisələndirilməyən əmək stajı 23 il 10 ay 7 gün təşkil edir, bu hal isə iddiaçıya yaşa görə əmək pensiyasının pensiya təyini üçün əsas yaradan 25 ildən artıqdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1273/2023 nömrəli qərarı qismən- İddiaçı 1994-cü ildə 7 ay "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1273/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, İslam Həsənov