Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-77/2025 01.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1435/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Cavabdeh 468/T nömrəli əmrdən çıxarışına əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 06/Q saylı xx.xx.2018-ci il tarixli əmri nəzərə alınaraq “Hərbi həkim işi” ixtisasına qəbul olmuş İddiaçı 2018/2019-cu tədris ilində Azərbaycan Tibb Universtitenin Hərbi Tibb Fakültəsinin İ kurs tələbəsi hesab edilmişdir. İV kurs 618A2a qrupunun tələbəsi İddiaçı İİ kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən - 4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Ümumi cərrahiyyə fənnindən-6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən - 10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) 16 fənndən 64 kredit akademik borcu qalmışdır. İddiaçı 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) akademik borcu olan olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə”nin 4-cü bölmə 9-cu bəndi və Hərbi Tibb Fakültəsi rəisinin raportuna əsasən İddiaçı Hərbi Tibbi Fakültəsindən xaric edilməklə, tələbə siyahısından çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrin ləğv edilməsi və onun Cavabdeh Hərbi Tibb Fakültəsinə və ya ödənişli əsaslarla Cavabdeh Tibb Fakültəsinə (əvvəlki Müalicə-profilaktika Fakültəsi) bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə 516 balla Cavabdeh Hərbi Tibb Fakültəsinə qəbul olmuşdur. 1-ci kursun payız semestrində Anatomiya 1-dən bir kəsri olmuşdur. 1-ci kursun yay semestrində Anatomiya 1-dən imtahan verərək həmin kəsri ləğv etmişdir. Buna baxmayaraq, sonradan ona Hərbi Tibb Fakültəsi tərəfindən tibbə aid əsas fənlərdən dərslərdə iştirak etməyə qəti qadağalar qoyulmuş və sonra da həmin fənlərdən imtahanlara buraxılmamışdır. 1 və 3 semestr sonra həmin fənlərdən, bir neçə dəfə də ödəniş əsasında dərslər keçirilib sonra imtahan vermişdir. xx.xx.2021-ci il tarixdə ağır avtoqəzaya uğramışdır. Avtoqəza nəticəsində ağır torako-abdominal travma, qaraciyərin sağ payının cırılması, daxili qanaxma, sağ kürək sümüyünün yerini dəyişən sınığı, qapalı kəllə-beyin travması, sol təpə nahiyənin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyat (Laparotomiya), qaraciyərin yarasının tikilməsi, qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenajı, yaranın birincili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiyası olunmuşdur. Başqa heç bir kəsri olmadığı halda onun dərslərdə iştirak etməyinə qadağalar qoyulmuş və 1, 2 və 3 semestrdən sonra əlavə təyin edilmiş dərslərin bəzisində avtoqəzadan sonra səhhətində yaranan problemlərlə əlaqədar iştirak edə bilməmişdir. Tibbə aid əsas fənlərdən vaxtında dərslərdə iştirak etməyinə icazə verilmədiyinə görə 4-cü kursun sonunda 64 kredit akademik borcu qalmışdır. 4-cü kursun sonunda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Hərbi-Həkim Komissiyasında şəhadətlənərkən onun xx.xx.2021-ci ildə avtoqəza nəticəsində çox ağır torako-abdominal travma, qapalı kəlləbeyin travması, sağ kürək sümüyünün yerini dəyişən sınığı, qaraciyərin sağ payının cırılması, sol təpə nahiyəsinin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyatlaparotomiya, qaraciyərin yarasının tikilməsi, daxili qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenaji, yaranın 1-cili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiya olunması, sağ gözündə çapıq və bulanıqlıq, görmənin zəifləyərək 100%dən 40%-ə düşməsinin aşkar olunmasına baxmayaraq, burnun xarici deformasiyası, burun çəpərinin əyriliyi, xarici tənəffüs funksiyasının pozulması, fibroqastroduodenoskopiya zamanı ezofaqit, eritematoz qastrit, qastroezofaqial reflyuks aşkar olunmasına baxmayaraq və heç əsgər də olmadığı halda 3-cü (zabit) qrafası ilə şəhadətləndirilmiş və "Hərbi xidmətə yararlıdır" yazılmışdır. Həkimlərin rəyləri MN-nin MHP-nın rəisinə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə, yəni 5-ci kursun əvvəlində ona qarşı çox haqsızlıq edilərək, tələbə hüquqları kobud pozularaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 saylı qərarına tam zidd olaraq onu Cavabdeh Hərbi-Tibb Fakültəsindən və eləcə də Cavabdehndən xaric ediblər. Belə ki, Universitetdən xaric olunmağı üçün Hərbi Tibb Fakültəsindən Milli Müdafiə Universitetinin rektoruna təqdimat yazılmış, sonra həmin təqdimat Cavabdeh rektoruna göndərilmişdir. Səbəb kimi onu göstəriblər ki, 64 kredit akademik borcu olmuş, akademik borcu ödəmək üçün bəzi əlavə dərslərdə iştirak etməmiş, guya akademik borcu ödəmək istəyi olmamış və ona görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Əslində 64 kredit akademik borcun yaranma səbəbi o olmuşdur ki, 1-ci kursun yaz semestrində, 2- ci kursda, 3-cü kursda və 4-cü kursda əsas tibbə aid fənlərdən öz dərslərində vaxtında iştirak etməyinə icazə verilməmiş, həmin dərslərdə iştirakı qəti qadağan edilmişdir. Bu səbəbdən də akademik borc yaranmışdır. xx.xx.2021-ci il tarixdə onun ağır avtoqəzaya uğrayaraq ağır əməliyyat keçirməyi, kəlləbeyin travması almağı ümumiyyətlə heç nəzərə alınmamış, ondan akademik borcu ödəmək istəyi olub-olmaması haqqında heç bir izahat alınmayaraq onun akademik borcu ödəmək istəyinin olmaması haqqında Hərbi Tibb Fakültəsi tərəfindən yalan məlumat verilmişdir. Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmrini əsas götürərək xx.xx.2022-ci il tarixdə tələbə universitetdən necə xaric edilə bilər ki, 2004-cü ildə Azərbaycan Respublikası hələ "Boloniya" bəyannaməsinə qoşulmamışdı. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, ATU-nin Hərbi Tibb Fakültəsi və Tibb Fakültəsi eyni ixtisasdır. İxtisas dəyişikliyi olmadığına görə onun Cavabdehnə qəbul olduğu ildəki keçid balı nəzərə alınmamalıdır və ödənişli əsaslarla Tibb Fakültəsinə bərpa olmağı mümkün hesab edilməlidir. Cavabdehndən xaric olmağına aid ATU rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinın xx.xx.2013-cü il tarixli 348 nömrəli Qərarına, Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq müqavilələrə və hüquqi aktlara, tələbənin hüquqlarına tamamilə zidd və qeyri-qanunidir. Məhkəmənin hüquqi yardımından sonra iddiaçının nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Cavabdeh Hərbi Tibb Fakültəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1435/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, "Hərbi həkim işi" ixtisasının tədris planı və proqramına əsasən tədris olunan fənlərdən "A qrupu- məcburi və ardıcıl tədris olunan fənlər" siyahısından olan Anatomiya-1, Anatomiya-2 və Anatomiya-3 fənləri prerekvizit fənn oldugundan ve daha öncə keçilməsi vacib olduğundan, həmçinin postrkvizit digər fənlərin prerekvizit fənlərini ödəmədiyindən İddiaçı tədrisi davam edən fənlərə buraxılmamışdır. Yəni, İddiaçı akademik borcu olan tələbə kimi həmin fənlərin yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməli olduğu halda, bunu etməmiş və prerekvizit fənlərdən akademik borcu qaldığından və bəzi fənlər üzrə təkrar dinlənilmə dərslərinə buraxılsa da, yenə də iştirak etmədiyindən, postrekvizit fənlərdən dərslərə buraxılmamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçı 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) kəsri olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, ancaq dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Adıçəkilən Qaydaların 3.2.23 və 3.4.8-ci bəndlərinə müvafiq olaraq semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda imtahana buraxılmayan tələbə həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malik olduğundan İddiaçı bəzi fənlərdən təkrar dinləmə dərslərində də iştirak etməyə buraxılmamışdır. Bundan başqa, iddiaçı tərəf iddiaçının xx.xx.2021-ci il tarixdə ağır avtoqəzaya uğraması və nəticədə ağır torako-abdominal travma, qaraciyərin sağ payının cırılması, daxili qanaxma, sağ kürək sümüyünün yerini dəyişən sınığı, qapalı kəllə-beyin travması, sol təpə nahiyənin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyat (Laparotomiya), qaraciyərin yarasının tikilməsi, qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenajı, yaranın birincili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiyası olunmasına istinad edərək, 2020/2021-ci ilin qış və sonrakı semestrlərində avtoqəzadan sonra səhhətində yaranan problemlərlə əlaqədar dərslərdə iştirak edə bilmədiyini göstərmişdir ki, bununla bağlı məhkəmə qeyd etmişdir ki, əvvəla, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”da səhhətinə görə tələbəyə həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə akademik məzuniyyətin verilməsi mümkündür. Lakin iddiaçı tərəf akademaik məzuniyyətin verilməsi ilə bağlı cavabdeh Universitetə müraciət etməmişdir. Digər tərəfdən isə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 mart 2022-ci il tarixli əmrinə əsasən 2022-ci ilin may ayında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında yekun tibbi şəhadətləndirilməyə cəlb olunmuş, İddiaçı şəhadətləndirilmənin nəticəsini Hərbi Tibb Fakültəsinə təqdim etməmişdir. Daha sonra adıçəkilən tələbənin valideyni hərbi həkim komissiyasının qərarından şikayət etmiş, bu barədə Milli Müdafiə Universitetinə müraciət etmişdir. Milli Müdafiə Universitetindən Hərbi Tibb Fakültəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli 237 nömrəli məktuba əsasən tələbə İddiaçı təkrar şəhadətləndirilməsi üçün yekun tibbi müayinə kartası (Forma 8) hazırlanaraq valideynə və tələbəyə təkrar tibbi şəhadətləndirilmədən keçməsi üçün mobil telefonla məlumat verilmişdir. Lakin tələbə xx.xx.2022-ci il tarixinə qədər Fakültəyə gəlməmişdir. Bu barədə Milli Müdafiə Universitetinin rektoruna məktubla məlumat verilmişdir (xx.xx.2022 x.o.№1589). Daha sonra tələbə İddiaçı yekun tibbi müayinə kartasını (Forma 8) götürərək müayinə üçün getmiş, lakin dəfələrlə Hərbi Tibb Fakültəsinin rəisi, Hərbi Tibb Fakültə rəisinin tədris işləri üzrə müavini, Hərbi Tibb Fakültə rəisinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə baş köməkçisi, Hərbi Tibb Fakültə rəisinin hüquq işləri üzrə köməkçisi, Tədris şöbə rəisinin elmi işlər üzrə müavini tərəfindən mobil telefonla məlumat verilməsinə baxmayaraq şəhadətləndirilməni yekunlaşdırmamışdır. xx.xx.2022-ci il tarixində Hərbi Tibb Fakültəsi rəisinin hüquq işləri üzrə köməkçisi mobil telefonla valideynə zəng etmiş, valideyn isə bazar ertəsi (xx.xx.2022-ci il tarixində) Fakültəyə gələcəyini bildirərək yalan məlumat vermiş, Fakültəyə gəlməmiş və ya tələbənin tibbi müayinə kartasını (Forma 8) yekunlaşdıraraq çatdırmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə qüvvəyə minmiş “Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında” Əsasnamənin İV bölməsinin 9cu bəndində imtahan-məqbul sessiyasının nəticələrinə görə üç və daha çox fəndən borcu olan və ya müəyyən edilmiş müddət ərzində akademik borcu ödəməyən kursantların Hərbi Tibb Fakültəsindən ali (orta) hərbi tədris müəssisələri üçün müəyyən edilmiş qaydada xaric edilmələri, eyni zamanda Hərbi Tibb Fakültəsinə qəbul olunmuş tələbə bu və ya digər səbəbdən həmin fakültədə təhsil almaqdan imtina etdiyi halda, Cavabdehndən xaric edilməsi təsbit edilmiş və yenidən bərpa edilməsinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə 516 balla Cavabdeh Hərbi Tibb Fakültəsinə qəbul olunmuş, 1-ci kursun payız semestrində anatomiya-1-dən bir kəsiri olmuş, 1-ci kursun yay semestrində 385 AZN ödədikdən sonra anatomiya-1-dən bir ay dərs keçilmiş və imtahan verərək həmin kəsiri ləğv etmişdir.Lakin buna baxmayaraq prerekvizit fənlər adı ilə 1-ci kursun yaz semestrində (2018/2019-cu tədris ilində) anatomiya-2 fənnindən, 2-ci kursun payız semestrində (2019/2020-ci tədris ilində) anatomiya-3 fənnindən, normal fiziologiya-1 fənnindən, 2-ci kursun yaz semestrində (2019/2020-ci tədris ilində) normal fiziolociya-2 fənnindən, patoloji anatomiya-1 fənnindən, topoqrafik anatomiya fənnindən, 3-cü kursun payız semsestrində (2020/2021-ci tədris ilində) patoloji anatomiya-2 fənnindən, operativ cərrahiyyə fənnindən, patoloji anatomiya-2 fənnindən, patoloji fiziologiya-1 fənnindən, 3-cü kursun yaz semestrində (2020/2021-ci tədris ilində) patoloji fiziologiya-2 fənnindən, ümumi cərrahiyyə fənnindən, daxili xəstəliklər- 1 fənnindən, ginekologiya fənnindən, 4-cü kursun payız və yaz semestlərində (2021/2022ci tədris illərində) cərrahiyyə fənnindən, daxili xəstəliklər-2 fənnindən, endokrinologiya fənnindən, uşaq xəstəlikləri fənnindən, neyrocərrahiyyə fənnindən, oftalmologiya fənnindən, ağ ciyər xəstəlikləri fənnindən, psixiatriya fənnindən ona dərslərdə dinləmələrdə iştirak etməyimə qəti qadağa qoyulmuş, sonra da həmin fənlərdən imtahanlara buraxılmamışdır. 1-ci kursun yaz semestrindən 4-cü kursun sonuna qədər tibbə aid fənlərdən dərslərdə vaxtında iştirak etməkdən tamamilə təcrid olunmuş, sonradan, yəni bir və ya iki il keçdikdən sonra anatomiya-2 fənnindən, anatomiya-3 fənnindən, normal fiziologiya-1 fənnindən, normal fiziologiya-2 fənnindən (bəzilərindən də ödəniş etməklə) əlavə təyin olunmuş dərslərdə iştirak edərək həmin fənlərdən imtahan vermişdir. Vaxtında yuxarıda göstərilən fənnlərdən dinləmələrdə iştirak etməyinə qadağa qoyulduğuna görə və sonra da imtahanlara buraxılmadığına görə nəticədə 4-cü kursun sonunda 64 kredit akademik borcu qalmışdır. xx.xx.2021-ci il tarixdə ağır avtoqəzaya uğramışdır. Avtoqəza nəticəsində ağır torako-abdominal travma, qara ciyərin sağ payının cırılması, daxili qanaxma, sağ kürək sümüyünün yerinidəyişən sınığı, qapalı kəllə-beyin travması, sol təpə nahiyəsinin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyat - Laparotomiya, qaraciyərin yarasının tikilməsi, qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenajı, yaranın birincili cərrahi işlənilməsi, sağ yuxarı ətrafın immobilizasiyası olunmuşdur. Sonradan səhhətilə əlaqədar bəzi təkrar dinləmələrdə iştirak edə bilməmişdir. Məhkəmənin qərarında göstərilmişdir ki, səhhətilə əlaqədar akademik məzuniyyət götürmək üçün cavabdeh Universitetə müraciət etməmişdir. Səhhətilə əlaqədar akademik məzuniyyət götürmək üçün Hərbi Tibb Fakültəsinə ona görə müraciət etməmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 saylı Qərarına zidd olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə qüvvəyə minmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında" Əsasnamənin İV bölməsinin 9cu bəndində göstərilmişdir ki, Hərbi Tibb Fakültəsindən xaric olmuş tələbə və kursantlar yenidən Hərbi Tibb Fakultəsinə bərpa oluna bilməzlər. 4-cü kursun sonunda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında şəhadətlənərkən onun avtoqəza nəticəsində xx.xx.2021-ci il tarixdə çox ağır torako-abdominal travma, qaraciyərin sağ payının cırılması, daxili qanaxma, qapalı kəllə-beyin travması,sol təpə nahiyəsinin cırılmış yarası, sağ kürək sümüyünün yerinidəyişən sınığına görə-Ttəcili Laparotomiya, qaraciyərin yarasının tikilməsi, qarın boşluğunun sanasiya və drenajı, qanaxmanın dayandırılması, yaranın birincili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiyası əməliyyatına məruz qaldığı aşkar olunduğu halda, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında oftalmoloqun müayinəsi zamanı sağ gözündə çapıq və bulanıqlıq, görmənin zəifləyərək 100%-dən 40 %ə düşməsi aşkar olunduğu halda, fibroezofaqoqastroduodenoskopiya zamanı ezofaqit, eritematoz qastrit, qastroezofaqial reflyuks aşkar olunduğu halda otorinolarinqoloqun müayinəsi zamanı burnun xarici deformasiyası, burun çəpərinin əyriliyi, xarici tənəffüs funksiyasının pozulması aşkar olunduğuna baxmayaraq və heç əsgər də olmadığı halda o, həkimlər tərəfindən 3-cü (zabit) qrafası üzrə şəhadətləndirilərək "Hərbi xidmətə yararlıdır"rəyləri verilmişdir. O, həmin rəylər yazılan kartanı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinə, müayinələri və həkim rəylərinin yazıldığı kartanın surətini isə Gəncə İnzibati Məhkəməsinə təqdim etmiş, halbuki, Müdafiə Nazirliyinin "Hərbi-Həkim Komissiyası haqqında" müvafiq əmrində göstərilmişdir ki, zabitlərin şəhadətləndirilməsi ilə zabitliyə qəbul edilməsi nəzərdə tutulan şəxslərin şəhadətləndirilməsi tamamilə fərqli aparılmalıdır. 4-cü kursun sonunda 64 kredit akademik borcu olduğunu əsas götürərək Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri ilə Cavabdeh Hərbi Tibb Fakültəsindən və eləcə də Cavabdehndən xaric edilərək tələbə siyahısından çıxarılmışdır. O, dəfələrlə Cavabdeh rektoruna, Azərbaycan Respublikası Elm və Təhsil nazirinə, Azərbaycan Respublikasının Səhiyyə nazirinə, Azərbaycan Respublikası Müdafiə nazirinə yazılı ərizə ilə müraciət edərək Cavabdeh Hərbi Tibb Fakultəsinə və ya ödənişli əsaslarla ixtisasca ona uyğun olan Cavabdeh Tibb Fakultəsinə bərpa olunmağını xahiş etmiş, lakin buna baxmayaraq onlar tərəfindən heç bir müsbət qərar qəbul edilməyib. O, Gəncə İnzibati Məhkəməsində vəsatət qaldıraraq xahiş etmişdir ki, Cavabdehnə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu göndərilsin. Tibb Universitetinə sorğuda tələb olunsun ki, İddiaçı 1-ci kursun yaz semestrindən 4-cü kursun sonuna qədər yuxarıda göstərilən fənlərin hamısından vaxtında dərslərdə dinləmələrdə iştirak etməyinə qadağa qoyulmasına aid əmrlərin tarixləri və nömrələri ayrı-ayrılıqda göstərilməklə açıqlama verilsin. Elm və Təhsil Nazirliyinə və Səhiyyə Nazirliyinə sorğuda tələb olunsun ki, İddiaçı akademik borca görə tələbə siyahısından xaric edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə zidd olub-olmaması barədə açıqlama versinlər. Gəncə İnzibati Məhkəməsi tərəfindən yuxarıda göstərilən vəsatətlə əlaqədar Cavabdehnə, Elm və Təhsil Nazirliyinə bir neçə dəfə sorğu göndərilməsinə baxmayaraq həmin sorğulara cavab verilməmişdir. Cavabdeh tərəfindən həmin sorğu ona görə cavablandırılmalıdır ki, həmin sorğular cavablandırılmadığı halda 1-ci kursun yaz semestrindən 4-cü kursun sonunadək prerekvizit fənlər adı ilə vaxtında tibbə aid bütün fənlərdən təcrid olunmağını, sonradan həmin fənlərdən neçəsindən və neçə il sonra təkrar dinləmə adlandırdıqları (əgər bu mümkünsə) fənlərdən dinləmələrdə iştirak etməyinə icazə verilməsi və onların neçəsində iştirak edib imtahan verməyini, vaxtında yuxarıda göstərilən fənlər üzrə ayrılmış auditoriya saatlarının nəinki 25 faizindən çoxunda, heç 1 faizində də iştirak etməyinə icazə verilməməsi və bu səbəbdən də imtahanlara buraxılmamağı, həmçinin yay dinləmələrinə və imtahanına buraxılmamağı, bununla əlaqədar kursdan kursa keçdikcə daha çox fənlərdən akademik borcu qaldığı və bu qayda ilə 4-cü kursun sonunda ondan asılı olmayan səbəbdən nəinki 3 (üç), daha çox fənlərdən akademik borcunun qalmasının və nəticədə Cavabdehndən qanunlara zidd olaraq xaric olmağının əsil səbəblərini məhkəmə tərəfindən müəyyən etmək və düzgün qərar çıxarmaq mümkün deyil. Məhkəmənin qərarının əsaslandırma hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə qüvvəyə minmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında" Əsasnamənin İV bölməsinin 9-cu bəndində imtahan-məqbul sessiyasının nəticələrinə görə üç və daha çox fəndən borcu olan və ya müəyyən edilmiş müddət ərzində akademik borcu ödəməyən kursantların Cavabdehndən xaric edilməsi təsbit edilmiş və yenidən bərpa edilməsinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri Müdafiə nazirinin yuxarıda göstərilən əmrinə əsaslanaraq verilmişdir və ona görə də Gəncə İnzibati Məhkəməsi Cavabdeh rektorunun əmrinin düzgün olması və onun ləğv edilməməsi qənaətinə gəlmişdir. X3 Məhkəməsi qərar verərkən Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 nömrəli Qərarının ziddiyyətli olması, Nazirlər Kabinetinin Qərarının hüquqi qüvvəsinin yüksək olması, normativ hüquqi aktların kolliziyası zamanı məhkəmənin daha yüksək hüquqi qüvvəsi olan normativ hüquqi akta istinad edərək qərar çıxarması nəzərə alınmamışdır. Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə qüvvəyə minmiş "Cavabdeh Hərbi Tibb Fakultəsi haqqında" Əsasnamənin İV bölməsinin 9-cu bəndində imtahan- məqbul sessiyasının nəticəsinə görə üç və daha çox fəndən borcu olan və ya müəyyən edilmiş müddət ərzində akademik borcu ödəməyən kursantların Cavabdehndən xaric edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 1.3.9-cu bəndində: Təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması; 4.3-cü bəndində: Tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir, həmin tələbə kontingentdə saxlanılmaqla təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Göründüyü kimi, Müdafiə nazirinin xx.xx.2024-cü il tarixli 34 nömrəli əmri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarına tamamilə ziddir. Gəncə inzibati Məhkəməsi bu ziddiyyətləri ümumiyyətlə nəzərə almamışdır və hüquqi qüvvəsi daha yüksək olan Nazirlər Kabinetinin bu Qərarına istinad edərək qərar çıxarmalı olduğu halda, tamamilə əksinə olaraq hüquqi qüvvəsi daha aşağı olan Müdafiə nazirinin bu əmrinə istinad edərək qərar çıxarmışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə dair etiraz təqdim edilərək apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli № e- 2-1(114)-1435/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin şikayəti əsassız hesab edir və bunları aşağıdakılarla əsaslandırır: İddiaçı 2018/2019-cu tədris ilində Cavabdeh Hərbi Tibb Fakültəsinə 516 balla qəbul olmuşdur. İl kursun semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən-4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Umumi cərrahiyyə fənnindən- 6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən-10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) 16 fəndən 64 kredit akademik borcu qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili qaydaları"nın 3.2.14 bəndinə müvafiq olaraq, tələbə 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021 - ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) kəsiri olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbi ilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Göründüyü kimi iddiaçı bununla özü özünü tibbə aid fənlərdən təcrid etmişdir. Tələbənin təhsildə müvəffəqiyyətsizliyini və akademik borcu ödəməyə istəyi olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə tətbiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsəsən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Həmin Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Hərbi Tibb Fakültəsindən xaric olunmuş tələbə və kursantlar yenidən fakültəyə bərpa oluna bilməzlər. İddiaçının təkrar dinləmə dərslərində iştirak etməməsi səhhəti ilə bağlı olması barədə yazdıqları əsassızdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas(baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ına əsasən, tələbə səhhəti ilə bağlı müvafiq sənədləri təqdim etməklə akademik məzuniyyət götürə bilər. Lakin, Abbasov akademik məzuniyyətin verilməsi ilə bağlı Universitet rəhbərliyinə müraciət etməmişdir. Bu bir daha Abbasovun üzrsüz səbəbdən dərsdən yayınmasına və akademik borcu ödəməyi istəyi olmamasını təsdiq edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas(baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ına əsasən ölkə daxilində bakalavriat səviyyəsində, əsas(baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digəninə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imlahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə müalicə-profilaktika və stomatologiya fakültələrinin qəbul balından(609) aşağıdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 mart 2022-ci il tarixli 79 nömrəli əmrinə əsasən Hərbi Tibb Fakültəsinin Hərbi həkim hazırlığı kursunun hərbi həkim işi ixtisası üzrə İV, stomatologiya ixtisası üzrə İİİ kurs tələbələri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında yekun tibbi şəhadətləndirilməyə cəlb olunurlar. Hərbi həkim işi ixtisası üzrə İV kurs tələbəsi İddiaçı şəhadətləndirilmənin nəticəsini Hərbi Tibb Fakültəsinə təqdim etməmişdir. Daha sonra onlara məlum olub ki, tələbənin valideyni hərbi həkim komissiyasının qərarından şikayət etmiş, bu barədə Milli Müdafiə Universitetinə müraciət etmişdir. Milli Müdafiə Universitetindən Hərbi Tibb Fakültəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli 237 nömrəli məktuba əsasən tələbə İddiaçı təkrar şəhadətləndirilməsi üçün yekun tibbi müayinə kartası (Forma8) hazırlanaraq valideynə və tələbəyə təkrar tibbi şəhadətləndirilmədən keçməsi üçün mobil telefonla məlumat verilmişdir. Lakin tələbə Hərbi Tibb Fakültəsinə gəlməmişdir. Bu barədə Milli Müdafiə Universitetinin rektoruna məktubla məlumat verilmişdir (xx.xx.2022 x.o.N1589). Daha sonra tələbə İddiaçı yekun tibbi müayinə kartasını (Forma8) götürərək müayinə üçün getmiş, lakin dəfələrlə Hərbi Tibb Fakültəsinin rəisi, Hərbi Tibb Fakültə rəisinin tədris işləri üzrə müavini, Hərbi Tibb Fakültə rəisinin İdeoloji iş və mənəvi psixoloji təminat üzrə baş köməkçisi, Hərbi Tibb Fakültə rəisinin hüquq işləri üzrə köməkçisi, Tədris şöbə rəisinin elmi işlər üzrə müavini tərəfindən mobil telefonla məlumat verliməsinə baxmayaraq bu günədək şəhadətləndirilməni yekunlaşdırmamışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixində Hərbi Tibb Fakültəsi rəisinin hüquq işləri üzrə köməkçisi mobil telefonla valideynə zəng etmiş, valideyin isə bazar ertəsi (xx.xx.2022-ci il tarixində) fakültəyə gələcəyini bildirərək yalan məlumat vermiş, bu günə qədər fakültəyə gəlməmiş və ya tələbənin tibbi müayinə kartasını (Forma 8) yekunlaşdıraraq çatdırmamışdır. İddiaçının bu hərəkətləri təhsildən yayınmaq və məsuliyyətsizlik kimi qiymətləndirilir. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakın təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR İPM 62.3. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Maddə 42. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Maddə 149. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Maddə 2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Maddə 2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir. Maddə 2.4. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir. Maddə 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Maddə 2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Maddə 2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Maddə 2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Maddə 2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Maddə 10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Maddə 11.0. Normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır: Maddə 11.0.1. birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər. 1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi; 1.3.2. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi; 4.3. Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı (-). 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı 2018/2019-cu tədris ilində 516 balla Cavabdeh “Hərbi həkim işi” ixtisasına qəbul olunaraq, Hərbi Tibb Fakültəsinin İ kurs tələbəsi hesab edilmişdir. İddiaçı İİ kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən - 4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Ümumi cərrahiyyə fənnindən-6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən - 10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) 16 fənndən 64 kredit akademik borcu qalmışdır. O, 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) akademik borcu olan olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcu ödəməmiş, nəticədə Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə”nin 4-cü bölmə 9-cu bəndi və Hərbi Tibb Fakültəsi rəisinin raportuna əsasən İddiaçı Hərbi Tibbi Fakültəsindən xaric edilməklə, tələbə siyahısından çıxarılmışdır. İddiaçı hazırda qeyd edilən əmri mübahisələndirərək, Hərbi Tibb Fakültəsinə bərpa olunmaq üçün məhkəməyə müraciət etmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi bu qənaətə gələrkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə qüvvəyə minmiş “Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında” Əsasnamənin İV bölməsinin 9-cu bəndində imtahan-məqbul sessiyasının nəticələrinə görə üç və daha çox fəndən borcu olan və ya müəyyən edilmiş müddət ərzində akademik borcu ödəməyən kursantların Hərbi Tibb Fakültəsindən ali (orta) hərbi tədris müəssisələri üçün müəyyən edilmiş qaydada xaric edilmələri, eyni zamanda Hərbi Tibb Fakültəsinə qəbul olunmuş tələbə bu və ya digər səbəbdən həmin fakültədə təhsil almaqdan imtina etdiyi halda, Cavabdehndən xaric edilməsi təsbit edilmiş və yenidən bərpa edilməsinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Bununla yanaşı məhkəmə iddiaçının postrekvizit fənlərdən dərslərə buraxılmamasını da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə uyğun olduğunu bildirmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4.3. bəndinə əsasən Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. İş materiallarında yer alan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə qüvvəyə minmiş “Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında” Əsasnamənin İV bölməsinin 9-cu bəndinə əsasən imtahan-məqbul sessiyasının nəticələrinə görə üç və daha çox fəndən borcu olan və ya müəyyən edilmiş müddət ərzində akademik borcu ödəməyən kursantların Hərbi Tibb Fakültəsindən ali (orta) hərbi tədris müəssisələri üçün müəyyən edilmiş qaydada xaric edilillər. Hərbi Tibb fakültəsinə seçilmiş kursantlar hərbi andiçmədən öncə bu və ya digər səbəbdən fakültədə təhsildən imtina edə bilərlər. Onların mülki ali tibbi təhsili davam etdirməyinin mümkünlüyü ATU rektoru tərəfindən həll edilir. Hərbi andiçmə mərasimi keçmiş dinləyicilərin fakültədən öz arzusuna görə xaric edilməsi ümumi qəbul edilmiş qaydalarla həyata keçirilir. Göründüyü kimi qeyd olunan Qaydalar və Əsasnamə arasında açıq ziddiyyət mövcuddur. Belə olan təqdirdə bu ziddiyyət normativ hüquqi aktların ierarxiyasına uyğun olaraq aradan qaldırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.8-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılırılmasının ardıçıllığı özündə əks etdirən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 11.0.1-ci maddəsinə görə birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir. Həmin Qanunun 2.9-cu maddəsinə əsasən nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edildiyindən o, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə qüvvəyə minmiş “Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında” Əsasnamədən daha üstün hüquqi qüvvəyə malikdir və bu səbəbdən də hazırkı mübahisənin həlli zamanı həmin Qaydaların tələbləri əsas götürülməlidir. Həmçinin kollegiya onu da qeyd edir ki, sözügedən Qaydaların 4.3. bəndində tələbənin ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda tələbənin tələbələr sırasından xaric edilməməsi nəzərdə tutulsa da, burada istisna hal kimi xüsusi təyinatlı ali təhsil müəssisələri göstərilmişdir. Məhkəmə kollegiyası Cavabdeh Hərbi Tibb Fakültəsinin xüsusi təyinatlı ali təhsil müəssilərinin sırasına daxil olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə müvafiq sorğu verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibbi Universiteti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2025-ci il, 3-28-20/2- 278/2025 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh Hərbi Tibb Fakültəsi xüsusi təyinatlı təhsil müəssisəsi deyil. Hərbi Tibb Fakültəsində tələbə və kursantlar ödənişsiz təhsil alırlar. Göründüyü kimi Cavabdeh Hərbi Tibb Fakültəsi xüsusi təyinatlı təhsil müəssisələrinin sırasına daxil deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli, 4/T nömrəli əmri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə zidd olduğundan həmin əmr ləğv edilməli və iddiaçı Cavabdeh Hərbi Tibb Fakültəsinə bərpa olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1435/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli, 4/T nömrəli əmri ləğv edilsin və İddiaçı Cavabdeh Hərbi Tibb Fakültəsinə bərpa olunsun. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-77/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-77/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver